Məhkəmə qərarları › İş №2-2(102)-362/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-362/2025

09.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-362/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X3 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla) “torpaq sahəsindən və üzərində olan tikilidən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması, tikilidən və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikilinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(105)-13/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Quba rayon X9 Rəyasət Heyətinin 1992-ci il 8 sentyabr tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü "xxxx" Kiçik müəssisəsinə ayrılmışdır.

2. Cavabdeh ilə X19 arasında 2001-ci il 15 fevral tarixli alqı-satqı müqaviləsi bağlanmış və Quba rayon Birinci Dövlət Notariat Kontorunda 4Ə-9 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, X8 rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il 8 sentyabr tarixli, 107 nömrəli qərarı ilə ona məxsus olan Quba şəhəri 29-cu məhəllədə 54 kvadrat metr yarımçıq tikilini 2 milyon manata Cavabdeh satmışdır.

3. Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 2000-ci il 15 fevral tarixində "xxxx" Kiçik Müəssisəsinin adına qeydə alınmış və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

4. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən 2006-cı il 16 mart tarixində texniki pasport tərtib olunmuş və həmin texniki pasporta görə, Quba şəhəri, 29-cu məhəllə ünva nında yerləşən "xxxx" Kiçik Müəssəsinin tikinti altı sahəsi 2866,7 kv.m, ümumi sahəsi 2517,1 kv.m sahəsi, əsas 2517,1 kv.m-dir.

5. Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan ticarət yarmarkasına "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququ 2006-cı il 31 mart tarixində dövlət qeydiyyatına alınmış və bu barədə Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

6. Quba şəhəri, 29-cu məhəllə ünvanında istifadədə olan 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 2014-cü il 10 iyu l tarixində ********** nömrəsi ilə qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxarış verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi (bundan sonra – “5 saylı Xaçmaz Ərazi İda rəsi”) cəlb olunmaqla Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı iddiaçının daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən və üzərində olan tikilidən iddiaçının istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçınını istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində olan və cavabdeh tərəfindən istifadə edilən Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kv.m olan tikilidən (ət dükanı) və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikilinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil v erilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Eyni zamanda, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı “torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpağa istifadə hüququnun və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Quba XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Quba şəhəri, 29-cu məhəllə ünvanında daimi istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsinin üzərində yerləşən, 45 kvadrat metr tikilinin iddiaçı tərəfindən cavabdehə satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin tikilinin altında yerləşən 45 kvadrat metr torpaq sahəsinə istifadə hüququnun və üzərində yerləşən tikiliyə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Quba Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 2(027)-901/2023 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmşdir.

10. İlk iddia onunla əsaslandırılmışdır ki, son dövrlərdə həyata keçirilən ölçmə işləri zamanı məlum olmuşdur ki, müəssisəyə daimi istifadəyə verilmiş 1,5 ha torpaq sahəsinin təxminən 45 kv.m hissəsi üçüncü şəxs – cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş, orada mağaza tikilmiş və ticarət fəaliyyəti aparılır. Bu qanunsuz tikili nəticəsində iddiaçının mülkiyyətində olan əraziyə müdaxilə edilmiş, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş sahənin bir hissəsindən istifadə yə faktiki maneə yaranmış və nəticədə müəssisə maddi ziyana məruz qalmışdır.

11. Qarşılıqlı iddia isə onunla əsaslandırılmışdır ki, 2001-ci ilin əvvəlində cavabdehə tanışları tərəfindən bildirilib ki, iddiaçının direktoru X19 müəssisənin istifadəsində olan torpaq sahəsinin bir hissəsini və üzərindəki yarımçıq tikilini satmaq niyyətindədir. Tərəflər arasında razılaşma əldə olunmuş, 2001-ci il 15 fevral tarixində Quba rayon Birinci Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlanmış və həmin yarımçıq tikili o dövrün qiymətinə görə iki milyona cavabdehə satılmışdır. Sonradan cavabdeh həmin tikilinin inşasını başa çatdırmaq üçün əlavə olaraq yeddi milyon vəsait xərcləmişdir. Müqavilədə tikilinin 54 kv.m olduğu göstərilsə də, sonradan məlum olub ki, sahə faktiki olaraq 45 kv.mdir. Cavabd eh bu fərqə görə dəfələrlə mərhum direktor Paşa Ağayevə müraciət etsə də, heç bir nəticə əldə edilməyib. Hazırda müəssisənin direktoru olan Fərrux Ağayev atası tərəfindən bağlanmış bu razılaşmanı tanımır və torpaq sahəsinin qanunsuz zəbt edildiyini əsas gətirərək mülkiyyət hüququnu bərpa etməyə çalışır. Həmin torpaq sahəsi və üzərindəki tikili 2001-ci ildən onun qanuni istifadəsindədir və bu müddət ərzində həmin obyekt əsasında ticarət fəaliyyəti göstərmişdir. Mübahisəli ərazi müəssisənin təsisçilərindən biri və o dövrdəki direktoru tərəfindən ona satılmış, lakin notariat qaydada yalnız tikilinin alqı-satqısı rəsmiləşdirilmiş, torpaqdan istifadə hüququnun satılması sənəddə əksini tapmamışdır. Hazırkı müəssisə rəhbərliyi həmin obyekti qanunsuz yollarla geri almağa çalışmaqla əsassız gəlir ə ldə etmək niyyətindədir.

12. İddiaçı qarşılıqlı iddia tələbinə dair etiraz verərək bildirmişdir ki, ümumi iddia tələbləri üzrə 10 il müddət, müqavilə tələbləri üzrə 6 il müddət olduğu nəzərə alınaraq, hər iki halda iddia müddəti keçmiş (22 il), cavabdeh həmin müddətlərin üzərində 10 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, qarşılıqlı iddia əsasında təqdim olunmuş alqı-satqı müqaviləsi hüquqi cəhətdən etibarsızdır və iddiaçı ilə heç bir hüquqi bağlılığı yoxdur. Müqavilə müəssisənin adından bağlanmamış, onun möhürü ilə təsdiqlənməmiş və sənəddə müəssisəyə məxsus əmlakın satılmasına dair heç bir qeyd yoxdur. X19 bu müqavilədə fərdi şəxs kimi çıxış etmiş və müəssisəyə aid olmayan, dövlət qeydiyyatına alınmamış əmlakı öz adından satmışdır. Mülkiyyət hüququ rəsmilə şdirilməmiş və dövlət reyestrinə daxil edilməmiş əmlakın satılması qanunla yolverilməzdir. Belə müqavilələr bağlanıldığı andan etibarsız hesab olunur və heç bir hüquqi nəticə doğurmur. Bundan əlavə, müəssisənin ərazisindəki tikililər yalnız 16 mart 2006-cı il tarixindən sonra dövlət qeydiyyatına alınmış, texniki pasport tərtib edilmişdir. Qarşılıqlı iddiaçının hazırda istifadə etdiyi mağaza həmin texniki sənədlərdə qeyd olunmamış, tikintisinə dair heç bir rəsmi icazə verilməmişdir. Bu tikili qanunsuz olub, müvafiq dövlət reyestrində də əksini tapmamışdır. Qarşılıqlı iddiaçı müəssisəyə ayrılmış torpaq sahəsində özbaşına tikinti aparmış, bu obyekt üzərindən gəlir əldə etmiş, lakin həmin əraziyə görə vergi öhdəliklərini müəssisə daşıyır. Etibarsız müqaviləyə əsaslanaraq hüquq iddiası irəli sü rməsi əsassızdır. İddiada təqdim olunan sənədlərdə torpaq sahəsinin istifadə hüququnun ötürülməsinə dair heç bir əsas yoxdur və tikilinin dəqiq ünvanı, halhazırda istifadə olunan mağaza ilə bağlılığı aydın şəkildə müəyyən edilməmişdir. Qarşılıqlı iddia alqı-satqı müqaviləsinə əsaslanır, həmin müqavilə - əqdlərin forma və məzmunua riayət edilmədiyi üçün, bağlanılma qaydaları pozulduğu üçün, satıla bilməyən qeydiyyatdan keçməyən, mövcud olmayan əmlakın alqı-satqısı həyata keçirildiyi üçün əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqd bağlandığı andan əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdlərlə bağlı ayrıca tələb irəli sürülməsi yolverilməzdir. Əqdən irəli gələn tələbə baxılarkən əqdin etibarsızlığına da qiymət verilir. Bundan əlavə, cavabdehin istifadəsində olan mağaza müstəqil tikili deyildir. Belə ki, cavabdehin istifadə etdiyi mağazanın sağ və sol divarları qonşu tikililərin divarlarıdır. İddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsinə görə dövlətə vergi ödəyir. Cavabdeh bu vaxta kimi vergi ödəməmiş, əksinə onun yerinə iddiaçı ödəmişdir. Bundan başqa iddiaçı istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində yerləşən mağaza binasından cavabdeh çıxdıqdan sonra ona həmin mağazanın iki divarının (arxa və qabaq) və tavanın tikintisi üçün, həmçinin boyaq və digər işlər üçün çəkdiyi xərcləri ödəməkdən imtina etmir.

13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 İddiaçı ilə X2 arasında baş vermiş məhkəmə mübahisələrini, "xxxx" X16 Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında olan məhkəmə mübahisələrini eyniləşdirərək, "xxxx" Kiçik Müəssisəsi MMC ilə X2 arasında baş vermiş məhkəmə mübahisələrinə dair bir sıra məhkəmə aktlarını nümunə (presedent) kimi elektron məhkəmə informasiya sisteminə yükləyərək məhkəmədə çaşqınlıq yaradır. Belə ki, “Fərid" X16 Məsuliyyətli Cəmiyyəti ilə X2 arasında baş vermiş məhkəmə mübahisələri ilə “Fərid" X16 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh arasında olan məhkəmə mübahisəsi eyni qəbildən olan mübahisələr olsa da, hər iki məhkəmə mübahisəsinin hüquqi əsasları ayrıdır. Belə ki, X1 xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satın aldığı 24 kvadrat metr yarımçıq tikili 15 fevral 2000-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 30 dekabr 1999-cu il tarixli müqavilə bağlanan zaman "xxxx" Kiçik Müəssisəsinin adına hər hansı bir tikili dövlət qeydiyyatına alınmamış dır. Həmin tikilinin də daxil olduğu digər ticarət obyektləri 30 dekabr 1999-cu il tarixli alqı-satqı müqaviləsindən sonra, yəni 15 fevral 2000-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə “Fərid" Kiçik Müəssisəsi MMC-nin keçmiş direktoru Paşa Ağayevlə alqı-satqı müqaviləsi isə 15 fevral 2001-ci il tarixdə bağlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları ilə sübut edilir ki, Cavabdeh həmin yarımçıq tikilini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüququnun qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyat vəsiqəsinə əsasən "xxxx" Kiçik Müəssisəsinin ərazisində yerləşən bütün ticarət və ictimai iaşə binaları, həmçinin X22 Rüstəmov ara sında bağlanılmış 15 fevral 2001-ci il tarixli, alqı-satqı müqaviləsinə əsasən satın aldığı 45 kvadrat metr yarımçıq tikili də 15 fevral 2000-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi, "xxxx" X16 Məsuliyyətli Cəmiyyətinin ərazisində yerləşən bütün ticarət və ictimai iaşə binaları, həmçinin də Cavabdeh satılan yarımçıq tikili 15 fevral 2000-ci il tarixdə X11 adına qeydiyyatdan keçdikdən sonra 15 fevral 2001-ci il tarixində Cavabdeh tam qanuni şəkildə satılmışdır. İddiaçı iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, "xxxx" X16 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh həmin mağazadan çıxartmağa heç bir subyektiv hüququ yoxdur. Ona görə ki, həmin mağazanı Cavabdeh yarımçıq tikili şəklində alaraq, xeyli miqdarda pul vəsaiti xərcləyərək tikintini yekunlaş dırmışdır. "xxxx" X16 Məsuliyyətli Cəmiyyətində yenidən tikinti quraşdırma işləri aparıldıqdan sonra, RX serialı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv m olan əmlak kompleksi xx.xx.2014-cü il tarixdə onun adına qeydiyyata alınarkən Paşa Ağayev tərəfindən 15 fevral 2001-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılan tikili "xxxx" X16 Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə daxil edilməmişdir. İddia tələbinin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsi isə Mülki Məcəllənin 243.1, 243.2, 243.3-cü maddələrinə əsasən əsassızdır. Bundan əlavə iddiaçı tərfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizənin heç bir hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh öz hüquqlarının pozul masını İddiaçı MMC-nin ona qarşı Quba Rayon Məhkəməsində əsasız iddia tələbi qaldırdığı 09 mart 2023-cü il tarixdə bilmişdir. Bundan əlavə Cavabdeh Azərbayca Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin rəisi Fuad Əkbərovun 29 mart 2023-cü il tarixli cavab məktubundan sonra bilmişdir ki, X22 Rüstəmov arasında bağlanılmış 15 fevral 2001-cı il tarixli alqı-satqı müqaviləsinin bir nüsxəsini və müqaviləyə aid olan digər sənədləri o vaxtkı Quba rayonu birinci dövlət notariat kontorunun dövlət notariusu X15 Notariat Arxivinə təhvil verməmişdir və ondan sonra Cavabdeh alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin tikilinin altında yerləşən 45 kv.metr torpaq sahəsinin istifadə hüququnun və üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia əriz əsi vermişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(119)195/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, Quba rayon X9 Rəyasət Heyətinin 1992-ci il 8 sentyabr tarixli 107 nömrəli qərarı ilə iddiaçının istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən və üzərində olan tikilidən iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçının istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində olan və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikilidən (ət satışı mağazası) və torpaq sahəsindən cavabdehin çıxarılması, həmin tikili və torpaq s ahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir (hakim – H.Alıyev).

15. Məhkəmə qeyd etmişdir ki, məhkəmə mühəndis-texniki ekspertizasının 2023-cü il 27 noyabr tarixli 3-16-16/2-10/8034 nömrəli ekspert rəyinə görə, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyinə əsasən, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla altıncı sırada) ümumi sahəsi təxminən 45 kvadrat metr olan tikili (ət satışı mağazası) Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı ilə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən iddiaçıya məxsus 1,50 ha torpaq sahəsində yerləşir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsinə və ya tikiliyə dair dövlət reyestrindən çıxarış aşkar olunmamışdır. 16. 2024-cü il 15 iyul tarixli 5/578 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş cavabdeh ilə X19 arasında 2001-ci il 15 fevral tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş cavabdeh ilə X19 arasında 2001-ci il 15 fevral tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi” Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhür əksi 2001ci il 10 avqust tarixli 40, 39 nömrəli şəhadətnamələrin üzərlərindəki “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi” Quba r-on Birinci Dövlət Notariat Kontoru* Dövlət nota riusu X4” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. Təqdim edilmiş cavabdeh ilə X19 arasında 2001-ci il 15 fevral tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində olan “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhür əksi 2001-ci il 31 may tarixli 18 nömrəli, 2001-ci il 2 iyun tarixli 22 nömrəli, 2001-ci il 24 iyul tarixli 33 nömrəli şəhadətnamələrin üzərlərindəki “Azərbaycan Respub. Ədliyyə Nazirliyi* Quba rayon Birinci Dövlət Notariat Kontoru” məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. 17. 2024-cü il 7 avqust tarixli 3-16-16/2-4/742 nömrəli ekspert rəyinə görə, ekspertizaya təqdim edilmiş 2001-ci il 15 fevral tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsində “imzalar” qrafasındakı 2-ci imza - cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2001-ci il 15 fevral tarixli 4Ə9 reyestr nömrəli alqı-satqı müqaviləsində “İmzalar” qrafasındakı 1 -ci imza - X19 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 15 fevral 2001-ci il tarixli 4Ə-9 reyestr nömrəli alqı-satqı müqaviləsində “Dövlət notariusu” qrafasındakı imza - X5 tərəfindən icra olunmuşdur.

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsinə Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi 1992-ci ildə rəsmi qərarla ayrılmış, 2000-ci ildə isə həmin ərazidəki ticarət və ictimai iaşə obyektləri iddiaçının adına qeydiyyata alınmışdır. Sonrakı illərdə obyektin texniki pasportu tərtib edilmiş, 2006 və 2014-cü illərdə daşınmaz əmlak rəsmi qaydada müəssisən in mülkiyyətinə hüquqi qeydiyyatla rəsmiləşdirilmişdir. Mübahisələndirilən, sahəsi təqribən 45 kv.m olan tikili müəssisəyə ayrılmış torpaq sahəsində yerləşir və bu tikiliyə dair heç bir mülkiyyət və ya istifadə hüququnu təsdiqləyən sənəd dövlət reyestrində qeydə alınmamışdır.

19. Bu əsaslarla məhkəmə qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi torpaq və üzərindəki tikilidən istifadəyə qanunsuz müdaxilə edilmişdir. Bu müdaxilənin aradan qaldırılması üçün iddiaçının iddiası təmin edilməlidir. Qanuni istifadəçi kimi müəssisənin hüquqları qorunmalı, cavabdeh tərəfindən yaratdığı maneələr aradan qaldırılmalı və mübahisəli ərazi iddiaçının istifadəsinə qaytarılmalıdır. Digər tərəfdən, cavabdehin qarşılıqlı iddiası – alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanın ması tələbi – hüquqi əsasa malik deyil. Belə ki, təqdim olunmuş müqavilə dövlət qeydiyyatına alınmamış əmlakla bağlı bağlandığından, hüquqi nəticə doğura bilməz. Müqavilə iddiaçının adından bağlanmamış və təsdiqləyici sənədlərlə müşayiət olunmamışdır. Bu səbəbdən qarşılıqlı iddia rədd edilmişdir.

20. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qarşılıqlı iddiada iddia müddətinin tətbiqi barədə edilmiş müraciət hazırkı mübahisəyə münasibətdə hüquqi nəticə doğurmur. Bununla belə, cavabdeh (qarşılıqlı iddiaçı) hüquqi əsaslarla əsassız varlanma və ya zərərin əvəzinin ödənilməsi tələbi ilə ayrıca müraciət edə bilər.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 146.2, 146.3, 152.1, 152.3, 157.2, 157.4 və 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(105)-13/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və M.Hüseynov).

24. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Quba rayon X9 Rəyasət Heyətinin 08 sentyabr 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisinə görə "xxxx" Kiçik müəssisəsinə ayrılmış, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2517,1 kv.m. olan ticarət yarmarkasına xx.xx.2006-cı il tarixdə, ümumi sahəsi 2454,4 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə dair isə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 10 iyul 2014-cü il tarixdə ********** nömrəsi ilə "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi iddiaçının daimi istifadəsinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün MM-in 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. Özgənin qanunsuz sahibliyindən hər hansı əmlakı geri tələb etmək hüququ isə yalnız mülkiyy ətçi və ya digər qanuni əsaslarla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan yuxarıda qeyd edilən işin hallarına əsasən də müəyyən edilir ki, iddiaçı hazırda mübahisə predmeti olan torpaq sahəsinə qanuni sahiblik edir. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlili kimi iddiaçının subyektiv hüququnun olmamasına dair dəlili əsaslı deyildir.

25. Həmçinin kollegiya qeyd etmişdir ki, təyin edilmiş ekspertiza nəticəsində də müəyyən edilmişdir ki, cavabdehin istifadə etdiyi 45 kvadrat metr olan tikili “X20” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 1,50 ha torpaq sahəsində yerləşir. Eyni zamanda, iddiaçının nümayəndəsi cavabdehin 45 kv.m. tikilidən çıxarılması ilə bağlı cavabdehə 10.000 (on min) kompensasiya verilməsinə razı olduğunu məhkəmə kollegiyasının iclasında bildirsə də, cavabdeh həmin məbləğlə razı olmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd etdiyi “Cavabdeh iddia etdiyi 45 kvadrat metr tikili ilə bağlı əsassız varlanmadan irəli gələn və yaxud zərərin ödənilməsini nizama salan maddi hüquq normalarına istinad etməklə verdiyi pulu və düşdüyü zərəri tələb edə bilməsi” kimi hüquqi mövqeyi ilə razılaşmış və həmçinin qeyd etmişdir ki, cavabdeh qanunun analogiyası qaydasında (MM-in 11-ci maddəsi) MM-in 157.6-cı maddəsinə əsasən yarımçıq tikilinin bərpası ilə əlaqədar zəruri məsrəflərin əvəzinin ödənilməsini müvafiq iddia üzrə iddiaçıdan tələb edə bilər. Göründüyü kimi, hazırki halda iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, cavabdehin isə qeyd edilən müba hisəli torpaq sahəsinə və orada yerləşən 45 kv.m. tikiliyə dair hər hansı bir hüququ yoxdur.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 146.3 (2006-cı il 21 aprel tarixədək qüvvədə olmuş redaksiya), 14.2.2, 157.6, 337.1, 337.3, 337.4 və 337.5-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddəsinə istinadla əsaslandırmışdır.

27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi çıxarılarkən prosessual pozuntulara yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsi apellyasiya i nstansiyası məhkəməsi tərəfindən ləğv edilməli olmasına baxmayaraq, qüvvədə saxlanılmış, məhkəmə qətnaməsi tərtib edilərkən iş materiallarına düzgün qiymət verilməmişdir. Məhkəmə qətnaməsində hüquqi əsaslandırılma aparılmamış və ilkin instansiyanın düzgün qərar qəbul etdiyi yazılmışdır. Məhkəmə iddiaçının qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququnun gələcəkdə yarana biləcəyinə əsaslanmış və bununla da, məhkəmə özü etiraf etmişdir ki, mübahisəli torpaq sahəsinə hal-hazırda iddiaçının mülkiyyət hüququ mövcud deyildir. Belə olduqda, iddiaçının mübahisə predmeti kimi iddia etdiyi torpaq sahəsinə aid iddia qadırmağa ümumiyyətlə subyektiv hüququ olub-olması məsələsi prosesin başlanğıcında məhkəmə tərəfindən araşdırılmalı idi. Torpaq sahəsi iddiaçının istifadəsinə 19 92-ci ildə verilmişdir. Hazıra kimi həmin torpaq sahəsi ya dövlətdən satın alınmalı, ya da icarəyə götürülməli idi. İddiaçı isə bunların heç birini etməmişdir. Belə olduqda, iddiaçının göstərilən torpaq sahəsinə münasibətdə hüquqi statusu (mülkiyyətci və ya icarədar) müəyyən olunmadan onun bu torpaq sahəsinə aidiyyatda subyektiv hüququ olan iddiaçı kimi məhkəmə tərəfindən qəbul olunması əassızdır. Bu halda mübahisəli əmlaka iddiaçının gələcəkdə mülkiyyət hüququnun yarana biləcəyi əsası ilə onun iddianı qaldırmağa subyektiv hüququnun məhkəmə tərəfindən qəbul olunması və nəticə etibarı ilə onun iddiasının təmin olunması hal-hazırda mövcud olmayan hüquq əsasında qanunsuz məhkəmə qərarının çıxarılmasına gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iddiaçı t ərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənədin təqdim edilməməsi onun həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi də Sumqayıt Kommersiya Məhkəməsi kimi iddiaçının iddia ərizəsi əsasında heç bir yeni və ya əlavə sübutları araşdırmadan və hər hansı maddi hüquq normasına əsaslanmadan, iddiaçının qanunla müəyyən edilmiş şərtlər daxilində həmin əmlaka mülkiyyət hüququnun gələcəkdə yarana biləcəyinə əsaslanmışdır. Halbuki, məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisənin predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya icarəsində olması barədə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Burada həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti ol an torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmış və digər mülkiyyət növünə keçməmişdir. Məhz bu səbəbdən müvafiq səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir. Bu səlahiyyət iddiaçıda yoxdur. Torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə iddiaçının mübahisəli torpaq sahəsinə dair gələcəkdə yarana biləcək hüququnu heç bir əsas gətirmədən mülkiyyət hüququ kimi qiymətləndirmişdir. Bundan əlavə, İddiaçı MMC 2014-cü ildə "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisi kimi qeydiyyatdan keçmişdir və o nun yeganə təsisçisi X14r. "xxxx" Kiçik Müəssisəsi isə 26 iyun 1995-ci ildə dövlət qeydiyyatına alınmışdır və onun 5 təsisçisindən biri də X14r. "xxxx" Kiçik Müəssisəsinin tikdiyi yarımçıq tikilini Cavabdeh 2001-ci ildə həmin dövrdə "xxxx" Kiçik Müəssisəsinin müdiri olmuş X6 müəssisənin adından satmışdır. Belə ki, kiçik müəssisənin 1995-ci ildə təsdiq olunmuş Nizamnaməsinin 6-1-ci bəndinə görə, müəssisənin müdiri müəssisənin fəaliyyəti və inkişaf perspektivləri barədə müstəqil qərarlar qəbul edir. Bu halda X6 müəssisənin adından müstəqil qərarlar qəbul etməklə, onun əmlakına sərəncam verməkdə də səlahiyyətli olmuşdur. Həmçinin məhkəmə "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisi olan İddiaçı MMC-nin yeganə təsisçisi olan X10 2001-ci ildə - yarımçıq mağaza tikilisinin Cavabdeh satıldığı vaxt ki çik müəssisənin fəaliyyətindəki rolunu, mağazanın yarımçıq tikilisinin satılmasına həmin dövrdə onun münasibətini və həmin dövrdə kiçik müəssisənin digər təsisçilərinin bu məsələyə münasibətini araşdırmamışdır. Məhkəmə 2000-2001-2002-ci illər üçün "xxxx" Kiçik Müəssisəsinin təsisçilərinin ümumi yığıncaqlarının nömrələnmiş protokollarını İddiaçı MMC-dən tələb edərək, almalı idi ki, həmin dövrdə mağazanın yarımçıq tikilisinin satılması məsələsinin kiçik müəssisədə müzakirə olunub-olunmamasını aydınlaşdırsın. "xxxx" Kiçik Müəssisəsinin digər təsisçiləri də məhkəmə prosesinə cəlb olunmalı idilər. Belə ki, alqısatqı müqaviləsi rəsmiləşdirilərkən bu təsisçilərin də hüquqlarına toxunulan hüquqi hərəkət edilib və onların da bu müqavilə əilə əlaqədar fikirləri məhkəmə tərəfindən aydınlaşdırılmalıdı r. Cavabdeh mağazanın yarımçıq tikilisi satılmış, ona torpaq sahəsi satılmamışdır. Mağazanın yerləşdiyi torpaq sahəsi İddiaçı MMC-nin istifadəsində olmaqla, dövlət mülkiyyətində qalmışdır və həmin torpaq sahəsinin sərəncamvericisi Əmlak Məsələləri Dövlət Xidmətidir. Deməli, həmin torpaq sahəsi ilə əlaqədar sərəncam vermək və bununla əlaqədar istənilən hüquq dövlət mülkiyyətində olan torpaq sahəsinin balnssaxlayıcısı kimi ƏMDX-nə məxsusdur və bu tip iddiaları yalnız ƏMDX qaldıra bilər. İddiaçı MMC iddia qaldırdığı 2023-cü ilə qədər Cavabdeh onun mağazasının yerləşdiyi torpaq sahəsinə görə haqq almışdır (bu haqqı İddiaçı MMC torpaq vergisi adı ilə almışdır. Lakin bu haqq əslində torpaqdan istifadəyə görə haqqdır (icarə haqqı da adlandırmaq olar). Baxmayaraq ki, bu haqq istənilən halda İddiaç ı MMC tərəfindən vətəndaşdan qanunsuz formada alınıb, bu hal özü-özlüyündə İddiaçı MMC-nin Cavabdeh satılmış yarımçıq mağaza tikilisinin ona satılmasına razılığı kimi qiymətləndirilməlidir. Cavabdeh satılmış yarımçıq tikililər kimi çoxlu sayda yarımçıq tikililər həmin dövrdə başqa şəxslərə də satılmışdır və bütün bu dövr ərzində həmin şəxslərdən torpaq vergisi adı ilə İddiaçı MMC tərəfindən qanunsuz olaraq haqq yığılmışdır. Məhkəmədən Cavabdeh münasibətdə bu məsələnin dərindən araşdırılmasını və vətəndaşdan qanunsuz pul alınması halı müəyyən olunarsa, bu məsələyə aydınlıq gətirilməsi üçün xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsi Sumqayıt Apellyasiya Məhkəməsindən xahiş edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu məsələyə qiymət verməmişdir. Qarşılıqlı iddia əri zəsinin təmin olunmaması hissəsində də hakim düzgün qərar qəbul etməmişdir. Belə ki, hakim qarşlıqlı iddia ərizəsini dərindən araşdırmamış və sübutlara qiymət verməmişdir. Qeyd olunanlara əsasən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanının 2, 3, 4 və 11-ci bəndləri, Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsi, MM-in 139.1-ci maddəsi və MPM-nin 8.1, 8.2, 9.1, 14.2, 77.1, 220.4, 265.4, 372.6, 385.1, 385.1.1, 385.1.3, 385.1.4, 393-cü maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər əsaslandırılmamış, məhkəmə aktlarının qanunsuzluğu barədə konkret hüquqi pozuntuya istinad edilməmişdir. Şikayət, əslində, apellyasiya şikayətinin təkrarından ibarət olmaqla, yalnız faktiki halların fərqli qiymətləndirilməsinə yönəlmişdir ki, bu da MPM-in 407.2-ci maddəsinə görə kassasiya baxışının predmeti ola bilməz. İddiaçının torpaq sahəsinə dair hüquqları çoxsaylı rəsmi sənədlərlə – o cümlədən Quba rayon XDS-nin qərarı, texniki pasportlar, istismara qəbul aktı və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sübuta yetirilmişdir. Bu sənədlər torpaq sahəsinin qanuni ayrı lmasını, obyektin inşa edilməsini və dövlət qeydiyyatına alınmasını təsdiqləyir. Belə olan halda cavabdehin “iddiaçının subyektiv hüququnun olmaması” ilə bağlı arqumenti əsassızdır. Digər tərəfdən, cavabdehin iddia etdiyi kimi, iddiaçının digər təsisçilərinin işə cəlb olunmalı olması iddiası hüquqi əsasdan məhrumdur. Çünki bütün paylar mövcud direktorun mülkiyyətində cəmlənmiş və o, müəssisənin yeganə təsisçisi və qanuni təmsilçisi kimi çıxış edir. Bundan əlavə, torpaq üzərində hüquq dövlət qeydiyyatına alınmadığı halda belə, torpaqdan qanuni istifadəyə dair aktlar və istismar hüquqları iddiaçının lehinə hüquqi status yaradır. Cavabdehin kassasiya şikayətində bir-birini təkzib edən mövqelər – bir tərəfdən iddiaçının hüququnun olmadığını, digər tərəfdən isə onun mağaza satışı ilə razılaşdığ ını qeyd etməsi – şikayətin qeyrimüəyyən və ziddiyyətli olduğunu nümayiş etdirir. Əgər iddiaçının hüququ yoxdursa, onun satışa razılıq verməsi iddiası məntiqsizlik təşkil edir. Beləliklə, kassasiya şikayətində maddi və prosessual hüququn pozulması barədə əsaslandırılmış hüquqi dəlil təqdim olunmamış, yalnız faktiki halların fərqli qiymətləndirilməsi və iddiaçının hüquqi statusuna dair əsassız mübahisə irəli sürülmüşdür. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakıla r nəzərdə tutulur: “Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” “Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən h əyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.”

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.” "Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3 (2006-cı il 21 aprel tarixədək qüvvədə olmuş redaksiyası) Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində əqdlərin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır.” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.” “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” “Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 33 7.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-i n 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

36. İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin yürləşdiyi torpaq sahəsi üzərində hüquqları olmadığından onun ilk iddianın irəli sürülməsi üçün zəruri olan subyektiv hüquqa malik olmaması və bunula bağlı kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********97-12301 olan çıxarışa ist inad edilməklə müəyyən edilmişdir ki, Quba şəhəri, 29cu məhəllə ünvanında istifadədə olan 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində 2014-cü il 10 iyul tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

38. Göründüyü kimi iddiaçının Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsi üzərində olan istifadə hüquqları MM-in 139.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

39. Eyin zamanda, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi həmin torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

40. MM-in 158.1-c i maddəsində müəyyən edilmişdir ki, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: əmlakdan istifadə hüququ (158.1.2).

41. MM-in 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

42. MM-in 158.4-ci maddəsində isə təsbit edilmişdir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

43. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində olan istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığına görə o, MM-in 158.4 və 157.2-ci maddələrinə əsasən ilk iddianın irəli sürülməsi üçün zəruri olan müvafiq subyektiv hüquqa malikdir.

44. Qarşılıqlı i ddianın araşdırılmaması barədə dəlillər də əsassızdır.

45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddiada istinad edilən alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də, həmin müqavilə MM-in 146.3-cü maddəsinə əsasən etibarsız (əhəmiyyətsiz) əqddir.

46. Məhkəmə kollegiyası həmin hüquqi dəyərləndirmə ilə razılaşır və qeyd edir ki, həmin nəticə qarşılıqlı iddia tələblərinin özü-özlüyündə əsassız olmasını göstərir. Özüözlüyündə əsassız olan iddia üzrə isə araşdırmanın aparılması və sübutların qiymətləndirilməsi tələb olunmur.

47. Kassasiya şikayətində işin hallarının və sübutların tam və hərtərəfli araşdırılmamasına istinad edilməsinə dair qeyd edilir ki, MPM- in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

48. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin hallarının və sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanm ası, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

49. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə a ktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə q əbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli 2-2(105)-13/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar