Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-81/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(115)-440/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, e-2-2(115)-440/2021 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, Cavabdeh1 14 noyabr 2013cü il tarixli, 53 saylı kredit müqaviləsi üzrə 94443,47 (doxsan dörd min dörd yüz qırx üç manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 8452,14 (səkkiz min dörd yüz əlli iki manat on dörd qəpik) manat məbləğində faiz, 810,86 (səkkiz yüz on manat səksən altı qəpik) manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz 11422,41 (on bir min död yüz iyirmi iki manat qırx birqəpik) manat olmaqla, ümumilikdə 115128.88 (bir yüz on beş min bir yüz iyirmi səkkiz manatsəksən səkkiz qəpik) manat məbləğində borcun, 02 dekabr 2013-cü il tarixli, 062 saylı kredit müqaviləsi üzrə 33****0 (üç milyon üç yüzmin) manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 442933.33 (dörd yüz qırx iki min doqquz yüz otuz üç manat otuz üç qəpik) manat, ümumilikdə 3742933.33 (üç milyon yeddi yüz qırx iki min doqquz yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində borcun, 24 sentyabr 2014-cü il tarixli, 217 saylı kredit müqaviləsi üzrə 15**0 (on beş min) manat məbləğində əsas borcun, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin plenumunun qərarına əsasən hesablanan faiz borcu 2580 (iki min beş yüzsəksən) manat olmaqla, ümumilikdə 17580 (on yeddi min beş yüz səksən) manat məbləğində borcun, 12 fevral 2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 1599992.72 (bir milyon beş yüz doxsan doqquz min doqquz yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində əsas borcun, 343483.62 (üç yüz qırx üç min dörd yüz səksən üç manat altmış iki qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 1943476.34 (bir milyon doqquz yüz qırx üç min dörd yüzyetmiş altı manat otuz dörd qəpik ) manat məbləğində vəsait və 31 (otuz bir manat) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, e-2-2(115)-440/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 may tarixli 2-2(104)-24/2022 saylı qətnaməsi ilə (sədrlik edən – A.Hüseynzadə, hakimlər – İ.Həsənov, L.Süleymanov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 7 iyul tarixli 2-2(115)-440/2021 saylı qətnaməsi cavabdehdən 2013-cü il 14 noyabr tarixli 53 saylı kredit müqaviləsi üzrə 94.443,47 manat məbləğində əsas borc, 8.452,14 manat məbləğində faiz, 810,86 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən hesablanan faiz 11.422,41 manat olmaqla, ümumilikdə 115.128,88 manat məbləğində borcun və 2013-cü il 2 dekabr tarixli 062 saylı kredit müqaviləsi üzrə 3.3**.**0 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 442.933,33 manat, ümumilikdə 3.742.933,33 manat məbləğində borcun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilməmiş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-746/2022 saylı qərarı ilə iddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 may tarixli 2-2(104)-24/2022 saylı qətnaməsinin mübahisələndirildiyi hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2013-cü il tarixli 53 saylı kredit müqaviləsi üzrə əsas borc 94443.47 manat, faiz borcu 8452.14 manat, cərimə 2810.86 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 11422.41 manat, cəmi 117128.88 manat, xx.xx.2013-cü il tarixli, 062 saylı kredit müqaviləsi üzrə əsas borc 33****0 manat, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 442933.33 manat, cəmi 3742933.33 manat, xx.xx.2014-cü il tarixli, 217 saylı kredit müqaviləsi üzrə əsas borc 15**0 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2580 manat, cəmi 17580 manat, xx.xx.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas borc 1599992.72 manat, faiz borcu 343483.62 manat cəmi 1943476.34 manat və 31 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə kredit müqavilələri bağlanmış, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 1****0 manat məbləğində, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 33****0 manat məbləğində, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 15**0 manat məbləğində, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə 5****** manat məbləğində kredit xətti verilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, bunun nəticəsində cavabdehin xx.xx.2013-cü il tarixli 53 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 117128.88 manat, xx.xx.2013-cü il tarixli 062 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 3742933.33 manat, xx.xx.2014-cü il tarixli 217 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 17580 manat, xx.xx.2015-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka cəmi 1943476.34 manat məbləğində borcu yaranmışdır. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o iddia tələbini qəbul etmir. O, İddiaçı1 ASC ilə hər hansı kredit müqaviləsi bağlamamış və hər hansı vəsait götürməmişdir. İş materiallarında olan iddiaçı tərəfındən təqdim edilmiş kredit müqavilələrindəki imzalar ona məxsus deyil. Həmin kredit müqavilələrindən yalnız 24 sentyabr 2014-cü il tarixli 217 saylı kredit müqaviləsində “borcalan” sözünün qarşısında çəkilmiş imza onun imzasına bənzəyir. Digər kredit müqavilələrindəki “borcalan” sözlərinin qarşısında çəkilmiş imzalar isə bir-birindən tamamilə fərqli imzalardır. Həmin imzalar birbirindən o qədər fəqlənir ki, onların eyni şəxs tərəfındən icra edilmədiyini müəyyən etmək üçün mütəxəssisə belə ehtiyac yoxdur. Lakin məhkəmə həmin imzaların fərqli olmasına diqqət belə yetirməmişdir. Bundan başqa iddiaçı tərəfındən məhkəməyə yalnız kredit müqavilələri təqdim edilmiş, kredit müqaviləsinin icra olunması, yəni iddiaçı tərəfındən borcalana kredit müqaviləsində göstərilən məbləğin həqiqətən də verilməsini təsdiq edən hər hansı sənəd (xəzinə məxaric orderi və s.) təqdim edilməmişdir. Bundan başqa kredit müqavilələrindən görünür ki, kredit müqaviləsi xüsusilə külli miqdarda məbləğlərləri özündə əks etdirir. Həmin məbləğin Bank tərəfindən təminatsız verilməsi qeyrimümkündür. Lakin həm iddia ərizəsindən, həm də qətnamədən görünür ki, verildiyi iddia edilən məbləğlərin heç bir təminatı olmamışdır. Sual olunur ki, bu qədər yüksək məbləğləri bank hər hansı təminatsız necə verə bilərdi? Lakin məhkəmə bu məsələyə də diqqət yetirnəmişdir. Bu da onu göstərir ki, məhkəmə işə formal yanaşmış, iş üzrə hər hansı araşdırma aparmamış, işə birtərəfli, yalnız iddiaçının təqdim etmiş olduğu kredit müqavilələrinə və iddiaçının nümayəndəsinin vermiş olduğu izahata əsasən baxıb nəticə vermişdir. Bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə həmin qətnamə ləğv edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayətləri üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş olsa da, xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən gələməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 33****0 manatlıq kredit müqaviləsi istisna olmaqla, digər müqavilələr üzrə cavabdehin borclu olması sübut olunmaqdadır. Buna görə də həmin müqavilələr üzrə apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, kredit müqavilələri üzrə yalnız məhkəməyə təqdim edilmiş kassa çekləri mövcuddur. Digər müqavilələr üzrə kassa çeklərini isə mövcud olmadığından təqdim edə bilmir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavadbeh Cavabdeh1 apellyasiya şikayətininin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bankın rəhbərliyi onun qohumu olmuş, onun təsərrüfatında işləmişdir. Götürülən kredit məbləğlərindən yalnız 15**0 manatlıq müqavilədən xəbərdar olmuşdur. Digər müqavilələrdən isə məlumatsızdır. Həmin müqavilələrə və kassa məxaric çeklərindəki imzanın ona məxsus olmasını başa düşə bilmir. Ola bilsin ki, onu aldadaraq həmin sənədlərə imza etdirmişlər. Lakin bankdan ona heç bir məbləğ verilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, habelə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmiş halları araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən – iddianın təmin edilmiş 14 noyabr 2013-cü il tarixli 53 saylı və 02 dekabr 2013-cü il tarixli 062 saylı kredit müqavilərlə bağlı borcun tutulması hissəsində ləğv edilməli və ləğv edilmiş həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Kassasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi 14 noyabr 2013-cü il tarixli, 53 saylı və 02 dekabr 2013-cü il tarixli, 062 saylı kredit müqavilələri ilə bağlı hissədə ləğv edildiyindən apellyasiya baxışının predmetini Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, e-2-2(115)-440/2021 saylı qətnaməsinin şikayətlə mübahisələndirilən həmin hissəsi təşkil edir. Belə ki, iş materiallarında olan 14 noyabr 2013-cü il tarixli, 53 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Borcluya 24 (iyirmi dörd) aylıq güzəştlə, 60 (altmış) ay müddətinə, illik 7 (yeddi) faiz olmaqla 1****0 ( bir yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02 dekabr 2013-cü il tarixli, 062 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Borcluya 24 (iyirmi dörd) aylıq güzəştlə, 60 (altmış) ay müddətinə, illik 8 (səkkiz) faiz olmaqla 33****0 (üç milyon üç yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 19 avqust 2020-ci il tarixli, 20192**8**617 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli 53 saylı kredit müqaviləsi üzrə əsas borc 94443.47 manat, faiz borcu 8452.14 manat, cərimə 2810.86 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 11422.41 manat, cəmi 117128.88 manat təşkil edir. İş materiallarında olan 19 avqust 2020-ci il tarixli, 20192**8**615 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli, 062 saylı kredit müqaviləsi üzrə əsas borc 33****0 manat, faiz borcu 0.0 manat, cərimə 0.0 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 442933.33 manat, cəmi 3742933.33 manat təşkil edir İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 4/354 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli 53 saylı, xx.xx.2014-cü il tarixli 217 saylı Kredit müqavilələrinin 1-ci vərəqlərində “Borcalan:” qrafalarındakı imzalar, 2-ci vərəqlərində “Borcalan:” qrafasından aşağıda yerləşən “Cavabdeh1” yazılarından əvvəl yerləşən imzalar; xx.xx.2015-ci il tarixli 01 saylı Kredit müqaviləsinin kserosurətinin 1-ci vərəqində “Borcalan:” qrafasında əks olunmuş imza, 2-ci vərəqində “Borcalan:” qrafasından aşağıda yerləşən “Cavabdeh1” yazılarından əvvəl əks olunmuş imza; 15**0 manatlıq ödəniş cədvəlinin aşağı hissəsində soldan 1-ci imza; 1****0 manatlıq ödəniş cədvəlinin kserosurətinin aşağı hissəsində əks olunmuş imza; 3****0 manatlıq (02 ədəd), 5****0 manatlıq (02 ədəd) ödəniş cədvəllərinin kserosurətlərinin 2-ci vərəqlərinində sağ hissədə əks olunmuş imzalar; 865403 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı, arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza” qrafalarındakı imzalar; 865405, 865406, 865407, 866408 nömrəli çeklərin kserosurətlərinin üz tərəflərində “İmzalar” qrafalarında, arxa tərəflərində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım İmza” qrafalarında əks olunmuş imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2013-cü il tarixli 062 saylı Kredit müqaviləsinin 1-ci vərəqində “Borcalan:” qrafasındakı imza, 2-ci vərəqində “Borcalan:” qrafasından aşağıda yerləşən “Cavabdeh1” yazılarından əvvəl yerləşən imza; 865403 nömrəli çekin üz tərəfində “Cavabdeh1” əlyazmaları; 865405, 865406, 865407, 866408 nömrəli çeklərin kserosurətlərinin üz tərəflərində əks olunmuş “Cavabdeh1” əlyazmaları Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil edir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 4/929 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 xx.xx.2015 və xx.xx.2015-ci il tarixli “Xəzinə mədaxil order”lərinin sağ hissələrindəki “İmza” qrafalarındakı imzalar - Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli “Xəzinə mədaxil order”lərinin sağ hissələrindəki “İmza” qrafalarında olan imzalarda - Cavabdeh1 imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmamışdır. Ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 02 dekabr 2013-cü il tarixli, 062 saylı kredit müqaviləsi üzrə iddiaçı Bank tərəfindən cavadbehə 24 (iyirmi dörd) aylıq güzəştlə, 60 (altmış) ay müddətinə, illik 8 (səkkiz) faiz olmaqla 33****0 (üç milyon üç yüz min) manat məbləğində borc pulun verilməsi öz təsdqiqini tapmamışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 4/354 nömrəli rəyi ilə xx.xx.2013-cü il tarixli 062 saylı Kredit müqaviləsinin 1-ci vərəqində “Borcalan:” qrafasındakı imza, 2-ci vərəqində “Borcalan:” qrafasından aşağıda yerləşən “Cavabdeh1” yazılarından əvvəl yerləşən imzanın cavadbeh Cavabdeh1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilməklə, həmçinin həmin kredit müqaviləsi üçün pulun cavabdeh tərəfindən götürülməsini təsdiq edən müvafiq sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa 14 noyabr 2013-cü il tarixli, 53 saylı kredit müqaviləsinin cavabdehlə bağlandığı sübut olunsa da, bu cavabdehin iddiaçı qarşısında öhdəliyinin yarandığını birmənalı olaraq təsdiq etmir. Belə ki, iddiaçı həmin kredit müqaviləsində nəzərdə tutulmuş kredit vəsaitinin cavabdehə həqiqətən də verildiyini təsdiq edən sübut da təqdim etməmiş, cavabdeh də iddiaçıdan həmin müqavilələrdə göstərilmiş kredit vəsaitlərini almadığını bildirmişdir. Bundan sonra iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015 xx.xx.2015 və xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderləri təqdim olunmuş və həmin orderlərdəki imzaların həqiqiliyinin yoxlanılması üçün məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və ekspertiza rəyi ilə də həmin orderlərdəki imzaların Cavabdeh1 məxsus olması öz təsdiqini tapmamışdır. Odur ki, kollegiya hesab edir ki, 02 dekabr 2013-cü il tarixli, 062 saylı və 14 noyabr 2013-cü il tarixli, 53 saylı kredit müqavilələri üzrə iddiaçının müqavilədəki öhdəliyi yerinə yetirməklə pulu borcalana verməsi təsdiq olunmadığından birinci instansiya məhkəməsi iddia tələbini həmin hissələrdə təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti 02 dekabr 2013-cü il tarixli, 062 saylı və 14 noyabr 2013-cü il tarixli, 53 saylı kredit müqavilələri üzrə iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 385, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2-2(115)-440/2021 saylı qətnaməsi qismən ləğv edilsin və ləğv edilmiş hissədə yeni qətnamə çıxarılsın. İddia Cavabdeh1 14 noyabr 2013-cü il tarixli, 53 saylı kredit müqaviləsi üzrə 94443,47 manat məbləğində əsas borc, 8452,14 manat məbləğində faiz, 810,86 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz 11422,41 manat olmaqla, ümumilikdə 115128.88 (bir yüz on beş min bir yüz iyirmi səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində borcun və 02 dekabr 2013-cü il tarixli, 062 saylı kredit müqaviləsi üzrə 33****0 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 442933.33 manat, ümumilikdə 3742933.33 (üç milyon yeddi yüz qırx iki min doqquz yüz otuz üç manat otuz üç qəpik) manat məbləğində borcun tutulması hissəsində rədd edilsin. Ekspertiza xərci 124 (bir yüz iyirmi dörd) manat miqdarında pul iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-dən tutularaq Az.MEM, VÖEN 17**326621, Hesab №AZ34CTRE************02088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-21**05 VÖEN- **********, AZ41NABZ013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-81/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-81/2023
02.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver