Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-75/2022 29.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-11/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 21 oktyabr 2020-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Sumqayıt “ASAN Xidmət” Mərkəzi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Əməkdaşlıq müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin şərtlərindən irəli gələn öhdəliyin icrası əsasında Cavabdeh1 şəxsən rəsmi iştirakı ilə İddiaçı ilə digər cavabdeh “Our Orchards" MMC arasında Sumqayıt “ASAN Xidmət” Mərkəzində bağlanaraq 18 yanvar 2017-ci il tarixdə Reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN – İN. ******* saylı, 19 yanvar 2017-ci il tarixdə Reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış AN – İN. ******* saylı, 4Ə-174 nömrə ilə qeydə alınmış AN – İN. ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN - İN.0596456 saylı, 07 iyun 2017-ci il tarixdə Reyestrdə 4Ə- 2141 nömrə ilə qeydə alınmış AN – İN. ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqavilələrin və həmin Müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab olunması, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən ona məxsus faktiki 8 ha torpaq sahəsinin üzərində alma ağacları ilə birgə İddiaçı geri qaytarılması və cavabdeh “Our Orchards" MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş İddiaçı məxsus 200000 (iki yüz min) manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (bu iddia tələbi 12 aprel 2022-ci ildə məhkəməyə təqdim olunmuş “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə azaldılmış və dəyişdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə uzun müddət yaxın dost olduğundan, hər ikisinə böyük inamı və etibarı olmuşdur. İddia tələbində mübahisələndirilən alqı-satqı müqavilələrinin predmeti olmuş Qusar rayonu Çağar kəndi ərazisində ayrı-ayrılıqda yerləşən ümumilikdə 7,196344 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının onlara olan etibarından istifadə edərək, iddiaçıya məxsus qeyd olunan əmlakı özlərinə uyğun özgəninkiləşdirilməsinin rəsmiləşdirməsinə nail olmuş, lakin əmlaka görə razılaşdırılan dəyərin əvəzində vədlərinə əməl etməmişlər. Nəticədə iddiaçı qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olunmuş və əmlakı onlarda qaldıqca cavabdehlər əsassız varlanmaqda davam edirlər. Belə ki, yaxın dost münasibətində olduğu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir-neçə il bundan əvvəl alma biznesində yaxşı gəlir olduğunu, iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsində yüksək məhsuldarlığı olan "fransa növlü alma bağı salıb, Xaçmaz - Quba - Qusar rayonları ərazilərində bu işi həyata keçirmək üçün yaradılmış Cavabdeh3-yə dövr etməklə və həmin firmaya məxsus daha 12 ha torpaq sahəsində yeni növlü alma bağı salınmasının xərclərinin ödəyəcəyi təqdirdə, iddiaçını həmin şirkətin 35% payına sahib edəcəklərini, 2 ildən sonra hər il ən azı 100000 manat gəlir götürəcəyinə iddiaçını inandırmışlar. İddiaçı da 73225 avro köçürüb, Fransadan alma çilinglərini gətirərək, 8 ha torpaq sahəsində müasir alma bağı salmışdır. Qeyd olunan torpaq sahələri və başqa əmlaklarla bağlı cavabdehlər arasında xx.xx.2016-cı il tarixdə Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hazırda mübahisələndirilən alqı-satqı müqavilələrinin aid olduğu torpaq sahələri və bağ massivinin salınması ilə bağlı qarşılıqlı razılaşmalar detalları ilə həmin müqavilədə əksini tapmışdır. Həmin müqavilə üçüncü şəxs "xxxx" MMC tərəfindən ofisində iddiaçının iştirakı ilə və razılaşdırılan şərtlər daxilində tərtib edilmişdir. Danışığa uyğun olaraq, bağ sahələrinin alqı-satqısına dair müqaviləni MMC-ni təmsil edən cavabdeh X2 iştirakı ilə iddiaçı digər Cavabdeh3 arasında 18 yanvar 2017-ci ildə Reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN İN. ******* saylı, 19 yanvar 2017-ci ildə Reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı, 4Ə-174 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN - İN. 596456 saylı, 07 iyun 2017-ci ildə Reyestrdə 4Ə- 2141 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN - İN. ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqavilələrini Sumqayıt “ASAN xidmət” Mərkəzində rəsmiləşdirildi. Alqı-satqının rəsmiləşdirilməsi üçün ödənişlə bağlı tələb olunan simvolik məbləğ və pulun dövriyyəsi göstərildi, lakin bir qəpik belə pul alınmadı. Çünki razılaşmaya əsasən, əmlakın əvəzində həmin firmanın 35%-i iddiaçının adına rəsmiləşdirilməli idi. Bundan sonra da iddiaçı yerdə qalan 12 ha. torpaq sahəsində yeni alma növlü bağ sahəsinin salınması üçün tələb olunan 200000 manat məbləğində pulu nağd şəkildə digər Cavabdeh2 vermiş və sonuncu da həmin məbləği tam şəkildə alma bağının salınmasına sərf etmişdi. Adı çəkilən sahədə tam şəkildə müasir, yüksək məhsuldar bağ salınmış və oraya çəkilən xərclərin bir qismi məhz iddiaçı tərəfindən verilmiş 200000 manat məbləğin hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha bağ sahəsi də cavabdehlərə dövr edilmişdi. Lakin razılaşma müddəti başa çatmasına baxmayaraq, iddiaçının firmada payının rəsmiləşdirilməsi təmin olunmamışdır. Bununla da cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakı əlindən çıxmışdır. Ona görə də həmin alqı-satqı müqavilələri ləğv olunmalıdır. Razılaşmaya əsasən cavabdehlərə dövr edilən alma bağ sahələrinin əvəzində elədikləri vədin müddəti tamamlansa da, cavabdehlər hər dəfə bir bəhanə gətirərək, əmlaka görə razılaşdırılan payı və gəlirdən pay məbləğinin verilməsinə əməl etməkdən yayınırlar. Göründüyü kimi mübahisələndirilən alqı-satqı müqavilələri mülkiyyətçi olaraq aldanmaqla bağlanmış və cavabdehlər dost münasibətindən irəli gələn etibardan istifadə etmişlər. Bununla da iddiaçının cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakı və pulu əlindən çıxmışdır. Ona görə də cavabdehlər arasında bağlanmış əməkdaşlıq müqaviləsi ləğv edilməli və onun tələblərindən irəli gələn alma-bağ sahələrinə dair yuxarıda qeyd olunan alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 404.2-ci maddələrinə istinad olunur). Bundan başqa, tərəflər arasında mövcud Əməkdaşlıq müqaviləsi əsasında cavabdehə məxsus torpaq sahəsində yeni alma bağlarının salınması üçün iddiaçı tərəfindən sərf edilmiş 200000 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, müqavilənin şərtinə əsasən bağ sahələrinin salınması üçün iddiaçının çəkdiyi həmin məbləğin əvəzində iddiaçıya vəd edilmiş hər il gəlirdən ən azı 100000 manat məbləğindən heç nə ödənilməmişdir. İddiaçı tərəfindən həmin məbləği kredit götürülən banka hələ də borc və faizlər ödəyir. Bununla bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Mübahisələndirilən müqavilələr 2017-cı ilin yanvar və iyun aylarında bağlansa da, cavabdehin vədinə əməl etmədikləri (iddiaçını aldatdıqları) halı 2019-ci ilin iyul ayının sonunda, razılaşdırılan müddət bitdikdən sonra bəlli olmuşdur. Qusar rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(029)-129/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı “X5 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. İddiaçı tərəfindən 12 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh2 şəxsən faktiki və Cavabdeh1 rəsmi iştirakı ilə İddiaçı ilə digər cavabdeh “Our Orchards" MMC arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanaraq 18 yanvar 2017-ci il tarixdə Reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 19 yanvar 2017ci il tarixdə Reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-174 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 07 iyun 2017-ci il tarixdə Reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış A.NİN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması və cavabdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia veriləndən sonra cavabdehlərlə bağlı mövcud münasibətlərdə vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq iddia həcmini azaltmaqla, iddia tələbinin dəqiqləşdirilməsi vacibliyi ortaya çıxmışdır. Belə ki, hazırkı iş üzrə ləğvi tələb olunan Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında 08 may 2015-cı il tarixdə bağlanmış Əməkdaşlıq müqaviləsi ilə bağlı müddət ötdükcə, həmin müqavilə üzrə cavabdehlərə aid edilən öhdəliyin həcmində və icra qaydasında da dəyişikliklər baş vermişdir. Ona görə də həmin müqavilənin ləğvi və onda razılaşdırılmış şərtlərdən irəli gələn öhdəliklərin icrası ilə bağlı cavadehlərə qarşı yeni tələblər irəli sürülür. Bununla bağlı tərəflər arasında razılaşma əldə edilməsə, onda həmin məsələyə yeni iddia icraatında baxılması üçün məhkəməyə baş vurulacaqdır. Ona görə də, hazırkı iş üzrə iddia tələbi həmin hissədə azaldılmaqla, iddia dəqiqləşdirilməlidir. Cavabdeh1 nümayəndəsi tərəfindən 19 noyabr 2020-ci ildə Qusar rayon Məhkəməsinə “iddia tələbinə Etiraz” təqdim edilərək, İddiaçı iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaya cavab verməli olmayan şəxsdir. Belə ki, iddia ərizəsində qeyd edilən alqı-satqı müqavilələrinin bağlanılmasında Cavabdeh1 fəaliyyəti Cavabdeh3-ni təmsil etmək olmuşdur. Etiraza əlavə edilmiş internet vergi idarəsindən çıxarışa əsasən hazırda Cavabdeh3-nin qanuni təmsilçisi başqa şəxsdir. Mülki-Prosessual Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Ona görə də, mülki işə Cavabdeh1 hissəsində xitam verilməlidir. Qanunvericiliklə təqdim olunmuş bu imkandan istifadə etmədən məhkəmə tərəfindən qəbul edilmiş qərar Cavabdeh1 hüquqlarını pozan qətnamənin çıxarılması ilə nəticələnəcəkdir. Digər tərəfdən, iddiada ifadə edilmiş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb iddia müddəti ötürülməklə verilmişdir (Bundan sonra Etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 372, 374, 375 və 354.1-ci maddələrinin məzmunu qeyd olunur). İddiada ifadə edilmiş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb sübuta söykənmədiyindən və prosessual müddət ötürülməklə verildiyindən əsassızdır. Belə olan halda, həmin tələbdən törəmə olan digər tələblər də əsassız hesab edilməlidir. İddiada qeyd edilmiş “bağların salınmasına sərf edilmiş” məbləğin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi isə iddiaçının fərziyyələrindən başqa bir şey deyildir. Sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir. Ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Həmin iş üzrə Cavabdeh2 tərəfindən Qusar rayon Məhkəməsinə iddia tələbinə qarşı "Etiraz və mülahizələr” təqdim edilərək, İddiaçı iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz və mülahizələr” onunla əsaslandırılmışdır ki, İddiaçı möhkəm inam və etibarı olan, dost münasibətində olduğu şəxsdir. Digər Cavabdeh1 ilə birgə biznes olduğundan, yaxın münasibətləri yaranmışdır və indi də dost münasibətləri vardır. İddia ərizəsində qeyd edildiyi kimi iddia predmetinin aid olduğu torpaq sahəsi və pul vəsaitləri ilə bağlı iddiaçı ilə razılaşmalar olmuşdur və vədindən də heç vaxtı özünü kənara çəkmir, vədini yerinə gətirmək üçün də hər vasitə ilə çalışır. Lakin, sonradan yaranmış elə məsələlər var ki, həmin məsələlər ondan asılı olmadığından, iddiaçının qarşısında olan öhdəliklərini yerinə yetirə bilməmişdir. Belə ki, o, əvvəllər "xxxx" Şirkəti ilə işləyirdi. "xxxx" Şirkətinin bir neçə firmaları var idi. Onlardan onunla bağlılığı olan sonra yaradılan biri "xxxx" MMC, digəri isə "xxxx" firması (Cavabdeh3) olmuşdur. “Xəzər İnvestesiya" Şirkəti xaricilər tərəfindən tanındığıdan, onunla birgə işlərdə xarici investisiyanın cəlb edilməsi mümkün idi. Məhz buna görə də həmin Şirkətlə ortaqlı firmalar yaradıb, şəxsi biznesini qurub, daha sonra xaricilərə çıxıb, xarici investisiyaları cəlb etməklə, biznesi geniş miqyasda təşkil etmək qərarına gəlmişdir. O, şərikli firmalar yaratmaq istədiyini ilkin olaraq “Xəzər İnvestesiya" şirkəti ilə danışmış və razılıqlarını almışdır. Lakin bu işi qurmaq üçün ilkindən çoxlu pul vəsaitləri lazım idi. Bu isə onun maliyyə gücündə deyildi. Bununla bağlı məqsəd və planı, maddi imkanları və pul əldə edə biləcəkləri üçün geniş əlaqələri olan tanışlardan İddiaçı və Cavabdeh1lə paylaşmış və onlara yaradılacaq firmalarda şəriklik təklif edilmişdi. Onlarla danışıqdan sonra anlaşıldı və ilk razılaşma- kağız üzərində 2015-ci ilin may ayının 2-də təsis müqaviləsi imzalandı. Bundan sonra da yaradılacaq firmaların nizamnamə payının yarısını onun adına yazdırmaqla nizamnamələr tərtib edildi. İddiaçı və Cavabdeh1 ilə üç nəfərə bağlanılan təsis müqaviləsinə əsasən xarici investisiyalı şirkətlə yaradacağı müəssisənin hər birində nizamnamə payından cavabdehə çatacaq 50%-dən "Plastik A” MMC-dən 33%ni, Cavabdeh3-dən isə 35% payını (faktiki 17,5% onun, 8,75 % isə Cavabdeh1 olmaqla) İddiaçı adına rəsmiləşdiriləcəkdi. Razılaşmanı detallarla kağız üzərinə gətirmək üçün hüquq şirkətinə müraciət edildi. Razılaşma şərtlərinə uyğun olaraq 08 may 2015-ci il tarixli 01 saylı (iddia ilə mübahisələndirilən) Əməkdaşlıq müqaviləsi tərtib edildi. Sonrakı hərəkətlər bu müqavilə əsasında davam etdirildi. Firmaların açılması, xarici tərəflə görüşlər, işlərə başlamağa digər hazırlıqlar təqribən 1 il çəkdi. Bütün bu müddətlər ərzində hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirirdi. Sonradan aldanılaraq düşdüyü çətin vəziyyətə görə müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində çətinliklər yarandı. Lakin o, öhdəliyi yerinə yetirməyə çalışmışdır. Belə ki, ilkin olaraq razılaşdırıldığı kimi İddiaçı onun qardaşı Asəflə bərabər payda olan Xaçmaz rayon Yergüc kəndində yerləşən cəmi 0,56 ha ona məxsus 0,28 ha torpaq sahəsində istehsalat sahəsini qeyri-yaşayış obyekti tam təmir etmiş, artıq təsis etdiyi “Plastik A" MMC-nin istifadəsinə verilməsi razılaşması üzrə İddiaçı həmin obyektin təmir-tikintisinin başa çatdırılması üçün "xxxx" ASC bankdan 150 000 manat kredit götürmüş və həmin kredit hesabına əmlakı təmir edib, hazır vəziyyətə gətirmişdi. Daha sonra da tələbinə görə (çünki xaricilər obyektin cavabdehin adına olmasını tələb edirdilər) qeyd olunan ümum əmlakdan özünə məxsus 0,28 ha torpaq sahəsi və üzərində mövcud əmlakdan 912,5 kv.m qeyri-yaşayış sahəsini 16 iyun 2016-cı il tarixdə adına alqı-satqı müqaviləsini notariatda rəsmiləşdirmişdi. Danışığa görə bu alqı-satqı müqaviləsi, əmlakın gələcəkdə şirkət tərəfindən işlədilməsi və əvəzində İddiaçı MMC-dən cavabdehə aid paydan 33% ona veriləcəyi olduğundan, müqavilədə tələb edildiyindən məbləğ və pulun dövriyyəsi sənədlərdə göstərildi. Lakin ona heç bir qəpik belə verilmədi. Sonradan yaranmış anlaşmamazlıqlar üzündən ona çatası payı, eləcə də qoyduğu pulu verə bilmədiyindən, aralarında mübahisə yarandı. Dost ikən düşmən oldular. Həmin əmlakla bağlı mübahisəyə artıq məhkəmə baxmış və alqı-satqını ləğv etmişdir. Əmlakın ona qaytarılması məsələsi həll olunmuşdur. Razılaşmanın alma bağları hissəsi üzrə hərəkət edən İddiaçı özünə məxsus torpaq sahəsində yeni növlü alma bağı salmaq üçün, 19 avqust 2016-cı il tarixdə Fransaya 73225 avronu köçürdü. Qeyd olunan məbləğdə alma çilingləri Fransadan gətirildi, bağ salındı. Həmin sahədə alma bağının salınması təklifi və razılaşmalarda cavabdeh də iştirak etsə də, danışıqları əsasən "Alma bağları" (Cavabdeh3) firmasının icraçı direktoru digər Cavabdeh1 tərəfindən aparılmışdır. Həmin bağ sahəsi "xxxx" firmasına dövr edilməli, onun da əvəzində İddiaçı "Alma bağları" (Cavabdeh3) firmasının 35% payı verilməli idi. Həmin razılaşma əsasında da İddiaçı özünə məxsus 8 ha torpaq sahəsi, 73225 avro məbləğində yeni növlü alma çilingi ilə təmin edilmiş, hazır şəkildə hissə-hissə "Alma bağları" (Cavabdeh3) firmasının adına rəsmiləşdirildi və sonuncuya dövr edildi. Lakin razılaşmaya uyğun olaraq, iddiaçıya heç bir qəpik belə ödənilmədən, alqı-satqı müqaviləsi rəsmiləşdirildi. Alqı-satqıya ödənildiyi qeyd edilən məbləğlərin hamısı firmaya məxsus sahədə alma bağların salınması üçün sərf edildi. İddiaçıla birgə fəaliyyətin davamı olaraq, ona firma üçün alınan cəmi 20 ha torpaq sahəsində, ona məxsus olan 8 ha-dan başqa 12 ha hissəsində yeni alma bağının salınması təklif edildi və alma bağı ərsəyə gələndə tezliklə borcun qaytarılmasının mümkünlüyündən, təklifini qəbul etdi və bunun üçün də bankdan 250 000 manat məbləğində kredit götürdü. İddiaçı götürdüyü 250 000 manat kreditdən 200 000 manat hissəsi şəxsən cavabdehin əliylə, alma bağlarının salınmasına sərf edilmişdir. Əlbəttə bütün bunlar ortağ olan digər Cavabdeh1 razılığı və iştirakı ilə olmuşdur. Həmçinin o, icraçı direktor olduğundan alqı-satqı sənədləri də onun tərəfindən imzalanmışdır. Nəticədə İddiaçı götürülən 8 ha bağ sahəsindən əlavə firma üçün alınan 12 ha torpaq sahəsinin hazırlanmasından başqa, yalnız xaricdən alma çilinglərinin alınmasına 286 000 Evro xərcləndi. Bunun 200000 manatı İddiaçı, 70000 ABŞ dolları Cavabdeh1, yerdə qalan məbləğ isə İddiaçı məxsus 8 ha torpaq sahəsinin alqı satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğ də daxil olmaqla, firmadan götürülmüşdür. Üçlük arasında bağlanmış razılaşmaya əsasən cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, firmalar fəaliyyətə başlayandan sonra başlamalı idi. Bu işlərin təşkili bir il vaxt aparmışdır və bu müddətin nəzərə alınması müqavilə tərəfləri olaraq iddiaçı ilə razılaşdırılmışdır. Razılaşmaya əsasən müqavilənin müddəti hələ bitməmişdir. O, üzərinə götürdüyü öhdəliyi hər vasitə ilə yerinə yetirməyə çalışır. Ona görə də hazırki iddia üzrə əməkdaşlıq və torpaq sahələrinin alqı-satqı müqavilələrin ləğvi, eləcə də 200 000 manat məbləğin ödənilməsi barədə tələbdə iddiaçı haqsızdır. Birincisi, yuxarıda qeyd olunanlardan göründüyü kimi firmalarda paylar və əmlaklarla bağlı vədin gecikdirilməsi cavabdehin iradəsindən asılı olmamışdır. O, digər tərəfdən də bu müddətlər ərzində mövcud müqavilənin şərtlərinə əməl edilməsinə hər vasitə ilə çalışmışdır. Hazırda da müqavilə ilə müəyyən olunmuş şərtləri yerinə yetirmək üçün tədbirlər görülür və müsbət nəticə əldə ediləcəyinə inanır. Məhkəmə torpaq sahələrinin (alma bağları) alqı-satqı müqavilələrini ləğv edərsə, iddiaçı əmlakı geri götürəcəkdir ki, bu da firmanın fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnəcəkdir. İddiaçı müqavilələrin pozulması və verdiyi əmlakını geri verilməsini deyil, bunun əvəzində cavabdehdən pul tələb edə bilərdi. Bu səbəbdən də iddianı qəbul etmir və hesab edir ki, iddia rədd olunmalıdır. Cavabdeh1 tərəfindən 29 yanvar 2021-ci ildə Qusar rayon Məhkəməsinə iddia tələbinə qarşı "Etiraz və mülahizələr” təqdim edilərək, İddiaçı iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz və mülahizələr” onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 çoxdan tanıyır, yaxın dost münasibətləri olmuşdur və indi də münasibətləri davam edir. İddiaçı isə hər ikisinin dostudur və bir-birinə möhkəm inam və etibar vardır. Daha doğrusu var idi. İndi bu mübahisələr üzündən Namiklə dost ikən, düşmən olunmuşdur. İddiada etibarsızlığı tələb olunan müqavilələrin bağlanması və müqavilələrin aid olduğu əmlakla bağlı danışıqlarda, razılaşmalarda onun iştirakı olsa da, Əməkdaşlıq müqaviləsindən başqa, həmin müqavilələr onunla deyil, faktiki olaraq digər Cavabdeh2 tərəfindən firma ilə bağlanmışdır. Ona görə də işin rəsmi tərəfi baxımından, həmin müqavilələrlə bağlı tələblər də ona deyil, Cavabdeh2 qarşı yönəlməlidir. O ki, qaldı firmanın adına keçirilmiş torpaq sahələrinin dəyərinin və iddiaçının xərclərin ödənilməsi üçün verdiyi pulların sonradan ona qaytarmasının təmin edilməməsi ilə ziyan dəyməsinə, düzdür əmlakın dəyərinin və eləcə də iddiaçı Namiq Məmmədmuradovun alma bağlarının salınması, həmçinin başqa layihələrə cavabdehlərə inanıb, sözə görə qoyduğu vəsaitin əvəzində edilmiş vədi almamasına, bu da birbaşa onun günahı üzündən deyil, Cavabdeh2 əli ilə şirkət tərəfindən hamının aldadılması üzündən irəli gəlmişdir. Adı keçən əməkdaşlıq müqaviləsinin bağlanması, eləcə də, sonradan iddiaçıya məxsus torpaq sahələrinə alqı-satqısı müqavilələrin bağlanması, alma bağlarının salınması üçün iddiaçıdan pulun götürülməsi, eləcə də onu şərikliyə cəlb edilməsinin müəllifi digər Cavabdeh2 olmuşdur. Belə ki, hələ 2015-ci ilin yazında Cavabdeh2 ona və Namikə xaricilərlə iş quracağını, bununla bağlı investesiya şirkəti ilə danışdığını, onlarla şərikli firmalar açacağını, bu işlərin onlara çoxlu qazanc gətirəcəyindən geniş danışıb, onları inandırmışdı. Bir neçə gündən sonra da dediyi kimi yaradılacaq iki firmanın təsis müqaviləsini imzalamaq üçün onlara gətirmişdi. Qısa bir müddətdə də firmalara hazırladığı nizamnaməsini cavabdehlərə göstərmişdi. Həqiqətən də firmaların hər ikisinin nizamnaməsində 50% pay onun adına qeyd olunmuşdu. Həmin vaxtı İddiaçı Qusar rayonu ərazisində satın aldığı faktiki 8 hektar torpaq sahəsi və həmçinin digər Cavabdeh2 qardaşı Ağasəflə şərikli Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0,56 ha torpaq sahəsi və üzərində qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksi var idi. İddaçı İddiaçı məxsus əmlakların iştirak edəcəyi, eləcə də gələcəkdə birgə biznes fəaliyyətilə bağlı firmalarda payların müəyyən edilməsi üçün razılaşdırılan şərtləri o, İddiaçı və Cavabdeh2 üç nəfərə təsis müqaviləsi və daha sonra 08 may 2015-ci ildə 01 saylı Əməkdaşlıq Müqaviləsi bağlanılmışdı. Razılaşmaya əsasən İddiaçı özünə məxsus yuxarıda qeyd olunan əmlakları Cavabdeh2 dediyinə uyğun hazırlayıb, ona və ya onun dediyi firmaya pulsuz dövr etməli, alma bağlarının salınması üçün xərcləri ödəməli idi. Bunun da əvəzində Cavabdeh2 xarici investisiyalı şirkətlə yaradacağı iki müəssisənin hər birində nizamnamə payından ona çatacaq 50%-dən "xxxx" adlanılacaq MMC-dən 33%, Cavabdeh3 adlanacaq MMC-dən isə 35% payını İddiaçı adına rəsmiləşdirməli idi. Daha sonra da Namik onun adına rəsmiləşdirilən paydan 8,75% cavabdehin adına, xərclərə qoyduğu pul Namikə qaytarılandan sonra da 17,5% Azərin adına yazdıracaqdı. İddiaçı arasında bağlanmış Əməkdaşlıq müqaviləsinin onun üzərinə düşən öhdəliklərinə dair bütün şərtlərini tam yerinə yetirmişdir. Cavabdeh2 də müqavilənin ona aid olan bir sıra şərtlərini yerinə yetirmişdir. Belə ki, müqavilənin bağlandığı vaxtdan təqribən bir ildən sonra vəd etdiyi iki firmaları qeydiyyatdan keçirmiş, alma bağlarının salınmasını təşkil etmiş, lakin müqavilənin əsas şərtlərindən olan, təsis etdiyi firmalardan payın cavabdehlərə verilməsi və qoyulmuş pulların geri qaytarılması öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, əməkdaşlıq müqaviləsində razılaşdırılan kimi İddiaçı özünə məxsus Xaçmaz rayon Yergüc kəndində yerləşən 0,56 ha. torpaq sahəsində yerləşən qeyriyaşayış obyekti tam təmir etdirdi və bunun üçün o, bankdan 150000 manat kredit götürdü. Sonra da Azərin tələbinə görə həmin əmlakı Azərin adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirdi. Səbəb də o idi ki, Azərin dediyinə görə xaricilər əmlakın Azərin adına olmasını tələb edirlər. Razılaşmaya əsasən əmlakın gələcəkdə şirkət tərəfindən işlədilməsi və əvəzində İddiaçı MMC-dən 33% pay verilməli olduğundan, alqı-satqı müqavilədə pul göstərilsə də, ona pul verilmədi. Razılaşmanı yerinə yetirən İddiaçı özünə məxsus torpaq sahəsində yeni növlü alma bağı salmaq üçün 19 avqust 2016-cı il tarixdə Fransaya 73225 avro köçürdü. Qeyd olunan məbləğdə alma çilingləri Fransadan şəxsən onun iştirakı ilə gətirilmişdir. Ona məxsus sahədə yeni bağ salındı. Əməkdaşlıq müqaviləsinin şərtinə əsasən, əslində Azərin dediyinə görə İddiaçı həmin bağ sahəsini Cavabdeh3 firmasının adına rəsmiləşdirməli, bununda əvəzində ona firmanın 35% payı verilməli idi. İddiaçı özünə məxsus 8 ha topaq sahəsi, 73225 avro məbləğində yeni növlü alma çilingi ilə təmin edilmiş hazır şəkildə hissə-hissə digər Cavabdeh3-nin adına rəsmiləşdirdi. Lakin razılaşmaya görə iddiaçıya pul ödənilmədi. Həmin müddətdə o, Cavabdeh3-nin icraçı direktoru vəzifəsində işləyirdi və bu səbəbdən də qeyd olunan alqı-satqı müqavilələri rəsmi olaraq onun tərəfindən imzalanmışdır. Alqı-satqıya ödənildiyi qeyd edilən məbləğlərin hamısı Cavabdeh2 götürmüş və firmaya məxsus sahədə alma bağların salınmasına sərf edilmişdi. Bundan başqa firma üçün alınan daha 12 ha torpaq sahəsində yeni alma bağının salınması ilə bağlı Azərin təklifini qəbul edərək, İddiaçı bunun üçün bankdan daha 250000 manat məbləğində kredit götürdü və ondan 200000 manatı şəxsən cavabdehin yanında digər Cavabdeh2 verdi, sonuncu da həmin məbləği adı çəkilən sahədə alma bağlarının salınmasına sərf etdi. Alma bağlarının salınması ilə bağlı bütün xərclərin uçotu Azər ilə cavabdeh tərəfindən aparılmış və bununla bağlı Namikə də məlumat verilmişdir. Namikdən götürülən 8 ha bağ sahəsindən əlavə 12 ha torpaq sahəsində yeni növlü alma bağı salınması üçün xaricdən gətirilən alma çilinglərinə 286000 evro xərclənmişdir. Bundan 200000 manat İddiaçı götürülmüş, 70000 ABŞ dolları onun şəxsi vəsaiti hesabına ödənilmişdir. İddiaçı məxsus 8 ha torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğlərin hamısı həmin bağın salınmasına sərf edilmişdir. Cavabdeh yuxarıda iddiaçıya məxsus qeyd olunan torpaq sahəsi və ödədiyi pul vəsaitlərlə bağlı tələbində haqlı olduğunu hesab edir. Lakin iddiaçıya cavabdehlər olaraq edilmiş vədin gecikdirilməsi, cavabdehin iradəsindən asılı olmamışdır. Bütün vədlər və iddiada qeyd olunan mübahisə ilə bağlı məsələlərin təşkili cavabdeh deyil, digər Cavabdeh2 etmişdir. Cavabdeh onun vədinə inanıb, alma bağının salınmasına qoyulan 70000 dolları hələ də ala bilməmişdir. Ona görə hazırkı iddia ilə bağlı tələbə də Azərin özü və həmçinin onun tərəfindən təsis edilib, sonradan başqasının adına keçirdiyi Cavabdeh3 cavabdehlik daşımalıdır. Bu baxımdan da həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbini əsaslı olduğunu hesab edir. Lakin o, iddianın pul tələbinin müştərək olaraq ona da yönəldilməsini qəbul etmir və bu tələbin də ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini belə əsaslandırmağa çalışmışdır ki, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara olan etibarından istifadə edərək, ona məxsus qeyd olunan əmlakı özlərinə uyğun özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsinə nail olmuş, lakin əmlaka görə razılaşdıqları dəyərin əvəzində vədlərinə əməl etməmişlər”. Hesab edir ki, iddia tələbləri "xxxx" MMC-yə aid hissədə qanunsuz və əsassız olduğundan rədd edilməlidir (Bundan sonra Etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 347, 375, 380 və 382-ci maddələrinin məzmunu qeyd olunur və “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarına istinad olunur). Göründüyü kimi, iddiaçı tələblərini nə qədər aldandığını, aralarında bağlanmış əməkdaşlıq müqaviləsinin olması ilə əsaslandırmağa çalışsa da, qanunverici əqdlərin mübahisələndirilməsi üçün ömürlük müddət müəyyən etməmiş və müddətin keçməsi ilə tərəfin belə bir hüququna xitam verilməsini nəzərdə tutmuşdur, iddiaçının istinad etdiyi Əməkdaşlıq müqaviləsinə nəzər salınsa və onun iddia tələbinə inanılsa, özü də qeyd edir ki, aldadıldığını 2019-cu ilin iyul ayında bilmiş və 1 illik müddəti ötürərək 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Bundan əlavə, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfində qeydiyyata alınmış və bu barədə VÖEN ********** nömrəli Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış verilmişdir. MMC iki şəxs tərəfindən təsis olunmuş və qeydiyyata alınmışdır. Nizamnamə kapitalında 65% payı olan “X6 Şirkəti” QSC və 35% paya malik Cavabdeh2 olmuşdur. Digər Cavabdeh1 isə MMC-nin direktoru olaraq 23 dekabr 2016-cı il tarixdə fəaliyyətə başlamışdır. İddiaçının istinad etdiyi əməkdaşlıq müqaviləsi isə 08 may 2015-ci ildə bağlanmış və həmin müqavilə MMC-nin üzərinə heç bir öhdəlik qoya bilməzdi. Belə ki, həmin vaxt iddiaçı ilə müqavilə bağlayan şəxslərin heç biri olmayan MMC-nin adından hər hansı öhdəliyi üzərinə götürə bilməzdi. Nəticə olaraq yuxarıda gətirilən dəlillərdən də görünür ki, iddiaçı işə aidiyyəti olmayan müqaviləni əlavə edib tələblərini əsaslandırmağa çalışsa da, əqdin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb hüququnun vaxtını ötürmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə1 İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia ərizəsinin əsaslı olduğunu və buna görə də, iddia tələbinin təmin olunmalı olduğunu bildirmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 08 may 2015-ci il tarixli Əməkdaşlıq müqaviləsinin mətni onun tərəfindən hazırlanmış və onun iştirakı ilə imzalanmışdır. Lakin, həmin Müqaviləni imzalamış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müqavilə şərtlərinə görə İddiaçı qarşısında götürmüş öhdəliklərini yerinə yetirməmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə3 İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması haqqında qətnamə qəbul edilməli olmasını bildirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-2(119)-11/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamədə iddianın təmin edilməməsinin hüquqi əsası kimi istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci və 646.1-ci maddələrinin nəticə tələbinə görə “...müqavilə tələb olunan normalara uyğun gəlməli, daşınmaz əmlakla bağlı müqavilə notariat qaydasında təsdiqlənməlidir”. Tərəflər arasında torpaq sahələri ilə bağlı bağlanmış qeyd olunan alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqləndiyi, Əməkdaşlıq müqaviləsinin isə notariat qaydasında təsdiqlənmədiyi işin mübahisəsiz halıdır. Lakin bu təsdiqlənmənin olub-olmaması hazırkı mübahisə üçün heç bir önəm daşımır. Ona görə ki, mübahisənin əsası kimi müqavilələrin bağlanması deyil, bağlanmış müqavlələrə görə edilmiş vədin yerinə yetirilməməsidir. Məhz bu baxımdan iddiaçı iddia tələbini “müqavilələrin etibarsızlığından”, “müqavilələrin ləğvinə” dəyişdirməklə, iddianı dəqiqləşdirmişdir. Adı keçən Əməkdaşlıq müqaviləsinin tərtibi ilə bağlı mübahisə yoxdur. Əksinə tərəflər həmin müqaviləni gələcək biznes münasibətlərini tənzimləmək məqsədi ilə bağladıqları və iradə ifadələrinə uyğun tərtib edildiyini bildirirlər. Əməkdaşlıq müqaviləsi, tərəflərin gələcək hüquq və öhdəliklərin müəyyən edilməsi olmaqla, ilkin müqavilə qismində çıxış etmiş və sadə formada tərtib edilmişdir. Nəticə etibarı ilə adı keçən əməkdaşlıq müqaviləsinin tərtibində, qanunazidd olan hal mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında bağlanmış adı keçən 6 ədəd alqı-satqı müqaviləsində hər satılmış sahəyə görə məbləğ müəyyən edilmiş və həmin məbləğ satan tərəf olan iddiaçıya verildiyi kimi rəsmiləşdirilmişdir. Lakin məhkəmədə müəyyən edilmiş işin həqiqi hallarına görə satana pul verilmədiyi təsdiqlənmiş və bunun tərəflər aralarında mövcud olan Əməkdaşlıq müqaviləsindən irəli gəldiyinə istinad edilir. Belə olan halda əməkdaşlıq müqaviləsində qeyd edilən pay və gəlirdən pul verilməsi də təmin edilməlidir. Əks təqdirdə yəni ilkin müqavilə qismində çıxış edən əməkdaşlıq müqaviləsinin tələblərinə uyğun olması təmin edilmədiyindən, alqı-satqı müqaviləsinin ləğvi üçün əsasdır. `Məhkəmə iş üzrə tərəflər arasında baş vermiş qeyd olunan halları müəyyən etmiş, lakin müəyyən etdiyi hallara nisbətdə adı çəkilən maddələri düzgün tətbiq etməmişdir. Nəticədə faktlar nöqteyi nəzərindən düzgün olmayan qətnamə qəbul edilmişdir. Tərəflərin öz aralarında müqavilə müstəvisinə gətirdikləri razılaşmani əks edən Əməkdaşlıq müqaviləsində müəyyən edilmiş və cavabdeh tərəflərin yerinə yetirməli olmalarına yönələn tələblərdən yaranan təsis olunacaq müəssisədən payların verilməsi, əldə edilən gəlirdən hər il üçün 100.000 manatdan az olmayan məbləğin ödəniləcəyi kimi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı isə əmlakını əvəzsiz verəcəyi, bağ salınması üçün pul verməsi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Bu baxımdan da məhkəmə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı maddi normanı tətbiq etməli idi. Lakin məhkəmə qeyd olunan halları iş üzrə müəyyən etmiş, öhdəliklərin icrası ilə bağlı maddi normanı isə tətbiq etməmişdir. İş üzrə müəyyən edilmiş dəlllərə görə iddiaçının əmlakın verilməsi və bununla bağlı alqı-satqı müqaviləsinin bağlanması, eləcə də 200.000 manat sərmayə edilməsi tərəflərin ilkin olaraq aralarında bağladıqları Əməkdaşlıq müqaviləsinin şərtlərindən irəli gəlmişdir. Lakin həmin icra olunmuş öhdəliklərin əvəzində tərəflər arasında razılaşdırılmış qarşılıqlı icra olunmalı öhdəlikləri cavabdehlər yerinə yetirmədiyindən, münasibətlər ilkin vəziyyətə gətirilməlidir. Bu da işdə adı keçən 6 ədəd alqı-satqı müqaviləsi ləğv edilməklə mümkündür. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırkı işin icraatı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçılar X1 və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın bağışlama və alqı-satqı müqavilələrinin və onun əsasında yaranmış sonrakı hüquqların etibarsızlığı” tələbi barədə iddia ərizəsinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək dayandırılmışdı. Həmin iş üzrə qəbul edilmiş qərarda tərəflər arasında bağlanmış Əməkdaşlıq müqaviləsinin əhəmiyyətsiz əqd olması qeyd olunmuşdur. Ali Məhkəmədə də apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının dəlilləri müqavilənin etibarsızlığının əsasları ola bilər. Həmin dəlillər müqavilələrin ləğvinin əsası ola bilməz. Alqı-satqı zamanı pul notariusun depozit hesabına ödənilib, iddiaçı da imza çəkib götürüb. Cavabdeh3 təsisçinin verdiyi sözlərə görə məsuliyyət daşımır. Həmin alqı-satqı müqavilələləri icra olunub və qüvvəsi bitib. İddia ərizəsində istinad olunan Əməkdaşlıq müqaviləsi Cavabdeh3 yaranandan 1 il əvvəl bağlanıb. Cavabdeh3 ümumilikdə 20 hektar torpaq sahəsi alıb. Cavabdeh3 başqalarından aldığı 12,7 hektar torpaq sahəsinə ümumilikdə cəmi 84500 manat məbləğində pul ödəmiş, iddiaçıdan aldığı 7,1 hektar torpaq sahəsinə görə iddiaçıya cəmi 209800 manat məbləğində pul ödəyib. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddianı və apellyasiya şikayətini qəbul etdiyini, lakin pul məbləğinin ondan deyil, cavabdeh "xxxx" MMC-dən tutulmalı olduğunu bildirdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə1 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5 Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt ASAN xidmət mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdeh və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, bir tərəfdən sonradan “Mülkiyyətçi” adlanacaq - İddiaçı, digər tərəfdən sonradan ümumilikdə “İcraçı”, ayrı-ayrılıqda “İcraçı–1” adlanacaq Cavabdeh2 və “İcraçı–2” adlanacaq Cavabdeh1 arasında yazılı formada tərtib edilərək imzalanmış 08 may 2015-ci il tarixli Əməkdaşlıq Müqaviləsində “Mülkiyyətçi”nin Xaçmaz rayon Yergüc kəndində yerşələn 0,56 ha torpaq sahəsi və onun üzərində mövcud 1825 kv.m qeyri-yaşayış sahəsində (obyekt) özünə məxsus ½ hissəsinin, həmçinin özünə məxsus satın aldığı, Qusarda olan 8 ha torpaq sahəsini tam şəkildə müasir növlü alma bağı saldıqdan sonra “İcraçı” tərəfə dövr etmək, həmçinin “İcraçı” tərəfin təklif etdiyi Qusar rayon ərazisində yerləşən 20 ha torpaq sahəsində, yeni növlü alma bağ sahəsinin salınması üçün lazimı xərcləri çəkmək, bunun müqabilində “İcraçı” tərəf "xxxx" MMC-nin 33%, "xxxx" firmasının (Our Orchards MMC) 35% payının və 2 ildən sonra hər il üçün sezon başa çatanda 100 000 manat gəlirin “Mülkiyyətçi”yə dövr edilməsinin təşkili ilə bağlı öhdəliklərin icrasının qarşılıqlı həyata keçirilməsi nəzərdə tutulmuşdur (həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır). İş materiallarından görünür ki, Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti 21 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********). Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq qeydiyyata alınarkən təsisçiləri Nizamnamə kapitalında 65% payı olan “X6 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti və 35% paya malik Cavabdeh2 olmuşlar və Nizamnamə kapitalının miqdarı ******* (bir milyon yeddi yüz min) manat həcmində olmuşdur. İş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh3-nin adından Cavabdeh1 arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 18 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-153 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 3,5174 ha olan torpaq sahəsi 34900 (otuz dörd min doqquz yüz) manata, 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-173 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi 8500 (səkkiz min beş yüz) manata, 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-174 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 1,057 ha olan torpaq sahəsi 10500 (on min beş yüz) manata və 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-176 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,7211 ha olan torpaq sahəsi 7500 (yeddi min beş yüz) manata, 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-2141 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,5519 ha olan torpaq sahəsi 77000 (yetmiş yeddi min) manata və 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-2142 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,508944 ha olan torpaq sahəsi 71400 (yetmiş bir min dörd yüz) manata satıcı İddiaçı tərəfindən alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahələrinin müvafiq qaydada bağlanaraq, rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında İddiaçı tərəfindən Cavabdeh3-yə satılması təsdiq olunsa da, iddia tələbində qeyd olunan həmin müqavilələrin ləğv edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahələrinin iddiaçıya geri qaytarılması və cavabdeh "Our Orchards” MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci madəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 646.1-ci madəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respblikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-620/2022 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı və X3 məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,56 ha torpaq sahəsinin və orada inşa edilmiş 1825 kv.metr sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair Cavabdeh2lə Abdullayev Ağasəf arasında notarial qaydada bağlanmış 16 iyun 2016-cı il tarixli bağışlama müqaviləsinin; habelə sözügedən torpaq sahəsinin və əmlak kompleksinin ½ hissəsinə dair İddiaçılə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 16 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi və əldən çıxmış faydaya görə cavabdehlərdən müştərək qaydada 40.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iş üzrə Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçıların istinad etdiyi 08 may 2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsi” notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən, sözügedən müqavilə 08 may 2015-ci il tarixdə bağlandığı halda, "xxxx" MMC 26 iyul 2016-cı il tarixdə təsis edilib. Belə olan halda 08 may 2015-ci il tarixdə bağlanılmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır.” İş materiallarından görünür ki, həmin əməkdaşlıq müqaviləsi bağlanandan sonra eynilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti 21 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ali Məhkəmənin qeyd olunan qərarında 08 may 2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsi”nin etibarlılığı şübhə altına alınaraq həmin müqaviləyə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-11/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-75/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-75/2022
29.07.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver