Məhkəmə qərarları › İş №2-2(104)-8/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-8/2023

17.07.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-8/2023 17.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların təşkili üzrə X8 ərazi torpaq müsabiqə və hərrac komissiyası, X11 və Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 15 mart 2021-ci il tarixli e-2-2(115)-84/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyinin yanında ƏMDX Hərracların Təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və Novosaratovka Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDX Hərracların Təşkili üzrə X10 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqələrinin hərracının keçrilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 385 №-li müsabiqənin və qəbul edilmiş qərarın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDXHərracların Təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının sədri X1 barəsində xüsusi qərarçıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşmə aparılması barədə ərizə verərək, iddia ərizəsində X4 və Novosaratovka Bələdiyyəsinin cavabdeh qismində cəlb edilməsini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDX Hərracların Təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqələrinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 385 nömrəli müsabiqənin nəticələrinin və Gədəbəy rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2-2(115)-84/2021 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, X7 və Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə qarşı torpaq müsabiqəsinin nəticələrinin və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 iyun 2021-ci il tarixli 2- 2(104)-113/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Kommersiya Məhkəməsinin 15 mart 2021-ci il tarixli, e-2-2(115)-84/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2-2(102)- 555/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(104)-113/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə X8 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş 2020-ci il 17 sentyabr tarixli 385 nömrəli müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi, işin Gədəbəy rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2020-ci il 15 oktyabr tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı Sadıqlı X3 rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2020-ci il 15 oktyabr tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDX Hərracların Təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqələrinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 385 nömrəli müsabiqənin nəticələri qanunsuz olduğundan onun əsasında bağlanmış icarə müqaviləsi də etibarsız hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X11 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin “iddia tələbinin Gədəbəy Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2020-ci il 15 oktyabr tarixli, reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2-2(102)-555/2021 nömrəli qərarından görünür ki, iş Gədəbəy rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2020-ci il 15 oktyabr tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsində yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 011807 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, X2 rayonu ərazisində yerləşən Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 100 ha torpaq sahəsinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 17 sentyabr 2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşdur. Torpaq sahəsi hərracda 2700 manata 15 il müddətinə icarəyə verilmişdir. Şəhadətnamə Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət Xidməti Hərracların Təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən 18 sentyabr 2020-ci il tarixdə 1088 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmişdir. Gədəbəy rayon Novosaratovka Bələdiyyəsinin sədriX5 ilə X11 arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Gədəbəy rayon Novosaratovka Bələdiyyəsi tərəfindən Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən 100 hektar torpaq sahəsini tam mülkiyyət üzrə onlara məxsus hissəsindən icarəçi X7 xx.xx.2035-ci il tarixədək icarəyə verilmişdir. Birinci instansiya məhkəməsi qətnamə yoxlanılan hissədə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” qaydalarının 13-cü və 18-ci bəndlərinə əsasən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389-cu maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir Həmin Məcəllənin 390-cı maddəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddəsinə müvafiq olaraq, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin Məcəllənin 414-cü maddəsinə müvafiq olaraq, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Beləliklə məhkəmə kollegiyasının iclasında qətnamənin yoxlanılan hissəsi araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDX Hərracların Təşkili üzrə X8 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının torpaq müsabiqələrinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 385 nömrəli müsabiqənin nəticələri qanunsuz olduğundan onun əsasında bağlanmış Gədəbəy rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2020-ci il 15 oktyabr tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməli olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı həmin hissədə təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2- 1(114)-715/2022 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X13 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasına (üçüncü şəxslər X11 və Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsi) qarşı torpaq müsabiqəsinin nəticələrinin ləğv edilməsi və yenidən torpaq müsabiqəsinin keçirilməsi tələbinə dair iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X13 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyası tərəfindən torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 385 nömrəli müsabiqənin nəticələrinin ləğv edilməsi, yenidən torpaq müsabiqəsinin keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X13 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli 2-1(104)- 442/2022 nömrəli qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-715/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərar alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2023-cü il tarixli 2-1(102)-746/2023 nömrəli qərarından görünür ki, kassasiya şikayətləri təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasıın 2-1(104)-442/2022 nömrəli 22 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının iddiasının rədd ediməsi qərara alınmışdır. Göründüyü kimi İddiaçı mübahisəli icarə müqaviləsinin bağlanmasına əsas olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X13 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyası tərəfindən torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 385 nömrəli müsabiqənin nəticələrinin ləğv edilməsi barədə inzibati icraat qaydasında məhkəmədə iddia qaldırmış və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Gədəbəy rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2020-ci il 15 oktyabr tarixli reyestr N-3M-82 nömrəli icarə müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, icarə müqaviləsinin bağlanmasına əsas olan müsabiqənin nəticələri hüquqi qüvvədə olduğuna görə mübahisəli icarə müqaviləsinin də etibarsız hesab edilməsi istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-84/2021 nömrəli qətnaməsi İddiaçı cavabdehlər X7 və Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinə qarşı Gədəbəy Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2020-ci il 15 oktyabr tarixli, reyestr N-3M-82 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar