Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-130/2023 08.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti) X1 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Dəmirov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı «pul tələbi» barədə kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(119)-509/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Quba Rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə 56262 (əlli altı min iki yüz altmış iki) manat pul vəsaitinin və 400 (dörd yüz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən binanın uşaq bağçası tikintisinə uyğunlaşdırılması barədə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə İddiaçı MMC arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə görə İddiaçı MMC nümayəndəlik tərəfindən müəyyən edilmiş və tərtib edilmiş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanı uşaq bağçası tikintisinə uyğunlaşdırılmasını öhdəsinə götürmüşdür. Binanın cari və əsaslı təmiri üçün əvvəlcə 93074 manat məbləğində smeta sənədi tərtib edilsə də, sonradan 101.110,05 manat məbləğində smeta sənədi tərtib edilmiş, nümayəndələr tərəfindən razılaşdırılaraq imzalanmış və möhür vurulmuşdur. İddiaçı MMC tərəfindən binada aprel ayında 21266 manat məbləğində, may ayında 26348,64 manat məbləğində, iyun ayında isə 53495,42 manat məbləğində, yəni smetada nəzərdə tutulan məbləğdə əsaslı və cari təmir işləri aparılaraq Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmiş və bu barədə qəbul aktı tərtib edilmişdir. Nümayəndəlik 44848 manat məbləğində pulu İddiaçı MMC-nin bank hesabına köçürsə də, qalan 56262 manat məbləği dəfələrlə tələb edilməsinə baxmayaraq ödəməmişdir. Nümayəndəliyin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, 2014cü il üçün idarənin hesabında bu təyinat üzrə vəsait olmadığı üçün ödənilməmiş qalan 56262 manat pul vəsaiti 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin İ rübündə ödəniləcəkdir. Göründüyü kimi, nümayəndəlik pulun ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Daha sonra pul ödənilmədiyinə görə İddiaçı MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC ilə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Quba Rayon İcra Hakimiyyətinin başçısı İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı MMC tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)- 101/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(105)-94/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmşdır. Həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinin qərarları ilə belə nəticəyə gəlinir ki, Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iddia tələbinə cavab verməli olan əsl cavabdeh olmamışdır. Qanunvericiliyin tələbinə əsasən isə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Lakin həmin işdə Quba Rayon İcra Hakimiyyəti işə cəlb edilməmiş, o sadəcə maraqlarına toxunulan şəxs kimi qiyabi qətnamədən apellyasiya şikayəti vermişdir. Daha doğrusu, Quba Rayon İcra Hakimiyyətinin iştirakı ilə araşdırma aparılıb qətnamə çıxarılmamışdır. Belə olan halda İddiaçı MMC-nin cavabdehə qarşı pul tələbi iddiası ilə məhkəməyə müraciət etmək imkanı yaranmış olur. Buna görə də hazırda əsl cavabdehin iştirakı ilə ətraflı araşdırma aparılmalı, dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza keçirilməli və yekun qərar çıxarılmalıdır. İddiaçı MMC tərəfindən təxminən bir il bundan əvvəl eyni iddia ilə cavabdehlərə qarşı məhkəməyə müraciət edilmişdir. Məhkəmə işinin gedişində cavabdehlərlə pulun ödəniləcəyinə dair razılıq əldə olduğuna görə iddia ərizəsi geri götürülmüşdür. Lakin bir il ərzində cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina edir.
3. İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə 09 may 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin artırılmasına dair” ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlə iddiaçı arasındakı müqaviləyə əsasən görülmüş tikinti işlərinə görə qalıq məbləğ olan 56262 manat 2014-cü ildə odənilməli idi. Göründüyü kimi, həmin məbləğ halhazıradək ödənilməmişdir. Həmin pulun ödənilməməsi nəticəsində İddiaçınə zərər dəymiş, adi dövriyyə şəraitində əldə edilə biləcək gəlirdən məhrum olmuş, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2014-cü ilin aprel ayından 2023-cü ilin aprel ayınadək 30380 manat məbləğində götürəcəyi fayda əldən çıxmışdır. Bundan başqa bu ixtilaflar digər sifarişçilərlə yeni müqavilələr bağlanmasına mane olmuşdur. Cavabdehin müqaviləni icra etməyərək öhdəliyini yerinə yetirməməsi səbəbindən İddiaçı MMC-yə 30381 manat məbləğində zərər dəymişdir. Göstərilənlərə əsasən cavabdeh Quba rayon İcra Hakimiyyətindən İddiaçı xeyrinə 56262 (əlli altı min iki yüz altmış iki) manat məbləğində borcun, 30381 (otuz min üç yüz səksən bir) manat məbləğində dəymiş zərərin əvəzinin və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti 03 may 2023-cü il tarixdə məhkəməyə 28 aprel 2023-cü il tarixli 5-61/2-2-775/2023 nömrəli məktubla müraciət edərək iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
5. Cavabdeh tərəf iddiaya etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, İ Nügədi kəndində yerləşən bağça binası təmirə yararsız vəziyyətdə olduğu üçün icra nümayəndəliyinin köhnə binası təmir edilərək bağçanın həmin binaya köçürülməsi qərara alınmışdır. Bununla əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı 26 sentyabr 2014cü il tarixdə sərəncam vermişdir. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi həmin işlərin görülməsi üçün 44848 manat məbləğində vəsaitin ayrılmasına etiraz etməmiş və büdcədə nəzərdə tutulmuş qaydada həmin məbləğ ödəniş tapşırıqlarına əsasən “RMT" MMC-nin hesabına ödənilmişdir. Lakin icra nümayəndəliyi ilə "RMT” MMC arasında Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmadan təmir işlərinə 93074 manat məbləğində vəsaitin ayrılması barədə müqavilə bağlanmışdır. Halbuki həmin binanın təmiri üçün 44848 manat məbləğdən artıq vəsait nəzərdə tutulmamış, Quba Rayon İcra Hakimiyyəti üzərinə belə bir öhdəlik götürməmiş və nümayəndəliyə bu barədə göstəriş verilməmişdir. İddiaçı eyni tələblə əlaqədar məhkəmədə əvvəllər iddia qaldırmış və Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı qiyabi qətnaməsi ilə İddiaçı MMC ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 56262 manat, vurulmuş maddi zərərin əvəzi 15000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun nümayəndəlikdən tutularaq "RMT” MMC-yə ödənilməsi qət edilmişdir. Quba Rayon İcra Hakimiyyəti qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(105)-94/2020 saylı qətnaməsi İlə Sumqayıt İnzibati-İqtisadi Məhəkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(85)- 25/2017 saylı qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Həmçinin Ali Məhkəmənin 02 mart 2021 -ci i! tarixli, 2-2(102)-101/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, eyni tələb üzrə işə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə bir dəfə baxılmış və bununla əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Eyni zamanda bildiririk ki, iddiaçı ilə icra nümayəndəsi arasında 21 və 23 aprel 2014-cü il tarixlərdə iki gün fərqlə iki müxtəlif məzmunlu müqavilə bağlanmışdır. 21 aprel 2014-cü il tarixli müqavilədə nəzərdə tutulmuş məbləğ 93074 manat, 23 aprel 2014-cü il tarixli müqavilədə isə 44848 manat müəyyən edilmişdir. Sonuncu müqavilə tərtib edilərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmiş və qanunla müəyyən edilmiş müqavilə formasına əməl olunmuşdur. Belə ki, həmin Qanunun 40.11-ci maddəsinə əsasən mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq olunur. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada sonuncu müqavilə üzrə götürülmüş öhdəliklər tam icra edilmişdir. Lakin tələb olunan əlavə məbləğin artırılmış formada müqavilə öhdəliyi kimi təqdim edilməsi qanuna ziddir. Belə ki, "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 40.6-cı maddəsinə əsasən satınalma müqaviləsini imzalayarkən satınalan təşkilat malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərti ilə müvafiq İcra hakimiyyəti orqanının razılığı ilə malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb - azalda bilər. Satınalmalar üzrə Dövlət Agentliyindən və Rayon İcra Hakimiyyətindən belə bir razılıq alınmadan məbləğin artırılması əsassız hesab edilir.
6. Sifarişçi Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə icraçı İddiaçı MMC arasında bağlanmış 21 aprel 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC Nümayəndəlik tərəfindən müəyyən edilmiş və tərtib edilmiş smetada nəzərdə tutulmuş işləri vaxtında və keyfiyyətli yerinə yetirməklə İ Nügədi kəndində yerləşən binanı uşaq bağçası tikintisinə uyğunlaşdırılmasını, Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi iş icraçısı üçün lazımı iş şəraiti yaratmağı və smetada nəzərdə tutulmuş məbləği hissə-hissə icraçının hesabına köçürməyi öhdəsinə götürmüşdür.
7. Həmin müqaviləyə əsasən sifarişçi smetada nəzərdə tutulmuş 93074 manat pulu icraçının hesabına vaxtında köçürülməsinə zəmanət verir.
8. 01 aprel 2014-cü il tarixli İ Nügədi 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari və əsaslı təmirinin smetasından görünür ki, İddiaçı MMC tərəfindən görüləcək işlərin dəyəri 93074 manat məbləğində müəyyən edilmişdir.
9. 01 aprel 2014-cü il tarixli İ Nügədi 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari və əsaslı təmirinin smetasından görünür ki, İddiaçı MMC tərəfindən görüləcək işlərin dəyəri 101110,05 manat məbləğində müəyyən edilmişdir.
10. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 5880,27 manat məbləğində təmir işləri aparılaraq Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.
11. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 15385,73 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.
12. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının cari təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin may ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 7597,28 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.
13. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin may ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 18751,36 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.
14. İ Nügədi kənd 3 saylı Körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri ilə bağlı tərtib olunmuş 2014-cü ilin iyun ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən binada 53495,42 manat məbləğində iş görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir.
15. 30 aprel 2014-cü il tarixli 2158 nömrəli ödəniş tapşırığından görünür ki, İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq 20585 manat məbləğində ödəniş edilmişdir.
16. 16 may 2014-cü il tarixli 2972 nömrəli ödəniş tapşırığından görünür ki, İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə tərtib olunmuş qəbul aktlarına əsasən görülmüş işlərin dəyəri olaraq 24263 manat məbləğində ödəniş edilmişdir.
17. 17 noyabr 2014-cü il tarixli 77 nömrəli məktubdan görünür ki, Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi İddiaçı MMCnin 19 oktyabr 2014-cü il tarixli məktubuna cavab olaraq bildirir ki, İ Nügədi kəndində tikilmiş uşaq bağçasının tikintisi üçün nəzərdə tutulmuş smetaya və bağlanmış müqaviləyə əsasən İ Nügədi İƏD tərəfindən İddiaçı MMC-nin hesabına 101110,05 manat pul vəsaiti ödənilməlidir. Ondan 44848 manat ödənilmişdir. 2014-cü il üçün nümayəndəliyin hesabında bu təyinat üzrə vəsait olmadığı üçün yerdə qalan 56262 manat vəsaitin ödənilməsi mümkün olmamamışdır. Uşaq bağçasının tikintisi üçün xərclənmiş, lakin ödənilməmiş 56262 manat vəsait 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin 1 rübündə İddiaçı MMC-nin hesabına köçürüləcəkdir.
18. İş materiallarından görünür ki, İddiaçı Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı cavabdehdən 56262 manat pul vəsaitinin, vurulmuş maddi zərərin əvəzi 15000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə 28 noyabr 2016-cı il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin 28 fevral 2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddiası təmin olunmuşdur.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi ləğv olunmuş və iddia təmin edilməmişdir. Qətnamədə göstərilmişdir ki, Quba Rayon İcra Hakimiyyəti başçısı İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi kommersiya mübahisəsi üzrə icraatda tərəf kimi çıxış edə bilməz. Hər hansı bir hüquqi şəxsin “Nümayəndəlik” kimi qeydə alınaraq mülki münasibətlərdə “Nümayəndəlik” olaraq çıxış edən subyekti Mülki-Prosessual Məcəllənin tələblərinə görə mülki-prosessual fəaliyyət qabiliyyətinə malik olmadığı üçün kommersiya mübahisəsi üzrə icraatda cavabdeh və yaxud iddiaçı ola bilməz.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2- 2(102)- 101/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. 08 iyul 2021-cü il tarixdə İddiaçı MMC cavabdeh Quba Rayon İcra Hakimiyyətinə və İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı cavabdehdən 56262 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 sentyabr 2021-ci il tarixli e-2-2(119)-925/2021 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
22. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(119)- 509/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 377.3 və 380.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
24. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(119)- 509/2023 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə razılaşmır, hesab edir ki, bu qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin hazırki iş üzrə iddia ərizəsi iddia müddəti keçdikdən sonra verilmişdir. Qətnamədə qeyd olunur ki, 2014-cü ilin aprel ayında bağlanmış müqavilə üzrə "xxxx" MMC tərəfindən sonuncu dəfə 2014-cü ilin iyun ayında müvafiq işlər görülərək Quba RİHB-nın 1-ci Nügədi İƏD üzrə nümayəndəliyinə təhvil verilmişdir. Görülmüş işlərə görə sonuncu ödəniş 16 may 2014-cü il tarixdə ödənilmişdir, "xxxx" MMC tərəfindən isə məhkəməyə 11 aprel 2023-cü il tarixində hazırki iddia ərizəsi ilə müraciət edilmişdir. Bununla da məhkəmə üç illik iddia müddətinin keçməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Bildidir ki, görülmüş işlərə görə qalıq pulun "xxxx" MMC-yə 2015-ci ilin birinci rübündə ödənilməsi barədə Quba RİHB-nin müvafiq Nümayəndəliyi onlara 17 noyabr 2014-cü il tarixli məktub ünvanlamışdır. Həmin müddət ərzində pul ödənilmədiyindən 2016-cı ildə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 28 fevral 2017-ci il tarixli, 2-2(85)-25/2017 saylı nömrəli qiyabi qətnaməsi ilə iddiaları təmin edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Quba rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2-2(85)- 25/2017 saylı nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22(102)-101/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 08 iyul 2021-ci ildə "xxxx" MMC Quba RİHB və İ Nügədi İƏD üsrə nümayəndəliyinə qarşı Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırmışlar. Sumqayıt Kommersiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. 2022-ci ildə yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişlər. Ərizələri iki dəfə geri qaytarılmış, nəhayət hazırkı iddia ilə müraciət etmişlər. Göründüyü kimi 2015-ci ilin aprel ayında ödənilməli pula görə 2016-cı ildə məhkəməyə müraciət etmişlər və həmin tarixdən məhkəmə çəkişmələri davam etmişdir. Ona görə də tələbləri üzrə iddia müddəti ötməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
27. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, o, iddiaya cavab verməli olan şəxsin Quba rayon İcra Hakimiyyəti olmasını yalnız Ali Məhkəmənin müvafiq qərarı qəbul edildikdən sonra, yəni 2021-ci ilin mart ayında bilmişdir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi məsələsinə qiymət verilərkən onun hüquqlarının pozulduğu an olaraq Ali Məhkəmənin qərarının qəbul edildiyi vaxt nəzərə alınmalı idi. Çünki o, yalnız həmin vaxt bilmişdir ki, iddia üzrə əsl cavab verməli orqan icra hakimiyyətidir. Belə olan halda isə o, iddia müddətini ötürməmişdir. Kollegiya tərəfindən bu halların nəzərə alınmasını xahiş edir.
28. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. d) A
29. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
33. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Quba Rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi arasında İ Nügədi kəndində yerləşən binanın uşaq bağçasının tikintisinə uyğunlaşdırılması ilə bağlı 21 aprel 2014-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən işlər görülmüş və 2014-cü ilin aprel, may, iyun iyun aylarında təhvil-qəbul həyata keçirilmişdir. Yerinə yetirilmiş cari və əsaslı təmir işlərinin qəbul aktlarına əsasən müəyyən olunur ki, 2014-cü ilin aprel ayında bağlanılmış müqavilə üzrə İddiaçı MMC tərəfindən sonuncu dəfə 2014-cü ilin iyun ayında müvafiq işlər görülərək Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. İ Nügədi kəndində tikilmiş uşaq bağçasının tikintisi üçün nəzərdə tutulmuş smetaya və bağlanmış müqaviləyə əsasən görülmüş işlərin dəyəri 101110,05 manat təşkil etmiş, həmin məbləğdən İ Nügədi inzibati ərazi dairəsi tərəfindən sonuncu dəfə 16 may 2014-cü il tarixdə olmaqla, cəmi 44848 manat ödəniş edilmiş, ödənilməmiş 56262 manat vəsait 2015-ci ilin büdcəsi hesabına 2015-ci ilin 1 rübündə İddiaçı MMC-nin hesabına köçürüləcəyi nəzərdə tutulmuşdur. Lakin, məhkədə iddia qaldırılan müddətədək həmin borc məbləği ödənilməmişdir. İddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
35. Birinci instansiya məhkəməsi iddiaçının müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - xx.xx.2023-cü il tarixdə müraciət etdiyinə əsaslanaraq iddia müddəti tətbiq edərək iddianı rədd etmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
37. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq iddiaçı apellyasiya şikayəti vermişdir.
38. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
39. Kollegiya tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd edir.
40. Göründüyü kimi apellyator şikayətin dəlili olaraq araşdırılan müqavilə öhdəliyi üzrə pul tələbi ilə 2016-cı ildə məhkəməyə müraciət etdiyini, həmin tarixdən məhkəmə çəkişmələri davam etdiyini göstərmiş və bu əsasdan çıxış edərək iddia müddətinin ötürülmədiyini bildirir.
41. Kollegiya şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir:
42. Məhkəmə kollegiyası ilk olaraq iddia müddəti və onun tətbiqi əsaslarına aydınlıq gətirilməsini zəruri hesab edir.
43. İddia müddəti tələb hüququnu ehtiva etməklə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn həyata keçirilməsi imkanının xitamına səbəb olur. Qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
45. Qeyd etmək lazımdır ki, iddia müddətinin tətbiq edilməsi, iddia müddəti başa çatdıqdan sonra pozulmuş hüquqların məcburi müdafiəsinə məhdudiyyət qoyulmasının məntiqi və praqmatik nəticəsidir. Lakin qeyd edildiyi kimi bu məhdudiyyətlər özü mütənasib və qanuni məqsədlər güdməldir. Bu baxımdan iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
46. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.
47. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
48. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.
49. İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliyi icra edərək 2014-cü ilin iyun ayında görülmüş işləri sifarişçiyə tam təhvil vermiş, lakin sifarişçi tərəfindən işlərin dəyəri tam ödənilməmiş, müqavilə öhdəliyi lazımınca icra edilməmişdir. İddiaçı öz hüququnun pozulmasını həmin vaxtdan bilmiş, lakin göründüyü kimi qalıq borcu almaq üçün tələb olunan niyyətini göstərməmiş, məhkəməyə 9 il sonra, yəni 11 aprel 2023-cü il tarixdə müraciət etmişdir. İddiaçının hüququnun pozulduğu bildiyi vaxtdan iddia müddətinin axımı başlamışdır.
50. Tədqiq edilən sübutlardan müəyyən olunmuşdur ki, tərəflər arasında podrat münasibətlərindən irəli gələn müqavilə münasibətləri olmuşdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi müqavilə münasibətləri üzrə iddia müddəti üç il olmaqla, şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan 3 il müddətində pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququna malikdir.
51. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçı 2014-cü ilin iyun ayından hüquqlarının pozulduğunu bildiyi halda, məhkəməyə müəyyən edilmiş müddətdə müraciət etməmiş və bununla da üç illik iddia müddətini ötürmüşdür.
52. Apellyatorun 2016-cı ildən məhkəmə çəkişmələrinin davam etməsi, hüququnun pozulduğu anın birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən eidlməməsi barədə dəlilini də kollegiya əsassız hesab edir və qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı MMC tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının İ Nügədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “pul tələbi” barədə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 28 fevral 2017-ci il tarixli 2-2(85)- 25/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlarına toxunan şəxs Quba Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2-2(105)-94/2020 nömrəli qətnaməsi ilə nümayəndəliyin kommersiya mübahisəsi üzrə icraatda tərəf kimi çıxış edə bilməməsi əsası ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-2(102)- 101/2021 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
53. Qeyd olunan məhkəmə qərarlarının məzmunundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2017-ci il tarixli 2-2(85)-25/2017 nömrəli qiyabi qətnaməsi iddia, iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən ləğv edilmişdir.
54. Göründüyü kimi iddiaçı bəhs etdiyi iddia tələbi ilə məhkəməyə müraciət edərkən əsl olmayan cavabdehə qarşı tələbi yönəltmişdir.
55. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək məhkəmə müdafiəsindən istifadə etmək bir hüquqdursa, qanunla müəyyən edilmiş qaydada iddia qaldırmaq iddiaçının vəzifəsidir.
56. Bu baxımdan qeyd olunmalıdır ki, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi iddia müddətinin axımının başlanmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi iddiaçı hüquqlarının pozulduğunu bilmiş və bərpası ilə bağlı 2016cı il tarixdə məhkəməyə müraciət etmişdir. Qanunvericilik iddia müddətinin tətbiqi əsaslarını (müddətin axımının başlanması anı) məhz şəxsin hüququnun pozulduğun anla şərtləndirməklə, digər hər hansı bir əsası nəzərdə tutmamışdır. Odur ki, kollegiya şikayətin bu dəlilini qanuni və əsaslı hesab etmir.
57. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e-2-2(119)-509/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.