Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-52/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X1, Cavabdeh3 və Cavabdeh1 qarşı kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)-1737/2022 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 nümayəndəsi vəkil X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 İstehsal-Kommersiya Firmasından, Cavabdeh3 və Cavabdeh1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 75,549.96 manat cərimə borcu olmaqla, cəmi 247,377.07 manat məbləğində borcun, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 31,474.12 manat cərimə borcu olmaqla, cəmi 108,891.21 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)1737/2022 saylı qətnaməsi ilə İddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 (bir yüz yetmiş min) manat əsas borc, 1,827.11 (min səkkiz yüz iyirmi yeddi manat on bir qəpik) manat faiz borcu, 8500 (səkkiz min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 180.327,11 (yüz səksən min üç yüz iyirmi yeddi manat on bir qəpik) manat borc, xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 (yetmiş altı min altı yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat əsas borc, 798.11 (yeddi yüz doxsan səkkiz manat on bir qəpik) manat faiz borcu, 4000 (dörd min) manat cərimə borcu olmaqla, cəmi 81.417,09 (səksən bir min dörd yüz on yeddi manat doqquz qəpik) manat borc və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 İstehsal-Kommersiya Firmasından, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehlərdən Cavabdeh1 nümayəndəsi vəkil X4 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)- 1737/2022 saylı qətnaməsinin dəbbə pulunun hesablanması və zaminə münasibətdə dəyişdirərək, dəbbə pulunun maksimum dərəcədə azaldılması və zamin kimi onun öhdəliyinin olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 İstehsal- Kommersiya Firması arasında xx.xx.2019-cu il tarixində İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi imzalanmış, Bank tərəfindən borcalana illik faiz dərəcəsi maliyyələşdirmə məbləği 30,000 manat məbləğindən az olduğu təqdirdə 13.50%, 30,000 manat məbləğinə bərabər və artıq olduğu təqdirdə 12.50% olmaqla xx.xx.2021-ci il tarixinədək dövriyyə vəsaitinin artırılması məqsədi ilə 191.000 manat məbləğində kredit limiti açılmışdır. Sonradan tərəflər arasında İDK0403 saylı bərpa olunan invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsi çərçivəsində xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla 170,000.00 manat məbləğində vəsait ayrılmışdır. xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixinədək, illik faiz dərəcəsi 12.50%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27.50%, günlük cərimə faizi 0,0764% olmaqla, 76,618.98 manat məbləğində vəsait ayrılmışdır. Bunlarla yanaşı İddiaçı ASC ilə borcalan Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli ZF0309 saylı zaminlik müqaviləsi və Bank ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ZF0310 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin Borcalan İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 724 gün, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 720 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Birinci instansiya məhkəməsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 İstehsal-Kommersiya Firmasından, Cavabdeh3 və Cavabdeh1 İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170.000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 82,043.02 manat cərimə borcu olmaqla, cəmi 253,870.13 manat məbləğində borcun, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 34,400.54 manat cərimə borcu olmaqla, cəmi 111817,63 manat, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 247 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli İDK0403/10 və xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsində müddətin bitmə tarixindən sonra tətbiq edilən gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi 27.50% nəzərdə tutulmuşdur. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Hazırkı mübahisədə cavabdehlərin müqavilələr üzrə yaranmış cərimə borcu məbləğlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləğləri əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, Borcalan tərəfindən gecikdirilmiş günlərin sayı xx.xx.2022-ci il tarixə İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizə üzrə 724 gün, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizə üzrə 720 gün olduğundan, cərimə məbləğinin İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8500 (səkkiz min beş yüz) manat, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4000 (dörd min) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bu barədə yuxarıda kifayət qədər dəlil göstərilmişdir. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1737/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin cərimə borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi vəkil X4 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, məhkəmə qətnamə qəbul edərkən cərimə məbləğindən kifayət qədər azaltmamışdır, halbuki cərimə məbləği iddia ərizəsində tənasübsüz şəkildə göstərilmişdir. Bundan başqa iş üzrə məhkəmə qətnaməsi qəbul edilərkən ondan da müştərək qaydada pulun tutulması qeyd edilmişdir. Halbuki tələb əvvəl əsas borcluya yönəlməli idi, borcu ödəyə bilmədikdə həmin borc ondan tutula bilər. Məhkəmə isə qətmanəsində onu birbaşa müştərək qaydada borclu kimi göstərmişdir. Hesab edir ki, qətnamə qəbul edilərkən Mülki Məcəllənin 472.1-ci maddəsinin tələbi pozulmuşdur, qanunun tələblərinə riayət edilməməsi onda ifadə olunmuşdur ki, əsas borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə o, müştərək qaydada borclu hesab edilir. Maddənin davamı olaraq bildirilir ki, bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu minimum azalda biləcəyi təqdirdə, bunu etməmiş cərimə məbləğini kifayət qədər çox saxlamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə yalnız iddiaçının təqdim etdiyi sənədləri mötəbər qəbul etmişdir. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)1737/2022 saylı qətnaməsini dəbbə pulunun hesablanması və zaminə münasibətdə dəyişdirərək, dəbbə pulunun maksimum dərəcədə azaldılması və zamin kimi onun öhdəliyinin olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş şəxslərdən cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 bank tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında xx.xx.2019-cu il tarixdə bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsindən görünür ki, dövriyyə vəsaitinin artırılması məqsədi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına illik faiz dərəcəsi maliyyələşdirmə məbləği 30,000 (otuz min) manat məbləğindən az olduğu təqdirdə 13.50 faiz, 30,000 (otuz min) manat məbləğinə bərabər və artıq olduğu təqdirdə 12.50 faiz olmaqla xx.xx.2021-ci il tarixinədək 191.000 (bir yüz doxsan bir min) manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh3 arasında ZF0309 saylı, Cavabdeh1 arasında ZF0310 saylı zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12,50 faiz olmaqla, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla 170,000 (bir yüz yetmiş min) manat məbləğində vəsait ayrılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 İstehsal-Kommersiya Firmasına xx.xx.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12,50 faiz olmaqla, müddətin bitmə tarixindən sonra tətbiq edilən illik cərimə faizi 27,50 faiz, günlük cərimə faizi 0,0764 faiz olmaqla, 76,618.98 (yetmiş altı min altı yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində vəsait ayrılmışdır. İDK0403 saylı xx.xx.2019-cu il tarixli invoysların diskontlaşdırılması üzrə Kredit Limit müqaviləsinə xx.xx.2020-ci il tarixli 01 saylı Əlavədən görünür ki, həmin müqavilənin 1.1, 1.8, 2.6, 2.7 bəndləri dəyişdirilmiş, limitin məbləği 250 000 manat, müqavilənin isə GL3418 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində bağlandığı müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında bağlanmış GL3418 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsinin surətindən görünür ki, borcalana illiyi 25% dərəcəsi ilə xx.xx.2029-cu il tarixədək 10 000 000 manat miqdarında kredit limiti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2029-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik GL3418 saylı xx.xx.2019-cu il tarixli kredit limiti müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25% olan xx.xx.2029-cu il tarixinədək ayrılacaq 10 000 000 manat məbləğində kreditdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İstehsal-Kommersiya Firmasının xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 82043,02 manat cərimə borcu olmaqla, cəmi 253870,13 (iki yüz əlli üç min səkkiz yüz yetmiş manat on üç qəpik) manat borc, gecikmə gününün sayı isə 777 gün müəyyən edilmişdir. İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 34400,54 manat cərimə borcu olmaqla, cəmi 111817, 63 (bir yüz on bir min səkkiz yüz on yeddi manat altmış üç qəpik) manat borc, gecikmə gününün sayı isə 773 gün müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh2 İstehsal-Kommersiya Firması arasında xx.xx.2019-cu il tarixində İDK0403 saylı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2020-ci il tarixinədək 170,000 manat, xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2020-ci il tarixinədək 76,618.98 manat vəsait verilmişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli ZF0309 saylı zaminlik müqaviləsi və Bank ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ZF0310 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı invoysların diskontlaşdırılması üzrə bərpa olunan kredit limiti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, pul məbləğini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, iddia ərizəsinə görə onun iddiaçıya İDK0403/10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 170,000 manat əsas borc, 1,827.11 manat faiz borcu, 75,549.96 manat cərimə borcu olmaqla, cəmi 247,377.07 manat məbləğində borcu, İDK0403/11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 76,618.98 manat əsas borc, 798.11 manat faiz borcu, 31,474.12 manat cərimə borcu olmaqla, cəmi 108,891.21 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sübutlar əsas və faiz borcunun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 82043 manat 02 qəpik və 34400 manat 54 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq xx.xx.2020-ci il tarixli İDK0403/10 saylı maliyyələşdirmə üzrə 8500 manat və xx.xx.2020-ci il tarixli İDK0403/11 saylı maliyyələşdirmə üzrə 4000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və əsas borca hesablanmış faiz borcu hissəsində tam, cərimə borcu hissəsində isə qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı cərimə məbləğinin azaldılmasını əsassız sayaraq qətnamənin həmin hissədə ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindəm tələb olunan cərimə (dəbbə pulu) kifayət qədər yüksək məbləğdir. Məhkəmə tərəfindən təmin edilmiş məbləğin özü də az məbləğ deyildir. Ona görə də kollegiya hesab edir ki. birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edərək azaltnaqda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, o, həm borcun əvvəlcə borcalan cavabdehdən tutulmalı olduğunu, bu mümkün olmazsa zamindən tutulmalı olduğunu, lakin iddianı zaminlərə aid hissədə də təmin etmiş məhkəmənin həmin xüsusatı nəzərə almadığını, bundan başqa dəbbə pulunun də yüksək miqdarda tutulduğunu mübahisələndirmişdir. Kollegiya apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeud edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əssən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ilə iş üzrə zaminlər arasında bağlanmış zaminlik müqavilələrindən göründüyü kimi həmin müqavilələrlə zaminlərin borcalanın borcuna görə subsidiar məsuliyyəti yox, birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Qaldı ki, cərimənin məbləğinin yüksək olmasına kollegiya şikayətin həmin dəlilini də məhkəmə cərimənin məbləğini tənasübsüz surətdə yüksək olması əsası ilə azaltdığına görə əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcələnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, hə iki şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də hə iki apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)- 1737/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 nümayəndəsi - vəkil X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)-1737/2022 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-52/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-52/2023
25.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver