Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-61/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi cavabdeh X1 və Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-26/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019- cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə 19121 manat 66 qəpik əsas borc, 3588 manat 54 qəpik faiz borcu, 1729 manat 49 qəpik ikiqat faiz borcu, 77 manat 51 qəpik gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə borcu olmaqla, cəmi 24517 manat 20 qəpik borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının birgə (müştərək) qaydada tutulmasına; tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması; borcun göstərilən ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulmasına; tutmanın Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə 19121 manat 56 qəpik əsas borc, 4601 manat 19 qəpik faiz borcu, 4951 manat 12 qəpik ikiqat faiz borcu, 3701 manat 84 qəpik cərimə borcu olmaqla, cəmi 32375 manat 17 qəpik borcun, ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının birgə (müştərək) qaydada tutulmasına; tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılmasına, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulmasına Tutma Cavabdeh məxsus olan Goranboy rayonu, Borsunlukəndi ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-26/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 19121 manat 56 qəpik əsas borc, 4601 manat 19 qəpik faiz borcu, 4951 manat 12 qəpik ikiqat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 28973 manat 87 qəpik məbləğində borcun və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh məxsus ünvan 1ində yerləşən 0.03 hektar torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi vəkil X4 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-26/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edib, əsas və faiz borcunu məhkəmə mühasibatlıq ekspertizası keçirməklə müəyyən edib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə cavabdehə illik 16% dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh ilə xx.xx.2019-cu il tarixli, 004REAL19000006 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqavilədə göstərilən daşınmaz əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqaviləsi üzrə ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditor borcalana məqsədli istifadə, qaytarmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsinə, borcalan isə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilənin 5.4.3-cü bəndinə görə borcalan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalan adından göndərilməsi üçün xərcləri kreditora vaxtında və tam olaraq ödəməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 0,1 % miqdarında cərimə hesablanır. xx.xx.2021-ci il tarixinə cavabdehin xx.xx.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə banka 19121 manat 66 qəpik əsas borc, 3588 manat 54 qəpik faiz borcu, 1729 manat 49 qəpik ikiqat faiz borcu, 77 manat 51 qəpik gecikdirilən əsas məbləğə gündəlik 1% miqdarında cərimə borcu olmaqla, cəmi 24517 manat 20 qəpik borcu vardır. Kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra edilmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, cavabdeh kredit borcuna görə banka ödənişlər etmişdir və bank həmin ödənişləri nəzərə almamış və faiz borclarını da düzgün hesablamamışdır. Məhkəmə isə belə nəticəyə gəlmişdir ki, bank faiz borclarını düzgün hesablamışdır. Bu səbəbdən qətnamənin əsas borc və faiz borcunun məbləği, ipotekaya qoyulmuş ona məxsus torpaq sahəsinin müəyyən edilmiş ilkin satış qiyməti hissəsi ilə razı deyil. Hesab edir ki, əsas və faiz borcunun məbləği barədə mühasibatlıq ekspertizası keçirilməli, eyni zamanda ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün yenidən ekspertiza keçirilməlidir. Məhkəmə qətnaməsi ilə faiz borclarını çox müəyyən etməklə onun öhdəliyi və vurulmuş ziyandan kənar mülki məsuliyyətə daşımağına rəvac vermişdir. Məhkəmə əsas və faiz borcunu iddiaçının təqdim etdiyi maliyyə arayışı ilə müəyyən etmişdir. Lakin hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı mötəbər sübut hesab edilə bilməz və borcun məbləği mühasibatlıq ekspertizası keçirilməklə müəyyən edilməlidir. İddiaçı bankın məhkəməyə ilkin iddia ərizəsində tələb etdiyi borcun məbləği ilə məhkəmənin gedişində iddianın həcmini artırılması barədə ərizəsində tələb etdiyi borcun məbləğin də xeyli fərqli olması da iş üzrə borcun dəqiq məbləğinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilməsini zəruri edir. Həmçinin məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini də aşağı həddə müəyyən etmişdir ki, bununla da razı deyil. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmədiyindən əsas və faiz borcun məbləği dəqiq araşdırılıb müəyyən edilməmişdir. İddiaçının tələbi və buna uyğun məhkəmənin gəldiyi nəticə qanunla göstərilən sübutlarla tam təsdiq edilmir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin şikayətin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi cavabdeh X3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-166/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı müvafiq şəkildə cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş - cavabdehdən 4951 manat 12 qəpik ikiqat faiz borcunun alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh təmir-tikinti xərclərinin maliyyəşdirilməsi məqsədilə illik 16 faiz dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə görə gecikdirilən əsas məbləğə kreditin istifadəsinə görə ödənilən illik faizin ikiqatı qədər faiz, həmçinin gecikmənin birinci günündən başlayaraq gecikdirilən əsas məbləğə gündəlik 0,1 faiz miqdarında cərimə hesablanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 004REAL19000006 ipoteka müqaviləsindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsi banka ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2013-cü il tarixli ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsi ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə 19121 manat 56 qəpik əsas, 4601 manat 19 qəpik faiz, 4951 manat 12 qəpik ikiqat faiz, 3701 manat 84 qəpik cərimə olmaqla, cəmi 32375 manat 17 qəpik borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli G-02/22- 020 nömrəli əmlakın qiymətləndirilməsi üzrə ekspert rəyindən görünür ki, Cavabdeh məxsus olan ünvan 1i ünvanında yerləşən 0.03 ha sahəyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinin bazar dəyəri 14000 manat, likvid dəyəri 11000 manat təşkil etmişdir. Tədqiqatın dəyəri 250 manat təşkil etmişdir. İş materiallarında olan xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04CRED19000003 nömrəli kredit müqaviləsi üzrə cavabdehə illik 16% dərəcəsi ilə, 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh ilə xx.xx.2019-cu il tarixli, 004REAL19000006 nömrəli ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus ünvan 1i ünvanında yerləşən 0.03 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və maliyyə arayışına görə həmin kredit müqaviləsi üzrə 19121 manat 56 qəpik əsas borc, 4601 manat 19 qəpik faiz borcu, 4951 manat 12 qəpik ikiqat faiz borcu, 3701 manat 84 qəpik cərimə borcu olmaqla, cəmi 32375 manat 17 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini icra etməmişdir. Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etməkdə və kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. On görə də belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi kredit borcunun tutulması hissəsində iddia tələbini 19121 manat 56 qəpik əsas borc və 4601 manat 19 qəpik faiz borcu hissəsində tam, cərimə hissəsində qismən təmin etməkləə dzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyi sübuta yetdiyinə görə kollegiya hesab edir ki, məhkəmə iddianı tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanlarla yanaşı kollegiya qeyd edir ki, məhkəmə iddia tələbini 4951 manat 12 qəpik ikiqat faiz borcu hissəsində təmin etməkdə haqlı olmamışdır. Belə ki, işdən göründüyü kimi iddiaçı cavabdehdən əsas kredit borcuna hesablanmış 4601 manat 19 qəpik faiz borcunun xeyrinə tutulmasını xahiş etmiş, məhkəmə iddianı həmin hissədə təmin etməklə bərabər ikiqat faiz kimi hesablanmış 4951 manat 12 qəpik hissədə də iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Cavabdehdən müqavilə öhdəliyinə əməl etmədiyinə görə əsas kredit borcuna hesablanmış faiz borcu və cərimə tutulduğuna görə kollegiya əlavə olaraq ikiqat faizin tutulmasını yuxarıda istinad olunan mülki qanunvericiliyin normalarına uyğun saymır və belə hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli, iddia isə qətnamənin ləğv edildiyi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməməsinə dair dəlilini əsassız sayır. Çünki Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən görünür ki, işə birinci instansiya məhkəməsində baxılanda cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş olsa da, o, məhkəmə iclasına gəlməmiş və sübutlarını da məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə müəyyən olunur ki, cavabdeh tərəfindən cəmi 1885,84 manat ödəniş edilmişdir. Cavabdeh isə bundan başqa ödəniş etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yenidən ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı dəlilini də əsassız sayır. Belə ki, iş materiallarında göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxan zaman ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edərək müvafiq rəy almış, cavabdeh həmin rəylə nəyə görə razılaşmadığını əsaslandırmamış, məhkəməyə həmin rəyi şübhə altına almağa əsas verə biləcək hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin qərardadı əsasında alınmış və işə əlavə edilmiş həmin rəyi mötəbər sübut kimi qəbul edir. Göründüyü kini apellyasiya şikayətinin həmin dəlili də əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə 4951 manat 12 qəpik ikiqat faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan ümumi məbləğ 24 022,75 (28973,87 - 4951,12) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi vəkil X2 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-26/2022 saylı qətnaməsi qismən - iddianın təmin edilmiş 4951 manat 12 qəpik ikiqat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilsin və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılsın. İddia 4951 manat 12 qəpik ikiqat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-26/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulan ümimi məbləğ 24 022,75 (iyirmi dörd min iyirmi iki manat yetmiş beş qəpik) manat miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-61/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-61/2023
11.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver