Məhkəmə qərarları › İş №2-2(104)-70/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-70/2024

03.05.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-70/2024 03.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı1, onun vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 və üçüncü şəxslər "xxxx" Mebel MMC-nin və "xxxx" MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi, əmlakların qaytarılması və ziyanın ödənilməsi tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs “X8 X6 Sanaye Və Ticaret Ltd” şirkətinin Cavabdeh qarşı əmlakların qaytarılması və ya onların dəyərinin ödənilməsi, amortizasiya xərclərinin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-99/2021 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 01 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqaviləni ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi və iddiaçının əmlakının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan 2021-ci il 19 may tarixində iddia tələbinin həcmini artıraraq əvvəlki tələblərlə yanaşı 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub verilməsini xahiş etmişdir. “X8 X6 sanaye və Ticaret LTD” şirkəti 2021-ci il 26 aprel tarixində ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmasını və işə qoşulmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 28 aprel tarixli 2-2(115)-99/2021 saylı qərarı ilə həmin şirkət müstəqil tələb irəli sürən 3-cü şəxs (bundan sonra – “üçüncü şəxs”) kimi məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs 2021-ci il 10 may tarixində Cavabdeh qarşı 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer Dəzgahı "Net MAK 2000” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasını, həmin avadanlıqların üç illik amortizasiya xərclərinin 463.595 manatının, avadanlıqlar olmadıqda onların 785.222 manat əvəzinin, üç il ərzində əldən çıxmış fayda qismində 6.659.829 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi tələbini irəli sürərək işə qarışmışdır. Sonradan üçüncü şəxs iddia tələbini dəyişərək, digər tələbləri olduğu kimi saxlamış, lakin vurulmuş zərərin həcmini azaldaraq 1.810.505 manat əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) İddiaçı1 Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 1 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilə ləğv edilmiş, tərəflərin öhdəliklərinə xitam verilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs “X8 X6 Sanaye Və Ticaret Ltd” şirkətinin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd Frezer dəzgahı "net MAK 2000” Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası və həmin avadanlıqlar olmadıqda onların dəyəri olaraq 785.222 manat və 30 manat dövlət rüsumunun Cavabdehdan alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs “X8 X6 Sanaye Və Ticaret Ltd” şirkətinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsinin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb sürən üçüncü şəxs “X8 X6 Sanaye və Ticaret LTD” şirkəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 3 iyun 2021-ci il tarixli e-2-2(115)- 99/2021 nömrəli qətnaməsinin qismən – özünün iddia tələbinin təmin edilmədiyi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-14/2022 nömrəli 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Loğman Süleymanov və İslam Həsənov) Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(115)-99/2021 nömrəli qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2- 2(115)-99/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı1 iddiasının qismən təmin edilməsi, Cavabdeh əldən çıxmış fayda qismində 497068,58 manat zərər məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 497098,58 (dörd yüz doxsan yeddi min doxsan səkkiz manat, 58 qəpik) manatın alınaraq, İddiaçı1 verilməsi, İddiaçı1 iddiasının qalan hissədə təmin edilməməsi, “X8 X6 Sanaye və Ticaret LTD” şirkətinin iddiasının və apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-14/2022 nömrəli 01 fevral 2022-ci il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin olunması hissəsinə münasibətdə ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 2-2(102)-511/2022 nömrəli qərarı ilə (hakimlər Bəhram Məmmədli - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Bəhman Qəribov) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(104)-14/2022 saylı qətnaməsinin İddiaçı1 iddiasına münasibətdə ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-37/2023 nömrəli 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Aygül İsgəndərova) İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsinin tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi və iddianın qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmışdır. İddiaçı1 Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, avadanlıqların qaytarılması və iddiaçıya vurulmuş 497068,58 manat dəyərində zərərin cavabdehdən tutulub İddiaçı1 verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. İddiaçı1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-37/2023 nömrəli 15 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2-2(102)-604/2023 nömrəli qərarı ilə (hakimlər Çingiz Əsgərov - sədrlik edən və məruzəçi, Kəmalə Abiyeva və Abiddin Hüseynov) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2-2(104)-37/2023 saylı qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyəti haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı ikinci tərəf olaraq ümumi bazar qiyməti 1.100.000,00 AZN (bir milyon bir yüz min manat, 00 qəpik) məbləğində olan və müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı təyinatlı avadanlıqlarını mebel istehsalı fabrikasını yaratmaq üçün birinci tərəfə təhvil vermişdir. Razılaşmaya əsasən birinci tərəf iddaçının avadanlıqlarını "xxxx" MMCnin nizamnamə kapitalına qoymasını öhdəsinə götürmüş və bununla bağlı bütün işlərin qanuna uyğun təşkil edəcəyini öhdəsinə götürmüşdür. Lakin birinci tərəf faktiki olaraq onun əmlakını "xxxx" MMC-nin balansına qoymamışdır. Demək olar ki, bu günə qədər heç bir iş görülməmişdir. Nəticədə o, investisiya qoyduğu əmlakının əvəzi olaraq heç bir gəlir əldə etməmişdir. Cavabdeh 01 mart 2017-ci il tarixli birgə ortaqlıq fəaliyyəti haqqında müqavilədən kənara çıxaraq, həmin müqavilədən istifadə etməklə öz adına investisiya təşviqi sənədi almışdır. Avadanlıqlar göndərildikdən sonra cavabeh özünə məxsus ********** saylı VÖEN altında və "xxxx" MMC vasitəsi ilə fəaliyyət göstərərərək 994137,16 manat gəlir əldə etmişdir ki, ona bu gəlirdən heç bir məbləğ verilməmiş, nəticədə də qeyd edilən məbləğin 50 faizi məbləğində ona ziyan dəymişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs “X8 X6 Sanaye və Ticaret LTD” şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “X8 X6 Sanaye və Ticaret LTD” ilə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxs Cavabdeh arasmda X7 müəssisəsinin yaradılması haqqında 30 mart 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə birinci təsisçi olaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar Cavabdeh onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində-Gəncə şəhəri, X11 küçəsi, 72 A saylı ünvanda yerləşən Əmlak Kompleksini investisiya olaraq qoymağı öz öhdəsinə götürmüşdür. İkinci təsisçi olaraq “X8 X6 Sanaye və Ticaret LTD” şirkəti isə özünün texnoloji avadanlıqlarını investisiya olaraq mebel istehsal etmək məqsədi ilə yaradılmış Gəncə şəhəri, X11 küçəsi, 72 A saylı ünvanda yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öz öhdəsinə götürmüşdür. İddiada göstərilən avadanlıqlar Cavabdeh təqdim edilmişdir. Həmin avandanlıqların Cavabdeh tərəfındən qəbul edilməsini təsdiq edən sənədlə Gömrük bəyyanamələri, təşviq sənədi əsasında verilmiş təsdiqedici sənədləridir. Həmin sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Çox təəssüflər olsun ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn öhdəliyi icra etməmiş, avadanlıqları qəbul etmiş, lakin X7 müəssisəsini yaratmamışdır. Bu isə Türkiyə Cümhuriyyətinin şirkəti olaraq onların böyük məbləğdə ziyana düşməyinə səbəb olmuşdur. Şirkət Türkiyədə 2017-ci il tarixədək fəaliyyət göstərmiş və hər il gəlirlər əldə etmişdir. Lakin, 2017-ci ildən avadanlıqları cavabdehə göndərdiyi üçün şirkətin fəaliyyəti sıfıra düşmüşdür. İddia ərizəsinə əlavə edilmiş 1 saylı əlavənin 2014-cü ilin hesabatının 1-ci səhifəsində Dörtak şirkətinin 2014-cü ildə 504401,75 Türk lirəsi məbləğində vergiyə cəlb olunan mənfəəti olduğu göstərilir. X1 Bankının 01 yanvar 2014-cü il tarixinə rəsmi məzənnəsinə əsasən 1 (bir) TRY = 2,1718 USD təşkil edir. 2014-cü ilin gəlirin məbləğini USD məzənnəsinə çevirəndə şirkətin 232250,5 USD məbləğində mənfəəti olduğu müəyyən edilir. Bu ərizənin 2 saylı əlavəsinin 2015-ci ilin hesabatının 1-ci -səhifəsində Dörtak şirkətinin 2015-ci ildə 646542,81 Türk lirəsi məbləğində vergiyə cəlb olunan gəliri olduğu göstərilir. X1 Bankının 01 yanvar 2015-ci ilin rəsmi məzənnəsinə əsasən 1 (bir) TRY = 2,3449 USD təşkil edir. 2015-ci ilin gəlirin məbləğini USD məzənnəsinə çevirəndə şirkətin 275722,98 USD məbləğində gəliri olduğu müəyyən edilir. Dörtak şirkətinin 2016-cı ildə xərclərin gəlirdən çox olduğu üçün 2016-cı ildə gəlirə çıxmadığı göstərilir. Bu ərizənin 3 saylı əlavəsinin 2016-cı ilin hesabatının 1-ci səhifəsində Dörtak şirkətinin 2016-cı ildə gəlirin olmadığı müəyyən edilir. Lakin bu ərizənin 4-cü əlavəsinin 2016-cı ilin hesabatının 1-ci səhifəsində Dörtak şirkətinin 713928,61 Türk lirəsi məbləğində gəliri olduğu göstərilir. X1 Bankının 01 yanvar 2017-ci ilin rəsmi məzənnəsinə əsasən 1 (bir) TRY = 3,5338 USD təşkil edir. 2017cü ilin gəlirin məbləğini USD məzənnəsinə çevirəndə şirkətin 202028,58 USD məbləğində gəliri olduğu müəyyən edilir. Göstərilən dövlər üçün Dörtak şirkətinin ümumilikdə 1864873,17 Türk lirəsi məbləğində ABŞ dolları ekvivalentində 710002,11 USD dolları məbləğində gəliri olduğu müəyyən edilir. Türkiyə Cümhuriyyətinin vergi sistemi Azərbaycan Respublikasında olduğu kimi hüquqi şəxslərin mənfəət vergisi 20 % təşkil edir. Ümumi gəlirdən 20% gəlir vergisi çıxıldıqdan sonra şirkətin 3 illik xalis gəliri ******* ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli məzənnəsi (1 (bir) ABŞ dolları = 1,70 AZN) nəzərə alınsa, ******* manat (bir milyon səkkiz yüz on min beş yüz beş manat) xalis gəliri olduğunu müəyyən edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Dörtak şirkəti həmin avadanlıqlardan istifadə etsəydi 3 (üç) il ərzində ******* manat gəlir əldə edərdi. Lakin avadanlıqlar Cavabdeh olduğu üçün həmin gəlirlərdən və avadanlıqlardan mərhum olub. Cavabdeh avadanlıqları öz balansına qoymuş, avadanlıqlardan istifadə edib, mebel məhsullarını istehsal edərək satmışdır. Gəlirdən isə Dörtak şirkətinə heç bir gəlir verilməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini zərərlə bağlı hissəsini təmin etməməsində yanlış nəticəyə gəlmişdir. Belə ki, zərərlə bağlı mötəbər sübutlar nəzərə alınmamışdır. Çünki məhkəmə iddia tələbinin yalnız müqavilələrin ləğv edilməsi və həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi qərara alınmışdır. Nəzərə alınsa ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin müqavilədən kənar 3 il ərzində iddiaçının investisiya etdiyi dəzgah və avadanlıqlardan istifadə edərək, iddiaçının aldadaraq birgə istehsal sahəsini yaradılması ilə mebel məhsullarını öz adından istehsal edib mağaza şəbəkələrinə satması və satışdan əldə olunan gəliri iddiaçı ilə bölüşməməsi bunu sübut edir ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya zərər dəymişdir. Məhkəmənin isə həmin halları nəzərə almaması ədalətsizliyə yol açır. Cavabdeh iddiaçının avadanlıqları hesabına mebel istehsalı ilə məşğul olmuşdur. Cavabdeh xx.xx.2017-ci il tarxli müqaviləni pozaraq mebel istehsalı fəaliyyətini təkcə öz VÖEN-i altında təşkil etmişdir. Yəni ki, 2017-2020-ci illərdə həmin dəzgahlar cavabdehin balansında olaraq onun tərəfindən istifadə edilmiş və yalnız özü bəhrələnərək iddiaçı ilə heç bir gəliri bölüşməmişdir. Müqavilənin ləğv edilməsinə səbəb məhz cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması olmuşdur. Cavabdehin qanunazidd hərəkəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcuddur. xx.xx.2017ci il tarxili müqavilədən göründüyü kimi tərəflər "xxxx" MMC yaradaraq birgə fəaliyyət göstərməyə və gəlir əldə etməyə razılaşmışlar. 2017-2020-ci illər aralığında cavabdeh xeyli miqdarda iddiaçının investisiya etdiyi dəzgah və avadanlıqlar hesabına mebel istehsal etmiş və satmışdır. İş materiallarından görünür ki, mebel istehsalı üçün avadanlıqlar üçüncü şəxs tərəfindən təqdim edilən gömrük bəyannamələrinə əsasən cavabdehin adına gəlmiş və rəsmiləşdirilmişdir. Cavabdeh öz adına 19 aprel 2017-ci il tarixli investisiya təşviqi sənədi almışdır. Halbuki, həmin sənəd cavabdehin yox, onların birgə yaratdığı "xxxx" MMC-nin adına alınmalı idi. Şikayətlərində aşağıdakı sübutları təkrarlayaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həqiqətən cavabdehin qanuna zidd hərəkəti olmuş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir. Belə ki, iş üzrə materiallardan görünür ki, tərəflər arasında hələ fəaliyyətə başlamamışdan əvvəl xx.xx.2017-ci il tarixli “Birgə ortaqlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə o dəzgah və avadanlıqları investisiya edir, cavabdeh isə istehsal obyektini (əmlak kompleksini) investisiya edir. Müqaviləyə görə qeyd olunan fəaliyyət üzrə istehsal "xxxx" MMC-nin adından aparılması razılaşdırılmışdır. (xx.xx.2021-ci il tarixli Müqavilənin 3.1.2., 3.1.3., 3.2.2. və 3.2.3-cü maddələri) Buna baxmayaraq, cavabdeh müqavilənin şərtlərindən kənar çıxaraq mebel istehsal fəaliyyətini özü təkcə aparmış və özünə məxsus VÖEN ilə həyata keçirmişdir. Bundan başqa, mebel istehsalı üçün avadanlıqlar müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən təqdim edilən gömrük bəyannamələrinə əsasən cavabdehin adına gəlmiş və rəsmiləşdirilmişdir. Bu sənədlər müstəqil tələblər irəli sürən üçüncü şəxsin elektron məhkəmə sistemi üzərindən təqdim etdiyi iddia ərizəsinə əlavə edilmişdir. Bundan başqa cavabdeh öz adına 19 aprel 2017-ci il tarixli, İN/İTS-53/2017 saylı investisiya təşviqi sənədini almışdır. Halbuki təşviq sənədi cavabdehin adına yox birgə yaratdıqları "xxxx" MMC-nin adına alınmalı idi. xx.xx.2021-ci il tarixli Müqavilənin 3.1.2., 3.1.3., 3.2.2 və 3.2.3 -cü maddələri) Lakin, cavabdeh öz adından müraciət etmiş və cavabdehin təqdim etdiyi biznes planda təsisçilərin iki şəxsin, yəni biri cavabdehin özü o birisi isə iddiaçıya məxsus “Dörtak Mobilya” şirkəti olması qeyd edilsə də, cavabdeh təşviq sənədini nəticə etibarı ilə öz adına almışdır. İşin hallarından görünür ki, cavabdeh təşviq sənədini öz adına almasında məqsəd X7 fəaliyyətinin yalnız öz adı ilə həyata keçirilməsi, iddiaçını özündən asılı etməsi və bütün fəaliyyətin cavabdehin adı ilə bağlı olması olmuşdur. Çünki təşviq sənədinin verilməsi qaydalarına görə investisiya təşviqi sənədinin sahibi yalnız şəxsən özü bu fəaliyyətlə məşğul olmalıdır. Bundan başqa, avadanlıqlar 2018-ci ildə cavabdehin balansına qoyulmuş və hər il 2020-ci ilədək həmin avadanlıqlara görə amortizasiya hesablanmışdır. Bu sübutlar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron məhkəmə sistemi üzərindən təqdim edilən ərizəyə əlavə edilmişdir. Həmin ərizəyə əlavə edilən sənədlərin daxilində Cavabdeh 2018-2020- ci il tarixli mənfəət vergi bəyannaməsi və 12 saylı vergi orqanın rəsmi bildirişləri yer almışdır. Bundan başqa, sonradan xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini yerinə yetirmək məqsədi ilə tərəflər "xxxx" MMC-ni yaratmış, lakin həmin MMC-nin fəaliyyəti cavabdehin qanunazidd hərəkətləri nəticəsində düzgün qurulmamışdır. Sübutlardan görünür ki, cavabdehin istifadəsində olan dəzgah və avadanlıqlar yaradılmış MMC-nin nizamnaməsinə qoyulsa da lakin MMC-nin balansına qoyulmamışdır. Bu da o deməkdir ki, həmin avadanlıqlar "xxxx" MMC-nin istifadəsində olmamışdır. Müqavilədə razılaşdırılan "xxxx" MMC şirkəti ümumiyyətlə istehsal ilə məşğul olmamış, yalnız almış və satmışdır. Bu sübutlar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron məhkəmə sistemi üzərindən təqdim edilən ərizəyə əlavə edilmişdir. Həmin ərizəyə əlavə edilən sənədlərin daxilində "xxxx" MMC-nin 2018-2020-ci il tarixlərini əhatə edən mənfəət vergi bəyannaməsi və 12 saylı vergi xidmətinin rəsmi bildirişləri yer almışdır. Bundan başqa, cavabdeh elektron qaimələr əsasında ümumilikdə 619508,82 manat dəyərində rəsmi mal satmışdır. Həmin satışlardan vergi və digər xərclər çıxılmaqla 20% xailis gəliri olmalıdır. Xalis gəlirin məbləği 123901,764 manat təşkil edir. Yəni ki, həmin gəlirin 50%-i, təxminən 62000,00 manat iddiaçıya verilməlidir. Bundan başqa, cavabdeh qeyri-rəsmi mebel məhsullarını satmış, həmin satışları vergidən gizlətmiş və əldə edilən gəlirləri mənimsəmişdir. Bu halları təsdiq sübutlar və sənədlər iş üzrə elektron məhkəmə sistemi üzərindən təqdim edilən xx.xx.2021-ci il tarixli ərizəyə əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, cavabdeh 2019-cu il üçün vergiyə cəlb edilən əməliyyatları gizlətdiyi üçün 12 saylı vergı xidməti cavabdehi təxminən 91260,23 manat gəlir vergisi hesablamışdır. 12 saylı vergi xidməti bu halları “MBA Consulting” şirkətinin təqdim etdiyi ekspertiza rəyi əsasında təsdiq etmişdir. Həmin ekspertiza rəyi alınsa görünər ki, cavabdehin təkcə 2019-cu ildə 456301,15 manat vergiyə cəlb olunan gəliri olubdur. Vergi Məcəlləsinə görə mənfəət vergisinin 20% olmasını nəzərə alaraq, 2 saylı vergi xidməti cavabdehə 91260,23 manat mənfəət vergisi hesablamışdır. Həmin vergiyə cəlb olunan gəlirdən mənfəət vergisini çıxdıqdan sonra isə gəlir 365040,92 manat olmuşdur. Bu xalis gəlir də tərəflər arasında bölünməmişdir. Cavabdehin əldə etdiyi gəlrilərin tam hissəsini istəməmiş, yalnız həmin gəlirlərin 50% hissəsini tələb etmişdir. Yəni ki, iddiaçı ortaqlıq prinsipinə əməl edərək cavabdehin müqavilədən kənar apardığı qanunsuz fəaliyyəti nəticəsində istehsal etdiyi, həmin fəaliyyət üzrə dövriyyənin, satdığı məhsullardan əldə olunan gəlirin 50 % hissəsini istəyir. Bu isə ədalət prinsipinə uyğundur. Belə olan halda isə iddiaçının dəymiş zərəri cavabdehdən tələb etmək hüququ var. Buna görə də iddiaçının iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 saxta müqavilə əsasında məhkəməyə müraciət etmişdir. Müqavilənin 3.2.3-cü bəndi dəzgahların məhz “X8 X6 Sanaye və Ticaret LTD” şirkəti tərəfindən göndərilməsini nəzərdə tutur. Məhkəməyə təqdim olunmuş təhrif olunmuş müqavilədə isə ümumiyyətlə “X8 X6 Sanaye və Ticaret LTD” şirkətinin adı keçmir və müqavilədən belə anlaşılır ki, dəzgahlar bilavasitə İddiaçı1 məxsusdur. Eyni zamanda İddiaçı1 saxta barışıq sazişi imzalayaraq məhkəməyə təqdim etmişdir. “X8 X6 Sanaye və Ticaret LTD” şirkətinin onun adına göndərdiyi dəzgahlar barışıq sazişi əsasında məhkəmə qərardadı ilə heç bir rüsum ödəmədən öz adına rəsmiləşdirmək niyyəti güdmüşdür. Hətta 01 mart 2017-ci il tarixli müqaviləni də bu niyyətlə 2020-ci ilin avuqst ayında hazırlamışdır. Onlar tərəfindən müqavilənini həqiqi variantı məhkəməyə təqdim olunması tələb olunsa da, mübahisə predmeti olan dəzgahların “X8 X6 Sanaye və Ticaret LTD” ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 1 nömrəli müqavilə əsasında göndərilməsi qeyd edildikdən və İddiaçı1 dəzgahların geri istənilməsinə münasibətdə sonuncunun subyektiv hüquq barədə fikirlər məhkəmədə səsləndirildikdən sonra “X8 X6 Sanaye və Ticaret LTD” şirkəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosesə daxil olaraq İddiaçı1la eyni tələblə, yəni dəzgahların geri qaytarılması tələbi ilə çıxış etmişdir. Təqdim edilmiş etirazda da bu xüsusatlar göstərilmiş və xx.xx.2017-ci il tarixli müqavilənini xx.xx.2017-ci il tarixli müqaviləni pərdələmək niyyəti ilə bağlandığı vurğulanmışdır. Lakin məhkəmə qeyd olunan dəlilə hüquqi qiymət verməmiş, həmin halları araşdırmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı1 tələbi hər ikisinin təsisçiliyi ilə xx.xx.2017-ci il tarixdə "xxxx" MMC yaradılmış, həmin müəssisənin nizamnamə kapitalı ******* manat təşkil edilmiş və İddiaçı1 "xxxx" MMC-nin direktoru təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin ümumi yığıncağının qərarı əsasında onun nizamnamə kapitalı azaldılmışdır. "xxxx" MMC üç il ərzində fəaliyyət göstərmiş və İddiaçı1 tərəfindən verilmiş ərizədə MMC tərəfindən ümumlikdə 848971,75 manat dəyərində mebel məhsullarının ixrac edildiyi qeyd olunmuşdur. Deməli "xxxx" MMC təsis edilmiş, mebel istehsalı ilə məşğul olmuş və istehsal etdiyi malları xarici bazara ixrac etmişdir. "xxxx" MMC-nin fəaliyyət illərinin yekunlarına dair təsis yığıncağı keçirilməmiş, müəssisənin xalis mənfəəti bölünməmişdir. Belə olan halda müqavilə üzrə öhdəliklərə xitam verilıməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı1 3 il ərzində "xxxx" MMC-ni idarə etmiş, onun gəlirlərini təkbaşına mənimsəmişdir. Nəticədə “X8 X6 Sanaye və Ticaret LTD” şirkətinin mülkiyyətində olan əmlaklar istifadə olunmadan Cavabdeh məxsus binada saxlanır. Həmçinin, xx.xx.2020-ci il tarixdə İddiaçı1 və Cavabdeh təsisçiliyi ilə "xxxx" MMC yaradılmış və direktor İddiaçı1 təyin olunmuşdur. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağı ilə xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin nizamnamə kapitalının azaldılması nəticəsində "xxxx" MMC-nin kapitalı artırılmışdır. Göründüyü kimi “X8 X6 Sanaye və Ticaret LTD” şirkətinin öhdəliyinin icrasından imtina etməsi əsassızdır. Eləcə də dəzgahların əvvəl "xxxx" MMC-nin sonra isə "xxxx" MMC-nin istifadəsində olması İddiaçı1 tələbi ilə olmuşdur. Buna görə də qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsinin təmin etməməsində yanlış nəticəyə gəlmiş, məhkəmənin əldən çıxmış fayda ilə bağlı mövqeyi işin hallarına uyğun gəlmir, təqdim edilmiş mötəbər sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmiş və nəzərə alınmamışdır. Belə ki, məhkəmə prosesinə üçüncü şəxs qismində işə qarışmasının səbəbi bu olmuşdur ki, “X8 X6 Sanaye və Ticaret LTD" şirkəti ilə cavabdeh arasında X7 sahəsinin yaradılması barədə müqavilə olmuşdur. İş üzrə materiallardan görünür ki, üçüncü şəxs ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən “tərəflər ünvan 2 saylı yerləşən ərazidə cavabdehə məxsus Əmlak Kompleksinin bazası əsasında X7 sahəsi yaradırlar”. Müqavilənin bağlanması tərəflərin birgə fəaliyyət göstərmək və gəlir əldə etmək niyyəti olmuşdur. Bunun üçün tərəflər özlərinə məxsus paylarını birgə istehsal sahəsinin yaradılmasına yönəltmişdilər. Şirkət öz vəzifə və öhdəliklərini yerinə yetirmiş, yəni müqavilə üzrə razılaşdırılan 650.450 (altı yüz əlli min dörd yüz əlli) ABŞ dolları dəyərində, Azərbaycan manatı ekvivalentində 785.222 (yeddi yüz səksən beş min iki yüz iyirmi iki) manat dəyərində dəzgah və avadanlıqlar şirkət tərəfindən Cavabdeh göndərilmişdir. Bundan sonra avadanlıqlar 2017-2020-ci il tarixlərində faktiki olaraq Cavabdeh istifadəsində olmuşdur. Məhz bu səbəbdən də üçüncü şəxs qismində məhkəmə prosesinə qarışmış, avadanlıqlarının qaytarılmasını və əldən çıxmış faydanın cavabdehdən tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə avadanlıqların qaytarılmasını qət etsə də əldən çıxmış fayda ilə bağlı hissəni əsassız olaraq təmin etməmişdir. İş üzrə materiallardan görünür ki, cavabdeh xx.xx.2017ci il tarixli müqavilə ilə nəzərdə tutulan birgə istehsal sahəsini yaratmamış, yalnız öz VÖEN ilə fəaliyyət göstərmiş, 2017-2020-ci il tarixlərdə şirkətin əmlakından istifadə edərək mebel məhsullarını istehsal etmiş və gəlirlər əldə etmişdir. Cavabdeh əldə etdiyi gəlirləri şirkətlə bölüşməmişdir. Nəticədə şirkət öz avadanlıqlarından məhrum olaraq bundan heç bir fayda götürə bilməmişdir. Halbuki iş üzrə materiallardan görünür ki, şirkət Türkiyədə həmin avadanlıqlardan istifadə etsəydi xeyli miqdarda gəlirlər əldə edərdi. Lakin bundan məhrum olmuşdur. Eyni zamanda iş üzrə materiallarla cavabdehin xeyli miqdarda mebel məhsullarını istehsal etmiş, satmış və bundan gəlirlər əldə etmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, “hazırkı iş üzrə tərəflərin məqsədi birgə gəlir əldə etmək olmuşdur. Dəzgahların istifadəsi nəticəsində istehsal ediləcək malların satışından əldə olunan gəlirdən tək “X8 X6 Sanaye və Ticaret LTD” şirkəti və yaxud İddiaçı1 deyil, digər tərəf olan Cavabdeh da faydalanmaq hüququ olmuşdur. Bundan başqa tərəflər arasında bağlanmış 17 dekabr 2020-ci il tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən Cavabdeh dəzgah və avadanlıqları qaytarmağa razı olmuşdur. Qeyd olunanlar cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində həm İddiaçı1, həm də “X8 X6 Sanaye və Ticaret LTD” şirkətinin zərərə məruz qalması hallarını istisna edir. Həmçinin “X8 X6 Sanaye və Ticaret LTD” şirkətinə məxsus avadanlıqların üç illik 463595 manat amortizasiya xərclərinin ödənilməsi barədə tələb qeyd olunan əsaslara görə haqlı sayılmır. Tələb edilən əmlakların ümumi dəyərinə gəldikdə isə xx.xx.2017-ci il tarixli müqavilədə göstərildiyi kimi 650.450 (altı yüz əlli min dörd yüz əlli) ABŞ dolları dəyərində olmuşdur”. Məhkəmənin qeyd olunan nəticəyə gəlməsi yanlışdır. Çünki ilk növbədə qeyd etmək lazımdır ki, barışıq sazişi müstəqil tələb irəli sürən üçüncü şəxs Dörtak şirkəti ilə cavabdeh arasında bağlanmamış, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmışdır. Bundan başqa əgər hər bir şəxsin istehsal olunmuş malların satışından gəlirlər əldə etmək hüququ olmuşsa, onda Dörtak şirkətinə niyə bu gəlirlər verilməyib?. Nəzərə alaraq ki, məhkəmədə dəzgah və avadanlıqların Dörtak şirkətinə məxsus olması öz təsdiqini tapmışdırsa bu halda Dörtak şirkətinin məhrum olduğu avadanlıqların hesabına cavabdeh tərəfindən istehsal edilib və satılaraq əldə etdiyi gəlirlərin 50% almaq hüququ da olmuşdur. Belə olan halda məhkəmə Dörtak şirkətinin əldən çıxmış fayda ilə bağlı tələbini və ya cavabdehin əldə etdiyi gəlirin 50 % hissəsini ondan alınıb niyə Dörtak şirkətinə verilməsini təmin etməmişdir? Hesab edirlər ki, məhkəmə tərəfindən əldən çıxmış fayda ilə bağlı hissəni təmin etməməsi əsassızdır. Dörtak şirkətinin qanunla qorunan mənafelərinə toxunur. Məhkəmə yalnız avadanlıqların Dörtak şirkətinə qaytarılması ilə kifayətlənir, lakin əldən çıxmış fayda ilə bağlı tələbi təmin etmir. Bu da ədalətsiz və əsassız bir qərardır. Cavabdeh tərəfindən Dörtak şirkətinin avadanlıqları istifadə edilmiş və bunun nəticəsində gəlirlər əldə etmişdir. 1-ci sübut: İş üzrə materiallardan görünür ki, mebel istehsalı üçün avadanlıqlar müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən təqdim edilən gömrük bəyannamələrinə əsasən cavabdehin adına gəlmiş və rəsmiləşdirilmişdir. Bu sənədlər müstəqil tələblər irəli sürən üçüncü şəxsin elektron məhkəmə sistemi üzərindən təqdim etdiyi iddia ərizəsinə əlavə edilmişdir. 2-ci sübut: İş üzrə materiallardan görünür ki, cavabdeh öz adına 19 aprel 2017-ci il tarixli İN/İTS-53/2017 saylı investisiya təşviqi sənədini almışdır. Cavabdeh öz adından müraciət etmiş və cavabdehin investisiya təşviqi sənədi alarkən təqdim etdiyi biznes planda görünür ki, təsisçilərin iki şəxsin, yəni biri cavabdehin özü o birisi isə Dörtak Mobilya şirkəti olması qeyd edilib. Yəni ki, mebel istehsalı fəaliyyətində iki şəxs iştirak edir və həmin şəxslər birgə fəaliyyət göstərərək gəlirlər əldə etməlidirlər. Nəticədə bu fəaliyyətdə Dörtak şirkəti faktiki olaraq iştirak etməmişdir. Cavabdeh isə faktiki olaraq mebel istehsalı fəaliyyətini təkcə öz VÖEN ilə apararaq, mebel məhsullarını istehsal edib satmış və gəlirlər əldə etmişdir. 3-cü sübut: İş üzrə materiallardan görünür ki, avadanlıqlar 2018-ci ildə cavabdehin balansına qoyulmuş və hər il 2020-ci il tarixədək həmin avadanlıqlara görə amortizasiya hesablamışdır. Bu sübutlar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron məhkəmə sistemi üzərindən təqdim edilən ərizəyə əlavə edilmişdir. Həmin ərizəyə əlavə edilən sənədlərin daxilində Cavabdeh 2018-2020-ci il tarixli mənfəət vergi bəyannaməsi və 12 saylı vergi orqanın rəsmi bildirişləri yer almışdır. 4-cü sübut: İş üzrə materiallardan görünür ki, cavabdeh müxətlif şəxslərə mebel məhsullarını satmışdır. Cavabdeh Seriya:EBAD №: 090637 xx.xx.2019, Seriya:EBAA №: 760360 xx.xx.2019, Seriya:EBAA №: 307779 xx.xx.2019, Seriya:EAAY №: 724721 xx.xx.2019, Seriya:EAAU №: 100317 xx.xx.2019, Seriya:EAAU №: 087829 xx.xx.2019, Seriya:EAAU №: 018428 xx.xx.2019, Seriya:EAAU №: 106980 xx.xx.2019 elektron qaimə-fakturalar üzrə ümumilikdə 619508,82 manat dəyərində rəsmi mal satmışdır. 5-ci sübut: Cavabdeh qeyri-rəsmi mebel məhsullarını satmış, həmin satışları vergidən gizlətmiş və əldə edilən gəlirləri mənimsəmişdir. Bu halları təsdiq edən sübutlar və sənədlər iş üzrə elektron məhkəmə sistemi üzərindən təqdim edilən xx.xx.2021-ci il tarixli ərizəyə əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, cavabdeh 2019-cu il üçün vergiyə cəlb edilən əməliyyatları gizlətdiyi üçün 12 saylı vergi xidməti cavabdehə təxminən 91260,23 manat gəlir vergisi hesablayıb. 12 saylı vergi xidməti bu halları MBA Consulting şirkətinin təqdim etdiyi ekspertiza rəyi əsasında təsdiq etmişdir. Həmin ekspertiza rəyi alınsa görünər ki, cavabdehin təkcə 2019-cu ildə 456301,15 AZN-lik vergiyə cəlb olunan gəliri olubdur. Vergi Məcəlləsinə görə mənfəət vergisinin 20% olmasını nəzərə alaraq, 12 saylı vergi xidməti cavabdehə 91260,23 AZN mənfəət vergisi hesablamışdır. Həmin vergiyə cəlb olunan gəlirdən mənfəət vergisini çıxdıqdan sonra xalis gəlir 365040,92 manat olmuşdur. Bu xalis gəlir də tərəflər arasında bölünməmişdir. 6-cı sübut: İş üzrə materiallardan görünür ki, Cavabdeh 2018-2019-cu illərdə mebel istehsalı üçün 390765,61 ABŞ dolları dəyərində və bunun azərbaycan manatı ekvivalentində 503967,83 AZN dəyərində xammal alaraq respublikaya idxal etmişdir (Cədvəl və bəyannamələr ərizəyə əlavə olunur). Malların idxalından yaranan 90714,21 AZN (503967,83 * 18 % ƏDV) məbləğ Cavabdeh şəxsi hesab vərəqəsində olmalıdır. Şəxsi hesab vərəqəsində yığılan vəsaitlər vergi, gömrük və digər vergi məqsədləri üçün istifadə etmək mümkün olardı. Lakin Cavabdeh həmin vəsaitləri nağdılaşdırmış və ya mənimsəmişdir. Bundan başqa respublika daxili xammal alışlarları olmuşdur. Bu alışlar nəticəsində isə şəxsi hesab vərəqədə 31652,09 AZN dəyərində vəsaitlər olmalıdır. Bu əməliyyatlardan cavabdehin şəxsi hesab vərəqəsində ümumilikdə 122366,30 AZN vəsait yığılmışdır (Cədvəl və elektron qaimə fakturalar təqdim edilmişdir). Cavabdehin xx.xx.2021-ci il tarixli şəxsi hesab vərəqəsinə baxdıqda görmək olar ki, həmin vəsaitlər hesabda yoxdur. Cavabdeh həmin vəsaitləri şəxsi məqsədlər üçün istifadə etmişdir. Qeyd olunan sübutlar onu deməyə əsas verir ki, cavabdeh Dörtak şirkətinin əmlakı hesabına fəaliyyət göstərmiş, mebel məhsullarının istehsalı və satışı ilə məşğul olub. Lakin cavabdeh bunun nəticəsində Dörtak şirkəti ilə gəlirlərini bölüşməyib. Bu halların mövcüd olması Dörtak şirkətinin haqlı olaraq əmlakından məhrum olduğu üçün əldən çıxmış faydanı tələb etmək hüququ olmuşdur. Məhz bu səbəbdən də Dörtak şirkəti avadanlıqlarından məhrum olduğu üçün əldən çıxmış faydanı aşağıdakı sübutlarlara əsaslandırmışdır. İş üzrə materiallardan görünür ki, Dörtak şirkətinin Türkiyədə fəaliyyəti olmuşdur. Dörtak şirkətinin iş üzrə təqdim etdiyi 2014-2018-ci illəri əhatə edən rəsmi vergi bəyannamələrinə baxsaq görərik ki, şirkət həmin avadanlıqlardan istifadə etsəydi 3(üç) il ərzində ******* AZN gəlir əldə edərdi. Lakin avadanlıqlar Cavabdeh olduğu üçün həmin gəlirlərdən və avadanlıqdan məhrum olub. Cavabdeh avadanlıqları öz balansına qoyub, avadanlıqlardan istifadə edib, mebel məhsullarını istehsal edib və satıb. Bundan isə Dörtak şirkətinə heç bir gəlir verməmişdir. Göründüyü kimi yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh müqavilədə razılaşdırılmış şərtlərdən kənar çıxaraq özünə üstün şərait yaratmış, bundan xeyli miqdarda bəhrələnmiş və gəlirlər əldə etmişdir. Lakin həmin gəlirlərin 50% hissəsi müstəqil tələblər irəli sürən üçüncü şəxsə çatmalı olduğu halda cavabdeh müstəqil tələblər irəli sürən üçüncü şəxs Dörtak şirkətinə heç bir ödəniş etməmişdir. Bu hallar bir daha onu deməyə əsas verir ki, Dörtak şirkəti öz əmlakından məhrum olduğu üçün onun qanunla əldən çıxmış faydanı tələb etmək hüququ olmuşdur. Lakin məhkəmə əsassız olaraq bu tələbi təmin etməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara lazımi qaydada qiymət verməmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs Dörtak şirkətinin əldən çıxmış fayda ilə bağlı tələbinə dair yanlış nəticəyə gəlmişdir. Buna görə də qətnamənin müstəqil tələb sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri: İddiaçı1 Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazı: Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin saxta olmasını iddia etmişdir. Bildirir ki, xx.xx.2017-ci ii tarixli müqavilənin hər səhifəsində tərəflərin imzaları mövcüddur. Tərəflər həmin müqavilədə öz gələcək əməkdaşlığının şərtlərini və niyyətlərinı müəyyən ediblər. Lakin cavabdeh həmin müqaviləni kobud surətdə pozub, qismən icra edib. Belə ki, müqavilənin şərtlərinə görə tərəflərin birgə ortaqlıq müəssisəsini yaradaraq gəlir əldə emək niyyəli olmuşdur. Bunun üçün cavabdehin müqavilə üzrə öhdəliyi olmuşdur ki, birgə ortaqlıq fəaliyyətini həyata keçirmək üçün "xxxx" MMC-ni təsis edib qeydiyyatdan keçirəcək və həmin MMC-nin adına investisiya təşviqi sənədini alacaq (xx.xx.2017-ci il tarixli müqavilənin 3.1.2. maddəsi). Lakin iş üzrə materiallardan göründüyü kimi, 19 aprel 2017-ci il tarixli investisiya təşviqi sənədini (əlavə olunur) öz adına alaraq bunun üçün cavabdeh biznes plan hazırlamış, xx.xx.2017-ci il tarixli müqaviləni hazırlamış və öz adından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Faktiki olaraq birgə ortaqlıq müəssisəsi qurulmamışdır. Cavabdeh istehsal sahəsini öz adına rəsmiləşdirmiş, mebel istehsalında istifadə edilən avadanlıqları öz adına göndərilməsinə nail olmuş və həmin avadanlıqları öz balansına qoymuşdur. Bununla da cavabdeh müqavilənin şərtlərini pozaraq bütün hər şeyi öz adına rəsmiləşdirmişdir. Nəticədə isə iddiaçı birgə ortaqlıqda işlirak etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, "xxxx" MMC istehsal fəaliyyəti ilə məşğul olub, MMCnin adından məhsulların ixrac edildiyini və gəlirlərin bölüşmədiyini qeyd edir. Buna etiraz olaraq bildirir ki, "xxxx" MMC-nin yaradılmasına baxmayaraq həmin MMC istehsal fəaliyyəti ilə heç vaxt məşğul olmayıb. Bu hallar 1-ci instansiya məhkəməsində təqdim etdiyi 12-saylı Ərazi Vergilər İdarəsinin 2018-2020-ci illər üzrə təsdiq etdiyi MMC-nin mənfəət bəyannaməsindən görmək olar. "xxxx" MMC-nin adından ixrac edilən 848971,75 manat dəyərində məhsullar isə Cavabdeh istehsal etdiyi məhsullar olmuşdur. Bu ixracdan əldə olunan gəlirlər isə iddiaçı tərəfindən götürülməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, 19 aprel 2017-ci il tarixli investisiya təşviqi sənədində ünvan 2 ünvanında Cavabdeh mebel istehsalı ilə məşğul olduğu göstərilir. Göründüyü kimi mebel istehsalı ilə yalnız cavabdeh məşğul olub və istehsal etdiyi məhsulları sataraq gəlirlər əldə etmiş və bu gəlirləri isə iddiaçı onunla bölüşməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, "xxxx" MMC-nin fəaliyyəti guya düzgün təşkil edildiyini və yaradıldığını, MMCnin fəaliyyəlinə İddiaçı1 rəhbərlik etdiyini və gəlirləri mənimsədiyini qeyd edir. Buna bir daha etiraz olaraq bildiririk ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Dövlət Reyestrindən Çıxanşdan görünür ki, "xxxx" MMC 12 dekabr 2017-ci ildə qeydiyyatdan keçirilmişdir. xx.xx.2017-ci il tarixli birgə ortaqlıq haqqında müqavilənin şərtlərinə görə "xxxx" MMC avadanlıqların və investisiya təşviqi sənədini almamışdan qabaq yaradılmalı idi. Lakin "xxxx" MMC sonradan yaradılmış və investisiya təşviqi sənədi MMC-nin adına yox, cavabdehin adına alınmışdır. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı1 cavabdehdən müqavilədə razılaşdırılan şərtlərə əməl edilməsini tələb etmişdir. Yalnız bundan sonra cavabdeh tərəfindən gözdən pərdə salmaq üçün 12 dekabr 2017-ci ildə saxta və istehsal ilə məşğul olmayan "xxxx" MMC yaradıldı. Lakin MMC-nin yaradılmasına baxmayaraq cavabdeh xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə yenə də əməl etməmişdir. Belə ki, "xxxx" MMC yaradılmış və onun ******* (iki milyon iki yüz min manat) şəklində təşkil edilmiş saxta nizamnaməsi formalaşdırılmışdır. Lakin MMC-nin nizamnaməsinə qoyulan əmlaklar faktiki olaraq MMC-nin balansına qoyulmamışdır. Yəni ki, MMC-nin nizamnaməsi MMC-nin fəaliyyətində iştirak etməmiş, yalnız kağız üzərində olmuşdur. Bu işləri saxta edən də cavabdehin mühasibi X5 olmuşdur (hal-hazırda, elektron bildirişdən göründüyü kimi Cavabdeh baş mühasib vəzifəsinə qəbul olunub). Təsadüfi deyil ki, "xxxx" MMC-ni qeydiyyatdan keçirən də X5 olmuş və o, MMCnin nizamanaməsinə onun əvəzinə imza atmışdır. Bundan başqa "xxxx" MMC-nin ümumiyyətlə işçiləri olmamış, yalnız direktor vəzifəsi olmuşdur. MMC-nin mühasibatlığı və idarə edilməsini etibarnamə əsasında X5 tərəfindən aparılmışdır. Sonradan İddiaçı1 işin hallarını və aldadıldığını bildikdən sonra X2 verdiyi həmin etibarnaməni 2020-ci ilin mart ayında ləğv etmişdir. (Etibarnamənin ləğv edilməsi ərizəsi əlavə olunur). Qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı1 "xxxx" MMC-nin yaradılmasında və idarə edilməsinə iştirak etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə şərtlərini yerinə yetirib və birgə istehsal sahəsini yaradaraq öz vəzifəsini icra edib. Buna etiraz olaraq bildirir ki, cavabdeh yalan danışır, birgə ortaqlıq qurulmayıb. Cavabdeh hər şeyi öz adına rəsmiləşdirib və öz VÖEN-lə istehsal fəaliyyətini həyata keçirib. Qeyd etmək lazımdır ki, birgə ortaqlıq fəaliyyətini təkbaşına fiziki şəxsin VÖEN-ni ilə həyata keçirilməsi qadağandır. Cavabdeh isə birgə ortaqlıq fəaliyyətini 2017-2020-ci illərdə özünə məxsus VÖEN-lə aparmış və bütün əmlakı öz adına rəsmiləşdirmişdir. Bu hallar isə xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə ziddir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC yaradılmış və avadanlıqlar həmin MMC-nin nizamnaməsinə qoyulmuşdur. Buna etiraz olaraq bildirir ki, "xxxx" MMCnin yaradılmasında məqsəd xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərini düzgün yerinə yetirilməsi olmuşdur. Yəni ki, cavabdeh "xxxx" MMC-nin fəaliyyətini saxta şəkildə qurduğu üçün yenidən düzgün olan MMC-ni qurmağa çalışmışdır. Lakin yenə də MMC-nin yaradılmasına baxmayaraq birgə ortaqlığın davam etdirilməsi mümkün olmamışdır. Çünki Cavabdeh 2017-2020-ci illərdə əldə etdiyi gəlirləri İddiaçı1la bölüşmür. Hal-hazırda ayrılmaq qərarına gəlmişlər. Ayrılmaq üçün də gərək tərəflərə düşən öhdəliklər icra edilsin. Yəni ki, Cavabdeh xx.xx.2017-ci il tarixli Birgə ortaqlıq haqqında müqavilənin şərtlərini pozduğu üçün 2017-2020-ci illər üzrə təkbaşına öz VÖEN-i ilə həyata keçirdiyi mebel istehsalı fəaliyyətindən əldə etdiyi gəlirləri İddiaçı1la bölüşməli və tərəflərə düşən əmlaklar özlərinə qaytarılmalıdır. Bunları da tərəflər arasında həll etmək mümkün olmamışdır. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etirazı: cavabdeh etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti ilə razı deyllər. Belə ki, iddiaçının tələbi ilə hər ikisinin təsisçiliyi ilə xx.xx.2017-ci il tarixdə "xxxx" MMC yaradılmış, həmin müəssisənin nizamnamə kapitalı ******* (iki milyon iki yüz min manat) şəklində təşkil edilmiş (yəni X10 X6 Sanaye və ticarət LTD Şirkəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 1 nömrəli müqavilə əsasında ona təqdim edilmiş əmlaklar İddiaçı1 adından "xxxx" MMC-nin nizamnamə kapitalına aid edilmiş) və İddiaçı1 "xxxx" MMC-nin direktoru təyin edilmişdir. 2017-2020-ci illərdə "xxxx" MMC İddiaçı1 rəhbərliyi altında fəaliyyət göstərmişdir. (buna dair təsdiqedici sənədlər materiallara əlavə edilmişdir) Odur ki, iddiaçının xx.xx.2017-ci il tarixli müqaviləni pozaraq Cavabdeh istehsal fəaliyyətini guya təkcə öz adına həyata keçirməsi ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir. Bundan başqa, şikayətdə qeyd olunur ki,... cavabdeh müqavilədə razılaşdırılmış şərtləri pozaraq mebel istehsalı fəaliyyətini ayrıca təkcə aparmışdır. Bağlanmış müqavilədə məqsəd normal qaydada MMC yaradaraq birgə fəaliyyət göstərmək olmuşdur. Lakin cavabdeh bunun əksini etmiş öz adına təşviq sənədini almış və öz adıyla mebel istehsalı faəliyyətini aparmışdır. Bu hallar məhkəməyə təqdim edilən sübutlarla, cavabdehin verdiyi ifadələrlə öz təsdiqini tapmışdır. Bu xüsusatla bağlı bildirilir ki, əgər xx.xx.2017-ci il tarixli müqavilə elə həmin tarixdə mövcud idisə o zaman, hansı səbəbdən xx.xx.2017-ci il tarixli digər müqavilə imzalanır və dəzgahlar həmin müqavilə əsasında Azərbaycan Respublikasına göndərilirdi?! Eləcə də xx.xx.2017ci il tarixli müqavilə mövcud idisə niyə dəzgahlar "xxxx" MMC-yə göndərilmirdi?! İddia tələbinin həcminin artırılması barədə İddiaçı1 tərəfindən Gəncə Kommerisya Məhkəməsinə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən sonuncunun tələb etdiyi zərər aşağıdakı şəkildə formalaşmışdır. Xammalın idxalı zamanı yaranan artıq ödəmələrin şəxsi hesab vərəqəsində olmaması - ümumilikdə 122366, 30 AZN, istehsal və satışdan gəlirlər - ümumilikdə 523901,6 AZN, "xxxx" MMC-nin fəaliyyətindən yaranan zərər - ümumilikdə 223843,15 manat. Yuxarıda qeyd edilən əməliyyatlar nəticəsində iddiaçıya (normal ortaqlıq qurulsaydı adi qaydada gəlirin (dövriyyənin) 50% tərəflər arasında bölüşdürülməsini nəzərə alaraq) yuxarıda qeyd edilən 994137,16 AZN dövriyyənin 50% olan 497068,58 AZN dəyərində iddiçı İddiaçı1 zərər dəyib. Yuxarıda da qeyd etdiyim kimi, "xxxx" MMC yarandığı gündən onun qanuni təmsilçisi İddiaçı1 olmuşdur. Odur ki, müəssisənin cari faəliyyətinə o rəhbərlik etmiş və özünün rəhbərlik etdiyi dövrə aid itkilərin başqasından tələb edilməsi yolverilməzdir. Mülki Məcəllənin 91.1-ci maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: İş üzrə Cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, özünün apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdehlə “Birgə (ortaqlıq) fəaliyyət haqqında” 01 mart 2017-ci il tarixli müqavilə bağlamış olsa da, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq Türkiyə Respublikasından göndərmiş olduğu avadanlıqları yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil etdiyini göstərmiş olsa da, müəssisənin balansına daxil etməmiş və “İnvestisiya təşviqi sənədini” müəssisənin adına yox, öz adına almış, göndərdiyi avadanlıqları işlətməklə əldə etdiyi gəlirdən ona heç nə ödənilməmişdir. Ona görə də sonradan "xxxx" MMC yaradılaraq avadanlıqlar yeni yaradılmış MMC-nin nizamnamə kapitalına və balansına daxil edilmişdir. Cavabdeh 2017-ci ildən 2020-ci ilədək öz VÖEN-i ilə fəaliyyət göstərərək onun Türkiyədən göndərmiş olduğu avadanlıqlardan istifadə etməklə əldə etdiyi gəlirdən ona heç nə verməmişdir. İddiaçı cavabdehlə “Birgə (ortaqlıq) fəaliyyət haqqında” 01 mart 2017-ci il tarixli müqavilə bağlamış müqavilənin həqiqi nüsxəsinin məhkəmə kollegiyasının iclasında təqdim etdiyi müqavilənin əslinin olduğunu göstərsə də, lakin müqavilənin iddia ərizəsinə əlavə etmiş olduğu nüsxəsi ilə məhkəmə kollegiyasının iclasında təqdim etmiş olduğu nüsxəsi arasındakı fərqin, yəni düzəlişin nə vaxt və nəyə görə edildiyini səbəbini izah edə bilmədi. İddiaçı qətnamənin iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək iddiasının tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək 2017-ci ildən 2020-ci ilədək cavabdeh tərəfin iddiaçıya məxsus avadanlıqlardan istifadə edərək gəlir əldə etdiyini, lakin iddiaçıya heç nə ödənilmədiyini, "xxxx" MMC-nin dövriyyəsinin yalnız xammal şəklində alıb-satdığı mallardan əldə olunan vəsaitdən ibarət olduğunu, avadanlıqların istismarından əldə olunan gəlirin, yəni həmin avadanlıqlarla istehsal olunan məhsulun alqı-satqısından əldə olunan gəlirin "xxxx" MMC-yə, həmçinin iddiaçıya aidiyyətinin olmadığını, cavabdeh tərəfin bununla bağlı hər hansı sübut təqdim edə bilmədiklərini, ona görə də İddiaçı1 iddiasının tam təmin edilməsinə dair qətnamə şıxarılmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Firudin oğlu iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin izahatında göstərdi ki, kassasiya şikayətində qeyd etdiyi kimi, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş edərək, izahatında göstərmişdir ki, "xxxx" MMC-nin yalnız hazır malları satışa çıxardığını, avadanlıqlardan istifadə etməklə məhsul istehsal etmədiyini, sözügedən avadanlıqların hazırda "xxxx" MMC-də olduğunu bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 iddiasının Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, həmçinin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 2- 2(102)-511/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 01 fevral tarixli 2-2(104)-14/2022 saylı qətnaməsi İddiaçı1 iddiasına münasibətdə ləğv edildiyindən hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı1 iddiasının təmin edilmiş Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, həmçinin iddia tələbinin təmin edilməmiş 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsi təşkil edir. Kollegiya ilk öncə qeyd edir ki, İddiaçı1 iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus avadanlıqların iddiaçıya, cavabdehə məxsus qeyri-yaşayış binasının cavabdehə qaytarılması barədə razılığa gəlinsə də, iş üzrə keçirilən məhkəmə iclasında cavabdeh tərəf işin barışıq sazişi ilə tamamlanmasına razı olmadığından saziş təsdiq edilməmişdir. Tərəflər mənfəət qazandırıcı əqdlər bağlamış, müqavilələr qismən icra edilsə də, onların bağlanmasından dörd ildən artıq vaxt keçməsinə baxmayaraq müqavilələrin məqsədinə çatmamışdır. 2017-ci il 1 mart tarixli müqavilənin ləğvinə münasibətdə qeyd olunmuşdur ki, hüquq münasibətlərinin pozulması halı müqavilənin ləğvi üçün əsas olmuşdur. Tələb olunan əmlaklar üçüncü şəxsə məxsus olduğundan tələb həmin hissə üzrə təmin edilməməlidir. Üçüncü şəxsin mülkiyyətində olan əmlakların istifadə olunmadan cavabdehin mülkiyyətində olan binada saxlanılması hər iki tərəfin mənfəətsiz qalmasına, mülkiyyətçinin mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratmışdır. Hazırkı iş üzrə tərəflərin məqsədi birgə gəlir əldə etmək olmuşdur. Dəzgahların istifadəsi nəticəsində istehsal ediləcək malların satışından əldə olunan gəlirdən tək üçüncü şəxs və yaxud iddiaçı deyil, digər tərəf olan cavabdehin də faydalanmaq hüququ olmuşdur. Məhkəmə 01 mart 2017-ci il tarixli müqavilənin ləğvinə münasibətdə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri pozulmuş, onların müqavilənin əsasında durmuş təsəvvürlərin yanlış çıxmışdır. İşin bu halı müqavilənin ləğvi üçün əsasdır. Müqavilənin ləğvi öhdəliklərin xitamına səbəb olur. İddia tələbinin vurulmuş zərərin ödənilməsi hisssəsi üzrə onu qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Apellyasiya instansiyası məhkəməsi 1-ci icraat zamanı gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC-ni təsis etməklə 2017-ci il 1 mart tarixli müqavilənin şərtlərini yerinə yetirmişlər. Tərəflərin sonrakı razılaşması ilə nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC-nin təsis edilməsi, iddiaçı tərəfindən investisiya edilmiş avadanlıqlara görə "xxxx" MMC-nin adına “İnvestisiya təşviqi sənədi”nin alınması ilə tərəflər arasında bağlanılmış 2017-ci il 1 mart tarixli müqavilə icra olunmuş, tərəflər arasındakı münasibətlər artıq təsis müqavilələrinə əsasən yaradılmış hüquqi şəxslərin iştirakçılarının fəaliyyəti ilə əhatə olunmuşdur. Tərəflər arasındakı münasibətlər hüquqi şəxslərin təsis müqavilələrinə və nizamnamələrinə müvafiq olaraq tənzimləndiyindən müqavilənin ləğv edilməsi üçün əsas olmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh birgə fəaliyyətdən kənar fərdi sahibkar kimi fəaliyyət göstərərək mülki hüquq pozuntusuna yol verməsi səbəbindən iddiaçı əldən çıxmış fayda qismində zərər çəkmişdir. "xxxx" MMC, daha sonra "xxxx" MMC-nin yaradılmasının və dəzgahların həmin hüquqi şəxslərin nizamnamə kapitalına üçüncü şəxs tərəfindən deyil, məhz iddiaçı tərəfindən qoyulması həmin avadanlıqların iddiaçıya məxsus olmasını təsdiq etməklə, vurulmuş zərəri tələb etmək üçün də subyektiv hüquqa malik olmuş, buna görə də iddiaçının əldən çıxmış fayda qismində zərərin cavabdehdən tutulması ilə bağlı tələbi əsaslı olmuşdur. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamaqla, "xxxx" MMC-nin sahibliyində və istifadəsindədir. MMC-nin nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmaqla, həmçinin MMC-nin qanuni təmsilçisi və icra orqanının rəhbəri, həmçinin üçüncü şəxsin də təsisçisi hazırki iş üzrə iddiaçıdır. Belə olduğu halda avadanlıqların cavabdehdən tələb edilməsi əsassız hesab olunur. Kassasiya instansiyası məhkəməsi 1-ci icraata zamanı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, hesab etmişdir ki, məhkəmə iddiaçının xeyrinə əldən çıxmış fayda qismində zərərin cavabdehdən tutulması ilə bağlı nəticəyə gələrkən maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, MM-in 64.1-ci maddəsinin tələblərinə əsasən, MMC-lərin nizamnamə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMC-lərin mülkiyyətində olmuşdur. Zərər həqiqətən vurulmuşdursa, ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur. İşə baxan məhkəmələr iddiaçının vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasını qanunun tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmiş, MMC-in mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi prosesə cəlb olunması istiqamətində heç bir tədbir görməmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində ziddiyyətli nəticələrə gəlmişdir. Belə ki, qətnamədə göstərilmişdir ki, cavabdeh avadanlıqları əldə etdikdən sonra həmin avadanlıqlardan istifadə etməklə, birgə fəaliyyətdən kənar fərdi sahibkar qismində cəmi 1.104.556,76 manat gəlir əldə etmişdir ki, cavabdehin qeyd olunan mülki hüquq pozuntusuna yol verməsi səbəbindən iddiaçı əldən çıxmış fayda qismində zərər çəkmişdir. Qətnamənin digər hissəsində isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamaqla, həmin avadanlıqlar "xxxx" MMC-nin sahibliyində və istifadəsindədir. "xxxx" MMC-nin nizamanamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsus olmaqla, həmçinin "xxxx" MMC-nin qanuni təmsilçisi və icra orqanının rəhbəri də hazırkı iş üzrə iddiaçıdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin özü də belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamışdır. Beləliklə, cavabdehin birgə fəaliyyətdən kənar, yəni MMC-lərin, habelə digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının xəbəri və razılığı olmadan təkbaşına necə 1.104.556,76 manat gəlir əldə etməsi qətnamədən aydın olmur. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 15 sentyabr 2017-ci il tarixli aktda qeyd olunan avadanlıq Azərbaycan Respublikasına gətirərək cavabdehə təhvil verilmiş, 12 dekabr 2017-ci il tarixində "xxxx" MMC, bundan iki il səkkiz ay sonra isə 20 avqust 2020-ci il tarixində "xxxx" MMC təsis edilərək dövlət qeydiyyatına alınmışdır. İddiaçının hazırkı iş üzrə iddiası isə məhkəməyə bundan cəmi iki ay on beş gün keçdikdən sonra, yəni 4 noyabr 2020-ci il tarixində verilmişdir. Belə olan halda digər təsisçi və icra orqanının rəhbəri olan iddiaçının, habelə MMC-lərin iki il səkkiz ay ərzində cavabdehin qanunsuz fəaliyyətindən xəbərsiz olmalarının səbəblərinə aydınlıq gətirilməli idi. Əgər bu hüquq pozuntuları məlum idisə, iddiaçı ilə cavabdehin yenə də şərikli qaydada 20 avqust 2020-ci il tarixində "xxxx" MMC-ni təsis etmələrinin səbəbləri müəyyən olunmalı idi. Məhkəmə bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair prosessual tələblərə əməl etməyərək cavabdehin məhkəməyə təqdim etdiyi səs yazılarına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi 2-ci icraat zamanı gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, kassasiya instansiyası məhkəməsinin iddiaçının iddia vermək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi ilə bağlı göstərişinə əsasən belə qənaətə gəlmişdir ki, MM-in 64.1-ci maddəsinin tələblərinin hazırkı mübahisəyə tətbiqi imkanları dəyərləndirilərək müəyyən olunmuşdur ki, MMC-lərin nizamnamə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMClərin mülkiyyətində olmuşdur. Belə ki, iddiaçı vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olmamış, hətta iddia olunan zərər həqiqətən vurulmuşdursa, bu zərər ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur. Apellyasiya məhkəməsi müqavilənin ləğv edilməsi, öhdəliklərə xitam verilməsi və əmlakın qaytarılması tələbi ilə bağlı tərəflər arasındakı mövcud münasibətə və Ali Məhkəmənin qərarında göstərdiyi xüsusatlara aydınlıq gətirərkən qeyd etmişdir ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmadığı üçün həmin hissədə və cavabdehin məhkəməyə təqdim etdiyi səs yazıları və şahid ifadəsinə hüquqi qiymət verilməsinə lüzum qalmamışdır. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş V.İsaqov ifadəsində göstərmişdir ki, sözügedən avadanlıqları o qəbul etmiş, həmin avadanlıqlar fabrikə yığılmış, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi yerdədir. Kassasiya instansiyası məhkəməsi 2-ci icraat zamanı gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, hesab edir ki, bundan öncəki kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddiasına münasibətdə ləğv edilərkən məhkəmə tərkibinin göstərişləri ondan ibarət olmuşdur ki, MM-in 64.1-ci maddəsinin tələblərinə əsasən, MMC-lərin nizamnamə kapitalına pay kimi qoyulmuş avadanlıqlar müvafiq dövrlər üzrə həmin MMClərin mülkiyyətində olmuşdur. Zərər həqiqətən vurulmuşdursa, ilk növbədə müvafiq dövrlərdə avadanlığın mülkiyyətçisi olmuş MMC-lərə vurulmuşdur. İşə baxan məhkəmələr iddiaçının vurulmuş zərəri tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasını qanunun tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmiş, MMC-in mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi prosesə cəlb olunması istiqamətində heç bir tədbir görməmişlər. Göründüyü kimi, kassasiya məhkəməsinin MM-in 64.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının subyektiv hüququnun yoxlanılması ilə bağlı göstərişləri mübahisəli istehsal avadanlıqlarının qaytarılması və zərər tələbi ilə bağlı olmuşdur. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmadığı qənaətinə gəlməklə, bütün iddia tələblərini (tərəflər arasında bağlanmış 2017-ci il 1 mart tarixli müqavilənin ləğv edilməsi, tərəflərin öhdəliklərinə xitam verilməsi, mübahisəli istehsal avadanlıqlarının qaytarılması və zərər) bu əsasla rədd etmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır, əvvəla ona görə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 420-ci maddəsinin tələbləri pozulmaqla kassasiya məhkəməsinin göstərişlərinin icrasına dair hər hansı araşdırma aparılmamış, qətnamənin əsaslandırıcı hissəsində həmin göstərişlər olduğu kimi təkrarlanmışdır. Halbuki, kassasiya məhkəməsi tərəfindən iş, konkret göstərişlər verilməklə (MMClərin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, avadanlıqların cavabdehin qanunsuz sahibliyində olub-olmamasının müəyyən edilməsi və s.) həmin məsələlərin apellyasiya məhkəməsi tərəfindən tamhüquqlu məhkəmə kimi yenidən araşdırılması məqsədilə göndərilmişdir. Digər tərəfdən, MM-in 64-cü maddəsinin tələbləri tətbiq edilməklə mübahisəli avadanlıqların MMC-lərin mülkiyyətində olması səbəbindən iddiaçının həmin avadanlıqları və onlardan istifadə nəticəsində dəymiş zərəri tələb etmək üçün subyektiv hüququnun olmadığı barədə qənaət iddiaçının tərəf olduğu 01 mart 2017ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə iddia irəli sürmək hüququna malik olmadığı nəticəsinə gətirib çıxarmır. Belə ki, iddiaçı əlavə heç bir şərtdən asılı olmadan tərəf olduğu müqavilənin ləğvi ilə bağlı tələb irəli sürmək üçün birbaşa subyektiv hüquqa malikdir və bu tələb hüququ müstəqil olmaqla, heç bir tələbin mövcudluğundan asılı deyildir. Başqa sözlə, apellyasiya məhkəməsinin bu mövqeyi prosessual qənaət prinsipinə əsasən o halda haqlı sayıla bilərdi ki, tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi tələbi istehsal avadanlıqlarının qaytarılması tələbinə bağlı olmaqla ondan irəli gəlmiş olsun. Lakin hazırda belə bir hüquqi vəziyyət mövcud deyil. Əksinə, müqavilənin ləğvi əsas tələb olmaqla digər tələblər (öhdəliklərə xitam, həmin müqavilə əsasında verilmiş avadanlıqların geri qaytarılması və onlardan istifadə nəticəsində dəymiş zərərin ödənilməsi) onun nəticəsi kimi irəli sürülmüşdür. Bununla yanaşı, müqaviləni ləğv olunmasını tələb etmək üçün əsasların olub-olmadığını müəyyən etmək üçün apellyasiya məhkəməsində müqavilədə nəzərdə tutulmuş öhdəliklərin pozulub-pozulmaması məsələsi, o cümlədən müqaviləyə əsasən nizamnamə kapitalını formalaşdıran əmlakların tərəflərin yaratdığı "xxxx" MMC-nin faktiki istifadəsinə verilibverilmədiyi, müəssisənin adına İnvestisiya təşviqi sənədinin alınmasının təmin edilibedilmədiyi araşdırılmalı idi. Bununla əlaqədar olaraq, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə, bunun nəticəsində müavilənin əhəmiyyətli dərəcədə pozulubpozulmaması müəyyən edilməlidir. Bu cür araşdırma aparılarkən, iddiaçının müqavilədə nəzərdə tutulmuş avadınlıqların cavabdehə çatdırılması, tərəflərin təqdim etdiyi vergi bəyannamələrinə əsasən bu avadanlıqların, habelə müvafiq torpaq və istehsal sahəsinin cavabdeh tərəfindən "xxxx" MMC-nin balansına keçirilməsi hallarının yoxlanılması zəruridir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-cu il 1 mart tarixli müqavilədə "xxxx" MMC-nin təsis edilməsi ilə bağlı razılığa gəlinmişdir. Avadanlıqların iddiaçı ilə cavabdehin daha sonra yaratdığı digər müəssisənin istifadəsinə verilməsi bu müqavilə ilə tənzimlənmir və hazırkı işin həllinə təsir göstərmir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual pozuntuya yol verilmiş, düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədən görünür ki, tərəflər mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan cavabdeh ilə “X8 X6 sanaye və Ticaret LTD” şirkəti arasında bağlanmış 30 mart 2017-ci il tarixli 1 nömrəli müqavilədən görünür ki, tərəflər cavabdehin mülkiyyətində olan əmlak kompleksində birgə istehsal sahəsi yaradılmasına dair razılaşmışlar. Həmin müqaviləyə əsasən cavabdeh investisiya olaraq onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində, ünvan 3 ünvanında yerləşən dəyəri 1.100.000 manat olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, üçüncü şəxs isə ümumi dəyəri 650.450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanında yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 aprel 2017-ci il tarixli “İnvestisiya təşviqi sənədi”ndən və ona əlavə edilmiş təsdiqedici sənədlərdən görünür ki, cavabdehə ünvan 2 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. İş materiallarında olan 15 sentyabr 2017-ci il tarixli aktdan və əlavəsindən görünür ki, 2017-ci il 01 mart tarixli birgə (ortqalıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq, cavabdeh 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasını İddiaçı1 təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə nizamnamə kapitalı 2 200 000 manat olan "xxxx" MMC yaradılmışdır. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 12 dekabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalın 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 02 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı azaldılaraq 100 (bir yüz) manat həcmində pul şəklində - Cavabdeh – 50 manat, 50 pay pul şəklində, İddiaçı1 50 manat, 50 pay pul şəklində müəyyən edilmişdir. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi Çıxarışdan görünür ki, "xxxx" MMC 20 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2020ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 cəmiyyətin nizamnamə kapitalına əlavə maya qoyuluşu barədə ərizəsi qəbul edilərək İddiaçı1 məxsus 820.000 AZN dəyərində dəzgah və avadanlıqlar cəmiyyətin nizamnamə kapitalına qoyulur, təsisçilərin nizamnamə kapitalındakı payları Cavabdeh – 50 manat pul şəklində, 820 000.00 əmlak şəklində, 50 pay, İddiaçı1 50 manat pul şəklində, 820 000.00 əmlak şəklində, 50 pay müəyyən edilir (6cı cild. i.v.215). İş materiallarında olan 19 aprel 2017-ci il tarixli “İnvestisiya təşviqi sənədi”ndən və ona əlavə edilmiş təsdiqedici sənədlərdən görünür ki, Cavabdeh ünvan 2 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. İş materiallarında olan 28 dekabr 2020-ci il tarixli “İnvestisiya təşviqi sənədi”ndən görünür ki, "xxxx" MMC-yə ünvan 2 ünvanında mebel istehsalı sahəsində investisiya ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir (6-cı cild, i.v.290). İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş idarəsinin 23 dekabr 2021-ci il tarixli, **********564200 nömrəli arayışından görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN **********) 2017-2020-ci illər üzrə qüvvədə olan (o cümlədən vergi nəzarəti tədbirləri ilə əhatə olunmuş) gəlir vergisi bəyannamələrinə əsasən vergiyə cəlb olunan gəlirləri 2018-ci il üzrə 17002,88 manat, 2019-cu il üzrə 1083373,3 manat və 2020-ci il üzrə 4180,58 manat təşkil etmişdir. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş idarəsinin 23 dekabr 2021-ci il tarixli, **********564200 nömrəli arayışdan görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN **********) 2018-2020-ci illər üzrə qüvvədə olan (o cümlədən vergi nəzarəti tədbirləri ilə əhatə olunmuş) gəlir (mənfəət) vergisi bəyannamələrinə əsasən vergiyə cəlb olunan gəlirləri (mənfəti) 2018-ci il üzrə 8741,58 manat, 2019-cu il üzrə 231788,86 manat və 2020-ci il üzrə 145631,86 manat təşkil etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin məhkəmə iclasında araşdırılmış hallarından, həmçinin iş materiallarından göründüyü kimi tərəflər sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etməklə birgə faydalanmaq məqsədi ilə birgə fəaliyyət göstərmək üçün “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə bağlamış və həmin müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC adlı müəssisə yaratmağı, müəssisənin nizamnamə kapitalını formalaşdırmağı, bunun üçün Cavabdeh özünə məxsus olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksini, İddiaçı1 isə müqavilənin əlavəsində göstərilmiş mebel istehsalı avadanlığını birinci tərəfə, yəni Cavabdeh təhvil verilməsini öhdəsinə götürmüş, İddiaçı1 üzərinə düşən öhdəliyi yerinə yetirib mebel istehsalı üçün zəruri olan avadanlığı Cavabdeh təhvil vermiş olsa da, sonuncu müqavilə şərtlərinə tam şəkildə əməl etməmiş, "xxxx" MMC öncədən, yəni mebel istehsalı üçün istifadə edilən avadanlıq gətirilməmişdən əvvəl yaradılmalı və təşviqedici sənəd yeni yaradılmış MMC-nin adına alınmalı olduğu halda, MMC sonradan – avadanlıq gətirildikdən və təşviqedici sənəd Cavabdeh adına alındıqdan sonra təsis edilmiş, gətirilmiş avadanlıq MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, MMC-nin balansına daxil edilməmişdir. Belə ki, iş materiallarındakı Azərbaycan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin arayışından görünür ki, "xxxx" MMC ilə bağlı təqdim edilmiş 2017-2020-ci illər üzrə mənfəət və əmlak vergisi bəyannamələrinin müvafiq sətirlərində hər hansı əmlak aşkar edilməmiş və şəxsi hesab vərəqəsindəki ödənişlərin tərkibində Cəmiyyət tərəfindən ödənilmiş əmlak vergisi müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin müqaviləni ləğv edərək tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. ...” Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. ...” Həmin Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. ...” Həmin Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 430.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İddiaçının iddia tələbinin digər hissəsi əmlakının geri qaytarılması və 497.068,58 manat dəyərində zərərin cavabdehdən tutulub ona verilməsindən ibarətdir, hansı ki iddia tələbi həmin hissələrdə birinci iinstansiya məhkləməsinin qətnaməsi ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə həmin hissələrdə də razılaşan məhkəmə kollegiyası əvvəlcə iddianın əmlak tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarındakı sənədlərdən, o cümlədən tərəflər arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədən göründüyü kimi göndərilmiş avadanlıqlar yeni yaradılacaq müəssisənin nizamnamə kapitalının formalaşdırılması məqsədi ilə göndərilmiş və 2017-ci ilin dekabr ayında təsis edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş, 2020-ci ilin avqust ayında "xxxx" MMC-nin nizamnamə kapitalı azaldılaraq mebel istehsalı üçün olan həmin avadanlıqlar yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilməklə, həm də həmin MMC-nin istifadəsinə verilmişdir. Bu baxımdan kollegiya qətnamənin iddianın təmin edilməmiş mebel istehsalı üçün olan avadanlığın Cavabdeh alınıb iddiaçıya qaytarılması hissəsi ilə razılaşır. Çünki yuxarıda qeyd edildiyi kimi məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının tələb etdiyi avadanlıq artıq Cavabdeh yox, qanuni təmsilçisi İddiaçı1 özünün olduğu "xxxx" MMC-nin istifadəsindədir. İddia tələbinin dəymiş zərərin ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının bu hissədə əsas dəlili ondan ibarətdir ki, göndərilmiş avadanlıqlar cavabdeh tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş olsa da, balansına daxil edilməmiş, cavabdeh tərəfindən Təşviqedici sənəd "xxxx" MMC-nin adına alınmalı olduğu halda öz adına almışdır. Belə olan halda kollegiya hesab edir ki, bu xüsusatla bağlı zərər dəymişdirsə də bu zərər iddiaçıya yox, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından "xxxx" MMC-yə dəymişdir. Ona görə də kollegiya bu hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası istər iddiaçı tərəfin, istərsə də cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apellyasiya şikayətlərində irəli sürülən dəlilləri şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsinin ləğvi edilməsi üçün əsas saymır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayətləri təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)- 99/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-99/2021 nömrəli qətnaməsi tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli Birgə ortaqlıq fəaliyyəti haqqında müqavilənin ləğv edilməsi və tərəflərin öhdəliklərinə xitam verilməsi, həmçinin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar