Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-104/2024 15.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2- 2(119)-683/2024 nömrəli qətnaməsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 14800 (on dörd min səkkiz yüz) manat, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı və ödənilmiş 140 (yüz qırx) manat dövlət rüsumu olmaqla, cəmi 15290 (on beş min iki yüz doxsan) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Cavabdehnə elektron qaimə ilə xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat, xx.xx.2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat olmaqla, ümumilikdə 14800 (on dörd min səkkiz yüz) manat pul ödənilmişdir. Yuxarıda göstərilən məbləğlər iddiaçı tərəfindən cavabdehə səhvən ödənilmişdir. Həmin məbləğlərin qaytarılması Cavabdeh direktoruna dəfələrlə bildirilsə də, cavabdeh həmin məbləğləri ödəməkdən boyun qaçırmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında heç bir müqavilə mövcud olmamışdır və heç bir razılaşma olmamışdır. Cavabdeh iddiaçıya heç bir xidmət göstərməmişdir. Həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə səhvən ödənilməsi audit yoxlaması nəticəsində meydana çıxmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2-2(119)-683/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2-2(119)-683/2024 nömrəli qətnaməsindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslandırılaraq həmçinin qeyd edilmişdir ki, məhkəmə qətnaməni qəbul edərkən, iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən imtina etmək hüququndan istifadə edə bilmədiyinə qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ilə əlaqə saxlanılmış və o, məhkəmə proseslərindən elektron kabinet vasitəsilə məlumatlı olduğunu və elektron kabinet vasitəsilə prosesləri izlədiyini bildirmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 19 iyul 2022-ci il tarixli EBCA seriyalı 301594 nömrəli, 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 21 iyul 2022-ci il tarixli EBCA seriyalı 447582 nömrəli, 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 09 avqust 2022-ci il tarixli EBCB seriyalı 587096 nömrəli, 1850 (min səkkiz yüz əlli) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 avqust 2022-ci il tarixli EBCB seriyalı 839231 nömrəli, 3700 (üç min yeddi yüz) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 23 sentyabr 2022-ci il tarixli EBCE seriyalı 456347 nömrəli, 3700 (üç min yeddi yüz) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 28 oktyabr 2022-ci il tarixli EBCİ seriyalı 152434 nömrəli elektron qaimə təqdim olunmuşdur. Həmin elektron qaimələr iddiaçı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 19 iyul 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 21 iyul 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 09 avqust 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 12 avqust 2022-ci il tarixdə 1850 (min səkkiz yüz əlli) manat, 23 sentyabr 2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat və 28 oktyabr 2022-ci il tarixdə 3700 (üç min yeddi yüz) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 125 nömrəli Müqavilədən görünür ki, “İcraçı” adlanan Cavabdeh və sifarişçi adlanan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə tərtib olunmuş, lakin həmin müqavilə yalnız Cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 322 nömrəli Müqavilədən görünür ki, “İcraçı” adlanan Cavabdeh və sifarişçi adlanan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə müqavilə tərtib olunmuş, lakin həmin müqavilə yalnız Cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Akt və xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Müəssisənin bank çıxarışlarına keçirilən baxış nəticəsində Cavabdehnə (VÖEN **********) xx.xx.2022-ci il tarixdə 1850 manat, xx.xx.2022-ci il tarixdə 1850 manat, xx.xx.2022-ci il tarixdə 1850 manat, xx.xx.2022-ci il tarixdə 1850 manat, xx.xx.2022-ci il tarixdə 3700 manat, xx.xx.2022-ci il tarixdə 3700 manat olmaqla, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilən ümumilikdə 14800 manat məbləğin əsassız cavabdehə ödənilməsi müəyyən edilmişdir.Lakin Cavabdeh ilə heç bir müqavilə, xidmətin göstərilməsi barədə akt olmamışdır.Şirkətin baş mühasibinə xəbərdarlıq edilmiş və vəsaitin geri qaytarılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verilmişdir. Birinci instasniya məhkəməsi iddia tələbini rədd etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 2021-ci il 02 fevral 26 nömrəli Qərarına istinad etməklə qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçıə ümumlikdə 14800 (on dörd min səkkiz yüz) manat dəyərində saytda məlumatların yerləşdirilməsi xidmətinin göstərilməsi ilə əlaqədar 2022-ci ilin iyul-oktyabr aylarında 6 ədəd elektron qaimə təqdim edilmişdir. Həmin elektron qaimələr İddiaçı tərəfindən təsdiqlənmiş, iddiaçı həmin qaimələr üzrə xidmətlərin göstərilməsinə etiraz etməmiş, qaimələri qaytarmamış və həmin qaimələrin təqdim edildiyi gün qaimələrə istinad etməklə göstərilən məbləğləri ödəmişdir. Halbuki, xidmətlərin göstərilmədiyi halda iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin göstərilməsi qənaətinə gəlməyə əsas verir. İddia ərizəsində 14800 (on dörd min səkkiz yüz) manatın səhvən ödənildiyi və bunun audit yoxlama nəticəsində meydana çıxdığı qeyd olunsa da, iddiaçı tərəfindən qeyd olunan pul vəsaitinin xidmət göstərilmədiyi halda Cavabdehnə ödənilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçıə ümumlikdə 14800 (on dörd min səkkiz yüz) manat dəyərində 2022-ci ilin iyul-oktyabr aylarında 6 ədəd elektron qaimə təqdim edilmiş, həmin elektron qaimələrin İddiaçı tərəfindən təsdiqləndiyi işin mübahisəsiz halı olsa da, iş materialarında olan xx.xx.2021-ci il tarixli 125 nömrəli Müqavilə və xx.xx.2022-ci il tarixli 322 nömrəli Müqavilədən görünür ki, onlar yalnızca Cavabdeh tərəfindən təsdiq edilmiş, İddiaçı tərəfindən təsdiq edilməmiş (əksini sübut edən dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim ediməmişdir), nəticədə tərəflər arasında müqavilə münasibətləri yaranmamışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından cavabdeh tərəfindən heç bir xidmət göstərilmədən iddiaçıdan aldatma yolu ilə əsassız göndərilmiş elektron qaimələr üzrə ödənişlərin icrası tələb edilmiş, nəticədə cavabdeh əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi tərəflər arasında heç bir müqavilə əsası olmadan cavabdeh iddiaçının hesabına pul əldə etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin yaranıbyaranmaması halını araşdırmamış, Mülki Məcəllənin müqavilələr və əqdləri tənzimləyən qanunvericilik normalarına istinad etməklə iddianı rədd etmiş, bununla da düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İddia tələbinin qismən təmin edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən 140 (otuz) manat məbləğində, həmçinin apellyasiya şikayəti verilərkən 70 (yetmiş) manat dövlət rüsumu ödənilsə də, qeyd edilən qanuna əsasən hesablamalarla müəyyən edilir ki, hazırki iş üzrə iddia ərizəsi verilərkən 134,4 4 (yüz otuz dörd manat qırx qəpik) manat, apellyasiya şikayəti verilərkən isə 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu ödənilməli idi. Buna görə 134,4 4 (yüz otuz dörd manat qırx qəpik) manat və 67,2 (altmış yeddi manat iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2-2(119)-683/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehndən 14800 (on dörd min səkkiz yüz) manat, vəkilə çəkilmiş xərcə görə 350 (üç yüz əlli) manat, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumuna görə 134,4 (yüz otuz dörd manat qırx qəpik) manat, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumuna görə 67,2 (altmış yeddi manat iyirmi qəpik), cəmi 15351,6 (on beş min üz yüz əlli bir manat altmış qəpik) manat alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia dövlət rüsumuna aid digər hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-104/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-104/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver