Məhkəmə qərarları › İş №2-2(106)-153/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-153/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-153/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2-2(121)-100/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.756.776,56 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 3.796.378,31 manat məbləğində müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə 3.692.517,00 manat məbləğində işlər görülmüşdür (müvafiq olaraq may ayı üzrə - 2.321.217,40 manat, iyul ayı üzrə 154.991,30 manat, avqust ayı üzrə 349.703,44 manat, dekabr ayı üzrə 866.406,77 manat məbləğində işlər təhvil verilmişdir).Bütün işlər qanuna uyğun şəkildə aktlaşdırılmaqla təhvil verilmiş və həmin sənədlər tərəfimizdən təqdim edilmişdir.Bu müqavilə üzrə görülmüş işlərə görə "xxxx" MMC-yə 2.475.008,70 manat məbləğdə vəsait ödənilmişdir.Bu işlərə görə bizə 1.217.508,30 manat borc qalmışdır.Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış birbaşa müqavilə əsasında 2017-ci ildə "Xəzər İnşaat E” MMC tərəfindən Muradxan-Pirili massivində 4500 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 539.268,26 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, görülmüş bu işlərə görə hər hansı məbləğdə vəsait ödənilməmişdir.Göründüyü kimi tərəflərindən cavabdehin sifarişlərinə əsasən görülmüş bu işlərə görə bizə ümumilikdə təqribən 1.756.776,56 manat borc qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2-2(121)100/2022 saylı qətnaməsi ilə (sədrlik edən E.Abdullayev) iddia qismən təmin edilərək Cavabdehndən 105,87 (bir yüz beş manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış birbaşa müqavilə əsasında 2017-ci ildə "Xəzər İnşaat E” MMC tərəfindən Muradxan-Pirili massivində 4500 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 539.268,26 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, görülmüş bu işlərə görə hər hansı məbləğdə vəsait ödənilməmişdir, tərəflərindən cavabdehin sifarişlərinə əsasən görülmüş bu işlərə görə iddiaçıya ümumilikdə təqribən 1.756.776,56 manat borc qalmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan müqavilənin etibarsız olması nəticəsinə gəlmişdir, halbu ki, bu nəticəni təsdiq edən hal kimi cavabdeh tərəf məhkəməyə sübut qismində mötəbər dəlil təqdim etməmişdir. Apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2-2(121)-100/2022 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri X4, X5 izahatlarında apellyasiya şikayətinin təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir, gəlməməsinin səbələri barədə bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2-2(121)-100/2022 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilmiş, prosessual hüquq normalarının tələbləri pozulmamış, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. İşə tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.Həmin Məcəllənin 351.5-ci maddəsinə əsasən təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinəəsasən bu Qanun, bu Qanunun 1.2–1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.Həmin Qanunun 21.1.2-ci maddəsinə əsasən mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli, 1046 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən olaraq icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal maların (işlərin, xidmətlərin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması barədə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla qərar qəbul edilməsi üçün bu satınalma nəticəsində müqavilə bağlanmamışdan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir.Bununla bağlı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçı öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2- 2(121)-100/2022 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün tutulan vəsaitin bölgüsü”nün təsdiq edilmiş surətindən görünür ki, Cavabdehnə xərclər üçün 6150 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 2,500.0 min manat, 4500 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 3,900.0 min manat vəsaitin ayrılması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli sərəncamın 5.3-cü bəndinə əsasən dövlət əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) istifadəni yalnız bu məqsəd üçün ayrılmış vəsait daxilində həyata keçirilməsi və əlavə vəsait sərfinə yol verilməməsi qeyd edilmişdir.İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanlanmış 30 mart 2017-ci il tarixli, 1/203 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, görülməsi nəzərdə tutulan iş həcmlərinin xeyli çox olmasını, həmin işlərin baxımından qısa müddət ərzində yerinə yetirilməsi zərurəti yarandığını nəzərə alaraq əkin sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə ayrılmış vəsait çərçivəsində nəzərdə tutulmuş işlərin Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan 05 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsindən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satınalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.796.378,31 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir.Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin 30 dekabr 2017-ci il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 06 aprel 2017-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli, 2607 nömrəli Sərəncamı ilə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə 2.500.000,00 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsini tətbiq etməkl İddiaçı MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan 10 aprel 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 02 nömrəli satınalma müqaviləsindən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satınalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 2.500.000,001 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir.Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin 10 aprel 2018-ci il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 aprel 2017-ci il tarixli bağlanmış satınalma müqaviləsinə əlavədən qiymət cədvəlindən görünür ki, 2.321.217,40 manat məbləğində işlərin görülməsinə dair İddiaçı MMC ilə Cavabdeh arasında razılıq əldə edilmişdir.İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin may ayında görülmüş işlərə dair aktdan görünür ki, Xəzər İnşaat E” MMC tərəfindən 2.321.217 manat dəyərində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin iyul ayında görülmüş işlərə dair aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 154.991,30 manat dəyərində işlər görülmüşdür.İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin avqust ayında görülmüş işlərə dair aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 349.703,44 manat dəyərində xidmətlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar 2017-ci ilin dekabr ayında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfindən 866.406,77 manat dəyərində xidmətlər görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Kürdəmir rayonunun, Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 2500,0 min manat vəsaitin xərclənməsinə dair arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 2500,0 min manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 25,0 min manat, tikinti işlərinin aparılmasına 2475,0 min manat vəsait xərclənmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanlanmış 03 iyul 2017-ci il tarixli, 1/360 nömrəli məktubun təsdiq olunmuş surətindən görünür ki, sahələrinə suvarma suyunun çatdırılması işlərinin Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə ayrılmış 3900,0 min manat vəsait çərçivəsində ilkin olaraq İddiaçı MMC ilə birbaşa müqavilənin bağlanmasına (tenderdən kənar) razılıq verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 05 iyul 2017-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 2607 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədilə 2017-ci ilin dövlət büdcəsindən Kürdəmir RİH-ə 3.900.000,00 manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.4-cü maddəsini tətbiq etməklə bağlanmış müqavilənin davamı kimi İddiaçı MMC ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi mümkün hesab edilmişdir.İş materiallarında olan 07 iyul 2017-ci il tarixli mallar (işlər və xidmətlər) üzrə 03 nömrəli satınalma müqaviləsindən görünür ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin satılnalınması (ikitərəfli təsdiq olunmuş qiymət cədvəlinə əsasən – qiymət cədvəli müqaviləyə əlavə olunur) üçün icraçının 3.900.000,00 ƏDV ilə manat məbləğində tender təklifini qəbul etmişdir.Müqaviləyə əsasən, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin 1 (bir) il müddətinə təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin avqust ayında görülmüş işlərə dair aktın surətindən görünür ki, İddiaçı MMC tərəfindən 857,144,92 manat məbləğində işlər görülmüşdür İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin sentyabr-oktyabr aylarında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfində 1.305.036,59 manat məbləğində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin oktyabr-noyabr aylarında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfində 1.700.565,26 manat məbləğində işlər görülmüşdür.Həmin akt üzrə 105,87 manat qalıq borc yaranmışdır.İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış-otlaq sahələrinə suvarma suyunun çatdırılması işi üzrə 2017-ci ilin dekabr ayında görülmüş işlərə dair aktdan görünür ki, İddiaçı MMC tərəfində 539.268,26 manat məbləğində işlər görülmüşdür. İş materiallarında olan Kürdəmir rayonunun Muradxan-Pirli massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitin xərclənməsinə dair arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən ayrılmış 3900,0 min manat vəsaitdən layihə-smeta və digər sənədləşmə işlərinin görülməsinə 37,6 min mana, tikinti işlərinin aparılmasına 3862,4 min manat vəsait xərclənmişdir. İş materiallarında olan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Cavabdehnə 01 yanvar 2015-ci il tarixdən 01 avqust 2020-ci il tarixə kimi olan dövrdə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsait hesabına yerinə yetirilmiş təmir-tikinti işlərinə xərclənmiş vəsaitlərin yoxlanması barədə 26 noyabr 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 10 aprel 2017-ci il tarixli 2.500.000 manat məbləğində birbaşa müqavilə əsasında 2017-ci ildə İddiaçı MMC tərəfindən Şılyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə 2.476.208,70 manat dəyərində tikinti-quraşdırma işlərinin yerinə yetirildiyi sənədləşdirilmiş, görülmüş işlərə görə həmin müəssisəsyə 247.500,80 manat məbləğdə vəsait ödənilmişdir.Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış 05 iyul 2017-ci il tarixli 3.900.000 manat məbləğində birbaşa müqavilə əsasında 2017-ci ildə İddiaçı MMC tərəfindən Muradxan-Pirili massivində 4500.00 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə kanalların çəkilişi üzrə görülmüş işlərə görə həmin müəssisəyə 3.862.640,90 manat məbləğdə vəsait ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 06 yanvar 2022-ci il tarixli, 1/8 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2607 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsindən Cavabdehnə 2500,0 min manat, Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə 3900,0 min manat vəsait ayrılmışdır.Hər iki müqavilə üzrə görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. Əlavə olaraq bildirilir ki, Cavabdeh ilə İddiaçı MMC arasında Şilyan massvinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyu ilə təmin edilməsi üçün iddiaçının iddia ərizəsində istinad etdiyi 3.796.378,31 manat məbləğində müqavilə bağlanılmamış və icra hakimiyətində belə bir müqavilə mövcud deyildir.İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 06 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmış 6150 hektar əkinə yararlı münbit əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması işlərinin satın alınması məqsədilə İddiaçı MMC ilə 2.500.000,0 manat məbləğində müqavilə bağlanmasına razılıq verilməsi barədə Cavabdeh məktubu ilə razılıq verilmişdir. xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən Dövlət Xidmətinə xx.xx.2017-ci il tarixli 1/244 nömrəli məktub ünvanlanaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən sözügedən işlərin tam başa çatdırılması üçün 3.796,4 min manat vəsaitə ehtiyac olduğu müəyyən edildiyindən İddiaçı MMC ilə xx.xx.2017-ci il tarixə 3.796.378,31 manat məbləğində 02 nömrəli müqavilə bağlanıldığı bildirilmiş və həmin müqavilənin surəti Dövlət Xidmətinə təqdim olunmuşdur.Cavabdeh tərəfindən qeyd olunan məbləğin ayrılması məqsədilə İqtisadiyyat Nazirliyinə xx.xx.2017-ci il tarixli 1/243 nömrəli məktubla müraciət olunsa da, müsbət cavab alınmamışdır.Bununla yanaşı, Kürdəmir rayonunun Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması işlərinin satın alınmasına dair Cavabdeh müraciətlərinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanladığı 14 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2607 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitlər hesabına Cavabdehnə Kürdəmir rayonunun Şilyan massivinin qış otlaq sahələrindən əkin dövriyyəsinə qatılmı sahələrə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması üçün 6150 hektar əkin sahəsi üzrə 2500,0 min manat, Muradxan-Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar qış otlaq sahələri üzrə 3900,0 min manat ayrılmışdır.İlk olaraq Cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodundan istifadə olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 06 aprel 2017-ci il tarixli razılıq məktubuna əsasən İddiaçı ilə 6150 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması məqsədilə mövcud Şilyan kanalının suburaxma qabiliyyətini artırılması üçün 2.500,0 min manat məbləğində 10 aprel 2017-ci il tarixli 02 nömrəli müqavilə bağlanılmış və podratçı tərəfindən tərtib olunmuş 2 nömrəli forma üzrə akta əsasən görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir. İkinci dəfə Cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodundan istifadə olunmuş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 05 iyul 2017-ci il tarixli razılıq məktubuna əsasən İddiaçı MMC ilə Muradxan- Pirili massivindən əkin dövriyyəsinə qatılmış 4500 hektar əkin sahəsinə suvarma suyunun çatdırılması üçün 3.900,0 min manat məbləğində 07 iyul 2017-ci il tarixli 03 nömrəli müqavilə bağlanılmış və podratçı tərəfindən tərtib olunmuş 2 nömrəli forma üzrə akta əsasən görülmüş işlərin dəyəri tam olaraq ödənilmişdir.Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, 02 nömrəli müqavilə mühasibatlığa təqdim olunmamış, həmin müqavilənin icrası üçün dövlət büdcəsindən vəsait ayrılmamış, dövlət öhdəliyi götürülməmiş və müvafiq satınalma müsabiqəsi keçirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvnlanmış 19 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Kürdəmir rayon İcr Hakimiyyətində müəyyən edilmiş qanun pozuntuları, o cümlədən hüquqi şəxslərin bank hesablarına pul vəsaitlərinin köçürülərək nağdlaşdırılması yolu ilə mənimsənilməsi faktı əsasında istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən vurulmuş 37.212 manat məbləğində maddi ziyan və cinayət məsuliyyətindən azad edilmək üçün 9.303 manat məbləğində pul vəsaiti cəmiyyətin direktoru X3 tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 iddiaya dair etirazında qeyd edilmişdir ki, Cavabdeh ilə aralarında Şilyan massivində 6150 hektar əkinə yararlı münbit torpaq sahələrinin və Muradxan Pirili massivində 4500.00 hektar əkinə yararlı minbit torpaq sahələrinin suvarma sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ila müqavilələr imzalanmış və müvafq müqavilələr üzrə müvafiq işlər görülmüşdür.İş materiallarından görünür ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edərək iş həcminin xeyli çox olmasını və həmin işlərin vaxt baxımından qısa müddət ərzində yerinə yetirilməsi zərurəti yarandığını nəzərə alaraq əkin sahələrinə suvarma suyunun çatdırılması üçün mövcud Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədi ilə ayrılmış vəsait çərçivəsində nəzərdə tutulmuş işlərin Azərbaycan Respublikasının “Dövlət satınalmalı haqqında” Qanununun 21.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq (tenderdən kənar) İddiaçı MMC (VÖEN:**********) ilə birbaşa müqavilənin bağlanmasına razılıq verilməsi xahiş etmişdir.İqtisadiyyat Nazrliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 06 aprel 2017-ci il tarixli ASTMDX-15/01-5/4275 nömrəli məktubu iiə Şilyan kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun 21.1.2-ci maddəsini tətbiq etməklə İddiaçı MMC ilə birbaşa müqavilə əsasmda həyata keçirilməsinə razılıq verilmişdir.Lakin iddiaçının iddia etdiyi və iş materiallarına əlavə edilmiş 3.796.378,31 manat məbləğində olan 02 saylı müqavilə 05 aprel 2017-ci il tarixdə, yəni vəsait ayrılması barədə razılıq məktubundan əvvəl bağlanılmışdır. Yəni iddaçının iddia etdiyi müqavilə əslində etibarsız sayılmalıdır.Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli, 1046 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal maların (işlərin, xidmətlərin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınması barədə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla qərar qəbul edilməsi üçün bu satınalma nəticəsində müqavilə bağlanmamışdan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət olunmalıdır.Lakin işin materiallarına iddiaçının tələb etdiyi müqavilə ilə bağlı hər haınsı razılıq məktubu əlavə edilməmişdir.Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir.Bu səbəbdən iddiaçının tələbi üçüncü şəxs olaraq Maliyyə Nazirliyinin mənafelərini pozaraq, dövlət büdcəsindən sözügedən torpaq sahələrininn suvarma suyu ilə təmin edilməsi məqsədilə vəsait ayrılmasına baxmayaraq, dövlət büdcəsi qarşısında əlavə öhdəlik yaradır.Həmçinin bildirilmişdir ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsatin bölgüsü”nə uyğun olaraq Cavabdehnə ayrılan 6.400.000,0 manat vəsaitdən 6150 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər üzrə 2.499.983,72 manat və 4500 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı xərclər üzrə 3.899.999,87 manat, cəmi 6.399.983,59 manat vəsait Cavabdeh hesabına köçürülmüşdür və bununla bağlı vəsait bölgüsü də işin materiallarına əlavə edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış birbaşa müqavilə əsasında 2017-ci ildə "Xəzər İnşaat E” MMC tərəfindən Muradxan-Pirili massivində 4500 hektar əkinə yararlı münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 539.268,26 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, görülmüş bu işlərə görə hər hansı məbləğdə vəsait ödənilməmişdir, tərəflərindən cavabdehin sifarişlərinə əsasən görülmüş bu işlərə görə iddiaçıya ümumilikdə təqribən 1.756.776,56 manat borc qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini iş materilları üzrə araşdırıb hüquqi qiymət verərək əsassız olduğu və iş materilları ilə sübut olunmadığı üçün əsassız hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan müqavilənin etibarsız olması nəticəsinə gəlmişdir, halbu ki, bu nəticəni təsdiq edən hal kimi cavabdeh tərəf məhkəməyə sübut qismində mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini araşdıraraq işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab etmişdir. Məhkəmə kollegiyası apellyasya şikayətinin dəlillərini iş materilları üzrə araşdırıb hüquqi qiymət verərək hesab edir ki, ididaçının apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur.Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir, göründüyü kimi birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizələr hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-cü, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2-2(121)-100/2022 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar