Məhkəmə qərarları › İş №2-2(104)-7/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-7/2023

31.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-7/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndələri X1 və X2, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabeh) Əliyeva Nazilə İslam qızının nümayəndəsi X3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh və Əliyeva Nazilə İslam qızına qarşı “özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və Əliyeva Nazilə İslam qızının İddiaçınə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-03/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh və Əliyeva Nazilə İslam qızına qarşı “özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Boz dağ massivinin“ Samux rayonu inzibati ərazisində yerləşən 35 və 36 saylı qış otlaq sahələrində Gəncə şəhər sakinləri Cavabdeh və Əliyeva Nazilə İslam qızı tərəfindən özbaşına inşa olunmuş qoyun yataqlarının, çoban evlərinin və digər köməkçi tikililərin onların özlərinin hesabına məcburi sökülməsi və onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin həmin 600 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh və Əliyeva Nazilə İslam qızı İddiaçınə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı iddia ərizəsinin təmin edilməməsi və cavabadeh İddiaçı onların qanuni olaraq uzun müddətli istifadələrində olan 300 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci ci tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh və Əliyeva Nazilə İslam qızına qarşı özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh və Əliyeva Nazilə İslam qızının İddiaçınə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci ci tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdehlər Cavabdeh və Əliyeva Nazilə İslam qızına qarşı “özbaşına inşa olunmuş tikililərin sökülməsi, onlara təklif olunan ərazilərə daşınması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-2(104)-52/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsi ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və Əliyeva Nazilə İslam qızı “Boz dağ massivinin“ Samux rayonu inzibati ərazisində yerləşən 35 saylı qış otlaq sahəsinin 78.18 ha və 36 saylı qış otlaq sahəsinin 153.77 ha hissəsindən çıxarılması, “Boz dağ massivinin“ Samux rayonu inzibati ərazisində yerləşən 35 saylı qış otlaq sahəsinin 78.18 ha və 36 saylı qış otlaq sahəsinin 153.77 ha hissəsində qoyun yataqları, çoban evləri və digər köməkçi tikililər olduğu təqdirdə cavabdehlərin hesabına sökülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh və Əliyeva Nazilə İslam qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-2(115)- 52/2021 saylı qətnaməsinin ilk iddianın təmin olunmuş hissəsində ləğv edilərək, ilk iddianın tamamilə rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)- 413/2021 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-2(104)-52/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X4 ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiklərini bildirdi və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabeh) Əliyeva Nazilə İslam qızının nümayəndəsi X5 apellyasiya şikayətindən imtinanın qəbul edilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Göründüyü kimi, apellyasiya şikayəti vermiş hüquqi şəxsin nümayəndəsi ərizə təqdim edərək şikayətdən imtina edir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsi qanunvericiliyin tələbinə uyğun olduğuna görə qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata ona münasibətdə xitam verilməlidir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 402 və 405-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsi qəbul edilsin. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-03/2020 saylı qətnaməsindən verdiyi şikayəti üzrə apellyasiya icraatına ona münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar