Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-41/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1 İddiaçı verdiyi etiraza baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2230/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2230/2022 nömrəli qərardadından şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-2(105)-24/2023 nömrəli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2- 2(119)-2230/2022 nömrəli və şikayət təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə 30 dekabr 2022ci il tarixli qərardadları ləğv edilərək, İddiaçı cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbi barədə iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün e-2-2(119)-2230/2022 nömrəli iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi isə 01 fevral 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində e-2-2(119)-2230/2022 nömrəli kommersiya işi üzrə yaradılmış elektron kabinet vasitəsi ilə “hakimə etiraz”la məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-2230/2022 nömrəli kommersiya işinin və ərizəçi İddiaçı “müvəqqəti təminat tədbirinə yenidən baxılması” barədə ərizəyə dair e-16(119)-22/2022 nömrəli kommersiya işinin başqa hakimə verilməsini xahiş etmiş və həmin etiraz – iş üzrə qəbul edilmiş yuxarıda qeyd olunan qərardadlarla və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsi (hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa) ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2-2(119)- 287/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair kommersiya işi üzrə İddiaçı nümayəndəsi tərəfindən verilmiş “hakimə etiraz” iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hakimə etirazın dəlilləri ilə bağlı qeyd edir ki, hər-hansı ehtimal və ya şəxsi mülahizə iş üzrə hakimə etiraza əsas ola bilməz. Digər tərəfdən etiraz ərizəsi heç bir sübuta əsaslanmamış, o cümlədən hakimə etiraza səbəb olmuş halların mövcudluğunu təsdiq edən faktlar və dəlillər göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19-cu maddəsində hakimə etiraz etmək üçün əsas olan halların dairəsi konkret göstərilmiş və 21.3-cü maddəsinə əsasən etiraz verilməsinə səbəb olmuş əsasların mövcudluğunu sübut etmək vəzifəsi bilavasitə etiraz edən şəxsin üzərinə qoyulmuşdur. İddia ərizəsinin icraata götürülmədən iddiaçıya geri qaytarılması isə hakimə (məhkəmə sədrinə) etiraz üçün əsas ola bilməz. Lakin məhkəmə kollegiyası qeyd edir ki, etirazın təmin edilməsi üçün hər-hansı formal əsasların olmamasına baxmayaraq, vətəndaş hüquqlarının tam və geniş təmin olunması, habelə məhkəmə tərəfindən gələcəkdə qəbul ediləcək qərarın şübhə altına alınmaması məqsədilə etiraz təmin edilməli və iş mahiyyəti üzrə həmin məhkəmədə başqa hakimin iştirakı ilə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Zülfüqar Sadiqovun ədalətliliyi, qərəzsizliyi və obyektivliyi şübhə altına alınmamaq üçün etiraz təmin edilərək, iş mahiyyəti üzrə həmin məhkəmədə başqa hakimin iştirakı ilə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 19, 21-23, 263-264 və 365-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş etiraz təmin edilsin. İddiaçı cavabdehlər Askyerova (Əsgərova) Leylaya, Cavabdeh2 və Cavabdeh1nə qarşı “müqavilənin bir hissəsinin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılmış hesab edilməsi və icarə obyektindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi” tələbinə dair kommersiya işi mahiyyəti üzrə həmin məhkəmədə başqa hakimin iştirakı ilə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-41/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-41/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver