Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-24/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, “ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-541/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 2018-ci il 24 dekabr tarixli müqavilədən görünür ki, Cavabdeh (bundan sonra – “cavabdeh”) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı (bundan sonra – “iddiaçı”) məxsus Şəmkir rayonu Keçili kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilədə abonentin ünvanına quraşdırılan sayğacın markası G-650, nömrəsi 83044878 qeyd edilmişdir. Cavabdeh 22 aprel 2020-ci il tarixli, 3961 nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus istixananın qaz təchizatı 01 mart 2020-ci il tarixə 133004,20 manat borcun olması səbəbindən dayandırılmışdır. Cavabdeh Şəmkir RRQİİ-nin 08 may 2020-ci il tarixli Şəmkir Rayon Polis Şöbəsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı adına qeydə alınmış G-650 markalı, nömrəsi 83044878 nömrəli qaz sayağcının naməlum şəkildə qaz şəbəkəsindən açılması ilə bağlı məlumat verilərək, müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, e-2-2(115)-932/2020 saylı qərardadından görünür ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə İddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa edilməsi Cavabdehə həvalə edilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 3(104)-54/2021 saylı qərarından görünür ki, X6 Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli e-2- 2(115)-932/2020 saylı qərardadını icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında Şəmkir Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 3(076)-1360/2020 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, X9 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 3(076)- 1360/2020 saylı qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, Bələdiyyənin kənd təsərrüfat mütəxəssisi X4, Bələdiyyənin sədr müavini X10, X1 və X2 iştirakları ilə xx.xx.2021-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, İddiaçı müraciətinə əsasən onun 2 ha 25 sot istixanasına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxılan istixana 3 hissədən ibarətdir. 1-ci hissə yəni 1 ha 8 istixanadan ibarətdir. Hər istixanada 25 metr uzunluğunda 56 cərgə vardır. İstilikxananın 4 ədədinə pomidor şitilləri 30 sm-dən vurulmuşdur, qalan 4 ədədinə 40 sm-dən əkilmişdir. Beləliklə baxış zamanı məlum olmuşdur ki, 1 ha istixanada 30 min 240 ədəd pomidor şitili əkilmişdir. 2-ci hissə 171 cərgədən ibarət olmaqla hər cərgənin uzunluğu orta yol ilə birgə 64 m-dir. Hər cərgəyə şitillər 30 sm-dən əkilmişdir. Beləliklə 2-ci hissənin də 1 ha ərazisinə 30.780 pomidor şitili əkilmişdir. 3-cü hissə 25 sot olmaqla 47 cərgədən ibarətdir. Hər cərgənin uzunluğu 48 mdir. Hər cərgəyə ştil 40 sm-dən əkilmişdir. Beləliklə, 25 sot istixanaya 5640 ədəd pomidor şitili əkilmişdir. 2 ha 25 sot istixanaya baxış zamanı məlum olmuşdur ki, əkilmiş 66660 ədəd pamidor şitili soyuqdan donaraq məhv olmuşdur. Kənd təsərrüfatı mütəxəssisləri tərəfindən donmuş şitillərə baxış zamanı heç bir xəstəlik tapılmamışdır. Pomidor şitillərinin üzərindəki məhsuldan və şitilin sənədlərindən məlum olmuşdur ki, pamidor şitillərinin sortu yeni və məhsuldar sort olan "AHV" sortudur. Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının müdiri, dosent X7, Bitki mühafizə kafedrasının dosenti X8 və sahibkar İddiaçı iştirakları ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, 17 fevral 2021-ci il tarixdə Şəmkir rayonu Keçili kəndi ərazisində istixana şəraitində tərəzçiliklə məşğul olan İddiaçı ADAU-ya yazılı müraciəti əsasında ona məxsus 2,25 hektar istixanada monitorinq aparılmışdır. İstixanaya (2,25 ha) 90 x 30 sm hibridinin şitilləri əkilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, son günlər havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində istixananın içərisində olan temperatur göstəricisi açıq sahə göstəricisi həddinə qədər düşmüşdür. Bitkinin bioloji tələbi 22 + 7 dərəcə olduğunu nəzərə alaraq belə aşağı temperaturun (+4+5 dərəcə) bitkinin müxtəlif orqanlarına öldürücü təsir göstərəcəyi aydın görünür. Sahibkar İddiaçınm nümayəndəsi X18 bildirmişdir ki, istixanaya təbii qaz verilməsi Azəriqaz İB tərəfindən təmin edilmədiyi üçün istixana hazırda qızdırılmır. Ziyanın qarşısını almaq məqsədi ilə 60 tondan artıq dizel yanacağı istifadə edilsə də, maddi imkan olmadığı üçün istixananı istiliklə təmin edilməsini davam etmək mümkün olmamışdır. Məhz bu amilin təsiri nəticəsində əkilmiş şitillər 7-9 yarpaq inkişaf mərhələsində bütünlüklə donvurmaya məruz qalmışdır. Müayinə üçün istixananın müxtəlif yerlərindən bitki nümunələri götürülmüşdür. Müayinə olunan pomidor bitkilərini qidalandıran kök, yarpaq və gövdə hissələrində heç bir xəstəlik, quruma, həşəratlar tərəfindən zədələnmə aşkar edilməmişdir. İstixanada olan bütün şitillər eyni vəziyyətə malik olmaqla, aşağı becərilməsində hər hansı bir aqrotexniki çatışmazlıq və ya zərərli orqanizmlərlə yoluxması aşkar edilməmişdir. Aparılan müşahidələr göstərmişdir ki, donvurma nəticəsində bitkinin bütün yerüstü orqanları (yarpaq, gövdə, çiçək) məhv olmuşdur. İstixanada əkilmiş pomidor AHU F1 hibridinin şitillərinin ümümi sayı 68000 ədəddir. Bitkinin bioloji məhsuldarlığı (AHU F1 hibridi) becərmədən və düşdüyü şəraitdən asılı olaraq hektarda 120-150 tondur. Sahibkar İddiaçı məxsus istixananın texniki quruluşuna uyğun olaraq gözlənilən məhsuldarlıq müəyyən olunmuşdur. Əkində istifadə olunan pomidor (AHU F1) hibridi salxım çiçək qrupunda məhsul verir. Hər salxımda 4-5 ədəd pomidor meyvəsi formalaşaraq saxlanılır. Pomidorun 1 ədədinin çəkisi 200-250 qram olur. Belə istixanalarda hər bitki üzərində 5-6 ədəd meyvə salxımı saxlanılır. Bir salxımın ümumi çəkisi 0,8-1 kq olduğunu və hər bitki üzərində ən azı 5 salxımın formalaşacağını nəzərə alsaq, onda bir bitki üzərində olan məhsul 0,8 kq (bir salxımın çəkisi) x 5 salxım(bir bitkidə salxımların sayı) = 4 kq məhsul. 68000 ədəd bitki x 4 kq məhsul = 272 ton məhsul. Hesablamaya görə ümumilikdə sahibkar İddiaçı mülkiyyətində olan 2,25 ha torpaq sahəsində olan istixanada əkilmiş pomidor şitillərinin cəmi 68000 ədəd olduğunu və hər şitilin məhsuldarlığının orta hesabla 4 kq olmasını qəbul edilsə, onda bir mövsüm ərzində hektardan 120 ton məhsul əldə etmək mümkün idi. Belə olan halda yuxarıda göstərilən səbəbdən, 2.25 ha istixana sahəsi üzrə sahibkar təqribən 272 ton məhsul itkisi ilə üzləşmişdir. Şəmkir RQİİ-nin rəis müavini Telman Feyziyev, Şəmkir TBX-nin rəisi İsgəndər Abbasov, Şəmkir TQQ və SX-nin texniki Azər Tağıyev, Şəmkir TBX-nin növbətçi-çilingəri Samir Qurbanov, Şəmkir TQQ və SX-nin nəzarətçi-çilingəri Orxan Babayev tərəfindən 2021-ci il 2 yanvar tarixində Şəmkir rayonu Kür QPS-də tərtib edilmiş aktda qeyd olunmuşdur ki, həmin tarixdə saat 06:30 radələrində Kür QPS-in çıxış xətlərindən güclü qaz sızmasının olması barədə daxil olmuş məlumatı yerində araşdırmaq məqsədilə tərəflərindən həmin xətlərə baxış keçirilmişdir. Baxış zamanı QPS-dən təxminən 500 metr aralıda iddiaçıya məxsus istixanaya gedən d 108 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində sızma aşkar olunmuşdur. Tərəflərindən QPS-ə baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçının istixanasına gedən qaz xətti üzərində qaz sayğacı yoxdur, xətt üzərində quraşdırılmış d 100 mm-lik qaz siyirtməsi TQQ və SX-nin mühəndisi Ü.Əliyevin, xidmətin texniki A.Tağıyevin və RQİİ-nin balans şöbəsinin mühəndisi H.Əmrahovun iştirakı ilə bağlanaraq plomblanmış və qıfıllanmışdır. İddiaçı tərəfindən qaz sayğacının yerinə kustar üsulla hazırlanmış dəmir ötürücü bağlanmışdır. İddiaçının nümayəndəsi T.Əsədov QPS-də onlara yaxınlaşaraq dəmir ötürücünün onun tərəfindən hazırlanaraq quraşdırıldığını və qazdan istifadə edildiyini etiraf etmişdir. Tərəflərindən dəmir ötürücü sökülərək maddi sübut kimi RQİİ-yə təhvil verilmişdir. İşçilərə günəmuzd ödəmələrə dair kitabdan çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda istixanada işləmiş işçilərə ümumilikdə 12 340 manat ödəniş edilmişdir. Şəmkir rayonu Keçili bələdiyyəsinin sədri B.Qəhrəmanov tərəfindən verilmiş 2021-ci il 14 aprel tarixli 71 nömrəli arayışda pomidor məhsullarının 1 kiloqramının satış qiymətinin 2021-ci ilin mart-aprel aylarından bu günə qədər 2 manat 50 qəpik olması göstərilmişdir. "xxxx" MMC-nin sədri V.Məmmədov tərəfindən verilmiş 2021-ci il 21 aprel tarixli 29 nömrəli arayışda 2021-ci ilin mart-aprel ayının 20-sinə qədər, Cəmiyyətin “SƏBƏT” Bazarında pomidorun 1 kiloqramının qiymətinin 2 manat-3 manat 50 qəpik arasında satışı olduğu göstərilmişdir. xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qaimələrdən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 36000 manat məbləğində dizel yanacağı alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 9 avqust tarixli arayışdan görünür ki, alıcı iddiaçı satıcı Cəlilov Akifdən 17.000 AZN dəyərində pomidor toxumu almışdır. 2020-ci il 20 oktyabr tarixli ******* nömrəli və 20 noyabr tarixli ******* nömrəli qaimə fakturalardan görünür ki, iddiaçı bitkilərə qulluq üçün “Vətən Market (Agro)”-dan 4.450 manat və 3.550 manat dəyərində maddələr almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 95.000 manat maddi ziyanın, əldən çıxmış faydaya görə 544.000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən Şəmkir rayonunda istilikxana fəaliyyəti ilə məşğul olmaqla, 2,25 hektar istilikxana yaratmış və növbəli şəkildə kənd təsərrüfatı məhsulları istehsal etmişdir. İstilikxana ilə bağlı bütün təsərrüfat fəaliyyətini nümayəndəsi olan əri Tofiq Əsədov həyata keçirmişdir. Növbəti mövsüm üçün 2020-ci ilin noyabr ayında mülkiyyətində olan istixanada pomidor bitkisi əkilmiş, istixanada olan bitkilərin yetişdirilməsi üçün cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməklə təbii qaz verilmədiyindən dizel yanacağından istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsinə görə məhkəməyə müraciət edilmiş və Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, 2- 2(115)- 932/2020 saylı qərardadla mülkiyyətində olan istilikxanaya təbii qazın verilməsinin bərpa edilməsi və qəradadın dərhal icra edilməsinə qərar verilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi qərardadın icrasını dərhal tələb edilməsi ilə bağlı müvafiq tədbirlər görsə də cavabdehin Şəmkir RQİİ tərəfindən qərardad icra edilməmişdir. Nəticədə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən RQİİ-nin vəzifəli şəxsi barəsində verdiyi təqdimata Şəmkir rayon Məhkəməsində baxılaraq məhkəmənin 2020-ci il 10 dekabr tarixli 3(076)- 1360/2020 saylı qərarı ilə RQİİ-nin müdiri F.Məmmədov İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli 3(104)-54/2021 saylı qərarı ilə inzibati iş üzrə Şəmkir rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin Şəmkir RQİİ-nin vəzifəli şəxslərinin məhkəmə qərardadını icra etməməsi nəticəsində iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, o bir müddət dizel yanacağından istifadə etməklə istilikxanada olan bitkilərin istilik təminatını ödəmişdir. Ancaq dizel yanacağının qiymətlərinin artması, eləcə də qaz təminatının bərpa edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəmə çəkişmələrinin uzadılması müəyyən müddət davam etdiyindən istilikxanada olan bitkilərin istilik təminatını öz hesabına dizel yanacağı ilə təmin edə bilməmiş, nəticədə 2021- ci ilin fevral ayında istilikxanada olan pomidor şitilləri tam olaraq soyuqdan məhv olmuşdur. Onun tərəfindən mülkiyyətində olan 2,25 ha istilikxanada çəkilmiş xərclər aşağıda göstərilən məbləğdə olmuşdur: 1) 68.000 pomidor şitillərinin dəyəri - 40.000 manat; 2) 60 ton dizel yanacağının dəyəri - 36.000 manat; 3) mineral kübrələr və zəhərli dərmanlar cəmi - 7.000 manat 4) Əkilmə, becərilmə üçün günəmuzd işçilrə əmək haqqı - 12.000 manat. Beləliklə istilikxanada pomidor məhsulunun əkilməsinə, becərilməsinə çəkilmiş xərclərə görə ümumi ziyan 95.000 manat təşkil etmişdir. Bundan başqa, iddiaçı pomidor məhsullarının cavabehin bir başa qəsdlə olan hüquqazidd hərəkətləri, məhkəmə qərarının icrasını təmin etməməsi nəticəsində gəlirlərindən məhrum olmuşdur. Belə ki, hər bir pomidor bitkisindən orta hesabla 4 kq pomidor məhsulu olmaqla ümuimilikdə 272.000 kq pomidor məhsulu götürməkdən məhrum olmuşdur. Pomidor məhsulunun topdan satış qiymətinin 2021-ci ilin fevral-mart aylarında 1 kq görə orta hesabla 2 manat olduğu nəzərə alındıqda iddiaçıya 544.000 manat əldən çıxmış gəlirlərə görə ziyan dəymişdir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazında göstərilmişdir ki, Şəmkir rayonu, Keçili kəndində iddiaçının adına olan istixana tərəflər arasında bağlanılmış 2018-ci il 24 dekabr tarixli GA-676 saylı müqavilə əsasında ilkin olaraq 1 il müddətinə təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəf müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, 2019- cu il 1 aprel tarixinədək istixanada təbii qazdan istifadəyə görə 93.261,60 manat borcu yaranmışdır. Borcun iddiaçıdan tutulması barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Eyni zamanda, iddiaçı cavabdehə qarşı iddia qaldırmış, 86.879,40 manat borcun silinməsi tələbilə məhkəməyə müraciət etmişdir. Aparılmış məhkəmə araşdırmasından sonra iddiaçının iddiası təmin edilsə də, qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamədən iddiaçı tərəfin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(102)-191/2021 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının cavabdehə olan 27.718,96 manat borcu apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən tanınmışdır. 2019-cu il 1 yanvar tarixindən 2020-ci il 1 may tarixinədək isitmə mövsümü ərzində təbii qazdan istifadə edilib tam ödəniş aparılmamaqla yenidən 66.762 manat borc məbləği yaradılmışdır. Bununla bağlı abonentə pretenziya məktubu göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə abonent tərəfindən heç bir tədbir görülməmiş, ödəniş aparılmamışdır. İddiaçının ünvanında 2019-2020-ci mövsüm ili ərzində sırf sayğac göstəricisinə əsasən istehlak olunmuş təbii qazın dəyəri ödənilmədən məhkəmədə cavabdehə qarşı yenidən iddia qaldırılmışdır. Halbuki Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərar əsasında bağlanılmış qeyd edilən müqavilə üzrə yaranmış borcun ödənilməsi şərtləri tərəflər üçün məcburi xarakter daşımalıdır. Belə ki, 2018-ci il 24 dekabr tarixli GA-676 saylı müqavilənin 2.2.6.4-cü bəndində istehlakçı tərəfindən borc tam ödənilmədiyi halda paylayıcının istehlakçıya verdiyi qazı dayandırmaq hüququ vardır. Bundan başqa, iddiaçı tərəfin istinad etdiyi 2018-ci il 24 dekabr tarixli GA-676 saylı təbii qazın alğı-satqısına dair müqavilənin 7.2-ci bəndində göstərilir ki, müqavilənin müddəti tərəflərin razılığına əsasən 1 il müəyyən edilir. İddiaçı tərəfin mübahisələndirdiyi dövr ərzində ünvanda qaz sayğacının olmadığı, eləcə də quraşdırılan sayğacın qəbulundan imtina edildiyi üçün yeni müqavilənin bağlanılması mümkün olmamışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmaması səbəbindən ünvanda dayandırılmış qazın bərpası mümkün olmamışdır. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 18 avqust tarixli, e-2-2(115)-541/2021 saylı qətnaməsi ilə (sədrlik edən R.Məmmədov) iddia qismən təmin edilmiş, 83.000 manat real zərərin əvəzi və 544.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus istixanaya məhkəmə qərarı ilə təbii qazın verilməsi bərpa olunmalı halda, məhkəmənin qərarı cavabdeh tərəfindən qanunsuz olaraq icra edilməmiş, nəticədə iddiaçıya 83.000 manat real və 544.000 manat əldən çıxmış fayda qismində zərər dəymişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya instansiyası məhkəməsində birinci icraat: a) apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv olunması və tələbin 12.000 manat hissəsində də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməmiş hissəsi üzrə çıxarılmış qətnamə əsassızdır. Belə ki, istifadəsində olan istixanada pomidor şitillərinə qulluq edən günəmuzd işçilərə 12 000 manat zəhmət haqqı verilməsi ilə bağlı kitabçada olan qeydlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş şahid X16 izahatında İddiaçı istifadəsində olan istixanada yetişdirilən pomidor bitkisinin əkilməsi və becərilməsi işləri üçün briqadir olaraq günəmuzd işçiləri idarə etmiş, iddiaçının nümayəndəsi Tofıq Əsədov tərəfindən hər işçiyə gündəlik 13 manat olmaqla pulları ona vermiş, o isə öz növbəsində işləyən fəhlələrə pulu ödəmişdir. Özü də əmək haqqı almışdır .Ancaq məhkəmə tərəfindən əkin və becərmə işlərini həyata keçirən fəhlələrə ödənilmiş pullar nəzərə alınmamış, ümumiyyətlə bu məqsəd üçün bir manat da olsun pul hesablanmasını məqsədəmüvafıq hesab etməmişdir. Məntiqlə 2.25 ha istixanada bir ay müddətində 68 000 ədəd şitilin əkilməsi üçün sahənin hazırlanması, şitillərin basdırılması, suvarılması, iplə bağlanması, becərmə və dərmanlama işlərinin aparılması müəyyən iş həcmi olaraq işçi qüvvəsi və təbii ki, ödəniş tələb edən sahədir. Lakin, işə baxan məhkəmə tərəfındən sanki bu işlərin görülməsi üçün xərc çəkilməsi inandırıcı görünməmişdir. Odur ki, istixanada əkin və becərmə işlərinə sərf edilmiş 12 000 manat xərcin də real çəkilmiş xərclərə aid edilməsi məntiqli və ədalətli olar. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-2(115)-541/2021 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin günəmuzd işçilərə ödənilmiş 12000 manat tələb hissəsində də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı zamanı iddia ərizəsində göstərilən xüsusatlara münasibət bildirilərkən yeni müqavilənin bağlanılmamasına, yeni sayğacın quraşdırılmasına şərait yaradılmamasına və yeni öhdəliyin yaranmadığına görə iddia tələbi ümumiyyətlə qəbul edilməmişdir. Belə ki, İddiaçı adına olan istixananın təbii qazla təchiz edilməsi üçün təbii qazın alğı-satqısına dair yeni müqavilə bağlanmalıdır. Mülki Məcəllənin 386-cı maddəsində öhdəliyin yaranması üçün müqavilənin bağlanılması zəruri hesab edilmişdir. Tərəfin istinad etdiyi xx.xx.2018-ci il tarixli, GA-676 saylı müqavilə xx.xx.2019-cu il tarixdə qüvvədən düşmüşdür. Buna görə də iddiaçı qarşısında hər-hansı müqavilə öhdəliyi olmamışdır. Hazırkı iddia tələbinin əsası kimi qüvvədən düşmüş müqaviləyə istinad edilməsi qanunvericilik baxımından yolverilməzdir. Beləliklə, “Qaz təchizatı haqqında” Qanunda, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2012-ci il tarixli qərarında Qazpaylayıcı ilə müvafiq müqavilənin bağlanmadığı, sayğacsız qazın verilməsini qadağan edildiyi halda qeyd olunan Qanunu və Qərarları pozaraq qazın verilməsini tələb olunmuşdur. Halbuki, məhkəmə akları qüvvədə olan hüquqi aktlara istinad edilərək çıxarılmalıdır. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, GA-676 saylı müqavilə xx.xx.2019-cu il tarixdə qüvvədən düşmüş, tərəflər arasında gələcəkdə hər-hansı bir öhdəlik qalmamışdır. Öhdəliyin yaranması üçün iddiaçı təchizatçı təşkilatla yeni müqavilə bağlanmamış, qüvvədən düşmüş müqavilə əsasında da ünvanı qazla təchiz etmək mümkünsüz olmuşdur. İddiaçı tərəf bu barədə, yəni Paylayıcı ilə müqavilə bağılanmasına heç bir təşəbbüs göstərməmişdir. Bundan başqa iddiaçı tərəfin mübahisələndirdiyi dövr ərzində ünvanda qaz sayğacının olmadığı, eləcə də quraşdırılan sayğacın abonent tərəfindən qəbulundan imtina edildiyi üçün yeni müqavilənin bağlanılması mümkün olmamışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən qaz paylayıcısı ilə müvafiq müqavilənin bağlanılmaması səbəbindən ünvanda dayandırılmış qazın bərpası qeyd olunan hüquqi aktları pozduğu üçün bərpa edilməmişdir. Qazın bərpasının onlardan asılı olmayan səbəblərdən icra edilməsinin mümkünsüzlüyü barədə qərarı çıxartmış məhkəməyə və müvafiq icra orqanına məlumat verilmişdir. Bununla yanaşı istixanadakı şitillərin gələcəkdə məhv olmaması üçün zəmin yaradılmadan əkilmişdir. Çünki, abonent İddiaçı uzun müddətdir istixana fəaliyyəti ilə məşğul olmuş və olmaqdadır. Paylayıcı ilə müvafiq müqavilənin bağlanmadığı təqdirdə qazdan istifadə edə bilməyəciyini və şitillərin məhv ola biləcəyini bilmişdir. Həmin şitillərin məhv olması səbəbləri də müəyyən edilməmişdir. Belə ki, yetişdirilən şitillərin məhv olmasının aqrotexniki qaydada lazımi qulluq göstərilməməsi nəticəsində məhv olması da mümkündür. Çünki, şitillər vaxt-vaxtında keyfiyyətlə dərmanlanmalı və qulluq edilməlidir. Məhkəmə istixanada olan şitillərin məhv olması səbəbini də tam araşdırmamışdır. Belə ki, vəsatət verilərək ekspertizanın keçirilməsinin vacibliyi məhkəmənin diqqətinə çatdırılmışdır. Çünki, şitillərin məhv olmasının əsası müəyyən edilməmişdir. Halbuki, ekspertizanın keçirilməsi həmin şitillərə aqrotexniki qulluğun düzgün aparılmaması və ya digər səbəbdən məhv olması aydınlaşdırılmalı idi. Göründüyü kimi məhkəmə tərfindən bir tərəfli araşdırma aparılmış işin halları tam araşdırılmadan əsasız qətnamə qəbul edilmişdir. MPM-in 217-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi və əsaslılığı isə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmasını və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasını özündə əks etdirir. Lakin, işə baxan məhkəmə mübahisəni həll edərkən əslində iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmayıb, əksinə öz qətnaməsini əsasən cavabdeh tərəfin izahatları üzərində qurulmuş mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(104)-213/2021 nömrəli, 24 dekabr 2021-ci il nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim A.Hüseynzadə, hakimlər L.Süleymanov və Ə.Abdullayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh tərəfındən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-2(115)-541/2021saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat: İddiaçının vəkili apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamə nin tam ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(102)- 421/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi B.Məmmədli, hakimlər A.Abbasov, İ.Dadaşov) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 24 dekabr tarixli, 2-2(104)-213/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadının olmasına baxmayaraq: 1) həmin qərardadın cavabdeh tərəfindən icra olunmadığı; 2) tərəflər arasında mövcud olan digər mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya cavabdeh tərəfindən müvəqqəti sayğacın quraşdırılmadığı; 3) təbii qazın verilişinin bərpa edilmədiyi artıq mübahisəsiz xarakter daşıyır. Buna baxmayaraq hazırkı işdə apellyasiya instansiya məhkəməsi iddianın təmin tədbiri qismində müvəqqəti sayğacın quraşdırılmasının cavabdehin üzərinə qoyulmasını anlaşılan hesab etməməklə və bunun hansı zərurətdən irəli gəlməsini də əsaslandırmadığını bildirməklə faktiki olaraq qanuni qüvvəsini almış Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli e-2-2(115)-932/2020 saylı qərardadının qanuniliyini və əsaslılığını şübhə altına almışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı olan tərəflərin yazılı etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 59. Azad sahibkarlıq hüququ İİ. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulur: “... 3. Qaz paylayıcısının qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. ...”
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum Qərarı: Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. İddia tələbi və ona əlavə olunmuş sənədlərə əsasən iddiaçı cavabdehin hərəkət (hərəkətsizliyi) nəticəsində ona ziyanın vurulmasını iddia etmiş və həm real, həm də əldən çıxmış fayda qismində zərərin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və hesab etmişdir ki, İddiaçı məxsus istixanaya məhkəmə qərarı ilə təbii qazın verilməsi bərpa edilməli olduğu halda, məhkəmənin qərarı cavabdeh tərəfindən qanunsuz olaraq icra edilməmiş, nəticədə iddiaçıya real və əldən çıxmış fayda qismində zərər dəymişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin olunmayan hissəsinin təmin edilməsinə, cavadeh apellyasiya şikayəti verərək iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hallarından görünür ki, fərdi sahibkar-hazırki iş üzrə İddiaçı ilə təbii qaz paylayıcısı Cavabdeh arasında qazın alğı-saqısı barədə 24 dekabr 2018-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı məxsus Şəmkir rayonu Keçili kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxsus istixananın qaz təchizatı 22 aprel 2020-ci il tarixdə 133004,20 manat borcunun olması səbəbindən cavabdeh təşkilat tərəfindən dayandırılmış, 2020-ci ilin noyabr ayında iddiaçı tərəfindən istixanada pomidor şitilləri əkdiyini iddia edərək iddianın təmin tədbiri barədə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 18 noyabr 2020-ci il tarixli, e-2-2(115)-932/2020 saylı qərardadı ilə ərizə təmin olunmuşdur. Bundan sonra qərardad icra olunması üçün cavabdeh orqana göndərilsə də qərardad icra edilməmişdir. Hazırki halda iddiaçının tələbinin əsası məhkəmənin 18 noyabr 2020-ci il tarixli, e-2- 2(115)-932/2020 saylı qərardadının vaxtında icra olunmaması səbəbindən istixanalara qazın verilişinin bərpa edilməməsi və bu səbəbdən məhsul yığımının baş tutmaması, nəticədə sonuncuya zərər dəyməsi olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından məlum olur ki, iddiaçının cavabdehə qarşı borcun silinməsi tələbinə dair digər iddia üzrə başlanılmış işdə Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(115)-932/2020 saylı qərardadı ilə iddiaçının iddianın təmin edilməsi tədbiri barədə ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya müvəqqəti sayğac quraşdırılmaqla təbii qazın verilişinin bərpa edilməsi cavabdehə həvalə edilmişdir. Lakin cavabdehin müvafiq vəzifəli şəxsi həmin qərardadı icra etmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli, 3(076)-1360/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli 3(104)-54/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərardadının olmasına baxmayaraq: 1) həmin qərardadın cavabdeh tərəfindən icra olunmadığı; 2) tərəflər arasında mövcud olan digər mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus istixanaya cavabdeh tərəfindən müvəqqəti sayğacın quraşdırılmadığı; 3) təbii qazın verilişinin bərpa edilmədiyi işin mübahisəsiz halıdır. MPM-in 15.2 və 15.3-cü maddələrinin tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları, o cümlədən qərardadı bütün dövlət və yerli özünüidarə orqanları, digər qurumlar, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İş materiallarından da göründüyü kimi cavabdehin müvafiq vəzifəli şəxsi sözügedən qərardadı icra etmədiyinə görə məhkəmənin qərarı ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Başqa sözlə, iddiaçıya hesablanmış istehlak borcunun silinməsi ilə əlaqədar eyni tərəflər arasında digər məhkəmə mübahisəsi mövcud olmuşdur. Hazırkı iş üzrə verilmiş iddia ərizəsində isə yalnız Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, e-2-2(115)-932/2020 saylı qərardadının cavabdeh tərəfindən icra olunmaması nəticəsində iddiaçıya vurulduğu iddia edilən zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanılmış 24 dekabr 2018-ci il tarixli, GA-676 saylı qazın alğı-satqısı müqaviləsinin müddəti bitdiyindən hər hansı öhdəliyinin olmadığını iddia etsə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil öz təsdiqini tapmamışdır. Belə ki, müqaviləyə əsasən paylayıcı istehlakçını qazla təmin etməyi, istehlakçı isə qazın dəyərinin sayğacın göstəricilərinə uyğun olaraq hər ay ödəməyi öhdəsinə götürmüşdür. Мüqavilənin 7.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanılsa da, müqavilənin 7.2-ci bənində əsasən uzadılmış hesab olunmuşdur. Müqavilənin 7.2-ci bənində əsasən istehlakçı bu Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, Müqavilənin müddəti bu Müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni Müqavilənin bağlanılması tələb olunmur. İstehlakçı olan iddiaçı tərəfindən isə müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir müraciətin olması müəyyən edilməmişdir. Cavabdehin apellyasiya şikayətində digər bir dəlil məhsulun digər əsaslardan məhv olma ehtimalının məhkəmə tərəfindən araşdırılmamasıdır. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, işdə olan Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının müdiri, dosent X13, Bitki mühafizə kafedrasının dosenti X17 və iddiaçı tərəfindən tərtib edilmiş 2021-ci il 20 fevral tarixli aktda 2021-ci il 17 fevral tarixində Şəmkir rayonu Keçili kəndi ərazisində istixana şəraitində tərəvəzçiliklə məşğul olan iddiaçının yazılı müraciəti əsasında ona məxsus 2,25 hektar istixanada monitorinq aparılması nəticəsində son günlər havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində istixananın içərisində olan temperatur göstəricisi açıq sahə göstəricisi həddinə qədər düşməsi, bitkinin bioloji tələbinin 22 +7 dərəcə olduğunu nəzərə alınarsa belə aşağı temperaturun (+4+5 dərəcə) bitkinin müxtəlif orqanlarına öldürücü təsir göstərəcəyinin aydın göründüyü qeyd edilmişdir. Şəmkir rayonu, Keçili kəndində tərtib edilən 21 yanvar 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı aid 2 ha 25 sot istixanaya baxış zamanı əkilmiş 66 660 ədəd pomidor ştilinin soyuqdan donaraq məhv olması, kənd təsərrüfatı mütəxəssisləri tərəfindən baxış zamanı donmuş ştillərdə heç bir xəstəliyin aşkar edilməməsi müəyyən olunmuşdur. Göründüyü kimi cavabdeh yalnız ehtimallara əsaslanan dəlillər qeyd etmiş və iş materiallarında olan aktlarla müəyyən olunan vəziyyəti təkzib edəcək sübutu nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçı tələbində maddi imkanının olmaması səbəbindən dizel yanacağı ala bilməməsi və bunun nəticəsində də zərərin yaranmasına mane ola bilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası istixanaların qış aylarında süni isitmə mənbəyi ilə qızdırıldığının hamıya bəlli olan hal olmasınа, iddiaçıya məxsus istixananın qazla işləməyən digər qurğularla qızdırılması barədə iş materilallarında sübutların mövcud olmasınа qiymət verərək qeyd edir ki, iddiaçıya məxsus istixanada əkilən pomidor bitkisinin şitillərinin yararsız hala düşməsi və iddiaçının sahədən məhsul əldə edə bilməməsi qaz təchizatının dayandırılması ilə əlaqədar olmuşdur, iddiaçı noyabr və dekabr aylarında dizel yanacağı alsa da, sonradan maddi imkanı ilə əlaqədar olaraq ala bilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturalara əsasən iddiaçının 2020-ci ilin noyabr ayında 12000 manat, dekabr ayında 24 000 manat olmaqla qeyd olunan aylar ərzində cəmi 36000 manatlıq dizel yanacağı aldığı müəyyən edilir. Аbonentin saldosu adlı sənəddən görünür ki, iddiaçı 2019-cu ilin noyabr ayında 7331,20 manat, dekabr ayında 16896,80 manat, yanvar və fevral aylarında isə cəmi 33701,6 (19960,20+13741,40) manatlıq qaz istifadə etmişdir. Göründüyü kimi iddiaçının qaz təchizatı bərpa olunacağı təqdirdə dizel yanacağına sərf etdiyi məbləğdən kəskin şəkildə fərqlənən məbləği qaz təchizatı müəssisəsinə ödəməli olacaqdı. Buna görə də məhkəmə kollegiyası maddi imkanının olmaması səbəbindən dizel yanacağı ala bilməməsi və bunun nəticəsində də zərərin yaranmasına mane ola bilməməsi ilə bağlı iddiaçının dəlilini əsaslı hesab edir. İddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılıb qəbul edilən qətnamə ilə təmin edilməyən 12 000 manat günəmuzd işçilərə əmək haqqının təmin edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş briqadirin qeyd kitabından çıxarışlardan istixanada müvafiq ştillərin kultivasiyası və suvarılması, habelə, onlara müxtəlif səpkili qulluq zamanı günəmuzd işçilərin işləməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası xüsusi vurğulayır ki, istixana 2,25 ha sahədə yaradılmış, kifayət qədər geniş ərazini əhatə edir. Həmin sahənin yaradılmasında məqsəd sahibkalıq məqsədi ilə gəlir əldə edilməsi olmuşdur. Belə olduqda bazara mümkün olduqca alıcı kütləsi çox olacaq məhsulun tez zamanda və çox miqdarda çıxarılması üçün kifayət qədər insan əməyindən istifadə zəruridir. İşçilərə günəmuzd ödəmələrə dair kitabdan çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda istixanada işləmiş işçilərə ümumilikdə 12 340 manat ödəniş edilmişdir. Bütün bunlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, yekun olaraq hazır məhsulun əldə edilməsində xammal kimi toxum, ştil qədər işçi qüvvəsinin əməyi də ayrılmazdır və kompleks şəkildə qiymətləndirilməlidir. Digər tərəfdən iddiaçıya dəyən real zərərin digər hissələrinə hüquqi qiymət verərkən apellyasiya kollegiyası hesab edir ki, 60 ton dizel yanacağının dəyəri olan 36 000 manat, mineral kübrə və dərmanların alınması üçün ödənilən 7 000 manat hissəsi iş materiallarına əlavə edilən mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, 2020-ci il 18 və 24 noyabr, 1, 8, 15 və 24 dekabr tarixli qaimələrdən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 36.000 manat məbləğində dizel yanacağı alınmışdır. 2020-ci il 20 oktyabr tarixli ******* nömrəli və 20 noyabr tarixli ******* nömrəli qaimə fakturalardan görünür ki, iddiaçı bitkilərə qulluq üçün “Vətən Market (Agro)”-dan 4.450 manat və 3.550 manat dəyərində maddələr almışdır. İş materiallarında olan X24 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun 21 dekabr 2022ci il tarixli rəyində qeyd edilir ki, qış mövsümü dövründə istixanada temperatur 22-25 dərəcə arasında olmalıdır, belə ki (AHU F1 hibridi) pomidor sortu aqrotexniki qaydalara uyğun becərilərsə, bir bitkidən 4 kq və daha artıq məhsul əldə etmək olar. Eyni zamanda bir hektardan 28 000-30 000 ədəd pomidor ştili əkilərsə təxminən 120-125 ton məhsul əldə etmək mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilən 30 yanvar 2023-cü il tarixli, 9/9096-7/1433 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, sahibkar İddiaçı mülkiyyətində olan 2,25 ha torpaq sahəsində olan istixanada əkilmiş pomidor ştillərinin, cəmi 68 000 ədəd olduğu və hər ştilin məhsuldarlığı orta hesabla 4 kq olmasını nəzərə alsaq bir mövsüm ərzində hektardan 120 ton məhsul əldə etmək mümkün idi. Belə olan halda yuxarıda göstərilən səbəbdən 2,25 ha istixana sahəsi üzrə sahibkarın təqribən 272 ton məhsul itkisi olmuşdur. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərdən və iş materiallarında olan mütəxəssis rəyindən istifadə edilməklə, 2,25 ha pomidor istixanasına çəkilmiş xərcin və əldə ediləcək məbləğin ümumi dəyəri nəzəri qaydada təxminən 622 800 (78 800+544 000) manat müəyyən edilir: 68 000 ədəd pomidor ştili “AHV” sortu-23 800 (68 000x0,35 m), 60 ton dizel yanacağı- 36 000 (60 tonx600m), mineral gübrələr və zəhərli dərmanlar ümumilikdə 7000 manat, əkilmə, becərilmə üçün günəmuzd işçilərə əmək haqqı ümumilikdə 12 000 manat, 2,25 ha torpaq sahəsində olan istixanada əkilmiş pomidor ştillərin cəmi 68 000 ədəd, hər ştilin məhsuldarlığı orta hesabla 4 kq, bir mövsüm ərzində 2,25 ha əldə ediləcək məhsul ümumilikdə 272 ton, həmin məhsulun 2021-ci ilin fevral-aprel aylarına olan orta bazar qiyməti ilə umumi dəyəri nəzəri qaydada 544 000 (272 kqx2 m) manat. İş materiallarında olan Şəmkir rayonu, Keçili kəndində tərtib edilən 21 yanvar 2021ci il tarixli aktdan görünür ki, İddiaçı aid 2 ha 25 sot istixanaya baxış zamanı əkilmiş 66 660 ədəd pomidor ştilinin soyuqdan donaraq məhv olması, kənd təsərrüfatı mütəxəssisləri tərəfindən baxış zamanı donmuş ştillərdə heç bir xəstəliyin aşkar edilməməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində 68 000 ədəd pomidor ştilinə münasibətdə ziyanın hesablanması tələb olunsada işdə olan sübutlarla 66660 ədədə pomidor ştilinin donması təsdiqlənmişdir. Odur ki, 66 660 ədəd pomidor ştilinin alınması üçün çəkilən xərc əsaslı hesab edilir. İş üzrə təyin edilən ekspert rəyində “AHV” sort pomidor ştilinin bir ədədinin qiyməti 0.35 manat qeyd edilmişdir. Belə olan halda ümumilikdə pomidor ştilinə 23 331 manat pul məbləği ödənilmişdir. İddia tələbinin digər hissəsi olan 544 000 manat əldən çıxmış faydaya hüquqi qiymət verərkən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı mülki dövriyyənin iştirakçısı olmaqla, fəaliyyəti sferasında gəlir əldə etmək marağı güdmüşdür. Cavabdeh təbii qazın satışı üzrə təbii inhisarçı olmaqla ölkə üzrə təbii qazın satışını həyata keçirir və bunun müqabilində qiyməti dövlət tənzimləməsində olan təbii qazın dəyərini əldə edir. Təbii qazın istifadəçisi olan hazırki tələb üzrə iddiaçı mülki dövriyyənin sərbəst iştirakçısı olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bilavasitə təbii qazın əldə edilməsi və istifadəsi şəxsin sahibkar marağına xidmət edən təsərrüfat obyektinin təbii qazla təmini ilə bağlı olmuşdur. “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində də qeyd olunur ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Hazırki halda iddiaçı kənd təsərrüfatı məhsulu olan pomidorun əkilməsi, satılması və bazara alıcı kütləsinə təqdim edilməsinə dair fəaliyyətlə məşğul olur və bununla bağlı standarlara uyğun olaraq istixanalar təchiz etmişdir. İstixanalarda təbii qazın olmaması səbəbindən pomidor ştillərin donması nəinki iddiaçıya real olaraq çəkdiyi xərcin zərər olaraq dəyməsi ilə, habelə, gözlənilən faydasının əldən çıxması ilə realizə olunmuşdur. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhsul əldə etmədiyindən və bununla bağlı satış etmədiyindən iddiaçı gəlirindən mərhum olmuşdur. İş üzrə təyin edilən ekspert rəyində hər ştilin məhsuldarlığı orta hesabla 4 kq, bir mövsüm ərzində 2,25 ha əldə ediləcək məhsul, ümumilikdə 272 ton, həmin məhsulun 2021-ci ilin fevral-aprel aylarına olan orta bazar qiyməti ilə 2 manat qeyd edilmişdir. Belə olan halda iddiaçı əkilən 66 660 ədəd pomidor ştilindən hər ştildən 4 kq olmaqla, ümumilikdə 533 280 manat əldə edilməli olan faydadan mərhum olmuşdur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iddiaçı gözlənilən ziyanın mümkün dərəcədə aradan qaldırılması üçün mövcud imkanlarından istifadə etmişdir. Belə ki, təbii qazın verilişi dayandırıldıqdan sonra dizel yanacağı alaraq istixananın fəaliyyətinə xələl gəlməməsi üçün hərəkət etmişdir. Ancaq iş üzrə təqdim edilən abonent saldosundan da görünür ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumilikdə 33 700 manat təbii qaz sərfiyyatı olmuşdur. Bu da dizel yanacağına ödənilən məbləğlə təbii qaz sərfiyyatına dair ödəniləcək məbləğin adekvat olmadığını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i:
İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-541/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 78 331 (yetmiş səkkiz min üç yüz otuz bir) manat real zərərin və 533 280 (beş yüz otuz üç min iki yüz səksən) manat əldən çıxmış faydanın əvəzi, cəmi 611 611 (altı yüz on bir min altı yüz on bir) manat Cavabdehndən tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov Azər Bayramov