Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-56/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi - Vəkil və Cavabdeh6 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2008/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı kredit müqaviləsi üzrə 10433.09 manat əsas, 3347 manat faiz, 2900 manat dəbbə pulu olmaqla 16680,09 manatın, Cavabdeh4 xx.xx.2015-ci il tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 11930.18 manat əsas, 3926 manat faiz, 3400 manat dəbbə pulu olmaqla 19256,18 manatın, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3348 manat faiz, 3100 manat dəbbə pulu olmaqla cəmi 17879,46 manatın, Cavabdeh5 xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı kredit müqaviləsi üzrə 11431,46 əsas, 3348 manat faiz, 3170 manat dəbbə pulu olmaqla cəmi 17949,46 manatın, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 091- 15B-02 saylı kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3349 manat faiz, 3180 manat dəbbə pulu olmaqla cəmi 17960,46 manatın və mediasiya üçün ödənilmiş 400 manatın tutulması, kredit müqavilələri üzrə tələbin X1 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin 100000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, qeyri-yaşayış sahəsinin məcburi boşaldılaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2008/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı BOKT ASC apellyasiya şikayəti verərək Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-2008/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında müvafiq olaraq kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin təmini tədbiri qismində X4 ilə xx.xx.2015-ci il tarixli 091-15B saylı İpoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X4 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində mülkiyyətdə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri yaşayış binasını (mağaza) (MH seriyalı, ******* saylı, **********40-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009 qeydiyyat tarixli Çıxarış) ipoteka ilə yüklü etmişdir. İddiaçı BOKT ASC ilə cavabdehlər arasında bağlanan kredit müqavilələrinin 2.6-cı bəndinə əsasən kredit heyvandarlığın inkişafı məqsədi ilə verilmişdir. Yəni cavabdehlərin kommersiya fəaliyyəti ilə, sahibkarlıq fəaliyyəti ilə bağlı olan kreditlərdir. Belə ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015ci il tarixli, 091-15B-01 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh4 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli, 091-15B-03 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh3 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli, 091-15B-05 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh5 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli, 091-15B-04 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh2 ilə bağlanmış 12 ay güzəşt müddəti olmaqla xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi 10433.09 manat əsas, 3347 manat faiz, 2900 manat dəbbə pulu olmaqla 16680,09 manat kredit borcu vardır. Cavabdeh4 kredit müqaviləsi üzrə 11930.18 manat əsas, 3926 manat faiz, 3400 manat dəbbə pulu borcu olmaqla 19256,18 manat kredit borcu vardır. Cavabdeh3 kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3348 manat faiz, 3100 manat dəbbə pulu olmaqla cəmi 17879,46 manat kredit borcu vardır. Cavabdeh5 kredit müqaviləsi üzrə 11431,46 əsas, 3348 manat faiz, 3170 manat dəbbə pulu borcu olmaqla cəmi 17949.46 manat kredit borcu vardır. Cavabdeh2 kredit müqaviləsi üzrə 11431.46 manat əsas, 3349 manat faiz, 3180 manat dəbbə pulu borcu olmaqla cəmi 17960.46 manat kredit borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. xx.xx.2015-ci il tarixli, 091-15B saylı İpoteka müqaviləsi üzrə əmlak ******* manat məbləğində qiymətləndirilmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, kredit müqavilələrinin təmini qismində xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında girov qoyulmuş qeyri-yaşayış binasının mülkiyyətçisi X4 vəfat etdiyi üçün onun arvadı Cavabdeh6 və oğlu X6 qanun üzrə vərəsə kimi tanınmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh6 və X3 iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə X3 xx.xx.2009-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığını nəzərə alaraq həm X3 qanuni nümayəndəsi, həm də X1 əmlakının qanun üzrə vərəsəsi kimi Cavabdeh6 cavabdeh qismində işə cəlb etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı BOKT ASC apellaysiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 arasında kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin təmini tədbiri qismində X4 ilə xx.xx.2015-ci il tarixli, 091-15B saylı İpoteka müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC tərəfindən xx.xx.2019-cu il tarixində iddia ərizəsi (iddia ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir) ilə məhkəməyə müraciət edilərək müqavilələr üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələb edilmişdir. Bərdə Rayon Məhkəməsi özünün xx.xx.2021-ci il tarixli, 2(021)- 2857/2021 saylı Qərardadı ilə işin icraatını ayıraraq iddianın Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 münasibətdə Gəncə Kommersiya məhkəməsində baxılması qənaətinə gəlmişdir. Gəncə Kommersiya Məhkəməsi isə özünün xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia ərizəsini geri qaytarmışdır. xx.xx.2022-ci il tarixində BOKT tərəfındən mediasiya Şurasına müraciət edilərək mediasiya prosesinin keçirilməsini təmin etmişdir. Bundan sonra isə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Tərəflər arasında bağlanan müqavilələr 36 ay müddətinə bağlanmış və müqavilənin müddətinin bitmə tarixi xx.xx.2018-ci ildir. BOKT tərəfındən xx.xx.2019-cu il tarixində Bərdə Rayon Məhkəməsinə müraciət edilmişdir. Müqavilə müddətinin bitməsi tarixindən iddia ərizəsinin məhkəməyə verildiyi tarix arasında 5 ay müddət keçmişdir. Gəncə Kommersiya məhkəməsinin iddia ərizəsini geri qaytarmasına dair qərardadı isə xx.xx.2022-ci il tarixlidir. BOKT-un mediasiya təşkilatına müraciəti isə xx.xx.2022-ci ildir. Bu iki tarix arasındakı müddət isə yenə 5 ay edir. İddia müddətinin axımı xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixinə qədər olan dövrdə işin icraatı məhkəmədə davam etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Müqavilə müddətini axımı cəmi 10 ay davam etmişdir. Gəncə Kommersiya Məhkəməsi özünün xx.xx.2022-ci il tarixli e-2-2(115)- 2008/2022 saylı qətnaməsi ilə iddia edir ki, guya “xx.xx.2019-cu il tarixli iddia ərizəsində iddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı tələb irəli sürməmişdir”. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsinin birinci səhifəsində cavabdehlərin adı, soyadı, ata adı, şəxsiyyətlərininin eyniləşdirilməsinə imkan verən digər məlumatlar, yaşayış yeri və s. qeyd edilməmişdir. Ona görə də, ilkin iddianın onlara qarşı verilməsi kimi qiymətləndirilmir. Halbuki, iddia ərizəsinin təsviri, əsaslandırıcı və xahiş hissələrində cavabdehlərlə bağlanan müqavilələri və digər məlumatlar bardə bildirilmiş və iş materiallarına onlarla bağlanan müqavilələrə əlavə edilmişdir. Bərdə Rayon Məhkəməsi iddianı icraatına qəbul etməsinə dair qərardadı qüvvədədir. Həmin mülki iş üzrə isə icraat həmin şəxslərə münasibətdə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Mülki iş üzrə iddia müddətinin keçməsinə dair məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Hesab edirlər ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. xx.xx.2019-cu il tarixindən iddia ərizəsi məhkəmənin icraatına qəbul edildiyi tarixdən iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə özü bu halı qətnamədə sübut edir. Bütün məhkəmə qəradadları sadalanır. Bərdə rayon Məhkəməsinə göndərilən iddia ərizəsinə istinad edilir. Lakin sonda müddət tətbiq edilərək iddia rədd edilir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)- 2008/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi Vəkil və Cavabdeh6 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlərin nümayəndəsi Vəkil əlavə olaraq göstərdi ki, İddiaçı BOKT təmsil etdiyi şəxslərə qarşı 2019-cu ildə hər hansı iddia ilə müraciət etməmişdir, ona görə də iddiaçı belə bir sübutu məhkəməyə təqdim edə bilməz. İddiaçının Yusif Səfərəliyevə qarşı verdiyi iddia üzrə olan iş hazırda da Bərdə rayon Məhkəməsinin icraatındadır və həmin iddia ərizəsi ilə tələb yalnız Yusif Səfərəliyevə yönəlmişdir və sonuncu ilə bağlanmış müqavilə üzrə yaranmış borc tələb edilir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh1 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 090-15B-02 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 091-15B-03 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh4 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 090-15B-04 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh5 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6% olmaqla 36 ay müddətinə, güzəştli dövrü isə 12 ay olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan qrafiklə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh3 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə X4 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən X4 mülkiyyətində olan Bərdə şəhəri, Nizmi küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri-yaşayış binasını (mağaza) Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı, xx.xx.2015-ci il tarixli 091- 15B-03 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı və xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqavilələrinin təminatı kimi kreditora/ipoteka saxlayana ipotekaya vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, tam mülkiyyət hüququ X2 məxsus Bərdə şəhəri, Nizami küçəsində istifadədə olan 0.02616 ha torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli Qeyri-yaşayış binası (mağaza) xx.xx.2009-cu il tarixli 1 nömrəli reyestr kitabının 151 nömrəli səhifəsində **********40- 06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, MH serialı ******* nömrəli çıxarışla X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 10433,09 manat, faiz borcu 3347 manat, dəbbə pulu 2900 manat olmaqla cəmi 16680,09 manat, Cavabdeh4 xx.xx.2015-ci il tarixli 091-15B-03 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11930,18 manat, faiz borcu 3926 manat, dəbbə pulu 3400 manat olmaqla cəmi 19256,18 manat, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11431,46 manat, faiz borcu 3348 manat, dəbbə pulu 3100 manat olmaqla cəmi 17879,46 manat, Cavabdeh5 xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11431,46 manat, faiz borcu 3348 manat, dəbbə pulu 3170 manat olmaqla cəmi 17949,46 manat, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borcu 11431,46 manat, faiz borcu 3349 manat, dəbbə pulu 3180 manat olmaqla cəmi 17960,46 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarış vərəqlərdən görünür ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 kredit müqavilələri üzrə sonuncu ödənişləri xx.xx.2017-ci il tarixdə ödəmişlər. Tələb edilərək məhkəmə kollegiyasının iclasında baxış keçirilmiş məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı iş üzrə icraatın dayandırılmasına dair Bərdə Rayon Məhkəməsinin qərardadından verilmiş şikayətə baxılması ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(021)-675/2023 saylı işdən görünür ki, İddiaçı BOKT ASC xx.xx.2019-cu il tarixdə cavabdehlər Nümayəndə və X2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091-15B-01 nömrəli kredit müqaviləsi üzrə 11419 manat 24 qəpik əsas, 9 692 manat 18 qəpik hesablanmış faiz, 2 877 manat 65 qəpik dəbbə pulu, cəmi 23 989 manat 07 qəpik borcu olduğunu, Cavabdeh2 İddiaçı BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091- 15B-02 nömrəli kredit müqaviləsi üzrə 11431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, Cavabdeh4 İddiaçı BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091-15B-03 nömrəli kredit müqaviləsi üzrə 13 598 manat 89 qəpik əsas, 11 436 manat hesablanmış faiz, 3 426 manat 92 qəpik dəbbə pulu, cəmi 28 461 manat 81 qəpik borcu olduğunu, Cavabdeh5 İddiaçı BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091-15B-04 nömrəli kredit müqaviləsi üzrə 11 431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu, X5 İddiaçı BOKT ASC-yə 2015-ci il 02 oktyabr tarixli 091-15B-03 nömrəli kredit müqaviləsi üzrə 11 431 manat 46 qəpik əsas, 9 707 manat 23 qəpik hesablanmış faiz, 2 880 manat 73 qəpik dəbbə pulu, cəmi 24 019 manat 42 qəpik borcu olduğunu göstərmiş, Nümayəndə isə İddiaçı BOKT ASC-nin xeyrinə 2011-ci il 07 dekabr tarixli 728B nömrəli kredit müqaviləsi üzrə 885 manat 21 qəpik əsas, 1432 manat 97 qəpik hesablanmış faiz, 230 manat 15 qəpik dəbbə pulu, cəmi 2548 manat 33 qəpik; xx.xx.2014-cü il tarixli 304-14B-PK nömrəli kredit müqaviləsi üzrə 5 998 manat 09 qəpik əsas, 10 357 manat 54 qəpik faiz, cəmi 16 355 manat 63 qəpik; xx.xx.2015-ci il tarixli 033-15B nömrəli kredit müqaviləsi üzrə 3 952 ABŞ dolları 87 sent əsas, 4 174 ABŞ dolları 23 sent faiz, 1 027 ABŞ dolları 75 sent dəbbə pulu olmaqla, cəmi 9 154 ABŞ dolları 85 sent, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını,İpoteka predmeti 100 000 manat qiymətləndirilməsini və borcun əvəzi bu qiymətlə X1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri-yaşayış binasının (mağaza) tam olaraq açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsini, X1 mülkiyyətindəki Bərdə şəhəri Nizami küçəsi 0.02616 ha torpaq sahəsi, torpaq sahəsində yerləşən 1 girişli, 453.8 kv.m ümumi, 453.8 kv.m əsas sahədən ibarət 2 mərtəbəli, Qeyri-yaşayış binasının (mağazanın) tam olaraq boşaldılmasını, hərracdan əldə olunan məbləğ borc öhdəliyini tam ödəmədikdə yerdə qalan məbləğin cavabdehdən ümumi qayda da tutulmasını xahiş etmiş, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hər hansı tələb irəli sürülməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2857/2021 saylı 16 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı BOKT ASC cavabdehlər Nümayəndə, X2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 münasibətdə icraat ayrılaraq aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Halbuki Bərdə Rayon Məhkəməsinin icraatında iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 qarşı tələbi olmamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qərardadına əsasən Bərdə Rayon Məhkəməsinin 2(021)-2857/2021 saylı 16 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X7 münasibətdə ayrılmış icraat üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmiş işdə iddiaçı öz ərizəsində qeyd olunan cavabdehlərin soyadı, adı, atasının adını, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanını göstərməmişdir. Həmçinin cavabdehlərə qarşı yönəldilən iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşkar deyildir. İş materiallarında olan cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ərizəsindən görünür ki, onlar birinci instansiya məhkəməsinə yazılı ərizə ilə müraciət edərək bildirmişdirlər ki, İddiaçı BOKT ASC ilə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 091-15B-01 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-03 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-05 saylı, xx.xx.2015-ci il tarixli 091-15B-04 saylı və xx.xx.2015-ci il tarixli 091-15B-02 saylı kredit müqavilələri üzrə borcları yoxdur və həmin kredit müqavilələrinin müddəti 02 oktyabr 2018-ci ildə başa çatmışdır. İddiaçı bu tarixdən 3 il ərzində iddia ilə, yəni 02 oktyabr 2021-ci il tarixədək məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasənöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasənİcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasənBorclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan və istinad olunan maddi hüquq normalarından göründüyü kimi iddiaçı müqavilə öhdəliyini yerinə yetirib razılaşdırılmış pul məbləğini müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə qaytarılması şərti ilə cavabdehlərə vermiş olsa da, sonuncular müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və onlarn yuxarıda göstərilən məbləğdə borcları ödənilməmiş qalmışdır. Yəni cavabdehlərin həmin kredit müqaviləsi üzrə müqavilə şərtlərini pozub götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədikləri və yuxarıda qeyd olunan məbləğdə borclarının olması mübahisəsizdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/9-00071 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Nümayəndə, X4, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir, İddiaçı BOKT ASC ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Həmin tarixdən iddia müddətinin axımı başlamış, xx.xx.2021-ci il tarixdə başa çatmışdır. İddiaçı isə yeddi ay sonra xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehlərə bildiriş göndərmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışlar verilmişdir. Həmin tarixdən iddia müddətinin axımı davam etmişdir. İddiaçı BOKT ASC heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlillərində göstərilir ki, borclular öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarında da göstərildiyi kimi kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, müqavilədən irəli gələn tələblərə iddia müddətinin tətbiqi qanunvericiliyin normalarından irəli gəlir. Azərbaycan Respublikasы MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qərtnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi İddiaçı BOKT ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2008/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-56/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-56/2023
01.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver