Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-79/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh firmasının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı2 MMC-nin Cavabdeh firmasına qarşı “avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi” və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı2 MMC-yə qarşı “169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələblərinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-543/2021 saylı, xx xxxxx 2021-ci il tarixli qərardadına Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Firması xx xxxxxx 2020-ci ildə İddiaçı2nə qarşı qarşılıqlı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı2ndən Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2-2(117)-21/2021 nömrəli qərardadı ilə həmin iddia və qarşılıqlı iddia ərizələrinə dair e-2-2(117)-21/2021 nömrəli kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış və hazırda mübahisə predmeti olan alqı-satqı müqaviləsinin icra yeri Abşeron rayonudur, iş üzrə əksər sübutlar, şahidlər həmin ərazidədir. Belə ki, tərəflərin vəkillərinin izahatlarından və iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan süxurların çıxarıldığı dolomit yatağı Abşeron rayonu ərazisində yerləşən Qələndərtəpə dolomit yatağından çıxarılmış və süxurların yerləşdirildiyi dayaq məntəqəsi də Abşeron rayonun ərazisindədir. Tərəflər vəsatətlə məhkəməyə müraciət edərək işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdiklərindən vəsatətlər təmin edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-543/2021 saylı, xx xxxxx 2021-ci il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı2 Cavabdeh Firmasına qarşı "avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi" barədə iddia və Cavabdeh Firmasının İddiaçı2nə qarşı İddiaçı2ndən Cavabdeh Firmasının xeyrinə müqavilədən irəli gələn 169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması” barədə qarşılıqlı iddia ərizələrinə dair e-2-2(117)-21/2021 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, iş materiallarını araşdırıb, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçının iddia tələbindən və cavabdehin qarşılıqlı iddia tələbindən görünür ki, bu tələb ilkin iddia ərizəsi üzrə “avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi” və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının cavabdehə qarşı “169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi barədədir. Şəki Kommersiya Məhkəməsi də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə, 36.13-cü maddəsinə və 44.2.5-ci maddəsinə əsaslanaraq hazırki işin ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması qənaətinə gəlmiş və işi Sumqayıt Kommersiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Kommersiya Məhkəməsi işi Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 1733-İS-01 saylı alqı-satqı müqaviləsinin 3.2-ci bəndində satıcının vəzifələri müəyyən olunmuşdur. Müqavilənin 3.2.3cü bəndinə əsasən malın əvvəlcədən alıcı ilə razılaşdırılmış və avtomobil yollarına normal çıxışı olan daşıma məntəqələrinə (bundan sonra “Daşıma Məntəqəsi”) çatdırılmasını təmin etmək satıcının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Çeşidləmə məntəqəsindən qırıcıya qədər daşıma alıcının cəlb etdiyi avtomaşınlar tərəfindən yerinə yetirilir.(səh 41) Abşeron İcra Hakimiyyəti Başçısının Cavabdeh Firmasının direktoru A.Zeynalovaya ünvanlanmış xx.xx.2019-cu il tarixli 1884 saylı məktubun məzmunundan görünür ki, firma tərəfindən Abşeron İH-nə müraciət olunaraq torpaq sahəsinin firmanın istifadəsinə verilməsi xahiş olunmuşdur. Məktubla bildirilmişdir ki, həmin torpaq sahəsi rayon İH ilə X1 arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə” əsasında ikincinin icarəsinə verilmişdir. Həmçinin məktubla qeyd olunan məqsədlə torpaq sahəsinin hazırki icarəçisi ilə “torpaq sahəsinin subicarəyə verilməsinə dair” müqavilənin bağlanmasına və ərazidə süxurların xırdalanması məqsədilə partlayış işlərinin aparılmasına etiraz olunmadığı bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixli torpaq sahəsinin sub icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən X1 ilə subicarəçi Cavabdeh firması arasında Abşeron rayonuna təhkim edilmiş qış otlaq sahəsindən 6 (altı) ay icarə qaydasında torpaq sahəsinin icarəyə verilməsi müəyyən olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli müqavilə əsasında sub-icarəçi ”Cavabdeh” firmasına Qələndərtəpə dolomit yatağından tikinti materiallarının çıxarılması və istehsalı məqsədilə ayrılmış 2.0 ha topoqrafik plan xəritəsindən görünür ki, partlayış aparılacaq sahənin koordinatları müəyyən olunmuş və Abşeron rayon İH-nin səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiqlənmişdir. Beləliklə sadalanan əsaslarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti olan süxurların çıxarıldığı dolomit yatağı Abşeron rayonu ərazisində yerləşən Qələndərtəpə dolomit yatağından çıxarılmış və süxurların yerləşdirildiyi dayaq məntəqəsi də Abşeron rayonun ərazisindədir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə onun icra yeri dəqiq göstərilməsə də, yuxarıda istinad olunan sənədlərin məzmunu ilə və müqavilənin 3.2.3-cü bəndi ilə həmin müqavilənin icra yerinin Abşeron rayonu olması təsdiqlənir. Bundan başqa, iş materiallarına əlavə edilmiş tərəflərin nümayəndələrinin vəsatətələrindən görünür ki, onlar işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Mülki-Prosessual Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.5-ci maddəsinə əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 22.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan əsaslarla işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi zamanı ərazi aidiyyatı ilə bağlı heç bir prosessual pozuntuya yol verilməməsi nəticəsinə gəlir və hesab edir ki, işə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 MMC-nin Cavabdeh firmasına qarşı “avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi” və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı2 MMC-yə qarşı “169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələblərinə dair kommersiya işi ərazi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, , 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı2 MMC-nin Cavabdeh firmasına qarşı “avans məbləğinin icra edilməmiş qalan 102632,56 manat hissəsinin, 30000 manat dəymiş ziyanın, 169537,68 manat cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ödənilməsi” və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı2 MMC-yə qarşı “169537,68 manat məbləğində (25861,68 manat ƏDV daxil olmaqla) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələblərinə dair kommersiya işi ərazi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-79/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-79/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver