Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-140/2022 15.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 Cavabdeh1 52871 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: xx.xx.2014-cü il tarixində Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMCnin nəzdində yerləşən tikililərdən birini ərzaq mallarının pərakəndə satışı ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. xx.xx.2014-cü il tarixindən Neftçala şəhər sakini Cavabdeh1 həmin marketdə satıcı kimi işə götürmüşdür. 2014-cü ilin sentyabr ayında market vergi ödəyicisi kimi qeydiyyatdan rəsmi olaraq keçmiş, VÖEN isə marketin satıcısı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. VÖEN-in Cavabdeh1 adına rəsmiləşdirilməsi aralarında olan qarşılıqlı razılaşma əsasında olmuşdur. Vergi ödənişi isə sadələşdirilmiş qaydada həyata keçirilmiş və həmin məbləği də özü şəxsən ödəmişdir. Vergilər poçt və bank vasitəsilə ödənilmişdir. Cavabdeh1 marketdə şifahi razılaşmaya əsasən satıcı kimi əmək haqqı aylıq 150 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 gündəlik iş qrafiki isə saat 08:00-dan saat 17:00dək olmuşdur. xx.xx.2014-cü il tarixində yeni marketin ilk işlədiyi gün ona marketin gəliri kimi 210 manat ödəmişdir. Daha sonra isə xx.xx.2014-cü il tarixində 550 manat marketin gəliri kimi ona ödənilmişdir. xx.xx.2014-cü il tarixində 300 manat, xx.xx.2014-cü il tarixində 400 manat, xx.xx.2014-cü il tarixində 441 manat, xx.xx.2014-cü il tarixində 300 manat, xx.xx.2014-cü il tarixində 500 manat məbləğində ona pul vermişdir. Göstərilən rəqəmlər marketin həmin vaxt 1 aylıq gəliridir. 2014-cü ilin avqust ayında 3522 manat, sentyabr ayında 3537,74 manat, oktyabr ayında 6858,64 manat, noyabr ayında 5512,2 manat, dekabr ayında isə 1068,49 manatlıq ərzaq məhsullarını Cavabdeh1 təhvil vermişdir. Həmçinin Cavabdeh1 marketdə işlədiyi ilk vaxtda ona 5220,64 manatlıq mal təhvil vermişdir. Bunun müqabilində həmin aylar ərzində 2927,70 manat, 3087,9 manat, 4927 manat, 3773.1 manat, 6719,70 manat məbləğində malların satışından əldə olunan gəlir olaraq həmin vəsaiti ona təqdim etmişdir. 2014-cü ilin sonunda kassa vəsaiti ilə birlikdə mağazada 13284.7 manatlıq ərzaq malları qalmalı idi. Kassa vəsaitindən əlavə, yəni Cavabdeh1 qaimə əsasında təhvil verdiyi malların dəyərindən isə 8064,06 manatlıq mal qalmalı idi. 2015-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun ayının 25-dək olan müddət ərzində aylar üzrə ardıcılıqla 4256,64 manat, 5274,6 manat, 6922,55 manat, 5540.55 manat, 8990,45 manat, 6026,35 manat ərzaq mallarını Cavabdeh1 təhvil vermişdir. Bunun müqabilində 2015-ci ilin ilk 6 ayı ərzində Cavabdeh1 ona ümumilikdə 35989.2 manat pul ödəmişdir. Aylar üzrə ardıcılıqla isə 5347 manat, 5431.9 manat, 6589,6 manat, 5749.4 manat, 6932,9 manat, 5938.4 manat pul ödəmişdir. xx.xx.2015-ci il tarixdə mağazada yoxlama aparılmış və 2.670 manatlıq ərzaq mahsulunun olmadığı müəyyən edilmişdir. Həmin vaxtı İlhaməyə niyə pulun əskik gəldiyini soruşduqda ona çatışmayan malların dəyərinin 1000 manatlığını əhaliyə borc verdiyini, digər qalan vəsaiti isə ehtiyacı olduğu ücün xərclədiyini bildirmişdir. Həmin borc isə qalıq kimi Cavabdeh1 üzərində qalmış və ödənilməsi tələb olunmuşdur. Bundan sonra isə mağazanın fəaliyyəti təkrarən xx.xx.2015-ci tarixində bərpa olunmuşdur. xx.xx.2015-xx.xx.2015-ci ilədək mağazaya 521,9 manat ərzaq məhsulları verilmişdir. Yəni, Cavabdeh1 göstərilən məbləğdə ərzaq məhsulunu qaimə əsasında təhvil almışdır. xx.xx.2015-xx.xx.2015-ci ilədək Cavabdeh1 8370,79 manatlıq ərzaq məhsulu təhvil verilmişdir. xx.xx.2015-xx.xx.2015-ci ilədək 8788,68 manatlıq mal Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2015-xx.xx.2015-ci ilədək 7301,49 manatlıq ərzaq malları Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2015-xx.xx.2015-ci ilədək 7331,28 manatlıq ərzaq malları Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2015-xx.xx.2015-ci ilədək 7318,70 manatlıq ərzaq malları Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2015-xx.xx.2015-ci ilədək 6868,94 manatlıq ərzaq malları Cavabdeh1 təhvil verilmişdir. Malların satışı nəticəsində isə Cavabdeh1 ona müvafiq olaraq aşağıdakı məbləğlərdə vəsait vermişdir: xx.xx.2015-xx.xx.2015-ci ilədək 7716,6 manat, xx.xx.2015xx.xx.2015-ci ilədək 7372,24 manat, xx.xx.2015-xx.xx.2015-ci ilədək 5196,3 manat, xx.xx.2015-xx.xx.2015-ci ilədək 5379,3 manat, xx.xx.2015-xx.xx.2015-ci ilədək 6542 manat, xx.xx.2015-xx.xx.2015-ci ilədək 6240,6 manat. 2016-cı ilin əvvəllərində o, mağazada hər hansı yoxlama hərəkətləri aparmamış, xx.xx.2016-cı ildə yenidən mağazanın gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Cavabdeh1 ilə birlikdə uçot aparmışdır. xx.xx.2016-ci ilədək aşağıdakı məbləğdə ərzaq mallarını Cavabdeh1 təhvil vermişdir: xx.xx.2016-xx.xx.2016-cı ilədək 6284,63 manat, xx.xx.2016-xx.xx.2016-cı ilədək 8518,99 manat, xx.xx.2016-xx.xx.2016cı ilədək 10398,66 manat, xx.xx.2016-xx.xx.2016-cı ilədək 2949,92 manat. xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək malların satışı nəticəsində isə Cavabdeh1 ona müvafiq olaraq aşağıdakı məbləğlərdə vəsait vermişdir: xx.xx.2016-xx.xx.2016-cı ilədək 3786,20 manat, xx.xx.2016xx.xx.2016-cı ilədək 5274 manat, xx.xx.2016-xx.xx.2016-cı ilədək 9172,20 manat, xx.xx.2016xx.xx.2016-cı ilədək 2040.45 manat. xx.xx.2016-ci ildə Cavabdeh1 ilə mağazanın gəlir və xərclərinin uçotunu aparmış, uçot zamanı ümumi qaimə-faktura ilə Cavabdeh1 təhvil verilən ərzaq mallarının dəyəri 74653,98 manat olmuşdur. Mağazada isə kassa ilə birlikdə hesab üzrə 6299,56 manat satılmayan ərzaq malları, borc müqabilində verilən ərzaq məhsullarının dəyəri isə 7384,4 manat olmaqla ümumilikdə 13683,96 manatlıq kassa hesabı olmuşdur. Birinci yoxlamadan sonra Cavabdeh1 14106 manatlıq (2670 manat borcu ilə birlikdə) ərzaq malı təhvil verilmişdir. 2015-ci ilin ikinci yarımilini və 2016-cı ilin birinci rübünü əhatə edən yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 həmin dövr ərzində 74653,98 manatlıq (2670 manatlıq borcu ilə birlikdə) qalıq mal olmuşdur. Yəni ümumilikdə 13683,96 manatlıq kassa hesabı olmuşdur. Bununla da Cavabdeh1va qaimə ilə verilən mallardan 16356,13 manat məbləğində vəsaiti mənimsəmişdir. Yaranan borcun səbəbini soruşduqda isə İlhamə ona 5000 manat vəsaiti Tural adlı şəxsə borc müqabilində verildiyini bildirmişdir. 2016-2017-ci illərdə 5.000 manat, 2.000 manat, 2.000 manat pul vermişdir. 2018-ci ilin əvvələrində isə həmin borcdan 1000 manat, 1000 manat, 500 manat ona pul verilmişdir. Ümumilikdə isə 12.750 manat pul vermişdir. 750 manat pul vəsaiti isə Cavabdeh1 əmək haqqından tutulmuşdur. xx.xx.2016-ci il tarixindəki yoxlamadan sonra mağazadan 16356,13 manat pul mənimsənilməsinə baxmayaraq, Cavabdeh1 işdən azad etməmişdir. Onun mənimsədiyi pulları qaytarmasını tələb etmiş, xx.xx.2016-ci il tarixindən etibarən aşağıdakı məbləğdə ərzaq mallarını qaimə əsasında Cavabdeh1 təhvil vermişdir: xx.xx.2016-xx.xx.2016-cı ilədək 5520,20 manat, xx.xx.2016-xx.xx.2016-cı ilədək 8384,14 manat. Yəni xx.xx.2018-ci ilədək Cavabdeh1 dükandan mütəmadi olaraq hər ay mal götürmüşdür. 2017-ci ildə bacısı Səkinə xəstələnmiş və 2018-ci ilin iyul ayında vəfat etmişdir. Bacısının xəstəliyi ilə əlaqədar olaraq diqqəti mağazanın üzərindən yayınmışdır. Lakin 2017-ci ilin noyabr-dekabr aylarından başlayaraq ona mal təhvil verən firmalar zəng edərək borcların olduğunu və həmin borcu qaytarmağı tələb etməyə başlamışlar. 2018-ci ilin yanvar ayından özü nəzarət etməyə başlamışdır. 2018-ci ilin fevral ayından isə İlhamənin satıcı işlədiyi mağazanı yoxlamağa başlamışdır. xx.xx.2018-ci ilin tarixindən İlhaməyə təhvil verilən mallardan 43285,54 manat malın çatışmazlığı aşkar edilmişdir. Bundan sonra hər ay İlhamənin kassa hesabını yoxlamış və aprel ayında 3646,6 manatlıq əskiklik, may ayında 122,88 manat pul artıq gəlmişdir. 2018-ci ilin iyun ayında isə 1088,5 manat əskiklik olması aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixndə keçirilən yoxlama zamanı isə 1233,98 manat pul əksik gəlmişdir. Göstərdiyi məbləğlərin hər biri müvafiq aylar zamanı yaranan əskikliklər olmuşdur. 2014-2018-ci illər ərzində mağazanın fəaliyətini yoxlamaq məqsədilə sərbəst auditor dəvət etmişdir. Auditor xx.xx.2018-ci il tarixində keçirdiyi yoxlamanın nəticəsi olaraq Cavabdeh1 ona 52.871 manat borclu olmasını müəyyən etmişdir. Cavabdeh1 ilə onu işə qəbul edərkən heç bir müqavilə imzalanmamış, Cavabdeh1 verdiyi bütün malları qaimə ilə vermiş, qaimələr iki nüsxədə tərtib edilmiş, biri onda, digəri isə Cavabdeh1 saxlanılmışdır. Cavabdeh1 mağazanın gəlirlərindən mənimsədiyini etiraf edərək, mənimsənilmiş həmin məbləğləri qaytaracağına söz verərək bir daha bu cür halların baş verməyəcəyinə söz vermiş və mənimsədiyi məbləğləri geri qaytaracağını bildirmişdir. Həmin vaxt Cavabdeh1 1000, 2000 manat olmaqla hissə-hissə borclarını qaytarmağa başlamışdır. 2017-ci ildə bacısının onkoloji xəstəliyi ilə əlaqədar bir müddət işdən uzaqlaşmışdır. Həmin vaxt ərzaq və sair məhsulların Cavabdeh1 təhvil verilməsi ilə oğlu Əlipaşa Allahverdiyev məşğul olmuşdur. Cavabdeh1 isə həmin müddət ərzində hissə-hissə borclarını qaytarmasını müsbət hal hesab edərək onu işdən azad etməmişdir. Sonradan heç bir pul məbləği qaytarılmadığı üçün Cavabdeh1 telefon zənglərinə cavab vermədiyi və qaçıb gizləndiyinə görə şikayət ərizəsi ilə Neftçala Rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis şöbəsində şikayəti araşdırılmış, Cavabdeh1 52.871 manat məbləğində pul məbləğini mənimsəməsi faktı təsdiqini tapsa da, Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığından xx.xx.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququmun olması göstərilmişdir. İddiaçı tələbini dəqiqləşdirmiş, cavabdehdən 52.871 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 190 manat, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ödənilmiş 16 manat, iddianın təmini tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 25 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 53133 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, bu xahişini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etdikdən sonra hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə xx.xx.2021ci il tarixdə bağlanmış 1812 saylı müqaviləyə əsasən 190 manat pul ödənişi etmişdir. Bundan əlavə, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir mülkiyyətin qeydə alınıb-alınmaması barədə sorğu verilmiş və alınmış sorğunun cavabına görə 16 manat, iddianın təmini tədbiri barədə ərizənin verilməsinə görə isə 25 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün müstəqil auditorun rəyini təqdim etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlamadan işə qəbul olunmuş, aylıq əmək haqqı 150 manat olmuşdur. Lakin adına VÖEN olduğundan bütün sənədləşmələr onun adından aparılmışdır. İşlədiyi dövr ərzində satdığı malların pullarını iddiaçıya təqdim etmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Təhvil aldığı malların pullarını ödəmişdir. İşdən çıxandan sonra iddiaçının xahişi ilə, 1 həftə mağaza yerinə qoyulmuş satıcıya qiymətləri göstərmiş, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixə kimi mağazada olmuş, satıcıya qiymətləri göstərmişdir. İşdən çıxan zaman iddiaçı ilə aralarında təhvil-təslim olmuşdur. O, nisyə dəftərini iddiaçıya təqdim etmiş, nisyədə 6336,80 manat dəyərində malların olmasını bildirmişdir. Malları nisyə götürən şəxslərin siyahısını iddiaçıya təhvil vermişdir. Sonradan nisyə götürən şəxsləri gördükcə onlardan mağazaya borclu olduqları pulları iddiaçıya vermələrini bildirmiş, onun deməsi əsasında nisyədə olan malların dəyərinin bir qismini həmin şəxslər özləri iddiaçıya qaytarmış, bir qismini isə o özü 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə, yəni dekabr ayına kimi qeyd edilən şəxslərdən alaraq iddiaçıya vermişdir. Bundan sonra qalıq borc olaraq cəmi 5051,30 manat dəyərində mallar nisyədə qalmışdır. Sonrakı vaxtlarda borclu olan şəxslərdən qalan pulları ödəyib-ödəməmələrini soruşmuş, lakin onlar iddiaçı ilə razılığa gəldiklərini bildirmişlər. Malları nisyə götürən şəxslərin adlarını göstərilən “siyahı”da adların üzərindən xəttin çəkilməsi həmin şəxslərə münasibətdə borcun qaytarılmasını, “6336,80” yazısının onun işdən çıxdığı zaman nisyədə mövcud olmuş 6336,80 manat borcu, “Qalan borc 5051,30” yazısının isə 2018-ci ilin iyul ayından sonrakı dövrlərdə borclu olan şəxslərdən alınaraq iddiaçıya verilmiş pullar çıxıldıqdan sonra yerdə qalan qalıq borcun 5051,30 manat olmasını göstərir. Müstəqil Auditor rəyi ilə də razı deyil, çünki audit yoxlaması aparılarkən onun iştirakı təmin edilməmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Şirvan Kommersiya Məhkəməsinin (hakim N.Misirzadə) 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilmiş, 5051,30 manat əsas borcun, 50 manat hüquqi yardım göstərilməsi ilə əlaqədar çəkilmiş xərcin, 10 manat dövlət rüsumunun, cəmi 5111,30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, Z.Zeynalov) 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və onun icraata qəbul edilməsindən imtina edilmişdir. İşə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər B.Məmmədli, A.Abbasov, İ.Dadaşov) 21 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 fevral 2022-ci il tarixli qətnaməsinin həmin şikayətə münasibətdə qismən- iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi, işə həmin hissədə yenidən baxılmaq üçün işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda işə iddiaçının apellyasiya şikayəti əsasında, iddianın təmin edilməyən hissəsində baxılır. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, auditor rəyi cavabdeh X2 tərəfindən Neftçala Rayon Prokurorluğunda materialların araşdırılması zaman mübahisələndirilməmişdir. Cavabdeh1 mağazanın gəlirlərini mənimsədiyini etiraf edərək, mənimsənilmiş həmin məbləğləri qaytaracağına söz verərək, bir daha bu cür halların baş verməyəcəyini və mənimsədiyi məbləğləri geri qaytaracağını bildirməsi faktının özü həmin məbləğlərin həqiqətən cavabdeh tərəfindən mənimsənilməsinə dəlalət edir. Əgər cavabdeh auditor rəyində iştirak etməməsi halı ilə razı deyildisə, bunu iş materiallarının araşdırılması zamanı bildirə bilərdi. Həmçinin məhkəmə iclasında nəzərdə tutulan halları müəyyən etməkdən ötrü məhkəmə- mühasibatlıq ekspertizasının təyin olunmasını tələb etmək imkanı olduğu halda bundan istifadə etməmişdir. Göründüyü kimi nə məhkəmə, nə də cavabdeh tərəf audit rəyinə şübhə ilə yanaşmışdır. İş üzrə həm cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 iyul 2019- cu il tarixli qərarı, həm də təqdim edilmiş auditor rəyi məhz cavabdehin iddiaçıya 52.871 manat borcu olması faktını təsdiq edir və məhkəmə əsassız olaraq auditor rəyini sübut qismində qiymətləndirməkdən imtina etmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 məhkəməyə yazılı izahat göndərərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının Ali Məhkəməsi 21 iyun 2022-ci il tarixli qərarı ilə qətnaməni iddianın təmin edilməsinə dair hissədə ləğv etmiş və işi həmin hissədə yeni baxışa qaytarmışdır. Ona görə də işə iddiaçının apellyasiya şikayəti əsasında iddianın təmin edilməyən hissədə baxılır. Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı və cavabdeh fərdi sahibkar statusuna malik olan vergi ödəyiciləridirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən mağazada ərzaq mallarının pərakəndə satışı ilə məşğul olur. 2014-cü ildən sonra cavabdehlə aralarında olan şifahi razılaşmaya uyğun olaraq, iddiaçı ərzaq mallarını mütəmadi olaraq satıcı qismində cavabdehə təhvil vermiş, satıcı malların satışını həyata keçirmişdir. Hazırki tələbində iddiaçı cavabdehə təhvil verdiyi malların çatışmazlığını aşkar etdiyini, bununla da ona ziyan vurulduğunu qeyd etməklə vurulmuş ziyanı tələb etmişdir. Tərəflər rəsmi əmək münasibətlərində olmamışlar. Onların arasında maddi məsul şəxs haqqında müqavilə (hər-hansı razılaşma) olmamışdır. Malların İddiaçı1 (iddiaçı) tərəfindən Cavabdeh1 (cavabdehə) təhvil verilməsi, sonuncunun malların satışını həyata keçirdikdən sonra satışdan əldə edilən vəsaiti iddiaçıya təhvil verməsi, əvəzində satıcı kimi birincinin ikinciyə əməkhaqqı verməsi barədə tərəflər arasında ümumi əsaslarla razılıq olmuşdur ki, bu hallar mübahisələndirilmir. Belə ki, tərəflər arasında qanuna zidd olmayan razılıq olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İddiaçı hazırki iddiasında şifahi razılaşma şərtlərinə uyğun olaraq vurulmuş ziyanı tələb edir. Müəyyən edilir ki, iddiaçının şikayəti əsasında rayon prokurorluğunda araşdırma aparılmş, iş mülki xarakterli olduğuna görə cinayət işinin başlanması rədd edilmişrir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 443-cü maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddənin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı tərəf tələbini əsaslandırmaq üçün özünün təyin etdiyi müstəqil auditor rəyini təqdim etmişdir. İş materiallarında olan S/A389 nömrəli, xx.xx.2018-ci il tarixli müstəqil auditorun rəyindən görünür ki, araşdırma nəticəsində xx.xx.2018-ci il tarixə fiziki şəxs Cavabdeh1 fiziki şəxs İddiaçı1 52871 manat borclu olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd etmişdir ki, müstəqil audit yoxlaması apararılarkən cavabdehin iştirakı təmin edilməmiş, yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında hesablama aparılmış, borc məbləği iddiaçının verdiyi məlumatlar əsasında birtərəfli qaydada hesablanmışdır. Məlumatlar iddiaçı tərəfindən müstəqil auditora ötürülmüşdür ki, bu məlumatlar əsasında cavabdehə 52.871 manat borc hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş hesablama əsasında, müəyyən olunmuş auditor rəyi cavabdehin qeyd olunan həcmdə borcunun olmasına əsas ola bilməz. Kollegiya bu hissədə məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, hazırki halda auditor rəyi sübut olaraq qəbul edilməməlidir. Belə ki, həmin araşdırma cavabdehin iştirakı olmadan keçirilmişdir, rəydə cavabdehin imzası yoxdur. İddiaçı auditora, eləcə də işi araşdıran prokurora qaimə sənədlərini təqdim edərək, eləcə də məhkəmədə həmin sənədlərə istinad etsə də, qaimə sənədlərində də cavabdehin imzası yoxdur. Beləliklə, iddiaçının təqdim edərək istinad etdiyi sənədlərdə cavabdehin imzası yoxdur və bu da onu deməyə əsas verir ki, tələb edilən borc məbləği lazımi sübutlarla təsdiqini tapmır. İddiaçı1 şikayəti əsasında Neftçala Rayon Prokurorlunda aparılmış araşdırma materialları Prokuroluqdan tələb edilmiş və məhkəmdə baxış keçirilmişdir. Neftçala Rayon Prokurorluğunda Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinə haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə materiallardan aşağıdakılar görünür: Cavabdeh1 işlədiyi müddət ərzində, yəni 4 il ərzində həmin marketdə satıcı işləməsi ilə bərabər Rəsul onun adına VÖEN açdırmış, hər ay 61 manat olmaqla vergi pulu və digər rüsumları onun adına ödəmişdir. Rəsul işlədiyi mağazaya malları öz dükanından göndərmiş, yəni o, firmadan Neftçala şəhəri köhnə bazar adlanan bazardan öz mağazası üçün malları almış və onun işlədiyi mağazaya öz mağazasında mallara qiymət vurmaqla ona qaimə ilə göndərmişdir. O da, həmin qaimə ilə malları təhvil alıb satmışdır. Satdığı malların pulunu bəzən gündəlik, bəzən də 3-4 gündən bir Rəsula hər ikisi dəftərdə qeydiyyat aparmaqla təhvil vermişdir. İddiaçı1 götürdüyü malları da qaimə ilə təhvil almışdır. Rəsul ilə əvvəllər arasında heç bir narazılıq olmasa da, Rəsul xx.xx.2015-ci il tarixdə ilk dəfə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək dövrün hesabatını yoxlayarkən mağazada 2669,30 AZN çatışmazlıq aşkar etmişdir, bunun səbəbini Rəsul ondan soruşduqda o, həmin malları nisyə verdiyini və ona nisyə satdığı malın pulunu yığıb tezliklə qaytaracağını bildirmiş, Rəsul onunla razılaşmışdır. O, qeyd edilən məbləğdə olan pulu nisyə mal alan alıcılardan yığıb tam olaraq Rəsula qaytarmışdır. xx.xx.2016-cı il tarixdə Rəsul növbəti dəfə hesabat apararkən mağazada 16356,13 AZN çatışmazlıq aşkar etmişdir. Qeyd edilən puldan 5000 AZN o, mağaza ilə qonşuluqda çörək sexində işləyən Turala nisyə mal satmış, həmin pulu Turaldan götürüb Rəsula vermişdir. Qalan puldan təxminən yarısı nisyədə olmuş, qalan çatışmazlığın isə nədən yarandığını bilə bilməmişdir. O, nisyə verdiyi pulları yığıb Rəsula vermişdir. Ümumilikdə 12000 AZN pulu o, Rəsula hissə-hissə xx.xx.2018-ci il tarixədək qaytarmışdır, 4000 AZN borcu ödəməyi üçün pulsuz işləmişdir. Bununla da 16000 AZN pul ödəmişdir. Rəsul xx.xx.2018-ci il tarixdə əvvəlki hesabat dövrünədək apardığı hesabat zamanı 30219 manat çatışmazlıq aşkar etmişdir. Həmin çatışmazlığın nədən yarandığını o başa düşə bilməmişdir. Bununla bağlı onunla Rəsul arasında narazılıq yaranmışdır. Sonradan Rəsulun hissə-hissə hər ay apardığı yoxlama nəticəsində əlavə olaraq xx.xx.2018-ci il tarixdə 2980 AZN əskik olsa da, xx.xx.2018ci il tarixdə 122,88 AZN artıq pul çıxmışdır. Rəsul xx.xx.2018-ci il tarixdə 1088,50 AZN çatışmazlıq aşkar etmişdir. 2018-ci ilin may ayından mədəsində ağrılar olduğundan bir müddət xəstə vəziyyətdə mağazada işləmişdir. Son bir ayda ağrıları şiddətləndiyindən Rəsula işləyə bilmədiyini və mağazanı təhvil vermək istədiyini bildirmişdir. Ona görə də Rəsula mağazada xx.xx.2018-ci il tarixdə 14949,45 AZN-lik mal təhvil verməli olmuşdur. Lakin 6290 AZN-lik mal vermiş, 8659,28 AZN-lik mal isə olmamış və 6336,80 AZN-lik malı nisyə verdiyi üçün ona borclu olduğunu bildirmişdir. 2322,48 AZN-lik malın pulunun olmadığını, yəni nədən əskik gəldiyini bilməmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mağazanı Rəsulun qohumu Mənsur işlətmişdir. O, həmin dövrdə səhər saat 08-dən saat 14-dək işləmişdir, kassadan pulu isə Mənsur özü aparıb Rəsula vermişdir. 6336,80 AZN-dən 1000 AZN yığıb Rəsula vermişdir. Rəsulun xx.xx.2018-ci il tarixdən etibarən aşkar etdiyi çatışmazlıqların hansı səbəbdən yarandığını bilmir. Borc dəftərində olan borcdan əlavə Rəsulun aşkar etdiyi çatışmazlığı qəbul etmir. O, hər hansı bir məbləği mənimsəmədiyini qeyd edir. Rəsul qeyd edilən dövrlərdə apardığı hesabat zamanı o da özü üçün hesabat aparmış və bəzi qaimələr onda olmadığından Rəsulun gəldiyi nəticə ilə eyni nəticəyə gəlməmişdir. İş materiallarında görünür ki, Cavabdeh1 borcunun olması faktını qismən etiraf etmişdir. Belə ki, onun cinayət işinin araşdırılma materiallarında olan izahatından görünür ki, xx.xx.2018-ci ildə Rəsula (İddiaçı1) 14949,45 manat dəyərində mal təhvil verməli olmuş, lakin 6290 manatlıq mal vermiş, 8659,45 manatlıq mal olmamışdır; 6336,80 manatlıq malı nisyə verdiyi üçün ona borclu olduğunu bildirmişdir. Bu izahatında Cavabdeh1 14949,45 manat dəyərində malı İddiaçı1 təhvil verməli olduğunu etiraf etmişdir. Lakin həmin malın, yaxud onun dəyərinin iddiaçıya qaytarılması barədə sübut yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Kollegiya qeyd edir ki, cavabdeh müvafiq məbləğdə mal qəbul etdiyini, onun dəyərini ödəməli olduğunu, özünün hesabatına görə 14949,45 manat dəyərində mal qalığının (bir hissəsi mal şəkilində, bir hissəsi nisyə verilmiş) olduğunu müəyyən etdiyini etiraf etmişdir. Belə halda cavabdehin özünün müəyyən etdiyi 14949,45 manat dəyərində malın, yaxud onun dəyərinin qaytarılmasını, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə sübut etmək vəzifəsi cavabdein üzərindədir. Malın, yaxud onun dəyərinin qaytarıldığını isə cavabdeh sübut edə bilməmişdir. Kollegiya Cavabdeh1 qismən etirafını qəbul edərək hesab edir ki, vurulmuş ziyana görə, 14949,45 manat pulun tutulmasına dair hissədə iddia təmin edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən 5051,30 manat hissədə iddia təmin edildiyindən və bu hissədə qətnamə qanuni qüvvədə olduğundan bu məbləğ də nəzərə alınmalı və etiraf edilən məbləğdən çıxılmalıdır. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh1 (14949,45 manat- 5051,30 manat) 9898,15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-2(121)-1909/2021 saylı qətnaməsi- iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh1 9898,15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2-2(106)-140/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-140/2022
15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver