Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-110/2022 29.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Allahyarov Zaur Mirzağa oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil3, cavabdehin vəkili X2 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və.s tələbinə dair kommersiya iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-2(121)-1004/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-2(121)-1004/2021 saylı əlavə qətnaməsindən İddiaçı nümayəndəsi, Vəkil1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixində bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 480.000 (dörd yüz səksən min) manat maddi ziyanın, 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, 10.000 (on min) manat məbləğində mənəvi ziyanın, cəmi 490.030.40 (dörd yüz doxsan min otuz manat qırx qəpik) həcmində məbləğin ona ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır.Müqaviləyə görə, ona məxsus ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********76-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətinə daxildir. Müqavilənin məzmununa görə müqavilənin ümumi dəyəri aylıq 10.000 (on min) manat təşkil edir.Aylıq məbləğ 5 (beş) il müddətinə dəyişməz olaraq qalır, həmin müddət bitdikdən sonra isə həmin məbləğə yenidən baxıla bilər.Müqavilənin 5-ci maddəsinin tələbinə görə, tərəflərdən hansısa biri ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtlərini pozarsa, 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz öhdəsinə götürür.Cavabdeh müqavilənin şərtlərini birtərəfli qaydada pozaraq, aylıq icarə haqqını 1 (bir) il ərzində ödəməmişdir.Konkret olaraq xx.xx.2021-ci il tarixindən bugunkü tarixədək cavabdeh tərəfindən həmin icarə müqaviləsinin qeyd edilən şərti pozularaq hər hansı vəsait ödənilməmişdir.Qeyd edilən icarə müqaviləsinin 5-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə, 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz üzərinə götürmüşdür.Həmin müqavilənin 7-ci bəndinə əsasən isə, müqavilənin ləğv edilməsi tərəflərdən birinin 1 (bir) ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi qeyd edilmişdir.Nəticədə ona vurulan illik ziyanın həcmi aylıq 10.000 (on min) manat hesablanmaqla, illik 120.000 (bir yüz iyirmi min) manatdır.Müqavilə şərtlərinə əməl edilməzsə, 3 (üç) illik icarə haqqının birdəfəlik ödənilməsinə dair müqavilə tələbini rəhbər tutaraq, illik 120.000 (bir yüz iyirmi min) manat icarə haqqını 3 (üç) ilə vurmaqla, 360.000 (üç yüz altmış min) manat təzminat olmaqla, yekunda ona vurulan maddi ziyanın həcmi 480.000 (dörd yüz səksən min) manatdır.Həmçinin cavabdeh həmin qeyri-yaşayış sahəsini də boşaltmaqdan qərəzli olaraq boyun qaçırmaqdadır.Yuxarıda göstərilən arqumentləri ümumiləşdirsək, cavabdehin ödəməli olduğu ümumi məbləği aşağıdakı kimi əsaslandırmaq olar.Cavabdeh icarə müqaviləsi üzrə 2020-ci ilin fevral ayından bu günə kimi, yəni 1 (bir) il müddətində heç bir icarə haqqı ödəmədiyindən, aylıq 10000 (on min) manat olmaqla, 12 (on iki) ay üçün cəmi 120000 (bir yüz iyirmi min) manat icarə haqqı, eyni zamanda icarə müqaviləsinin 5-ci bəndinə əsasən, ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtləri pozulduğuna görə müqavilənin ləğv edilməsi ilə əlaqədar, 3 (üç) illik icarə haqqı olan 360000 (üç yüz altmış min) manat (3x12x10000) təzminat olmaqla, ümumilikdə 480000 (dörd yüz səksən min) manat vəsaiti ödəməlidir və həmin qeyriyaşayış sahəsini heç bir ilkin şərt irəli sürmədən boşaltmalıdır.Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə, icarə müqaviləsindən irəli gələn öhdəliklərə kirayə münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq olunur.Həmçinin əgər icarəyə götürən icarə haqqını 2 (iki) ay ərzində ödəməzsə, icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur.Məcəllənin tələbinə görə, əgər kirayəyə götürən 2 (iki) ardıcıl ay üçün kirayə haqqını ödəməzsə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.Hazırki situasiyada müqavilənin ləğvi üçün məhkəmədə iddia qaldırmaq zərurəti meydana gəlmişdir.Qeyd etməliyəm ki, cavabdehin mənə vurduğu maddi ziyanı bu illər ərzində geri ödəməməsi onda dərin narahatçılığa səbəb olmuş, qeyd edilən icarə obyektindən başqa gəlir yeri olmadığından ayrı-ayrı dost-tanışlarından borc pul almaqla, psixoloji stress keçirməyi ilə nəticələnmişdir.İşi məhkəmədə mübahisələndirənə qədərki mərhələdə ona vurulan mənəvi ziyanın həcmini 10000 (on min) manat məbləğində dəyərləndirir.Hazırda sərt karantin rejiminin hökm sürdüyü ölkədə iqtisadi fürsətlərin daralması onun arqumentlərini təsdiq edir.Buna görə də hesab edir ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, ona vurulan maddi ziyan ödənilməli və cavabdeh həmin qeyriyaşayış sahəsindən məcburi çıxarılmalıdır. İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbinin dəyişdirilməsi (artırılması) barədə ərizə ilə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 530.000 (beş yüz otuz min) manat maddi ziyanın, 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, 10.000 (on min) manat məbləğində mənəvi ziyanın, cəmi 540.030.40 (beş yüz qırx min otuz manat qırx qəpik) həcmində məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması və həmin obyektə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması və təsərrüfat subyektinin ləğv edilməsi üçün vergi xidməti orqanına müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-2(121)-1004/2021 saylı qətnaməsi ilə (sədrlik edən E.Abdullayev) iddia qismən təmin edilərək Cavabdeh 170.000 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat olmaqla, ümumilikdə 170.010 (bir yüz yetmiş min on) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv.m olan qeyri-yaşayış sahəsinə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması və təsərrüfat subyektinin (obyektinin) uçot kodunun ləğv edilməsi üçün aidiyyəti vergi orqanına müraciət edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-2(121)-1004/2021 saylı əlavə qətnaməsi ilə (sədrlik edən E.Abdullayev) iddia “İddiaçı ilə Cavabdeh arasında bağlanmılmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış aylıq icarə haqqı məbləği 10.000 manat olan 21 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. İddiaçının apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2022ci il tarixli, 2-2(121)-1004/2021 saylı əlavə qətnaməsinin qət etdi hissəsində iddia qalan hissədə rədd edilməsi hisəsində ləğv edilərək icarə müqaviləsinin 5-ci bəndinə əsasən 3 illik icarə haqqı məbləği olan 360000 manatın təzminat olaraq cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-2(121)-1004/2021 saylı qətnaməsinin və 10 fevral 2022-ci il tarixli, 2-2 (121)-1004/2021 saylı əlavə qətnaməsinin ləğv edilməsi İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnanə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə iş üzrə məhkəmənin qəbul etmiş olduğu əlavə qətnaməsindən görünür ki, məhkəmə iddia tələbini İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edərkən Şirvan Apelyasiya məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)- 266/2021 saylı qərardadının göstərişini formal şəkildə icra etmiş və həmin əsasla bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə qəbul etmiş olduğu əlavə qətnamə ilə iddia tələbini İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 21 may 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edərkən apellyasiya məhkəməsinin göstərişinə və iddiaçının əsassız iddia tələbinə istinad etməkdə əsaslı olmamışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 21 may 2019-cu il tarixli icarə müqaviləsi notariat konturunda, daşınmaz əmlakın dövlət reytrində qeydiyyata alınmamış və nəticədə həmin müqavilə heç bir hüquqi nəticə yaratmamışdır. Məhkəmə mübahisə predmeti olan xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin notariat kontorunda təsdiq olunmamasına, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına, qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına, bu səbəbdən əhəmiyyətsiz əqd olaraq məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsız olmasına, heç bir hüquqi nəticələrə səbəb olmamasına maddi hüquq normalarına istinadən obyektiv qiymət verməmişdir. Belə ki, məhkəmə mübahisə predmeti olan xx.xx.2019-cu il tarixli İcarə müqaviləsini ləğv edərkən Şirvan Apelyasiya məhkəməsinin 2-2(106)-266/2021 saylı qərardadı üzrə göstərişlərinə və iddiaçının iddia tələbinə istinad etmiş və lakin həmin əsaslarla bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə iddia tələbini icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin edərkən apelyasiya məhkəməsinin göstərişinə və iddiaçının əsassız iddia tələbinə deyil, adı çəkilən icarə müqaviləsinin notariat konturunda təsdiq olunmaması, daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmaması, qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması, bu səbəbdən əhəmiyyətsiz əqd olaraq məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsız olması və heç bir hüquqi nəticələrə səbəb olmamasına dair faktiki və hüquqi əsaslara istinad etməli idi. a)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsin, Şirvan Kommersiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli əlavə qətnaməsinin iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv edilərək icarə müqaviləsinin 5-ci bəndinə əsasən 3 illik icarə haqqı məbləği olan 360000 manatın təzminat olaraq cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Vəkil3, cavabdehin vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin və 10 fevral 2022-ci il tarixli əlavə qətnaməsinin ləğv edilməsi iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətlərində Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-2(121)-1004/2021 saylı qətnaməsinin və 10 fevral 2022-ci il tarixli, 2-2(121)- 1004/2021 saylı əlavə qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə bütövlkdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil3, cavabdehin vəkili X2 izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-2(121)-1004/2021 saylı qətnaməsi və 10 fevral 2022-ci il tarixli, 2- 2(121)-1004/2021 saylı əlavə qətnaməsi ləğv edilərək iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddianın dəlillərinə görə onunla Cavabdeh arasında 21.05. 2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır, müqaviləyə görə, ona məxsus ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir.Həmin qeyri-yaşayış sahəsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 25.05. 2017-ci il tarixli, **********76-06301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətinə daxildir.Müqavilənin məzmununa görə, müqavilənin ümumi dəyəri aylıq 10.000 (on min) manat təşkil edir. Aylıq məbləğ 5 (beş) il müddətinə dəyişməz olaraq qalır, həmin müddət bitdikdən sonra isə həmin məbləğə yenidən baxıla bilər.Müqavilənin 5-ci maddəsinin tələbinə görə, tərəflərdən hansısa biri ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtlərini pozarsa, 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz öhdəsinə götürür. Cavabdeh müqavilənin şərtlərini birtərəfli qaydada pozaraq, aylıq icarə haqqını 1 (bir) il ərzində ödəməmişdir.Konkret olaraq, xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən həmin icarə müqaviləsinin qeyd edilən şərti pozularaq hər hansı vəsait ödənilməmişdir. Qeyd edilən icarə müqaviləsinin 5-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə, 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz üzərinə götürmüşdür.Həmin müqavilənin 7-ci bəndinə əsasən isə, müqavilənin ləğv edilməsi tərəflərdən birinin 1 (bir) ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi qeyd edilmişdir.Nəticədə ona vurulan illik ziyanın həcmi aylıq 10.000 (on min) manat hesablanmaqla, illik 120.000 (bir yüz iyirmi min) manatdır.Müqavilə şərtlərinə əməl edilməzsə, 3 (üç) illik icarə haqqının birdəfəlik ödənilməsinə dair müqavilə tələbini rəhbər tutaraq, illik 120.000 (bir yüz iyirmi min) manat icarə haqqını 3 (üç) ilə vurmaqla, 360.000 (üç yüz altmış min) manat təzminat olmaqla, yekunda ona vurulan maddi ziyanın həcmi 480.000 (dörd yüz səksən min) manatdır, cavabdeh həmin qeyri-yaşayış sahəsini də boşaltmaqdan qərəzli olaraq boyun qaçırmaqdadır, cavabdehin ödəməli olduğu ümumi məbləği aşağıdakı kimi əsaslandırmaq olar, cavabdeh icarə müqaviləsi üzrə 2020-ci ilin fevral ayından bu günə kimi, yəni 1 (bir) il müddətində heç bir icarə haqqı ödəmədiyindən, aylıq 10000 (on min) manat olmaqla, 12 (on iki) ay üçün cəmi 120000 (bir yüz iyirmi min) manat icarə haqqı, eyni zamanda icarə müqaviləsinin 5-ci bəndinə əsasən, ilk 5 (beş) il müddətində icarə müqaviləsinin şərtləri pozulduğuna görə müqavilənin ləğv edilməsi ilə əlaqədar, 3 (üç) illik icarə haqqı olan 360000 (üç yüz altmış min) manat (3x12x10000) təzminat olmaqla, ümumilikdə 480000 (dörd yüz səksən min) manat vəsaiti ödəməlidir və həmin qeyri-yaşayış sahəsini heç bir ilkin şərt irəli sürmədən boşaltmalıdır.Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə, icarə müqaviləsindən irəli gələn öhdəliklərə kirayə münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq olunur.Həmçinin əgər icarəyə götürən icarə haqqını 2 (iki) ay ərzində ödəməzsə, icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur.Məcəllənin tələbinə görə, əgər kirayəyə götürən 2 (iki) ardıcıl ay üçün kirayə haqqını ödəməzsə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.Hazırki situasiyada müqavilənin ləğvi üçün məhkəmədə iddia qaldırmaq zərurəti meydana gəlmişdir.Qeyd etməliyəm ki, cavabdehin mənə vurduğu maddi ziyanı bu illər ərzində geri ödəməməsi onda dərin narahatçılığa səbəb olmuş, qeyd edilən icarə obyektindən başqa gəlir yeri olmadığından ayrı-ayrı dosttanışlarından borc pul almaqla, psixoloji stress keçirməyi ilə nəticələnmişdir.İşi məhkəmədə mübahisələndirənə qədərki mərhələdə ona vurulan mənəvi ziyanın həcmini 10000 (on min) manat məbləğində dəyərləndirir.Hazırda sərt karantin rejiminin hökm sürdüyü ölkədə iqtisadi fürsətlərin daralması onun arqumentlərini təsdiq edir.Buna görə də hesab edir ki, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, ona vurulan maddi ziyan ödənilməli və cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Cavabdehin dəlillərinə görə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilməmiş, nümunə formada olan icarə müqaviləsinə əsasən icarə haqqı tələb edilməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, məhkəmə icarə müqaviləsi üzrə tərəflər arasında yaranmış mübahisəni həll edərkən tərəflər arasında bağlanmış 21 may 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsaslanmalı olduğu halda səhv nəticəyə gəlmişdir, həmçinin iddiaçı icarə müqaviləsinin ləğv edilməsini mübahisələndirməkdə də haqlı olmamışdır, əslində icarə müqaviləsinin etibarsızlığı mübahisələndirilməli idi. İşin faktiki və hüquqi halları ilə bağlı aşağıdakılar müəyyən edilmişir.Belə ki, iş materiallarında olan 21 may 2019-cu il tarixli Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icarəyə götürülən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 3.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5-ci bəndində qeyd edilir ki, icarəyə götürən icarəyə götürülən obyektdə öz tərəfindən gətirilən əşyaları obyektdən çıxdıqdan sonra özü ilə aparacaq. Aylıq icarə haqqı 3.000 (üç min) müəyyən edilir və 5 il müddətinə sabit olaraq qalacaq (lakin infilyasiya dərəcəsi nəzərə alınacaq).İlk 5 ildən sonra icarə haqqına yenidən baxıla bilər.Tərəflərdə hər hansı biri ilk 5 il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə 3 (üç) illik icarə haqqını təzminat olaraq qarşı tərəfə ödəməyi öz üzərinə götürür. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən iş materiallarında olan notarial qaydada təadiq edilməmiş 21 may 2019-cu il tarixli icarə müqaviləsinə əsaslanaraq hesab etmişdir ki, icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icarəyə götürülən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 10.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilməmiş 21 may 2019-cu il tarixli icarə müqaviləsinə əsaslanaraq icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında müqavilə bağlanması, həmin müqaviləyə əsasən icarəyə götürülən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 10.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürməsi və həmin icarə müqaviləsi əsasında iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Vəkil3 tərəfindən təqdim edilmiş tərəflərin iştirakı ilə tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş 02 mart 2019-cu il tarixli İcarə müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 825.7 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə verilmişdir və icarəyə götürən "xxxx" MMC adından Cavabdeh icarəyə verən İddiaçı aylıq 3000 (üç min) manat icarə haqqı ödəyir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, tərəflər arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 825.7 kv.m olan qeyri-yaşayış binasının icarəyə verilməsinə dair 21 may 2019-cu il tarixdə sadə yazılı formada icarə haqqı məbləği 10.000 manat olan və 21 may 2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş icarə haqqı məbləği 3.000 manat olan iki icarə müqaviləsi bağlanmışdır.Sadə yazılı formada bağlanmış icarə müqaviləsində icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 10.000 (on min) manat icarə haqqı ödəməyi, notarial qaydada təsdiq edilmiş 21 may 2019cu il tarixli digər icarə müqaviləsində isə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 3.000 (üç min) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.Tərəflər arasında 21 may 2019-cu il tarixdə icarə məbləğləri fərqli iki ayrı icarə müqaviləsi bağlanmışdır və tərəflər arasında bağlanmış 21 may 2019-cu il tarixli Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icarəyə götürülən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 3.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürdüyü üçün 3000 manat icarə haqqı hesabı ilə 51.000 manat icarə haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Ona görə də, cavabdehin nümayəndəsi və vəkilinin, o cümlədən Cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatlarında bağladıqları hər iki icarə müqaviləsinin doğruluğunu təsdiq etmələri, həmçinin icarə haqqının müqavilənin 5 (beş) ili ərzində 10.000 (on min) manat olmasına dair qarşılıqlı razılaşdıqları və 21 may 2019-cu ildən 21 fevral 2020-ci ilədək hər ay iddiaçıya 10.000 manat məbləğində icarə haqqı ödədiklərini bildirmələri 21 may 2019-cu il tarixli icarə müqaviləsinə əsaslanaraq icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icarəyə götürülən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 10.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürməsi barədə birinci instansiya məhkəməsinin qənaəti işin hallarına uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “icarə müqaviləsinin 5-ci bəndinə əsasən, ilk 5 il müddətində icarə müqaviləsinin şərtləri pozulduğuna görə müqavilənin ləğv edilməsi ilə əlaqədar, 3 illik icarə haqqı olan 360.000 manat (3x12x10000) təzminatın ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsini, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən və iddiaçıya cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulması sübut edilmədiyindən, iddiaçının mənəvi ziyan dəyməsinə dair tələbi işin halları ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması, obyektə quraşdırılmış nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması hissəsi əsaslı olduğundan hesab edir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektində Cavabdeh tərəfindən quraşdırılmış nəzarət kassa aparatının çıxarılması istifadəçi olan Cavabdeh qanunvericiliklə müəyyən edilmiş vəzifəsidir odur ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə aradırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2029-cu il tarixədək 21 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərə tam əməl edilməmiş və tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəti bitmədiyindən məhkəmə qaydasında ləğv edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir.Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir.Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir.Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir.Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.24-cü maddəsinə əsasən, nəzarətkassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir. Həmin Məcəllənin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. "Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarının 8.3.6-cı bəndinə əsasən, X3 vergi orqanlarında qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını təmin etmək istifadəçinin vəzifəsidir. Həmin Qərarın 1.4.6-cı maddəsinə əsasən, istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 146.1-ci madddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydada təsdiq olunduğu andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci madddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir.Bu ümumi qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür.Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir.Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2- 2(121)-1004/2021 saylı qətnaməsi və 10 fevral 2022-ci il tarixli, 2-2(121)-1004/2021 saylı əlavə qətnaməsi ləğv edilərək iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 may 2019-cu il tarixli Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqaviləsi ləğv edilməli, iddia tələbi vurulmuş 530.000 manat maddi ziyanın ödənilməsi hissəsinin 51.000 manat icarə haqqının ödənilməsi hissəsində əsaslı olduğundan iddia 51.000 manat icarə haqqının ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh 51.000 manat icarə haqqı və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 10 manat, cəmi 51.010 (əlli bir min on manat) alınıb İddiaçı verilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektində Cavabdeh tərəfindən quraşdırılmış nəzarət kassa aparatının çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.2-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2-2(121)-1004/2021 saylı qətnaməsi və 10 fevral 2022-ci il tarixli, 2-2(121)-1004/2021 saylı əlavə qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin.İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 may 2019-cu il tarixli Bakı şəhəri 38 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş icarə müqaviləsi ləğv edilsin. Cavabdeh 51.000 manat icarə haqqı və ödənilmiş dövlət rüsumu əvəzi olaraq 10 manat, cəmi 51.010 (əlli bir min on manat) alınıb İddiaçı verilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektində Cavabdeh tərəfindən quraşdırılmış nəzarət kassa aparatının çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-110/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-110/2022
29.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver