Məhkəmə qərarları › İş №2-2(104)-5/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-5/2023

22.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-5/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh “Azəriqaz “ İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı 2019-cu ilin fevral ayı üçün hesablanmış 153566.30 manat borcun tutulmasına dair Gəncə İnzibati Məhkəməsinin e-2-2(083)-586/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən və iddiaçi İddiaçı Cavabdehnə qarşı 70.000 manat borcun silinməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli, e-2-2(115)-37/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə birləşdirilmiş kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, Müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz “İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir X5 İdarəsinin Şəmkir Xidmət sahəsinin nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixli akt əsasında qanunsuz hesablanmış 70000 manat məbləğində borcun silinməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-2(115)-37/2020 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia təmin edilərək, Cavabdeh Şəmkir RQİİ əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 70000 (yetmiş min) manat borcun İddiaçı hesabından silinməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-2(115)-37/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 noyabr 2020-ci il tarixli 2-2(104)-71/2020 saylı qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi),Rəşad Mamedov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli e-2-2(115)-37/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 noyabr 2020-ci il tarixli 2-2(104)-71/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 04 avqust 2021-ci il tarixli 2-2(102)-351/2021 saylı qərarı ilə (hakimlər İlqar Dadaşov (sədrlik edən və məruzəçi),Aqil Abbasov və İspəndiyar Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)- 71/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli 2-2(104)-201/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı 2019-cu ilin fevral ayı üçün hesablanmış 153566.30 manat borcun tutulması tələbinə dair 2-2(104)- 08/2021saylı kommersiya işi 2-2(104)-201/2021 saylı işlə bir icraatda birləşdirilmiş və birləşmiş kommersiya işinə 2-2(104)-201/2021 nömrəsi verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 ərizə təqdim edərək bildirmişdir ki, hazırki iş üzrə İddiaçı ilə qarşılıqlı razılıq əsasında barışıq sazişi bağlamışlar. Sazişin şərtləri ilə razıdır. Odur ki, barışıq sazişinin qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəmə kollegiyasına müraciəti daxil olmamışdır. Bununla belə, iddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə Cavabdeh İB ilə bağladığı barışıq sazişininin şərtlərinin və MPM-in 191, 261 və 262-ci maddələrinə nəzərdə tutulmuş nətirəcələri ona aydındır. Barışıq sazişini bir daha təsdiq edir və işin icraatına barışıq sazişinin şərtlərinə əsasən xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, bu əsasa görə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli e 2-2 (081)-586 nömrəli və Gəncə Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli e-2-2(115)-37/2020 nömrəli qətnamələri ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflər iddiaçının nümayəndəsi mübahisənin barışıq yolu ilə həll olunması barədə razılığa gəldiklərini, bu barədə aralarında şərtləri dəqiqləşdirilməklə barışıq sazişi bağladıqlarını bildirmiş və barışıq sazişini məhkəməyə təqdim edərək, məhkəmə kollegiyasından həmin sazişi təsdiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla qurtarmaq hüququ, bunun prosessual qaydaları və hüquqi nəticələri qanunvericiliklə tənzimlənmişdir. Azərbaycan Respublikasının MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilər. Azərbaycan Respublikasının MPM-in apellyasiya icraatı zamanı barışıq sazişi ilə bağlı prosessual məsələləri tənzimləyən 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-in 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Tərəflərin təqdim etdiyi və imzaladıqları barışıq sazişində göstərilir ki:

1. İddiaçı Cavabdeh İB-yə qarşı ümumilikdə 2645359.00 manat pulunun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)- 1123/2022 saylı iş üzrə iddia məbləğinin 2445359.00 manat hissəsindən, bundan başqa Cavabdeh İB-yə qarşı 70.000 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-18/22 saylı iş üzrə iddia məbləğinin tam, bundan başqa Cavabdeh İB-yə qarşı ümumilikdə 994068.60 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-60/2022 saylı iş üzrə isə iddia məbləğindən tam imtina etməyi öz öhdəsinə götürür. Bundan başqa, İddiaçı istifadə edilmiş qaza görə yaranmış 394000.00 manat məbləğində borcu qəbul edir, özü də daxil olmaqla həmin borcun qazdan istifadə edən digər bütün şəxslər (aidiyyəti şəxslər) arasında bölünməsini, 394000.00 manat məbləğində borcun bölünəcək hissələrinin aidiyyəti şəxslər tərəfindən qəbul edilməsini və bu barışıq sazişinin predmeti daxilində borcun bölünməsi nəticəsində hər bir aidiyyəti şəxsin üzərinə düşəcək məbləğin yaranmış borc kimi gələcəkdə istehlakçı qismində onların hər birinin abonent saldosuna daxil edilməsinə razılığı bildirən notarial qaydada təsdiq edilmiş müvafiq ərizələrin Cavabdeh İB-yə təqdim olunmasını öz öhdəsinə götürür və faktiki dəyəri 258825.00 manat təşkil edən istixananın qazlaşdırılması ilə əlaqədar öz vəsaiti hesabına çəkilmiş qaz xəttinin, əlaqədar qurğu və avadanlıqların, mal-materialların əvəzsisz olaraq Cavabdeh İBnin balansına keçirilməsinə razılıq verir.

2. Cavabdeh İB isə öz növbəsində İddiaçı Cavabdeh İB-yə qarşı ümumilikdə 2645359.00 manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-1123/2022 saylı iş üzrə iddia məbləğinin 200000.00 manat hissəsini qəbul etməyi, bundan başqa İddiaçı qarşı borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-18/22 saylı iş üzrə akt əsasında yazılmış 70.000 manat borcun silinməsini, bundan başqa İddiaçı qarşı ümumilikdə 340586.10 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatına olan 2-2(115)-60/2022 saylı iş üzrə İddiaçı məxsus istixanada qurarşdırılmış ROK-107 tipli, SN21380301 nömrəli qaz sayğacının rəy əsasında artıq yazmış olduğu 333096 manat borcun silinməsini öz öhdəsinə götürür.

3. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.

4. Bu sazişi imzalanmaqla, tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.

5. Bu barışıq sazişinin təsdiq edilməsi ilə tərəflərin hazırki mülki məhkəmə mübasjosələri üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. Bu saziş həmçinin”Azəriqaz” X1 Arzu Telman oğluna qarşı ümumilikdə 528720.6 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında dayandırılmış olan 2-2(115)-493/2022 saylı işə şamil edilir.

6. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinə barışıq sazişi bağlamaqla işin qartarmasının hüquqi nəticələri müfəssəl izah olunmuş, ərizə ilə müraciət edən iddiaçı barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək barışıq sazişini təsdiqlədiyini, onun şərtlərinə əsasən işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi də iddiaçı ilə bağlanmış barışıq sazişinin onun mənafelərinə və iradəsinə uyğun olduğunu, barışıq sazişinin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsini dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışı sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası barışıq sazişinin şərtlərini təhlil edərək bu qənaətə gəlmişdir ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinin tələbinə görə məhkəmə, tərəflərin barışıq sazişini təsdiq etdikdə, bu barədə qərardad çıxararaq bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Eyni zamanda həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263,264,370, 402, 404, 405 və 407-cı maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası

Qəraraaldı:

İddiaçı Cavabdeh İddiaçı qarşı 2019-cu ilin fevral ayı üçün hesablanmış 153566.30 manat borcun tutulması və iddiaçi İddiaçı Cavabdehnə qarşı 70.000 manat borcun silinməsi tələbinə dair iş üzrə verilmiş apellyasiya şikayətləri üzrə birləşdirilmiş kommersiya iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh İB-yə qarşı ümumilikdə 2645359.00 manat pulunun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)- 1123/2022 saylı iş üzrə iddia məbləğinin 2445359.00 manat hissəsindən, bundan başqa Cavabdeh İB-yə qarşı 70.000 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-18/22 saylı iş üzrə iddia məbləğinin tam, bundan başqa Cavabdeh İB-yə qarşı ümumilikdə 994068.60 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-60/2022 saylı iş üzrə isə iddia məbləğindən tam imtina etməyi öz öhdəsinə götürür. Bundan başqa, İddiaçı istifadə edilmiş qaza görə yaranmış 394000.00 manat məbləğində borcu qəbul edir, özü də daxil olmaqla həmin borcun qazdan istifadə edən digər bütün şəxslər (aidiyyəti şəxslər) arasında bölünməsini, 394000.00 manat məbləğində borcun bölünəcək hissələrinin aidiyyəti şəxslər tərəfindən qəbul edilməsini və bu barışıq sazişinin predmeti daxilində borcun bölünməsi nəticəsində hər bir aidiyyəti şəxsin üzərinə düşəcək məbləğin yaranmış borc kimi gələcəkdə istehlakçı qismində onların hər birinin abonent saldosuna daxil edilməsinə razılığı bildirən notarial qaydada təsdiq edilmiş müvafiq ərizələrin Cavabdeh İB-yə təqdim olunmasını öz öhdəsinə götürür və faktiki dəyəri 258825.00 manat təşkil edən istixananın qazlaşdırılması ilə əlaqədar öz vəsaiti hesabına çəkilmiş qaz xəttinin, əlaqədar qurğu və avadanlıqların, mal-materialların əvəzsisz olaraq Cavabdeh İBnin balansına keçirilməsinə razılıq verir.

2. Cavabdeh İB isə öz növbəsində İddiaçı Cavabdeh İB-yə qarşı ümumilikdə 2645359.00 manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-1123/2022 saylı iş üzrə iddia məbləğinin 200000.00 manat hissəsini qəbul etməyi, bundan başqa İddiaçı qarşı borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-18/22 saylı iş üzrə akt əsasında yazılmış 70.000 manat borcun silinməsini, bundan başqa İddiaçı qarşı ümumilikdə 340586.10 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-60/2022 saylı iş üzrə İddiaçı məxsus istixanada qurarşdırılmış ROK-107 tipli, SN21380301 nömrəli qaz sayğacının rəy əsasında artıq yazmış olduğu 333096 manat borcun silinməsini öz öhdəsinə götürür.

3. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.

4. Bu sazişi imzalanmaqla, tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.

5. Bu barışıq sazişinin təsdiq edilməsi ilə tərəflərin hazırki mülki məhkəmə mübasjosələri üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. Bu saziş həmçinin”Azəriqaz” X1 Arzu Telman oğluna qarşı ümumilikdə 528720.6 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında dayandırılmış olan 2-2(115)-493/2022 saylı işə şamil edilir.

6. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. Tərəflərin barışıq sazişi təsdiq edildiyinə görə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli e 2-2 (081)-586 nömrəli və Gəncə Kommersiya Məhkəməsinin 16 mart 2020-ci il tarixli e-2-2(115)-37/2020 nömrəli qətnamələri ləğv edilsin və hazırkı birləşdirilmiş kommersiya işinin icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar