Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-13/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X26 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi Vəkil2, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X22 şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla) qarşı “torpaq sahəsindən və üzərində olan tikilidən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması, tikilidən və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikilinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 195/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X22 şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı “torpaq sahəsindən və üzərində olan tikilidən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə "xxxx" X19 Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən İddiaçı istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla beşinci sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikilinin (mobil telefonlar və aksessuarlar mağazası) onun öz hesabına sökülməsi, tikililərin "X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə İddiaçı yaradılmış və 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon X9 Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli Qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik Müəssisəsinə ayrılmışdır. Bundan sonra müəssisədə tikinti quraşdırma işləri başlanmış, qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında İddiaçı adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikinti quraşdırma işləri başa çatdıqdan sonra obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə İddiaçı texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m. olan ticarət yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə müəssisəyə ayrılmış torpaq sahəsi barədə İddiaçınə X16 Hüququna dair JN-1287 KOD 30300001 Dövlət Aktı verilmişdir. xx.xx.2014ci il tarixli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X13r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m. olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli İddiaçı adına qeydə alınmışdır. "xxxx" Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi özünə məxsus qeyri-yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. Bu yaxınlarda müəssisədə yenidənqurma, tikinti və təmir işlərinin həyata keçirilməsi ilə bağlı İddiaçınə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin ölçülməsi həyata keçirilmiş və bu zaman məlum olmuşdur ki, müəssisəyə daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin bir hissəsi (təxminən 45 kv.m.-ə yaxın) Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prosekti tərəfindən 6-cı sıradakı mağaza) 45 kvadrat metr sahə Cavabdeh tərəfindən zəbt edilmiş, orada mağaza tikilmiş və mağazada mobil telefonlar və aksesuarlar satılır. Cavabdeh müəssisəyə məxsus torpaq sahəsindən tikdiyi tikilidən istifadə etməsi nəticəsində külli miqdarda qazanc əldə edir. Cavabdehin bu hərəkətləri nəticəsində İddiaçı daimi istifadəsinə verilmiş torpaq sahəsindən tam olaraq stifadəyə maneə yaranmış, iddiaçıya verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq tam istifadə edə bilməməsi nəticəsində zərər görmüşdür. Cavabdeh iş üzrə İddiaçınə qarşı “torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağa istifadə hüququnun və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Quba rayon XDS-nin Rəyasət heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Quba şəhəri, 29-cu məhəllə ünvanında daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsindən 45 kv.metr torpaq sahəsinə istifadə hüququnun və həmin torpaq sahəsinin üzərində yerləşən tikilinin cavabdeh tərəfindən ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə istifadə və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması, torpağın istifadə hüququna dair çıxarışın və torpağın üzərində yerləşən tikiliyə daşınmaz əmlakın mülkiyyət hüququna dair çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2001-ci ilin əvvəlində dostları Məmmədrəsul və Məmmədhüseyn qardaşları Cavabdeh bildirmişlər ki, Quba şəhəri, 29-cu məhəllədə onların mağazalarının yaxınlığında “X21" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X23 müəssisənin istifadəsində olan torpaq sahəsinə istifadə hüququnu və üzərində olan yarımçıq tikilini satır. Onlar həmin torpaq sahəsini və üzərində olan yarımçıq tikilini almağı məsləhət görmüşlər. Cavabdeh dostlarının təklifi əsasında 2001-ci ilin fevral ayının əvvəlində X23 ilə görüşərək bu barədə razılığa gəlmişlər. Belə ki, İddiaçı Quba rayon XDS-nin Rəyasət heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında istifadəsində olan, dövlətə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsindən 54 kv.metr torpaq sahəsinin istifadə hüququnun və torpaqın üzərində olan yarımçıq tikilinin Cavabdeh o vaxtkı pulla iki milyona satılması barədə razılığa gələrək 15 fevral 2001-ci il tarixində Quba rayon Birinci Dövlət Notariat Kontoruna gedərək tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin yarımtikili mağazanı Cavabdeh alandan sonra o vaxtkı pulla yeddi milyon vəsait qoyaraq tam inşa etdirərək tikintisini başa çatdırmışdır. O, həmin mağazanı alarkən ölçmə işləri aparmamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, həmin mağazanın ərazisi alqı-satqı müqaviləsində göstərilən kimi 54 kvadrat metr yox, faktiki 45 kvadrat metrdir. Cavabdeh bununla bağlı İddiaçı direktoru olmuş mərhum X2 dəfələrlə müraciət edərək satılan mağazanın sahəsinin alqı-satqı müqaviləsində göstəriləndən 9 kv.metr az olduğunu bildirərək ondan verilən pulun bir hissəsinin qaytarılmasını tələb etsə də, heç-bir nəticə olmamışdır. Hazırda İddiaçı direktoru və İddiaçı yaradan təsisçilərindən olmuş X20, atası İddiaçı direktoru olduğu zaman Quba şəhəri 29-cu məhəllədə yerləşən torpaq sahəsinə istifadə hüququnun və üzərində yerləşən yarımçıq tikilinin Cavabdeh satılmasından xəbərsiz olduğu görüntüsünü yaradaraq, məhkəməni aldadaraq, iddia ərizəsində bildirir ki, bu yaxınlarda müəssisədə yenidənqurma, tikinti və təmir işlərinin həyata keçirilməsi ilə bağlı İddiaçınə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin ölçülməsi həyata keçirilmiş və bu zaman məlum olmuşdur ki, müəssisəyə daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin bir hissəsi (təxminən 45 kvadrat metrə yaxın) Tofiq Əhmədov küçəsi (Heydər Əliyev prospekti tərəfindən 6-cı sıradakı mağaza) 45 kvadrat metr sahə Cavabdeh tərəfindən zəbt edilmiş, orada mağaza tikilmiş və mağazada mobil telefonlar və aksessuarlar satılır. Cavabdehin bu hərəkətləri nəticəsində İddiaçı daimi istifadəsinə verilmiş torpaq sahəsindən tam olaraq istifadəyə maneə yaranmış, iddiaçıya verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq tam istifadə edə bilməməsi nəticəsində zərər görmüşdür. İddiaçı direktoru tərəfindən 2001-ci ildə Cavabdeh satılan torpağa istifadə hüququnun və üzərində olan tikilinin qanunsuz yolla geri alınması hazırda müəssisənin direktoru olan X14 əsassız varlanmasına səbəb olacaqdır. Artıq iyirmi iki ildir ki, Tofiq Əhmədov küçəsində yerləşən dövlətə məxsus 45 kvadrat metr torpaq sahəsi və üzərində olan mağaza Cavabdeh istifadəsindədir. Cavabdeh dostları Məmmədrəsul və Məmmədhüseyn qardaşlarının şahidliyi ilə 2001-ci ildə İddiaçı Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı əsasında istifadəsində olan dövlətə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsindən 54 kvadrat metr torpaq sahəsinə istifadə hüququ və torpağın üzərində olan yarımçıq tikili iki milyona X23 tərəfindən Cavabdeh satılmışdır. Lakin 15 fevral 2001-ci il tarixində Quba rayon Birinci Dövlət Notariat Kontorunda tərəflər arasında bağlanılmış alqısalqı müqaviləsində yarımçıq tikilinin satılması göstərilsə də, Cavabdeh məlum olmayan səbəblərə görə torpağın istifadə hüququnun satılması göstərilməmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Quba rayon X9 Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə İddiaçı daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən İddiaçı istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kv.m. olan tikilinin (ət dükanının) onun öz hesabına sökülməsi, tikililərin İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(027)-901/2023 nömrəli qərardadı ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti təmin edilmiş, İddiaçı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X22 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə istifadə və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(027)-901/2023 nömrəli işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil1 Sumqayıt Kommersiya Məhkəməsinə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı, Quba XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Quba şəhəri, 29-cu məhəllə ünvanında daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsinin üzərində yerləşən, 45 kvadrat metr tikilinin cavabdeh tərəfindən Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə hüququnun və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə İddiaçı daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən və üzərində olan tikilidən İddiaçı istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində olan və cavabdeh tərəfindən istifadə edilən Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45kv.m.olan tikilidən (ət dükanı) və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikilinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 Sumqayıt Kommersiya Məhkəməsinə “iddia müddətinin tətbiqinə dair” ərizə verərək ümumi iddia tələbləri üzrə 10 il müddət, müqavilə tələbləri üzrə 6 il müddət olduğunu nəzərə alaraq, hər iki halda iddia müddətinin keçdiyini (22 il), qarşılıqlı iddiaçının həmin müddətlərin üzərində 10 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq, qarşılıqlı iddiaçının tələbləri üzrə iddia müddəti keçdiyinə görə həmin iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 195/2024 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə İddiaçı istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən və üzərində olan tikilidən İddiaçı istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, "xxxx" X19 Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində olan və Cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikilidən (ət satışı mağazası) və torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin tikili və torpaq sahəsinin boşaldılaraq İddiaçınə təhvil verilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin cavabdеh Cavabdeh tutularaq X3 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 195/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İddiaçı MMCnin qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququnun gələcəkdə yarana biləcəyinə əsaslanır – yəni məhkəmə özü etiraf edir ki, mübahisəli torpaq sahəsinə hal-hazırda İddiaçı MMC-nin mülkiyyət hüququ mövcud deyil. Belə olduğunda, iddiaçının mübahisə predmeti kimi iddia etdiyi torpaq sahəsinə aid iddia qadırmağa ümumiyyətlə subyektiv hüququ olub-olmaması məsələsi prosesin başlanğıcında məhkəmə tərəfindən araşdırılmalı idi. Belə ki, məhkəmənin qətnaməsində göstərildiyi kimi, torpaq sahəsinin qanuni istifadəçisi İddiaçı MMC-nin qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququ yarana biləcəyinin nəyə əssaslandığı araşdırılmamışdır. Torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə 1992-ci ildə verilmişdir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il, 19 dekabr tarixli, 659 nömrəli Fərmanının 3-cü bəndinə ,Əsasnamənin 2-ci bəndinə əsasən, 4-cü bəndinə əsasən, 11-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.1-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 60-cı maddəsinə əsasən, İddiaçı MMC-nin 1992-ci ildən indiyə qədər onun istifadəsinə verilmiş torpaq sahəsini ya dövlətdən satın almalı, ya da icarəyə götürməli idi. İddiaçı MMC isə bunların heç birini etməmişdir. Belə olduğunda, İddiaçı MMC-nin göstərilən torpaq sahəsinə münasibətdə hüquqi statusu (mülkiyyətci və ya icarədar) müəyyən olunmadan onun bu torpaq sahəsinə aidiyyatda subyektiv hüququ olan iddiaçı kimi məhkəmə tərəfindən qəbul olunması əsassızdır. Yuxarıdakı halda qətnamədə məhkəmənin İddiaçı MMC-nin qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququnun gələcəkdə yarana biləcəyinə əsaslanması düzgün deyil. Belə ki, İddiaçı MMC 1992-ci ildən hal-hazıra qədər, 32 il ərzində istifadəsində olan torpağı ya özəlləşdirməli, ya da icarəyə götürməli idi. İddiaçı MMC isə torpağın ona istifadəyə verilməsindən sui-istifadə edərək, bunların heç birini etməyib. Bu halda mübahisəli əmlaka İddiaçı MMC-nin gələcəkdə mülkiyyət hüququnun yarana biləcəyi əsası ilə onun iddianı qaldırmağa subyektiv hüququnun məhkəmə tərəfindən qəbul olunması və nəticə etibarı ilə onun iddiasının təmin olunması hal-hazırda mövcud olmayan hüquq əsasında qanunsuz məhkəmə qərarının çıxarılmasına gətirib çıxarmışdır. Hakim qətnamədə Mülki Məcəllənin 152.1, 152.3, 157.2, 157.4, 157.8-ci maddələrinə əsaslanır. Bu maddələrdə daşınmaz əmlaka mülkiyyət hüququndan, ona mənsub əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları əsasında mülkiyyətçinin və ya sahibin hüquqlarının təminatından bəhs olunur.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bununla əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənədin təqdim edilməməsi onun həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Lakin Sumqayıt Kommersiya Məhkəməsi iddiaçının iddia ərizəsi əsasında heç bir yeni və ya əlavə sübutları araşdırmadan və hər hansı maddi hüquq normasına əsaslanmadan, 19 sentyabr 2024-cü il tarixli qətnaməsində İddiaçı MMC-nin qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququnun gələcəkdə yarana biləcəyinə əsaslanmışdır. Halbuki, həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisənin predmeti olan torpaq sahəsinin İddiaçı MMC-nin mülkiyyətində və ya icarəsində olması barədə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Burada həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmış və digər mülkiyyət növünə keçməmişdir. Məhz bu səbəbdən müvafiq səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Bu səlahiyyət İddiaçı MMC-də yoxdur. Torpaq və mülki qanunvericilik daşınmaz əmlaka (o cümlədən torpaq sahəsinə) dair tam mülkiyyət hüququnu həmin hüquq müvafiq dövlət orqanında rəsmi qeydiyyata alındıqda tanıyır. Lakin Sumqayıt Kommersiya Məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə İddiaçı MMC-nin mübahisəli torpaq sahəsinə dair gələcəkdə yarana biləcək hüququnu heç bir əsas gətirmədən mülkiyyət hüququ kimi qiymətləndirmişdir. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. İddiaçı MMC 2014-cü ildə "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisi kimi qeydiyyatdan keçmişdir və onun yeganə təsisçisi X13r. "xxxx" Kiçik Müəssisəsi isə 26 iyun 1995-ci ildə dövlət qeydiyyatına alınmışdır və onun 5 təsisçisindən biri də X13r. "xxxx" Kiçik Müəssisəsinin tikdiyi yarımçıq tikilini Cavabdeh 2001-ci ildə həmin dövrdə "xxxx" Kiçik Müəssisəsinin müdiri olmuş X7 müəssisənin adından satmışdır. Belə ki, kiçik müəssisənin 1995-ci ildə təsdiq olunmuş Nizamnaməsinin 6-1-ci bəndinə görə, müəssisənin müdiri müəssisənin fəaliyyəti və inkişaf perspektivləri barədə müstəqil qərarlar qəbul edir. Bu halda X7 müəssisənin adından müstəqil qərarlar qəbul etməklə, onun əmlakına sərəncam verməkdə də səlahiyyətli olmuşdur. Həmçinin məhkəmə "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisi olan İddiaçı MMC-nin yeganə təsisçisi olan X10 2001-ci ildə - yarımçıq mağaza tikilisinin Cavabdeh satıldığı vaxt kiçik müəssisənin fəaliyyətindəki rolunu, mağazanın yarımçıq tikilisinin satılmasına həmin dövrdə onun münasibətini və həmin dövrdə kiçik müəssisənin digər təsisçilərinin bu məsələyə münasibətini araşdırmamışdır. Məhkəmə 2000-2001-2002-ci illər üçün "xxxx" Kiçik Müəssisəsinin təsisçilərinin ümumi yığıncaqlarının nömrələnmiş protokollarını İddiaçı MMC-dən tələb edərək, almalı idi ki, həmin dövrdə mağazanın yarımçıq tikilisinin satılması məsələsinin kiçik müəssisədə müzakirə olunub-olunmamasını aydınlaşdırsın. "xxxx" Kiçik Müəssisəsinin digər təsisçiləri də məhkəmə prosesinə cəlb olunmalı idilər. Belə ki, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən bu təsisçilərin də hüquqlarına toxunulan hüquqi hərəkət edilmişdir və onların da bu müqavilə ilə əlaqədar fikirləri məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Cavabdeh mağazanın yarımçıq tikilisi satılmışdır. Ona torpaq sahəsi satılmamışdır. Mağazanın yerləşdiyi torpaq sahəsi İddiaçı MMC-nin istifadəsində olmaqla, dövlət mülkiyyətində qalmışdır və həmin torpaq sahəsinin sərəncamvericisi Əmlak Məsələləri Dövlət Xidmətidir. Deməli, həmin torpaq sahəsi ilə əlaqədar sərəncam vermək və bununla əlaqədar istənilən hüquq dövlət mülkiyyətində olan torpaq sahəsinin balans saxlayıcısı kimi ƏMDX-nə məxsusdur və bu tip iddiaları ancaq ƏMDX qaldıra bilər. Bundan əlavə İddiaçı MMC iddia qaldırdığı 2023-cü ilə qədər Cavabdeh onun mağazasının yerləşdiyi torpaq sahəsinə görə haqq almışdır (bu haqqı İddiaçı MMC torpaq vergisi adı ilə almışdır. Lakin bu haqq əslində torpaqdan istifadəyə görə haqqdır (icarə haqqı da adlandırmaq olar). Baxmayaraq ki, bu haqq istənilən halda İddiaçı MMC tərəfindən vətəndaşdan qanunsuz formada alınıb, bu hal özü-özlüyündə İddiaçı MMC-nin Cavabdeh satılmış yarımçıq mağaza tikilisinin ona satılmasına razılığı kimi qiymətləndirilməlidir. Məhkəmədən bir xahişimiz də var. Cavabdeh satılmış yarımçıq tikililər kimi çoxlu sayda yarımçıq tikililər həmin dövrdə başqa şəxslərə də satılmışdır və bütün bu dövr ərzində həmin şəxslərdən torpaq vergisi adı ilə İddiaçı MMC tərəfindən qanunsuz olaraq haqq yığılmışdır. Məhkəmədən Cavabdeh münasibətdə bu məsələnin dərindən araşdırılmasını və vətəndaşdan qanunsuz pul alınması halı müəyyən olunarsa, bu məsələyə aydınlıq gətirilməsi üçün xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş edirlər. Qarşılıqlı iddia ərizəsinin təmin olunmaması hissəsində də hakim düzgün qərar qəbul etməmişdir. Belə ki, hakim qarşlıqlı iddia ərizəsini dərindən araşdırmamış və ərizədə göstərdikləri sübutlara qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 ilkin iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisinə görə "xxxx" Kiçik müəssisəsinə ayrılmışdır. İş materiallarında olan 15 fevral 2001-ci il tarixində Quba rayon Birinci Dövlət Notariat Kontorunda Cavabdeh ilə X23 arasında bağlanılmış 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 107 nömrəli qərarı ilə ona məxsus olan Quba şəhəri 29-cu məhəllədə 54 kvadrat metr yarımçıq tikilini 2 milyon manata Cavabdeh satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. İş materiallarında olan tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 11 mart 2005-ci il tarixli aktından görünür ki, tikintisi başa çatdırılmış ticarət yarmarkası obyektinin istismara qəbul edilməsi barədə vətəndaş "xxxx" kiçik müəssisəsinin direktoru X15 müraciətinə əsasən qəbul komissiyası tərəfindən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət yarmarkası obyektinə baxış keçirilmiş və komissiya müəyyən etmişdir ki, tikinti-quraşdırma işləri başa çatmış ticarət xidməti obyekti Quba şəhərində, 29-cu məhəllədə yerləşir, obyektin inşa olunduğu torpaq sahəsi Quba rayon XDS-nin Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 saylı qərarı ilə ayrılmışdır, obyektin tikinti-quraşdırma işlərinin layihəsi “Vüsal-94” firması tərəfindən 1993-cü tarixdə işlənmiş və baş memar tərəfindən təsdiq edilmişdir, obyektin tikinti-quraşdırma işləri 10 dekabr 2004-cü ildə başa çatdırılmışdır, tikinti-quraşdırma işlərinin aparılmasına icazə Quba rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 107 saylı qərarı ilə verilmişdir. İş materiallarında olan əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən 16 mart 2006-cı ildə tərtib olunmuş texniki pasportdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən "xxxx" Kiçik Müəssəsinin tikinti altı sahəsi 2866,7 kv.m, ümumi sahəsi 2517,1 kv.m.sahəsi, əsas 2517,1 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m.olan ticarət yarmarkasına "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m.olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8034 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikili (ət satışı mağazası) Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992ci il tarixli, 107 nömrəli qərarı ilə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1,50 ha torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsinə və ya tikiliyə dair dövlət reyestrindən çıxarış aşkar olunmamışdır. İş materiallarında olan 15 iyul 2024-cü il tarixli, 5/578 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Cavabdeh ilə X23 arasında 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh ilə X23 arasında 15 fevral 2001- ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhür əksi 10 avqust 2001-ci il tarixli 40, 39 nömrəli şəhadətnamələrin üzərlərindəki “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi* Quba r-on Birinci Dövlət Notariat Kontoru* Döv. notariusu X4” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Təqdim edilmiş Cavabdeh ilə X23 arasında 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhür əksi 31 may 2001ci il tarixli, 18 nömrəli, 2 iyun 2001-ci il tarixli, 22 nömrəli, 24 iyul 2001-ci il tarixli, 33 nömrəli şəhadətnamələrin üzərlərindəki “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/742 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsində “imzalar” qrafasındakı 2-ci imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 15 fevral 2001-ci il tarixli 4Ə9 reyestr nömrəli alqı-satqı müqaviləsində “İmzalar” qrafasındakı 1 -ci imza - X23 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsində “Dövlət notariusu” qrafasındakı imza - X5 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin 4-cü hissəsinin birinci cümləsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinin 21 aprel 2006-cı ilədək qüvvədə olmuş redaksiyasına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Quba rayon X9 Rəyasət heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 saylı qərarına əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “X17 ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyat vəsiqəsinə əsasən isə qeyd olunan ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. 16 mart 2006-cı il tarixdə əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən "xxxx" kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, 31 mart 2006cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m.olan ticarət yarmarkası dövlət qeydiyyatına alınmışdır. Daha sonra 10 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m.olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8034 nömrəli ekspert rəyində göstərilir ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikili (ət satışı mağazası) Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı ilə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1,50 ha torpaq sahəsində yerləşir və həmin tikiliyə dair dövlət reyestrindən çıxarış aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etmiş və bunu qətnamədə onunla əsaslandırmışdır ki, Quba rayon X9 Rəyasət heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 saylı qərarına əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə İddiaçınə ayrıldığından, mübahisələndirilən ümumi sahəsi təxminən 45 kvadrat metr tikili həmin torpaq sahəsində yerləşdiyindən və tikilinin altında yerləşən torpaq sahəsinin qanuni istifadəçisi İddiaçı qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququ yarana biləcək. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməmiş və bunu qətnamədə onunla əsaslandırmışdır ki, dövlət reyestrində qeydə alınmamış həmin tikili alqı-satqı yolu ilə Cavabdeh satıla bilməzdi. Çünki Cavabdeh "xxxx" Kiçik Müəssisəsi MMC-nin daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsinin üzərində yerləşən 45 kvadrat metr tikilini almağa hüquqi əsaslar olmamışdır. Qarşılıqlı iddiaçı əqdə istinad edərək alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınmasını tələb etsə də, Paşa Ağayevin bağlamış olduğu əqd qanunsuz olmuşdur. Həmçinin qeyd etmişdir ki, Cavabdeh iddia etdiyi 45 kvadrat metr tikili ilə bağlı əsassız varlanmadan irəli gələn və yaxud zərərin ödənilməsini nizama salan maddi hüquq normalarına istinad etməklə verdiyi pulu və düşdüyü zərəri tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakları qeyd edir. İş materiallarına əsasən müəyyən edilir ki, Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisinə görə "xxxx" Kiçik müəssisəsinə ayrılmış, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2517,1 kv.m. olan ticarət yarmarkasına xx.xx.2006-cı il tarixdə, ümumi sahəsi 2454,4 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə dair isə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının daimi istifadəsinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. Özgənin qanunsuz sahibliyindən hər hansı əmlakı geri tələb etmək hüququ isə yalnız mülkiyyətçi və ya digər qanuni əsaslarla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan yuxarıda qeyd edilən işin hallarına əsasən də müəyyən edilir ki, iddiaçı hazırda mübahisə predmeti olan torpaq sahəsinə qanuni sahiblik edir. Yuxarıda qeyd edilmiş xüsusatlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi iddiaçının subyektiv hüququnun olmamasına dair dəlili əsaslı deyildir. Həmçinin kollegiya qeyd edir ki, Quba Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində də müəyyən edilmişdir ki, cavabdehin istifadə etdiyi 45 kvadrat metr olan tikili “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1,50 ha torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.3-cü maddəsinin 21 aprel 2006cı ilədək qüvvədə olmuş redaksiyasına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır.Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Yuxarıda qedy olunanlardan görüdüyü kimi əhəmiyyətsiz əqdlərin özlüyündə etibarsız olduğundan həmin əqdlərin etibarsız hesab edilməsi üçün hər hansı müddət nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi cavabdehin 45 kv.m. tikilidən çıxarılması ilə bağlı cavabdehə 10.000 (on min) kompensasiya verilməsinə razı olduğunu məhkəmə kollegiyasının iclasında bildirsə də, cavabdeh həmin məbləğlə razı olmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd etdiyi “Cavabdeh iddia etdiyi 45 kvadrat metr tikili ilə bağlı əsassız varlanmadan irəli gələn və yaxud zərərin ödənilməsini nizama salan maddi hüquq normalarına istinad etməklə verdiyi pulu və düşdüyü zərəri tələb edə bilməsi” kimi hüquqi mövqeyi ilə razılaşır və həmçinin qeyd edir ki, cavabdeh qanunun analogiyası qaydasında( Mülki Məcəllənin 11-ci maddəsi) Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən yarımçıq tikilinin bərpası ilə əlaqədar zəruri məsrəflərin əvəzinin ödənilməsini müvafiq iddia üzrə iddiaçıdan tələb edə bilər. Göründüyü kimi, hazırki halda iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, cavabdehin isə qeyd edilən mübahisəli torpaq sahəsinə və orada yerləşən 45 kv.m. tikiliyə dair hər hansı bir hüququ yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 195/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-13/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-13/2025
04.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Sair mülki iş - Torpaq sahəsinin bölünməsi - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver