Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-37/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı həmçinin müstəqil tələb irəli sürən üçün şəxs “X12 X10 Sanaye və Ticaret LTD” şirkətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilənin ləğvi, öhdəliklərə xitam verilməsi, əmlakların qaytarılması və ziyanın ödənilməsi, amortizasiya xərclərinin və əldə çıxmış faydanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 (o həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsidir), onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Firudin oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 mart tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədən görünür ki, tərəflər mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər. xx.xx.2016-cı il tarixli aktdan görünür ki, X5 4 sot torpaq sahəsini 16000 manata sataraq eibarnamə əsasında X1 vermişdir.
2. Cavabdeh ilə “X12 X10 sanaye və Ticaret LTD” şirkəti arasında bağlanmış 2017ci il 30 mart tarixli 1 nömrəli müqavilədən görünür ki, tərəflər cavabdehin mülkiyyətində olan əmlak kompleksində birgə istehsal sahəsi yaradılmasına dair razılaşmışlar. Həmin müqaviləyə əsasən cavabdeh investisiya olaraq onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində, ünvan 1 ünvanında yerləşən dəyəri 1.100.000 manat olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, üçüncü şəxs isə ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanında yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür.
3. 2017-ci il 19 aprel tarixli “İnvestisiya təşviqi sənədi”ndən və ona əlavə edilmiş təsdiqedici sənədlərdən görünür ki, cavabdehə ünvan 2 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir.
4. 2017-ci il 15 sentyabr tarixli aktdan və əlavəsindən görünür ki, 2017-ci il 1 mart tarixli birgə (ortqalıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq, cavabdeh 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasını İddiaçı1 təhvil almışdır.
5. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 2017-ci il 12 dekabr tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalın 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur.
6. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 20 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur.
7. 28 dekabr 2020-ci il tarixli “İnvestisiya təşviqi sənədi”ndən görünür ki, "xxxx" MMC-yə ünvan 2 ünvanında mebel istehsalı sahəsində investisiya ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 Cavabdeh Qəzəmfər oğluna qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 1 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləni ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi və iddiaçının əmlakının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan 2021ci il 19 may tarixində iddia tələbinin həcmini artıraraq əvvəlki tələblərlə yanaşı 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub verilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 2017-ci il 1 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləyə əsasən, iddiaçı ikinci tərəf olaraq ümumi bazar qiyməti 1.100.000 manat məbləğində olan və müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı təyinatlı avadanlıqlarını "xxxx" MMC-nin nizamnamə kapitalının yaranması və bununla bağlı bütün işlərin qanunauyğun təşkil edəcəyini öhdəsinə götürmüşdür. Lakin brinci dəfə əmlakı "xxxx" MMC-nin balansına qoyulmamışdır. Demək olar ki, bu günə qədər heç bir iş görülməmişdir. Nəticədə investisiya qoyduğu əmlakdan heç bir gəlir əldə etməmişdir. Bu səbəbdən də o, investisiya kimi qoyduğu əmlakı geri qaytarmaq qərarına gəlmişdir.
10. “X12 X10 sanaye və Ticaret LTD” şirkəti 2021-ci il 26 aprel tarixində ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmasını və işə qoşulmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021ci il 28 aprel tarixli 2-2(115)-99/2021 saylı qərarı ilə həmin şirkət müstəqil tələb irəli sürən 3-cü şəxs (bundan sonra – “üçüncü şəxs”) kimi məhkəmə icraatına cəlb edilmişdir.
11. Üçüncü şəxs 2021-ci il 10 may tarixində cavabdehə qarşı 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer Dəzgahı "Net MAK 2000” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasını, həmin avadanlıqların üç illik amortizasiya xərclərinin 463.595 manatının, avadanlıqlar olmadıqda onların 785.222 manat əvəzinin, üç il ərzində əldən çıxmış fayda qismində 6.659.829 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi tələbini irəli sürərək işə qarışmışdır.
12. Sonradan üçüncü şəxs iddia tələbini dəyişərək, digər tələbləri olduğu kimi saxlamış, lakin vurulmuş zərərin həcmini azaldaraq 1.810.505 manat əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 30 mart tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə imzalanmışdır. Lakin bu günə qədər heç bir iş görülməmişdir. Nəticədə investisiya olduğu əmlakdan gəlir əldə etməmişdir. Bu səbəbdən də üçüncü şəxs investisiya kimi qoyduğu əmlakı geri qaytarmaq qərarına gəlmişdir.
14. 2021-ci il 3 iyun tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, 2017-ci ilin mart ayında cavabdeh ilə birlikdə Bakıya getmiş, orada birgə mebel istehsal sahəsi yaratmaq məqsədi ilə iddiaçı ilə müqavilə imzalamaq, həmin işlərə də rəhbərliyi cavabdehin həyata keçirəcəyi bildirilmiş, 2017-ci il 30 mart tarixdə üçüncü şəxs adından iddiaçıya, cavabdehin adından isə N.Babayevə müqavilə imzalamaq tapşırılmış, İqtisadiyyat Nazirliyindən müvafiq sənədlər aldıqdan sonra məlum olmuşdur ki, üçüncü şəxs üzərinə həbs qoyula bilər, buna görə də tədbirlər görülmüş, belə ki, ilkin 1.000 dollar məbləğində əmlak göndərilmiş, sonradan isə digər əmlaklar tam gətirilmişdir, bundan sonra N.Babayevə bütün idarəçiliyin iddiaçı tərəfindən həyata keçiriləcəyi bildirilmiş, buna görə də N.Babayev həmin işlərdən çəkilmişdir. Bundan sonra "xxxx" MMC yaratmaq istəmişlər, iddiaçıya isə həmin MMC-nin rəhbəri təyin edilməsi bildirilmişdir, buna etiraz etmiş, həmin əmlakların "xxxx" MMC-yə veriləcəyi təqdirdə investisiya təşviq sənədi ləğv olunacağı bildirilmişdir. Müqavilənin heç bir şərti pozulmamış, onlara əməl olunmuş, bütün əmlaklar sonradan yaradılmış "xxxx" MMC-yə ötürülmüşdür.
15. Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddiaçının iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləsi ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Üçüncü şəxsin iddiası qismən təmin edilmiş, 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer dəzgahı "net MAK 2000” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası və həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 manat və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq üçüncü şəxsə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 13, 16, 21, 23.1, 385.1, 386.1, 389.1, 421, 422.1, 423.2, 425.2, 430.2, 442, 443.1, 445.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 36.11, 40.2, 40.3, 55.1, 55.2, 77.1, 119.1-ci maddələrinə istinad etmişdir.
17. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, 2020-ci il 17 dekabr tarixli barışıq sazişinin 3-cü bəndinə də avadanlıqların iddiaçıya, cavabdehə məxsus qeyri-yaşayış binasının isə cavabdehə qaytarılması barədə razılığa gəlinmişdir. İş üzrə keçirilən məhkəmə iclasında iddiaçı tərəf işin barışıq sazişi ilə tamamlanmasına razı olmadığından barışıq sazişi təsdiq edilməmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İşə baxılması tərəflərin barıq sazişi ilə tamamlanmasa da, həmin saziş tərəflərin işgüzar münasibətlərinin hazırda hansı vəziyyətdə olmasını və əmlaklarla bağlı mövqelərini təsdiq edir. İddiaçı sahibkardır, həmçinin üçüncü şəxsin rəhbəridir. 2017-ci il 1 mart tarixində öz adından, 2017-ci il 30 mart tarixində üçüncü şəxsin adından cavabdeh ilə müqavilələr bağlamışdır. Tərəflərdən cavabdeh investisiya olaraq mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 1.000.000 manat dəyərində qeyri-yaşayış binasını bu məqsədə ayırmışdır. Üçüncü şəxs mebel istehsalı üçün lazım çoxlu sayda olan 650.450 ABŞ dolları dəyərində avadanlıqları investisiya kimi Türkiyə Respublikasından cavabdehin adına göndərmişdir. Göndərilən dəzgah və avadanlıqlar həmin binada yerləşdirilmişdir. Hazırda 2017-ci il 1 mart tarixli müqavilə mübahisələndirilir, 2017-ci il 30 mart tarixində bağlanmış müqavilə üzrə isə öhdəliyin icrasından imtina edilir. Tərəflər ortaq məqsədə gələrək birlikdə mebel istehsalı ilə məşğul olmaq və bundan mənfəət əldə etmək niyyəti ilə hər birinə münasibətdə mənfəət qazandırıcı əqdlər bağlamışlar. Onların iradə ifadəsi ancaq bu məqsədə yönəlmişdir. Müqavilələr qismən icra edilmişdir. Hər iki tərəf öz əmlaklarını birgə fəaliyyət məqsədi ilə investisiya qoymuşlar. Lakin bundan sonra tərəflər arasında olan işgüzar münasibətlər pozulmuş, mebel istehsalı ilə bağlı birgə fəaliyyət olmamışdır. Müqavilələr qismən icra edilmiş olsa da, müqavilələrin bağlanmasından dörd ildən artıq vaxt keçməsinə baxmayaraq, tərəflər müqavilələrin məqsədlərinə çatmamışlar. 2017-ci il 1 mart tarixli müqavilənin ləğvinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında hüquq münasibətləri pozulmuş, onların müqavilənin əsasında durmuş təsəvvürləri yanlış çıxmışdır. İşin bu halı müqavilənin ləğvi üçün əsasdır. Müqavilənin ləğvi öhdəliklərin xitamına səbəb olur. Tələb olunan əmlaklar üçüncü şəxsə məxsus olduğundan tələb həmin hissə üzrə təmin edilməməlidir. Üçüncü şəxs əmlaklarını geri tələb etməklə birgə sahibkarlıq fəaliyyətinin cavabdeh tərəfindən mümkünsüz vəziyyətə gətirilməsi səbəbi ilə 2017-ci il 30 mart tarixində bağlanmış müqavilə üzrə öhdəliyin icrasından imtina etdiyini bəyan edir. Əmlakların geri tələb edilməsi müqavilənin icrasından imtinanın təzahürüdür. Bu hal baş verdiyi təqdirdə müqavilə öhdəliyinin icrasının hüquqi əsası aradan qalxır. Belə olan vəziyyətdə dəzgah və avadanlıqların qarşı tərəfdə saxlanılması imtina səbəbindən əsassız hala gəlmiş olur. Bu kimi şəraitdə müqavilədən imtina geriyə şamil olan şəkildə öhdəliklərinə təsir edərək onların geriyə qaytarılmasının hüquqi əsasını yaradır.Hazırda üçüncü şəxsin mülkiyyətində olan dəzgah və avadanlıqlar istifadə olunmadan cavabdehin mülkiyyətində olan binada saxlanılır. Nəticədə hər iki tərəf mənfəətsiz qalır, əmlakların mülkiyyətçisi onlara öz istədiyi kimi sahiblik edə bilmir. Onun əmlakları üzərində mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə yaranır. Hazırkı iş üzrə tərəflərin məqsədi birgə gəlir əldə etmək olmuşdur. Dəzgahların istifadəsi nəticəsində istehsal ediləcək malların satışından əldə olunan gəlirdən tək üçüncü şəxs və yaxud iddiaçı deyil, digər tərəf olan cavabdehin də faydalanmaq hüququ olmuşdur. Bundan başqa, tərəflər arasında bağlanmış 2020-ci il 17 dekabr tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən cavabdeh dəzgah və avadanlıqları qaytarmağa razı olmuşdur. Qeyd olunanlar cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində həm iddiaçının, həm də üçüncü şəxsin zərərə məruz qalması hallarını istisna edir. Həmçinin üçüncü şəxsə məxsus avadanlıqların üç illik 463.595 manat amortizasiya xərclərinin ödənilməsi barədə tələb qeyd olunan əsaslara görə haqlı sayılmır. Tələb edilən əmlakların ümumi dəyərinə gəldikdə isə 2017-ci il 30 mart tarixli müqavilədə göstərildiyi kimi 650.450 ABŞ dolları dəyərində olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini zərərlə bağlı hissəsini təmin etməməsində yanlış nəticəyə gəlmişdir. Belə ki, zərərlə bağlı mötəbər sübutlar nəzərə alınmamışdır. Çünki məhkəmə iddia tələbinin yalnız müqavilələrin ləğv edilməsi və həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi qərara alınmışdır. Nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin müqavilədən kənar 3 il ərzində iddiaçının investisiya etdiyi dəzgah və avadanlıqlardan istifadə edərək, iddiaçının aldadaraq birgə istehsal sahəsini yaradılması ilə mebel məhsullarını öz adından istehsal edib mağaza şəbəkələrinə satması və satışdan əldə olunan gəliri iddiaçı ilə bölüşməməsi bunu sübut edir ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya zərər dəymişdir. Məhkəmənin isə həmin halları nəzərə almaması ədalətsizliyə yol açır. Cavabdeh iddiaçının avadanlıqları hesabına mebel istehsalı ilə məşğul olmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarxli müqaviləni pozaraq mebel istehsalı fəaliyyətini təkcə öz VÖEN-i altında təşkil etmişdir. Yəni ki, 2017-2020-ci illərdə həmin dəzgahlar cavabdehin balansında olaraq onun tərəfindən istifadə edilmiş və yalnız özü bəhrələnərək iddiaçı ilə heç bir gəliri bölüşməmişdir. Müqavilənin ləğv edilməsinə səbəb məhz cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması olmuşdur. Cavabdehin qanunazidd hərəkəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcuddur. xx.xx.2017ci il tarxili müqavilədən göründüyü kimi tərəflər "xxxx" MMC yaradaraq birgə fəaliyyət göstərməyə və gəlir əldə etməyə razılaşmışlar. 2017-2020-ci illər aralığında cavabdeh xeyli miqdarda iddiaçının investisiya etdiyi dəzgah və avadanlıqlar hesabına mebel istehsal etmiş və satmışdır. İş materiallarından görünür ki, mebel istehsalı üçün avadanlıqlar üçüncü şəxs tərəfindən təqdim edilən gömrük bəyannamələrinə əsasən cavabdehin adına gəlmiş və rəsmiləşdirilmişdir. Cavabdeh öz adına 19 aprel 2017-ci il tarixli investisiya təşviqi sənədi almışdır. Halbuki, həmin sənəd cavabdehin yox, onların birgə yaratdığı "xxxx" MMC-nin adına alınmalı idi. Şikayətlərində aşağıdakı sübutları təkrarlayaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həqiqətən cavabdehin qanuna zidd hərəkəti olmuş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir. Belə ki, iş üzrə materiallardan görünür ki, tərəflər arasında hələ fəaliyyətə başlamamışdan əvvəl xx.xx.2017-ci il tarixli “Birgə ortaqlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə o dəzgah və avadanlıqları investisiya edir, cavabdeh isə istehsal obyektini (əmlak kompleksini) investisiya edir. Müqavüəyə görə qeyd olunan fəaliyyət üzrə istehsal "xxxx" MMC-nin adından aparılması razılaşdırılmışdır. (xx.xx.2021-ci il tarixli Müqavilənin 3.1.2., 3.1.3., 3.2.2. və 3.2.3-cü maddələri) Buna baxmayaraq, cavabdeh müqavilənin şərtlərindən kənar çıxaraq mebel istehsal fəaliyyətini özü təkcə aparmış və özünə məxsus VÖEN ilə həyata keçirmişdir. Bundan başqa, mebel istehsalı üçün avadanlıqlar müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən təqdim edilən gömrük bəyannamələrinə əsasən cavabdehin adına gəlmiş və rəsmiləşdirilmişdir. Bu sənədlər müstəqil tələblər irəli sürən üçüncü şəxsin elektron məhkəmə sistemi üzərindən təqdim etdiyi iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa cavabdeh öz adına 19 aprel 2017-ci il tarixli, İN/İTS-53/2017 saylı investisiya təşviqi sənədini almışdır. Halbuki təşviq sənədi cavabdehin adına yox birgə yaratdıqları "xxxx" MMC-nin adına alınmalı idi. xx.xx.2021-ci il tarixli Müqavilənin 3.1.2., 3.1.3., 3.2.2 və 3.2.3 -cü maddələri) Lakin, cavabdeh öz adından müraciət etmiş və cavabdehin təqdim etdiyi biznes planda təsisçilərin iki şəxsin, yəni biri cavabdehin özü o birisi isə iddiaçıya məxsus “Dörtak Mobilya” şirkəti olması qeyd edilsə də cavabdeh təşviq sənədini nəticə etibarı ilə öz adına almışdır. İşin hallarından görünür ki, cavabdeh təşviq sənədini öz adına almasında məqsəd birgə mebel istehsalı fəaliyyətinin yalnız öz adı ilə həyata keçirilməsi, iddiaçını özündən asılı etməsi və bütün fəaliyyətin cavabdehin adıyla bağlı olması olmuşdur. Çünki təşviq sənədinin verilməsi qaydalarına görə investisiya təşviqi sənədinin sahibi yalnız şəxsən özü bu fəaliyyətlə məşğul olmalıdır. Bundan başqa, avavdanlıqlar 2018-ci ildə cavabdehin balansına qoyulmuş və hər il 2020-ci ilədək həmin avadanlıqlara görə amortizasiya hesablanmışdır. Bu sübutlar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron məhkəmə sistemi üzərindən təqdim edilən ərizəyə olavə edilmişdir. Həmin ərizəyə əlavə edilən sənədlərin daxilində Cavabdeh 2018-2020-ci il tarixli mənfəət vergi bəyannaməsi və 12 saylı vergi orqanın rəsmi bildirişləri yer almışdır. Bundan başqa, sonradan xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə tərəflər "xxxx" MMC-ni yaratmış, lakin həmin MMC-nin fəaliyyəti cavabdehin qanunazidd hərəkətləri nəticəsində düzgün qurulmamışdır. Sübutlardan görünür ki, cavabdehin istifadəsində olan dəzgah və avadanlıqlar yaradılmış MMC-nin nizamnaməsinə qoyulsa da lakin MMC-nin balansına qoyulmamışdır. Bu da o deməkdir ki, həmin avadanlıqlar "xxxx" MMC-nin istifadəsində olmamışdır. Müqavilədə razılaşdırılan "xxxx" MMC şirkəti ümumiyyətlə istehsal ilə məşğul olmamış, yalnız almış və satmışdır. Bu sübutlar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron məhkəmə sistemi üzərindən təqdim edilən ərizəyə əlavə edilmişdir. Həmin ərizəyə əlavə edilən sənədlərin daxilində "xxxx" MMC-nin 2018-2020-ci il tarixlərini əhatə edən mənfəət vergi bəyannaməsi və 12 saylı vergi xidmətinin rəsmi bildirişləri yer almışdır. Bundan başqa, cavabdeh elektron qaimələr əsasında ümumilikdə 619508,82 manat dəyərində rəsmi mal satmışdır. Həmin satışlardan vergi və digər xərclər çıxılmaqla 20% xailis gəliri olmalıdır. Xalis golitin məbləği 123901,764 manat təşkil edir. Yəni ki, həmin gəlirin 50%-i, təxminən 62000,00 manat idiaçıya verilməlidir. Bundan başqa, cavabdeh qeyri-rəsmi mebel məhsullarını satmış, həmin satışları vergidən gizlətmiş və əldə edilən gəlirləri mənimsəmişdir. Bu halları təsdiq sübutlar və sənədlər iş üzrə elektron məhkəmə sistemi üzərindən təqdim edilən xx.xx.2021-ci il tarixli ərizəyə əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, cavabdeh 2019-cu il üçün vergiyə cəlb edilən əməliyyatları gizlətdiyi üçün 12 saylı vergı xidməti cavabdehi təxminən 91260,23 manat gəlir vergisi hesablamışdır. 12 saylı vergi xidməti bu halları “MBA Consulting” şirkətinin təqdim etdiyi ekspertiza rəyi əsasında təsdiq etmişdir. Həmin ekspertiza rəyi alınsa görünər ki, cavabdehin təkcə 2019-cu ildə 456301,15 manat vergiyə cəlb olunan gəliri olubdur. Vergi Məcəlləsinə görə mənfəət vergisinin 20% olmasını nəzərə alaraq, 2 saylı vergi xidməti cavabdehə 91260,23 manat mənfəət vergisi hesablamışdır. Həmin vergiyə cəlb olunan gəlirdən mənfəət vergisini çıxdıqdan sonra isə gəlir 365040,92 manat olmuşdur. Bu xalis gəlir də tərəflər arasında bölünməmişdir. Cavabdehin əldə etdiyi gəlrilərin tam hissəsini istəməmiş, yalnız həmin gəlirlərin 50% hissəsini tələb etmişdir. Yəni ki, iddiaçı ortaqlıq prinsipinə əməl edərək cavabdehin müqavilədən kənar apardığı qanunsuz fəaliyyəti nəticəsində istehsal etdiyi, həmin fəaliyyət üzrə dövriyyənin, satdığı məhsullardan əldə olunan gəlirin 50 % hissəsini istəyir. Bu isə ədalət prinsipinə uyğundur. Belə olan halda isə iddiaçının dəymiş zərəri cavabdehdən tələb etmək hüququ var. Buna görə də iddiaçının iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsindən narazı qalan cavabdeh X6 şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 saxta müqavilə əsasında məhkəməyə müraciət etmişdir. Müqavilənin 3.2.3-cü bəndi dəzgahların məhz "X12 X10 Sanaye və Ticaret LTD" şirkəti tərəfindən göndərilməsini nəzərdə tutur. Məhkəməyə təqdim olunmuş təhrif olunmuş müqavilədə isə ümumiyyətlə "X12 X10 Sanaye və Ticaret LTD" şirkətinin adı keçmir və müqavilədən belə anlaşılır ki, dəzgahlar bilavasitə İddiaçı1 məxsusdur. Eyni zamanda İddiaçı1 saxta barışıq sazişi imzalayaraq məhkəməyə təqdim etmişdir. "X12 X10 Sanaye və Ticaret LTD" şirkətinin onun adına göndərdiyi dəzgahlar barışıq sazişi əsasında məhkəmə qərardadı ilə heç bir rüsum ödəmədən öz adına rəsmiləşdirmək niyyəti güdmüşdür. Hətta 01 mart 2017-ci il tarixli müqaviləni də bu niyyətlə 2020-ci ilin avuqst ayında hazırlamışdır. Onlar tərəfindən müqavilənini həqiqi variantı məhkəməyə təqdim olunması tələb olunsa da mübahisə predmeti olan dəzgahların “X12 X10 Sanaye və Ticaret LTD" ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 1 nömrəli müqavilə əsasında göndərilməsi qeyd edildikdən və AkTuranın dəzgahların geri istənilməsinə münasibətdə sonuncunun subyektiv hüquq barədə fikirlər məhkəmədə səsləndirildikdən sonra “X12 X10 Sanaye və Ticaret LTD" şirkəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosesə daxil olaraq İddiaçı1la eyni tələblə, yəni dəzgahların geri qaytarılması tələbi ilə çıxış etmişdir. Təqdim edilmiş etirazda da bu xüsusatlar göstərilmiş və xx.xx.2017-ci il tarixli müqavilənini xx.xx.2017-ci il tarixli müqaviləni pərdələmək niyyəti bağlandığı vurğulanmışdır. Lakin məhkəmə qeyd olunan dəlilə hüquqi qiymət verməmiş, həmin halları araşdırmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı1 tələbi hər ikisinin təsisçiliyi ilə xx.xx.2017-ci il tarixdə "xxxx" MMC yaradılmış, həmin müəssisənin nizamnamə kapitalı ******* manat təşkil edilmiş və İddiaçı1 "xxxx" MMC-nin direktoru təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin ümumi yığıncağının qərarı əsasında onun nizamnamə kapitalı azaldılmışdır. "xxxx" MMC üç il ərzində fəaliyyət göstərmiş və İddiaçı1 tərəfindən verilmiş ərizədə MMC tərəfindən ümumlikdə 848971,75 manat dəyərində mebel məhsullarının ixrac edildiyi qeyd olunmuşdur. Deməli "xxxx" MMC təsis edilmiş, mebel istehsalı ilə məşğul olmuş və istehsal etdiyi malları xarici bazara ixrac etmişdir. "xxxx" MMC-nin fəlaiyyət illərinin yekunlarına dair təsis yığıncağı keçirilməmiş, müəssisənin xalis mənfəəti bölünməmişdir. Belə olan halda müqavilə üzrə öhdəliklərə xitam verilıməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı1 3 il ərzində onun "xxxx" MMC-ni idarə etmiş onun gəlirlərinin təkbaşına mənimsəmişdir. Nəticədə "X12 X10 Sanaye və Ticaret LTD" şirkətinin mülkiyytənidə olan əmlaklar istifadə olunmadan Cavabdeh məxsus binada saxlanır. Həmçinin, xx.xx.2020-ci il tarixdə İddiaçı1 və Cavabdehn təsisçiliyi ilə "xxxx" MMC yaradılmış və direktor İddiaçı1 təyin olunmuşdur. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağı ilə xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin nizamnamə kapitalının azaldılması nəticəsində "xxxx" MMC-nin kapitalı artırılmışdır. Göründüyü kimi "X12 X10 Sanaye və Ticaret LTD" şirkətinin öhdəliyinin icrasından imtina etməsi əsassızdır. Eləcə də dəzgahların əvvəl "xxxx" MMC-nin sonra isə "xxxx" MMC-nin istifadəsində olması İddiaçı1 tələbi ilə olmuşdur. Buna görə də qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
22. Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsindən narazı qalan müstəqil tələb sürən üçüncü şəxs "X12 X10 Sanaye və Ticaret LTD" şirkəti apellyasiya şikayəti verərək qətnamənin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsinin təmin etməməsində yanlış nəticəyə gəlmiş, məhkəmənin əldən çıxmış fayda ilə bağlı mövqeyi işin hallarına uyğun gəlmir, təqdim edilmiş mötəbər sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmiş və nəzərə alınmamışdır. Belə ki, məhkəmə prosesinə üçüncü şəxs qismində işə qarışmasının səbəbi bu olmuşdur ki, “X12 X10 Sanaye və Ticaret LTD" şirkəti ilə cavabdeh arasında birgə mebel istehsalı sahəsinin yaradılması barədə müqavilə olmuşdur. İş üzrə materiallardan görünür ki, üçüncü şəxs ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1–ci maddəsinə əsasən “tərəflər Gəncə şəhəri, M.C. Paşayev küçəsi 72A saylı yerləşən ərazidə cavabdehə məxsus Əmlak Kompleksinin bazası əsasında Birgə Mebel istehsalı sahəsi yaradırlar”. Müqavilənin bağlanması tərəflərin birgə fəaliyyət göstərmək və gəlir əldə etmək niyyəti olmuşdur. Bunun üçün tərəflər özlərinə məxsus paylarını birgə istehsal sahəsinin yaradılmasına yönəltmişdilər. Şirkət öz vəzifə və öhdəliklərini yerinə yetirmiş, yəni müqavilə üzrə razılaşdırılan 650.450 (altı yüz əlli min dörd yüz əlli) ABŞ dolları dəyərində, Azərbaycan manatı ekvivalentində 785.222 (yeddi yüz səksən beş min iki yüz iyirmi iki) manat dəyərində dəzgah və avadanlıqlar şirkət tərəfindən Cavabdeh göndərilmişdir. Bundan sonra avadanlıqlar 2017- 2020-ci il tarixlərində faktiki olaraq Cavabdeh istifadəsində olmuşdur. Məhz bu səbəbdən də üçüncü şəxs qismində məhkəmə prosesinə qarışmış, avadanlıqlarının qaytarılmasını və əldən çıxmış faydanın cavabdehdən tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə avadanlıqların qaytarılmasını qət etsə də əldən çıxmış fayda ilə bağlı hissəni əsassız olaraq təmin etməmişdir. İş üzrə materiallardan görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə ilə nəzərdə tutulan birgə istehsal sahəsini yaratmamış, yalnız öz VÖEN ilə fəaliyyət göstərmiş, 2017-2020-ci il tarixlərdə şirkətin əmlakından istifadə edərək mebel məhsullarını istehsal etmiş və gəlirlər əldə etmişdir. Cavabdeh əldə etdiyi gəlirləri şirkətlə bölüşməmişdir. Nəticədə şirkət öz avadanlıqlarından məhrum olaraq bundan heç bir fayda götürə bilməmişdir. Halbuki iş üzrə materiallardan görünür ki, şirkət Türkiyədə həmin avadanlıqlardan istifadə etsəydi xeyli miqdarda gəlirlər əldə edərdi. Lakin bundan məhrum olmuşdur. Eyni zamanda iş üzrə materiallarla cavabdehin xeyli miqdarda mebel məhsullarını istehsal etmiş, satmış və bundan gəlirlər əldə etmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, “hazırkı iş üzrə tərəflərin məqsədi birgə gəlir əldə etmək olmuşdur. Dəzgahların istifadəsi nəticəsində istehsal ediləcək malların satışından əldə olunan gəlirdən tək "X12 X10 Sanaye və Ticaret LTD" şirkəti və yaxud İddiaçı1 deyil, digər tərəf olan Cavabdeh da faydalanmaq hüququ olmuşdur. Bundan başqa tərəflər arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən Cavabdeh dəzgah və avadanlıqları qaytarmağa razı olmuşdur. Qeyd olunanlar cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində həm İddiaçı1, həm də "X12 X10 Sanaye və Ticaret LTD" şirkətinin zərərə məruz qalması hallarını istisna edir. Həmçinin "X12 X10 Sanaye və Ticaret LTD" şirkətinə məxsus avadanlıqların üç illik 463595 manat amortizasiya xərclərinin ödənilməsi barədə tələb qeyd olunan əsaslara görə haqlı sayılmır. Tələb edilən əmlakların ümumi dəyərinə gəldikdə isə xx.xx.2017-ci il tarixli müqavilədə göstərildiyi kimi 650.450 (altı yüz əlli min dörd yüz əlli) ABŞ dolları dəyərində olmuşdur”. Məhkəmənin qeyd olunan nəticəyə gəlməsi yanlışdır. Çünki ilk növbədə qeyd etmək lazımdır ki, barışıq sazişi müstəqil tələb irəli sürən üçüncü şəxs Dörtak şirkəti ilə cavabdeh arasında bağlanmamış, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmışdır. Bundan başqa əgər hər bir şəxsin istehsal olunmuş malların satışından gəlirlər əldə etmək hüququ olmuşsa onda Dörtak şirkətinə niyə bu gəlirlər verilməyib?. Nəzərə alaraq ki, məhkəmədə dəzgah və avadanlıqların Dörtak şirkətinə məxsus olması öz təsdiqini tapmışdırsa bu halda Dörtak şirkətinin məhrum olduğu avadanlıqların hesabına cavabdeh tərəfindən istehsal edilib və satılaraq əldə etdiyi gəlirlərin 50% almaq hüququ da olmuşdur. Belə olan halda məhkəmə Dörtak şirkətinin əldən çıxmış fayda ilə bağlı tələbini və ya cavabdehin əldə etdiyi gəlirin 50 % hissəsini ondan alınıb niyə Dörtak şirkətinə verilməsini təmin etməmişdir? Hesab edirlər ki, məhkəmə tərəfindən əldən çıxmış fayda ilə bağlı hissəni təmin etməməsi əsassızdır. Dörtak şirkətinin qanunla qorunan mənafelərinə toxunur. Məhkəmə yalnız avadanlıqların Dörtak şirkətinə qaytarılması ilə kifayətlənir, lakin əldən çıxmış fayda ilə bağlı tələbi təmin etmir. Bu da ədalətsiz və əsassız bir qərardır. Cavabdeh tərəfindən Dörtak şirkətinin avadanlıqları istifadə edilmiş və bunun nəticəsində gəlirlər əldə etmişdir. 1-ci sübut: İş üzrə materiallardan görünür ki, mebel istehsalı üçün avadanlıqlar müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən təqdim edilən gömrük bəyannamələrinə əsasən cavabdehin adına gəlmiş və rəsmiləşdirilmişdir. Bu sənədlər müstəqil tələblər irəli sürən üçüncü şəxsin elektron məhkəmə sistemi üzərindən təqdim etdiyi iddia ərizəsinə əlavə edilmişdir. 2-ci sübut: İş üzrə materiallardan görünür ki, cavabdeh öz adına 19 aprel 2017ci il tarixli İN/İTS-53/2017 saylı investisiya təşviqi sənədini almışdır. Cavabdeh öz adından müraciət etmiş və cavabdehin investisiya təşviqi sənədi alarkən təqdim etdiyi biznes planda görünür ki, təsisçilərin iki şəxsin, yəni biri cavabdehin özü o birisi isə Dörtak Mobilya şirkəti olması qeyd edilib. Yəni ki, mebel istehsalı fəaliyyətində iki şəxs iştirak edir və həmin şəxslər birgə fəaliyyət göstərərək gəlirlər əldə etməlidirlər. Nəticədə bu fəaliyyətdə Dörtak şirkəti faktiki olaraq iştirak etməmişdir. Cavabdeh isə faktiki olaraq mebel istehsalı fəaliyyətini təkcə öz VÖEN ilə apararaq, mebel məhsullarını istehsal edib satmış və gəlirlər əldə etmişdir. 3-cü sübut: İş üzrə materiallardan görünür ki, avadanlıqlar 2018-ci ildə cavabdehin balansına qoyulmuş və hər il 2020-ci il tarixədək həmin avadanlıqlara görə amortizasiya hesablamışdır. Bu sübutlar iddiaçı tərəfindən xx.xx.2021ci il tarixdə elektron məhkəmə sistemi üzərindən təqdim edilən ərizəyə əlavə edilmişdir. Həmin ərizəyə əlavə edilən sənədlərin daxilində Cavabdeh 2018-2020-ci il tarixli mənfəət vergi bəyannaməsi və 12 saylı vergi orqanın rəsmi bildirişləri yer almışdır. 4-cü sübut: İş üzrə materiallardan görünür ki, cavabdeh müxətlif şəxslərə mebel məhsullarını satmışdır. Cavabdeh Seriya:EBAD №: 090637 xx.xx.2019, Seriya:EBAA №: 760360 xx.xx.2019, Seriya:EBAA №: 307779 xx.xx.2019, Seriya:EAAY №: 724721 xx.xx.2019, Seriya:EAAU №: 100317 xx.xx.2019, Seriya:EAAU №: 087829 xx.xx.2019, Seriya:EAAU №: 018428 xx.xx.2019, Seriya:EAAU №: 106980 xx.xx.2019 elektron qaimə-fakturalar üzrə ümumilikdə 619508,82 manat dəyərində rəsmi mal satmışdır. 5-ci sübut: Cavabdeh qeyrirəsmi mebel məhsullarını satmış, həmin satışları vergidən gizlətmiş və əldə edilən gəlirləri mənimsəmişdir. Bu halları təsdiq edən sübutlar və sənədlər iş üzrə elektron məhkəmə sistemi üzərindən təqdim edilən xx.xx.2021-ci il tarixli ərizəyə əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, cavabdeh 2019-cu il üçün vergiyə cəlb edilən əməliyyatları gizlətdiyi üçün 12 saylı vergi xidməti cavabdehə təxminən 91260,23 manat gəlir vergisi hesablayıb. 12 saylı vergi xidməti bu halları MBA Consulting şirkətinin təqdim etdiyi ekspertiza rəyi əsasında təsdiq etmişdir. Həmin ekspertiza rəyi alınsa görünər ki, cavabdehin təkcə 2019-cu ildə 456301,15 AZN-lik vergiyə cəlb olunan gəliri olubdur. Vergi Məcəlləsinə görə mənfəət vergisinin 20% olmasını nəzərə alaraq, 12 saylı vergi xidməti cavabdehə 91260,23 AZN mənfəət vergisi hesablamışdır. Həmin vergiyə cəlb olunan gəlirdən mənfəət vergisini çıxdıqdan sonra xalis gəlir 365040,92 manat olmuşdur. Bu xalis gəlir də tərəflər arasında bölünməmişdir. 6-cı sübut: İş üzrə materiallardan görünür ki, Cavabdeh 2018-2019-cu illərdə mebel istehsalı üçün 390765,61 ABŞ dolları dəyərində və bunun azərbaycan manatı ekvivalentində 503967,83 AZN dəyərində xammal alaraq respublikaya idxal etmişdir (Cədvəl və bəyannamələr ərizəyə əlavə olunur). Malların idxalından yaranan 90714,21 AZN (503967,83 * 18 % ƏDV) məbləğ Cavabdeh şəxsi hesab vərəqəsində olmalıdır. Şəxsi hesab vərəqəsində yığılan vəsaitlər vergi, gömrük və digər vergi məqsədləri üçün istifadə etmək mümkün olardı. Lakin Cavabdeh həmin vəsaitləri nağdılaşdırmış və ya mənimsəmişdir. Bundan başqa respublika daxili xammal alışlarları olmuşdur. Bu alışlar nəticəsində isə şəxsi hesab vərəqədə 31652,09 AZN dəyərində vəsaitlər olmalıdır. Bu əməliyyatlardan cavabdehin şəxsi hesab vərəqəsində ümumilikdə 122366,30 AZN vəsait yığılmışdır (Cədvəl və elektron qaimə fakturalar təqdim edilmişdir). Cavabdehin xx.xx.2021-ci il tarixli şəxsi hesab vərəqəsinə baxdıqda görmək olar ki, həmin vəsaitlər hesabda yoxdur. Cavabdeh həmin vəsaitləri şəxsi məqsədlər üçün istifadə etmişdir. Qeyd olunan sübutlar onu deməyə əsas verir ki, cavabdeh Dörtak şirkətinin əmlakı hesabına fəaliyyət göstərmiş, mebel məhsullarının istehsalı və satışı ilə məşğul olub. Lakin cavabdeh bunun nəticəsində Dörtak şirkəti ilə gəlirlərini bölüşməyib. Bu halların mövcüd olması Dörtak şirkətinin haqlı olaraq əmlakından məhrum olduğu üçün əldən çıxmış faydanı tələb etmək hüququ olmuşdur. Məhz bu səbəbdən də Dörtak şirkəti avadanlıqlarından məhrum olduğu üçün əldən çıxmış faydanı aşağıdakı sübutlarlara əsaslandırmışdır. İş üzrə materiallardan görünür ki, Dörtak şirkətinin Türkiyədə fəaliyyəti olmuşdur. Dörtak şirkətinin iş üzrə təqdim etdiyi 2014-2018-ci illəri əhatə edən rəsmi vergi bəyannamələrinə baxsaq görərik ki, şirkət həmin avadanlıqlardan istifadə etsəydi 3(üç) il ərzində ******* AZN gəlir əldə edərdi. Lakin avadanlıqlar Cavabdeh olduğu üçün həmin gəlirlərdən və avadanlıqdan məhrum olub. Cavabdeh avadanlıqları öz balansına qoyub, avadanlıqlardan istifadə edib, mebel məhsullarını istehsal edib və satıb. Bundan isə Dörtak şirkətinə heç bir gəlir verməmişdir. Göründüyü kimi yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh müqavilədə razılaşdırılmış şərtlərdən kənar çıxaraq özünə üstün şərait yaratmış, bundan xeyli miqdarda bəhrələnmiş və gəlirlər əldə etmişdir. Lakin həmin gəlirlərin 50% hissəsi müstəqil tələblər irəli sürən üçüncü şəxsə çatmalı olduğu halda cavabdeh müstəqil tələblər irəli sürən üçüncü şəxs Dörtak şirkətinə heç bir ödəniş etməmişdir. Bu hallar bir daha onu deməyə əsas verir ki, Dörtak şirkəti öz əmlakından məhrum olduğu üçün onun qanunla əldən çıxmış faydanı tələb etmək hüququ olmuşdur. Lakin məhkəmə əsassız olaraq bu tələbi təmin etməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara lazımi qaydada qiymət verməmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs Dörtak şirkətinin əldən çıxmış fayda ilə bağlı tələbinə dair yanlış nəticəyə gəlmişdir. Buna görə də qətnamənin müstəqil tələb sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçının cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etirazı: İddiaçı cavabdehin verdiyi apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin saxta olmasını iddia etmişdir. Bildirir ki, xx.xx.2017-ci ii tarixli müqavilənin hər səhifəsində tərəflərin imzaları mövcüddur. Tərəflər həmin müqavilədə öz gələcək əməkdaşlığının şərtlərini və niyyətlərinı müəyyən ediblər. Lakin cavabdeh həmin müqaviləni kobud surətdə pozub, qismən icra edib. Belə ki, müqavilənin şərtlərinə görə tərəflərin birgə ortaqlıq müəssisəsini yaradaraq gəlir əldə emək niyyəli olmuşdur. Bunun üçün cavabdehin müqavilə üzrə öhdəliyi olmuşdur ki, birgə ortaqlıq fəaliyyətini həyata keçirmək üçün "xxxx" MMC-ni təsis edib qeydiyyatdan keçirəcək və həmin MMC-nin adına investisiya təşviqi sənədini alacaq (xx.xx.2017-ci il tarixli müqavilənin 3.1.2. maddəsi). Lakin iş üzrə materiallardan göründüyü kimi, 19 aprel 2017ci il tarixli investisiya təşviqi sənədini (əlavə olunur) öz adına alaraq bunun üçün cavabdeh biznes plan hazırlamış, xx.xx.2017-ci il tarixli müqaviləni hazırlamış və öz adından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Fakitiki olaraq birgə ortaqlıq müəssisəsi qurulmamışdır. Cavabdeh istehsal sahəsini öz adına rəsmiləşdirmiş, mebel istehsalında istifadə edilən avadanlıqları öz adına göndərilməsinə nail olmuş və həmin avadanlıqları öz balansına qoymuşdur. Bununla da cavabdeh müqavilənin şərtlərini pozaraq bütün hər şeyi öz adına rəsmiləşdirmişdir. Nəticədə isə iddiaçı birgə ortaqlıqda işlirak etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, "xxxx" MMC istehsal fəaliyyəti ilə məşğul olub, MMC-nin adından məhsulların ixrac edildiyini və gəlirlərin bölüşmədiyini qeyd edir. Buna etiraz olaraq bildirir ki, "xxxx" MMC-nin yaradılmasına baxmayaraq həmin MMC istehsal fəaliyyəti ilə heç vaxt məşğul olmayıb. Bu hallar 1-ci instansiya məhkəməsində təqdim etdiyi 12-saylı Ərazi Vergilər İdarəsinin 2018-2020-ci illər üzrə təsdiq etdiyi MMC-nin mənfəət bəyannaməsindən görmək olar. "xxxx" MMC-nin adından ixrac edilən 848971,75 manat dəyərində məhsullar isə Cavabdeh istehsal etdiyi məhsullar olmuşdur. Bu ixracdan əldə olunan gəlirlər isə iddiaçı tərəfindən götürülməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 19 aprel 2017-ci il tarixli investisiya təşviqi sənədində ünvan 2 ünvanında Cavabdeh mebel istehsalı ilə məşğul olduğu göstərilir. Göründüyü kimi mebel istehsalı ilə yalnız cavabdeh məşğul olub və istehsal etdiyi məhsulları sataraq gəlirlər əldə etmiş və bu gəlirləri isə iddiaçı onunla bölüşməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, "xxxx" MMC-nin fəaliyyəti guya düzgün təşkil edildiyini və yaradıldığını, MMC-nin fəaliyyəlinə İddiaçı1 rəhbərlik etdiyini və gəlirləri mənimsədiyini qeyd edir. Buna bir daha etiraz olaraq bildiririk ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Dövlət Reyestrindən Çıxanşdan görünür ki, "xxxx" MMC 12 dekabr 2017-ci ildə qeydiyyatdan keçirilmişdir. xx.xx.2017-ci il tarixli birgə ortaqlıq haqqında müqavilənin şərtlərinə görə "xxxx" MMC avadanlıqların və investisiya təşviqi sənədini almamışdan qabaq yaradılmalı idi. Lakin "xxxx" MMC sonradan yaradılmış və investisiya təşviqi sənədi MMC-nin adına yox, cavabdehin adına alınmışdır. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı1 cavabdehdən müqavilədə razılaşdırılan şərtlərə əməl edilməsini tələb etmişdir. Yalnız bundan sonra cavabdeh tərəfindən gözdən pərdə salmaq üçün 12 dekabr 2017-ci ildə saxta və istehsal ilə məşğul olmayan "xxxx" MMC yaradıldı. Lakin MMC-nin yaradılmasına baxmayaraq cavabdeh xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə yenə də əməl etməmişdir. Belə ki, "xxxx" MMC yaradılmış və onun ******* (iki milyon iki yüz min manat) şəklində təşkil edilmiş saxta nizamnaməsi formalaşdırılmışdır. Lakin MMC-nin nizamnaməsinə qoyulan əmlaklar faktiki olaraq MMC-nin balansına qoyulmamışdır. Yəni ki, MMC-nin nizamnaməsi MMC-nin fəaliyyətində iştirak etməmiş, yalnız kağız üzərində olmuşdur. Bu işləri saxta edən də cavabdehin mühasibi X7 olmuşdur (hal-hazırda, elektron bildirişdən göründüyü kimi Cavabdeh baş mühasib vəzifəsinə qəbul olunub). Təsədüfi deyil ki, "xxxx" MMC-ni qeydiyyatdan keçirən də X7 olmuş və o, MMC-nin nizamanaməsinə onun əvəzinə imza atmışdır. Bundan başqa "xxxx" MMC-nin ümumiyyətlə işçiləri olmamış, yalnız direktor vəzifəsi olmuşdur. MMC-nin mühasibatlığı və idarə edilməsini etibarnamə əsasında X7 tərəfindən aparılmışdır. Sonradan İddiaçı1 işin hallarını və aldadıldığını bildikdən sonra X2 verdiyi həmin etibarnaməni 2020-ci ilin mart ayında ləğv etmişdir. (Etibarnamənin ləğv edilməsi ərizəsi əlavə olunur). Qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı1 "xxxx" MMC-nin yaradılmasında və idarə edilməsinə iştirak etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə şərtlərini yerinə yetirib və birgə istehsal sahəsini yaradaraq öz vəzifəsini icra edib. Buna etiraz olaraq bildirir ki, cavabdeh yalan danışır, birgə ortaqlıq qurulmayıb. Cavabdeh hər şeyi öz adına rəsmiləşdirib və öz VÖEN-lə istehsal fəaliyyətini həyata keçirib. Qeyd etmək lazımdır ki, birgə ortaqlıq fəaliyyətini təkbaşına fiziki şəxsin VÖEN-ni ilə həyata keçirilməsi qadağandır. Cavabdeh isə birgə ortaqlıq fəaliyyətini 2017-2020-ci illərdə özünə məxsus VÖEN-lə aparmış və bütün əmlakı öz adına rəsmiləşdirmişdir. Bu hallar isə xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə ziddir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC yaradılmış və avadanlıqlar həmin MMC-nin nizamnaməsinə qoyulmuşdur. Buna etiraz olaraq bildirir ki, "xxxx" MMCnin yaradılmasında məqsəd xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini düzgün yerinə yetirilməsi olmuşdur. Yəni ki, cavabdeh "xxxx" MMC-nin fəaliyyətini saxta şəkildə qurduğu üçün yenidən düzgün olan MMC-ni qurmağa çalışmışdır. Lakin yenə də MMC-nin yaradılmasına baxmayaraq birgə ortaqlığın davam etdirilməsi mümkün olmamışdır. Çünki Cavabdeh 2017-2020-ci illərdə əldə etdiyi gəlirləri İddiaçı1la bölüşmür. Hal-hazırda ayrılmaq qərarına gəlmişlər. Ayrılmaq üçün də gərək tərəflərə düşən öhdəliklər icra edilsin. Yəni ki, Cavabdeh xx.xx.2017-ci il tarixli Birgə ortaqlıq haqqında müqavilənin şərtlərini pozduğu üçün 2017-2020-ci illər üzrə təkbaşına öz VÖEN-i ilə həyata keçirdiyi mebel istehsalı fəaliyyətindən əldə etdiyi gəlirləri İddiaçı1la bölüşməli və tərəflərə düşən əmlaklar özlərinə qaytarılmalıdır. Bunları da tərəflər arasında həll etmək mümkün olmamışdır. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
25. Cavabdehin iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etirazı: Cavabdeh iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti ilə razı deyllər. Belə ki, iddiaçının tələbi ilə hər ikisinin təsisçiliyi ilə xx.xx.2017-ci il tarixdə "xxxx" MMC yaradılmış, həmin müəssisənin nizamnamə kapitalı ******* (iki milyon iki yüz min manat) şəklində təşkil edilmiş (yəni X17 X10 Sanaye və ticarət LTD Şirkəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 1 nömrəli müqavilə əsasında ona təqdim edilmiş əmlaklar İddiaçı1 adından "xxxx" MMC-nin nizamnamə kapitalına aid edilmiş) və İddiaçı1 "xxxx" MMC-nin direktoru təyin edilmişdir. 2017-2020-ci illərdə "xxxx" MMC İddiaçı1 rəhbərliyi altında fəaliyyət göstərmişdir. (buna dair təsdiqedici sənədlər materiallara əlavə edilmişdir) Odur ki, iddiaçının xx.xx.2017-ci il tarixli müqaviləni pozaraq Cavabdeh istehsal fəaliyyətini guya təkcə öz adına həyata keçirməsi ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir. Bundan başqa, şikayətdə qeyd olunur ki,... cavabdeh müqavilədə razılaşdırılmış şərtləri pozaraq mebel istehsalı fəaliyyətini ayrıca təkcə aparmışdır. Bağlanmış müqavilədə məqsəd normal qaydada MMC yaradaraq birgə fəaliyyət göstərmək olmuşdur. Lakin cavabdeh bunun əksini etmiş öz adına təşviq sənədini almış və öz adıyla mebel istehsalı faəliyyətini aparmışdır. Bu hallar məhkəməyə təqdim edilən sübutlarla, cavabdehin verdiyi ifadələrlə öz təsdiqini tapmışdır. Bu xüsusatla bağlı bildirilir ki, əgər xx.xx.2017-ci il tarixli müqavilə elə həmin tarixdə mövcud idisə o zaman, hansı səbəbdən xx.xx.2017-ci il tarixli digər müqavilə imzalanır və dəzgahlar həmin müqavilə əsasında Azərbaycan Respublikasına göndərilirdi?! Eləcə də xx.xx.2017ci il tarixli müqavilə mövcud idisə niyə dəzgahlar "xxxx" MMC-yə göndərilmirdi?! İddia tələbinin həcminin artırılması barədə İddiaçı1 tərəfindən Gəncə Kommerisya Məhkəməsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən sonuncunun tələb etdiyi zərər aşağıdakı şəkildə formalaşmışdır. Xammalın idxalı zamanı yaranan artıq ödəmələrin şəxsi hesab vərəqəsində olmaması - ümumilikdə 122366, 30 AZN, istehsal və satışdan gəlirlər - ümumilikdə 523901,6 AZN, "xxxx" MMC-nin fəaliyyətindən yaranan zərər- ümumilikdə 223843,15 manat. Yuxarıda qeyd edilən əməliyyatlar nəticəsində iddiaçıya (normal ortaqlıq qurulsaydı adi qaydada gəlirin (dövriyyənin) 50% tərəflər arasında bölüşdürülməsini nəzərə alaraq) yuxarıda qeyd edilən 994137,16 AZN dövriyyənin 50% olan 497068,58 AZN dəyərində iddiçı İddiaçı1 zərər dəyib. Yuxarıda da qeyd etdiyim kimi, "xxxx" MMC yarandığı gündən onun qanuni təmsilçisi İddiaçı1 olmuşdur. Odur ki, müəssisənin cari faəliyyətinə o rəhbərlik etmiş və özünün rəhbərlik etdiyi dövrə aid itkilərin başqasından tələb edilməsi yolverilməzdir. Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci incraat:
26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-14/2022 nömrəli 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər (sədrlik edən və məruzəçi) Afiq Hüseynzadə,Loğman Süleymanov və İslam Həsənov) Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı1 iddiasının qismən təmin edilməsi, Cavabdeh əldən çıxmış fayda qismində 497068,58 manat zərər məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 497098,58 (dörd yüz doxsan yeddi min doxsan səkkiz manat, 58 qəpik) manatın alınaraq, İddiaçı1 verilməsi, İddiaçı1 iddiasının qalan hissədə təmin edilməməsi, "X12 X10 Sanaye və Ticaret LTD" şirkətinin iddiasının və apellysiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
27. Həmin qətnamədən narazı qalan Cavabdeh 2022-ci il 17 may tarixində kassasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin olunması hissəsinə münasibətdə ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 2-2(102)-511/2022 nömrəli qərarı ilə (hakimlər (sədrlik edən və məruzəçi) Bəhram Məmmədli,İlqar Dadaşov və Bəhman Qəribov) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 saylı qətnaməsinin İddiaçı1 iddiasına münasibətdə ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, qanunun tələblərindən aydın olur ki, əvvəlcə "xxxx" MMC, daha sonra isə "xxxx" MMCnin nizamanmə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmuşdur. Belə olan halda məhkəmə iddiaçının vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasını qiymətləndirərkən ilk növbədə MM-in 64.1-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanları dəyərləndirməlidir. Belə ki, hətta iddia olunan zərər həqiqətən də vurulmuşdursa, bu zərər ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur. İşə baxan məhkəmələr isə nəinki iddiaçının subyektiv hüquqa malik olub-olmamasını qanunun tələbləri çərçivəsində düzgün qiymətləndirməmiş, hətta qanunvericiliyin tələbinə uyğun olaraq "xxxx" MMC və "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi prosesə cəlb olunması istiqamətində də heç bir tədbir görməmişlər. Avadanlıq, əvvəlcə "xxxx" MMC, daha sonra isə "xxxx" MMC-nin nizamanmə kapitalına pay kimi qoyulmuş, beləliklə də müvafiq dövrlərdə həmin MMC-lərin mülkiyyətinə çevrilmiş və hazırda da MMC-lərin nizamanmə kapitalına pay kimi qoyulmuş istehsal sahəsindədir. Belə olan halda, cavababdehin 2018-2020-ci illər ərzində birgə fəaliyyətdən kənar, yəni MMC-lərin, habelə digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının xəbəri və razılığı olmadan təkbaşına necə 1.104.556,76 manat gəlir əldə etməsi qətnamədən aydın olmur. Digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının, habelə MMC-lərin cavabdehin qanunsuz fəaliyyətindən xəbərsiz olmalarının səbələrinə aydınlıq gətirilməlidir. Əgər bu hüquq pozuntuları məlum idisə, iddiaçı ilə cavabdehin yenə də şərikli qaydada 2020-ci il 20 avqust tarixində "xxxx" MMC-ni təsis etmələrinin səbəbləri müəyyən olunmalıdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 (o həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsidir) cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, artıq 6 ildir Azərbaycan Respublikasında yaşayır. Sözügedən avadanlıqlar "xxxx" MMC-dədir. Ona görə də iddiasının tam təmin edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək cavabdeh tərəfin hər hansı sübut təqdim edə bilmədiklərini, bununla belə 2017-2018-ci ilin axırına qədər sözügedən dəzgahların idarənin istifadəsində olduğunu bildirmişdir. İddiaçı1 iddiasının tam təmin edilməsinə dair qətnamə şıxarılmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Firudin oğlu iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Vəkil olan nümayəndə həmçinin izahatında göstərmişdir ki, kassasiya şikayətində qeyd etdiyi kimi, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X11 apellyasiya şikayətlərinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, izahatında göstərmişdir ki, "xxxx" MMC hazır malları satışa çıxarmışdır, sözügedən avadanlıqlar "xxxx" MMC-dədir onun da rəhbəri İddiaçı1dır.
34. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, cavabdeh onun dayısıdır, aralarında son vaxtlar münaqişə vardır, 2012-ci ildən cavabdehin yanında işləyir, 2017-ci ildə türklərlə iş qurduğunu bilmişdir. Sözügedən avadanlıqları o qəbul etmişdir, həmin avadanlıqlar fabrikə yığılmışdır. "xxxx" MMC-nin fəaliyyət göstərdiyi yerdədir. Hal-hazırda İddiaçı1 yanında taksi fəaliyyəti ilə məşğuldur. Həm də "xxxx" MMC-nin müdiridir. "xxxx" MMC hazır malları (mebelləri) satışa çıxarmışdır.
35. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
37. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.
38. Maddə 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
41. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
44. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
46. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
47. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
48. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
50. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
55. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
56. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
57. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
60. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”
62. Məhkəmə kollegiyası yuxarıda göstərilən normativ hüquqi akta əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 1 fevral 2022-ci il tarixli 2-2(104)-14/2022 nömrəli qətnaməsini İddiaçı1 iddiasına münasibətdə ləğv edilərək həmin hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası nəzərə çatdırır ki, işə yol verilmiş pozuntunun aradan qaldırılması ilə müşaiyət olunan maddi və prosessual hüquq normalarına riayət edilməsi ilə baxılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, İddiaçı1 Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, avadanlıqların qaytarılması və iddiaçıya vurulmuş 497068,58 manat dəyərində zərərin cavabdehdən tutulub İddiaçı1 verilməsi tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilən nəticəyə gələrkən əvvəla qeyd edir ki, göründüyü kimi iddiaçının tələbi ortaqlıq fəaliyyəti haqqında müqaviləni ləğv etməklə tərəflərin öhdəliklərinə xitam verilməsi, əmlakların qaytarılması və dəymiş zərərin cavabdehdən alınıb ona verilməsindən ibarətdir.
65. Kollegiya qeyd edir ki, ilkin olaraq iddiaçının hazırkı iddia vermək üçün ümumiyyətlə subyektiv hüquqa malik olub-olmadığı dəyərləndirilməlidir. Mülki Məcəllənin 64.1-ci maddəsinin tələblərinə görə, təsərrüfat cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, iddiaçının verilmiş iddianı irəli sürməyə hüquqi ixtiyarının (subyektiv hüququnun) olmamasına istinadən belə hesab edir ki, habelə təsərrüfat cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Qanunun tələbindən aydın olur ki, əvvəlcə "xxxx" MMC, daha sonra isə "xxxx" MMC-nin nizamanmə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmuşdur. Belə olan halda məhkəmə iddiaçının vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olubolmamasını qiymətləndirərkən ilk növbədə Mülki Məcəllənin 64.1-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanlarını dəyərləndirməlidir. Belə ki, hətta iddia olunan zərər həqiqətən də vurulmuşdursa, bu zərər ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur.
66. Məhkəmə kollegiyası bu məqamda qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər-öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmə hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət edilməməsi subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmə hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
67. Göründüyü kimi, 15 sentyabr 2017-ci il tarixli aktda qeyd olunan həmin avadanlıqlar Azərbaycan Respublikasına gətirilərək cavabdehə təhvil verilmiş, əvvəlcə 12 dekabr 2017-ci ildə "xxxx" MMC, daha sonra isə "xxxx" MMC-nin nizamanmə kapitalına pay kimi qoyulmuş bu avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçı vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olmamışdır.
68. O ki qaldı müqavilənin ləğv edilməsi və müvafiq olaraq öhdəliklərə xitam verilməsi və əmlakların qaytarılması tələbi ilə bağlı mövqe bildirərkən kollegiya tərəflər arasındakı mövcud münasibətə və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərdiyi xüsusatlara aydınlıq gətirərkən onu qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 hazırkı işdə iddianı qaldırmaqda subyektiv hüququ olmadıgı üçün həmin hissədə və cavabdehin məhkəməyə təqdim etdiyi səs yazılarına, eləcədə şahid ifadəsinə hüquqi qiymət verilməsinə luzum qalmamışdır.
69. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, cavabdeh onun dayısıdır, aralarında son vaxtlar münaqişə vardır, 2012-ci ildən cavabdehin yanında işləyir, 2017-ci ildə türklərlə iş qurduğunu bilmişdir. Sözügedən avadanlıqları o qəbul etmişdir, həmin avadanlıqlar fabrikə yığılmış, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi yerdədir. Hal-hazırda İddiaçı1 yanında taksi fəaliyyəti ilə məşğuldur. Həm də "xxxx" MMC-nin müdiridir.
70. Məhkəmə kollegiyası yekun olaraq apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(115)-99/2021 nömrəli qətnaməsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, İddiaçı1 Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, avadanlıqların qaytarılması və iddiaçıya vurulmuş 497068,58 manat dəyərində zərərin cavabdehdən tutulub İddiaçı1 verilməsi tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.
71. Məhkəmə Kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
72. Ali Məhkəmənin qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyini nəzərə alan Kollegiya hesab edir ki, baxılan işdə hətta iddia olunan zərər həqiqətən də vurulmuşdursa, bu zərər ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur. Yəni İddiaçı1 baxılan işdə iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır.
73. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasi şikayətinin dəlilləri isə hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır və təmin olunmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı1 Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, avadanlıqların qaytarılması və iddiaçıya vurulmuş 497068,58 manat dəyərində zərərin cavabdehdən tutulub İddiaçı1 verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.