Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-15/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Həsənğaşa oğlu və Cavabdeh3-yə qarşı kommersiya işi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi) X19 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və X4 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs “X9” QSC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-2(119)-11/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Mülkiyyətçi - İddiaçı (bundan sonra – “N. Məmmədmuradov”) ilə icraçılar - Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) və Cavabdeh1 (bundan sonra - “Cavabdeh1”) arasında 2015-ci il 8 may tarixli Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqaviləyə görə mülkiyyətçi Xaçmaz rayon Yergüc kəndində yerşələn 0,56 ha torpaq sahəsi və onun üzərində mövcud 1825 kv metr qeyri-yaşayış sahəsində ona məxsus ½ hissəsini, həmçinin satın aldığı, Qusar rayonu ərazisində 8 ha torpaq sahəsini tam müasir növlü alma bağı saldıqdan sonra icraçı tərəfə dövr etməli, həmçinin icraçı tərəfin təklif etdiyi Qusar rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində, yeni növlü alma bağ sahəsinin salınması üçün lazımi xərcləri çəkməli, bunun müqabilində icraçı tərəf "xxxx" MMC-nin 33%, “Alma Bağı” firmasının (Cavabdeh3) 35% payının və 2 ildən sonra hər il üçün sezon başa çatanda 100000 manat gəlirin mülkiyyətçiyə dövr olunmasını təşkil etməlidir. (həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır).
2. Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti 21 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********).
3. Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq qeydiyyata alınarkən təsisçiləri Nizamnamə kapitalında 65% payı olan “X10 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti və 35% paya malik Cavabdeh2 olmuşlar və Nizamnamə kapitalının miqdarı ******* (bir milyon yeddi yüz min) manat həcmində olmuşdur.
4. Satıcı İddiaçı və alıcı Cavabdeh3-nin adından Cavabdeh1 arasında bağlanan; - 2017-ci il 18 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-153 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 3,5174 ha olan torpaq sahəsi 34900 manata, - 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-173 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi 8500 manata, - 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-174 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 1,057 ha olan torpaq sahəsi 10500 manata, - 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-176 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,7211 ha olan torpaq sahəsi 7500 manata, - 2017-ci il 7 iyun tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2141 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,5519 ha olan torpaq sahəsi 77000 manata, - 2017-ci il 7 iyun tarixli, AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2142 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,508944 ha olan torpaq sahəsi 71400 manata İddiaçı tərəfindən Cavabdeh3yə satılmışdır.
5. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə ünvanlanan pretenziya xarakterli məktubdan görünür ki, bağın salınması üçün sərf edilən 200000 manat, əldən çıxmış fayda kimi 90000 manat pulun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
6. İddiaçı (bundan sonra – “iddiaçı”) 2020- ci il 21 oktyabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı iddia ərizəsi, 2022-ci il 12 aprel tarixində isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə iddiaçı və digər cavabdeh “Our Orchards" MMC arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan 2017-ci il 18 yanvar tarixində reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 19 yanvar tarixində reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış ANİN ******* saylı, 4Ə174 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 7 iyun tarixində reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış A.NİN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması və "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə uzun müddət yaxın dost olduğundan, hər ikisinə böyük inamı və etibarı olmuşdur. İddia tələbində mübahisələndirilən alqı-satqı müqavilələrinin predmeti olmuş Qusar rayonu Çağar kəndi ərazisində ayrı-ayrılıqda yerləşən ümumilikdə 7,196344 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının onlara olan etibarından istifadə edərək, iddiaçıya məxsus qeyd olunan əmlakı özlərinə uyğun özgəninkiləşdirilməsinin rəsmiləşdirməsinə nail olmuş, lakin əmlaka görə razılaşdırılan dəyərin əvəzində vədlərinə əməl etməmişlər. Nəticədə iddiaçı qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olunmuş və əmlakı onlarda qaldıqca cavabdehlər əsassız varlanmaqda davam edirlər. Belə ki, yaxın dost münasibətində olduğu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir-neçə il bundan əvvəl alma biznesində yaxşı gəlir olduğunu, iddiaçıya məxsus faktiki 8 ha. torpaq sahəsində yüksək məhsuldarlığı olan "fransa növlü alma bağı salıb, Xaçmaz - Quba - Qusar rayonları ərazilərində bu işi həyata keçirmək üçün yaradılmış Cavabdeh3-yə dövr etməklə və həmin firmaya məxsus daha 12 ha. torpaq sahəsində yeni növlü alma bağı salınmasının xərclərinin ödəyəcəyi təqdirdə, iddiaçını həmin şirkətin 35% payına sahib edəcəklərini, 2 ildən sonra hər il ən azı 100000 manat gəlir götürəcəyinə iddiaçını inandırmışlar. İddiaçı da 73225 avro köçürüb, Fransadan alma çilinglərini gətirərək, 8 ha. torpaq sahəsində müasir alma bağı salmışdı. Qeyd olunan torpaq sahələri və başqa əmlaklarla bağlı cavabdehlər arasında xx.xx.2016-cı il tarixdə Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hazırda mübahisələndirilən alqı-satqı müqavilələrinin aid olduğu torpaq sahələri və bağ massivinin salınması ilə bağlı qarşılıqlı razılaşmalar detalları ilə həmin müqavilədə əksini tapmışdır. Həmin müqavilə üçüncü şəxs "xxxx" MMC tərəfindən ofisində iddiaçının iştirakı ilə və razılaşdırılan şərtlər daxilində tərtib edilmişdir. Danışığa uyğun olaraq, bağ sahələrinin alqı-satqısına dair müqaviləni MMC-nin təmsil edən cavabdeh X6 iştirakı ilə iddiaçı digər Cavabdeh3 arasında 18 yanvar 2017-ci ildə Reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı, 19 yanvar 2017-ci ildə Reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı, 4Ə-174 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN - İN. 596456 saylı, 07 iyun 2017-ci ildə Reyestrdə 4Ə- 2141 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqavilələrini Sumqayıt “ASAN xidmət” Mərkəzində rəsmiləşdirildi. Alqı-satqının rəsmiləşdirilməsi üçün ödənişlə bağlı tələb olunan simvolik məbləğ və pulun dövriyyəsi göstərildi, lakin bir qəpik belə pul alınmadı. Çünki razılaşmaya əsasən, əmlakın əvəzində həmin firmanın 35% iddiaçının adına rəsmiləşdirilməli idi. Bundan sonra da iddiaçı yerdə qalan 12 ha. torpaq sahəsində yeni alma növlü bağ sahəsinin salınması üçün tələb olunan 200000 manat məbləğində pulu nağd şəkildə digər Cavabdeh2 vermiş və sonuncu da həmin məbləği tam şəkildə alma bağın salınmasına sərf etmişdi. Adı çəkilən sahədə tam şəkildə müasir, yüksək məhsuldar bağ salınmış və oraya çəkilən xərclərin bir qismi məhz iddiaçı tərəfindən verilmiş 200000 manat məbləğin hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha. bağ sahəsi də cavabdehlərə dövr edilmişdi. Lakin razılaşma müddəti başa çatmasına baxmayaraq, iddiaçının firmada payı rəsmiləşdirilməsi təmin olunmamışdır. Bununla da cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakı əlindən çıxmışdır. Ona görə də həmin alqı-satqı müqavilələri ləğv olunmalıdır. Razılaşmaya əsasən cavabdehlərə dövr edilən alma bağ sahələrinin əvəzində elədikləri vədin müddəti tamamlansa da, cavabdehlər hər dəfə bir bəhanə gətirərək, əmlaka görə razılaşdırılan payı və gəlirdən pay məbləğinin verilməsinə əməl etməkdən yayınırlar. Göründüyü kimi mübahisələndirilən alqı-satqı müqavilələri mülkiyyətçi olaraq aldanmaqla bağlanmış və cavabdehlər dost münasibətindən irəli gələn etibardan istifadə etmişlər. Bununla da iddiaçının cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakı və pulu əlindən çıxmışdır. Ona görə də cavabdehlər arasında bağlanmış əməkdaşlıq müqaviləsi ləğv edilməli və onun tələblərindən irəli gələn alma-bağ sahələrinə dair yuxarıda qeyd olunan alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Bundan başqa tərəflər arasında mövcud Əməkdaşlıq müqaviləsi əsasında cavabdehə məxsus torpaq sahəsində yeni alma bağlarının salınması üçün iddiaçı tərəfindən sərf edilmiş 200000 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, müqavilənin şərtinə əsasən bağ sahələrinin salınması üçün iddiaçının çəkdiyi həmin məbləğin əvəzində iddiaçıya vəd edilmiş hər il gəlirdən ən azı 100000 manat məbləğindən heç nə ödənilməmişdir. İddiaçı tərəfindən həmin məbləği kredit götürülən banka hələ də borc və faizlər ödəyir. Bununla bağlı qanuni qüvvəsində olan məhkəmə qətnaməsi mövcuddur. Mübahisələndirilən müqavilələr 2017-cı ilin yanvar və iyun aylarında bağlanılsa da, cavabdehin vədinə əməl etmədikləri (iddiaçını aldatdıqları) halı 2019-ci ilin iyul ayının sonunda, razılaşdırılan müddət bitdikdən sonra bəlli olmuşdur.
8. 2020-ci il 19 noyabr tarixində Cavabdeh1 vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaya cavab verməli olmayan şəxsdir. Belə ki, iddia ərizəsində qeyd edilən alqı-satqı müqavilələrinin bağlanmasında Cavabdeh1 fəaliyyəti Cavabdeh3-ni təmsil etmək olmuşdur. Etiraza əlavə edilmiş internet vergi idarəsindən çıxarışa əsasən, hazırda Cavabdeh3-nin qanuni təmsilçisi başqa şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia ona cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Ona görə də, mülki işə Cavabdeh1 hissəsində xitam verilməlidir. Digər tərəfdən, iddiada ifadə edilmiş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb sübutlarla təsdiq olunmadığından və prosessual müddət ötürülməklə verildiyindən əsassız olmuşdur.
10. 29 yanvar 2021-ci il tarixində yenidən Cavabdeh1 tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddianın pul tələbinin ona aid olan hissədə rədd olunmasını xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada etibarsızlığı tələb olunan müqavilələrin bağlanması və müqavilələrin aid olduğu əmlakla bağlı danışıqlarda, razılaşmalarda onun iştirakı olsa da, əməkdaşlıq müqaviləsindən başqa, həmin müqavilələr onunla deyil, faktiki olaraq Cavabdeh2 tərəfindən firma ilə bağlanmışdır. Ona görə rəsmi baxımdan, həmin müqavilələrlə bağlı tələblər də ona deyil, Cavabdeh2 qarşı yönəlməlidir. Firmanın adına keçirilmiş torpaq sahələrinin dəyərinin və iddiaçının xərclərin ödənilməsi üçün verdiyi pulların sonradan ona qaytarmasının təmin edilməməsi ilə ziyan dəyməsinə gəldikdə, əmlakın dəyərinin və iddiaçının alma bağlarının salınması, həmçinin başqa layihələrdə cavabdehlərə inanmaqla, iddiaçının qoyduğu vəsaitin əvəzində vədə əməl olunmaması birbaşa onun günahı olmamış, Cavabdeh2 əli ilə şirkət tərəfindən hamının aldadılmasından irəli gəlmişdir. Adı keçən əməkdaşlıq müqaviləsinin bağlanması, eləcə də, sonradan iddiaçıya məxsus torpaq sahələrinə alqı-satqısı müqavilələrin bağlanması, alma bağlarının salınması üçün iddiaçıdan pulun götürülməsi, eləcə də onu şərikliyə cəlb edilməsinin müəllifi Cavabdeh2 olmuşdur. Bundan başqa firma üçün alınan daha 12 ha torpaq sahəsində yeni alma bağının salınması ilə bağlı Cavabdeh2 təklifini qəbul edərək, iddiaçı bunun üçün bankdan 250000 manat məbləğində kredit götürmüş, ondan 200000 manat pulu cavabdehin yanında Cavabdeh2 vermiş, sonuncu da həmin məbləği adı çəkilən sahədə alma bağlarının salınmasına sərf etmişdir. Alma bağlarının salınması ilə bağlı bütün xərclərin uçotu Cavabdeh2 ilə cavabdeh tərəfindən aparılmış və bununla bağlı iddiaçıya məlumat verilmişdir. İddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə 12 ha torpaq sahəsində yeni növlü alma bağı salınması üçün xaricdən gətirilən alma çilinglərinə 286000 avro xərclənmişdir. Bundan 200000 manat iddiaçıdan götürülmüş, 70000 ABŞ dolları onun şəxsi vəsaiti hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğlərin hamısı həmin bağın salınmasına sərf edilmişdir. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsi və ödənilən pul vəsaitlərlə bağlı tələbində haqlı olmuşdur. Lakin iddiaçıya cavabdehlər tərəfindən vədin gecikdirilməsi onun iradəsindən asılı olmamışdır. Bütün vədlər və iddiada qeyd olunan mübahisə ilə bağlı məsələlərin təşkilini o deyil, Cavabdeh2 etmişdir. Alma bağının salınmasına qoyulan 70000 dolları hələ də alına bilməmişdir. Ona görə hazırkı iddia ilə bağlı tələbə Cavabdeh2 özü və onun tərəfindən təsis edilərək, sonradan başqasının adına keçirilən Cavabdeh3 cavabdehlik daşımalıdır. Bu baxımdan həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbi əsaslı olmuşdur. Lakin Cavabdeh1 iddianın pul tələbinin müştərək olaraq ona da yönəldilməsini qəbul etməmişdir.
12. Cavabdeh2 iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi iddia predmetinin aid olduğu torpaq sahəsi və pul vəsaitləri ilə bağlı iddiaçı ilə razılaşmalar olmuşdur. Firmaların açılması, xarici tərəflə görüşlər, işlərə başlamağa digər hazırlıqlar təqribən 1 il müddət çəkmişdir. Bütün bu müddətlər ərzində hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirirdi. Sonradan aldanma nəticəsində düşdüyü çətin vəziyyətə görə müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaranmışdır. İlkin olaraq razılaşdırıldığı kimi iddiaçı onun qardaşı Asəflə bərabər payda olan Xaçmaz rayon Yergüc kəndində yerləşən cəmi 0,56 hektarın ona məxsus 0,28 ha torpaq sahəsində istehsalat sahəsini qeyri-yaşayış obyekti tam təmir etmiş, artıq təsis etdiyi “Plastik A" MMC-nin istifadəsinə verilməsi üçün razılaşma üzrə iddiaçı həmin obyektin təmir-tikintisinin başa çatdırılması üçün "xxxx" ASC bankdan 150000 manat kredit götürmüş və həmin kredit hesabına əmlakı təmir edib, hazır vəziyyətə gətirmişdir. Razılaşmanın alma bağları hissəsi üzrə iddiaçı özünə məxsus torpaq sahəsində yeni növlü alma bağı salmaq üçün, 2016-cı il 19 avqust tarixində 73225 avronu köçürmüş, qeyd olunan məbləğdə alma çilingləri Fransadan gətirilmiş, bağ salınmışdır. Həmin sahədə alma bağının salınması təklifini razılaşmalarda cavabdeh də iştirak etsə də, danışıqlar əsasən, "Alma bağları" (Cavabdeh3) firmasının icraçı direktoru Cavabdeh1 tərəfindən aparılmışdır. Həmin bağ sahəsi "Alma bağı" firmasına dövr edilməli, əvəzində iddiaçıya "Alma bağları" firmasının 35% payı verilməli idi. Həmin razılaşma əsasında da iddiaçı tərəfindən özünə məxsus 8 ha torpaq sahəsi, 73225 avro məbləğində yeni növlü alma çilingi ilə təmin olunmuş, hazır şəkildə hissə-hissə "Alma bağları" firmasının adına rəsmiləşdirilmiş və sonuncuya dövr edilmişdir. Lakin razılaşmaya uyğun olaraq, iddiaçıya pul ödənilmədən, alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alqısatqıya ödənildiyi qeyd edilən məbləğlərin hamısı firmaya məxsus sahədə alma bağların salınması üçün sərf olunmuşdur. İddiaçı ilə birgə fəaliyyətin davamı olaraq, ona firma üçün alınan cəmi 20 ha torpaq sahəsində, ona məxsus olan 8 ha-dan başqa 12 ha hissəsində yeni alma bağının salınması təklif edilmiş və alma bağı ərsəyə gələndə tezliklə borcun qaytarılmasının mümkünlüyündən təklifi qəbul etmiş və bunun üçün də bankdan 250.000 manat məbləğində kredit götürülmüşdür. İddiaçının götürdüyü 250.000 manat kreditdən 200000 manat hissəsi alma bağlarının salınmasına sərf edilmiş, bunlar ortaq olan digər Cavabdeh1 razılığı və iştirakı ilə olmuşdur. Həmçinin o, icraçı direktor olduğundan alqısatqı sənədləri onun tərəfindən imzalanmışdır. Nəticədə iddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə firma üçün alınan 12 ha torpaq sahəsinin hazırlanmasından başqa, yalnız xaricdən alma çilinglərinin alınmasına 286.000 evro xərclənmişdir. Bunun 200000 manatı iddiaçı, 70.000 ABŞ dolları Cavabdeh1, yerdə qalan məbləğ isə iddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğ də daxil olmaqla, firmadan götürülmüşdür. Razılaşmaya əsasən, müqavilənin müddəti hələ bitməmişdir. Ona görə hazırki iddia tələbində iddiaçı haqsız olmuşdur. Firmalarda paylar və əmlaklarla bağlı vədin gecikdirilməsi cavabdehin iradəsindən asılı olmamışdır. Digər tərəfdən o, mövcud müqavilənin şərtlərinə əməl edilməsinə hər vasitə ilə çalışmışdır. Məhkəmə torpaq sahələrinin (alma bağları) alqı-satqı müqavilələrini ləğv edərsə, iddiaçı əmlakı geri götürəcəkdir. Bu da firmanın fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnəcəkdir. İddiaçı müqavilələrin pozulması və verdiyi əmlakını geri qaytarılmasını deyil, əvəzində cavabdehdən pul tələb edə bilərdi. Bu səbəbdən iddia rədd olunmalıdır.
14. Cavabdeh3 iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbləri "xxxx" MMC-yə aid hissədə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı tələblərini nə qədər aldandığı, aralarında bağlanmış əməkdaşlıq müqaviləsinin olması ilə əsaslandırmağa çalışsa da, qanunverici əqdlərin mübahisələndirilməsi üçün ömürlük müddət müəyyən etməmiş və müddətin keçməsi ilə tərəfin belə bir hüququna xitam verilməsini nəzərdə tutmuşdur. İddiaçının özü də qeyd etmişdir ki, aldadıldığını 2019-cu ilin iyul ayında bilmiş və 1 illik müddəti ötürərək 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh3 2016-cı il 12 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfində qeydiyyata alınmış və bu barədə VÖEN ********** nömrəli kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış verilmişdir. Cəmiyyət iki şəxs tərəfindən təsis olunmuş və qeydiyyata alınmışdır. Nizamnamə kapitalında 65% payı olan “X10 Şirkəti” QSC və 35% paya malik Cavabdeh2 olmuşdur. Digər Cavabdeh1 isə cəmiyyətin direktoru olaraq 2016cı il 23 dekabr tarixində fəaliyyətə başlamışdır. İddiaçının istinad etdiyi əməkdaşlıq müqaviləsi isə 2015-ci il 8 may tarixində bağlanmışdır. Həmin müqavilə cəmiyyətin üzərinə öhdəlik qoya bilməzdi. Belə ki, həmin vaxt iddiaçı ilə müqavilə bağlayan şəxslərin heç biri mövcud olmayan cəmiyyətin adından hər hansı öhdəliyi üzərinə götürə bilməzdi. Nəticə olaraq yuxarıda gətirilən dəlillərdən də görünür ki, iddiaçı işə aidiyyəti olmayan müqaviləni əlavə edib tələblərini əsaslandırmağa çalışsa da, əqdin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb hüququnun vaxtını ötürmüşdür.
16. "xxxx" MMC tərəfindən 2021-ci il 1 fevral tarixində vəsatətlə Qusar Rayon Məhkəməsinə müraciət edilərək, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
17. Qusar Rayon Məhkəməsinin 2021-ci il 12 fevral tarixli, 2(029)-129/2021 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin vəsatəti təmin edilmiş, 2(029)-129/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Kazımov).
18. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(119)- 508/2021 saylı protokol-qərardadı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X9 Şirkəti” QSC işə cəlb edilmişdir (hakim – Z.Məmmədov).
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
19. Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-2(119)- 11/2022 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 76, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayəti və onun dəlilləri
21. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2- 2(119)-11/2022 nömrəli qətnaməsindən 2022-ci il 21 may tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddianın təmin edilməməsinin hüquqi əsası kimi istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci və 646.1-ci maddələrinin nəticə tələbinə görə “...müqavilə tələb olunan normalara uyğun gəlməli, daşınmaz əmlakla bağlı müqavilə notariat qaydasında təsdiqlənməlidir”. Tərəflər arasında torpaq sahələri ilə bağlı bağlanmış qeyd olunan alqısatqı müqaviləsinin notariat qaydasında təsdiqləndiyi, Əməkdaşlıq müqaviləsinin isə notariat qaydasında təsdiqlənmədiyi işin mübahisəsiz halıdır. Lakin bu təsdiqlənmənin olub-olmaması hazırkı mübahisə üçün heç bir önəm daşımır. Ona görə ki, mübahisənin əsası kimi müqavilələrin bağlanması deyil, bağlanmış müqavlələrə görə edilmiş vədin yerinə yetirilməməsidir. Məhz bu baxımdan iddiaçı iddia tələbini “müqavilələrin etibarsızlığından”, “müqavilələrin ləğvinə” dəyişdirməklə, iddianı dəqiqləşdirmişdir. Adı keçən Əməkdaşlıq müqaviləsinin tərtibi ilə bağlı mübahisə yoxdur. Əksinə tərəflər həmin müqaviləni gələcək biznes münasibətlərini tənzimləmək məqsədi ilə bağladıqları və iradə ifadələrinə uyğun tərtib edildiyini bildirirlər. Əməkdaşlıq müqaviləsi, tərəflərin gələcək hüquq və öhdəliklərin müəyyən edilməsi olmaqla, ilkin müqavilə qismində çıxış etmiş və sadə formada tərtib edilmişdir. Nəticə etibarı ilə adı keçən əməkdaşlıq müqaviləsinin tərtibində, qanunazidd olan hal mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında bağlanmış adı keçən 6 ədəd alqısatqı müqaviləsində hər satılmış sahəyə görə məbləğ müəyyən edilmiş və həmin məbləğ satan tərəf olan iddiaçıya verildiyi kimi rəsmiləşdirilmişdir. Lakin məhkəmədə müəyyən edilmiş işin həqiqi hallarına görə satana pul verilmədiyi təsdiqlənmiş və bunun tərəflər aralarında mövcud olan Əməkdaşlıq müqaviləsindən irəli gəldiyinə istinad edilir. Belə olan halda əməkdaşlıq müqaviləsində qeyd edilən pay və gəlirdən pul verilməsi də təmin edilməlidir. Əks təqdirdə yəni ilkin müqavilə qismində çıxış edən əməkdaşlıq müqaviləsinin tələblərinə uyğun olması təmin edilmədiyindən, alqı-satqı müqaviləsinin ləğvi üçün əsasdır. `Məhkəmə iş üzrə tərəflər arasında baş vermiş qeyd olunan halları müəyyən etmiş, lakin müəyyən etdiyi hallara nisbətdə adı çəkilən maddələri düzgün tətbiq etməmişdir. Nəticədə faktlar nöqteyi nəzərindən düzgün olmayan qətnamə qəbul edilmişdir. Tərəflərin öz aralarında müqavilə müstəvisinə gətirdikləri razılaşmani əks edən Əməkdaşlıq müqaviləsində müəyyən edilmiş və cavabdeh tərəflərin yerinə yetirməli olmalarına yönələn tələblərdən yaranan təsis olunacaq müəssisədən payların verilməsi, əldə edilən gəlirdən hər il üçün 100.000 manatdan az olmayan məbləğin ödəniləcəyi kimi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı isə əmlakını əvəzsiz verəcəyi, bağ salınması üçün pul verməsi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Bu baxımdan da məhkəmə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı maddi normanı tətbiq etməli idi. Lakin məhkəmə qeyd olunan halları iş üzrə müəyyən etmiş, öhdəliklərin icrası ilə bağlı maddi normanı isə tətbiq etməmişdir. İş üzrə müəyyən edilmiş dəlllərə görə iddiaçının əmlakın verilməsi və bununla bağlı alqı-satqı müqaviləsinin bağlanması, eləcə də 200.000 manat sərmayə edilməsi tərəflərin ilkin olaraq aralarında bağladıqları Əməkdaşlıq müqaviləsinin şərtlərindən irəli gəlmişdir. Lakin həmin icra olunmuş öhdəliklərin əvəzində tərəflər arasında razılaşdırılmış qarşılıqlı icra olunmalı öhdəlikləri cavabdehlər yerinə yetirmədiyindən, münasibətlər ilkin vəziyyətə gətirilməlidir. Bu da işdə adı keçən 6 ədəd alqı-satqı müqaviləsi ləğv edilməklə mümkündür.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. “X9 Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 etirazı onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 390.2, 646.1 və 394-cü maddələrinə münasibətdə iddiaçı şikayətində göstərir ki, “Əməkdaşlıq müqaviləsinin tərtibi ilə bağlı mübahisə yoxdur. Əksinə tərəflər həmin müqaviləni gələcək biznes münasibətlərini tənzimləmək məqsədi ilə bağladıqları və iradə ifadələrinə uyğun tərtib edildiyini bildirirlər.” Halbuki, Cavabdeh3-nin nümayəndəsi 1-ci instansiya məhkəməsinə verdiyi yazılı etirazda Əməkdaşlıq müqaviləsinin xx.xx.2015-ci il tarixdə deyil, hazırki mübahisə yaranandan sonra tərtib edildiyini əsaslandırmışdır. Belə ki, Əməkdaşlıq müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı Qusarda yerləşən 8 ha torpaq sahəsini digər tərəflərə dövr etməyi öhdəsinə götürmüşdür. Amma hazırki tarixə qədər iddiaçı xx.xx.2015-ci il tarixdən əvvəl 8 ha torpaq sahəsinin həqiqətən onun mülkiyyətində olduğunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdeh3 2016-cı ilin dekabr ayında təsis edilmişdir, amma onun təsis edilməsindən 1 il 7 ay əvvəl iddiaçı və müqaviləni imzalayan digər tərəflərə şirkətin təsis ediləcəyi, Cavabdeh2 şirkətdə məhz 35 faiz paya sahib olacağı guya məlum olmuşdur. Digər tərəfdən maraqlıdır ki, iş üzrə Cavabdeh3 və üçüncü şəxs “X9 Şirkəti” MMC hazırki mübahisə yaranandan sonra onlara belə bir müqavilənin mövcud olması bildirilmişdir, lakin daha əvvəl onlarda bu barədə məlumat olmamışdır. Məhz bu səbəblərdən tərəflər arasında mövcud olan digər bir mübahisəyə dair baxılan iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-620/2022 saylı qərarının 4-cü səhifəsinin son 2 abzasında müəyyən edilmişdir ki, xx.xx.2015-cı il tarixli əməkdaşlıq müqaviləsi notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən sözügedən müqavilə xx.xx.2015-ci il tarixdə bağlandığı halda, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə təsis edilib. Belə olan halda xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə həmin müqavilənin etibarlılığını şübhə altına alır. Qeyd edək ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə, yəni əməkdaşlıq müqaviləsi bağlanandan 1 il, 7 ay sonra təsis edilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi Əməkdaşlıq müqaviləsi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mötəbər sübut hesab edilməmişdir. Hazırki iş üzrə də iddiaçının mövqeyi həmin Əməkdaşlıq müqaviləsi üzərində qurulduğuna görə iddia tələbi tamamilə əsassızdır. Mülki Məcəllənin 337.1 və 404.2-ci maddələrinə münasibətdə Şikayətdə göstərilir ki, “Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında bağlanmış adı keçən 6 ədəd alğı-satqı müqaviləsində hər satılmış sahəyə görə məbləğ müəyyən edilmiş və həmin məbləğin satan tərəf olan iddiaçıya verildiyi kimi rəsmiləşdirilmişdir. Lakin məhkəmədə müəyyən edilmiş işin həqiqi hallarına görə satana pul verilmədiyi təsdiqlənmiş və bunu tərəflər aralarında mövcud olan əməkdaşlıq müqaviləsindən irəli gəldiyinə istinad edilir.” Halbuki, sözügedən alğı-satqı müqaviləsi üzrə alıcı olan Cavabdeh3 tərəfindən 8 ha torpaq sahəsinin əvəzində razılaşdırılan pul vəsaitinin müvafiq notariusun depozit hesabına qoyulması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 160-1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Razılaşdırılmış pul məbləğinin depozit hesabına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və ödəniş tapşırığına əsasən depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir. Bu bənd Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 231 saylı qərarı ilə təlimata əlavə edilmişdir. Səbəb isə alğı-satqı müqavilələrinin təsdiqi zamanı alıcı tərəfindən pul vəsaitlərinin satıcı tərəfə verilməsinin sübutunu asanlaşdırmaq idi. Təsadüfi deyil ki, qeyd olunan qərarın tətbiqi, nəinki pul məbləği üzrə yarana biləcək mübahisələrin qarşısını almaqda böyük rol oynadı, həmçinin bağlanılan müqavilələrin hüquqi baxımdan düzgünlüyünü də şərtləndirən amillərdən biri oldu. Belə ki, istənilən əqdin hüquqiliyi üçün həqiqi iradə ifadəsinin həqiqiliyi və düzgünlüyü, yəni həmin əqdin tərəflərin iradə ifadəsinə, həqiqi niyyətlərinə uyğun olması müqavilənin mühüm şərtidir. Bu baxımdan vəsaitin depozit vasitəsilə ödənilməsi, təbii olaraq tərəflərin həqiqi niyyətini və onların razılaşmasını, müqavilənin formal xarakterli deyil, həqiqi xarakterli olmasını əks etdirir. Fərziyyə olaraq hesab etsək ki, satıcı tərəf depozitə qoyulan pul vəsaitini məxaric etməyib, bu təqdirdə də alğı-satqı müqaviləsinin ləğvi mümkün deyildir. Belə ki, şikayətdə pul vəsaitinin notariusun depozit hesabı vasitəsilə ödənilməsi müddəası alğı-satqı müqaviləsinə düzgün tətbiq edilməmişdir. İddiaçı hazırki mübahisəyə sanki borc münasibətlərindən yaranan mübahisə kimi yanaşmaqla borc müqaviləsi üzrə pul vəsaitinin notariusun depozit hesabı vasitəsilə ödənilmə qaydasını tətbiq etmişdir. Belə ki, borc müqaviləsinin notarial qaydada təsdiqlənməsi üçün borc verən tərəfindən borc məbləğinin notariusun depozit hesabına qoyulmasının sübut edilməsi kifayət edir, amma borc verən tərəfindən borc məbləğinin borc alandan geri tələb edilməsi üçün depozit hesaba qoyulan məbləğin borc alan tərəfindən məxaric edilməsi, yəni fiziki olaraq əldə edilməsi mütləqdir. Əks təqdirdə notarial qaydada təsdiqlənsə belə, borc alan müqaviləni ləğv edə bilər, çünki borc verən müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Amma alğı-satqı müqaviləsində alıcının əldə etdiyi torpaq sahələrinin əvəzində pul vəsaitini notariusun depozit hesabına qoyması həm müqavilənin notarius tərəfindən təsdiq edilməsi, həm də onun öz öhdəliyini icra etməsi üçün yetərlidir. Bu səbəbdən satıcı alıcının notariusun depozit hesabına qoyduğu pul vəsaitini məxaric etməməsi halında alğı-satqı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, sözügedən təlimatda satıcı tərəfindən notariusun depozit hesabına qoyulmuş vəsaitin məxaric edilməməsinin nəticələri təsbit edilmişdir. Təlimatın 158-ci maddəsinə əsasən depozit məbləğlərinin notariusun hesabında saxlanması aşağıdakı müddətlərdə məhdudlaşdırılır: fiziki şəxslərə verilməli olan depozit məbləğləri üç il saxlanılır; mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat cəmiyyətlərinə, qeyrikommersiya hüquqi şəxslərə və büdcə təşkilatlarına verilməli olan depozit məbləğləri bir il saxlanılır; bu müddətlər kreditorun adına depozitə pul məbləğləri və ya sənədli qiymətli kağızlar verilməsi haqqında kreditora bildiriş göndərildiyi gündən hesablanır; büdcə təşkilatlarına verilməli depozit məbləğlərinin bu məbləğləri verildiyi ilin dekabr ayının 31- dək, həll edilməmiş məhkəmə işləri üzrə depozitə verilmiş məbləğlər isə məhkəmənin qətnamə çıxardığı ilin dekabr ayının 31-dək saxlanılır. Tələb olunmayan depozit məbləğləri həmin müddət keçdikdən sonra dövlət büdcəsi mədaxilinə keçirilir. Mülki qanunvericilik də hər 2 müqavilə üzrə pul vəsaitinin verilməsinə münasibətdə fərqli anlayışlardan istifadə etmişdir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, borc münasibətlərində pula mülkiyyət hüququ digər tərəfə keçirilməlidir, bu da fiziki olaraq pul vəsaitinin digər tərəfdə olması deməkdir ki, məhz bu baş verdikdən sonra borclunun həmin vəsaiti geri qaytarmaq öhdəliyi yaranır. Lakin alğısatqı münasibətlərində alıcı pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu öhdəliyin realizəsi də pul məbləğinin notariusun depozit hesabına qoyulması ilə yekunlaşır. Həmin məbləğin notariusun depozit hesabından məxaric edilməməsi alğı-satqı müqaviləsinin ləğvi üçün əsas deyil. Əksi alğı-satqı münasibətlərinin ruhuna uyğun deyil. Göründüyü kimi, depozit hesabına qoyulan pul vəsaitlərinin həmin hesabdan həqiqətən iddiaçı tərəfindən və yaxud cavabdehlər və ya cavabdeh müəssisəsinin kassiri tərəfindən götürülməsinin mübahisəli olması və iş üzrə tam, obyektiv və ədalətli nəticəyə gəlinməsi üçün mühüm əhəmiyyət daşıyan hal hesab edilməsi dair mövqe qanunvericiliyə və hüquqa uyğun deyil. İddiaçı şikayətində Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinin tətbiqi baxımından pozuntu olduğunu vurğulasa da, bunun konkret olaraq nədə ifadə olunmasını göstərməmişdir. Ümumi olaraq Əməkdaşlıq müqaviləsinə istinad etmişdir. Əməkdaşlıq müqaviləsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı dəlilləri yuxarıda sadalamışlar. Hesab edirlər ki, Əməkdaşlıq müqaviləsinə istinadla iddiaçının şikayətində göstərdiyi hər bir maddi hüquq normasının pozuntusuna dair mövqe öz-özlüyündə əsassızdır. İddiaçı şikayətində MPM-in 217.2 və 217.3-cü maddələrinə istinad etsə də, ümumiyyətlə prosessual pozuntudan bəhs etməmişdir, Əməkdaşlıq müqaviləsinin tətbiqi ilə bağlı maddi hüquq normasının pozuntusunu əsaslandırmağa çalışmışdır. İddiaçı maddi hüquq norması olan Mülki Məcəllənin 425-ci maddəsinin tətbiqində pozuntuya yol verilməsi ilə bağlı əsaslandırmasının mətnini prosessual norma olan MPM-in 217.2 və 217.3-cü maddələrinin tətbiqində pozuntuya yol verilməsi ilə bağlı müvafiq xanaya köçürməklə kifayətlənmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-75/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim-Z.Məmmədov, hakimlər-R.Ağayev və İ.Dəmirov).
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin materialları ilə müəyyən olunanlara əsasən, iddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il tarixli 8 may tarixli Əməkdaşlıq müqaviləsi bağlanmış, həmçinin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır.
26. Birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərini əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 22 fevral tarixli, 2(102)-620/2022 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı və X7 məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,56 ha torpaq sahəsinin və orada inşa edilmiş 1825 kv.m. sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair Cavabdeh2 ilə Abdullayev Ağasəf arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli bağışlama müqaviləsinin, habelə sözügedən torpaq sahəsinin və əmlak kompleksinin 1/2 hissəsinə dair İddiaçıla Cavabdeh2 arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi və əldən çıxmış faydaya görə cavabdehlərdən müştərək qaydada 40.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
27. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçıların istinad etdiyi 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi” notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən, sözügedən müqavilə 2015ci il 8 may tarixində bağlandığı halda, "xxxx" MMC 2016-cı il 26 iyul tarixində təsis edilib. Belə olan halda 2015-ci il 8 may tarixdə bağlanılmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır.”
28. Həmin əməkdaşlıq müqaviləsi bağlanandan sonra eynilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin etibarlılığı şübhə altına alınaraq həmin müqaviləyə artıq hüquqi qiymət verilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. İddiaçı həmin qətnamədən 2022-ci il 25 sentyabr tarixində kassasiya şikayəti (Vəkil3 tərəfindən tərtib olunmuş) vermiş, onun tam ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. İddiaçı həmin qətnamədən 2022-ci il 29 sentyabr tarixində kassasiya şikayəti (vəkil X20 tərəfindən tərtib olunmuş) verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını, cavabdehlər barəsində törətmiş olduqları cinayət xarakterli hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başladılması üçün xüsusi qərardad qəbul olunmaqla prokurora xəbər verilməsini xahiş edilmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-745/2022 nömrəli 30 dekabr 2022-ci il tarixli qərarı ilə (X17 (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X11) İddiaçı Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)- 75/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 8 may tarixli 2-2(105)-46/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 15 aprel tarixli 2-2(119)-11/2022 nömrəli qətnaməsi qismən - 200000 manatın Cavabdeh2dan iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Cavabdeh2dan 200000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – F.Məmmədov, hakimlər – L.Rəhimli və Z.Məmmədov).
34. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutları əlaqəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddiaçının 200000 manat pul vəsaitini məhz Cavabdeh2 verməsi və bunun qarşılığında razilaşmalarına uyğun olaraq iddiaçının heç bir mənfəət və ya əmlak hüququ əldə etməməsi sübuta yetirildiyindən, onun mövcud iddiası Cavabdeh2dan 200000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməli olduğundan, birinci instansiya məhkəməsi isə bu hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir
35. Məhkəmə öz mövqeyini MM-in 21, 43.1, 52.2, 87.1, 324, 373.2, 390.2, 394, 425, 448, 646-cı; MPM-in 14.2, 77.1, 88, 218.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. İddiaçı 2023-cü il 9 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv olunması, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Cavabeh Cavabdeh2 2023-cü il 27 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-523/2023 nömrəli 12 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim X8 (məruzəçi), hakimlər X27 və X13) İddiaçı Qurban oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2- 2(105)-46/2023 nömrəli iş üzrə 2023-cü il 8 may tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
Apellyasiya icraatı iştirakçılarının izahatları
39. İddiaçı Namiq Məmmədmuradov apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
40. İddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
41. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
42. Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
43. Üçüncü şəxs “X9” QSC-nin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2- 2(119)-11/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 52. Hüquqi şəxsin məsuliyyəti 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 390. Müqavilə azadlığı 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.” Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.”
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin olunmalıdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, yəni iddianı təmin edilməyən 200.000 manat pul tələbinə dair hissədə düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, sübutların qimətləndirilməsində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.
49. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Mülkiyyətçi - İddiaçı ilə icraçılar - Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il 8 may tarixli Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən mülkiyyətçi özünə məxsus, satın aldığı Qusar rayon ərazisində yerləşən 8 ha. torpaq sahəsində yeni alma bağı salınmasını, ‘’Alma bağı"-nı Cavabdeh3-yə alqı-satqısı yolu ilə amma əvəzi ödənilmədən dövr edilməsini, “İcraçı” tərəfin istifadəsində olan Qusar rayonunda yerləşən 20 ha. torpaq sahəsində yeni növlü alma bağlarının salınması üçün lazım olan 200.000 manat məbləğin bankdan-kredit götürüb, nağd şəkildə “İcraçı-1”yə verəcəyini öhdəsinə götürmüşdür. Mülkiyyətçiyə qeyd edilənlərin əvəzində "Our Orchards” MMC -dən 35% pay və illik gəlir hesabına hər il 100.000 manat veriləcəyi öhdəliyi götürülmüş, Müqavilədə qeyd olunan şərtlərdən bir və ya bir neçəsi “Mülkiyyətçi” tərəfindən pozularsa, “icraçı” tərəf müqavilənin pozulmasını tələb edə bilər. Bu halda “Mülkiyyətçi tərəfdən dövr edilmiş əmlak hissəsi və verdiyi pul məbləği geri qaytarılmır. Müqavilə şərtləri “İcraçı” (“İcraçı-İ” və ya “tcraçı-2” biri və ya birgə) tərəfindən pozularsa, “Mülkiyyətçi” müqavilərin pozulmasını tələb edə bilər. Bu halda onun tərəfindən qarşı tərəfə dövr edilmiş əmlak (tələb edirsə ilkin vəziyyətdə) və verilmiş pul vəsaitlərinin, həmçinin əmlakın və pul vəsaitlərinin istifadəsinə görə əldən çıxmış fayda məbləğində kompensasiya, qanunla müəyyən edilmiş qaydada Mülkiyyətçi "yə qaytarılması təmin ediləcəkdir.
50. Həmçinin iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh3-nin adından Cavabdeh1 arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 18 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-153 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 3,5174 ha olan torpaq sahəsi 34900 (otuz dörd min doqquz yüz) manata, 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqısatqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-173 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi 8500 (səkkiz min beş yüz) manata, 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-174 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 1,057 ha olan torpaq sahəsi 10500 (on min beş yüz) manata və 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-176 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,7211 ha olan torpaq sahəsi 7500 (yeddi min beş yüz) manata, 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-2141 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,5519 ha olan torpaq sahəsi 77000 (yetmiş yeddi min) manata və 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-2142 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,508944 ha olan torpaq sahəsi 71400 (yetmiş bir min dörd yüz) manata satıcı İddiaçı tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır.
51. İddiaçı müqavilə öhdəliyinin pozulmasını iddia edərək araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir.
52. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahələrinin müvafiq qaydada bağlanaraq, rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında İddiaçı tərəfindən Cavabdeh3-yə satılması təsdiq olunsa da, iddia tələbində qeyd olunan həmin müqavilələrin ləğv edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Eyni zamanda, “Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahələrinin iddiaçıya geri qaytarılması və cavabdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının sahnmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” barədə iddia tələbinin əsaslılığı da məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmamışdır. Mülki-Prosessual Məcəllənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar (“əsaslı şübhədən kənar” sübutlar) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbində qeyd olunan 8 ha torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqavilələri İddiaçı və Cavabdeh3 arasında müvafiq qaydada notarial qaydada tərtib və təsdiq edilməklə bağlanmış və həmin müqavilələrin ləğvi üçün əsas ola biləcək halların mövcudluğunu və eyni zamanda, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılmalı və cavabdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının sahnmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı olmasının əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır.
53. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində gəlmiş olduğu nəticə ilə qismən razılaşmır, apellyasiya şikayətini bu hissədə qismən əsaslı hesab edir.
55. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslındırır:
56. Kollegiya ilk öncə qeyd edir ki, məhkəmə kollegiyası Ali Məhkəmənin bu iş üzrə ikinci icraat zamanı qəbul edilmiş Qərarının 64-68-ci bəndlərində irəli sürülmüş hüquqi mövqeyə uyğun olaraq araşdırma apararaq müəyyən etdi ki, iddiaçının istinad etdiyi Əməkdaşlıq Müqaviləsində mülkiyyətçinin İcraçı tərəfin istifadəsində olan Qusar rayonunda yerləşən 20 ha. torpaq sahəsində yeni növlü alma bağlarının salınması üçün lazım olan 200 000 manat məbləğin bankdan-kredit götürüb, nağd şəkildə “İcraçı-1” verəcəyini öhdəsinə götürməsi, icraçı isə Yeni alma bağlarının salınması üçün razılaşdırılmış “Mülkiyyətçi tərəfindən ödənilən 200.000 manat şərtləşdirilmiş qaydada "Our Orchards” MMC-yə məxsus Qusar rayonu ərazisində yerləşən 20 ha. torpaq sahəsində yeni növlü alma bağının salınmasına sərf edilməsi təmin ediləcəyi, bunun müqabilində mülkiyyətçiyə "Our Orchards” MMC -dən 35% pay hüququ və iki ildən sonra hər il üçün illik gəlir hesabına 100.000 manat ödəniləcəyi nəzərdə tutulmuşdur.
57. Məhkəmə araşdırması zamanı Cavabdeh2 verdiyi izahatında, həmçinin iddiaya vermiş olduğu etirazında göstərmişdir ki, iddiaçının götürdüyü 250.000 manat kreditin 200.000 manatı şəxsən onun əli ilə alma bağlarının salınmasına sərf edilmiş, bunlar ortaq olan digər Cavabdeh1 razılığı və iştrakı ilə olmuşdur.
58. Eyni zamanda cavabdeh Nazim Xudarverdiyev iddiaya vermiş olduğu etirazda göstərmişdir ki, iddiaçının kredit götürdüyü 250.000 manat pul məbləğindən 200.000 manatı onun yanında Cavabdeh2 verilmiş, sonuncu da həmin pulu alma bağlarının salınmasına sərf edilmiş, butun xərclərin uçotu Azər və onun tərəfindən aparılmışdır.
59. İş materiallarına əlavə edilmiş –iddiaçı Bank of Baku ASC-nin cavabdeh X2 və X1 qarşı kredit öhdəliyi üzrə borc tələbinə dair iddia ərizəsinə vermiş olduğu etirazda Cavabdeh1 göstərimşdir ki, «20 ha torpaq sahəsində də yeni alma bağının salınması ilə bağlı Azərin vədinə inanıb, təklifini qəbul edib, bankdan 250.000 manat kredit götürmüşdür ki, hazırkı iddia da həmin kreditdən qalmış borcun tələbi ilə bağlıdır. Halbuki, həmin məbləğdən 200.000 manat Azər vasitəsi ilə alma bağlarının salınmasına sərf edilmiş, yerdə qalan məbləğdən də əvvəlki borcların bir qisminin bağlanmasına sərf edilmişdir. Məhz həmin kredit həm də əvvəlki borcların ödənilməsinə yönəldiyi üçün götürüldüyündən, o da təminat olaraq, oğlu Ağarəhimə məxsus mənzili girov etmişdir».
60. Məhkəmə araşdırması zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin məhkəm sorğusuna xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2016-cı il tarixində “X9 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (nizşmnamə kapitalında pay haqqı 65 %) və Cavabdeh2 (nizamnamə kapjtalında pay haqqı 35 %) təsisçiliyi ilə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən Cəmiyyətin təsisçiləri “X9 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (nizamnamə kapitalında pay haqqı 65 %), Cavabdeh1 (nizamnamə kapitalında pay haqqı 17,5 %) və X12 (nizamnamə kapitalında pay haqqı 17,5 %) olmaqla qeydiyyat məlumatlarında müvafiq dəyişikliklər qeydiyyata alınmışdır.
61. Kollegiya işin müəyyən edilmiş hallarına istinadən qeyd edir ki, 200.000 manat nağd pulun iddiaçı tərəfindən Cavabdeh2 verilməsi və həmin pulun cavabdehlər Cavabdeh2 tərəfindən N.Xudaverdiyin iştirakı ilə Cavabdeh3-nin mülkiyyətində olan 12 ha torpaq sahəsində intensiv alma bağının salınmasına sərf olunması, Cavabdeh3-nin 21 dekabr 2016-cı il tarixdə qeydiyyata alınmaqla onun təsisçilərindən biri olan Cavabdeh2 35 faiz (595000 manat) paya malik olması, daha sonra Cavabdeh1 həmin MMC-də 17,5 faiz paya malik olması, Əməkdaşlıq müqavilənin şərtlərinə əsasən (bənd 4.2.) icraçıların müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı birgə məsuliyət daşımaları, iddiaçı qarşısında müqavilə öhdəliyinin yerinə yetirilməməsi işin mübahisəsiz halları olmaqla məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla bu hallar təsdiqini tapır.
62. Əməkdaşlıq Müqaviləsinin 4.2-ci bəndinin tələbinə görə müqavilə şərtləri «İcraçı» (“İcraçı-İ” və ya “İcraçı-2” biri və ya birgə) tərəfindən pozularsa, “Mülkiyyətçi” müqavilənin pozulmasını tələb edə bilər və onun tərəfindən qarşı tərəfə dövr edilmiş əmlak (tələb edirsə ilkin vəziyyətdə) və verilmiş pul vəsaitlərinin …. qaytarılması təmin ediləcəkdir.
63. Göründüyü kimi Əməkdaşlıq müqaviləsində göstərilən Cavabdeh3 yaradılaraq həmin MMC-də Cavabdeh2, daha sonra Cavabdeh1 pay sahibi olsalar da iddiaçının verdiyi pul müqabilində onun qarşısında üzərlərində götürdükləri öhdəliyi icra etməmişlər, bununla da müqavilə şərtini pozmuşlar.
64. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını, Ali Məhkəmənin Qərarının 66-cı bəndinin göstərişini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə bağlanandan sonrakı hərəkətləri (200.000 manatı vəsaitin sərf edilməsində birgə iştirakları, MMC-də paya malik olmaları) bu nəticəyə gəlməyə əsas verir ki, 200.000 manat pulun iddiaçıya qaytarılmasında Cavabdeh2 və Cavabdeh1 birgə məsuliyyət daşımalıdırlar.
65. Göründüyü kimi iddiaçı 200.000 manat pul məbləğinin cavabdehlərdən (Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1) müştərək qaydada tutulmasını iddia etmişdir. Kollegiya Cavabdeh3-yə münasibətdə tələbi əsassız hesab edir. Məhkəmə kollegiyasının qənaətincə həmin pul vəsaitinin əldə edilməsi, sərf edilməsi və s. bağlı hərəkətlərdə Cavabdeh3-nin iştirakı müəyyən edilmir, bu isə birgə məsuliyyətin əsaslarının yaranmaması nəticəsinə gəlməyə əsas verir. Həmçinin qeyd olumalıdır ki, hüquqi şəxs təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir və mülki məsuliyyəti yaranmır.
66. Kollegiya Ali Məhkəmənin Qərarının 69-72-ci bəndlərində nəzərdə tutulmuş göstərişə uyğun olaraq aparılmış araşdırma zamanı müəyyən etdi ki, Əməkdaşlıq Müqavilənin şərtlərinə əsasən mülkiyyətçi (hazırki iş üzrə iddiaçı) özünə məxsus satın aldığı Qusar rayon ərazisində yerləşən 8 ha. torpaq sahəsində yeni alma bağı salınması üçün hazırlayır və Fransa növlü alma cilinglərinin alınması üçün tələb olunan 73.500 avrounu ödəyir, cilinglərın gətirilib, 8 ha. torpaq sahəsində əkdirməklə, yeni növlü alma bağını hazır vəziyyətdə gətirdikdən sonra, mülkiyyət sənədlərini təqdim edir, “İcraçı-2” və ya onun göstərdiyi şəxs vasitəsi ilə (Alma bağı) "Our Orchards” MMC-yə alqı-satqısı yolu ilə, amma əvəzində pul almadan dövr edilməsini həyata keçirəcəkdir.
67. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, "Our Orchards” MMC ilə Namiq Məmmədmuradov arasında mübahisələndirilən alqısatqı müqavilələri bağlanmış, həmin müqavilələr notarial qaydada təsdiq edilmiş, müqavilə predmetini təşkil edən əmlakın dəyəri alıcı tərəfindən notariusun depozit hesabına köçürülmüş, daha sonra alıcı məxaric orderinə imza edərək pul məbləğini qəbul etmişdir.
68. Məhkəmə araşdırması zamanı iddiaçı verdiyi izahatında alma bağlarının dövr edilmə qaydasının alqı-satqı yolu ilə edildiyini, alqı-satqı müqavilələrinin bağlandığını, lakin əvəzində pul almadığını, köçürülmüş pul vəsaitini depozitdən qəbul edib elə həmin vaxt MMC-nin nümayəndəsi Cavabdeh1 verdiyini, sonuncunun yanında MMC-nin mühasibinin də olduğunu bildirdi.
69. Göründüyü kimi qeyd edilən fakt üzrə mübahisələndirilən hal pul vəsaitinin iddiaçı tərəfindən və ya "Our Orchards” MMC-nin nümayəndəsi tərəfindən geri götürülübgötürülməməsi ilə bağlıdır.
70. Ali Məhkəmənin Qərarının 72-ci bəndinin göstərişinə uyğun olaraq aparılan araşdırma zamanı məhkəmə iclasında dindirilən "Our Orchards” MMC-nin nümayəndəsi alqı-satqı müqaviləsinin qanunauyğun qaydada həyata keçirildiyini, alıcı ("Our Orchards” MMC) tərəfindən müqavilə dəyərini təşkil edən pul vəsaitinin satıcıya ödənildiyini, sonuncu tərəfindən depozit hesabından pulun götürüldüyünü, pulun geri qaytarılmadığını, adı çəkilən Əməkdaşlıq Müqaviləsinin MMC ilə bağlanmadığını, həmin müqavilə öhdəliyinin MMC-yə aiddiyəti olmadığını, alma bağlarının əvəzsiz qaydada dövr edilməsinə dair irəli sürülmüş dəlilləri qəbul etmədiklərini, bu dəlillərin əsassız olduğunu bildirmişdir.
71. Məhkəmə iclasında bu xüsusat üzrə dindirilən Cavabdeh1 nümayəndəsi pul məbləğinin Cavabdeh1 tərəfindən götürülmədiyini bildirdi.
72. İşin obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə MMC-nin nümayəndəsinə həmin alqı-satqı müqaviləsi üzrə pul vəsaitinin ödənilməsində iştirak etmiş MMC-nin nümayəndəsi- kassirin iştirakının məhkəmə iclasında iştirakının təmin edilməsi təklif olunmuş, həmin şəxsin artıq MMC-də işləmədiyi, onunla heç bir əlaqənin olmadığı bildirilmişdir.
73. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş məxaric orderlərindən görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə depozit hesabına qoyulmuş pul məbləğləri Namiq Məmmədmuradov tərəfindən qəbul edilmişdir.
74. Kollegiya qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
75. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
76. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
77. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
78. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
79. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu baxımdan mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
80. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
81. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
82. Mübahisədən göründüyü kimi Namiq Məmmədmuradov müqavilə öhdəliyinin cavabdehlər tərəfindən yerinə yetirilmədiyini iddia edərək alqı-satqı müqavilələrinin ləğv edilməsini tələb etmişdir.
83. Ali Məhkəmənin Qərarının 72-ci bəndlərinin göstərişinə uyğun olaraq aparılmış araşdırma zamanı alqı-satqı müqaviləsi üzrə göçürülmüş pul vəsaitinin MMC-nin nümayəndəsi tərəfindən geri götürülməsini təsdiq edən əsaslı şübhədən kənar heç bir sübut müəyyən edilməmişdir.
84. Kollegiya hesab edir ki, araşdırma zamanı mübahisələndirilən alqı-satqı müqavilələrinin qanunvericiliyin tələb etdiyi tərzdə bağlandığı, alıcı tərəfindən müqavilə öhdəliklərinin pozulması müəyyən edilməmişdir.
85. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı yuxarıda qeyd edilən dəlillərini bildirsə də, onları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. İşdə olan və iddiaçı tərəfindən ləğv edilməsi tələb olunun “Alqı satqı müqaviləsindən” isə görünür ki, iddiaçı həmin müqaviləni imzalayaraq müqavilədə ifadə edilmiş şərtlərlə razılaşmış, depozitə qoyulmuş pul məbləğinin qəbul edilməsinə dair qəbzlərə imza etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərbəst sərəncam verərək - onu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpaq sahəsinə dair cavabdeh MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Tərəflərin şərtləri, hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satıcı (cavabdeh), həm alıcı (iddiaçı) bu şərtlər, hüquq və vəzifələr ilə razılaşaraq müqaviləni imzalamış, müqavilə notariat orqanında qeydə alınmışdır. Müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməmişdir.
86. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin tələbinə görə MMC təsisçilərin öhdəliklərinə görə cavabdeh deyildir və məsuliyyət daşımır. MMC 8 may 2015ci il tarixli Əməkdaşlıq müqaviləsinin tərəfi olmamaqla, iddiaçı qarşında öhdəliyi yaranmamışdır. Mübahisəyə bu konteksdən yanaşılarsa alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin iddiaçı tərəfindən qəbul edilməməsi və müqavilə predmeti olan alma bağlarının əvəzi ödənilmədən dövr edilməsi ağlabatan hesab edilə bilməz.
87. Şərh olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpan sahəsinin qaytarılmasına dair iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticəni əsaslı hesab edir.
88. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-2(119)-11/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır.
89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-2(119)-11/2022 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməyən cavabdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200.000 (iki yüz min) manat tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.