Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-12/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə Cavabdeh1nə qarşı “pul tələbi” barədə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 14/2020 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti xx xxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində pul vəsaitinin İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) ilə Cavabdeh1 (podratçı) arasında xx xxx 2017-ci il tarixdə Quba şəhərində layihələndirilən birmərtəbəli xalça istehsalı binasının tikintiquraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair Baş Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2-ci bölməsində göstərilir ki, işlərin başlanma tarixi xx xxx 2017-ci il, qurtarma tarixi xx xxxxxxx 2017-ci ildir. Lakin həmin işlərin qurtarılmalı olduğu tarix gecikdirilmiş və Podratçı təşkilat Quba şəhərində xalça emalatxanasında tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında tamamlayaraq Sifarişçiyə təqdim etməmişdir. Tikinti işlərinə başlamazdan əvvəl, xx xxx 2017-ci ildə tikinti işlərinə nəzarəti həyata keçirmək üçün Cəmiyyətdə yaradılmış işçi qrupunun ilk iclası keçirilmiş (iclas protokolunun surəti əlavə olunur) və həmin iclasda xalça emalatxanalarında işlərin mərhələlərə bölünərək başlanması və qurtarması tarixləri müyyən edilmişdir. İşçi qrupunun xx xxxx 2017-ci ildə keçirilən növbəti iclasında artıq işlərin nöqsanlarla və ləngimələrlə yerinə yetirildiyi müəyyən edilmişdir (iclas protokolunun surəti əlavə olunur). İşçi qrupunun xx xxxx 2017-ci ildə keçirilən iclasında isə ləngimələrin və çatışmazlıqların aradan qaldırılması üçün Podratçı təşkilata 10 (on) təqvim günü vaxt verilməsi qərara alınmış və iclas protokolunun surəti Podratçı təşkilata göndərilmişdir. Həmin məsələyə münasibətini bildirən Podratçı təşkilatın direktoru isə xx xxxx 2017-ci il tarixli 08/2017 nömrəli məktubunda (məktubun surəti əlavə olunur) nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməkdə olduğunu və bu tədbirlər nəticəsində göstərilən nöqsanların aradan qaldırıldığını bildirmişdir. “Tədbirlərin görülməkdə olduğu” ifadəsi tədbirlərin görülməsinin davam etdiyini bildirir. Lakin həmin cümlədə də nöqsanların aradan qaldırıldığı bildirilir. Cümlənin əvvəli ilə sonu bir-biri ilə ziddiyyət təşkil edir. Ləngimələrlə bağlı isə ciddi irəliləyişin müşahidə edildiyi qeyd edilir. Eyni zamanda, həmin məktubla Podratçı təşkilat işlərin yerinə yetirilməsində nöqsan və ləngimələrin olduğunu etiraf etmişdir. İşçi qrupunun xx xxxx 2017-ci ildə keçirilən iclasında da tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində çatışmazlıqların olduğu qeyd edilmişdir. Podratçı təşkilat isə Müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirə bilməyəcəyini görərək müqavilənin müddətinin uzadılması barədə Sifarişçiyə müraciətlər ünvanlamışdır. Məsələn, Quba xalça emalatxanası üzrə işlərin xx xxxxxxx 2017-ci il tarixdə tamamlanması nəzərdə tutulduğu halda, işin təhvil verilməsinə 1 (bir) gün qalmış, yəni xx xxxxxxx 2017-ci il tarixdə Podratçı təşkilat Sifarişçiyə məktub ünvanlayaraq Müqavilənin müddətinin xx xxxxxx 2017-ci il tarixinədək uzadılmasını xahiş etmişdir. Bundan sonra da Sifarişçi ilə Baş Podratçı arasında imzalanmış Razılaşmalara əsasən işlərin yekunlaşdırılması müddəti dəfələrlə uzadılmışdır. Yəni, xx xxxxxxx 2017-ci il tarixli Razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixindək, xx xxxxxx 2017-ci il tarixli Razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixinədək və nəhayət, xx xxxxxx 2017-ci il tarixli Razılaşma ilə - xx xxxx 2018-ci il tarixinədək (həmin Razılaşmaların surətləri əlavə olunur). Lakin, bu müddət ərzində də işlər tamamlanaraq Sifarişçiyə təhvil verilməmişdir. Podratçının işləri yekunaşdıra bilməyəcəyini görüncə, məcburiyyət qarşısında qalaraq işlərin tamamlanması üçün xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı2 ASC ilə “Azersənaye İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır (müqavilənin surəti əlavə olunur) Sifarişçi (iddiaçı) tərəfindən Podratçı təşkilata (cavabdehə) dəfələrlə yazılı şəkildə müraciət edilərək, işlərin vaxtında və lazımi qaydada təhvil verilməsinin zəruri olduğunu, əks təqdirdə Müqavilə və qanunvericiliyə uyğun olaraq cərimə ödəmək məcburiyyətində olacağının bildirilməsinə baxmayaraq, Podratçı təşkilat tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir. Tərəflər arasında yaranmış mübahisəli məsələləri məsləhətləşmələr yolu ilə həll etmək məqsədi ilə AX-03/0148 nömrəli məktubla Podratçıya Pretenziya ilə müraciət edilmişdir. Lakin, Pretenziyada qaldırılan məsələyə Podratçı tərəfindən verilən xx xxxxxxxx 2018-ci il tarixli 33/2018 nömrəli cavab məktubunda məsələyə hər hansı məntiqi münasibət bildirilməmişdir (Pretenziyanın və ona cavab olaraq Sifarişçiyə ünvanlanmış cavab məktubunun surəti əlavə olunur). Müqaviləyə əsasən Quba xalça emalatxanası üzrə işlərin dəyəri ilkin olaraq 1 711 000 manat müəyyən edilmiş olsa da, xx xxxxxxxx 2017-ci il tarixli X2 ilə müqavilə üzrə işlərin dəyəri 1 661 000 (bir milyon altı yüz altmış bir min) manat olaraq razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.4-cü bəndinə əsasən, Podratçı müqavilə üzrə obyektin təhvil verilmə müddətini gecikdirildiyi hər gün üçün işlərin ümumi dəyərinin 0,5 faizi məbləğində cərimə ödəməlidir. Podratçı Cavabdeh1 MMC obyektin təhvil verilmə müddətini gecikdirmiş olduğundan, İddiaçı2 ASC-yə ödəyəcəyi cərimə məbləği ******* manat təşkil etmişdir. Lakin, müvafiq qanunvericilik normalarına görə müqavilə dəyərinin 10%-dən çox cərimə tətbiq edilməməsi və tərəflər arasında X4 nəzərə alınaraq, Baş Podrat Müqaviləsi üzrə Podratçı təşkilat tərəfindən Sifarişçiyə cərimə kimi ödəniləcək pulun miqdarı 166 100 (yüz altmış altı min yüz) manat məbləğində müəyyən edilmişdir. Daha sonra Cavabdeh1 İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin ilkin iddiasının rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, İddiaçı2 ASC-dən 1 219 089,90 (bir milyon iki yüz on doqquz min səksən doqquz manat 90 qəpik) manat əsas borc və 267 605,10 (iki yüz altmış yeddi min altı yüz beş manat 10 qəpik) manat X10 borcu olmaqla, ümumilikdə 1 486 695 (bir milyon dörd yüz səksən altı min altı yüz doxsan beş) manat məbləğində pul vəsaitinin tutulması, 261 982 (iki yüz altmış bir min doqquz yüz səksən iki) manat məbləğində anbar qalığı olan malmaterialın geri qaytarılması və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Cavabdeh1nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC (sifarişçi) ilə Cavabdeh1 MMC (icraçı) arasında xx xxxx 2017-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində, xx xxxxx 2017-ci ildə Tovuz rayonu Düz Cırdaxan kəndində, xx xxxxx 2017-ci ildə Xaçmaz rayonu Qaradağ-Buduq kəndində, xx xxx 2017-ci ildə Ağstafa şəhərində, xx xxx 2017-ci ildə İsmayıllı şəhərində, xx xxx 2017-ci ildə Qəbələ şəhərində, xx xxx 2017-ci ildə Quba şəhərində və xx xxxx 2017-ci ildə Qazax şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərinin yerinə yetirilməsinə dair Baş Podrat Müqaviləsi imzalanmışdır. X5 şərtlərinə əsasən İcraçı yuxarıda göstərilən ünvanlarda layihələşdirilən bir mərtəbəli xalça istehsalı binalannda tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, Sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımi şərait yaratmalı, işlərin nəticələrini qəbul etməli və müqavilə dəyərini ödəməlidir. Cavabdeh1 MMC İcraçı olaraq bütün layihələri uğurla başa çatdırmış və dövlət əhəmiyyətli layihələr olan həmin xalça emalatxanaları İddiaçı2 ASC tərəfindən istismara qəbul edilmişdir.Tikinti quraşdırma işlərinin müəyyən mərhələlərində İcraçının iradəsindən kənar olaraq (məsələn, hava şəraitinin əlverişsizliyi) işdə tikintinin ümumi vəziyyətinə təsir etməyəcək ölçülərdə gecikmələr olmuşdur. Ona görə də, Sifarişçi təşkilat xx xxxx 2017-ci ildə ləngimələr və çatışmazlıqların aradan qaldırılması üçün İcraçıya 10 gün vaxt vermiş və işçi qrupunun iclas protokolunun surətini İcraçıya göndərmişdir. xx xxxx 2017-ci il tarixli 08/2017 saylı məktubla Sifarişçiyə rəsmi olaraq bildirilmişdir ki, İcraçı tərəfindən görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmışdır. Sifarişçinin xüsusi olaraq vurğulamaqda olduğu “Tədbirlərin görülməkdə olduğu” ifadəsinə gəlincə, isə bildirilir ki, davam edən hər bir tikinti araşdırma və abadlaşdırma işlərində tədbirlərin görülməsinin davam etməkdə olması təbiidir. İcraçı işlərə başladığı andan, xüsusən də 2017-ci ilin iyun ayından etibarən sifarişçi İddiaçı2 ASC-nin rəhbərliyi İçraçının işinə hədsiz dərəcədə müdaxilələr etməyə başlamış, obyektlərdə çalışan mühəndis və texniki işçiləri əsassız olaraq obyektlərdən uzaqlaşdırmış, işləri heç bir mühəndislik təhsili və təcrübəsi olmayan şəxslərə həvalə etmişdir. İcraçı tərəf dəfələrlə şifahi və yazılı olaraq bu barədə "İddiaçı2” ASC-nin rəhbərliyinə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır (Məktub əlavə olunur). Digər tərəfdən İddiaçı2 ASC-nin rəhbərliyi qanunsuz olaraq, İcraçının hesabına daxil olan pulların təyinatını aparmış, İddiaçı2 ASC-dən İcraçının hesabına daxil olan vəsaitin xeyli hissəsini obyektlərin tikintisində, mal-materialların alınmasında heç bir iştirakı və əməyi olmayan şəxslərə və təşkilatlara köçürməyə göstəriş vermişdir. Ən kiçik bir etirazı belə şiddətlə qarşılayan, göstərişlərinin nöqtə-vergülünə toxunmadan icrasını tələb edən İddiaçı2 ASC rəhbərliyi İcraçı tərəfin heç bir etirazını dinləməmişdir. Sifarişçi olaraq belə bir hüququ olmadığı barədə İcraçının şifahi və yazılı müraciətlərinə də məhəl qoyulmamışdır (Məktub əlavə olunur). Görülmüş işlərin və alınmış mal-materialın pulunu İcraçıya ödəməkdən imtina edən İddiaçı2 ASC-yə xx xxxxxx 2017-ci il tarixli 29/2017 saylı Pretenziya göndərilmişdir. Pretenziyanın göndərilməsindən sonra Cavabdeh təşkilat 2017ci ilin dekabr ayından başlayaraq müqavilə və smeta üzrə görülən işlərdən ödəməli olduğu vəsaiti çox çətinliklə də olsa, hissə-hissə 2018-ci ilin sonuna qədər ödəmişdir. Müqavilə və smetada nəzərdə tutulmayan, lakin Sifarişçi təşkilatın istəyi ilə görülən əlavə işlərdən ödəməli olduğu 1 486 695 (bir milyon dörd yüz səksən altı min altı yüz doxsan beş) manatdan isə heç bir ödəniş edilməmişdir. Uzun müddət görülmüş işlərin və alınmış malmaterialın pulunu İcraçıya ödəməkdən imtina edən İddiaçı2 ASC rəhbərliyi ağlasığmaz iddialarla, təzyiq və şantajlarla İcraçı tərəfi qorxutmağa cəhd göstərmişdir. Məsələn, 2018ci ilin sentyabr ayında İcraçıya heç bir qanuni əsası və hüquqi bazası olmayan pretenziya göndərərək, İcraçıdan 8 rayonda tikilmiş və İddiaçı2 ASC tərəfindən faktiki istismara qəbul edilərək xalça istehsalına başladığı və rəsmi açılışının olduğu bu obyektlərə görə 28407876 manat cərimə ödənilməsini tələb etmişdir. Ağla, məntiqə və hüquqa tam zidd olan belə bir pretenziyaların absurd və əsassız olduğu, belə bir biabırçı mətnin altına imza atmanın təəssüf doğurduğu - İddiaçı2 ASC rəhbərliyinə cavab məktubu ilə bildirilmişdir (Cavab məktubu əlavə olunur). İddiaçı2 ASC rəhbərliyinin göstərişi və israrı ilə xalça istehsalı binalarının tikintisi və abadlaşdırılması prosesində müqavilələrdə və smetada nəzərdə tutulmayan əlavə işlər yerinə yetirilmişdir. Belə ki, İddiaçı2 ASC-nin sifarişi əsasında Quba şəhərində inşa edilən xalça istehsalı binasında müqavilədən və smetadan kənar 262966 manatlıq, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində tikilən xalça istehsalı binasında 262921 manatlıq, Qəbələ şəhərində tikilən xalça istehsalı binasında 249270 manatlıq, İsmayıllı şəhərində tikilən xalça istehsalı binasında 164030 manatlıq, Ağstafa şəhərində tikilən xalça istehsalı binasında 152460 manatlıq, Tovuz rayonu Düz Cırdaxan kəndində tikilin xalça istehsalı binasında 136090 manatlıq, Qazax şəhərində tikilən xalça istehsalı binasında 130572 manatlıq və Ağdam rayonu Quzanlı qəsəbəsində tikilən xalça istehsalı binasına 262966 manatlıq əlavə işlər görülmüşdür. İddiaçı2 ASC rəhbərliyinin göstərişi əsasında yerinə yetirilmiş müqavilədən kənar həmin işlərin ümumi həcmi ƏDV daxil ******* manat təşkil edir. Bu işlərin təhvil-təslim aktları (2 saylı forma) xx xxxxxx 2017ci il tarixli 34/2017 saylı müşaiyətedici məktubla İddiaçı2 ASC rəhbərliyinə təqdim edilmişdir. Lakin bu Aktlar İddiaçı2 ASC rəhbərliyi tərəfindən imzalanmamışdır. Təkrar olaraq xx xxxxxx 2018-ci il tarixli 02/2018 saylı məktubla İddiaçı2 ASC rəhbərliyinə müraciət edilərək, bu Aktların təsdiqlənib İcraçıya geri qaytarılması xahiş edilsə də, qarşı tərəf həmin müraciətə cavab belə verməmişdir. İsrarlı tələblər nəticəsində Sifarişçi təşkilat əlavə işlərin (müqavilədən kənar) 121061 manatlıq hissəsini təsdiqləmişdir. Belə ki, İsmayıllı şəhərindəki xalça istehsalı binası üzrə 6429 manat, Xaçmaz rayonunun Qaradağ- Buduq kəndindəki binada manat, Quba səhərindəki binada 5113 manat, Qəbələ şəhərindəki binada 5770 manat, Qazax şəhərindəki binada 4934 manat, Tovuz rayonu Düz Cırdaxan kəndindəki binada 9580 manat, Ağstafa şəhərindəki binada 5150 manat və Ağdam rayonu Quzanlı qəsəbəsindəki binada 44168 manat dəyərində smetada və müqavilədə nəzərdə tutulmayan əlavə işlər Sifarişçi tərəfindən qəbul edilərək imzalansa da, bu günədək həmin məbləğləri İcraçıya ödəməmişdir. Müqavilədənkənar və smetada nəzərdə tutulmayan əlavə işlərə görə ödəmə etməməyi qərarlaşdırmış İddiaçı2 ASC rəhbərliyi bu günlərdə bir akt tərtib edərək, müqavilədə və smetada nəzərdə tutulmayan əlavə işlərin guya Podratçı təşkilatın öz vəsaiti hesabına həyata keçirəcəyini öhdəsinə götürdüyünü göstərmiş və İcraçıdan bu aktı imzalamağı tələb etmişdir. Təbii ki, İcraçı belə bir aktı imzalamaqdan imtina etmişdir (Aktlar məktuba əlavə olunur). İcraçının həmin Aktları imzalamaqdan imtina etməsindən təşvişə düşən Sifarişçi təşkilat məhkəməyə iddia ərzəsi vermişdir. Sifarişçinin, guya İcraçının işləri yekunlaşdıra bilməyəcəyini görüncə məcburiyyət qarşısında qalaraq işlərin tamamlanması üçün xx xxxxxxxx 2018-ci ildə “xxxx” MMC ilə müqavilə bağlaması isə, İcraçıya ödəməli olduğu pulun 250000 manatını ödəməməsi üçün planlaşdırılmışdır. Belə ki, həmin təşkilatın rəhbəri İddiaçı2 ASC rəhbərliyinə yazmış olduğu bir əlyazmasında, görmüş olduğu işlərin ümumi dəyərinin 95000 manat olduğunu, “Qalan məbləğin də ASC rəhbərliyinin istəyinə uyğun” həll edəcəyini bildirmişdir (Əlyazmanın surəti əlavə olunur). Eyni zamanda, İcraçıya məxsus 261982 manat məbləğində olan və İcraçının anbar qalığı sayılan mal-material İddiaçı2 ASC tərəfindən qanunsuz saxlanılaraq geri qaytarılmamışdır. Bu barədə xx xxxxxx 2017- ci il tarixli 33/2017 saylı və xx xxxxxx 2018-ci il tarixli 01/2018 saylı məktublarla İddiaçı2 ASC-yə müraciət olunmuşdur. Lakin İddiaçı2 ASC həmişə olduğu kimi həmin müraciətlərə məhəl qoymamışdır. İddiaçı2 ASC-nin İcraçının görmüş olduğu əlavə işlərə görə yaranmış olan 1 486 695 manat borcunu ödəməməsi və qanunsuz olaraq saxladığı mal-materialın geri qaytarılmaması Cavabdeh1 MMC-nin işini iflic vəziyyətə salmışdır. Bu isə birbaşa olaraq İddiaçı2 ASC tərəfindən müqavilə şərtlərinin kobud surətdə pozulmasının əyani sübutudur. Podrat müqaviləsinin 2ci maddəsinin tələbinə əsasən Cavabdeh1 MMC yuxarıda adları çəkilən 8 rayonda layihələndirilən birmərtəbəli xalça istehsalı binalarının tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında tikib-təhvil vermişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Obyektlərin istismara qəbul aktları” da bunu təsdiq edir. Digər tərəfdən Cavabdeh1 MMCnin təqdim etdiyi 2 saylı Formaların ən sonuncuları 2017-ci ilin dekabr ayı olmaqla, İddiaçı2 ASC tərəfindən təsdiq edilmişdir. Bütün bu faktlar olduğu halda, İcraçının müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsini iddia etmək absurddur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 14/2020 saylı qətnaməsi ilə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı “pul tələbi” barədə iddia tələbi təmin edilmiş, Cavabdeh1ndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində cərimə (penya) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 166130 (yüz altmış altı min yüz otuz) manat məbləğində pul vəsaitinin İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiası üzrə cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətindən 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində borc və 5 (beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 121067,61 (yüz iyirmi bir min altmış yeddi manat 61 qəpik) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Sumqayıt Kommersiya Məhkəməsinin bu nəticəyə gəlməsi üçün heç bir qanuni əsası olmamışdır. Belə ki, ilkin iddia üzrə iddiaçının pul tələbi təmin edilərkən, hakim obyektin zamanında istismara hazır olduğunu və bunun Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Obyektlərin istismara qəbul aktı” və Sifarişçi tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli 2 saylı formaları nəzərə almamış və ya almaq istəməmişdir. Obyektin istismara hazır olmasını təsdiq edən ən mühüm fakt isə 2017-ci ilin dekabr ayında Quba şəhərindəki xalça istehsalı emalatxanasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın iştirakı ilə rəsmi açılışının olmasıdır. Amma nədənsə möhtərəm hakim bu qədər ciddi faktı da nəzərə almamışdır. Digər tərəfdən Sumqayıt Kommersiya Məhkəməsi Müqavilədən kənar əlavə işlərin məhkəmə mühəndis-texniki ekspertizanın rəyində də göstərildiyi kimi, olma faktını təsdiq etsə də, bu işlərin guya ki Cavabdeh1 MMC və ya digər icraçı tərəfindən yerinə yetirilib yetirilməməsinin öz təsdiqini tapmadığını bildirir. Əslində isə bu işlərin məhz tərəflərindən görülmüş olduğu xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli İddiaçı2 ASC rəhbərliyinə ünvanlanmış məktublardan, eyni zamanda xx xxxxxx 2017-ci il tarixli, 29/2017 saylı pretenziyadan da məlum olur. Bu işlərin məhz Cavabdeh1 MMC tərəfindən görüldüyü İddiaçı2 ASC tərəfindən hazırlanan və həmin ASC-nin baş mühasibi tərəfindən imzalanaraq, imzalanmaq üçün onlara təqdim olunan və tərəflərindən məhkəməyə təqdim olunan, müqavilədə və smetada nəzərdə tutulmayan əlavə işlərin guya podratçı təşkilatın öz vəsaiti hesabına həyata keçirəcəyini öhdəsinə götürdüyünü əks etdirən aktlar da təsdiq edir. Məhz imzalanmaq üçün onlara təqdim olunan bu aktları imzalamaqdan imtina etmələrindən təşvişə düşən İddiaçı2 ASC guya müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiklərini bildirərək məhkəməyə iddia ərizəsi vermişdir. Hesab edirlər ki, bu qədər ciddi və açıq faktlar nəzərə alınmadığı üçün Sumqayıt Kommersiya Məhkəməsi qeyri-obyektiv və əsaslandırılmamış qətnamə qəbul etmişdir. Buna görə də Sumqayıt Kommersiya Məhkəməsinin həmin qətnaməsi ləğv edilməli, qarşılıqlı iddianın tam təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, söhbət ilkin müqavilədən getmiş, onlara ödənilməmiş məbləğlər var. Məktublardan görünür ki, 260.000 manat əsas vəsaitdən ödənilməmişdir. Müqavilə üzrə öhdəlik 1 il təşkil edib. İşi bitirib, təhvil vermişlər. F2-lərin hamısınıda imzalar mövcuddur. İddiaçının onlara qarşı qaldırdığı faiz məbləği əsas müqavilədə görülmüş işlə bağlıdır. Əlavə işlər əsas müqavilədən əlavə görülmüş işlərdir. Onları İddiaçı2 rəhbərliyi sifariş etmişdir. Münasibətlər yüksək səviyyədə olduğu üçün həmin işləri müqavilədən kənar, qarşılıqlı razılaşma ilə yerinə yetirmişlər. Müqavilə ilə müəyyən olunmuşdur ki, baş podratçı podratçıları sifarişçi ilə razılaşdırmalıdır. Əlavə işlərə görə ödənişlər etmiş, İddiaçı2 isə onlara ödəməmişdir. Hətta o işləri kimlərin görməsi barədə videoçəkilişlər var. Ekspert xalça emalatxanasına getmiş, ona da zəng edib demişlər ki, ora nümayəndə göndərsin. Emalatxanada baxış olmuş, onu aktlaşdırmışlar. İddiaçının nümayəndəsi də onu imzalamışdır. Quba emalatxanasına gedəndə iddiaçının nümayəndəsi Azər İddiaçı1 zəng etdi və bildirdi ki, heç bir pozuntu yoxdur və aktı imzaladılar. Əsas müqavilə üzrə öhdəlik həcmi olmuşdur. Ekspert müəyyən etdi ki, 300 kv. m divar hörülmüş, 500 kv.m asfalt çəkilmişdir. Hər bir emalatxana abadlaşdırılanda 3000 manat ayrılır. Tərəfilərindən hər bir obyektə ən azı 20.000 manat xərclənmişdir. Bununla bağlı sübut isə forma 2-dir. F2-lər ən geci 2017-ci ilin dekabrında imzalanmışlar. Quba emalatxanasının açılışı olub, işlər bitib, onlarınsa iddiaçıda pulu qalmışdır. İşlər görülsə də, qarşı tərəf ödənişləri etmirdi və bu səbəbdən təklif edirdi ki, Razılaşmaları imzalasınlar, yalnız bundan sonra ödənişlər edilirdi. xx xxxx 2018-ci il tarixədək uzadılma barədə tərəflərin razılaşması yalnız formal olmuşdur, ödənişlərdə ləngimələr olduğu üçün qarşı tərəfin təklifi ilə həmin razılaşmaları imzalamışlar. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi X8 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, apelyasiya şikayətində şikayətçinin istinad etdiyi birinci fakt Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsidir. Burada o, ümumi söz yığınından başqa heç bir konkret fakta istinad etmir, hətta özünün imzaladığı və möhür vurduğu xx xxxxxxx 2017-ci il, xx xxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair razılaşmalara belə məhəl qoymur (Razılaşmalar iş materiallarına əlavə edilib). Nəzərə almır ki, həmin razılaşmalarla müqavilənin müddəti dəfələrlə, axırıncı dəfə xx xxxxxx 2017ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair razılaşma ilə müqavlənin müddəti xx xxxx 2018-ci il tarixədək uzadılmışdır. Buna səbəb isə inşa edilən xalça emalatxanalarında tamamlanma işlərinin başa çatdırılmaması olmuşdur. Dövlət rəhbərliyinin hər hansı bir tikinti obyekti ilə tanış olmasına istinad edərək işləri tamamlanmış kimi qələmə vermək bağlanmış müqavilənin şərtlərinə uyğun olmamaqla yanaşı ümumiyyətlə heç bir hüquq normasına sığmır. Apellyasiya şikayətində şikayətçinin istinad etdiyi ikinci «fakt» guya onlar tərəfindən görülmüş əlavə işlər və bununla bağlı verilmiş ekspert rəyinə məhkəmə tərəfindən verilən qiymətdir. Bu məsələdə şikayətçinin istəyi ondan ibarətdir ki, özü tərəfindən təkbaşına tərtib edilmiş nə onların, nə də digər başqa bir qurum tərəfindən imzalanmamış və təsdiq edilməmiş «sənədlər» məhkəmə tərəfindən mötəbər və qəbuledilən sübutlar kimi qiymətləndirilsin. Bundan başqa, əgər şikayətçi heç müqavilə öhdəliklərini yerinə yetirə bilməyibsə, əlavə işləri necə yerinə yetirib? Əlavə olaraq bildirirlər ki, İddiaçı2 ASC-nin səhmləri 100 faiz dövlətə məxsusdur və tikinti-quraşdırma və s. işlərə ayrılan vəsaitlər dövlət büdcəsinin vəsaitləridir. Hər hansı bir obyektin tikintisi, o cümlədən inşa edilən xalça emalatxanaları layihə-smeta sənədlərinə uyğun aparılır. Cəmiyyətin inşa edilən xalça emalatxanaları da həmin sənədlərə uyğun aparılmışdır. Əgər rəsmi olaraq əlavə işlər həyata keçirmək istəsəydilər, bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edib icazələr almalı; layihə - smeta sənədlərində müvafiq dəyişikliklər etdirməli; ya tender keçirməli, ya da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X7 Dövlət xidmətinə müraciət edərək işlərin yerinə yetirilməsi üçün bir mənbədən satınalma metodunu tətbiq etməklə müvafiq müqavilə bağlanılması üçün icazə almalıydılar. Onlar iddiaçı tərəfindən təsdiqlənməmişdir. Cavabdeh1 MMC əlavə heç bir iş görməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-14/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi - Cavabdeh1ndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində cərimənin İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1ndən 10 000 (on min) manat məbləğində cərimə (penya) İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə “icraçı” Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış xx xxx 2017-ci il tarixli Tikinti üçün Baş Podrat Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin müqavilə ilə müəyyən olan tapşırıqlarına əsasən “İcraçı” Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasında tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli, Sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımı şəraiti yaratmalı, işlərin nəticəsini qəbul etməli və müqavilə dəyərini ödəməlidir. Müqavilənin 2-ci bəndinə əsasən, Müqavilə üzrə İşlərin başlanma vaxtı - xx xxx 2017-cı il tarixi, İşlərin qurtarma vaxtı – xx xxxxxxx 2017-ci il tarixi müəyyən edilmişdir. Müqavilənin 3.2.4-cü bəndinə əsasən, İcraçı obyektin bu müqavilədə təhvil verilmə müddətinin pozulmasına görə, Sifarişçiyə hər gecikmə günü üçün müqavilə üzrə görüləcək tikinti işlərinin ümumi dəyərinin 0,5 faizi məbləğinə cərimə (penya) ödəyir. Müqavilənin 4-cü bəndinə əsasən,müqavilə üzrə görüləcək tikinti quraşdırma işlərin ümumi dəyəri smetaya uyğun olaraq ƏDV ilə birlikdə 1 711 000 (bir milyon yeddi yüz on bir min) manat təşkil edir. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli X1 görünür ki, sifarişçi «İddiaçı2” ASC ilə icraçı Cavabdeh1 MMC arasında Quba rayon Xalça emalatxanasının tikintisi üçün bağlanmış xx xxx 2017-ci il tarixli müqavilədə göstərilən qiyməti smetada göstərilən qiymətlə uyğunlaşdırmaqdan ötrü onlar “1 711 000” əvəzinə 1 661 000 (bir milyon altı yüz altmış bir min) manat (ƏDV daxil) hesab edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair Razılaşmadan görünür ki, “sifarişçi” İddiaçı2 ASC və “icraçı” Cavabdeh1 MMC Quba və Qazax rayonlarında inşa edilən Xalça emalatxanalarında işlər tam başa çatdırılmadığından, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində xx xxxxxx 2017-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair Razılaşmadan görünür ki, “sifarişçi” İddiaçı2 ASC və “icraçı” Cavabdeh1 MMC Quba və Qazax rayonlarında inşa edilən Xalça emalatxanalarında tamamlanma işləri tam başa çatdırılmadığından və Sifarişçiyə təhvil verilmədiyindən, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində xx xxxxxx 2017-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. İş materiallarında olan, “sifarişçi” İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli Müqavilənin müddətinin uzadılmasına dair Razılaşmadan görünür ki, “sifarişçi” İddiaçı2 ASC və “icraçı” Cavabdeh1 MMC Ağdam, Ağstafa, Tovuz, Qəbələ, İsmayıllı, Qazax, Quba və Xaçmaz rayonlarında inşa edilən Xalça emalatxanalarında tamamlanma işləri tam başa çatdırılmadığından və Sifarişçiyə təhvil verilmədiyindən, tərəflər arasında bağlanmış müqavilələrin müddətinin eyni şərtlər daxilində xx xxxx 2018-ci il tarixədək uzadılması barədə razılığa gəlmişlər. İş üzrə məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2020-ci il tarixli 25295 №-li Ekspert Rəyindən görünür ki, elektron qaimələrin reyestri, İddiaçı2 ASC-nin analitik uçot kitabı və «İddiaçı2” ASC tərəfindən Cavabdeh1 MMC-yə köçürülmüş vəsaitlərin çıxarış məlumatlarına əsasən Cavabdeh1 MMC-nin gördüyü işlərə görə «İddiaçı2” ASC tərəfindən Cavabdeh1 MMC-yə 2017-ci il ərzində 13665039,69 manat, 2018-ci il ərzində isə 1242931,83 manat məbləğində ödənişlər aparılmışdır. İş üzrə məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli 25364 №-li Ekspert Rəyindən görünür ki, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Ağdam, Tovuz, Ağsafa və Qazax rayonlarında İddiaçı2 Asıq Səhimdar Cəmiyyətinə məxsus inzibati binalarının inşası zamanı müxtəlif növ və eləcə də, gizli təmir işləri aparıldığından, həmin sahələrdə aparılmış yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılmalarına sərf olunmuş materialların və əmək haqqının miqdarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materialında və əlavə olunmuş Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmış (əlavə işlər üzrə təhvil-təslim) aktda göstərilən işlər araşdırılmış və faktiki olaraq həmin işlərin yerində olduğunu nəzərə alaraq, əlavə aparılan yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılma işlərinə cəmi 1.328.286,15 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. İş materiallarında olan İsmayıllı şəhərində, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində, Quba şəhərində, Qəbələ şəhərində, Qazax şəhərində, Tovuz rayonu Düz Cırdaxan kəndində, Ağstafa şəhərində və Ağdam rayonu Quzanlı qəsəbəsində layihələndirilən birmərtəbəli xalça istehsalı müəssisəsi binalarında əlavə tikinti-quraşdırma işlərinin görülməsi ilə əlaqədar tərtib edilərək, icraçı Cavabdeh1 MMC və sifarişçi «İddiaçı2” ASC tərəfindən təsdiq edilmiş Aktlara (8 ədəd Akt) əsasən müəyyən olunur ki, həmin Aktlarda göstərilən ünvanlarda yerləşən obyektlərdə aparılan əlavə xidmətlərin dəyəri ƏDV daxil olmaqla, cəmi 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat (6429,72 manat + 39914,67 manat + 5113,46 manat + 5770,05 manat + 4934,76 manat + 9580,80 manat + 5150,65 manat + 44168,50 manat) məbləğindədir və hər iki tərəf həmin Aktları imzalamış və möhürləmişdir. Əlavə işlərin görülməsi ilə əlaqədar tərtib edilmiş digər Aktlar isə sifarişçi İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmamış və möhürlənməmişdir. İş materillarında olan, sifarişçi İddiaçı2 ASC ilə icraçı “xxxx” MMC arasında bağlanılmış xx xxxxxxxx 2018-ci il tarixli Xidmətlərin Göstərilməsinə dair Müqavilədən görünür ki, həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin müqavilə ilə müəyyən olan tapşırıqlarına əsasən “İcraçı” Ağdam, Ağstafa, Tovuz, Qazax, Quba, Xaçmaz, Qəbələ və İsmayıllı rayonlarında tikinti-quraşdırma və abadlıq işlərinin həyata keçirildiyi vaxt yol verilmiş qüsurları aradan qaldırmaq xidmətini həyata keçirir. “Sifarişçi” isə işlərin aparılması üçün lazımi şəraiti yaratmalı, işlərin nəticəsini qəbul etməyi və xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə xidmətlər 2018-ci ilin oktyabr ayı ərzində Sifarişçiyə təhvil verilir (2-ci bənd). Müqavilə üzrə görüləcək xidmətlərin cəmi dəyəri ƏDV daxil 250000 (iki yüz əlli min) manat təşkil edir (4.1-ci bənd). Müqavilə imzalandığı andan qüvvəyə minir və xx xxxxxx 2018-ci il tarixinədək qüvvədədir (6.1-ci bənd). İş materiallarında olan İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə Dövlət Büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadəsinin auditinin nəticələrinə dair tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Auditor Hesabatının 2.1.9-ci bəndində göstərilir ki, İddiaçı2 ASC-nin işçi qrupu tərəfindən “Cavabdeh1" MMC-nin podratçısı olduğu 8 obyekt üzrə tərtib olunmuş “Qüsur aktları”na əsasən 250000 manat məbləğində işlərin yerində olmadığı aşkar olunmuş və “Qüsur aktlar”ı Qrupun üzvləri və Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmışdır. İş həcminin yerində olmaması səbəbindən “Cavabdeh1" MMC ilə “İddiaçı2" ASC arasında yaranmış 250000 manat məbləğində kreditor borcu azaldılmış və müvafiq mühasibat yazılışı verilmişdir. Həmin Hesabatın 3.5.1-ci bəndi ilə müəyyən olunur ki, "Tovuz Xalça istehsalı Emalatxanasının tikintisi" obyekti üzrə 174620,3 manat, "Qazax Xalça istehsalı Emalatxanasının tikintisi" obyekti üzrə 170393,5 manat və 6 rayon (Ağstafa, Qəbələ, ismayıllı, Xaçmaz, Quba, Ağdam) xalça istehsalı emalatxanaları üzrə 26285,5 manat olmaqla, ümumilikdə 371299,3 manat məbləğində artırılmış iş həcminin dəyərinin podratçı təşkilat "Cavabdeh1" MMC tərəfindən dövlət büdcəsinə ödənilərək bərpa edilməsi təklif olunmuşdur. Apelyasiya şikayətinin dəlillərindən görünür ki, ilkin iddia üzrə cavabdeh birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı mövqeyi ilə razılaşmamış və “Obyektlərin istismara qəbul aktı” və Sifarişçi tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli 2 saylı formalara əsaslanmışdır. Apelyasiya şikayətinin digər dəlili isə müqavilədən kənar əlavə işlərin məhkəmə mühəndis-texniki ekspertizanın rəyində də təsdiqlənməsi, birinci instansiya məhkəməsinin isə bunu nəzərə almaması ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığı hissəyə münasibətdə bildirir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində, Tovuz rayonu Düz Cırdaxan kəndində, Xaçmaz rayonu Qaradağ-Buduq kəndində Ağstafa şəhərində, İsmayıllı şəhərində, Qəbələ şəhərində, Quba şəhərində və Qazax şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binalarında əlavə tikintiquraşdırma işlərinin görülməsi ilə əlaqədar tərtib edilərək icraçı Cavabdeh1 MMC və sifarişçi «İddiaçı2” ASC tərəfindən təsdiq edilmiş Aktlara (8 ədəd Akt) əsasən həmin obyektlərdə əlavə görülən işlərə görə ƏDV daxil cəmi 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində pul vəsaitinin xərcləndiyi və həmin pul vəsaitinin Sifarişçi tərəfindən İcraçıya ödənilmədiyi təsdiq olunmuş, əlavə görülən işlərə görə qarşılıqlı iddia ərizəsində tələb olunan pul vəsaiti qalan hissədə öz təsdiqini tapmamışdır. Kollegiya qeyd edir ki, xx xxxx 2020-ci il tarixli 25364 №-li Ekspert Rəyində əlavə aparılan yenidənqurma, təmir-tikinti və ayrıla bilməyən yaxşılaşdırılma işlərinə cəmi 1.328.286,15 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmiş olsa da, həmin Rəydə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərfindən imzalanmış (əlavə işlər üzrə təhvil-təslim) aktlarına və faktiki olaraq həmin işlərin yerində olmasına görə qeyd olunan nəticəyə gəlindiyi qeyd olunmuşdur. Həmin Aktların 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində pul vəsaitini əks etdirən hissəsindən başqa, digər Aktlar Sifarişçi tərəfindən təsdiq edilməmiş və eləcə də, həmin əlavə işlərin görülməsinin Sifarişçi ilə razılaşdırılması, həmçinin yerində olan məlum işlərin məhz Cavabdeh1 MMC və yaxud, digər icraçı tərəfindən yerinə yetirilib-yetirilməməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən həmin ekspert Rəyi qeyd olunan halın müəyyən edilməsində mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa, Cavabdeh1 MMC apelyasiya şikayətində “261982 (iki yüz altmış bir min doqquz yüz səksən iki) manat məbləğində anbar qalığı olan mal-materialın geri qaytarılması” barədə tələb irəli sürsə də, şikayətdə həmin mal-materialın hansı əsasla tələb olunması əsaslandırılmamış, məhkəmə kollegiyasının iclasında şikayətin dəlilinin əsaslılığı ilə bağlı heç bir mötəbər sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin tələbin təmin olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “sifarişçi” İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə “icraçı” Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli Tikinti üçün Baş Podrat Müqaviləsi bağlanmış, həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin müqavilə ilə müəyyən olan tapşırıqlarına əsasən “İcraçı” Quba şəhərində layihələndirilən bir mərtəbəli xalça istehsalı binasında tikinti-quraşdırma və abadlaşdırma işlərini vaxtında təhvil verməli olmuş, Sifarişçi isə öz növbəsində işlərin aparılması üçün lazımı şəraiti yaratmalı, işlərin nəticəsini qəbul etməli və müqavilə dəyərini ödəməli olmuşdur. Müqavilə üzrə İşlərin başlanma vaxtı - xx xxx 2017-cı il tarixi, İşlərin qurtarma vaxtı – xx xxxxxxx 2017-ci il tarixi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan tərəflər arasında imzalanmış Razılaşmalara istinad edərək qeyd etmişdir ki, həmin sübutlarla İcraçının məlum Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, Razılaşmalara əsasən həmin işlərin görülmə müddəti son olaraq xx xxxx 2018-ci il tarixinədək (xx xxxxxxx 2017-ci il tarixli razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixindək, xx xxxxxx 2017-ci il tarixli razılaşma ilə - xx xxxxxx 2017-ci il tarixinədək və xx xxxxxx 2017-ci il tarixli razılaşma ilə - xx xxxx 2018-ci il tarixinədək) uzadılmışdır. Buna əsaslanan məhkəmə ilkin iddia tələbini tam təmin etməklə Cavabdeh1 MMC-dən 166100 manat məbləğində cəriməni (penya) İddiaçı2 ASC-nin xeyrinə tutmuşdur. Kollegiya həmin əsaslarla iddianın tam təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir. İş materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli X1 görünür ki, sifarişçi «İddiaçı2” ASC ilə icraçı Cavabdeh1 MMC arasında Quba rayon Xalça emalatxanasının tikintisi üçün bağlanmış xx xxx 2017-ci il tarixli müqavilədə göstərilən qiyməti smetada göstərilən qiymətlə uyğunlaşdırmaqdan ötrü onlar “1711000” əvəzinə 1 661 000 (bir milyon altı yüz altmış bir min) manat (ƏDV daxil) hesab edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan hər iki tərəfin rəhbərliyinin imzası və möhürü ilə təsdiqlənmiş qiymət cədvəlindən görünür ki, Quba şəhəri, 16-cı məhəllə, Fətəli xan küçəsində layihələndirilən bir mərtəbəli xalça istehsalı müəssisəsi binasının iş həcmi 1.661.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarından görünür ki, artıq iyul ayından başlayaraq ilkin iddia üzrə cavabdeh 1.661.000 manat məbləğində qiymətləndirilmiş işləri hissə-hissə təhvil verməyə başlamışdır. Belə ki, 2017-ci ilin iyul ayında 434 064.04 manat, 2017-ci ilin avqust ayında 278 501.93 manat, 2017-ci ilin sentyabr ayında 272 092, 97 manat, 2017-ci ilin oktyabr ayında 113 069,06 manat, 2017-ci ilin noyabr ayında 76 263.14 manat və son dəfə 2017-ci ilin dekabr ayında 487 008, 88 manat məbləğində iş Cavabdeh1 MMC tərəfindən təhvil verilmiş və həmin işlər İddiaçı2 ASC tərəfindən təhvil alınmışdır. Həmin təhvil alınmış işlərin məbləği müqavilə məbləği ilə tam üst-üstə düşür (434 064.04 manat+278 501.93 manat+ 272 092, 97+ 113 069,06+113 069,06+ 76 263.14 manat+ 487 008, 88manat=1 661 000, 02 manat) və müvafiq aktlar hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzası və möhürü ilə təsdiqlənmişlər. Beləliklə, aktlarla təsdiqlənir ki, ən geci 1 661 000 manat məbləğində iş dekabr ayında iddiaçıya təhvil verilmişdir. Müqavilə müddətinin bitdiyi oktyabr ayında ilkin iddia üzrə cavabdeh artıq 1 097 728 milyon manat məbləğdə işi iddiaçıya təhvil vermişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi özü də apelyasiya şikayətində və məhkəmə iclasında verdiyi izahatında həmin aktlara istinad edərək işlərin ən geci dekabr ayında iddiaçıya təhvil verildiyini bildirmişdir. Həmçinin mətbuatda dərc olunmuş kütləvi informasiya vasitələrinin məlumatlarında İddiaçı2 ASC-nin Quba filialının 2017-ci il dekabrın 7-də istifadəyə verildiyi öz əksini tapmışdır. (iş mat, İ c, səh 142). Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Qazax xalça emalatxanası istisna olmaqla, digər yeddi rayonda yerinə yetirilmiş müqavilədən kənar işlərin 2 saylı formaları iddiaçıya göndərilmişdir. Həmin məktubun məzmunundan müəyyən olunur ki, 25 dekabrda nəinki əsas işlər, əlavə işlər də artıq görülmüş və ilkin iddia üzrə iddiaçıya təhvil verilmişdir. Bundan başqa, əlavə işlərin görülməsi ilə bağlı hər iki tərəfin təsdiq etdiyi 121062,61 (yüz iyirmi bir min altmış iki manat 61 qəpik) manat məbləğində olan 8 akt da 2017-ci ildə imzalanmışdır. Beləliklə iddiaçının iddia etdiyi kimi, podratçının müqavilə üzrə obyektin təhvil verilmə müddətini gecikdirdiyi 383 günlə bağlı qeyd olunmalıdır ki, həmin müddət 2017-ci il 20 oktyabr- dekabr tarixi ilə məhdudlaşır. Yəni, cavabdeh yalnız oktyabr-dekabr ayları ərzində ləngimələrə yol vermişdir. Birinci instansiya məhkəməsi əlavə işlərin görülməsi ilə bağlı işdə olan və hər iki tərəfin imzaladığı, möhürlə təsdiqlədiyi 8 akta istinad edərək qarşılıqlı iddianı haqlı olaraq qismən təmin etsə də, ilkin iddianı tam təmin edərkən iş üzrə mötəbər sübut hesab olunan yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarına heç bir münasibət bildirməmişdir.(iş mat. İİ cild, səh 211-241) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsədüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə (cərimə) pulu almaq tələbinin qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin 3.2.4-cü bəndinə əsasən, İcraçı obyektin bu müqavilədə təhvil verilmə müddətinin pozulmasına görə, Sifarişçiyə hər gecikmə günü üçün müqavilə üzrə görüləcək tikinti işlərinin ümumi dəyərinin 0,5 faizi məbləğinə cərimə (penya) ödəyir. Göründüyü kimi, dəbbə ödənilməsini tərəflər müqavilə ilə müəyyən etmişlər. Bu baxımdan, iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbi qanuni tələbdir. Podrat müqaviləsi üzrə cavabdehin işi gecikmələrlə təhvil verməsi də öz təsdqini tapır. Mülki Məcəllənin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə müraciət edən zaman cavabdehdən 166.100 (yüz altmış altı min yüz) manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi razılaşmalara əsasən işlərin görülmə müddətinin son olaraq xx xxxx 2018-ci il tarixinədək uzadılmasını əsas gətirərək iddianı tam təmin etmişdir. Məhkəmə kollegiyasının yuxarıda qeyd olunan araşdırmasından görünür ki, işlərin görülmə müddətinin xx xxxx 2018-ci il tarixədək uzadılması barədə tərəflərin razılaşması yalnız formal olmuş, cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə kollegiyasının iclasında ödənişlərdə ləngimələr olduğu üçün qarşı tərəfin təklifi ilə həmin razılaşmaları imzaladığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimənin məbləği ilə razlaşmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən podrat müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Nəzərə alınsa ki, müqavilə üzrə artıq iyul ayından başlayaraq işlər hissə-hissə iddiaçıya təhvil verilmişdir və gecikdirilən günlər iddiaçının iddia etdiyi kimi deyil oktyabrdekabr aylarında olmuşdur, 166 100 manat cərimə hesablanması ağlabatan sayıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu hissəsində iddia tələbini tam – 166.100 manat məbləğində təmin edərkən birinci instansiya məhkəməsi işin qeyd olunan bu hallarını nəzərə almamışdır. Buna görə də məhkəmə kollegiyası əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi gecikdirməyə görə 166100 manat məbləğində dəbbə pulu borcunun tutulması hissəsində dəyişdirilərək, həmin məbləğ 10 000 (on min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-14/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi - Cavabdeh1ndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində cərimənin İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh1ndən 10 000 (on min) manat məbləğində cərimə (penya) İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 384.0.3-cü, 392, 393 və 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-14/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi - Cavabdeh1ndən 166100 (yüz altmış altı min yüz) manat məbləğində cərimənin İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1ndən 10000 (on min) manat məbləğində cərimə (penya) İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-12/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-12/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver