Məhkəmə qərarları › İş №2-2(104)-99/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-99/2023

13.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-99/2023 13.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instaniya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddaçı arasında bağlanmış müqavilələrin ləğv edilməsi və cavabdehə müqavilələr üzrə ödənilmiş 132726.91 manat və 3798.03 manat olmaqla, cəmi 136524.94 manat məbləğin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manatın cavabdehdən tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra "xxxx" ASC- iddia tələbinin həcmini artıraraq, Cavabdehndən həmçinin işgüzar nüfuza vurulmuş 100000 manat məbləğində zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx/xx/2017 saylı, 31 iyul 2017-ci il tarixli və xx/xx/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdeh müqavilələrlə müəyyən edilmiş malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə malların qəbul edilməsi və haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilələrə əsasən cavabdeh iddiaçıya keyfiyyətli, hər hansı qüsuru, nöqsanı və çatışmazlığı olmayan malları iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Lakin müqavilələr üzrə təhvil verilən mallar müqavilələrlə şərtləşdirilmiş keyfiyyətdə olmamış və cavabdeh tərəfindən müqavilələrin 3.1.1-ci yarımbəndi üzrə öhdəliklər yerinə yetirilməmişdir. Qeyd edilən hallarla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nə malların keyfiyyətində aşkar edilmiş qüsurlar aradan qaldırılmış, nə də ki, müqavilənin tələblərinə əsasən eyni malla əvəz edilmişdir. İş prosesinin dayanmaması məqsədilə iddiaçı tərəfindən yaranmış çatışmazlığın öz hesabına aradan qaldırılmasına cəhd edilmiş, lakin yaranmış qüsurlar aradan qaldırıla bilməyən və aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar olduğu üçün bu mümkün olmamışdır. Müqavilələr üzrə cavabdehə ödənilmiş 132726.91 manat (xx.xx.2017-ci il tarixli müqavilə üzrə) və 3798.03 manat (xx.xx.2018-ci il tarixli müqavilə üzrə) olmaqla cəmi 136524.94 manat məbləğin iddiaçıya 15 gün ərzində geri ödənilməsi üçün pretenziya göndərilsə də cavabdeh tərəfindən qeyd edilən məbləğ iddiaçıya ödənilməmişdir. Müqavilələrin 4.3 və 4.3.1-ci yarımbəndlərinə əsasən cavabdeh aşağıda göstərilən şərtlərə əməl etmədikdə iddiaçının müqaviləyə birtərəfli xitam vermək və müqavilə ilə razılaşdırılmış məbləği ödəməmək və ya ödənilmiş məbləği geri tələb etmək hüququ yaranır: cavabdeh keyfiyyətsiz və ya müqavilənin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir). Həmçinin, avadanlıqlardakı qüsurlar səbəbindən müştəri məmnuniyyətinin təmin edilməsinin mümkün olmadığını və müştərilər arasında narazılıq yaratmaqla bank barədə mənfi fikir formalaşmış və bankın işgüzar nüfuzuna 100000 manat məbləğində zərər vurulmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İlkin iddia üzrə Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC-nin cavabdeh ilə arasında bağlanmış müqavilə üzrə ödənilmiş 132726.91 manat və 3798.03 manat, ümumilikdə isə 136524.94 və ödənilmiş 30 manat dövlət rüsumunun cavabedən tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsinin rədd edilməsi, Cavabdeh MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017 saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 27538.64 manat, ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə isə 27568364 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixli xx.xx.2017 saylı və xx.xx.2018-ci il tarixli xx.xx.2018 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyən edilən malların «Satıcı» tərəfindən «Alıcı»nın mülkiyyətinə verilməsi, «Alıcı» tərəfindən isə bu malların mülkiyyətə qəbul edilməsi və haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən alınan malların dəyəri və ödəniş qaydası müqavilənin 1 saylı əlavəsi ilə müəyyənləşdirilir və Azərbaycan manatı ilə həyata keçirilir. xx.xx.2017-ci il tarixli müqavilənin ümumi dəyəri 80996 (səksən min doqquz yüz doxsan altı) ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixli Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə ödəniləcək məbləğin 50 %-i ödənildikdən sonra 15 gün ərzində sifariş çatdırılacaq, qalan 50 %-in isə 6 ay ərzində bərabər hissələrlə ödənilməsi nəzərdə tutur. xx.xx.2017-ci il tarixli hesabdan çıxarışa əsasən Cavabdeh hesabına «Alıcı» tərəfindən 69008,59 manat, xx.xx.2018-ci il tarixli hesabdan çıxarışa əsasən 6892,76 manat və xx.xx.2018-ci il tarixli hesabdan çıxarışa əsasən 36579,05 manat, ümumilikdə isə 112477.40 manat məbləğində pul ödəmişdir. Daha sonra bu müqavilənin 3.2.1-ci bəndi «Alıcı» tərəfindən pozulmuş və nəticədə «Satıcı»ya 27538,64 manat məbləğində borcu yaranmışdır Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair ilk iddiasının və iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi və ödənilmiş rüsumların tərəflərə aid edilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-2(115)-54/2022 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddialarını rədd etdiyi hissədə qətnaməsini belə əsaslandırmışdır ki, ilkin iddia üzrə mal və avadanlıqlarda qüsurların olması və bu qüsurların müqavilədə nəzərdə tutulmuş qaydalar çərçivəsində aradan qaldırılmasının qeyri-mümkünlüyü barədə iddiaçı "xxxx" ASC tərəfindən sübütlar təqdim edilməmişdir. Cavabdeh təqdim etdiyi, 2019-cu ilin yanvar ayında tərtib olunmuş aktlarda avadanlıqların saz və işlək vəziyyətdə olması göstərilmişdir. Həmin aktlar Cavabdeh "xxxx" İKB ASC ("xxxx" ASC-nin) yerli filallarının nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Məhkəmə “WhatsApp” yazışmaları barədə qeyd edir ki, yazışmanı aparan şəxslər iş üzrə tərəf olan hüquqi şəxslərin işçiləri olsalar da, onların əlaqəsi hüquqi şəxslərin adından aparılmış yazışma kimi səciyyələndirilmir və hüquqi şəxslər adından aparılmış yazışmanı ehtiva eləmir. Təqdim olunmuş məlumatdan göründüyü kimi həmin yazışmalar xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddəti əhatə edir. Bundan başqa, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 589.2-ci maddəsinə görə əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Maddənin məzmunundan göründüyü kimi müddətin axımı qüsurların aşkar edilməsi anından deyil, malların təyinat yerinə çatdırıldığı vaxtdan başlanır. İş üzrə sənədlərdən göründüyü kimi verilmiş əşyaların qarantiya müddəti barədə sübut təqdim edilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrdə qüsurlarlardan irəli gələn tələblərlə bağlı daha uzun müddət müəyyən olunmamışdır. İş üzrə sənədlərdən göründüyü kimi malların təhvil verilməsi 2017-2018-ci illərdə həyata keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da 2 illik iddia müddətini ötürmüşdür. Məlumdur ki, hər bir əşyanın fiziki xüsusiyyətləri kənar təsirlər altında müəyyən bir dövr ərzində dəyişikliyə məruz qalır. Ona görə də keyfiyyət göstəriciləri daimi olaraq sabit qala bilməz. Lakin əmtəənin fiziki xüsusiyyətləri müəyyən bir dövr ərzində ondan təyinatına uyğun istifadəyə imkan yaratmalıdır. Alıcı bu müddət ərzində əşyanın qüsurları ilə bağlı satıcıya qarşı tələb irəli sürə bilər. Ona görə də qanunverici istehlakçıların maddi və mənəvi maraqlarının qorunması, istehlakçının satıcı və ya istehsalçı ilə münasibətlərinin tənzimlənməsi, məsuliyyət hədlərinin müəyyən olunması məqsədilə satılan əşyaların keyfiyyət i üçün qarantiya və yararlılıq müddətləri müəyyənləşdirilmişdir. Düzdür müqavilədə göstərilən malların satıcı tərəfindən alıcıya verilən zaman qarantiyası nəzərdə tutulmamışdır. Lakin bu o anlama gələ bilməz ki, satıcı keyfiyyət göstəricilirənə görə qüsurlu mal vermiş olsun. Məlumdur ki, əmtəənin keyfiyyət göstəriciləri onun istehlak və mübadilə dəyərini səciyələndirir. Məhsulun keyfiyyəti dedikdə, təyinatına uyğun olaraq onun müəyyən tələbləri ödəməsi üçün yararlı olduğunu təyin edən xassələrin məcmusu başa düşülür. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlılığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. İlk əvvəl qeyd olunan normanın məzmunundan görünür ki, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən iki illik müddətə iddia müddəti kimi yanaşmaqla maddi hüquq normasını pozmuşdur. Digər tərəfdən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “əşyanın qüsurları ilə bağlı tələblərin irəli sürülməsi” alıcının məhkəməyə yox, məhz qüsurla bağlı satıcıya tələbini irəli sürməsidir ki, iddiaçı qarşı tərəfə bununla bağlı məlumat vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmişanına qədər qüvvədə sayılır. Göründüyü kimi bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pactasunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, işdən göründüyü kimi iddiaçının vəsatətinə əsasən birinci instansiya məhkəməsi malların qüsurlu olub-olmamasını müəyyənləşdirməkdən ötəri iş üzrə ekspertiza təyin etmiş, lakin ekspert onun qarşısına qoyulan sualları cavablandırmamış, xx.xx.2022-ci il tarixli məktubla ekspertizanın aparılmasından imtina edilmişdir. Bundan sonra məhkəməyə vəsatətlə müraciət olunmuş və bildirilmişdir ki, mülki işlə bağlı xüsusi bilik tələb olunaraq mal və avadanlıqlara bankın, şirkətin və ekspertin birgə iştirakı ilə baxış keçirilərək mal və avadanlıqların qüsurlu olub olmaması, qüsurun yaranma əsasının (zavod istehsalı prosesində yoxsaistehlak olunan zamanda yaranmışdırmı, aradan qaldırıla bilinməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar, dəfələrlə aşkar edilən, aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar, digər qüsurlar) nədən ibarət olması və qüsurların yaranma tarixinin müəyyən olunması üçün ilkin məhkəmə texniki ekspertizası keçirilərək rəy alınmalıdır. Buna baxmayaraq məhkəmə vəsatəti təmin etməyərək nəticədə məhkəmə araşdırmasını tam şəkildə həyata keçirməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edən zaman bir dəlil kimi də onu göstərmişdir ki, 2019-cu ilin yanvar ayında tərtib olunmuş aktlarda avadanlıqların saz və işlək vəziyyətdə olması göstərilmişdir. Həmin aktlar nümayəndələr tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Bununla bağlı bildirirlər ki, hər iki alğı-satqı müqaviləsindən göründüyü kimi müqavilənin predmeti həmin müqavilələrin 1 saylı əlavələrində adları göstərilmişdir. Həmin əlavəyə diqqət etsək görərik ki, alınan malın adının “user licensine free” olduğu göstərilmişdir. Lakin cavabdeh tərəfin təqdim etdiyi sözügedən aktlardaisə “S- Matik” avadanlıqların adı çəkilir ki, mütəxəssis kimi bilmək olmur ki, “S-Matik” ilə “user licensine free” avadanlıq eyni avadanlıqdırmı? Əslində aktda göstərilən avadanlıqlar müqavilənin predmeti olmuş avadanlıqlarla eyni mal deyildir. Şərti olaraq hesab olunsa da ki, aktdakı avadanlıqlarla müqavilənin predmeti olmuş avadanlıqlar eynidir, onda məhkəmə nəzərə almalı idi ki, qeyd olunan avadanlıqların qüsurlu olub-olmamasını ekspert müəyyən edə bilməmişdirsə, onda sıradan bank işçisi həmin avadanlığın işlək vəziyyətdə olmasını bildirməsi inandırıcı deyildir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti: Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh MMC Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sübutlar: 31 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh malları alıcıya verməyi, alıcı "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndində qeyd edilir ki, malları əlavələrdə müəyyən olunmuş müddət ərzində çatdırmalı, təhvil verməlidir. Müqavilənin 3.2.3-ci bəndində qeyd edilir ki, alıcı təqdim edilmiş mallarda qüsur, nöqsan və ya çatışmazlıq aşkar etdikdə, malın qəbul etməsindən imtina etmək, qüsur və çatışmazlıqların satıcı tərəfindən qısa müddət ərzində aradan qaldırılmasını tələb etmək, malları qəbul etməyə razılaşdıqda qüsurlu malın dəyərinin mütənasib azaldılmasını və qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarına malikdir. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, ödəniş gecikdirildiyi halda hər gecikdirilən gün üçün 0,05 % miqdarında cərimə tələb olunur. Müqavilənin 4.3.1-ci bəndində qeyd edilir ki, satıcı keyfiyyətsiz və ya bu müqavilənin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edilidkdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir). 28 sentyabr 2018-ci il tarixli xx.xx.2018 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh MMC malları alıcıya verməyi, alıcı "xxxx" İKB ASC (hazırda "xxxx" ASC) isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndində qeyd edilir ki, malları əlavələrdə müəyyən olunmuş müddət ərzində çatdırmalı, təhvil verməlidir. Müqavilənin 3.2.3-ci bəndində qeyd edilir ki, alıcı təqdim edilmiş mallarda qüsur, nöqsan və yaçatışmazlıq aşkar etdikdə, malın qəbul etməsindən imtina etmək, qüsur və çatışmazlıqların satıcı tərəfindən qısa müddət ərzində aradan qaldırılmasını tələb etmək, malları qəbul etməyə razılaşdıqda qüsurlu malın dəyərinin mütənasib azaldılmasını vəqüsurlarının aradan qaldırılmasıüçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələbetmək hüquqlarına malikdir. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki, ödəniş gecikdirildiyi halda hər gecikdiriləngün üçün 0,05 % miqdarında cərimə tələb olunur. Müqavilənin 4.3.1-ci bəndində qeyd edilir ki, satıcı keyfiyyətsiz və ya bu Müqavilənin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edilidkdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir). "xxxx" ASC tərəfindən Cavabdeh MMC-nin hesabına 09 avqust 2017-ci il tarixli, 2059 nömrəli ödəmə tapşırığı əsasında 69008,59 manat, 09 avqust 2017-ci il tarixli, 2059/1 nömrəli ödəmə tapşırığı əsasında 12421,55 manat, 28 fevral 2018-ci il tarixli, 406 nömrəli ödəmə tapşırığı əsasında 6892,76 manat, 28 fevral 2018-ci il tarixli, 406/1 nömrəli ödəmə tapşırığı əsasında 1240,69 manat, 04 iyul 2018-ci il tarixli, 1413 nömrəli ödəmə tapşırığı əsasında 36579,05 manat, 04 iyul 2018-ci il tarixli, 1413/1 nömrəli ödəmə tapşırığı əsasında 6584,23 manat, 30 oktyabr 2018-ci il tarixli ödəniş tapşırıqları əsasında 3796,03 manat, ümumilikdə 136524,94 manat pul köçürülmüşdür. İddiaçı və cavabdeh təşkilatların məsul işçiləri arasında “WhatsApp” yazışmalarından ibarət yazılşmalardan görünür ki, yazışmalar 2007-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək olan müddəti əhatə etmiş, həmin yazışmalarda iddiaçı bankın müxtəlif filiallarında quraşdırılmış növbə sistemlərində müxtəlif qüsurların (monitor və səs xəbərdarlıq sistemlərinin işləməməsi, proqramlarda donmalar, TV-lərdə səslərin olmaması, 11-ci filial və Gəncə filialında ümumiyyətlə sistemin işləməməsi, nömrələrin ekrana çıxmaması, tabloların işləməməsi, monitorların səs verməməsi, çeklərin çap olunmaması, növbənin işləməməsi və sair) meydana gəlməsi və həmin qüsurların aradan qaldırılması yollarından bəhs edilməkdədir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 001-07/09-DR/2023 saylı qiymətləndirmə hesabatının mütəxəssis rəyinin 1-ci sual üzrə cavabından görünür ki, avadanlıqlar həmin dövrə uyğun deyildir, lazımi keyfiyyətə uyğun deyildir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 001-07/09-DR/2023 saylı qiymətləndirmə hesabatının mütəxəssis rəyinin 2-ci sual üzrə cavabından görünür ki, qeyd olunan avadanlıqlar dövrünə görə köhnədir. Həmçinin baxış zamanı müəyyən edildiki qurğuların içərisində ana platalar fərqli modeldir. Həmçinin müqavilə 2017 il olmasma baxmayaraq avadanlıq 2013- illər və daha aşağıdır. Qeyd olunan avadanlıqların texniki baxımdan qüsur hissəsi avadanlığm qutu hissəsinin təyinatı uyğun olmamasını hesab etmək olarki, burada soyutma sisteminin düzgün işləməməsindən irəli gəlir yəni - avadanlığın donma və gecikməsinə səbəb olur. Qeyd edilən fiziki qüsur hesab edilir. Qutulara baxış zamanı heç bir standart və texniki göstərici aşkarlanmamışdır. Proqram təminatı - "S-matik" müştəriləri əlaqələrinin idarəetmə sistemi lisenziya natamamdır. Bəzilərində yoxdur. Faktiki istifadəçi sayı rəsmi lisenziya sayından çoxdur. Azərbaycan Respublikası "xxxx" MMC-nin 001-07/09-DR/2023 saylı qiymətləndirmə hesabatının mütəxəssis rəyinin 3-cü sual üzrə cavabından görünür ki, avadanlıqlar köhnədir və bu gün ki günün tələblərinə uyğun deyil. Bu qüsurlar proqram təminatının düzgün sazlanmamasından irəli gəlir - yəni lisenziya olub olmaması, istifadəçi sayı düzgün olmaması və avadanhqların köhnəməsi səbəbidir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 001-07/09-DR/2023 saylı qiymətləndirmə hesabatının mütəxəssis rəyinin 4-cü sual üzrə cavabından görünür ki, bu tip qüsurlar proqram təminatçısı (istehsalçı) tərəfindən aradan qaldırıla bilər. Proqraminstin digər ölkədən gəlib 1 ay işləməsi üçün bu günə orta statistik dəyər 35 000 dollar yəni 59 500 manat və avia bilet, otel qida və s. tipli ərcləri əhatə edəcəkdir. Daha yeni və müasir avadanlıqla sistemlər həllərlə birlikdə daha ucuz başa gəlir. Apellyasiya instansiyasında birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-2(104)-133/2022 saylı qətnaməsi (sədrlik edən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev, A.Bayramov) ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Gəncə Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-2(104)-133/2022 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçı "xxxx" tərəfindən verilmiş kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2-2(102)- 13/2023 saylı qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyul tarixli 2-2(104)- 133/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş cavabdehin məsul əməkdaşı ilə olan yazışma onların bir əməkdaşı ilə olan yazışma olmuşdur ki, həmin yazışmalar iddia qaldırılan tarixədək qalmışdır. Digər əməkdaşlar tərəfindən aparılan yazışmalar isə silindiyindən qalmamışdır. Hərçənd ki, avadanlığın qüsurları ilə bağlı cavabdeh təşkilatın əməkdaşları ilə çoxsaylı yazışmalar olmuşdur. "X3" MMC-nin mütəxəsislərinə mübahisə predmeti olan avadanlıqlara baxış keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Lakin, müəyyən edilmişdir ki, həmin şirkətin tələb olunan müvafiq rəyi verə bilən mütəxəssisi mövcud deyildir. Bu barədə videogörüntüləri məhkəməyə təqdim etməklə, həmin prosesin hansı şəkildə baş verməsi məhkəməyə təqdim etdiyi ərizədə ətraflı göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verib bildirmişdir ki, " avadanlıqların lazımi keyfiyyətdə olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis rəyinin əldə edilməsi "Barat Consultancy” MMC-nin və "X3" MMC-nin mütəxəssislərinə həvalə edilmiş, lakin "X3" MMC-yə avadanlıqlara baxış keçirilməsinə şərait yaradılmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış olan müqavilələrin müvafiq bəndlərinə əsasən iddiaçının qüsurlu malları qəbul etməmək və ya qüsurların qısa müddət ərzində aradan qaldırlmasını tələb etmək və s. digər hüquqlarının olmasına baxmayaraq mallar təhvil verildiyi habelə ondan bir neçə il sonra belə alıcı qeyd edilən hüquqların heç birindən istifadə etməmişdir. Bu faktlar onu təsdiq edir ki, alıcıya həmin dövr üçün müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə lazımi keyfiyyətli olan mallar təhvil verilmişdir. Aradan uzun müddət keçdikdən sonra isə ekspert tərəfindən qeyd edilən qüsurların mallar təhvil verdildiyi vaxt mövcud olduğunu təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Əvəvəlki məhkəmə iclasında isə məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, müqavilələrin əlavələrində göstərilmiş mallar ilə onlar tərəfindən təqdim edilmiş mallar eyniyyət təşkil etmişdir. Müqavilənin əlavəsində qeyd olunan “user licensine free” anlayışı malın adını deyil, açıq və ya ödənişsiz lisenziyalı avadanlığı nəzərdə tutmaqdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Belə ki, ilk iddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə mal və avandanlıqlarda qüsurların olması və bu qüsurların müqavilədə nəzərdə tutulmuş qaydalar çərçivəsində aradan qaldırılmasının qeyri-mümkünlüyü barədə iddiaçı "xxxx" ASC tərəfindən sübütlar təqdim edilməmişdir. Cavabdeh MMC-nin təqdim etdiyi, 2019-cu ilin yanvar ayında tərtib olunmuş aktlarda avadanlıqların saz və işlək vəziyyətdə olması göstərilmişdir. Həmin aktlar Cavabdeh MMCnin "xxxx" İKB ASC ("xxxx"ASC-nin) yerli filallarının nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. «WhatsApp» yazışmalarında, yazışmanı aparan şəxslər iş üzrə tərəf olan hüquqi şəxslərin işçiləri olsalar da onların əlaqəsi hüquqi şəxslərin adından aparılmış yazışma kimi səciyyələndirilmir və hüquqi şəxslər adından aparılmış yazışmanı ehtiva eləmir. Təqdim olunmuş məlumatdan göründüyü kimi həmin yazışmalar xx.xx.2017ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətləri əhatə edir. Bundan başqa «Satıcı» tərəfindən verilmiş əşyaların qarantiya müddəti barədə sübut təqdim edilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrdə qüsurlarlardan irəli gələn tələblərlə bağlı daha uzun müddət müəyyən olunmamışdır. İş üzrə sənədlərdən göründüyü kimi malların təhvil verilməsi 2017-2018-ci illərdə həyata keçirilmişdir. "xxxx" ASC xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da "xxxx" ASC 2 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mal və avandanlıqlarda qüsurların olması və bu qüsurların müqavilədə nəzərdə tutulmuş qaydalar çərçivəsində aradan qaldırılmasının qeyri-mümkünlüyü barədə iddiaçı "xxxx" ASC tərəfindən sübütlar təqdim edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 31 iyul 2017-ci il tarixli və 28 sentyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdeh müqavilələrlə müəyyən edilmiş malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə malların qəbul edilməsi və haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilələrin şərtinə əsasən cavabdeh iddiaçıya keyfiyyətli, hər hansı qüsuru, nöqsanı və çatışmazlığı olmayan malları iddiaçıya verməyi öhdəsinə götürmüş, təqdim edilmiş mallarda qüsur, nöqsan və ya çatışmazlıq aşkar etdikdə isə iddiaçının malın qəbul etməsindən imtina etmək, qüsur və çatışmazlıqların satıcı tərəfindən qısa müddət ərzində aradan qaldırılmasını tələb etmək, malları qəbul etməyə razılaşdıqda qüsurlu malın dəyərinin mütənasib azaldılmasını və qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ razılaşdırılmışdır. Həminin, tərəflər arasında bağlanmş müqavilələrin 4.3.1-ci bəndinə əsasən satıcı keyfiyyətsiz və Müqavilələrin şərtlərinə uyğun gəlməyən malları təqdim etdikdə (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edilidkdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduğu hallara şamil edilir) alıcının müqaviləyə xitam vermək və ödənilmiş məbləği geri tələb etmək hüququ müəyyən edilmişdir. Müqavilənin əlavələrində göstərilmiş mallar ilə cavabdeh tərəfindən tərəfindən təqdim edilmiş malların eyniyyət təşkil etməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Müqavilənin əlavəsində qeyd olunan “user licensine free” anlayışı növbə sistemindən ibarət avadanlığın əmtəə nişanını deyil, açıq və ya ödənişsiz lisenziyalı avadanlığı nəzərdə tutmuşdur. Alqı-satqı müqavilələrində nəzərdə tutulmuş S-Matik növbə sistemindən ibarət avadanlıqlar 2017-ci ilin avqust ayından etibarən cavabdeh tərəfindən iddiaçıya təqdim edilərək quraşdırılıb təhvil verilmişdir. Həmin avadanlıqlar quraşdırıldıqdan sonra həmin avadanlıqlarda qüsurlar meydana çıxmaqla, avadanlıqlar lazımi qaydada işləməmişdir. Həmin avadanlıqlarda qüsurların yaranması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı və cavabdeh təşkilatların məsul işçiləri arasında “WhatsApp” yazışmalarından ibarət yazılşmalarla təsdiq olmuşdur ki, yazışmalar 2007-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək olan müddəti əhatə etmişdir. Həmin yazışmalarda iddiaçı bankın müxtəlif filiallarında quraşdırılmış növbə sistemlərində müxtəlif qüsurların (monitor və səs xəbərdarlıq sistemlərinin işləməməsi, proqramlarda donmalar, TV-lərdə səslərin olmaması, 11-ci filial və Gəncə filialında ümumiyyətlə sistemin işləməməsi, nömrələrin ekrana çıxmaması, tabloların işləməməsi, monitorların səs verməməsi, çeklərin çap olunmaması, növbənin işləməməsi və sair) meydana gəlməsi və həmin qüsurların aradan qaldırılması yollarından bəhs edilməsi müəyyən edilməkdədir. Birinci instansiya məhkəməsi isə həmin yazışmaları mötəbər sübut kimi qəbul etməməsini əsaslandıra bilməmişdir. Hərçənd ki, həmin yazışmalardan görünür ki, onları həyata keçirən şəxslər, xüsusilə də cavabdeh təşkilatın işçisi bilavasitə alınmış malların texniki vəziyyətinə və sazlığına məsul olan əməkdaş olmuş və həmin yazışmalar məhz iddiaçı təşkilatın müvafiq strukturlarında quraşdırılmış və hazırda mübahisə predmeti olan avadanlıqların keyfiyyəti və sazlığı barədə texniki xarakterli məlumatları əks etdirmişdir ki, qeyd olunan sübut iş üçün əhəmiyyətli və mötəbər sübut olmuşdur. Bundan başqa iş materiallarında olan iddiaçı təşkilatın X6 birinci müavininin cavabdeh təşkilatın direktoruna ünvanlanmış 28 dekabr 2018-ci il tarixli 12/3746 saylı məktubunda mübahisə predmeti olan müqavilə üzrə banka təqdim edilmiş elektron növbə sisteminin işində mütəmadi problemlərin yarandığı, bu problemlərinin aradan qaldırılmasının mümkün olmadığı, bunun da bankın fəaliyyətində və müştərilərə keyfiyyətli xidmət göstərilməsində çətinliklər yaratdığı, hazırda elektron növbə sisteminin işlək vəziyyətdə olmadığı bildirilmiş, malların müqavilə ilə nəzərdə tutulmuş keyfiyyət meyarlarına uyğunlaşdırılması tələb edilmiş, əks təqdirdə iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərək ödənişin həyata keçirilməsindən imtina ediləcəyi bildirilmişdir. Lakin, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi onlara belə bir müraciətin daxil olmadığını iddia etmişdir ki, iddiaçı tərəfindən göndərilən sənədlərin qeydə alınmasına dair kitabın çıxarışında 28 dekabr 2018-ci il tarixində həmin sənədin cavabdeh təşkilata göndərilməsi üçün qeydə alınması görünməkdədir. İddiaçı ilə cavabdeh təşkilatın məsul şəxsləri arasında aparılan yazışmaların timsalında qeyd olunan məktubun tərtib edilməsi və cavabdeh təşkilata göndərilməməsi də inandırıcı deyildir. Hərçənd ki, 2019-cu ilin yanvar ayında avadanlıqların işlək vəziyyətə gətirilməsi ilə bağlı tərtib edilmiş və iş materiallarında olan 2019-cu ilin yanvar ayında olan aktlar da məhz iddiaçının müraciətindən qısa müddət sonra tərtib edilmişdir. Lakin, iddiaçı və cavabdeh təşkilatların məsul işçiləri arasında “WhatsApp” yazışmalarında 2019-cu ilin aprel ayında da cavadbeh təşkilatın məsul şəxsinə avadanlılarlar bağlı müraciətin olması görünməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə mütəxəssis təyin edilərək "xxxx" MMC-nin 001-07/09-DR/2023 saylı mütəxəssis rəyi əldə edilmişdir ki, həmin rəydə mütəxəssis avadanlıqlara baxış keçirməklə öz rəyini verməklə yanaşı, məhkəmə tərəfindən qarşısında qoyulmuş suallara da cavab vermişdir. Mütəxəssis öz rəyində qeyd etmişdir ki, İddiaçı ASC-nin anbarında saxlanılan S- Matik şirkətinin istehsalı olan “X4 Edilməsi” terminallarına tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Nəticələr onu göstərmişdir ki, avadanlığın istismar edilməsi zamanı baş verən xətalar vardır ki, müəyyən say limitindən sonra bir və ya bir neçə səhv verir və sistem yenidən prosesləri normal davam etdirir. İddiaçı ASC-nin baş ofis filialında İT mütəxəssislərilə araşdırma aparılmış, araşdırma zamanı qeyd olunan avadanlığın “log” fayllarına baxış keçirilmiş və həmin hissədə “S-matik” proqram təminatına aid olan “error” yəni - çoxlu sayda səhvlər aşkar edilmişdir. Həmin səhvlər rəyin sonuna tikilmişdir. Daha sonra “S-matik” proqram təminatının Manageri vasitəsilə lisenziya bazası yoxlanılmış, bu zaman “License info did not load!” - yəni “Lisenziya məlumatları yüklənməyib” məlumatı əldə edilmişdir. Bu prosesslər bir neçə avadanlıq üzərində yoxlandığına görə digər bir avadanlıqda “License info is load!” yəni - lisenziya məlumatları yükləndiyini əldə etdik. Lakin burada lisenziya istifadə açar sayı 8 nəfər olmasına baxmayaraq, faktiki istifadəçi sayı 10 nəfər idi. Qeyd etmək lazımdır ki, bu tip uyğunsuzluqlar sistemin işləməsində əngəllər yaratması çox məqbul hesab edilir və təcrübədə də rast gəlinir. Daha sonra proqram təminatının “Windows OC” yəni-Windows əməliyyat sistemi” məlumatlarına baxış zamanı həmin proqram təminatının 2013-2014-cü illərə aid olduğu aşkarlanmışdır. Bu faktla bağlı məlumatlar rəyin sonuna tikilmişdir. Digər aşkarlanan uyğunsuzluqlardan biri qeyd edildiyi “küneyt” avadanlıqları stol üstü kompüterlərdir. Həmin texniki hissələrini yoxlayarkən məlum oldu ki, anaplatalar və onun qurğuları daha köhnə modeldir və qeyd olunan işə uyğun deyildir. Yekun olaraq bu avadanlıqların bu işi yerinə yetirməsi mümkün deyil, həm çox köhnədir və səhvləri daha çox olub və modernizasiya etdikdən sonra da belə səhvlər baş verəcəkdir. İstismara yararsızdır. Mütəxəsis tərəfindən məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq isə bildirilmişdir ki, yoxlanılan avadanlıqların dövrünə görə köhnə olması, qurğuların içərisində ana plataların fərqli modeldə olmasına, müqavilənin 2017-ci il tarixli olmasma baxmayaraq avadanlığın 2013-cü il və daha aşağı illərə aid olması, avadanlığm qutu hissəsinin təyinatına uyğun olmamasını, bunun da soyutma sisteminin düzgün işləməməsindən irəli gəlməsi, yəni - avadanlığın donma və gecikməsinə səbəb olması müəyyən edilməklə, qeyd edilən qüsurların fiziki qüsur hesab edilmişdir. Həmçinin, qutulara baxış zamanı heç bir standart və texniki göstəricinin aşkarlanmaması, Proqram təminatı - "S-matik" müştəriləri əlaqələrinin idarəetmə sistemi lisenziyalarının natamam olması, bəzilərində olmaması, faktiki istifadəçi sayının rəsmi lisenziya sayından çox olması, bununla da avadanlıqların dövrə və lazımi keyfiyyətə uyğun olmaması müəyyən edilmişdir. Həmçinin, bu tip qüsurların proqram təminatçısı (istehsalçı) tərəfindən aradan qaldırıla bilməsi, proqraminstin digər ölkədən gəlib 1 ay işləməsi üçün bu günə orta statistik dəyərin 35000 dollar, yəni 59500 manat və avia bilet, otel qida və s. tipli xərcləri əhatə edəcəkdir. Daha yeni və müasir avadanlıqla sistemlər həllərlə birlikdə daha ucuz başa gəlməsinə dair rəy verilmişdir. Beləliklə, məhkəmə kollegyiasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıya keyfiyyətli, hər hansı qüsuru, nöqsanı və çatışmazlığı olmayan növbə sistemindən ibarət avadanlıqlar veməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrdə əşyanın keyfiyyəti və qarantiya müddəti barədə konkret şərtlər olmadığından Mülki Məcəllənin 581.2-ci maddəsinin tələbinə əsasən cavabdeh alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borclu olmuşdur. Lakin, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, iddiaçıya satılmış avadanlıqlar lazımi keyfiyyətdə olmamaqla, qüsurlu avadanlıqlar olmuş, həmin qüsurlar avadanlığın iddiaçıya təhvil verildiyi və quraşdırıldığı vaxtdan etibarən özünü biruzə verməyə başlamışdır. 2007-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək olan tərəflər arasındakı yazışmalardan da göründüyü kimi bankın müxtəlif filiallarında quraşdırılmış növbə sistemlərində müxtəlif qüsurlar meydana çıxmış, cavabdehin məsul əməkdaşı tərəfindən həmin qüsurların aradan qaldırılmasına çalışılmış, lakin qüsurların aradan qaldırılması mümkün olmamışdır. Bu səbəbdən də nəhayət 2018-ci ilin dekabr ayında iddiaçı bank cavabdehə müraciət edərək müqavilə üzrə banka təqdim edilmiş elektron növbə sisteminin işində mütəmadi problemlərin yaranması, bu problemlərinin aradan qaldırılmasının mümkün olmaması, bunun da bankın fəaliyyətində və müştərilərə keyfiyyətli xidmət göstərilməsində çətinliklər yaratması və hazırda elektron növbə sisteminin işlək vəziyyətdə olmamasını bildirməklə, malların müqavilə ilə nəzərdə tutulmuş keyfiyyət meyarlarına uyğunlaşdırılmasını tələb edərək, əks təqdirdə iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir. Cavabdeh tərəfindən isə avadanlılarda yaranmış qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və ya lazımi keyfiyyətli olmayan avadanlğın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçıya satılmış avadanlıqların keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş hesab olunmuşdur. Belə ki, həmin qüsurlar aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar olmaqla, əldə edilmiş mütəxəssis rəyinə əsasən avadanlıqların iddiaçının tələbinə uyğun işi yerinə yetirməsi mümkün olmaması müəyyən edilmişdir. Mütəxəssis rəyinin mötəbərliyi işdə olan digər sübutlara yanaşı qiymətləndirildikdə isə mötəbər hesab olunmuşdur. Həmçinin, bu tip qüsurların proqram təminatçısı (istehsalçı) tərəfindən aradan qaldırıla bilməsi və bunun üçün təxminən 60000 manat xərcin tələb olunmasına dair rəy verilmişdir ki, qeyd edilən hal da qüsurun tənasübsüz xərclər hesabına aradan qaldırılmasını mümkün olması anlamına gəlməkdədir ki, bununla da iddiaçı Mülki Məcəllənin 587.2-ci maddəsinin, o cümlədən alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsaəsn alqı-satqı müqaviləsinin icrasından imtina etməkdə və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı bank müvafiq xərc çəkməklə həmin avadanlığı əldə edib istifadə etmək və onun iş qabiliyyətindən faydalanmaq niyyətində olmuşdur ki, avadanlığın qüsursuz olması iddiaçı bankın marağında olmuşdur. Nəzərə alınmalıdır ki, qeyd olunan avadanlıqların yenilərinin alınması və quraşdırılması müəyyən vaxt və xərc tələb etməklə yanaşı, ilk iddia üzrə iddiaçının işinin normal ahəngini pozmuş olur ki, bununla da alınmış avadanlığın qüsursuz olması halında müqaviləyə xitam verilməsi iddiaçının marağında olan hal olmamışdır. Qeyd olunan hal ilk iddia üzrə iddiaçının avadanlığın alındığı tarixdən təxminən 2 il ərzində həmin qüsurların aradan qaldırılması ilə bağlı cəhdlər etməsi ilə də təsdiq olunmaqdadır. Məhkəmə kollegiyası iddiaçının alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Hazırkı işin hallarına əsasən iddiaçı tərəfindən 28 dekabr 2018-ci il tarixli, 12/3746 saylı məktubla cavabdehə müqaviləyə bir tərəfli qaydada xitam veriləcəyi barədə xəbərdarlıq bildiriş göndərilsə də müqaviləyə xitam verilməsi ilə bağlı bildirişin göndərilməsi iş materialları ilə müəyyən edilməməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Buna görə də məhkəmə kollegiyası anoloji olaraq müqavilənin müqavilənin xitamı məsələsində mübahisənin olmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə də xitam verilməli, müqavilə üzrə ödənilmiş 136524,94 manat ilk iddia üzrə cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsinə xitam verildiyindən iddiaçıda qalan avadanlıqlar cavabdehin mülkiyyəti hesab olunmaqla, iddiaçının qanunsuz sahibliyində hesab olunur. Buna görə də Mülki Məcəllənin 587.5-ci və 157-ci maddələrinin tələbinə əsasən 31 iyul 2017-ci il tarixli və 28 sentyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqlar İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Cavabdehnə qaytarılmalı, avadanlıqlar mövcud olmadıqda isə dəyəri əvəzləşdirlməlidir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının işgüzar nüfuzuna vurulmuş zərər qismində 100000 manat iddia tələbini isə əsassız hesab etmişdir. Belə ki, iddiaçı avadanlıqlardakı qüsurlar səbəbindən müştəri məmnuniyyətinin təmin edilməsinin mümkün olmadığını və müştərilər arasında narazılıq yaratmaqla bank barədə mənfi fikir formalaşdırdığını iddia etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, növbə sisteminin qüsurlu işləməsi müəyyən müddətdə müştərilər arasında narazılıq yaratması mümkün olan haldır. Lakin, növbə sitemi mövcud olmadan da banka müraciət etmiş müştərinin məmnuniyyətini təmin etmək mümkün olan hal olmaqla yanaşı, iddiaçı tərəfindən avadanlıqdakı qüsurlar səbəbindən müştərilər arasında bank barədə mənfi fikir formalaşması ilə bağlı məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olmamışdır. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə avandanlıqlarda qüsurların olması və bu qüsurların müqavilədə nəzərdə tutulmuş qaydalar çərçivəsində aradan qaldırılmasının qeyrimümkünlüyü barədə iddiaçı tərəfindən sübütlar təqdim edilmədiyini, yəni cavabdeh tərəfindən hüquq pozuntusuna yol verilmədiyi qənaətinə gəlsə də mübahisəyə iddia müddətini tətbiq etməklə, ziddiyətli nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında və “L.İ.Binnətovanın şikayəti üzrə 2008ci il 8 may tarixli Qərarı”nda formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2-2(102)-13/2023 saylı qərarında da qeyd olunduğu kimi Mülki Məcəllənin 589.2-ci maddədə göstərilmiş müddət “verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətidir. Belə ki, maddənin dispoziyasından göründüyü kimi, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Hazırkı iş üzrə də alınmış mallara görə alqı-satqı müqaviləsində yaralılıq müddəti nəzərdə tutulmamışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə avadanlığın 2017-ci ilin avqust ayından iddiaçıya təhvil verildiyi nəzərə alındıqda, iddiaçı 2019-cu ilin avqust ayından sonrakı müddətdə cavabdehə qarşı əşyanın qüsurları ilə bağlı tələblə çıxış etməkdə haqlı hesab olunmaya bilərdi. İş materialları ilə isə müəyyən edilir ki, iddiaçı tərəfindən əşyanın qüsurları ilə bağlı iddiaçının tələbləri 2017-ci ilin sentyabr ayından 2019-cu il tarixədək olmuş, cavabdeh tərəfindən isə həmin qüsurların aradan qaldırılmasına çalışılmış, lakin həmin qüsurların aradan qaldırılması mümkün olmamışdır. İddiaçı tərəfindən isə alınmış avadanlığı lazımı keyfiyyətə və müqavilə şərtlərinə uyğun olmaması, meydana gələn qüsurların aradan qaldırıla bilməməsi ilə bağlı qəti mövqe 2018-ci ilin sonlarında yaranmışdır ki, buna görə də iddiaçı tərəfindən 28 dekabr 2018-ci il tarixli, 12/3746 saylı məktubla qeyd olunan səbələrə görə cavabdehə müqaviləyə bir tərəfli qaydada xitam veriləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Yəni, iddiaçı müqavilə üzrə ona lazımı keyfiyyətdə əşyanın verilməməsi ilə bağlı hüququnun pozulduğunu 2018-ci ilin dekabr ayında bilmişdir ki, bununla da iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. İddiaçı tərəfindən hazırkı iddia tələbi isə 2021-ci ilin iyun ayında məhkəməyə verildiyindən 3 illik iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 589.2-ci maddəsində göstərilmiş müddəti qısaldılmış xüsusi iddia müddəti kimi qiymətləndirməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin “X3” MMC-nin mütəxəssislərinə iş üzrə rəy verilməsi üçün avadanlıqlara baxış keçirilməsi ilə əlaqədar ilk iddia üzrə iddiaçı tərəfindən şərait yaradılmamasına dair etirazına münasibətdə qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə avadanlıqlara baxış keçirilməsi ilə bağlı vidoegörüntülər təqdim edilmişdir ki, həmin vidoegörüntülərdə ilk iddia üzrə iddiaçı tərəfindən “X3” MMC-yə rəyin verilməsi üçün şəriaitin yaradılması, o cümlədən ilk iddia üzrə cavabdehin nümayəndəsi olan vəkilin də baxış prosesində iştirakına şərait yaradılmış və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş vidogörüntüləri, tərtib edilmiş 25 may 2023, 11 sentyabr 2023 və 26 sentyabr 2023-cü il tarixli aktları və ilk iddia üzrə iddiaçının nümayəndəsinin avadanlıqlara baxış keçirilməsi ilə bağlı yazılı müraciətini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, “X3” MMC müvafiq rəyin verilməsi üçün ixtisaslı mütəxəssisə malik olmamışdır. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı tərəfindən “X3” MMC-nin mütəxəssislərinə iş üzrə rəy verilməsi üçün avadanlıqlara baxış keçirilməsinə şərait yaradılmaması ilə bağlı etirazını əsassız hesab etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin iş üzrə eksperitza təyin edilməli olması ilə bağlı vəsatətinə münasibətdə isə qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-746/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/1386 nömrəli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir. Ekspertin imtinasının səbəbi isə elektron qurğular üzrə ixtisaslaşmış mütəxəssisin tədqiqat obyektlərinə baxış keçirməsi və müvafiq rəyin verilməsinin təmin edilməməsi olmuşdur ki, bununla da mütəxəssis rəyi olmadan ekspertin rəy verə bilməməsi aydın olmuşdur. Hazırkı işin faktiki halları baxımından isə əldə edilmiş mütəxəssis rəyi ilə yanaşı digər sübutların tədqiqi yolu ilə də iş üzrə yekun nəticəyə gəlmək üçün kifayət etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş vəsatətdə avadanlıqların 2017 və 2018-ci illərdə ilk iddia üzrə iddiaçıya təhvil verildiyi, həmin müddətdən 7 ilə yaxın müddət keçdiyi və hazırkı əməliyyat sisteminin 7 il əvvəlki əməliyyat sisteminə uyğun olmamasının normal olmasının buna görə də avadanlığın ilk iddia üzrə iddiaçıya təhvil verildiyi dövr üçün lazmı keyfiyyətdə hesab olunmasının müəyyən edilməsinin vacib olması ilə bağlı etirazının dəlilinə münasibətdə isə qeyd edir ki, əvvəla yuxarıda qeyd olunan iddiaçı və cavabdeh təşkilatların məsul işçiləri arasında “WhatsApp” yazışmalarından alınmış avadanlıqlarda qüsurların meydana gəlməsi sübut olunmaqla, məhkəmə tərəfindən müvafiq sual qoyulmasa da mütəxəssis tərəfindən də “Windows əməliyyat sistemi” məlumatlarına baxış zamanı həmin proqram təminatının 2013-2014-cü illərə, avadanlıqların isə 2013-cü il və daha aşağı illərə aid olması müəyyən edilərək rəy verilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2-2(115)-54/2022 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qətnamə çıxarılsın. İlk iddia tələbi qismən təmin edilsin. "xxxx" İKB ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2017-ci il tarixli və 28 sentyabr 2018-ci il tarixli alqı-satqı müqavilələri ləğv edilsin. İlk iddia üzrə Cavabdehndən 136524,94 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 136554,94 (yüz otuz altı min beş yüz əlli dörd manat 94 qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 31 iyul 2017-ci il tarixli və 28 sentyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqlar İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Cavabdehnə qaytarılsın. Avadanlıqlar mövcud olmadıqda isə dəyəri əvəzləşdirlsin. Cavabdehndən 136554,94 manat pulun alınıb "xxxx" ASC-yə verilməsi ilə 31 iyul 2017-ci il tarixli və 28 sentyabr 2018-ci il tarixli alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqların Cavabdehnə qaytarılması eyni vaxtda icra edilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar