Məhkəmə qərarları › İş №2-2(119)-195/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-195/2024

19.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Sair mülki iş - Torpaq sahəsinin bölünməsi - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-195/2024 19.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X23 şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı “torpaq sahəsindən və üzərində olan tikilidən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması, tikilidən və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikilinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X23 şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı “torpaq sahəsindən və üzərində olan tikilidən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən İddiaçı istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla beşinci sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikilinin (mobil telefonlar və aksessuarlar mağazası) onun öz hesabına sökülməsi, tikililərin "X22” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə İddiaçı yaradılmış və 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon X9 Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli Qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik Müəssisəsinə ayrılmışdır. Bundan sonra müəssisədə tikinti quraşdırma işləri başlanmış, qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında İddiaçı adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, Əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006cı ildə İddiaçı texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan ticarət yarmarkası xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə müəssisəyə ayrılmış torpaq sahəsi barədə İddiaçınə X16 Hüququna dair JN-1287 KOD 30300001 Dövlət Aktı verilmişdir. xx.xx.2014ci il tarixli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarışa əsasən "xxxx" Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X13r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi xx.xx.2014-cü il qeydiyyat tarixli İddiaçı adına qeydə alınmışdır. "xxxx" Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi özünə məxsus qeyri-yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. Bu yaxınlarda müəssisədə yenidənqurma, tikinti və təmir işlərinin həyata keçirilməsi ilə bağlı İddiaçınə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci İl tarixli 107 nömrəli qərarı ilə şəhərin 29cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin ölçülməsi həyata keçirilmiş və bu zaman məlum olmuşdur ki, müəssisəyə daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin bir hissəsi (təxminən 45 kv.m yaxın) Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prosekti tərəfindən 6-cı sıradakı mağaza) 45 kvadrat metr sahə Cavabdeh tərəfindən zəbt edilmiş, orada mağaza tikilmiş və mağazada mobil telefonlar və aksesuarlar satılır. Cavabdeh müəssisəyə məxsus torpaq sahəsindən tikdiyi tikilidən istifadə etməsi nəticəsində külli miqdarda qazanc əldə edir. Cavabdehin bu hərəkətləri nəticəsində İddiaçı daimi istifadəsinə verilmiş torpaq sahəsindən tam olaraq istifadəyə maneə yaranmış, iddiaçıya verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq tam istifadə edə bilməməsi nəticəsində zərər görmüşdür. 10 may 2023-cü il tarixdə Cavabdeh iş üzrə İddiaçınə qarşı “torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağa istifadə hüququnun və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Quba rayon XDS-nin Rəyasət heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Quba şəhəri, 29-cu məhəllə ünvanında daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsindən 45 kv.metr torpaq sahəsinə istifadə hüququnun və həmin torpaq sahəsinin üzərində yerləşən tikilinin cavabdeh tərəfindən ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə istifadə və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması, torpağın istifadə hüququna dair çıxarışın və torpağın üzərində yerləşən tikiliyə daşınmaz əmlakın mülkiyyət hüququna dair çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2001-ci ilin əvvəlində dostları Məmmədrəsul Məmmədhüseyn qardaşları Cavabdeh bildirmişlər ki, Quba şəhəri, 29-cu məhəllədə onların mağazalarının yaxınlığında “X22" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X24 müəssisənin istifadəsində olan torpaq sahəsinə istifadə hüququnu və üzərində olan yarımçıq tikilini satır. Onlar həmin torpaq sahəsini və üzərində olan yarımçıq tikilini almağı məsləhət görmüşlər. Cavabdeh dostlarının təklifi əsasında 2001-ci ilin fevral ayının əvvəlində X24 ilə görüşərək bu barədə razılığa gəlmişlər. Belə ki, İddiaçı Quba rayon XDS-nin Rəyasət heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında istifadəsində olan, dövlətə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsindən 54 kv.metr torpaq sahəsinin istifadə hüququnun və torpaqın üzərində olan yarımçıq tikilinin Cavabdeh o vaxtkı pulla iki milyona satılması barədə razılığa gələrək 15 fevral 2001-ci il tarixində Quba rayon Birinci Dövlət Notariat Kontoruna gedərək tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin yarımtikili mağazanı Cavabdeh alandan sonra o vaxtkı pulla yeddi milyon vəsait qoyaraq tam inşa etdirərək tikintisini başa çatdırmışdır. O, həmin mağazanı alarkən ölçmə işləri aparmamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, həmin mağazanın ərazisi alqı-satqı müqaviləsində göstərilən kimi 54 kvadrat metr yox, faktiki 45 kvadrat metrdir. Cavabdeh bununla bağlı İddiaçı direktoru olmuş mərhum X2 dəfələrlə müraciət edərək satılan mağazanın ərazisinin alqı-satqı müqaviləsində göstəriləndən 09 kv.metr az olduğunu bildirərək onu verilən pulun bir hissəsinin qaytarılmasını tələb etsə də, heç-bir nəticə olmamışdır. Hazırda İddiaçı direktoru və İddiaçı yaradan təsisçilərindən olmuş X21, guya ki, atası İddiaçı direktoru olduğu zaman Quba şəhəri 29-cu məhəllədə yerləşən torpaq sahəsinə istifadə hüququnun və üzərində yerləşən yarımçıq tikilinin Cavabdeh satılmasından xəbərsiz olduğu görüntüsünü yaradaraq, məhkəməni aldadaraq, iddia ərizəsində bildirir ki, bu yaxınlarda müəssisədə yenidənqurma, tikinti və təmir işlərinin həyata keçirilməsi ilə bağlı İddiaçınə Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29cu məhəlləsində daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin ölçülməsi həyata keçirilmiş və bu zaman məlum olmuşdur ki, müəssisəyə daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin bir hissəsi (təxminən 45 kvadrat metrə yaxın) Tofiq Əhmədov küçəsi (Heydər Əliyev prospekti tərəfindən 6-cı sıradakı mağaza) 45 kvadrat metr sahə Cavabdeh tərəfindən zəbt edilmiş, orada mağaza tikilmiş və mağazada mobil telefonlar və aksessuarlar satılır. Cavabdehin bu hərəkətləri nəticəsində İddiaçı daimi istifadə verilmiş torpaq sahəsinin tam olaraq istifadəyə maneə yaranmış, iddiaçıya verilmiş torpaq sahəsindən təyinatına uyğun olaraq tam istifadə edə bilməməsi nəticəsində zərər görmüşdür. İddiaçı direktoru tərəfindən 2001-ci ildə Cavabdeh satılan torpağa istifadə hüququnun və üzərində olan tikilinin qanunsuz yolla geri alınması hazırda müəssisənin direktoru olan X14 əsassız varlanmasına səbəb olacaqdır. Artıq iyirmi iki ildir ki, Tofiq Əhmədov küçəsində yerləşən dövlətə məxsus 45 kvadrat metr torpaq sahəsi və üzərində olan mağaza Cavabdeh istifadəsindədir. Cavabdeh dostları Məmmədrəsul və Məmmədhüseyn qardaşlarının şahidliyi ilə 2001-ci ildə İddiaçı Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı əsasında istifadəsində olan dövlətə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsindən 54 kvadrat metr torpaq sahəsinə istifadə hüququ və torpağın üzərində olan yarımçıq tikili iki milyona X24 tərəfindən Cavabdeh satılmışdır. Lakin 15 fevral 2001-ci il tarixində Quba rayon Birinci Dövlət Notariat Kontorunda tərəflər arasında bağlanılmış alqı-salqı müqaviləsində yarımçıq tikilinin satılması göstərilsə də, Cavabdeh məlum olmayan səbəblərə görə torpağın istifadə hüququnun satılması göstərilməmişdir. 17 may 2023-cü il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Quba rayon X9 Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə İddiaçı daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən İddiaçı istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45kv.m olan tikilinin (ət dükanının) onun öz hesabına sökülməsi, tikililərin İddiaçı istifadə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(027)-901/2023 nömrəli qərardadına əsasən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 vəsatəti təmin edilmiş, İddiaçı üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X23 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçınə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə istifadə və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(027)-901/2023 nömrəli işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 01 fevral 2024-cü il tarixdə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı, Quba XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Quba şəhəri, 29-cu məhəllə ünvanında daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsinin üzərində yerləşən, 45 kvadrat metr tikilinin cavabdeh tərəfindən Cavabdeh satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə hüququnun və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 mart 2024-cü il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı İddiaçı daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən və üzərində olan tikilidən İddiaçı istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində olan və cavabdeh tərəfindən istifadə edilən Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45kv.m olan tikilidən (ət dükanı) və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikilinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12 mart 2024-cü il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə “iddia müddətinin tətbiqinə dair” ərizə verərək ümumi iddia tələbləri üzrə 10 il müddət, müqavilə tələbləri üzrə 6 il müddət olduğunu nəzərə alaraq, hər iki halda iddia müddətinin keçdiyini (22 il), qarşılıqlı iddiaçının həmin müddətlərin üzərində 10 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etdiyini nəzərə alaraq, qarşılıqlı iddiaçının tələbləri üzrə iddia müddəti keçdiyinə görə həmin iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 12 mart 2024-cü il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə qarşılıqlı iddia tələbinə dair etiraz təqdim edərək qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin əsassız olduğundan (iddia müddətinin tətbiqi barədə ərizənin də nəzərə alınaraq) rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçının iddia etdiyi müqavilə heç bir hüquqi nəticələr yaratmır. Ona görə ki, hazırkı iddia tələbini İddiaçı irəli sürmüşdür. Qarşılıqlı iddiada iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə özü başdan ayağa etibarsızdır. Həmin müqavilənin İddiaçınə heç bir aidiyyəti yoxdur. Ona görə ki, müqavilədə X8 şəhəri 29-cu məhəllədə 54 kvadrat metr yarımçıq tikilini satdığını qeyd etmiş, müqavilə İddiaçı adından bağlanılmamışdır. Həmin müqavilədə İddiaçı möhürü yoxdur, İddiaçı adı heç bir yerdə qeyd edilmir və X24 fərdi bir şəxs kimi göstərilir. X15 İddiaçınə aid hər hansı bir əmlakın satılması qeyd edilməmişdir. Bundan əlavə X24 İddiaçınə məxsus hər hansı bir əmlakı sata da bilməzdi. Ümumiyyətlə, İddiaçı hər hansı bir əmlakının notariat qaydasında satılması zamanı həmin əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Mülkiyyət hüququ əldə edilməmiş əmlakın satılması barədə bağlanılmış müqavilələr bağlanıldığı andan etibarsızdır. Göstərilənlərə əsasən X15 özünə aid olmayan, mülkiyyət hüququ qeydə alınmamış hər hansı əmlakın öz adından satılması barədə bağladığı müqavilə etibarsız olduğundan heç bir hüquqi nəticə doğurmur. Bundan başqa iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi müəssisədə tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə İddiaçı texniki pasportu tərtib edilmişdir. Yəni ilk dəfə 16 mart 2006-cı il tarixdə İddiaçı ərazisində tikilmiş tikililər dövlət qeydiyyatına alınmışdır. Lakin qarşılıqlı iddiaçının hazırda istifadə etdiyi mağaza İddiaçı texniki pasportunda qeydə alınmamış, qanunsuz tikilidir. Ümumiyyətlə həmin ərazidə tikinti tikilməsi üçün İddiaçı tərəfindən heç bir icazə verilməmişdir. Cavabdeh İddiaçındə olan boşluqdan istifadə edərək müəssisəyə ayrılmış torpaq sahəsində qanunsuz olaraq mağaza tikmiş, həmin mağazanı icarəyə vermiş, bu müddət ərzində oradan külli miqdarda gəlir əldə etmişdir. Halbuki İddiaçı həmin mağazanın yerləşdiyi torpaq sahəsinə görə vergi ödəyicisidir və müvafiq vergiləri daimi olaraq ödəyir. Qarşılıqlı iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalan və uydurmalardan ibarətdir. İddiaçı rəsmi olaraq heç bir yarımçıq tikilini qarşılıqlı iddiaçıya satmamışdır. Sata da bilməzdi, ona görə ki, həmin vaxt tikililər dövlət qeydiyyatına alınmamışdır. Qarşılıqlı iddiaçının tikilisi isə hal-hazırda da qeydiyyatda deyildi. İddiaçınə məxsus ilk dəfə 2006-cı il tarixdə verilən texniki pasportda həmin ərazi boş ərazi kimi göstərilir. Qarşılıqlı cavabdehin məhkəməyə təqdim etdiyi müqavilənin İddiaçınə heç bir aidiyyəti yoxdur, müqavilədə İddiaçı yarımçıq tikilini satması barədə heç bir qeyd yoxdur. Həmin müqavilədə İddiaçınə məxsus torpaq sahəsinin istifadəyə verilməsi barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan yarımçıq tikili barəsində heç bir müqavilə notarial qaydada təsdiqlənə bilməzdi. Belə müqavilələr bağlanıldığı andan etibarsızdır. Həmin yarımçıq tikilinin harada yerləşməsi, qarşılıqlı iddiaçının iddia etdiyi hazırda istifadəsində olan mağaza binasına hansı aidiyyətinin olması da məlum deyildir. 02 aprel 2024-cü il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh istifadəsində olan mağaza müstəqil tikili deyildir. Belə ki, cavabdehin istifadə etdiyi mağazanın sağ və sol divarları qonşu tikililərin divarlarıdır. Bundan əlavə İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsinə görə dövlətə vergi ödəyir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) bu vaxta kimi vergi ödəməmiş, əksinə onun yerinə İddiaçı ödəmişdir. Bundan başqa İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində yerləşən mağaza binasından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) çıxdıqdan sonra ona həmin mağazanın iki divarının (arxa və qabaq) və tavanın tikintisi üçün, həmçinin boyaq və digər işlər üçün çəkdiyi xərcləri ödəməkdən imtina etmir. 12 sentyabr 2024-cü il tarixdə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadında deyilir ki, "Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir." "Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Göründüyü kimi, qarşılıqlı iddiaçı alqı-satqı müqaviləsinə əsasən iddia tələbini əsaslandırır. Həmin müqavilə - əqd əqdlərin forma və məzmunua riayət edilmədiyi üçün, bağlanılma qaydaları pozulduğu üçün, satıla bilməyən qeydiyyatdan keçməyən, mövcud olmayan əmlakın alqı-satqısı həyata keçirildiyi üçün əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd bağlandığı andan əhəmiyyətsiz əqddir. Göstərilən həmin qərardadda da qeyd edilir ki, əhəmiyyətsiz əqdlərlə bağlı ayrıca tələb irəli sürülməsi yolverilməzdir. Əqdən irəli gələn tələbə baxılarkən əqdin etibarsızlığına da qiymət verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin və etirazın məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. Eyni zamanda o, məhkəməyə təqdim edilən yeni yarmarkanın baş planında mübahisləndirilən 45 kvadrat metr tikilinin yerləşdiyi ərazinin tikili inşa etmək üçün deyil, avtodayanacaq üçün nəzərdə tutulduğunu, həmin 45 kvadrat metr tikilinin dövlət qeydiyyatına alınmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil qarşılıqlı qarşılıqlı iddia ərizəsinin və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda çıxış edərək bildirmişdir ki, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 İddiaçı ilə X3 arasında baş vermiş məhkəmə mübahisələrini, "xxxx" X20 Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında olan məhkəmə mübahisələrini eyniləşdirərək, "xxxx" Kiçik Müəssisəsi MMC ilə X3 arasında baş vermiş məhkəmə mübahisələrinə dair bir sıra məhkəmə aktlarını nümunə (presedent) kimi elektron məhkəmə informasiya sisteminə yükləyərək məhkəmədə çaşqınlıq yaradır. Belə ki, “Fərid" X20 Məsuliyyətli Cəmiyyəti ilə X3 arasında baş vermiş məhkəmə mübahisələri ilə “Fərid" X20 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh arasında olan məhkəmə mübahisəsi eyni qəbildən olan mübahisələr olsa da, hər iki məhkəmə mübahisəsinin hüquqi əsasları ayrıdır. Belə ki, X1 xx.xx.1999-cu il tarixli alqısatqı müqaviləsinə əsasən satın aldığı 24 kvadrat metr yarımçıq tikili 15 fevral 2000-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 30 dekabr 1999-cu il tarixli müqavilə bağlanan zaman "xxxx" Kiçik Müəssisəsinin adına hər hansı bir tikili dövlət qeydiyyatına alınmamışdır. Həmin tikilinin də daxil olduğu digər ticarət obyektləri 30 dekabr 1999-cu il tarixli alqı-satqı müqaviləsindən sonra, yəni 15 fevral 2000-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə “Fərid" Kiçik Müəssisəsi MMC-nin keçmiş direktoru Paşa Ağayevlə alqı-satqı müqaviləsi isə 15 fevral 2001-ci il tarixdə bağlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları ilə sübut edilir ki, Cavabdeh həmin yarımçıq tikilini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüququnun qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyat vəsiqəsinə əsasən "xxxx" Kiçik Müəssisəsinin ərazisində yerləşən bütün ticarət və ictimai iaşə binaları, həmçinin X27 Rüstəmov arasında bağlanılmış 15 fevral 2001-ci il tarixli, alqı-satqı müqaviləsinə əsasən satın aldığı 45 kvadrat metr yarımçıq tikili də 15 fevral 2000-ci il tarixdə “Fərid" Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin ərazisində yerləşən bütün ticarət və ictimai iaşə binaları, həmçinin də Cavabdeh satılan yarımçıq tikili 15 fevral 2000-ci il tarixdə X10 adına qeydiyyatdan keçdikdən sonra 15 fevral 2001-ci il tarixində Cavabdeh tam qanuni şəkildə satılmışdır. İddiaçı iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh həmin mağazadan çıxartmağa heç bir subyektiv hüququ yoxdur. Ona görə ki, həmin mağazanı Cavabdeh yarımçıq tikili şəklində alaraq, xeyli miqdarda pul vəsaiti xərcləyərək tikintini yekunlaşdırmışdır. "xxxx" X20 Məsuliyyətli Cəmiyyətində yenidən tikinti quraşdırma işləri aparıldıqdan sonra, RX serialı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv m olan əmlak kompleksi xx.xx.2014-cü il tarixdə onun adına qeydiyyata alınarkən Paşa Ağayev tərəfindən 15 fevral 2001-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılan tikili "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə daxil edilməmişdir. İddia tələbinin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsində istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, topraq sahəsinin müvafiq hissəsində istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirməsi üçün əsas deyil. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binalar və qurğuları uçurmaq hüququna malikdir. Bundan əlavə İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə1 tərfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizənin heç bir hüquqi əsası yoxdur. Cavabdeh öz hüquqlarının pozulmasını İddiaçı MMC-nin ona qarşı Quba Rayon Məhkəməsində əsasız iddia tələbi qaldırdığı 09 mart 2023-cü il tarixdə bilmişdir. Bundan əlavə Cavabdeh Azərbayca Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin rəisi Fuad Əkbərovun 29 mart 2023-cü il tarixli cavab məktubundan sonra bilmişdir ki, X27 Rüstəmov arasında bağlanılmış 15 fevral 2001-cı il tarixli alqı-satqı müqaviləsinin bir nüsxəsini və müqaviləyə aid olan digər sənədləri o vaxtkı Quba rayonu birinci dövlət notariat kontorunun dövlət notariusu X17 Notariat Arxivinə təhvil verməmişdir və ondan sonra Cavabdeh alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin tikilinin altında yerləşən 45 kv.metr torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik müəssisəsinə ayrılmışdır. İş materiallarında olan 15 fevral 2001-ci il tarixində Quba rayon Birinci Dövlət Notariat Kontorunda Cavabdeh ilə X24 arasında bağlanılmış 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 107 nömrəli qərarı ilə ona məxsus olan Quba şəhəri 29-cu məhəllədə 54 kvadrat metr yarımçıq tikilini 2 milyon manata Cavabdeh satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. İş materiallarında olan tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 11 mart 2005-ci il tarixli aktından görünür ki, tikintisi başa çatdırılmış ticarət yarmarkası obyektinin istismara qəbul edilməsi barədə vətəndaş "xxxx" kiçik müəssisəsinin direktoru X15 müraciətinə əsasən qəbul komissiyası tərəfindən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət yarmarkası obyektinə baxış keçirilmiş və komissiya müəyyən etmişdir ki, tikinti-quraşdırma işləri başa çatmış ticarət xidməti obyekti Quba şəhərində, 29-cu məhəllədə yerləşir, obyektin inşa olunduğu torpaq sahəsi Quba rayon XDS-nin Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 saylı qərarı ilə ayrılmışdır, obyektin tikinti-quraşdırma işlərinin layihəsi “Vüsal-94” firması tərəfindən 1993-cü tarixdə işlənmiş və baş memar tərəfindən təsdiq edilmişdir, obyektin tikinti-quraşdırma işləri 10 dekabr 2004-cü ildə başa çatdırılmışdır, tikinti-quraşdırma işlərinin aparılmasına icazə Quba rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 107 saylı qərarı ilə verilmişdir. İş materiallarında olan əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən 16 mart 2006-cı ildə tərtib olunmuş texniki pasportdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən "xxxx" Kiçik Müəssəsinin tikinti altı sahəsi 2866,7 kv.m, ümumi sahəsi 2517,1 kv.m sahəsi, əsas 2517,1 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan ticarət yarmarkasına "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Quba Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(027)-901/2023 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8034 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikili (ət satışı mağazası) Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992ci il tarixli, 107 nömrəli qərarı ilə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1,50 ha torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsinə və ya tikiliyə dair dövlət reyestrindən çıxarış aşkar olunmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2-2(119)-195/2024 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları təyin edilmişdir. İş materiallarında olan 15 iyul 2024-cü il tarixli, 5/578 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Cavabdeh ilə X24 arasında 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh ilə X24 arasında 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhür əksi 10 avqust 2001-ci il tarixli 40, 39 nömrəli şəhadətnamələrin üzərlərindəki “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi* Quba r-on Birinci Dövlət Notariat Kontoru* Döv. notariusu X5” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Təqdim edilmiş Cavabdeh ilə X24 arasında 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhür əksi 31 may 2001ci il tarixli, 18 nömrəli, 2 iyun 2001-ci il tarixli, 22 nömrəli, 24 iyul 2001-ci il tarixli, 33 nömrəli şəhadətnamələrin üzərlərindəki “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarında olan 07 avqust 2024-cü il tarixli, 3-16-16/2-4/742 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsində “imzalar” qrafasındakı 2-ci imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsində “İmzalar” qrafasındakı 1 -ci imza - X24 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsində “Dövlət notariusu” qrafasındakı imza - X6 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, Quba rayon X9 Rəyasət heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 saylı qərarına əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “X18 ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyat vəsiqəsinə əsasən isə qeyd olunan ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. 16 mart 2006-cı il tarixdə əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən "xxxx" kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, 31 mart 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan ticarət yarmarkası dövlət qeydiyyatına alınmışdır. Daha sonra 10 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli 3-16-16/2- 10/8034 nömrəli ekspert rəyində göstərilir ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikili (ət satışı mağazası) Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı ilə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1,50 ha torpaq sahəsində yerləşir və həmin tikiliyə dair dövlət reyestrindən çıxarış aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və üzərində olan tikilidən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması, tikilidən və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikilinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair ilkin iddiası ilə bağlı qeyd edir ki, Quba rayon X9 Rəyasət heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 saylı qərarına əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə İddiaçınə ayrıldığından, mübahisələndirilən ümumi sahəsi təxminən 45 kvadrat metr tikili həmin torpaq sahəsində yerləşdiyindən və tikilinin altında yerləşən torpaq sahəsinin qanuni istifadəçisi İddiaçı qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququ yarana biləcəyindən ilkin iddia təmin edilməlidir. Məhkəmə Cavabdeh İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı qeyd edir ki, dövlət reyestrində qeydə alınmamış həmin tikili alqı-satqı yolu ilə Cavabdeh satıla bilməzdi. Çünki Cavabdeh "xxxx" Kiçik Müəssisəsi MMC-nin daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsinin üzərində yerləşən 45 kvadrat metr tikilini almağa hüquqi əsaslar olmamışdır. Qarşılıqlı iddiaçı əqdə istinad edərək alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınmasını tələb etsə də, Paşa Ağayevin bağlamış olduğu əqd qanunsuz olmuşdur. Buna görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bildirilir ki, araşdırılan mübahisə üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 yazılı ərizə ilə müraciət edərək qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenum qərarında göstərilən hüquqi mövqeni nəzərə alaraq məhkəmə qarşılıqlı iddia tələbi əsassız olduğundan qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin təqdim etdiyi iddia müddətinin tətbiq olunması barədə ərizənin tərəflər arasında yaranmış mövcud mübahisəyə tətbiqini zəruri hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh iddia etdiyi 45 kvadrat metr tikili ilə bağlı əsassız varlanmadan irəli gələn və yaxud zərərin ödənilməsini nizama salan maddi hüquq normalarına istinad etməklə verdiyi pulu və düşdüyü zərəri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı, Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə İddiaçı istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən və üzərində olan tikilidən "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində olan və Cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikilidən (ət satışı mağazası) və torpaq sahəsindən Cavabdeh çıxarılmalı, həmin tikili və torpaq sahəsi boşaldılaraq İddiaçınə təhvil verilməlidir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X4 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia tələbi təmin edilsin. Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə İddiaçı istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən və üzərində olan tikilidən İddiaçı istifadə etməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın, "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində olan və Cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikilidən (ət satışı mağazası) və torpaq sahəsindən Cavabdeh çıxarılsın, həmin tikili və torpaq sahəsi boşaldılaraq İddiaçınə təhvil verilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə və tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərcləri Cavabdeh aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar