Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-80/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçısinin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi və əmtəə nişanından qanunsuz istifadə müddətində dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2- 2(115)-2006/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi və əmtəə nişanından qanunsuz istifadə müddətinə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə Cavabdeh əmtəə nişanından istifadənin qadağan edilməsini, əmtəə nişanından qanunsuz istifadə müddətində iddiaçıya dəymiş 100000 manat zərər məbləğinin və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM hüquqi şəxs kimi xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X4 Mərkəzi tərəfindən İddiaçı əmtəə nişanının qeydiyyata alınması haqqında qərarı 25 aprel 2022-ci il tarixli protokolu ilə təsdiq edilmişdir. Qeyd edilən əmtəə nişanı İddiaçı MMM-yə məxsusdur. İddiaçı MMM 20 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisində, həmçinin Gürcüstan Respublikası ərazisində fəaliyyət göstərdiyi üçün geniş tanınmış əmtəə nişanı sayılır. İddiaçı əmtəə nişanı mühafizə olunan obyektdir. Cavabdeh MMC Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında üzərində Cavabdeh əmtəə nişanı vurulmuş binada tibbi xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətlə məşğul olur. Qeyd edilən ad altında Cavabdeh MMC-nin fəaliyyət göstərməyi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmaqla yanaşı, İddiaçı MMM-nin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh MMC-nin göstərdiyi fəaliyyətin İddiaçı MMM kimi tibbi xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyət olması ilə yanaşı, Cavabdeh MMC-nin adı və əmtəə nişanı İddiaçı MMM-nin adı və əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil edir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-2(115)-2006/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim G.Quliyeva) iddia tələbinin qismən təmin edilərək, Cavabdehnə “X18” əmtəə nişanından istifadə etməsinin qadağan edilməsi, Cavabdehndən 200 manat mediasiya xərcinin tutularaq İddiaçısinə ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh dövlət qeydiyyatına alınmasına dair xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cəmiyyət xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2n miqdarı X11 1 pay, X12 1 pay, Cəfərov Vəkil Məcid oğlu 2 pay və X13 2 paydır. Qanuni təmsilçi X10r. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X8 Mərkəzinin 25 aprel 2022-ci il tarixli 06 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmtəə nişanının qeydiyyata alınması haqqında” qərarından vı “Əmtəə nişanı” Şəhadətnaməsindən görünür ki, “Medi Club” əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Əmtəə nişanının sahibi MediClub” MMM-dir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X8 Mərkəzinin xx.xx.2022-ci il tarixli “Əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında” arayışdan görünür ki, Cavabdeh “X18” əmtəə nişanının qeydiyyata alınması üçün xx.xx.2022-ci il tarixdə iddia ilə Mərkəzə müraciət etmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 17 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeydiyyatdan keçirilmiş İddiaçı (N2022 1009) əmtəə nişanı ilə qarşı qoyulan “X18” söz işarəsində “Ankara” mühafizəqabiliyyətinə malik olmayan söz işarəsi istisna olmaqla, fonetik və qrafik oxşarlıq mövcuddur. Müqayisə edilən İddiaçı və Medic Lab” işarələrinin ilk 4 hərfi “Medi” eynilik təşkil edir. İlk 4 hərf həm yerləşdiyi yerə görə, həm də ardıcıllıq nöqteyi-nəzərdən bir biri ilə üst-üstə düşür. İddiaçı və Medic Lab” işarələrin “Medi” hissəsi dominant elementdir. Bundan əlavə müqayisə edilən İddiaçı və “Medic Lab” işarələrinin səslənməsi üst-üstə düşür. Beləliklə, İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X18” söz işarəsinin fonetik, qrafik, semantik oxşarlığı və göstərilən xidmətlərin həmcinsliyi vardır ki, bu da xidmətlərin eyni hüquq sahibinə məxsus olması və eyni xidmət sahəsinə aid olduğu barədə yanlış fikir yarada bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən qeydiyyatdan keçmiş İddiaçı əmtəə nişanı ilə qarşı qoyulan “X18” söz işarəsi qarışdırılacaq dərəcədə oxşar hesab edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 5/416 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 2022 1009 nömrə ilə qeydiyyata alınmış İddiaçı əmtəə nişanı və “X18” söz işarəsi səsli (fonetik) və qrafik (görünüşlü) əlamətlərə görə qarışdırılacaq dərəcədə oxşar deyildir. Apellyasiya şikayətinin dəlilləri. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-2(115)-2006/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, respublika ərazisindən yüzlərlə "Medi...." adı altında tibbin bütün sahələrində fəaliyyət göstərən müəssisələr mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 17 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, qeydiyyatdan keçirilmiş "xxxx" (N2022 1009) əmtəə nişanı ilə qarşı qoyulan "X18" söz işarəsində "Ankara" mühafizə qabiliyyətinə malik olmayan söz işarəsi istisna olmaqla, fonetik və qrafik oxşarlıq mövcuddur. Müqayisə edilən "xxxx" və Medic Lab" işarələrinin ilk 4 hərfi "Medi" eynilik təşkil edir. ilk 4 hərf həmyerləşdiyi yerə görə, həm də ardıcıllıq nöqteyi-nəzərdən bir biri ilə üst-üstə düşür. "xxxx" və Medic Lab" işarələrin "Medi" hissəsi dominant elementdir. Bundan əlavə müqayisə edilən "xxxx" və "Medic Lab" işarələrinin səslənməsi üst-üstə düşür. Beləliklə, "xxxx" əmtəə nişanı ilə qarşı qoyulan "X18" söz işarəsinin fonetik, qrafik, semantik oxşarlığı və göstərilən xidmətlərin həmcinsliyi vardır ki, bu da xidmətlərin eyni hüquq sahibinə məxsus olması və eyni xidmət sahəsinə aid olduğu barədə yanlış fikir yarada bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən qeydiyyatdan keçmiş "xxxx" əmtəə nişanı ilə qarşı qoyulan "Ankara MedicLab" söz işarəsi qarışdırılacaq dərəcədə oxşar hesab edilir. Qeyd olunan rəy əsas götürülərək iddia təmin edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi maraqlı tərəf olduğundan rəyin obyektivliyi şübhə doğurur. Hesab edir ki, iş üzrə ekspertiza təyin edilməli və ekspert rəyinin nəticəsi əsasında qətnamə qəbul edilməli idi. İşə baxan məhkəmə Cavabdeh əmtəə nişanın qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etmələrini, həmin orqan isə iddialarını icraata qəbul etməsini və Əmtəə nişanının qeydiyyata alınmasının hazırda Əqli Mülkiyyət Agentliyində ekspertiza mərhələsində olması haqda məlumat verilməsinə baxmayaraq birtərəfli qətnamə qəbul edilmişdir. Məhkəmə qeyd olunan faktı nəzərə alaraq işin baxışını təxirə salmaqla cavabdehə hüquqlarının müdafiəsinə şərait yaratmalı idi. Yuxarıda sadalananlarda göründüyü kimi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, hüquqi şəxsin mənafeyini nəzərə almadan qanuna zidd qətnamə qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə ekspertiza təyin etmədən maraqlı təşkilatın rəyinə əsaslanıb qətnamə qəbul edilməsi yolverilməzdir. Belə olan halda iş üzrə ekspertiza təyin edilməli idi. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMM-nin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin əsassız hesab edilərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mütəxəssis rəyini vermiş şəxs əqli mülkiyyət hüquqları üzrə daha ixtisaslaşmış şəxsdir ki, onun verdiyi rəy də daha mötəbər hesab olunur. Bundan başqa onda olan məlumata əsasən cavabdeh “X17" MMC-nin əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsi ilə bağlı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X4 Mərkəzi tərəfindən qərar qəbul edilmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunu Maddə 1. Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır), coğrafi göstərici- əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 25. Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və onda istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Maddə 32. Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Maddə 34. Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-2(115)-2006/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-2(115)-2006/2022 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarxdə dövlət qeydiyyatına alınmış və “X18” söz işarəsindən istifadə etməklə fəaliyyət göstərməkdədir. İddiaçısi isə “Medi Club” əmtəə nişanını 25 aprel 2022ci il tarixdə qeydiyyata aldıraraq, həmin əmtəə nişanı altında fəaliyyət göstərməkdədir. İddiaçı cavabdehin “X18” söz işarəsindən istifadə etməklə fəaliyyət göstəməsinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmaqla yanaşı, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğunu iddia etmiş, iddiasını isə belə əsaslandırmışdır ki, Cavabdeh MMC İddiaçı MMM kimi tibbi xidmətlərin göstərilməklə yanaşı, Cavabdeh söz işarəsi “Medi Club” əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil edir. İddianı təmin edən birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 17 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası tərəfindən isə iş üzrə ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 5/416 nömrəli ekspert rəyi ilə 2022 1009 nömrə ilə qeydiyyata alınmış İddiaçı əmtəə nişanı ilə “X18” söz işarəsinin səsli (fonetik) və qrafik (görünüşlü) əlamətlərə görə qarışdırılacaq dərəcədə oxşar olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspert tərəfindən Cavabdeh söz işarəsi ilə “Medi Club” əmtəə nişanı arasında fonetik və qrafik əlamətlər üzrə əsaslı araşdırma aparılmış və nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi kifayət qədər əsaslandırılmamış mütəxəssis rəyinə əsaslanaraq, iddia tələbini təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh söz işarəsindən istifadə etməsi İddiaçısinin “Medi Club” əmtəə nişanı altında fəaliyyət göstərməsi ilə əlaqədar hüquqlarını pozmamaqla, cavabdeh tərəfindən hər hansı bir mülki hüquq pozuntusuna yol verilmədiyini təsdiq edir ki, bununla da iddiaçının zərər məbləği tələbinə dair iddiası da əsassız hesab olunur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-2(115)-2006/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-2(115)-2006/2022 saylı qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2-2(115)- 2006/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, e-2-2(115)- 2006/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.