Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-55/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli e-2-2(115)-407/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850- 580666/1 nömrəli kredit müqaviləsi üzrə 29,301.09 manat əsas və 4,554.20 manat faiz borcu olmaqla, cəmi 33,855.29 manat və 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20,399.47 manat əsas və 3,403.90 manat faiz borcu olmaqla, cəmi 23,803.37 manat məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 49,700.56 manat əsas və 7,958.10 manat faiz borcu olmaqla, cəmi 57,658.66 manat borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21.30 manat dövlət rüsumu və 61.54 manat xidmət haqqı olmaqla, cəmi 82.84 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat rüsumun tutularaq İddiaçıASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinə və Cavabdeh5 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci 1 ay ərzində Cavabdeh5 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzili boşaltması və Cavabdeh1, Cavabdeh4, X5, X6 və X1 Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evini boşaltması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsi üzrə 29,301.09 manat əsas və 4,554.20 manat faiz borcu olmaqla, cəmi 33,855.29 manat və 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit xətti müqaviləsi üzrə 20,399.47 manat əsas və 5,406.48 manat faiz borcu olmaqla, cəmi 25,805.95 manat məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 49,700.56 manat əsas borc və 9,960.68 manat faiz borcu olmaqla, cəmi 59,661.24 manat borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21.30 manat dövlət rüsumu və 61.54 manat xidmət haqqı olmaqla, cəmi 82.84 manat xərcin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat rüsumun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinə və Cavabdeh5 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binanın, 1 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci 1 ay ərzində Cavabdeh5 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 9/44 nömrəli binada yerləşən 1 nömrəli mənzili boşaltması və çıxarılmaları və Cavabdeh1, Cavabdeh4, X5, X6 və X2 Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində yerləşən 88 nömrəli fərdi yaşayış evini boşaltmaları və çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli e-2-2(115)-407/2022 nömrəli (hakim: Kənan Vəliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 saylı kredit müqaviləsi üzrə 29301.09 (iyirmi doqquz min üç yüz bir manat doqquz qəpik) manat əsas borc, 4554.20 (dörd min beş yüz əlli dörd manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 33855.29 (otuz üç min səkkiz yüz əlli beş manat iyirmi doqquz qəpik) manat və 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20399.47 (iyirmi min üç yüz doxsan doqquz manat qırx yeddi qəpik) manat əsas borc və 5406.48 (beş min dörd yüz altı manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 25805.95 (iyirmi beş min səkkiz yüz beş manat doxsan beş qəpik) manat məbləğində, ümumilikdə isə iki kredit müqaviləsi üzrə 49700.56 (qırx doqquz min yeddi yüz manat əlli altı qəpik) manat əsas borc və 9960.68 (doqquz min doqquz yüz altmış manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 59661.24 (əlli doqquz min altı yüz altmış bir manat iyirmi dörd qəpik) manat borc və 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq iddiaçı “Expressbank“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə 500 (beş yüz) manat ekspertiza xərcinin Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ ********************, VÖEN**********, AZ90AİİB ******************** saylı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli e-2-2(115)-407/2022 nömrəli (hakim: Kənan Vəliyev) əlavə qətnaməsi ilə borc tələbinin likvid dəyəri 107000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evinə və likvid dəyəri 44000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzilinə yönəlməsi və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evlərinin boşaldılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin faiz borcunun müəyyən edilməsi hissədə dəyişdirilərək, faiz borcunun ekspert rəyinə uyğun hesablanmasını xahiş etmişdir. Əlavə qətnamədən apellyasiya şikayəti verilməmişdir. İşin faktiki halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, bankın Gəncə filialı ilə Cavabdeh1 arasında 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli kredit müqaviləsi və 26 sentyabr 2018-ci il tarixli, 800876-580996/1 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış 800850-580666/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19 faiz dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 65000 manat kredit verilmişdir. 800876-580996/1 nömrəli kredit xətti müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh1 (VÖEN: **********) illik 19 faiz dərəcəsi ilə tranşlarla, hər tranş üzrə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə olmaqla, ümumi 60 ay müddətinə 45000 manat kredit xətti açılmışdır. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh4 arasında 30 iyul 2020-ci il tarixli, 800850- 580666/1 nömrəli və 30 iyul 2020-ci il tarixli, 800876-580996/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə borcalan və girov qoyan Cavabdeh1 arasında 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə müvafiq çıxarış alınmışdır. Bundan əlavə, kredit müqavilələrinin təminatı kimi İddiaçıASC ilə borcalan Cavabdeh1 və girov qoyan Cavabdeh5 arasında 26 sentyabr 2018-ci il tarixli, 800850- 580666/1/2 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh5 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili (daşınmaz əmlakın ümumi sahəsi – 28.9 kv.m.) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə müvafiq çıxarış alınmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bununla əlaqədar xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan nəticə çıxartmamışdır. Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 23 avqust 2021-ci il tarixli 001/007/4176/2021 nömrəli bildiriş cavabdehlərə poçt vasitəsi ilə təqdim edilmişdir. Cavabdehlərə qeyd edilən bildiriş rəsmi təqdim olunduqdan sonra 31 avqust 2021-ci il tarixli 001/007/4333/2021 nömrəli ərizə əsasında və 31 avqust 2021-ci il tarixli 001/007/4334/2021 nömrəli ərizə əsasında bildiriş dövlət qeydiyyatına alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kredit müqavilələri üzrə faiz borcu şişirdilmişdir. Borcun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi vəkil X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və X5 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosesssual pozuntuya yol verilmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin hazırkı iş üzrə 29 sentyabr 2022-ci il tarixli e-2-2(115)-407/2022 nömrəli qətnaməsindən çıxarışın nəticə hissəsindən görünür ki, kredit müqaviləsi üzrə müəyyən olunmuş ümumi borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin hazırkı iş üzrə 29 sentyabr 2022-ci il tarixli e-2-2(115)-407/2022 nömrəli qətnaməsinin nəticə hissəsində isə kredit müqaviləsi üzrə müəyyən olunmuş ümumi borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən çıxarışla qətnamə arasında ziddiyyət vardır. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-cü maddəsinə müvafiq olaraq, qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin giriş və nəticə hissələrini elan edir, qətnamədən şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qətnamənin nəticə hissəsini izah edir. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir. İşdə iştirak edən şəxslərin tələbi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya iddia tələbi ilə bağlı isə aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh1 (VÖEN: **********) illik 19% dərəcəsi ilə tranşlarla, hər tranş üzrə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə olmaqla, ümumi 60 ay müddətinə 45000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır; 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bank Cavabdeh1 illik 19% dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 65000 manat məbləğində kredit verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 07 fevral 2019-cu il tarixdə 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə razılaşma və 26 sentyabr 2018-ci il tarixli, 800876- 580996/1 nömrəli kredit xətti müqaviləsinə 01 nömrəli əlavə razılaşmalara əsasən müqavilələrin müddəti və şərtləri çərçivəsində, rəsmiləşdirilmə günü gecikmədə olan borc kapitallaşdırılmaqla və restrukturizasiyaya görə xidmət haqqı tətbiq edilmədən, 2019-cu ilin fevral, mart və aprel ayları üzrə ödəniş yalnız əsas borc üzrə faiz ödənişləri tətbiq edilməsi və aylar üzrə yaranmış qalıq (kəsr) məbləğlər mövcud kredit müqaviləsi üzrə növbəti aylara bərabər keçirilməsi qərara alınmışdır; 30 iyul 2020-ci il tarixli, 800850-580666/1 nömrəli və 30 iyul 2020-ci il tarixli, 800876- 580996/1 nömrəli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır; 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, borc öhdəliyinin təminatı qismində Cavabdeh5 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili ipoteka predmeti kimi yüklü edilmişdr; 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, borc öhdəliyinin təminatı qismində Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsindəki 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir; 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsi üzrə 29301.09 manat əsas və 4554.20 manat faiz borcu olmaqla, cəmi borcu 33855.29 manat təşkil edir; 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit müqaviləsi üzrə 20399.47 manat əsas və 3403.90 manat faiz borcu olmaqla, cəmi borcu 23803.37 manat təşkil edir; 17 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit müqaviləsi üzrə 20399.47 manat əsas və 3403.90 manat faiz borcu olmaqla, cəmi borcu 23803.37 manat təşkil edir; Xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdirlər; "xxxx" MMC-nin 04 iyul 2022-ci il tarixli, 02-61/22 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 125000 manat, likvid dəyəri 107000 manat, Cavabdeh5 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzilin bazar dəyəri 53000 manat, likvid dəyəri 44000 manat qeyd olunmuşdur. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasına təqdim edilmiş: İddiaçı ASC-nin 06 yanvar 2023-cü il tarixli 001/007/0031/2023 nömrəli maliyyə arayışından görünür ki, 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 06 yanvar 2023-cü il tarixə 3277,36 manat əsas, 2977,93 manat faiz borcu olmaqla, cəmi borcu 6255,29 manat təşkil edir; İddiaçı ASC-nin 06 yanvar 2023-cü il tarixli 001/007/0030/2023 nömrəli maliyyə arayışından görünür ki, 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 06 yanvar 2023-cü il tarixə 20399,47 manat əsas, 5406,48 manat faiz borcu olmaqla, cəmi borcu 25805,95 manat təşkil edir; Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissəsində təmin edilməlidir. İş üzrə çıxarılmış əlavə qətnamə mübahisəslədirilmədiyindən məhkəmə kollegiyası əlavə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılmasına lüzum görmür. Qeyd edilənlələ bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-ci maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-ci maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, sonuncuya illik 19 faiz dərəcəsi ilə tranşlarla, hər tranş üzrə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə olmaqla, ümumi 60 ay müddətinə 45000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsinə əsasən kreditor Cavabdeh1 illik 19 faiz dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 65000 manat kredit verməyi, borclu isə ödənişləri vaxtında etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh4 arasında 30 iyul 2020-ci il tarixli, 800850-580666/1 nömrəli və 30 iyul 2020-ci il tarixli, 800876- 580996/1 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmçinin 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1/2 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh5 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospektində yerləşən 9/44 saylı binanın 1 saylı mənzili ipoteka predmeti kimi yüklü edilmişdir. Bundan əlavə, 26 sentyabr 2018-ci il tarixli, 800850-580666/1/2 nömrəli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsindəki 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 169.5 kv.m. yaşayış, 151.7 kv.m. köməkçi sahədən ibarət 88 nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka predmetlərinin yüklülüyü barədə müvafiq dövlət qeydiyyatı aparılmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi, məhkəmə kollegiyası hesab edir ki, kredit müqavilələri üzrə əsas və faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 nömrəli kredit müqaviləsi üzrə 29301.09 manat əsas və 4554.20 manat faiz borcu olmaqla, cəmi borcu 33855.29 manat borcu vardır. Eləcə də 11 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 nömrəli kredit müqaviləsi üzrə 20399.47 manat əsas və 5406.48 manat faiz borcu olmaqla, cəmi 25805.95 manat borcu vardır. Cavabdeh1 apellyasiya şikayətində kredit borcunun, o cümlədən faiz borcunun düzgün hesablanmadığını və iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olduğunu iddia etsə də, kredit borcunun düzgün hesablanmamasını və məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinin zəruriliyini hər hansı bir mötəbər sübütla əsaslandırmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışları və kredit müqavilələri üzrə hesabdan çıxarışlar kredit müqavilələri üzrə əsas və faiz borcunun düzgün hesablanması qənaətinə gəlməyə əsas verir. Bundan başqa, iddiaçı tərəfidən apellyasiya icraatı zamanı təqdim edilmiş maliyyə arayışlarından göründüyü kimi işə birinci instansiya məhkəməsində baxıldıqdan sora cavabdehin kredit müqavilələri üzrə ödənişlər etməsi onun tərəfindən iddia ərizəsində tələb edilən kredit borcunun etirafı kimi qəbul edilməlidir. Ona görə də kollegiya hesab edir ki, iddia olunan kredit müqavilələri üzrə borc məbləğləri borcalan Cavabdeh1 və zamin Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Cavabdeh tərəfindən hazırkı işə baxıldıqdan sonra ödənilmiş məbləğlər isə məhkəmə qətnəməsinin icrası zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, mediasiya prosesinə görə İddiaçı ASC tərəfindən 400 manat ödənilmişdir. Eləcə də ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün İddiaçı ASC tərəfindən 21.30 manat dövlət rüsumu və 61.54 manat xidmət haqqı olmaqla, cəmi 82.84 manat xərc çəkilmişdir. Kollegiya hesab edir ki, 400 manat mediasiya prosesinə çəkilən xərc Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Bundan əlavə, işdən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə ekspertizasının keçirilməsinə görə aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir. Kollegiya hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 500 manat Cavabdeh1 alınaraq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-407/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh4 26 sentyabr 2018-ci il tarixli 800850-580666/1 saylı kredit müqaviləsi üzrə 29301.09 (iyirmi doqquz min üç yüz bir manat doqquz qəpik) manat əsas borc, 4554.20 (dörd min beş yüz əlli dörd manat iyirmi qəpik) manat faiz borcu olmaqla, cəmi 33855.29 (otuz üç min səkkiz yüz əlli beş manat iyirmi doqquz qəpik) manat və 26 sentyabr 2018-ci il tarixli 800876-580996/1 saylı kredit xətti müqaviləsi üzrə 20399.47 (iyirmi min üç yüz doxsan doqquz manat qırx yeddi qəpik) manat əsas borc və 5406.48 (beş min dörd yüz altı manat qırx səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 25805.95 (iyirmi beş min səkkiz yüz beş manat doxsan beş qəpik) manat məbləğində, ümumilikdə isə iki kredit müqaviləsi üzrə 49700.56 (qırx doqquz min yeddi yüz manat əlli altı qəpik) manat əsas borc və 9960.68 (doqquz min doqquz yüz altmış manat altmış səkkiz qəpik) manat fazi borcu olmaqla, cəmi 59661.24 (əlli doqquz min altı yüz altmış bir manat iyirmi dörd qəpik) manat borc və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq iddiaçı “Expressbank“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə 500 (beş yüz) manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ ********************, VÖEN**********, AZ90AİİB ******************** saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-55/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-55/2023
06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver