Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-53/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borc tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, e-2-2(115)-71/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 18 sentyabr 2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə ******* manat əsas, 772556,51 manat faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 327111,11 manat faiz borcu olmaqla, cəmi 5099667,62 manatın, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2020-ci il tarixli e-2-2(115)-71/2020 nömrəli (hakim Kənan Vəliyev) qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı Cavabdehndən İddiaçı ASC-nin xeyrinə 18 sentyabr 2013-cü il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas məbləğ ******* manat, hesablanmış faiz 772556,51 manat, cərimə borcu 0 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumun qərarına əsasən hesablanan faiz borcu 327111,11 manat, cəmi 5 099 667,62 manat məbləğində vəsaitin, həmçinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) 02 noyabr 2020-ci il tarixli 2- 2(104)-112/2020 nömrəli qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2-2(115)-71/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2-2(115)-71/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. X5 Məhkəməsinin Kommersiya Kollegiyasının 02 noyabr 2020-ci il tarixli 2-2(104)-112/2020 nömrəli xüsusi qərardadı ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh hesabına 18 sentyabr 2013-cü il tarixli 01 saylı kredit müqaviləsi adı altında ******* (dörd milyon) manat pul məbləğinin köçürülüb-köçürülməməsi, köçürüldüyü təqdirdə həmin vəsaitlərdən istifadə ilə əlaqədar cinayət hadisəsinin baş verib-verməməsinin və müəyyən şəxslərin əməllərində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün xüsusi qərardad çıxarılması; Xüsusi qərardadın Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər K.N.Abiyeva (sədrlik edən və məruzəçi), İ.A.Dadaşov və B.F.Qəribov) 19 oktyabr 2021-ci il tarixli 2-2(102)-437/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 02 noyabr tarixli, 2-2(104)-112/2020 saylı qətnaməsinin ləğv edilməsi; İşin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.İsgəndərova və A.V.Bayramov) 28 aprel 2022-ci il tarixli 2-2(104)- 45/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 17 avqust tarixli, e-2-2(115)-71/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), İ.Ə.Şəfiyev və Ə.A.Əhmədov) 04 oktyabr 2022-ci il tarixli 2-2(102)- 653/2022 nömrəli qərarı ilə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 aprel tarixli 2-2(104)-45/2022 saylı qətnaməsinin ləğv edilməsi; İşin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, 18 sentyabr 2013-cü il tarixdə İddiaçı ASC ilə borclu Cavabdeh rəhbəri X4 arasında 01 nömrəli kredit müqaviləsi bağlanmış və borcluya bank tərəfindən kredit müqaviləsi üzrə illik 8 faiz olmaqla, 60 ay müddətinə ******* (dörd milyon) manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bankın nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iş üzrə zəruri sənədlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilmişdir və istintaq davam edir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan məsələlərin araşdırılması üçün həmin idarəyə sorğu verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 26 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh rəhbəri X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmamış, habelə bank tərəfindən MMC-yə kredit borcu verilməmişdir. 10 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında şahid X7 ifadəsində bildirmişdir ki, mübahisəli kredit müqaviləsinin bağlandığı tarixdə bankda kredit departamentinin direktoru vəzifəsində işləmişdir. Kredit verilməsi səlahiyyəti onda olmuşdur, lakin Cavabdeh MMCyə kredit verilməsindən məlumatı olmamışdır. Ola bilsinki kredit sədr tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan kredit ödənişlər barədə olan 17 noyabr və 19 noyabr 2014-cü il tarixli mədaxil qəbzlərindən məlumatı yoxdur. Qəbzlərdəki imzalar ona məxsus deyil. Kredit borcu üzrə ödənişlərin onun adından kim tərəfindən mədaxil edilməsindən xəbəri yoxdur. Hazırkı məhkəmə kollegiyasının iclasında şahid X2 ifadəsində bildirmişdir ki, bankda biznes kreditləri şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. Göstərilən kreditin verilməsi "xxxx" ASC-nin İdarə heyətinin sədrinə aid olduğundan həmin kreditin verilməsi ilə bağlı kredit dosyesi barədə məlumatı yoxdur. İş materiallarında olan kredit ödənişlərinin ödənilməsi ilə bağlı mədaxil qəbzlərinin onun adından tərtib olunması və onun tərəfindən imzalanması mümkündür. Belə hallar dəfələrlə mövcud olub. Həmin mədaxil qəbzləri bankın rəhbərliyinin-sədrin göstərişi ilə tərtib olunub. Ancaq mədaxil edilən məbləğin həqiqətən də mədaxil edilib-edilməməsi barədə heç nə bilmir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəmə kollegiyasına teleqram göndərərək, səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, eyni zamanda iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 26 sentyabr 2019-cu il tarixli, **********061 nömrəli maliyyə arayışının surətindən görünür ki, 18 sentyabr 2013-cü il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə 26 sentyabr 2019- cu il tarixə olan əsas borc ******* manat, faiz borcu 772556,51 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 327111,11 manat təşkil edir; 26 iyul 2019-cu il tarixli, **********834 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC-yə borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442-ci, 445.1, 445.2, 448.1, 448.2 və 449.1-ci maddələrinə istinad edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2. maddəsinə görə isə, borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (31 may 2016-cı il tarixli, 269-VQD nömrəli Qanunla maddənin mətninin yeni redaksiyası). Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1. maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2. maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3. maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4. maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 18 sentyabr 2013-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh rəhbəri X4 arasında 01 nömrəli kredit müqaviləsi bağlandığını, sonuncuya bank tərəfindən kredit müqaviləsi üzrə illik 8 faiz olmaqla, 60 ay müddətinə ******* (dörd milyon) manat kredit borcu verildiyini, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən borcu yarandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətinin dəlillərində kredit dosyesinin cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verildiyini qeyd etmişdir. Hazırkı apellyasiya icraatı zamanı kredit dosyesinin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilib-verilməməsinin, habelə dosye mövcuddursa həmin dosyedə İddiaçı ASC ilə Cavabdeh rəhbəri X4 arasında 18 sentyabr 2013-cü il tarixdə 01 nömrə ilə bağlanmış kredit müqaviləsinin mövcud olub-olmaması, eləcə də kredit müqaviləsi üzrə ******* (dörd milyon) manatın Cavabdeh MMC-nin bank hesabına köçürülməsi barədə ödəniş tapşırığının və məxaric orderlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müvafiq sorğu verilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 31 yanvar 2023-cü il tarixli məktubla sorğuya cavab verərək qeyd etmişdir ki, İddiaçı ASC ilə Kamran” MMC arasında bağlanmış 18 sentyabr 2013-cü il tarixli 01 saylı kredit müqaviləsi və bununla bağlı sənədlər istintaqa təqdim edilməmişdir. Həmçinin hazırkı apellyasiya icraatı zamanı yuxarıda qeyd olunan sənədlərin, o cümlədən qeyd edilən kredit müqaviləsi əsasında 4 000 000 manat məbləğin Cavabdeh MMC-nin bank hesabına köçürülməsi və bahk hesabından məxaric edilməsi barədə sənədlərin məhkəməyə təqdim edilməsi barədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müvafiq sorğu göndərilmişdir. Sonuncu 28 mart 2023-cü il tarixli **********082 nömrəli məktubla sorğuya cavab olaraq qeyd etmişdir ki, Cavabdeh MMC-yə məxsus kredit dosyesi Fondda aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi də kredit müqaviləsi əsasında 4 000 000 manat məbləğin Cavabdeh MMC-nin bank hesabına köçürülməsi və bank hesabından məxaric edilməsi barədə sənədlərin mövcud olmadığını və ümumiyyətlə bu barədə Əmanətlərin Sığortalanması Fondunda heç bir məlumatın olmadığını bildirmişdir. Eləcə də hazırkı apellyasiya icraatı zamanı Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 noyabr 2020-ci il tarixli 2-2(104)-112/2020 nömrəli xüsusi qərardadının icrası ilə əlaqədar görülmüş tədbirlərin nəticəsinə dair məlumat verilməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müvafiq sorğu verilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sorğuya cavab məktubunda qeyd etmişdir ki, xüsusi qərardad İddiaçı ASC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində olan cinayət işinə əlavə edilmişdir və cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir. Göründüyü kimi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 18 sentyabr 2013-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh rəhbəri X4 arasında 01 nömrəli kredit müqaviləsi bağlandığını iddia etsə də, lakin həmin müqavilənin əsli və ya təsdiq edilmiş surəti, habelə kredit borcunun verilməsi barədə ödəniş tapşırığının, məxaric orderlərinin əsli və ya təsdiqlənmiş surəti, eləcə də əsasında 4 000 000 manat məbləğin Cavabdeh MMC-nin bank hesabına köçürülməsi və bank hesabından məxaric edilməsi barədə hər hansı bir mötəbər məlumatı məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Həmçinin məhkəmə kollegiyası bir xüsusatı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X7 və X1 ifadələrində də iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dəlilləri öz təsdiqini tapmamışdır. İddia edilən kredit müqaviləsi üzrə ödənişlərin bank işçilərinin adından mədaxil qəbzlərinin tərtib edilməsi ilə bağlı xüsusatlar da həmin kredit borcunun cavabdehə aidiyyətinin olmadığı qənaətinə gəlməyə əsas verir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2020-ci il tarixli e-2-2(115)-71/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-53/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-53/2023
01.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver