Məhkəmə qərarları › İş №2-2(105)-133/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-133/2023

23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-133/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-417/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” barədə qərarla gəlir əldə etmək məqsədi ilə aralarında baş tutan sövdələşmə əsasında İddiaçı tərəfindən Cavabdeh 5000 ABŞ dolları məbləğində pul verildiyi qənaətinə gəlinərək, ibtidai araşdırma orqanı tərəfindən Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin icraatına xitam verilmiş və mübahisənin mülki xarakter daşıması qeyd edilməklə, şikayətçi İddiaçı mülki icraat qaydasında aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli 2(060)2454/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və 06 sentyabr 2022-ci ildə həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2-2(119)- 1654/2022 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün həmin iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının qarşıq tərkibinin 23 sentyabr 2022-ci il tarixli 2-2(102)678/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə kommersiya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2- 2(119)1654/2022 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.13-cü maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı (VÖEN **********) 14 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilən 93,10 (doxsan üç manat 10 qəpik) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh yaxın dostu vasitəsilə təxminən 2009-cu ildən tanıyır. Cavabdeh özünün dediyinə görə, son vaxtlar stomatoloji avadanlıqların xaricdən sifarişlə gətirib, ölkə ərazisində satışı ilə məşğul olurdu. 2019-cu ilin dekabr ayının axırlarında Cənnət ilə Sumqayıt şəhərinin 2-ci məhəllə ərazisində görüşüb söhbət edən zaman Cənnət işlərinin yaxşı getmədiyini deyərək, ondan stomatoloji avadanlıqların xaricdən gətirilməsi üçün borc pul istəmiş və bildirmişdir ki, gətirdiyi malları on gün ərzində satıb almış olduğu pulu artıqlaması ilə qaytaracaqdır. Bu məqsədlə Cənnət ondan 5000 ABŞ dolları məbləğində pul istəmiş və razılaşmaları da belə olmuşdur ki, on gün ərzində ondan aldığı 5000 ABŞ dolları borc pulu geri qaytaracaq, həmçinin əlavə olaraq ona 2500 ABŞ dolları məbləğində pul verəcəkdir. O, Cənnətin bu təklifini qəbul etmiş və dostundan da pul alaraq, 2020-ci ilin yanvar ayının 10-da tanışı Əli adlı şəxsə Sumqayıt şəhərinin 29-cu məhəllə ərazisində 5000 ABŞ dolları məbləğində pulu vermişdir ki, sonuncu həmin pulu Cənnətə çatdırsın. Əli ondan aldığı həmin məbləğdə pulu Türkiyədə olan Cənnətə çatdırmışdır. O, həmin vaxt Cənnətlə telefon əlaqəsi saxlamış və Cənnət Türkiyədə olduğunu, Əlidən 5000 ABŞ dolları məbləğində pulu götürdüyünü və qayıdandan sonra pulu razılaşdıqları vaxtda qaytaracağını bildirmişdir. Daha 10 gün sonra Cənnətlə əlaqə saxlayaraq pulunu istəsə də, Cənnət müxtəlif bəhanələr gətirərək, borcunu qısa müddətdə verəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının ortalarında Cənnət yenidən ondan 5000 ABŞ dolları pul göndərməsini istəsə də, o, bu dəfə Cənnətə pul verməmişdir. 2020-ci ilin mart ayında Cənnət Azərbaycana qayıtmış və o, Cənnətlə söhbət edən zaman Cənnət bildirmişdir ki, Həci adlı şəriki Türkiyədən göndərdiyi malları sataraq pulları ələ keçirmiş və bu səbəbdən də ondan borc aldığı 5000 ABŞ dolları məbləğində pulu və əlavə ödəməli olduğu 2500 ABŞ dolları məbləğində pulu ödəyə bilmir. Lakin Cənnət söz vermişdir ki, aldığı pulu tezliklə ödəyəcəkdir. Bundan sonra müxtəlif vaxtlarda, o, pulun qaytarılması ilə bağlı Cənnətlə telefon əlaqələri yaratmış, Cənnət isə pulu olmadığını bəhanə gətirmiş, pulu olan kimi qaytaracağını bildirmişdir. Daha sonra o, məcbur olub Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş və Cənnətin müxtəlif bəhanələrlə pulu qaytarmadığını görüb, sonuncunun vəd etdiyi 2500 ABŞ dolları qazancdan imtina edərək, yalnız əsas borcunun, yəni 5000 ABŞ dollarının qaytarılmasını tələb etməyə başlamışdır. İstintaq araşdırması zamanı Sumqayıt şəhərində “Nanə Pizza” adlanan kafedə Cavabdeh tanışı Nurəli adlı şəxsin və ümumi dost olan Məmməd Rüstəmovun yanında ona verməli olduğu puldan cəmi 700 ABŞ dolları məbləğində pulu qaytarmış və bildirmişdir ki, qalan borcunu da tezliklə qaytaracaqdır. Daha sonra dəfələrlə, onunla əlaqə saxlanılsa da, Cənnət borclu qaldığı 4300 ABŞ dolları məbləği qaytarmamışdır. İstintaq araşdırması zamanı cavabdehin iddiaçıdan 5000 ABŞ dolları məbləğində pul alması özünün ifadəsi və digər şahidlərin ifadələri ilə təsdiqini tapmışdır. Həmçinin, Cənnətlə telefon danışıqları zamanı borcunun olması və imkanı olan kimi qaytarması halları da mövcuddur. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 24 dekabr 2020-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” barədə qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmiş və mübahisənin mülki xarakter daşıması göstərilərək, ona aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. O, həmin qərardan məhkəməyə şikayət versə də, şikayəti təmin olunmamış və “cinayət işinin icraatına xitam verilməsi” barədə qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarında da ona mülki qaydada məhkəməyə müraciət etməli olması izah olunmuşdur. Buna görə də, o, 15 noyabr 2022-ci il tarixdə bu mübahisə üzrə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, 09 dekabr 2022-ci il tarixdə isə mediasiya üçün müraciət etmişdir. Lakin, mediasiya vasitəsi ilə və eləcə də məhkəmədənkənar görülən bütün tədbirlərlə bu mübahisənin həlli mümkün olmamış və Cənnət borcunu qaytarmamışdır. Buna görə də, o, məcbur olub mediasiya xərcini və dövlət rüsumunu ödəyərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iddiaçı iddianı müdafiə edərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-417/2023 nömrəli, 07 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 4300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqının əvəzi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumunun qalığı kimi 63,1 (altmış üç manat 10 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 5000 ABŞ dolları məbləğində pul verməsi və sonuncu tərəfindən həmin pulun 700 ABŞ dolları hissəsi qaytarılmış olsa da, qalan 4300 ABŞ dolları hissəsinin qaytarılmaması təsdiq olunmuşdur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1092.1, 439.1, 439.2, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, 9.4, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 119.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - məhkəmə işə iştirakı olmadan baxmış və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarmışdır; - iddiaçıdan 5000 ABŞ dolları məbləğində pulu borc kimi almamış, xaricdən stomotoloji avadanlıqlar gətirib satdığı üçün o da şərik kimi bu işə qoşularaq həmin pulu vermiş və belə bir razılaşma olmuşdur ki, həmin pul ilə gətirilən avadanlıqların satışından orta hesabla 2500 ABŞ dolları məbləğində gəlir qalacaq ki, həmin pulu da böləcəklər, yəni ziyanı da, xeyirə də. Həmin pulu Türkiyədə onun tanışından almış və bu barədə özünə də bildirmişdir. Lakin pulu aldıqdan 1-2 ay sonra pandemiyanın baş verməsi, xaricə gedişgəlişin bağlanması biznes fəaliyyətinə zərbə vurmuş və iddiaçı pulu tələb etdikdə ona həmin pulun əvəzinə əvvəlcə 12500 manat dəyərində və daha sonra isə 5100 manat dəyərində stomotoloji avadanlıqlar vermiş və onun icazəsi və imzası əsasında Bakı şəhər Avtovağzalında «İstanbul Lyuks» karqosundan 6500 Avro dəyərində malları götürmüşdür. O bu malları satmaqla həm öz pulunu çıxmalı, həm də satışdan qalan pulları ona verməli idi,l akin o bu malların bir qismini uzun müddət özündə saxlamış və həmin mallardan bir hissəsini geri qaytardıqda məlum olmuşdur ki, onun təqsiri üzündən malların istifadə müddəti artıq ötmüşdür və bu malları yararsız mal kimi realizə edə bilməmiş və cavabdehə ziyan dəymişdir. İddiaçı bilərəkdən bu məlumatları məhkəməyə verməmiş və işə iştirakı olmadan baxılmışdır, halbuki bu barədə məlumatlı olsaydı, dediyi xüsusatları təsdiqləyən şahidləri və sübutları məhkəməyə təqdim edərdi. Lakin bu imkandan məhrum olmuş və şahidlləri apellyasiya məhkəməsinə dəvət edəcək; - məhkəmə belə bir qənaətə gəlmişdir ki, guya iddiaçının hesabına «əsassız» varlanmışdır, halbuki bu şəxsə 5000 ABŞ dollarının əvəzinə onun 2-3 qatı məbləğində dəyərləndirilən stomotoloji mallar vermiş və o bununla kifayətlənməyərək hazırda əlavə pul qoparmaq qərarına gəlmişdir. Bu səbəbdən də qaldırılmış iddianı tamamilə əsassız hesab edir. - məhkəmə iddiaçının həmin pulu verdiyini bildirdiyi vaxtdan 3 ildən də artıq müddətin keçməsini nəzərə almamış və iddia müddətini tətbiq etməklə iddia tələbini rədd edə bilərdi. İddiaçı iddia tələbini iddia müddətini ötürməklə qaldırmışdır və bu da iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılması üçün əsasdır. Məhkəmədə iştirak etmədiyi ücün iddia müddəti barədə ərizə verə bilməmiş, buna görə də şikayətin bu barədə dəlili ərizənin verilməsi kimi qəbul olunmalıdır. -2020-ci ilin sentyabr ayında könüllü olaraq döyüşlərə qatılmış və bir sıra döyüşlərdə iştirak etmişdir. Yaralanmış və hazırda da müalicələr alır. İddiaçı onu polisə verdiyi üçün ona 700 ABŞ dolları pul vermiş, lakin sonradan anlamışdır ki, bu şəxsə verdiyi pul müqabilində 2-3 dəfə artıq dəyərdə mallar vermişdir, bu mallar azmış kimi hələ üstəlik pul da istəyir, ona görə də bir daha pul verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərərk, təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin istinad olunan halları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) stomatoloji alətlərin və ləvazimatlarının alqı-satqısında iştirak etmək və əlavə gəlir əldə etmək məqsədi ilə 2020-ci ilin yanvar ayında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) 5000 (beş min) ABŞ dolları məbləğində pul vermiş olsa da, sonuncu tərəfindən həmin 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaiti qaytarılmamış və eyni zamanda, əlavə gəlir kimi vəd olunan 2500 ABŞ dolları məbləğində pul da ödənilməmişdir. Tərəflər arasında hər hansı müqavilə bağlanmamış, müvafiq rəsmi sənədlər tərtib olunmamış və tərəflərin bu fəaliyyəti şifahi razılaşma əsasında həyata keçirilmişdir. İddiaçı aldadılaraq pulunun ələ keçirilməsi ilə əlaqədar şikayət ərizəsi ilə hüquqmühafizə orqanlarına müraciət etsə də, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” barədə qərarla gəlir əldə etmək məqsədi ilə aralarında baş tutan sövdələşmə əsasında İddiaçı tərəfindən Cavabdeh 5000 ABŞ dolları məbləğində pul verildiyi qənaətinə gəlinərək, ibtidai araşdırma orqanı tərəfindən Cavabdeh əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin icraatına xitam verilmiş və mübahisənin mülki xarakter daşıması qeyd edilməklə, şikayətçi İddiaçı mülki icraat qaydasında aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh aldığı 5000 ABŞ dolları məbləğində puldan cəmi 700 ABŞ dolları məbləğində pulu İddiaçı ödəsə də, qalan 4300 ABŞ dolları məbləğində pul vəsaitini ödəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. İlk öncə kollegiya cavabdehin iddiaçıya borcu olmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh qeyd edir ki, ona verilmiş pul məbləğində o iddiaçıya stomatoloji avadanlıqlar vermişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “İstintaq araşdırması zamanı Sumqayıt şəhərində “Nanə Pizza” adlanan kafedə Cavabdeh tanışı Nurəli adlı şəxsin və ümumi dost olan Məmməd Rüstəmovun yanında ona verməli olduğu puldan cəmi 700 ABŞ dolları məbləğində pulu qaytarmış və bildirmişdir ki, qalan borcunu da tezliklə qaytaracaqdır.” 700 ABŞ dolları məbləğində pulu qaytarmasını cavabdeh də şikayətində qeyd etmişdir. Beləliklə cavabdehin qeyd etdiyi kimi, borcu olmadığı halda, iddiaçıya istintaq gedən zaman 700 ABŞ dolları məbləğində pulu verməsi borcun olmasını təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası 5000 ABŞ dollarının əvəzinə 2-3 qat məbləğində dəyərləndirilən stomotoloji mallar verməsi barədə cavabdehin dəlillərini əsassız hesab edir. Bununla bağlı cavabdeh məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 24 dekabr 2020-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi” barədə qərarda iddiaçı tərəfindən cavabdehə pul verilməsi iş üzrə dindirilmiş şahidlər M.Hüseynovun, İ.Xəlilovun ifadələri ilə də təsdiqlənir. Məhkəmə kollegiyası hazırki tələbə iddia müddətinin tətbiq edilməli olması ilə bağlı cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, ümumi iddia müddəti on il təşkil edir. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığı üçün hazırki mübahisəyə müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi istisna olunur. Bu səbəbdən mübahisəyə 10 illik iddia müddəti tətbiq olunmalıdır. Həmin müddətin hansı vaxtdan hesablanmasına gəldikdə isə kollegiya qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, 2020-ci ilin yanvar ayında iddiaçı cavabdehə 5000 ABŞ dolları məbləğində pulu vermişdir. Cinayət işi iddiaçının müraciəti əsasında toplanmış ilkin yoxlama materialı əsasında artıq 28 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər Prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Beləliklə, mübahisəyə 10 illik iddia müddəti tətbiq olunduğundan iddia müddəti hər bir halda keçməmişdir. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclaslarından məlumatlı olmaması, bu səbəbdən sübutların təqdim olunmasının qeyri-mümkün olması qeyd olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, cavabdehə göndərilmiş məhkəmə zərfləri “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qayıtsa da, cavabdeh məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə sms-xəbərdarlığın göndərilməsi barədə bildirişləri almış və məhkəmə iclasları barədə məlumatlı olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən məhkəmənin elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə müraciət göndərilmiş və cavabdeh müraciətdə hakimlə görüş üçün qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı izahatında cavabdeh məhkəmə kollegiyasına sübutlar təqdim edəcəyini bildirsə də, heç bir sübut təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və təqdim olunmuş sübutlarla cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-417/2023 nömrəli, 07 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar