Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-94/2024 22.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə4, cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2-2(119)-38/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20081 (iyirmi min səksən bir) manat məbləğində pul vəsaiti və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 20281 (iyirmi min iki yüz səksən bir) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2-2(119)-38/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsindən 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat məbləğində bоrc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 102,5 (yüz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 13736,93 (on üç min yeddi yüz otuz altı manat doxsan üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş manat) manat məbləğində pul vəsaitinin cavabdеh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsindən tutularaq X2 ödənilməsi, cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsindən dövlət nəfinə 130,90 (yüz otuz manat doxsan qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2-2(119)-38/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər razılığa gəldiklərini, buna görə barışıq sazişinin hazırlanması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmələri barədə məhkəməyə ərizələr ünvanlamış və bununla əlaqədar məhkəmə iclasları təxirə salınmışdır. 22 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflərin nümayəndələri barışıq sazişinin qəbul və təsdiq edilməsi barədə ərizələri, həmçinin barışıq sazişini məhkəməyə təqdim etmiş və mübahisə ilə bağlı müəyyən razılığa gəldiklərini bildirərək, buna görə barışıq sazişini qəbul etməyi və təsdiqləməyi xahiş etmişlər. xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: Tərəflər Bir tərəfdən İddiaçı (VÖEN: **********) (bundan sonra "İcraçı" adlandırılacaq), Nizamnamə əsasında fəaliyyət göstərən X5 şəxsində və digər tərəfdən X1 İdarəsi (bundan sonra "Sifarişçi" adlandırılacaq), Nizamnamə əsasmda fəaliyyət göstərən İdarənin rəisi X6 şəxsində (bundan sonra "İkinci tərəf') (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1.Mübahisənin qısa təsviri Xızı rayonunun Sitalçay ərazisində kanalda X1 İdarəsinə məxsus SDLG 9190 markalı avtoqreyder texniki nasazlıq səbəbindən qeyri-işlək vəziyyətə gəlmiş və sifariş əsasında mühərriki AMET Services MMC tərəfindən sökülmüş və təmir olunaraq avtoqreyderin üzərinə quraşdırılmışdır. Lakin təmirdən sonra avtoqreyder işə düşərkən tüstü buraxmağa başlamışdır. AMET Services MMC tərəfindən avrtoqreyderin nasos yanacaq çiləyiciləri (forsunka) dəyişdirilsə də tüstüləmənin qarşısı alınmamışdır. Eyni zamanda qarşı tərəf xidmətlərin qarşılığını ödəməmişdir. Maddə 2. Barışığın şərtləri 2.1 Birinci tərəf (AMET Services MMC) Saziş imzalandıqdan sonra 2 ay ərzində tərəfindən icra edilmiş işlərdəki nöqsanları aradan qaldırmağı və avtoqreyderin mühərrik və nasos-forsunkasının işlək saz vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürür. Digər tərəfdən İkinci tərəf (X1 İdarəsi) görülmüş xidmətlərin müqabilində EBBC 565476 elektron qaimə üzrə 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat məbləqdə vəsaiti, o cümlədən təkrar baxış üçün göstərilən əlavə xidmət və malların ( texnikanın daşınma 01 QRP üzrə AZN 531 və hidravlik yağ 80 1- AZN 594.40) xidmət haqqının təhvil –təslimindən sonra 15 iş günü ərzində vəsaiti ödəməyi öz öhdəsinə götürür. Təhvil – təslimdən sonra texnikanın qeyri düzgün istismarı nəticəsində nasos-forsunka sisteminin sıradan çıxmasına birinci tərəf ( AMET Services MMC) heç bir məsuliyyət daşımır. 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2 Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 3.3 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.3.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.3.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.3.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.3.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4 Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.5 Bu Saziş tərəflər arasında vahid razılaşmanı təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2- 2(119)-38/2024 nömrəli qətnaməsi ləğv edilməli, kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2-2(119)-38/2024 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2- 2(119)-38/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflər Bir tərəfdən İddiaçı (VÖEN: **********) (bundan sonra "İcraçı" adlandırılacaq), Nizamnamə əsasında fəaliyyət göstərən X5 şəxsində və digər tərəfdən X1 İdarəsi (bundan sonra "Sifarişçi" adlandırılacaq), Nizamnamə əsasmda fəaliyyət göstərən İdarənin rəisi X6 şəxsində (bundan sonra "İkinci tərəf') (bundan sonra "Birinci tərəf" və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1.Mübahisənin qısa təsviri Xızı rayonunun Sitalçay ərazisində kanalda X1 İdarəsinə məxsus SDLG 9190 markalı avtoqreyder texniki nasazlıq səbəbindən qeyri-işlək vəziyyətə gəlmiş və sifariş əsasında mühərriki AMET Services MMC tərəfindən sökülmüş və təmir olunaraq avtoqreyderin üzərinə quraşdırılmışdır. Lakin təmirdən sonra avtoqreyder işə düşərkən tüstü buraxmağa başlamışdır. AMET Services MMC tərəfindən avrtoqreyderin nasos yanacaq çiləyiciləri (forsunka) dəyişdirilsə də tüstüləmənin qarşısı alınmamışdır. Eyni zamanda qarşı tərəf xidmətlərin qarşılığını ödəməmişdir. Maddə 2. Barışığın şərtləri 2.1 Birinci tərəf (AMET Services MMC) Saziş imzalandıqdan sonra 2 ay ərzində tərəfindən icra edilmiş işlərdəki nöqsanları aradan qaldırmağı və avtoqreyderin mühərrik və nasos-forsunkasının işlək saz vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürür. Digər tərəfdən İkinci tərəf (X1 İdarəsi) görülmüş xidmətlərin müqabilində EBBC 565476 elektron qaimə üzrə 13334,43 (on üç min üç yüz otuz dörd manat qırx üç qəpik) manat məbləqdə vəsaiti, o cümlədən təkrar baxış üçün göstərilən əlavə xidmət və malların ( texnikanın daşınma 01 QRP üzrə AZN 531 və hidravlik yağ 80 1- AZN 594.40) xidmət haqqının təhvil –təslimindən sonra 15 iş günü ərzində vəsaiti ödəməyi öz öhdəsinə götürür. Təhvil – təslimdən sonra texnikanın qeyri düzgün istismarı nəticəsində nasos-forsunka sisteminin sıradan çıxmasına birinci tərəf ( AMET Services MMC) heç bir məsuliyyət daşımır. 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2 Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. 3.3 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.3.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.3.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.3.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.3.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4 Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.5 Bu Saziş tərəflər arasında vahid razılaşmanı təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-94/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-94/2024
22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver