Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-45/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(119)-1673/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 müəllifi olduğu və əmlak hüquqları iddiaçı "xxxx" MMC-yə məxsus əlavə dərs vəsaitlərinin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2- ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1-ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif uçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) - cəmi 36 adda kitabların istehsalının və satışının Cavabdeh MMC-yə qadağan edilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 9500 (doqquz min beş yüz) manatın, mediasiya üçün ödənilmiş 100 (yüz) manatın və 15 (on beş) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC X6 müəllifi olduğu 36 adda "xxxx"nin əmlak hüquqlarının müəyyən müddətə MMC-yə verilməsinə dair 11 mart 2022-ci il tarixdə müəlliflə “Müəllif müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən X6 müəllifi olduğu "xxxx"nin – “Azərbaycan dilindən didaktik materiallar – 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 2-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 3-cü sinif”, “Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif”, “Azərbaycan dilindən testlər – 1-ci sinif”, “Azərbaycan dilindən testlər - 2-ci sinif”, “Azərbaycan dilindən testlər – 3-cü sinif”, “Azərbaycan dilindən testlər - 4-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 1-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 2-ci sinif”, “Riyaziyyatdan didaktik materiallar – 3-cü sinif”, “Riyaziyyatdan didaktik materiallar – 4-cü sinif”, “Riyaziyyatdan testlər - 1-ci sinif”, “Riyaziyyatdan testlər – 2-ci sinif”, “Riyaziyyatdan testlər – 3-cü sinif”, “Riyaziyyatdan testlər – 4-cü sinif”, “İbtidai sinif şagirdinin stolüstü kitabı” (Qaydalar), “Hüsnxət” (məktəbəqədər üçün), “Hüsnxət” (1-ci sinif uçün) və “Hüsnxət” (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) nəşr olunması və satışı ilə bağlı bütün hüquqlar "xxxx" MMC-yə məxsusdur. Cavabdeh MMC isə "xxxx" MMC-nin hüquqlarını pozaraq X6 müəllifi olduğu, lakin nəşr olunması və satış hüquqları isə "xxxx" MMC-yə məxsus əlavə dərs vəsaitləri kitablarının istehsalını və satışını həyata keçirir. Bununla da Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin qanunvericiliklə qorunan hüquqları pozulur və sonuncuya maddi zərər dəyir (bundan sonra iddia ərizəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü, 15-ci, 30.1-ci, 44.2-ci, 45-ci və 47ci maddələrinə, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə istinad olunmuşdur). Sonradan iddiaçı "xxxx" MMC “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, X6 müəllifi olduğu və əmlak hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əlavə dərs vəsaitlərinin - “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda kitabların istehsalının və satışının Cavabdehnə qadağan edilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 29500 (iyirmi doqquz min beş yüz) manatın, mediasiya üçün ödənilmiş 100 (yüz) manat pulun və 235 (iki yüz otuz beş) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - istifadəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müəllif X10 arasında 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsinin bağlanması, həmin Müqavilədə nəzərdə tutulan X6 müəllifi olduğu, nəşr olunması və satış hüquqlarının isə "xxxx" MMC-yə məxsus olan əlavə dərs vəsaitlərinin Cavabdeh MMC tərəfindən istehsal olunması və pirat nüsxələrinin satışının bütün ölkə ərazisində həyata keçirilməsi və bu hərəkətlərin iddiaçı "xxxx" MMC-yə dəymiş zərərin miqdarını xeyli artması ilə əsaslandırılmışdır. Cavabdeh məhkəməyə “iddia tələbinə qarşı yazılı etiraz” və “subyektiv hüququn olmaması ilə bağlı iddia tələbinin rədd edilməsi barədə” vəsatət təqdim edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC iddia tələbinin faktiki əsası kimi iddiaçı ilə müəllif X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Müəllif Müqaviləsini qeyd etmişdir. Cavabdeh tərəf hesab edir ki, iddia tələbi əsassızdır və bu iddia hüquqdan sui-istifadədir. Etiraz üçün ilkin olaraq işin faktiki hallarının qeyd edilməsi daha məqsədə uyğundur. İlk olaraq, məhkəmənin diqqətinə çatdırılır ki, müəllif X10 ilə Cavabdeh MMC arasında uzun müddətli əməkdaşlıq olmuşdur. Belə ki, Cavabdeh MMC 10 ilə yaxın həmin müəllifin kitablarının çapı və satışı ilə məşğul olmuşdur. Əldə edilən gəlirin 30 faizi isə müəlliflə bağlanmış müqaviləyə əsasən ona ödənilmişdir. Həmçinin, müəllifin kitablarının satışının təkmilləşdirilməsi də cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, kitabların tanıtımı, dərs vəsaiti kimi zəruri olması üçün redaktə işlərini (yəni kitabların rus dilinə tərcümə edilməsini, kitabdakı qüsurların redaktə edilməsini, kitabların məktəblərdə tanıtımını və s.) məhz Cavabdeh MMC həyata keçirmişdir. Yəni, 10 ilə yaxın müddət ərzində kitabların nəşr edilməsi və satışının həyata keçirilməsi cavabdehlə müəllif arasında bağlanmış müəlliflik müqaviləsinə əsasən həyata keçirilmişdir. Bu qədər uzun müddət tərəflər arasında qarşılıqlı etimad formalaşmışdır. Tərəflər arasındakı hüquq münasibətlərinin hələ də davam etdiyi 2021-ci ildə qeyd edilən dərs vəsaitlərinin çoxsaylı nüsxələri cavabdeh tərəfindən nəşr edilsə də, həmin ildə pandemiya ilə bağlı satışın həyata keçirilməsi mümkün olmamışdır. 2022-ci ildə isə müəllif iddiaçı ilə müqavilə bağlamış olsa da, bu hal cavabdehin daha əvvəldən nəşr etdirdiyi kitabların satışına maneə təşkil etməməlidir. Çünki, kitabların nəşri və satışı 2022-ci ilə kimi məhz cavabdehin müstəsna hüququnda olmuşdur. İddiaçı isə cavabdeh tərəfindən nəşr edilən dərs vəsaitlərinin satışının qarşısını almaq üçün, kitab satışını həyata keçirən şəxsləri DTX-nın əməkdaşları ilə hədələmişdir. Təbii ki, belə olan halda heç bir satış mərkəzi cavabdehlə fəaliyyət göstərmək istəməyəcəkdir. Bu halda isə iddiaçının hərəkətləri cavabdehə zərər vurmaqdan başqa bir şey deyildir. Çünki, cavabdehin uzun illərdir formalaşdırdığı ticari imici ləkələnir və nəşr etdiyi kitabları satmamaqla kifayət qədər zərərə uğrayır. Həmçinin, məlum dərs vəsaitlərinin təşkili üçün cavabdeh tərəfindən bankdan külli miqadarda kredit götürülmüşdür. Belə ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 700000 (yeddi yüz min) manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 170000 (yüz yetmiş min) manat kredit götürmüşdür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 343500 (üç yüz qırx üç min beş yüz) manat kredit götürmüşdür. Yekun olaraq yuxarıda qeyd edilənlər ümumiləşdirilərək bildirilir ki, a) Cavabdehlə müəllif arasında müqavilə bağlanmış (10 ilə yaxındır), b) Cavabdeh müəllifin kitablarının bazarda tanınması üçün zəruri olan bütün hərəkətləri etmiş, c) Cavabdeh kitabların redaktəsini həyata keçirmiş, d) Cavabdeh kitabların rus dilinə tərcümə edilməsini təmin etmiş, e) Cavabdeh məktəblərdə kitabların tanıtımını realizə etmiş, f) Cavabdeh uzun illər dərs vəsaitlərindən əldə edilən gəlirin 30 faizini müəllifə ödəmiş, g) İddiaçı sadəcə, 2022-ci ildən dərs vəsaiti ilə bağlı hüquqları əldə etsə də, müqaviləyə zidd hərəkətlər etmişdir, h) İddiaçı kitabların satışına mane olmaq üçün, kitab mərkəzlərinə cavabdeh barəsində yalan məlumatlar vermişdir (guya cavabdehin dərs vəsaitlərini çap etməyə hüququ olmamışdır, əgər cavabdehin nəşr etdiyi dərs vəsaitlərinin satışı həyata keçirilərsə DTX-nın əməkdaşları kitab satışını həyata keçirənləri narahat edəcəkdir və s.). Hüquqi əsaslandırma isə iki istiqamət üzrə aparılacaqdır. Birinci istiqamət - cavabdehlə müəllif arasında yaranmış olan hüquq münasibətləri, ikinci istiqamət isə - iddiaçının cavabdehə qarşı iddia qaldırmaq hüququnun olub-olmaması baxımından. Birinci istiqamət üzrə aşağıdakılar qeyd edilir: - işin faktiki hallarında qeyd edilənlərdən də aydın olur ki, cavabdeh ilə müəllif arasında müqavilə münasibətləri olmuşdur və cavabdeh 10 ilə yaxındır ki, müəllifin razılığı ilə onun dərsliklərini nəşr edir. Münasibətlər o qədər etibarlı hala gəlmişdir ki, cavabdeh bankdan müxtəlif vəsaitlər götürüb, qeyd edilən dərsliklərin nəşrini həyata keçirmişdir. Lakin müəllif 2022-ci ildə əməkdaşlığa son qoysa da, 2021-ci ildə nəşr edilmiş kitabların satışına heç bir maneə törədə bilməz. Bununla bağlı ilkin olaraq qeyd edilir ki, mülki qanunvericilikdə hüquqlardan istifadə olunmasına dair ümumi mahiyyətdə iki maddə xüsusi diqqət çəkir. Biri Mülki Məcəllənin 5.3-cü maddəsi, ikincisi isə 560-cı maddəsidir (bundan sonra Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 5.3-cü və 560-cı maddələrinin məzmunu qeyd olunur). Məhkəmənin nəzərinə çatdırılır ki, müəllif Aygün Məcidova uzun illər cavabdehlə birlikdə işləmiş və cavabdeh isə dərs vəsaitlərinin satışından əldə edilən gəlirin 30 faizini həmin müəllifə ödəmişdir. Bu halın uzun illər davam etməsi cavabdehdə müəllifə qarşı etimad formalaşmışdır ki, müəllif bu halı nəzərə almadan, cavabdehlə aralarında olan hüquq münasibətlərinə xitam verərək, cavabdehin nəşr etdiyi dərs vəsaitlərini nəzərə almadan, iddiaçı ilə Müəllif Müqaviləsi bağlamışdır. Bu isə yuxarıda qeyd edilənlərə əsasən bir mənalı olaraq öz hüququndan vicdanlı istifadə etməmək deməkdir. Müəllif cavabdehə dərs vəsaitlərini nəşr etməyə uzun illər icazə vermiş, uzun illər cavabdehdən dərs vəsaitlərinin satışından gəlirini almışdır. Belə olan halda cavabdehin 2022-ci ilə qədər nəşr etdiyi dərs vəsaitlərinin satışına qadağa qoyulmasının tələb edilməsi müəlliflə aralarında yaranmış müqavilə münasibətlərinə ziddir və hüquqdan sui-istifadədir. Müəllifin cavabdehin 2022-ci ilə qədər nəşr etmiş dərs vəsaitlərinin satışının həyata keçirilməsinə maneə törətmək hüququ yoxdur. Çünki, cavabdeh 2022-ci ilə qədər müəllifin razılığı ilə dərs vəsaitlərini çap etmiş və satışını həyata keçirmişdir. Bu isə o deməkdir ki, müəllif cavabdehə qarşı onu arxayın salmış rəftar göstərmişdir və belə olan halda cavabdehin çap edilmiş dərs vəsaitlərinin satışının həyata keçirilməsinə heç bir maneə yaradıla bilməz. Bu hüquqa hətta müəllif də sahib deyildir. Əks təqdirdə cavabdeh özü böyük miqdarda ziyana məruz qalacaqdır. Bu isə hüququn mahiyyətinə ziddir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən müəllifin cavabdehə qarşı 2022-ci ilə qədər nəşr edilmiş dərs vəsaitlərinin satışına dair hər hansı iddia irəli sürə bilməməsi, iddiaçıya da aiddir. Yəni, iddiaçı da 2022-ci ilə qədər nəşr edilmiş dərs vəsaitlərinin satışına dair heç bir iddia tələbi irəli sürə bilməz. İddiaçı yalnız 11 mart 2022ci il tarixindən sonra dərc edilmiş dərs vəsaitlərinin satışına qarşı iddia irəli sürə bilər. Əks halda iddiaçının buna, yəni 11 mart 2022-ci il tarixindən əvvəl nəşr edilmiş kitablara görə hər hansı bir iddia verməsinə subyektiv hüququ yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1673/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək istifadəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müəllif X10 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif müqaviləsinə əsasən X6 müəllifi olduğu və əmlak hüquqları iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda "xxxx"nin istehsalı və satışının Cavabdehnə (VÖEN **********) qadağan edilməsi, cavabdeh Cavabdehndən mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 50 (əlli) manat hissəsinin əvəzi və 79 (yetmiş doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət rüsumunun qalığı kimi 21 (iyirmi bir) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2- 2(119)-1673/2022 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissədə ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(119)-1673/2022 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə qətnamə qəbul edərkən bir sıra sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi qanuni əsaslandırılmamışdır. Məhkəmə qətnaməsində göstərilir: “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cavab olaraq bildirmişdi ki, müəllifi olduğu əlavə dərs vəsaitlərinin istehsalı və satışı ilə əlaqədar onunla Cavabdeh MMC arasında 2012-ci ildə bağlanmış yazılı müqavilənin bir nüsxəsi onda olsa da o, həmin müqaviləni məhkəməyə təqdim etmək üçün gətirməmişdir. Bununla belə, Cavabdeh MMC ilə müəllifi olduğu əlavə dərs vəsaitlərinin istehsalı və satışı ilə əlaqədar 2012-ci ildə 5 il müddətinə müqavilə bağlasalar da, onlar bu sahədə 10 il fasiləsiz əməkdaşlıq etmişlər. Yəni, müqavilənin 5 illik müddəti bitdikdən sonra həmin müqavilə yazılı qaydada yenilənməsə də, onların əlavə dərs vəsaitlərinin hazırlanması və satışı üzrə birgə fəaliyyətləri müqavilənin müddəti yazılı qaydada uzadılmadan davam etmişdir. O, müəllifi olduğu kitabların 2021-ci ilin sentyabr ayına qədər Cavabdeh MMC tərəfindən çap edildiyini bilmiş, Cavabdeh MMC-nin nəşr olunan kitablarının sayına müdaxilə etməmiş, kitabların nəşr olunmasına narazılıq bildirməmiş və bu fəaliyyətlə əlaqədar Cavabdeh MMC tərəfindən verilən qonorarları almışdır. Lakin, vaxtlı-vaxtında qonorarı ödənilmədiyinə görə 2021-ci ilin sentyabr ayında Cavabdeh MMC-yə “daha onlarla yox, başqa nəşriyyatla işləyəcəyini” bildirəndə, Cavabdeh MMC-dən ona “müəyyən qədər kitabların qaldığı” bildirilmiş və Cavabdeh MMC onun başqa bir nəşriyyatla müqavilə bağladığına ciddi yanaşmamışdır. Buna görə də o, 2022-ci ildə yeni işləməyə başladığı "xxxx" MMC-dən həmin kitabların müəyyən ödəniş müqabilində Cavabdeh MMC-dən alınmasını xahiş etmişdir.” İşə baxan məhkəmə öz qanunsuz qərarını əsaslandırmaq üçün mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 izahatında artırmalara yol vermişdir. X10 məhkəmədə Cavabdeh MMC ilə 10 il fasiləsiz əməkdaşlıq eməklə bağlı fikir söyləməmişdir. X10 5 illik müqavilə dövründə və ondan sonra da Cavabdeh MMC tərəfindən ona qonorarın vaxtlı-vaxtında verilmədiyini, qonorar verilərkən də az verildiyini, müqavilədə göstərilən məbləğin ona verilmədiyini göstərmiş, buna görə də 5 illik müqaviləni 2017-ci ildə uzatmadığını göstərmiş, buna baxmayaraq Cavabdeh MMC tərəfindən onun kitabları çap olunmuş, o da məcburiyyət qarşısında qalaraq, ona təklif olunan az məbləğ qonorarı almışdır. Məhkəmə qətnaməsində göstərildiyi kimi X10 2021-ci ilin sentyabr ayında Cavabdeh MMC-yə “daha onlarla yox, başqa nəşriyyatla işləyəcəyini” bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh onun ailəsinə məxsusdur. Şahid suallara cavab verərkən göstərmişdir ki, Cavabdeh MMC Aygün Məcidovanın müəllifi olduğu kitabların nəşrini sonuncu dəfə 2021ci ilin noyabr ayında həyata keçirmişdir. İşə baxan məhkəmə qətnamədə elə bir görüntü yaratmağa çalışmışdır ki, Cavabdeh MMC-nin 2022-ci ildə satışa çıxardığı pirat nüsxələr X6 2021-ci ilin sentyabr ayında Cavabdeh MMC-yə “daha onlarla yox, başqa nəşriyyatla işləyəcəyini” bildirdiyi zaman Cavabdeh MMC-də qalan nüsxələrdir. Halbuki Cavabdeh MMC-nin öz sahibi tərəfindən kitabların 2021-ci ilin noyabrında istehsal edildiyi etiraf edilmişdir. İşdə olan digər sübutlar Cavabdeh MMC-nin X6 müəllifi olduğu kitabların 2022ci ildə də külli miqdarda çap olunduğunu təsdiq edir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh MMC-nin kitab satışı obyektlərinə 2022-ciilin yay aylarında göndərdiyi vərəqənin nüsxəsi və həmin MMC-nin işçisinin səs yazısı sübut kimi məhkəməyə təqdim etmişdir. Həmin vərəqədə bilərəkdən tarix və nömrə qoyulmamışdır, vərəqin yuxarı hissəsində “Asmir" MMC-nin adı qeyd olunmuşdur. Vərəqə "xxxx" MMC-nin direktoru tərəfindən imzalanaraq möhürlənmişdir. Həmin məktubda Cavabdeh MMC-nin X9 ilə birgə fəaliyyəti zamanı ərsəyə gələn kitabların çapı, satılmasının qanuni olduğu və başqa şirkət, firma və satış məntəqələrinin Cavabdeh MMC-nin həyata keçirdiyi satış üzrə şikayət və narazılıqlarının əsaslı olmadığı göstərilmişdir. Səs yazısında isə müştərilərə həmin kitabların artıq satışda olduğu bildirilir. Yuxarıda göstərilən məktubda və X5 müəllifi olduğu Cavabdeh MMC-nin çap etdiyi, satışdan əldə edilmiş pirat nüsxələrdə tarixin olmaması onu göstərir ki, məktubun yazılması və pirat nüsxələrin çapı müəllifin və iddiaçı şirkətin cavabdehə xəbərdarlığından sonra həyata keçirilmiş, tarixin göstərilməmə səbəbi isə hamını çaşdırmaq və həqiqətləri gizlətmək məqsədi güdmüşdür. İşə baxan məhkəmə isə cavabdehin qanunsuzluqlarını təsdiq edən kifayət qədər sübut olmağına baxmayaraq, maddi zərərlə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız pirat nüsxələrin istehsalının, çapının maddi zərərlə bağlı məsuliyyət yaratdığını əsaslandırmağa çalışsa da, onu nəzərə almamışdır ki, qanunvericiliin tələbinə əsasən pirat nüsxələrin satışı da maddi zərərlə bağlı məsuliyyət yaradır. Məhkəmə qətnaməsində göstərilir: “Eyni zamanda, qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən istehsal olunmuş məlum əlavə dərs vəsaitlərinin 2022-ci ildə də satış məntəqələrində aşkar olmasının təsdiq edilməsi - birmənalı olaraq Cavabdeh MMC-nin iddiaçıya zərər vurması və bu zərərin cavabdehin ödəməli olması” kimi qəbul oluna bilməz. Çünki, işin konkret halları ilə müəyyən edilmişdir ki, müəllif X10 2012-ci ildən mübahisə predmeti olan fəaliyyət sahəsində birgə fəaliyyət göstərdiyi Cavabdeh MMC ilə əməkdaşlığına son verib, müəllifi olduğu dərs vəsaitlərinin yeni bir istehsalçısı olaraq iddiaçı "xxxx" MMC ilə müqavilə bağlaması barədə Cavabdeh MMC-ni rəsmi qaydada məlumatlandırmamışdır.” İşə baxan məhkəmənin bu mövqeyi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə vaxtı tam sübuta yetirilmişdir ki, müəllif X10 ilə Cavabdeh MMC arasında müqavilə 2017-ci ildə bitmişdir. Cavabdeh MMC müəllif X6 müəllif olduğu kitabları müəllifin razılığı olmadan çap etsə də, 2021-ci ilin sentyabr ayında müəllif daha Cavabdeh MMC ilə deyil, başqa şirkətlə işləyəcəyi barədə Cavabdeh MMC-nin nümayəndələrini xəbərdar etmişdir. Eyni zamanda "xxxx" MMC-nin nümayəndəsi məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin nümayəndələrinin 2022-ci ilin yanvar ayında "xxxx" MMC-nin rəhbrliyi tərəfindən X10 ilə müqavilə bağlanacağı ilə bağlı xəbərdar edildiklərini, 11 mart 2022-ci il tarixdə müqavilə bağlandıqdan sonra Cavabdeh MMC-yə əllərindəki kitabların satılması üçün may ayının axırına qədər vaxt verildiyini göstərmişdir. Lakin cavabdeh heç bir xəbərdarlığa, müəllif X6 başqa şirkətlə müqavilə bağlamasına əhəmiyyət verməyərək pirat nüsxələrin kütləvi istehsalını və satışını yay aylarında və sonra da davam etdirmişdir. Qətnamədə göstərilir: “Bundan əlavə, dərs vəsaitlərinin istehsalı və satışı fəaliyyətinin spesifik xüsusiyyətləri barədə məlumatlı olan iddiaçı "xxxx" MMC isə müəllif X6 müəllifi olduğu əlavə dərs vəsaitlərinin digər bir hüquqi şəxs, yəni Cavabdeh MMC və yaxud hər hansı bir digər şəxs vasitəsi ilə istehsal edilərək satış bazarına çıxarılmasını və bu fəaliyyət zamanı əvvəlcədən nəşr olunmuş məhsulların da satış məntəqələrində (anbarlarda və s.) olmasının qanunauyğun bir hal (fəaliyyət) olmasını nəzərə almayaraq, 11 mart 2022-ci il tarixli 11-03 nömrəli Müəllif Müqaviləsi bağlayarkən, qeyd olunan bu halların onun fəaliyyətinə neqativ təsirlər törətməsi ehtimalının minimuma endirmək üçün ondan əvvəl bu fəaliyyəti həyata keçirən şəxslə, yəni Cavabdeh MMC ilə müəllifin iştirakı ilə müvafiq əlaqə quraraq, həmin müqaviləni bağlamamışdan əvvəl fəaliyyət xüsusiyyətlərini, eləcə də müqavilə bağlandığı halda ondan əvvəl Cavabdeh MMC-nin həmin müəllifin razılığı əsasında nəşr edilmiş olan məhsulların satışdan çıxarılması və digər mümkün hərəkətlər barəsində razılığa gəlinə bilərdi (müəllifin iddiaçıdan daha əvvəl cavabdehə icazəsini vermiş olduğu və bu icazədən gəlir əldə etmiş olduğu uzun illər davam edən birgə fəaliyyət zamanı istehsal edilən "xxxx" - pirat nüsxələr kimi qiymətləndirilə bilməz). Qeyd olunan fəaliyyətə bu cür yanaşma isə mülki hüquq münasibətlərinin subyektləri olan iddiaçıya, cavabdehə və yaxud, digər hər hansı bir üçüncü şəxsə maddi zərər vurulması ehtimalını azalda, hətta aradan qaldıra bilər. Nəzərə almaq lazımdır ki, Mülki Qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən, vicdanla hərəkət etməli olmalarını və hüquqdan suiistifadə hallarına yol verilməməsini də təsbit etmişdir”. İşə baxan məhkəmənin heç bir hüquq normasına söykənməyən, şəxsi mülahizələrə əsaslanan bu mövqeyi tamamilə qanunsuz və əsassızdır, yalnız maddi zərərlə bağlı qanunsuz mövqeyə ümumi sözlərlə haqq qazandırmaq məqsədi daşıyır. Məhkəmə baxışı zamanı "xxxx" MMC ilə müəllif X10 arasında müqavilə bağlandıqdan sonra istehsal və satış hüquqları "xxxx" MMC-yə məxsus olan kitabların pirat nüsxələrinin satışının Cavabdeh MMC tərəfindən həyata keçirildiyi və həmin fəaliyyət nəticəsində iddiaçı "xxxx" MMC-yə külli miqdarda zərər dəydiyi müəyyən edilsə də, işə baxan məhkəmə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbini təmin etməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC X10 ilə təxminən 2012-ci il tarixindən 2022-ci ilədək 10 ildir ki, əməkdaşlıq edir və sözügedən əməkdaşlıq münasibətləri nəticəsində cavabdehin X8 qarşı etimadı yaranmışdır. Belə ki, 2012-ci il tarixində Cavabdeh ilə X10 arasında müəllifin dərs vəsaitlərinin nəşri, istehsalı və satışı ilə bağlı müqavilə bağlamış və müqavilə münasibətləri davam etsə də, X10 eyni predmetlə "xxxx" MMC ilə müəllif müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış “Dərsliklər və əlavə dərs vəsaitlərinin nəşr olunması və satışı haqqında” xidmət müqaviləsinin şərtlərinə görə Cavabdeh MMC X6 müəllifi olduğu əlavə dərs vəsaitləri – Azərbaycan dili fənnindən İ sinif üçün didaktik materiallar, İİ sinif üçün didaktik materiallar, İİİ sinif üçün didaktik materiallar və İV sinif üçün didaktik materiallar, Azərbaycan dili fənnindən İ sinif test vəsaiti, İİ sinif test vəsaiti, İİİ sinif test vəsaiti və İV sinif test vəsaiti, riyaziyyat fənnindən İ sinif üçün didaktik materiallar, İİ sinif üçündidaktik materiallar, İİİ sinif üçün didaktik materiallar və İV sinif üçün didaktik materiallar, riyaziyyat fənnindən İ sinif test vəsaiti, İİ sinif test vəsaiti, İİİ sinif test vəsaiti və İV sinif test vəsaiti, “İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)”, “Hüsnxət (məktəbəqədər üçün)”,“Hüsnxət (1-ci sinif üçün)”, Hüsnxət (2-ci sinif üçün) kitablarının (Azərbaycan və rus dillərində) nəşr olunması və satışı xidmətlərini həyata keçirəcək, əldə olunacaq pul vəsaitinin 30 %-i X8 qonorar kimi ödəniləcəkdir. Bu müddət ərzində X6 müəllifi olduğu kitabların reklamı və satışı istiqamətində Cavabdeh MMC tərəfindən davamlı fəaliyyət göstərilmişdir. Belə ki - 1. Kənardan mütəxəssislərin cəlb olunması ilə nəşrlər daha informativ və oxunaqlı olmuş; 2. Nəşr olunan vəsaitlərin keyfiyyəti ilə yanaşı sayı və marka dəyəri xeyli həcmdə artmış; 3. Nəşrlərin daha geniş kütləyə çatdırılması nəticəsində bazarda müəllifin adı brendə çevrilmiş; 4. Nəşrlər azərbaycan dili ilə yanaşı eyni zamanda rus dilində də tərcümə olunaraq satışa çıxarılmışdır. X1 müqavilə ilə müəyyən olunmuş qonorar məbləği qabaqcadan ödənilmişdir. X4 Cavabdeh MMC-yə dərs vəsaitlərinin istehsalının və nəşrinin dayandırılması ilə bağlı heç bir xəbərdarlıq etmədən 11 mart 2022-ci il tarixində "xxxx" MMC ilə yuxarıda qeyd olunan eyni adlı kitablar barəsində müəlliflə “Müəllif müqaviləsi” bağlamışdır. X6 müəllifi olduğu eyni adlı kitablarla bağlı həm Cavabdeh MMC-nin, həm də "xxxx" MMC-nin istehsal və satış xidmətlərini həyata keçirməsi Cavabdeh MMC-nin illik mənfəətinin azalmasına, sonuncu dəfə 2021-ci ildə nəşr olunmuş kitabların bir çoxunun satılmamasına və şirkətin böyük miqdarda zərərə uğramasına səbəb olmuşdur. Sözsüz ki, burada zərər vuran şəxslər X10 və "xxxx" MMC-dir. Buna baxmayaraq, “X16 və Dağıtım” MMC Cavabdeh MMC-ni piratçılıqda ittiham etmiş, öz “hüquqlarının” pozulduğunu iddia etmiş və Cavabdeh MMC-yə qarşı “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 1673/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə Cavabdeh MMC-yə dərc olunan əlavə dərs vəsaitlərinin satılması qadağan olunmuşdur. Bildirirlər ki, məhkəmənin e-2-2(119)- 1673/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ədalət prinsipinə zidd qaydada, əsassız şəkildə qəbul edilməklə birbaşa olaraq Cavabdeh MMC-nin hüquqlarının pozulmasına və şirkətin zərərə uğramasına yönəlmişdir. İddiaçı "xxxx" MMC mübahisə predmeti olan dərs vəsaitlərinin satışına mane olmaq üçün digər kitab mərkəzlərinə cavabdeh barəsində yalan məlumatlar vermişdir. Halbuki məhkəmə prosesində həm Cavabdeh MMC, həm də X10 əməkdaşlıq etdiyini, birgə fəaliyyətlərinin aralarında bağlanmış müqavilə çərçivəsində həyata keçirildiyinin düzgünlüyünü öz ifadələri ilə təsdiq etmişlər. Cavabdeh MMC-nin haqlı olaraq nəşr etdiyi kitabların satışını həyata keçirməsi sırf iddiaçının öz qanunsuz mənafeyinə uyğun gəlmədiyi üçün cavabdeh barəsində yalan-yanlış məlumat yaymaq, böhtan xarakterli məlumatlarla cavabdehi nüfuzdan salmaq və bazardan sıxışdırıb çıxarmaq heç bir hüquq və əxlaq normasına uyğun olmamaqla bərabər, vicdansız bir davranışdır. İddiaçının hər cür illeqal yola əlatmaqla sırf öz satışını daha da artırmaq üçün Cavabdeh MMC barəsində yaratdığı “qarayaxma kompaniyası” işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, burada əsas zərərçəkən və hüquqları pozulan şəxs Cavabdeh MMC olduğu halda, şəxsin nəinki hüquqlarının müdafiəsini həyata keçirmiş, hətta daha da pozulmasına şərait yaradacaq bir qətnamə qəbul etmişdir. Cavabdeh MMCnin azad surətdə X10 ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərinə məhdudiyyət qoyulmuş, 2021-ci ildə nəşr edilən dərs vəsaitlərinin satışına icazə verilməməsi ilə Cavabdeh MMC-nin biznes fəaliyyətinə böyük həcmdə ziyan dəymişdir. Bu səbəbdən dərc olunmuş əlavə dərs vəsaitləri maya dəyəri ilə X8 təklif olunmuş, X4 həmin dərs vəsaitlərini almaqdan və maya dəyərini ödəməkdən imtina etmişdir. Göründüyü kimi, X10 Cavabdeh MMC ilə bağladığı xidmət müqaviləsinin tələblərini kobud şəkildə pozaraq şirkəti zərərə uğratmışdır və törətdiyi hüquq pozuntusunun aradan qaldırılması barədə heç bir addım atmamaqdadır. Kitabların bazarda yüksək dəyərə sahib olmasının və eyni zamanda kitablardan istifadə edən müəllim, şagird heyəti ilə əlaqələrin qurulub satışın artırılmasının birbaşa səbəbkarı Cavabdeh MMC olması göz önündədir. X6 müəllifi olduğu kitabların 4 ədədlə nəşrə başlanıb zamanla sayının 40-a çatdırılması kənardan adi görünə bilər, lakin bu fəaliyyətin arxasında var gücü ilə işləyən məhsuldar işçi heyəti, itirilmiş enerji, sərf edilmiş zaman, kifayət qədər böyük məbləğlərlə çəkilmiş xərclər və digər faktorlar dayanır. Sonda isə çəkilən əziyyətin əvəzinə nəinki mənfəət götürmək, əksinə zərərlə ayrılmaq heç bir müstəvidə qəbul edilən deyildir. Bundan başqa o da qeyd olunmalıdır ki, cavabdehin 2022-ci ildə əməkdaşlığa son qoymaq istədiyini şifahi olaraq ifadə etməsi yeni dərs vəsaitlərinin nəşri və satışı hüququna xitam verdiyi halda, iddiaçının 2021-ci ildə nəşr edilmiş əlavə dərs vəsaitlərinin satışına qadağa qoyulmasına əsas ola bilməz. Sumqayıt Kommersiya Məhkəməsinin iddiaçının maddi zərərin ödənilməsi tələbi hissəsindəki mövqeyi tamamilə doğrudur. Belə ki, iş materiallarında Cavabdeh MMC-nin bu zamana kimi kitabların satışını həyata keçirməsi fəaliyyəti nəticəsində iddiaçı "xxxx" MMC-nin hər hansı bir həcmdə maddi ziyana uğraması müəyyən edilməmiş və bu hissədə iddia tələbi rədd edilmişdir. Bu da onu deməyə əsas verir ki, əgər cavabdehin bu zaman kimi həyata keçirdiyi fəaliyyətdən iddiaçıya heç bir ziyan dəyməmişdirsə, bundan sonrakı fəaliyyətində də ziyan dəyməyəcəkdir. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək əlavəni onunla əsaslandırmışdır ki, cavabdeh şirkətin Aygün Məcidova ilə qüvvədə olan müqaviləsi üzrə 2021-ci il ərzində toplamda çap edilmiş, lakin satışı həyata keçirilməyən maya dəyəri - 157.765,06 AZN, satış dəyəri - 229.177, 35 AZN məbləğində kitab qalmışdır. X13 2022-ci ilin mart ayında iddiaçı şirkətlə müəlliflik müqaviləsi imzalaması səbəbilə çap edilmiş minlərcə sayda olan kitabların satışı həyata keçirilməmiş və Cavabdeh MMC-yə külli miqdarda ziyan dəymişdir. X14 Xidmətinin sistemindən çıxarışdan da göründüyü kimi Cavabdeh MMC 2021-ci ili zərərlə başa vurmuşdur. Bununda da səbəbi məhz çap edilmiş kitabların satışının mümkün olmamasıdır. Bir daha vurğulanır ki, yuxarıda qeyd edilmiş kitablar Cavabdeh MMC-nin müəllif Aygün Məcidova ilə olan müqaviləsinin qüvvədə olduğu müddət ərzində çap edilmişdir. Ona görə də iddiaçının Cavabdeh MMC-nin çap etməyə tamamilə hüququ çatdığı 2021-ci il tarixində çap edilmiş kitablarının satışının qadağan edilməsini tələb etmək hüququ yoxdur. Hətta belə bir hüququ olmuş olsa idi belə, indiki halda iddiaçının bu hüququndan istifadə etməsi hüquqdan sui-istifadə sayılmalı idi. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cavabdeh MMC üçün yaranmış arzuolunmaz vəziyyət iddiaçı şirkətin də başına gələ bilər. Belə ki, iddiaçının bağlamış olduğu müqavilənin son ilində yüz minlərlə manat dəyərində kitab çap etmiş olsa və müqavilənin müddəti bitməmiş müəllif Aygün Məcidova başqa bir MMC ilə müqavilə bağlayarsa, o zaman "xxxx" MMC-nin də əlində yüz minlərcə manat dəyərində satılmamış kitab qala bilər. Ona görə də hətta Cavabdeh MMC çap etdiyi kitabları məhkəmə prosesindən əvvəl və məhkəmə gedişatında maya dəyərindən belə aşağı qiymətə iddiaçıya təklif etsə də, iddiaçı şirkət həmin kitabları almaqdan imtina etmişdir. Hətta bugünki gündə çap xərclərinin artdığını nəzərə alarsaq, Cavabdeh MMC-nin təklifinin nə qədər vacib olduğunu görə bilərik. Buna baxmayaraq, iddiaçı şirkət təkidlə bu təklifi qəbul etməməklə əsil niyyətinin məhz cavabdeh şirkətə zərbə vurmaq olduğunu göstərməkdədir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh MMC iddiaçı şirkətin müəlliflik müqaviləsi imzaladığı 2022-ci il üçün heç bir halda yeni nəşrlər çap etməmişdir. Belə olan halda iddiaçının müqavilə bağladığı gündən daha əvvəl çap edilmiş kitabların satışının qadağan edilməsini tələb etməsi (hansı ki, Cavabdeh MMC tərəfindən 2021-ci ildə çap edilmiş kitabların satışı ümumiyyətlə həyata keçirilməmişdir, çünki məlum məsələdir ki, heç bir istehlakçı köhnə tarixli kitabları almaz), hətta bu azmış kimi edilməyən satışlar üçün kompensasiya da tələb etməsi absurddur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi və X10 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “istifadəçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “müəllif” X10 arasında bağlanmış 11 mart 2022-ci il tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi”nin 2.1-ci bəndindən görünür ki, “Müəllif” bu Müqavilə ilə nəzərdə tutulan şərtlər daxilində özünün müəllifi olduğu: Azərbaycan dilindən didaktik materiallar - 1 sinif, Azərbaycan dilindən didaktik materiallar - 2 sinif, Azərbaycan dilindən didaktik materiallar - 3 sinif, Azərbaycan dilindən didaktik materiallar - 4 sinif, Azərbaycan dilindən testlər - 1 sinif, Azərbaycan dilindən testlər - 2 sinif, Azərbaycan dilindən testlər - 3 sinif, Azərbaycan dilindən testlər - 4 sinif, Riyaziyyatdan didaktik materiallar - 1 sinif, Riyaziyyatdan didaktik materiallar - 2 sinif, Riyaziyyatdan didaktik materiallar - 3 sinif, Riyaziyyatdan didaktik materiallar - 4 sinif, Riyaziyyatdan testlər - 1 sinif, Riyaziyyatdan testlər - 2 sinif, Riyaziyyatdan testlər - 3 sinif, Riyaziyyatdan testlər - 4 sinif, Didaktiçeskie materialı po matematike - 1 klass, Didaktiçeskie materialı po matematike - 2 klass, Didaktiçeskie materialı po matematike - 3 klass, Didaktiçeskie materialı po matematike - 4 klass, Testı po matematike - 1 klass, Testı po matematike - 2 klass, Testı po matematike - 3 klass, Testı po matematike - 4 klass, Didaktiçeskie materialı po russkomu yazıku - 1 klass, Didaktiçeskie materialı po russkomu yazıku - 2 klass, Didaktiçeskie materialı po russkomu yazıku - 3 klass, Didaktiçeskie materialı po russkomu yazıku - 4 klass, Testı po russkomu yazıku - 1 klass, Testı po russkomu yazıku - 2 klass, Testı po russkomu yazıku - 3 klass, Testı po russkomu yazıku - 4 klass, İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar), Hüsnxət (məktəbəqədər üçün), Hüsnxət (1-ci sinif üçün) və Hüsnxət (2-ci sinif üçün) kitablarının (cəmi 36 adda) kütləvi şəkildə nəşr olunması üçün “İstifadəçi”nin hüququna verir və kitabları öncədən razılaşdırılmış müddətə qədər "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürür və təhvil verir. Məhkəmə kollegiyasının iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 2012-ci ildə Cavabdeh (VÖEN **********) ilə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X10 arasında sonuncunun müəllifi olduğu "xxxx"nin istehsalı və satışı ilə əlaqədar 5 il müddətinə müqavilə bağlanmış və həmin müqavilə əsasında 2012-ci ildən etibarən X6 müəllifi olduğu və hazırkı iş üzrə mübahisə predmeti kimi çıxış edən "xxxx"nin istehsalı və satışı ilə Cavabdeh MMC məşğul olmuş, bu fəaliyyət hər iki tərəfin qarşılıqlı razılığı əsasında məlum müqavilənin müddəti bitdikdən sonra da, yəni 2021-ci ilin sonlarınadək davam etmiş və məlum dərs vəsaitlərinin hazırlanması, nəşri və satışı üzrə olan bu birgə fəaliyyət zamanı Cavabdeh MMC tərəfindən müəllif X8 müxtəlif vaxtlarda və məbləğlərdə “qonorar” olaraq pul vəsaitləri ödənilmişdir. Lakin, bu birgə fəaliyyət üzrə olan pul ödənişləri ilə əlaqədar yaranmış narazılıqlar səbəbindən müəllif X10 bu sahədə Cavabdeh MMC ilə olan birgə fəaliyyətinə son qoyaraq, müəllif olaraq “istifadəçi” "xxxx" MMC ilə 11 mart 2022-ci il tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlayaraq həmin müəllifi olduğu cəmi 36 adda (rus və azərbaycan dillərində) əlavə dərs vəsaitlərinin kütləvi şəkildə nəşr olunması, yəni ölkə daxilində və xaricində çap və yayım hüquqlarını 5 il müddətinə “istifadəçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) vermişdir. Hazırda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 müəllifi olduğu və əmlak hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əlavə dərs vəsaitlərinin - “Azərbaycan dilindən didaktik materiallar - 1-ci sinif”, “Azərbaycan dilindən didaktik materiallar - 2-ci sinif”, "Azərbaycan dilindən didaktik materiallar - 3-cü sinif", "Azərbaycan dilindən didaktik materiallar – 4-cü sinif", "Azərbaycan dilindən testlər – 1-ci sinif", "Azərbaycan dilindən testlər - 2-ci sinif", "Azərbaycan dilindən testlər - 3-cü sinif", "Azərbaycan dilindən testlər - 4-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 1-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 2-ci sinif", "Riyaziyyatdan didaktik materiallar - 3-cü sinif", "Riyaziyyatdan didaktik materiallar - 4-cü sinif", "Riyaziyyatdan testlər - 1-ci sinif", "Riyaziyyatdan testlər - 2-ci sinif", "Riyaziyyatdan testlər - 3-cü sinif", "Riyaziyyatdan testlər - 4-cü sinif", "İbtidai sinif şagirdinin stolüstü kitabı (Qaydalar)", "Hüsnxət (məktəbəqədər üçün)", "Hüsnxət (1-ci sinif üçün)" və "Hüsnxət (2-ci sinif üçün)" kitabları (Azərbaycan və rus dillərində) olmaqla, cəmi 36 (otuz altı) adda kitabların istehsalının və satışının Cavabdehnə qadağan edilməsi və Cavabdeh MMC tərəfindən iddiaçı "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 29500 (iyirmi doqquz min beş yüz) manatın, mediasiya üçün ödənilmiş 100 (yüz) manat pulun və 235 (iki yüz otuz beş) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini X6 müəllifi olduğu və əmlak hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 36 (otuz altı) adda kitabların qanunsuz olaraq Cavabdeh MMC tərəfindən istehsalının və satışının aparıldığını, bununla da Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin qanunvericiliklə qorunan hüquqlarının pozulması və MMC-yə maddi zərər dəyməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “əlavə dərs vəsaitlərinin pirat nüsxələrinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi”ni tələb etsə də, hazırki iddianın mahiyyətindən də göründüyü kimi, 2012-ci ildə Cavabdeh (VÖEN **********) ilə hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X10 arasında sonuncunun müəllifi olduğu "xxxx"nin istehsalı və satışı ilə əlaqədar 5 il müddətinə müqavilə bağlanmış və həmin müqavilə əsasında 2012-ci ildən etibarən X6 müəllifi olduğu və hazırkı iş üzrə mübahisə predmeti kimi çıxış edən "xxxx"nin istehsalı və satışı ilə Cavabdeh MMC məşğul olmuş, bu fəaliyyət hər iki tərəfin qarşılıqlı razılığı əsasında məlum müqavilənin müddəti bitdikdən sonra da, yəni 2021-ci ilin sonlarınadək davam etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi 2012-ci ildə Cavabdeh MMC ilə X10 arasında 5 il müddətinə bağlanmış müqavilənin heç bir nüsxəsinin cavabdehdə olmadığını, həmin müqavilə üçüncü şəxs X7 olsa da məhkəməyə təqdim edilmədiyini, bunun əsas səbəbinin həmin müqavilədə müqavilənin müddətinin başa çatdıqdan sonra tərəflər etiraz etmədikləri halda müqavilə müddətinin hər il 1 il müddətinə uzadılmasının təsbit olunması ilə izah etdi. Bununla əlaqədar məhkəmə kollegiyası üçüncü şəxs X10 tərəfindən qeyd olunan müqavilə münasibətlərini mübahisələndirməməsinə görə onun öz izahatlarına əsasən həmin müqavilə münasibətlərinin 2021-ci ilin sonlarınadək davam etdirilməsini işin mübahisələndirilməyən halı kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, “istifadəçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “müəllif” X10 arasında 11 mart 2022-ci il tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlansa da, həmin müqavilə bağlananadək X6 müəllifi olduğu 36 (otuz altı) adda kitabların qanunsuz olaraq Cavabdeh MMC tərəfindən istehsalının və satışının aparılmasını və vurulmuş ziyanın ödənilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “müəllif” X10 arasında 11 mart 2022-ci il tarixli 11-03 nömrəli “Müəllif Müqaviləsi” bağlanmasına baxmayaraq, bu hal da özü-özlüyündə iddiaçıya əlavə dərs vəsaitlərinin istehsalının və satışının qadağan edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün suybektiv hüququn yaranmasına əsas vermir. Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin Qanunun 44-cü maddəsinin İ hissəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Həmin Qanunun 45-ci maddəsinin İ hissəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının iddia tələbi üzrə mübahisələndirdiyi hallar Cavabdeh MMC ilə X10 arasında mövcud olmuş müqavilə münasibətlərindən yaranmışdır. Buna görə qeyd olunan müqavilə münasibətlərinin doğurduğu hüquqi mübahisələndirmə X8 aid məsələdir. Eləcə də Cavabdeh MMC-nin həmin münasibətlər üzrə müvafiq tələbləri də X8 qarşı yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(119)-1673/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1673/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-45/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-45/2023
16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver