Məhkəmə qərarları › İş №2-2(104)-9/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-9/2023

06.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-9/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli e- 2-2(115)-416/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 28 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 saylı kredit müqaviləsi üzrə 19374 manat 42 qəpik əsas borc və 3414 manat 22 qəpik faiz borcu olmaqla, cəmi 22788 manat 64 qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat 65 qəpik dövlət rüsumu və 20 manat 71 qəpik xidmət haqqı olmaqla, cəmi 31 manat 36 qəpik xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat 40 qəpik dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evini tərk etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 28 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 saylı kredit müqaviləsi üzrə 19374 manat 42 qəpik əsas borc və 4865 manat 51 qəpik faiz borcu olmaqla, cəmi 24239 manat 93 qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat 65 qəpik dövlət rüsumu və 20 manat 71 qəpik xidmət haqqı olmaqla, cəmi 31 manat 36 qəpik xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat 40 qəpik dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evini tərk etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli e-2-2(115)-416/2021 nömrəli (hakim: R.Məmmədov) qətnaməsi ilə iddia təmin edilərək, 19374 manat 42 qəpik əsas borc, 4865 manat 51 qəpik məbləğində faiz borcu, cəmi 24239 manat 93 qəpik məbləğində borc və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat 36 qəpik müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməsi; Tələb üzrə tutmanın Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində yerləşən 25B nömrəli fərdi yaşayış evinə yönəldilməsi; Həmin fərdi yaşayış evinin açıq hərracdan satılması; Fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat həddində müəyyən edilməsi; Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi; Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması; Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməsi; Açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcunun, ipoteka predmetinin ilkin satış qiymətinin, eləcə də cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları hissədə dəyişdirilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 5 ay güzəşt müddəti üzrə faiz ödənişi tətbiq edilməklə 30 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 20000 manat kredit ayrılmışdır. 28 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 nömrəli kredit müqaviləsinin təminatı olaraq bank və digər Cavabdeh1 arasında 30 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 nömrəli, Cavabdeh3 ilə isə 30 sentyabr 2019-cu il tarixli, 800842-775084/1/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 28 sentyabr 2019-cu il tarixli, 800842- 775084/1 ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2008) bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı, əmlakın yüklü edilməsi barədə 03 oktyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Borcalan kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan nəticə çıxartmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu şişirdilmişdir. Borcun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan əlavə, ipoteka predmetinin müəyyən olunmuş ilkin satış qiyməti əmlakın real bazar qiymətindən aşağıdır. Ona görə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbini ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlərin evdən çıxarılmaları hissədə təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun, ipoteka predmetinin ilkin satış qiymətinin, eləcə də cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları hissədə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 28 sentyabr 2019-cu il tarixli 800842-775084/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh2 30 ay müddətinə illik 22 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir; Maliyyə arayışından görünür ki, Cavabdeh2 17 iyun 2021 - ci il tarixə 19374 manat 42 qəpik əsas, 4865 manat 51 qəpik faiz borcu olmaqla, cəmi 24239 manat 93 qəpik məbləğində borcu vardır; 30 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür; 30 sentyabr 2019-cu il tarixli, 800842-775084/1/2 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 28 sentyabr 2019-cu il tarixli 800842-775084/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur; Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir; “AB Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli 389/EB/21 nömrəli rəyindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin bazar dəyəri 62000 manat, likvid dəyəri 58000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı alınmış: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2022ci il tarixli 9/2430 nömrəli ekspert rəyindən görünür ki, 28 sentyabr 2019-cu il tarixli 800842- 775084/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 maliyyə arayışında borcun hesablandığı 17 iyun 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 19374,42 manat, faiz borcu üzrə isə 5177,99 manat təşkil edir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 05 iyul 2022-ci il tarixli 001-03/22 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanındakı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin likvid qiyməti 30000 manat, bazar dəyəri 35000 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/6783-9/7495 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 88800 manat, likvid dəyəri isə təqribən 79000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445 və 448, 470 və 472-ci maddələrinə, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə istinad edərək, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-cü maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Həmin Qanunun 34.1-ci maddəsinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Həmin Qanunun 41-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evdə və ya mənzildə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, kreditor İddiaçı ASC-nin Gəncə filialı ilə borclu Cavabdeh2 arasında 28 sentyabr 2019-cu il tarixli 800842-775084/1 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 30 ay müddətinə illik 22 faiz olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla Cavabdeh1 arasında 30 sentyabr 2019-cu il tarixli, 800842-775084/1 nömrəli, Cavabdeh3 ilə də 30 sentyabr 2019-cu il tarixli, 800842-775084/1/2 zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditorla Cavabdeh3 arasında 28 sentyabr 2019-cu il tarixli 800842-775084/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviəyə əsasən sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Borcalan və zaminləri kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəldiyi nəticə ilə qismən razılaşır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı tərəflər arasında bağlanmış 28 sentyabr 2019-cu il tarixli 800842-775084/1 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2022-ci il tarixli 9/2430 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 28 sentyabr 2019-cu il tarixli 800842- 775084/1 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 maliyyə arayışında borcun hesablandığı 17 iyun 2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 19374,42 manat, faiz borcu üzrə isə 5177,99 manat təşkil edir. Göründüyü kimi, kredit müqaviləsi üzrə əsas borc düzgün müəyyən olunmuşdur. Faiz borcu 5177,99 manat müəyyən olunsa da, işdən göründüyü kimi kreditor borcludan 4865,51 manat faiz borcu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Belə olan halda kollegiya hesab edir ki, qətnamə faiz borcunun müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ipoteka predmeti olan Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində yerləşən 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyasında icraat zamanı ipoteka predmeti olan fərdi yaşayış evinin dəyərinin müəyyən olunması üçün məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/6783-9/7495 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49.9 kv.m. yaşayış, 98.1 kv.m. köməkçi sahədən ibarət 25B nömrəli fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 88800 manat, likvid dəyəri isə təqribən 79000 manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi hissədə dəyişdirilməli, həmin hissədə fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid) 79000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatlıq ekspertizası xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manatdır. Həmçinin həmin mərkəzin qiymətləndirmə ekspertizası xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli e-2-2(115)-416/2021 nömrəli qətnaməsi “Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində yerləşən 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat həddində müəyyən edilməsi” hissəsində dəyişdirilməli, həmin hissədə fərdi yaşayış evinin ilkin (likvid) satış qiyməti 79000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli e-2-2(115)-416/2021 nömrəli qətnaməsi “Gəncə şəhəri, Nizami rayonu, Əli Quliyev küçəsində yerləşən 25B nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 58000 manat həddində müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Həmin hissədə fərdi yaşayış evinin ilkin (likvid) satış qiyməti 79000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 250 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar