Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-273/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətni yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 81436,53 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2000 manat və 400 manat mediasiya xərcinin, ümumilkdə 83836.53 manat pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-2(115)-125/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdehndən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 81436,53 (səksən bir min dörd yüz otuz altı manat əlli üç qəpik) manat borc, hüquqi yardımla bağlı ödənilmiş 300(üç yüz) manat və 400(dörd yüz) manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən 334.31 (üç yüz otuz dörd manat otuz bir qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-2(115)-125/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-2(115)-125/2023 tarixli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2-2(115)-125/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 2-2(115)-125/2023 saylı qərardadının ləğv edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-2(115)-125/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü hesab edilməsini və işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-2(115)-125/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-2(104)-251/2023 saylı qərardadı ilə Cavabdeh şikayətinin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək yeni qərardad çıxarılması, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməsi və baxılması üçün Kommersiya Kollegiyasına verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayətinin verilə bilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1- ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 81436,53 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 167,16 manat təşkil etməlidir. Lakin apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə də apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Kommersiya Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-273/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-273/2023
19.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver