Məhkəmə qərarları › İş №2-2(105)-43/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-43/2022

14.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-43/2022 14.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və İlqar Kamal oğlu Dəmirovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-328/2022 saylı, 01 mart 2022-ci il tarixli qərardadına apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 15 noyabr 2021-ci ildə Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 02.02.2022-ci il tarixdə Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatət verərək iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxılması üşün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 2(060)-487/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair 2(060)-487/2022 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı və hazırki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-328/2022 saylı, 01 mart 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsi hesab etmişdir ki, Cavabdeh qeydiyyat ünvanı “ünvan 1ğlı ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə - cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsidir. Ona görə də, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "müqavilənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Çünki, Tərtər rayonu ərazi aidiyyətinə görə Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan inzibati ərazidir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki kommersiya işinə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Kollegiya hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsi İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi və məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməli olması barədə düzgün nəticəyə gəlsə də, işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsində haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, (iş vərəqi: 23-25, 50, 86, 89) və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, iş üzrə Cavabdeh qeydiyyat ünvanı “ünvan 2eydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 21.16-cı bəndinə əsasən Tərtər rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, , 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair kommersiya işi ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar