Məhkəmə qərarları › İş №2-2(104)-97/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-97/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-97/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçısinin nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkil) X5 iştirakı ilə, İddiaçısinin Cavabdehnə qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi və əmtəə nişanından qanunsuz istifadə müddətində iddiaçıya dəymiş ziyanın ödənilməsi” tələbinə dаir kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2006/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçısi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnə Cavabdeh əmtəə nişanından istifadənin qadağan edilməsini, əmtəə nişanından qanunsuz istifadə müddətində iddiaçıya dəymiş 100000 manat zərər məbləğinin və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (hakim G.Quliyeva) xx.xx.2022-ci il tarixli, e-2- 2(115)-2006/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehnə “ANKARA MEDİC LAB” əmtəə nişanından istifadə etməsinin qadağan edilməsi, Cavabdehndən 200 manat mediasiya xərcinin tutularaq İddiaçısinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2006/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) X6 izahat verərək bildirdi ki, İddiaçısi ilə aralarında olan mübahisə öz həllini tapdığından əhəmiyyətini itirmişdir. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2006/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina edilməsi barədə ərizənin təmin edilməsi və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçısinin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə və iş üzrə apellyasiya icraatına xitam verilməsinə etirazının olmadığını bildirdi. Göründüyü kimi, apellyasiya şikayəti vermiş şəxs öz şikayətindən imtina edir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsi qanunvericiliyin tələbinə uyğun olduğuna görə qəbul edilməli və iş üzrə apellyasiya icraatına şikayət vermiş şəxsə münasibətdə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 402 və 405-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsi qəbul edilsin. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 2006/2022 saylı qətnaməsindən vеrdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına ona münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar