Məhkəmə qərarları › İş №2-2(104)-36/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-36/2023

27.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-36/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-452/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, e-2-2(115)-452/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsi üzrə 18917,48 (on səkkiz min doqquz yüz on yeddi manat qırx səkkiz qəpik) əsas borc, 5899 (beş min səkkiz yüz doxsan doqquz) manat faiz, 500 (beş yüz) manat cərimə olmaqla, ümumilikdə 25317,33 (iyirmi beş min üç yüz on yeddi manat otuz üç qəpik) manat borc, 200 manat ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin likvid dəyəri 55 000 manat olan Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması, iş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq "xxxx" MMC, "xxxx" ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB**********0817272 114 saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-2(115)-452/2022 saylı qətnaməsinin ləğv edilməsi, əmlakın qiymətləndirilməsi və mühasibatlıq ekspertizalarının təyin edilməsi və iş üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 18 917,45 manat, faiz borcuna görə 5 899,85 manat, cərimə borcuna görə 624,9 manat borcun, cəmi məbləği 25 442,2 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pul tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,0114 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 91,0 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli, GNC-2274saylı kredit müqaviləsi üzrə cəmi məbləği 25 442,2 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 240 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2019-cu il tarixli GNC-2274 sayli Kredit müqaviləsi üzrə əsas borca görə 18 917,45 manat, faiz borcuna görə 8283,41 manat, cərimə borcuna görə 624,9 manat olmaqla cəmi 27 825,76 manat məbləğində borcun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170.8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət olan 46 nömrəli fərdi yaçayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2019-cu il tarixli GNC-2274 saylı kredit müqaviləsi üzrə cəmi 27825.76 manat borcunun və 240 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0.065 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170.8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət olan 46 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli GNC-2274 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsinə əsasən illik 21 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 30 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 25 oktyabr 2019-cu il tarixli, GNC-2274 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 18 917,45 manat, faiz borcuna görə 5 899,85 manat, cərimə borcuna görə 624,9 manat, borcun cəmi məbləği 25 442,2 manat təşkil edir. 25 oktyabr 2019-cu il tarixli, GNC-2274 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi İddiaçı ASC qarşısında 30 oktyabr 2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, GNC-2274saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Gəncə Apellyasiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli e-2-2(115)- 452/2022 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin mövqeyi ilə razı deyil. Belə ki, kreditor tərəfindən ona kredit verilməmişdən öncə fəaliyyəti ətraflı öyrənilmiş və İddiaçı ASC-nin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan kreditin vaxtında qaytaracağı imkanı olduğu müəyyən edilmişdir. Bu müddət ərzində sosial vəziyyəti və ailəsində gözləmədiyi geriləmələr olmuşdur. Belə ki, bu halın tək onun yox Respublika üzrə bütün sahələrdə geriləmə olduğu və dolların məzənnəsinin kəskin artması hamıya məlumdur. Bu səbəblərdən meydana gələn müəyyən vaxtlardakı gecikdirmələr baş vermişdir ki, bu səbəbdən Bank məhkəməyə müraciət etmişdir. Gəlirlərin azalması və səhhətində olan problemlər onun ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə qətnamə qəbul edərkən faiz və cərimınin məbləğini cox yüksək yazmışdır. Bundan başqa qətnamənin əmlak qiymətləndirilməsi və faiz və cərimə hissəsi ilə razı deyil. Məhkəmə qətnamə qəbul edərkən ipoteka qoyulmuş əmlakın likvid dəyərinin qiymtləndirilməsi ilə bağlı eksprtiza keçirmiş lakin kreditin məbləği ilə bağlı mühasibatlıq ekspertizası təyin etməmişdir. Bu səbəbdən əmlakın yenidən qiymətlandirilməsinə dair ekspertiza və İddiaçı ASC ilə onun arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli GNC 2274 saylı kredit müqaviləsinin bitmə tarixinə olan faiz və cərimənin hesablanmasına dair mühasibatlıq ekspertizası keçirilməsi zəruridir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflərdən iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə məhkəmə kollegiyasına elektron qaydada ərizə göndərərk işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iş üzrə ipoteka predmetinin likvid qiymətinin yenidən müəyyən edilməsi üçün təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməlidir. Məhkmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi iddia tələbi qismən təmin edilmiş olsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, GNC-2274 saylı kredit müqaviləsindən görünür ki, borcverən – "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 30000 manat məbləğində illik 21 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan - Cavabdeh2 isə 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, GNC-2274 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3859 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, GNC-2274 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 18 917,45 manat, faiz borcuna görə 8283.41 manat, cərimə borcuna görə 624,9 manat, borcun cəmi məbləği 27825.76 manat təşkil edir. İş materiallarında olan bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinə dair rəyə görə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 80 000, likvid dəyəri 55 000 manat qeyd edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş və Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Cavabdeh1 məxsus olan əmlakın qiymətləndirilməsinə dair rəydə Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 120000 manat, likvid dəyərinin 115000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 1084389-9/4572 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli 46 nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 167000 manat (278,5 x 600) məbləğində, likvid dəyəri isə təqribən 150000 manat (167000-10%) müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/539 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli GNC-2274 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq müqavilə müddətinin bitdiyi xx.xx.2021ci il tarixə Cavabdeh2 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 18917,45 manat, faiz borcu üzrə borcu 3630,95 manat müəyyən edilir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 557,01 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsinə əsasən illik 21 % faiz dərəcəsilə 24 ay müddətinə 30 000 manat məbləğində cavabdehə kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi İddiaçı ASC qarşısında 30 oktyabr 2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Borcverən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri edilmiş xəbərdarlıqlara baxmayaraq vaxtında və lazımi qaydada icra etməmiş, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 18 917,45 manat, faiz borcuna görə 5 899,85 manat, cərimə borcuna görə 624,9 manat, borcun cəmi məbləği 25 442,2 manat, xx.xx.2022-ci il tarixli maliyyə arayışına görə əsas borc 18 917,45 manat, faiz borcu 8283,41 manat, cərimə borcu 624,9 manat olmaqla cəmi borcu 27 825,76 manat təşkil etmiş, ona görə də iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş olsa da, məhkəmə iddianın həcminin artırılmasına dair ərizəni nəzərə almamışdır. Cavabdeh Zaur Hüseynov kredit borcunun məbləğini mübahisəlndirdiyinə görə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2019-cu il tarixli GNC-2274 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə Cavabdeh2 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 18917,45 manat, faiz borcu üzrə 3630,95 manat müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, iddiaçı tərəfindən isə həmin hal mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsinin və həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmalarının yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin əsas borc hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin edilməsi ilə razılaşsa da, lakin əsas borca hesablanmış faiz borcu hissəsində yuxarıda göstərilən qaydada təmin edilməsi ilə razılaşmır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" QSC-yə xx.xx.2017-ci il tarixə olan borcu xx.xx.2022-ci il tarixə faiz borcunun 3630,95 manat olduğu müəyyən edilmişdir. Kollegiya məhkəməmühasibatlıq eksperizasının rəyinə daha mötəbər sübut kimi yanaır və mübahisəni həll edərkən həmin halı nəzərə alır. Odur ki, məhkmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə faiz borcu hissəsində dəyişdirilərək 3630,95 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cərimə (dəbbə pulu) öhdəliyin icra edilməsinin vasitələrindən biri kimi çıxış edir və məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən borcun geçikdirilməsinə görə ona 624,90 manat miqdarında cərimənin ödənilməsini xahiş etmiş, məhkəmə tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği 500 manatadək azaltmışdır ki, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qətnamə ilə tutmanın ipoteka predmetinə yöldilməsinə dair hissəsi ilə də razılaşır. Belə ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə yaranmış borcun ödənilməsi üçün tutmanı kredit borcunun qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəltməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan daşınmaz əmlakın bazar qiyməti və ilkin satış qiyməti birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilərək bazar dəyəri 80 000 manat, likvid dəyəri isə 55 000 manat həddində müəyyən edilmiş, cavabdeh tərəf həmin qiyməti reallığa uyğun hesab etməyərək yenidən qiymətləndirilməsini xahiş etmiş və məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş qiymətləndirici tərəfindən bazar dəyəri 120 000 manat, likvid dəyəri isə 115 000 manat həddində müəyyən edilmiş, cavabdeh həmin qiyməti mübahisələndirməmişdir. Lakin iddiaçı tərəf ipoteka predmetinin göstərilən qiyməti ilə razılaşmadığına görə növbəti dəfə ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmə ekspertizası təyin edilmiş, bu dəfə ipoteka predmetinin bazar dəyəri 167 000 manat, likvid dəyəri isə 150 000 manat həddində müəyyən edilmişdir. İddiaçı ipoteka predmetinin əvvəlki rəylə müəyyən edilmiş 115 000 manat likvid qiymətini yüksək hesab etdiyinə və hazırkı rəy də məhz iddiaçının nümayəndəsinin vəsatəti əsasında alındığına, həm də verilmiş rəy iddiaçının maraqlarına uyğun olmadığına görə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə həmin hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 115000 (bir yüz on beş min) manat miqdarında müəyyən edilməli, bununla da cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsin əəsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-2(115)-452/2022 saylı qətnaməsi faiz borcunun məbləği hissəsində və ipoteka premetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, keçirilmiş mühasibatlıq ekspertizasının dəyəri Cavabdeh2, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri isə iddiaçıdan tutulmalı, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-452/2022 saylı qətnaməsi - Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsi üzrə 18917,48 (on səkkiz min doqquz yüz on yeddi manat qırx səkkiz qəpik) əsas borc, 5899 (beş min səkkiz yüz doxsan doqquz) manat faiz, 500 (beş yüz) manat cərimə olmaqla, ümumilikdə 25317,33 (iyirmi beş min üç yüz on yeddi manat otuz üç qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin likvid dəyəri 55.000 manat olan Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli, GNC2274 saylı kredit müqaviləsi üzrə 18917,48 (on səkkiz min doqquz yüz on yeddi manat qırx səkkiz qəpik) əsas borc, 3630,95 (üç min altı yüz otuz manat 95 qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə olmaqla, ümumilikdə 23048,43 (iyirmi üç min qırx səkkiz manat 43 qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma ilkin satış qiyməti (likvid dəyəri) 115000 (bir yüz on beş min) manat olan Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və 150 (bir yüz əlli) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ41NABZO013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə qalan - 200 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 170,8 kv.m yaşayış, 107.7 kv.m köməkçi sahədən ibarət 46 nömrəli fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB**********0817 272114 saylı hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar