Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-264/2025 07.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə, cavabdehin icra orqanın rəhbəri Qanuni nümayəndə və vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli e-2-2(121)-2000/2025 saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış xx.xx.2024-cü il tarixli AG-SPQ-Z-03/24 saylı subpodrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehə ödənilmiş 400404 manat və cavabdehə verilmiş materiallara görə ödənilməli olan 450556 manat məbləğində pulun, 1141 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə (Qubadlı layihəsi üzrə) AG-SPQ-Z-03/24 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 bəndinə əsasən, subpodratçı podratçının tapşırığı ilə özünün və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama işəsalma və sair işlərini həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən müəyyən işlərin "xxxx" MMC tərəfindən görüləcəyi razılaşdırılmışdır. "xxxx" MMC qum, çınqıl, kubik, beton və armatur verməli idi. İş görülən yerdə taxta apalovkalar qurulmalı idi. Lakin bundan sonra ilk öncə konteyner yığdılar guya fəhləyə şərait yaradılır. Halbuki, onların fəaliyyəti 1 ay çəkdi. Razılaşmaya zidd olaraq İddiaçı MMC işin operativ getməsi üçün tikinti ərazisində mövcud olan və İddiaçı MMC-yə məxsus olan beton zavodundan "xxxx" MMC beton götürmüşdür. Armaturu da İddiaçı MMC alaraq "xxxx" MMC-yə vermişdir. "xxxx" MMC tikinti yerinə 10-15 maşın kubik və o saydada qum-çınqıl gətirmişdir. Digər materiallar da podratçıya məxsus olmuşdur. Razılaşmanın 6.1 bəndinə əsasən, işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 saylı formanın təqdim edilməsi ilə təsdiq edilir. Layihəyə uyğun işlərin aparılması, onların keyfiyyəti yoxlandıqdan sonra təhvil-təslim aktı ilə sənədləşdirir və elektron qaimə əsasında həyata keçirilir. İşlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır. Halbuki, "xxxx" MMC tərəfindən hər hansı iş görülməmişdir. Gördüyü işlər təhvil verilməmişdir. Subpodratçı tərəfindən yalnız xx.xx.2024-cü il tarixdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəf qaimə göndərənə düzəlişlə qaytarmış və əsas kimi də onu göstərmişdir ki, F-2 olmayan sənəd təsdiqə göndərilə bilməz. Tərəflər arasında bağlanmış subpodrat müqaviləsinin 6.2-ci bəndinə əsasən podratçı, subpodratçı ona işləri tam yerinə yetirilməsi haqqında rəsmi sənəd verəndən sonra 15 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina qəbul edilməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır. Göründüyü kimi, forma 2 olmadan göndərilmiş sənədin imzalanmasından imtina edilmişdir. Müqavilənin şərtlərinə uyğun hərəkət edilmişdir. Qarşı tərəf müqavilənin göstərilən bəndlərini də pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən, tikinti obyektinin tam hazır şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə görə subpodratçının üzərinə düşür. Subpodratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli və texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməlidir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, tikinti obyektinin qəbulu gedişində aşkar edilmiş qüsurların aradan qaldırılması və ya buraxılış dövründə təhlükəsizlik qaydalarına əməl olunması və avadanlığın istismarı qaydalarının pozulması nəticəsində vurulan ziyan təqsirkarın hesabına ödənilir və cərimələr və s. xərclər subpodrtaçı tərəfindən qeyd şərtsiz qarşılanır. Ümumiyyətlə işlərin görülməməsi və görülən işlərin keyfiyyətsiz görülməsi iddiaçı tərəfindən nağd ödənilmiş 260404 manat, bank kartı vasitəsi ilə ödənilmiş 140000 manat və ümumi verilmiş materialın dəyəri olan 450556 manat məbləğində pulun tələb edilməsini qaçılmaz edir. Bundan əlavə qarşı tərəf heç bir iş görmədikləri halda fəhlələrə görə əmək haqqı ödətdirmişdir. Çünki həmin fəhlələrdən şantaj kimi istifadə etmişlər. Bundan başqa şantaj edərək kütləvi informasiya vasitələrində İddiaçı MMC-nin haqqında yalan yazılar paylaşılmışdır. Müqavilə bağlanan zaman cavabdeh tərəfə 260404 manat məbləğində pul ödənilmişdir. Sonradan isə qarşı tərəfin şantaj hərəkətlərinin qarşısını almaq üçün 140000 manat bank vasitəsi ilə ödəniş edilmişdir. Bundan əlavə isə işləri görməkdən ötrü qarşı tərəfə 450556 manat dəyərində iddiaçı tərəfindən materiallar verilmişdir. Həmin materialların da pullarını ödəməmişlər. Bundan başqa onların istifadəsinə verilmiş tikinti materiallarını yararsız hala salmışlar və bununla da İddiaçı MMC-yə külli miqdarda ziyan vurmuşlar. Cavabdeh MMC iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin qismən, xx.xx.2024-cü il tarixli AG-SPQ-Z-03/24 saylı subpodrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi hissəsində təmin edilməsi, qalan hissədə isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, İddiaçı MMC iddia ərizəsində Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli AG-SPQ-Z-03/24 saylı subpodrat müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 400404 manat, cavabdehə verilmiş materiallara görə ödənilməli olan 450556 manat məbləğində pulun, ödənilmiş 1141 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilənlər reallığı əks etdirmir və əsassız tələbləri özündə birləşdirir. Aşağıda qeyd olunanlara əsasən iddia ərizəsi qismən təmin edilməlidir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, AG-SPQ-Z-03/24 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC razılaşdırılmış işləri görməyi, İddiaçı MMC isə bunun əvəzində razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən müəyyən işlər görülmüş, lakin formal əsaslarla İddiaçı MMC həmin işləri təhvil almaqdan və ödəniş etməkdən boyun qaçırmışdır. İddia ərizəsində İddiaçı MMC bəzi materiallara görə ödənilmiş vəsaiti Cavabdeh MMC-dən tələb etməkdədir. Lakin nəzərə alınmalıdır ki, həmin materiallar Cavabdeh MMC tərəfindən hər hansı şəxsi və ya digər layihələr üzrə istifadə edilməmişdir. Həmin materiallar məhz müqavilə üzrə razılaşdırılmış layihənin icrası üçün istifadə edilmişdir. Buna görə də, həmin vəsaitin geri tələb edilməsi tamamilə əsassızdır. Həmçinin, iddia edilməkdədir ki, Cavabdeh MMC tərəfindən təhvil alınmalı olan heç bir iş görülməmişdir. Digər tərəfdən isə müxtəlif mərhələlərdə İddiaçı MMC tərəfindən ümumilikdə 400404 manat vəsaitin ödənildiyi və 450556 manat dəyərində materialların təhvil verildiyi iddia olunmaqdadır. Bu halda sual yaranmaqdadır ki, əgər Cavabdeh MMC tərəfindən heç bir iş görülməmişdirsə İddiaçı MMC tərəfindən iddia olunan ödənişlər nəyə görə edilməyə davam etmişdir. Aydındır ki, Cavabdeh MMC tərəfindən müqavilə ilə razılaşdırılmış işlər görülmüş, lakin İddiaçı MMC tərəfindən razılaşdırılmış haqq ödənilməmişdir. Uzun müddət Cavabdeh MMC tərəfindən layihənin icrası davam etmiş, lakin vəsaitin bitməsi səbəbindən çıxılmaz vəziyyət yaranmışdır. İddiaçı MMC tərəfindən ödənişlər edilmədiyindən Cavabdeh MMC ağır vəziyyətlə üz-üzə gəlmiş, bir çox şirkətlərə borcu yaranmış, işçilərin əmək haqlarının ödənilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Cavabdeh MMC-nin Şirvan Kommersiya Məhkəməsində çox saylı məhkəmə işləri vardır. Buna baxmayaraq, İddiaçı MMC öz müqavilə öhdəliklərindən boyun qaçırmaq üçün müqavilənin ləğvini və əksinə Cavabdeh MMC-dən hər hansı vəsaitlərin ödənilməsini tələb etməkdədir. Cavabdeh MMC tərəfindən görülmüş işlər ərazidən olan şəkillərlə belə asanlıqla sübuta yetirilməkdədir. Tərəflər arasında uzun müddət davam edən münasibətlər, edilmiş ödənişlər də təsdiq etməkdədir ki, tərəflər arasında etibarlı mülki hüquq münasibətləri yaranmışdır. Bildirilir ki, xx.xx.2024-cü il tarixli AG-SPQ-Z-03/24 saylı subpodrat müqaviləsinin ləğv edilməsinə tərəflərindən heç bir etiraz edilməməkdədir. Lakin bu ləğv İddiaçı MMC tərəfindən öz müqavilə öhdəlikləri tam icra edildikdən sonra olmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci iltarixli e-2-2(121)-2000/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh MMC-dən 461404 manat məbləğində pul və ödənilmiş 751,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 462155,40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 442 və 443-cü maddələri düzgün tətbiq edilməmişdir. Belə ki, öhdəliyin icra edilməməsi və bunun nəticəsində yaranmış zərərə görə məsuliyyət Mülki Məcəllənin tələblərində qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri üzrə bir sıra işlər görülmüş, lakin formal əsaslarla İddiaçı MMC həmin işləri təhvil almaqdan və ödəniş etməkdən boyun qaçırmışdır. İddia ərizəsində İddiaçı MMC bəzi materiallara görə ödənilmiş vəsaiti Cavabdeh MMC-dən tələb etməkdədir. Lakin nəzərə alınmalıdır ki, həmin materiallar Cavabdeh MMC tərəfindən hər hansı şəxsi və ya digər layihələr üzrə istifadə edilməmişdir. Həmin materiallar məhz müqavilə üzrə razılaşdırılmış layihənin icrası üçün istifadə edilmişdir. Buna görə də, həmin vəsaitin geri tələb edilməsi tamamilə əsassızdır. Həmçinin, iddia edilməkdədir ki, Cavabdeh MMC tərəfindən və təhvil alınmalı olan heç bir iş görülməmişdir. Digər tərəfdən isə müxtəlif mərhələlərdə İddiaçı MMC tərəfindən ümumilikdə 400404 (dörd yüz min dörd yüz dörd) manat vəsaitin ödənildiyi və 450556 (dörd yüz əlli min beş yüz əlli altı) manat dəyərində materialların təhvil verildiyi iddia olunmaqdadır. Bu halda sual yaranmaqdadır ki, əgər Cavabdeh MMC tərəfindən heç bir iş görülməmişdirsə, İddiaçı MMC tərəfindən iddia olunan ödənişlər və malların təhvil verilməsi nəyə görə davam etmişdir. Aydındır ki, Cavabdeh MMC tərəfindən müqavilə ilə razılaşdırılmış işlər görülmüş, lakin İddiaçı MMC tərəfindən razılaşdırılmış haqq ödənilməmişdir. Uzun müddət Cavabdeh MMC tərəfindən layihənin icrası öz hesabına davam etdirilmiş, lakin vəsaitin bitməsi səbəbindən çıxılmaz vəziyyət yaranmışdır. İddiaçı MMC tərəfindən ödənişlər edilmədiyindən Cavabdeh MMC ağır vəziyyətlə üz-üzə gəlmiş, bir çox şirkətlərə borcu yaranmış, işçilərin əmək haqlarının ödənilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Cavabdeh MMC-nin Şirvan Kommersiya Məhkəməsində çox saylı məhkəmə işləri vardır. Birinci İnstansiya Məhkəməsi tərəfindən qətnamədə qeyd edilmişdir: “...cavabdeh iddia tələbini qəbul etməyərək müqavilə ilə razılaşdırılmış işlərin onun tərəfindən görüldüyünü iddia edir. Lakin, cavabdeh subpodrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin görülməsinə və görülən işlərin nəticəsinin sifarişçiyə təqdim edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir...”. Birinci İnstansiya məhkəməsi tərəfindən işin halları tam və düzgün araşdırılmayaraq yuxarıda qeyd edilən səhv nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə prosesində hər bir tərəf öz iddialarını sübuta yetirməlidir. Lakin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin heç bir iş görməməsini sübuta yetirən heç bir əsaslandırma təqdim edilməmişdir. İddiaçı öz tələblərini sadəcə maliyyə sənədlərinə əsaslandırmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflər arasında mübahisənin predmetini hər hansı borc müqaviləsi deyil də, podrat müqaviləsi təşkil etməkdədir. Buna görə də, sadəcə maliyyə sənədlərinə əsaslanaraq iddianın müdafiə edilməsi və məhkəmə tərəfindən isə təmin edilməsi ağlabatan deyildir. İddiaçı MMC özü də təsdiq etmişdir ki, Cavabdeh MMC-yə müxtəlif mərhələlərdə ümumilikdə 400404 manat ödəniş etmişdir. İddia edildiyi kimi heç bir işin görülmədiyi halda bu qədər böyük miqdarda ödənişin edilməsinin səbəbləri barədə isə İddiaçı MMC heç bir əsaslandırma təqdim etməmişdir. Həmçinin, müqavilədə razılaşdırılmış işlərin görülməməsi barədə İddiaçı MMC heç bir sübut təqdim etməmişdir. Müqavilə predmetini təşkil edən ərazinin orto-fotolarının əldə edilməsi, həmin ərazinin foto və video görüntülərinin təqdim edilməsi kifayət edərdi ki, Cavabdeh MMC tərəfindən həmin ərazidə kifayət qədər işlərin görüldüyü sübuta yetirilsin. Həmçinin, müqavilə üzrə bir çox nümunə evlər tam inşa edilmişdir. Qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə sənədlərinə əsasən elə nəticəyə gəlmişdir ki, Cavabdeh MMC öz öhdəliklərini icra etməmişdir. Halbuki, Cavabdeh MMC tərəfindən görülmüş işlərin haqqının ödənilməməsi barədə İddiaçı MMC ilə rəsmi və qeyri-rəsmi bir çox danışıqlar, İddiaçı MMC-dən bir çox dövlət orqanlarına şikayətlər ünvanlanmışdır. Əlavə olaraq, tərəflər arasında çox saylı elektron poçt yazışmaları da olmuşdur. Görülmüş işlər dəfələrlə forma 2 ilə təhvil-təslim üçün təklif edilmişdir. Lakin ödəniş edilməsindən yayınmaq məqsədi ilə İddiaçı MMC tərəfindən həmin təkliflər qəbul edilməmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin müqavilə öhdəliklərinin icrası səbəbindən ödənilmiş 400404 manat vəsaitin geri ödənilməsi tələb edilə bilməz. Çünki həmin vəsait icra edilmiş öhdəliklər qarşılığında ödənilmişdir. Əksinə həmin vəsait İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməli olan vəsaitin yalnız bir hissəsidir. Materiallara görə tutulması qət edilmiş 61000 manat vəsaitə gəldikdə isə, diqqətə alınmalıdır ki, həmin materiallar məhz xx.xx.2024-cü il tarixli, AG-SPQ-Z-03/24 saylı müqavilənin icrası üçün təhvil verilmiş və həmin məqsəd üçün də istifadə edilmişdir. Həmin materialların sifarişçi tərəfindən təhvil verilməsinin səbəbi isə İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri üzrə ödənilməli olan vəsaitlərin ödənilməməsi olmuşdur. Belə ki, zəruri ödənişlərin edilməməsi səbəbindən Cavabdeh MMC lazımı materialları satın ala bilməmişdir. Lakin müqavilə predmetinin dövlət əhəmiyyətli layihə olmasını nəzərə alaraq həmin işlərin davam etdirilə bilinməsi üçün Cavabdeh MMC öz xidmət haqqını almamasına baxmayaraq təhvil verilmiş materiallarla işləri görməyə davam etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hüquq normaları işin faktiki hallarına uyğun tətbiq edilməmişdir. Bununla da, iş üzrə əsassız qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.5-ci maddəsini düzgün təbiq etməmişdir. Həmin normaya əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Yuxarıda qeyd edildiyi kimi, müqavilə üzrə ödənişlərin gecikdirilməsi Cavabdeh MMC-dən asılı olan və ya əvvəlcədən baş verməsini görə biləcəyi səbəblərdən olmamışdır. Gecikdirmə Cavabdeh MMC-nin icra etdiyi əsas layihə üzrə ödənişləri vaxtında almaması nəticəsində baş vermişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan müqavilə üzrə gecikmələr cavabdehdin təqsiri olmadan baş vermişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən norma ümumiyyətlə tətbiq edilməmiş, yaranmış problemlərin hansı səbəbdən və təqsirli-təqsirsiz baş verməsi araşdırılmamışdır. Bununla da, iş üzrə səhv nəticəyə gəlinmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsində mübahisə üzrə 2 hazırlıq iclası, 1 baxış iclası keçirilmişdir. İş xx.xx.2025-ci ildə məhkəmənin icraatına götürülmüş, xx.xx.2025-də yekun məhkəmə aktı çıxarılmışdır. Lakin cavabdeh bu 3 ay ərzində sübutlarını təqdim etməmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçıdan alınmış pul pulun müqabilində işin icra edildiyini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyin icra edilməsi barədə heç bir sübut təqdim etməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsində üzrlü səbəblərdən bəzi sənədləri təqdim edə bilməmişik. Baş ofisin Bakıda olması səbəbindən tərəflər arasındakı yazışmalar email vasitəsilə aparılıb. Biz iddiaçı ilə subpodrat müqaviləsi bağlamışıq və müqavilə əsasında həmin andan etibarən işləri həyata keçirməyə başlamışıq. Eyni zamanda aramızda razılaşma olub ki, tərəflər bir-birinə dəstək verəcək şəkildə layihəni davam etdirməlidir. Bizə verilən malları təkzib etmirik. Mal layihə üzrə verilib və tikintidə istifadə olunub. Sifarişlərin tez çatdırılması məqsədilə işçilərə əlavə pul ödəmişik. Orada görülən işlərin sübuta yetirilməsi ilə bağlı fləş-kart gətirmişəm. Götürdüyümüz materiallardan təyinatı üzrə istifadə etmişik. İşlərin görülməsini təsdiq edən iddiaçı ilə aralarında baş tutmuş email yazışmaları var. Email yazışmalarından aydın görünür ki, iddiaçı təşkilatla dəfələrlə yazışmaları olmuşdur. Yazışmalardan da görünür ki, Forma-2 göndərilib, 449000 manatlıq iş həcmi təsdiq edilib. Müqavilə sentyabr ayında ləğv edilib. Bank vasitəsilə bizə 125000 pul ödəyiblər. Sentyabr ayında müqavilə xitam olunduğu halda 6 ay keçdikdən sonra niyə tərəf bizə pul ödəməlidir axı? Buna səbəb kimi bizim onları mediaya sızdırdığımızı əsas gətirirlər və buna görə o miqdarda pulu bizə ödədiklərini deyirlər. İş materiallarına da əlavə etdiyim 255 səhifəlik materialı iddiaçı tərəf bizə göndərib ki, yəni gördüyünüz işin həcmi bu qədərdir. Yekunda da göstərilən məbləği onların özləri yazıblar. Qarşı tərəf bizə iş görmədiyimizi deyir. İş görməyimizi təsdiq edən videolar var. Bunlar fləş-kartda da var. İddiaçıya görülən işlərin həcmi ilə bağlı ******* məbləğə dair elektron Forma-2 göndərmişik, qarşı tərəf təsdiq etməyib, dərhal qaytarıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid subpodratçının işçisi deyil, onunla müqavilə əsasında dəmir-qəlib beton işlərini görən şəxs olmuşdur və dediyi kimi görmüş olduğu işlərə görə ödənilməmiş qalan 30000 manatla bağlı iddia qaldırsa, o pul müqavilə üzrə öhdəliyimiz olduğundan bizdən tutulacaq. Şahid də etiraf edir ki, bizimlə bağlanan müqavilə əsasında görmüş olduğu işlərin bir hissəsinin haqqını iddiaçıdan özü almışdır. Qəbul edirik ki, 125000 manat ödəniş tapşırığı ilə bizə pul ödənilib. Müqavilə şərtlərinə əsasən bütün pullar da bu qaydada ödənilməli idi. Dövlət layihəsində köçürmə ilə gəlib, bizə köçürmə ilə də verilməli idi. Lakin bizə verilməyib. Ərazini təhvil verdiyimiz yerdə material da qoyub çıxmışıq. Mən birinci instansiyada etiraz verəndə qeyd etmişəm ki, bizə verilən beton armatur orada istifadə olunub. Biz oradan çıxmışıq. O betondan biz faydalanmamışıq ki, bizdən pul istənilsin. Yəni bu nə dərəcə doğrudur ki, boş, imzasız qəbzlərə əsasən qətnamə ilə bizdən pul tutulub. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanmasını xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, bütün sübutlarını birinci instansiya məhkəməsinə təqdim etmişlər. Bu sübutların əsası da təqdim etdiyimiz qəbzlərdir. İş materiallarında var. Qəbzlərldə adı qeyd edilən Cavanşir adlı şəxs cavabdeh tərəfin öz işçisidir, orada nəzarət edən şəxsdir. Pulların bir qismi həmin şəxsə verilib. Təqdim olunan bir sıra qəbzlərdəki pul köçürülən kart da cavabdeh şirkətə məxsus kart olub. Cavabdehlə aramızda yazışmalar olmayıb. Forma-2 təqdim edə bilməyiblər. Gördükləri işi təqdim edə bilməyiblər. Cavabdeh tərəf ümumiyyətcə iş görməyib. Biz Qarabağda nüfuzlu şirkətik. Böyük layihələr icra edirik. Qarşı tərəf də saytda başqa şəxsi öyrədib İddiaçı MMC-nin haqqında qarayaxma kampaniyası apartdırır. Hətta özlərinə mobilizasiya üçün böyük kamp tikiblər. Orada olan fəhlələri öyrədib İddiaçı MMC-yə qarşı silah kimi istifadə edirlər. Halbuki həmin fəhlələrin pulunu cavabdeh tərəf verməli idi. Ona görə də biz məcburiyyətdən sözügedən miqdarda pulu fəhlələr üçün ödəmişik. İddiaçı MMC-nin orada beton zavodu olub. İstifadə olunan beton da oradan götürülüb. Həmin götürülən beton verildikdə tərəfimizdən qeydiyyat aparılmayıb. Göründüyü kimi armatur da vermişik. Armatur verməyimizlə bağlı sənədləri təqdim edə bildik, amma beton verməyimizlə bağlı sənədləri təqdim edə bilmədik. Özləri üçün böyük mobilizasiya tiksələr də, layihə icra olunmayıb. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinliyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, qətnamənin ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə sübut kimi təqdim edilmiş kassa məxaric orderlərində adı qeyd olunan və iddiaçı tərəfindən cavabdehin işçisi kimi təqdim olunan Şahid Sərdar oğlu adlı şəxs apellyasiya baxışı zamanı sübutun mötəbərliyinin yoxlanılması məqsədilə şahid qismində dindirilmişdir. Şahid ifadəsində bildirmişdir ki, halhazırda Qubadlı rayonu Zilanlı kəndində "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Bundan öncə fərdi sahibkar kimi fəaliyyəti olmuş və Cavabdeh MMC ilə müqavilə bağlamışdır. Müqavilənin predmetini Qubadlı rayonu Zilanlı kəndində dəmir-qəlib beton işlərinin tərəfindən görülməsi təşkil edirdi. Xidmət haqqı olaraq müqavilənin dəyəri vahid qiymətlə qiymətləndirilmiş, 98765 manat dəyərində Forma-2 tərtib edilmişdi. Forma-2 sənədi sahə mühəndisləri ilə bərabər tərtib edilmişdi. Sahə mühəndislərinə Cavabdeh MMC-nin sahə mühəndisi İxtiyar müəllim daxil idi, lakin İddiaçı MMC-dən kimsə yox idi. Cavabdeh MMC-nin sahə mühəndisi İxtiyar adlı şəxs görülən işlərlə bağlı Forma-2 aktları tərtib etmişdir. Müqavilə 2024-cü ilin avqust ayının əvvəlləri bağlanmış, 1 ay müddətinədə (avqustun axırınadək) iş gürülmüşdür. Cavabdeh MMC və İddiaçı MMC arasında problem yarandığından, pullar ona ödənilmədi. Pulun ödənilməməsi İddiaçı MMC tərəfindən pulun verməməsi ilə əlaqələndirilirdi. Ancaq bir dəfə pul paylandı. Bir dəfə 100000 manat, bir dəfə də 50000 manat pul paylanmışdı. Lakin o puldan ona verilməyib. Təxmini sentyabr ayından o pullar hissə-hissə ödənilib. Pul ödənilmədiyindən işlərin görülməsi dayandırılmışdır. Cavabdeh MMC-nin sifarişi əsasında bu işlərin görülməsi nəzərdə tutulsa da, sonradan işlərin görülməsi ilə bağlı ödənişi İddiaçı MMC tərəfindən birbaşa ona ödəmişdir. İmzası olan kassa məxaric orderləri Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə tərəfindən yerinə yetirilmiş işlərə görə bilavasitə onun özünə ödənmiş pullardır. Hətta müqavilə üzrə yerinə yetirdiyi işlərə görə Cavabdeh MMC-nin ona 30000 manatdan yuxarı ödəməli olduğu pul qalıb. İş materillarında olan yazılı sübutlarla tarix ardıcıllığı ilə aşağıdakılar məyyən olunur. Podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli, AG-SPQ-Z-03/24 saylı subpodrat müqaviləsinin: 1.1-ci bəndinə əsasən, subpodratçı podratçının tapşırığı ilə, özünün və və ya podratçının materiallarından və avadanlıqlarından istifadə etməklə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə nəzərdə tutulan konkret tikinti, təmir, quraşdırma, sazlama-işə salma və sair işləri (bundan sonra “işlər” adlandırılacaq) həmin əlavələrdə müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, standartlara və müqavilə şərtlərinə uyğun yerinə yetirməyi, podratçı isə görülmüş işləri təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdələrinə götürmüşlər. 1.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələr sazişlər, qoşmalar, layihələr, cizgilər (çertyojlar), təsnifatlar, smetalar, razılaşma protokolları, cədvəllər və s. daxil olmaqla, bütün sənəd və materialların siyahısından ibarət olur. 3.1.6-cı yarımbəndinə əsasən, subpodratçıdan müqavilə ilə müəyyən olunmuş rnüddətdə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işləri təhvil almaq; 3.1.7-ci yarımbəndinə əsasən, subpodratçı tərəfindən yerinə yetirilmiş işlərin dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəmək podratçının vəzifələridir. 3.2.2-ci yarımbəndinə əsasən işlərin icrasına və keyfiyyətinə nəzarət etmək; 3.2.3-cü yarımbəndinə əsasən işlərdə əmələ gələn qüsurları və çatışmamazlıqları aradan qaldırmaq üçün subpodratçıya ağlabatan müddət təyin etmək, həmin müddət ərzində subpodratçı işlərdə əmələ gələn qüsurları və çatışmamazlıqları aradan qaldırmazsa, müqaviləyə birtərəfli qaydada xitam vermək və vurulmuş bütün zərəri, əldən çıxmış faydanı subpodratçıdan tələb etmək podratçının hüquqlarıdır. 3.3.1-ci yarımbəndinə əsasən, işləri müqavilənin əlavəsində göstərilən tərkibdə, həcrndə və müddətdə yerinə yetirib, qüsurlardan və çatışmazlıqlardan, habelə üçüncü şəxslərin hüquqlarından ve iddialarından azad vəziyyətdə podratçıya təhvil vermək; 3.3.4-cü yarımbəndinə əsasən, materiallardan və avadanlıqlardan müqavilə şərtlərinə uyğun olaraq istifadə etmək; 3.3.7-ci yarımbəndinə əsasən işlərdə əmələ gələn qüsurları və çatışmamazlıqları vaxtlı vaxtında aradan qaldırmaq; 3.3.17-ci yarımbəndinə əsasən, norma ve qaydaları gözləməklə, bütün işləri bu müqavilənin əlavəsi ilə onlara təqdim edilən mövcud layihə əsasında icra etmək, inşaat Norma ve Qaydalarına (AZDTN və s.) ciddi əməl edərək, işlərin təhvil verilməsini öz gücü və hesabına nəzərdə tutulmuş rnüddətdə yerinə yetirmək, görülmüş işləri podratçının tələbləri əsasında podratçının sahə rnühəndislərinə və texniki nəzarət mühəndislərinin təsdiqi əsasında tam təhvil verilməsini təmin emək subpodratıçının vəzifələridir. 2.4.2-ci yarımbəndinə əsasən, podratçıdan sona yetirilmiş və qəbul edilmiş işlərin dəyərinin bu müqavilənin şərtlərinə əsasən ödənilməsini tələb etmək subpodratçının hüququdur. 5.1-ci bəndinə əsasən, işlərin qiyməti əlavə ilə razılaşdırılır və ödənişi təhvil-təslim aktı (forma 2) əsasında aparılır. 5.2-ci bəndinə əsasən, işlər üzrə hesablaşma işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılır. 6.1-ci bəndinə əsasən, işlərin hər mərhələsinin və yaxud son nəticəsinin qəbulu tərəflərin görülən işlərin təhvil-təslim aktının imzalanması və subpodratçı tərəfindən 2 saylı formanın təqdim edilməsi ilə təsdiq edilir. 6.2-ci bəndinə əsasən, podratçı, subpodratçı ona işləri tam yerinə yetirilməsi haqqında rəsmi sənəd verəndən sonra 15 gün ərzində subpodratçının iştirakı ilə yerinə yetirilmiş işləri baxıb qəbul etməli, təhvil təslim aktını imzalayıb onun bir nüsxəsini subpodratçıya qaytarmalı və yaxud subpodratçıya işlərin qəbul olunmasından əsaslandırılmış imtina qəbul edilməlidir. Əgər podratçı həmin müddət ərzində təhvil təslim aktını imzalamazsa və yaxud əsaslandırılmış imtinanı təqdim etməzsə, işlər subpodratçı tərəfindən tərtib olunan birtərəfli akt əsasında podratçı tərəfindən qəbul edilmiş hesab olunacaqdır. 6.3-cü bəndinə əsasən, tikinti obyektinin tam hazır şəkildə təhvili üzrə bütün əsas vəzifələr və məsuliyyət müqaviləyə görə subpodratçının üzərinə düşür. Subpodratçı avadanlıqların istismarı üzrə bütün texniki təlimatları təqdim etməli, lazımi tənzimləmə işlərini görməli və texniki təhlükəsizlik tədbirlərini yerinə yetirməlidir. 11.5-ci bəndinə əsasən, Müqavilədə, Əlavələrində sadalanan bütün bəndlər və rnüqavilənin bütünlükdə və ayrı-ayrılıqda tələblərinə riayət edilməməsi və ya düzgün icra ediməməsi rnüqavilənin bir tərəfli qaydada xitamı iüçün əsasdır ve subpodratçının müqavilənin ümumi dəyərinin 10% miqdarında cərimələnməsi ilə nəticələnməsi subpodratçı tərəfindən akseptsiz qaydada qəbul edilir. xx.xx.2024-cü il tarixdə saat 1:48-də mailto:a.gojayev@upsilon.com.azElektron ünvan 1 emailindən mailto:aga.aliyev.amalgroup@gmail.comElektron ünvan 2 emailinə göndərilən məktubda bildirilir : Ağa bəy salam. Cavabdeh MMC tərəfindən ötən dövr üzrə icra olunmuş iş həcmlərinə uyğun İPC əlavədə nəzərinizə çatdırılır. Dünən də sizinlə danqışdığımız kimi bu İPC daha öncə sahədə bizim mühəndislər tərəfindən sizin texniki ofisə, sonra bizim baş ofisdən Məhəmmədəli bəy tərəfindən İsmayıl bəyə göndərilib, lakin bizim əməkdaşlara cavab verilməyib. Zəhmət olmasa yoxlayıb bizə cavabınızı bildirin. Nə lazımdırsa qarşılıqlı kömək ilə operativ həll edilsin və təsdiqlənsin ki, ödəniş oluna bilsin. Hər hansı sualınız yarandıqda texniki müzakirə üçün mahammadali.hüElektron ünvan 3 bəylə əlaqə saxlaya bilərsiniz (Tel +994 70 743 63 65) (3-cü cild iş vərəqi 137). xx.xx.2024-cü il tarixdə saat 9:28-də mailto:aga.aliyev.amalgroup@gmail.comElektron ünvan 2 emailindən mahammadali.hüElektron ünvan 3 emailinə göndərilən məktubda bildirilir: Salam Abdulla bəy. Göndərmiş olduğunuz Forma 2 sənədi incələndi və ümumi olaraq qənaətbəxş deyil. Əvvəlki maildə texniki ofis mühəndisimiz İsmayıl bəy tərəfindən aşkarlanmış texniki və hesabat xətalarını diqqətinizə çatdırırıq. Hər hansı sual və ya texniki müzakirə üçün daim əlaqə saxlaya bilərsiz (3-cü cild iş vərəqi 138). xx.xx.2024-cü il tarixdə saat 11:57-də mahammadali.hüElektron ünvan 3 emailindən mailto:aga.aliyev.amalgroup@gmail.comElektron ünvan 2 emailinə göndərilən məktubda bildirilir : Salam Ağa bəy. Zəhmət olmasa aşkarlanmış bütün hesabat xətalarını dəyişərək və əsaslandıraraq bizə təqdim edin (3-cü cild iş vərəqi 138). xx.xx.2024-cü il tarixdə podratçı İddiaçı MMC tərəfindən subpodratçı Cavabdeh MMCyə ünvanlanan AG-SPQ-Z-03/24 saylı xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi üzrə xitam bildirişində qeyd olunur: Nəzərinizə çatdırıq ki, sifarişçi İddiaçı MMC və icraçı Cavabdeh MMC arasında bağlanmış AG-SPQ-Z-03/24 saylı xx.xx.2024-cü il tarixli subpodrat müqaviləsi, onun xx.xx.2024-cü il tarixli əlavəsi, həmçinin müqavilə və əlavələrindən irəli gələn bütün tələblər və öhdəliklərə qeyd edilən müqavilə üzrə tələblərə tərəfinizdən riayət edilməyərək, müqaviləni vaxtında və lazımi qaydada icra etmədiyiniz üçün xx.xx.2024-cü il tarixindən xitam verilir. Texniki olaraq müqaviləyə xitam verilməsi səbəbindən müqavilə üzrə öhdəliklər və münasibətləri davam etdirə bilməyəcəyimizi nəzərə almağınızı və gələcəkdə tərəfdaşlığımızın bərpa edilməsi üçün danışıqlar aparılması məqsədə müvafiqdir. Bildiriş alındığı gündən 5 gün ərzində AG-SPQ-Z-03/24 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə hər hansı tələb və öhdəlik qalığı rəsmi şəkildə bizə təqdim edilmədikdə, CavabdehMMC-nin İddiaçıMMC-yə qarşı maddi və s. tələb öhdəliklərinin olmamasını bildirir (3-cü cild iş vərəqi 4). xx.xx.2024-cü il tarixdə saat 12:03-də mahammadali.hüElektron ünvan 3 emailindən mailto:aga.aliyev.amalgroup@gmail.comElektron ünvan 2 emailinə göndərilən məktubda bildirilir : Salam Ağa bəy. Xahiş edirik əlavədə göstərilən Forma 2/3 exel faylı üzrə həcmləri incələyib münasibət bildirin. Həmçinin Siz tərəfdən Forma 2-ni imzalayacaq şəxslərin adlarını qeyd edin (3-cü cild iş vərəqi 139). xx.xx.2024-cü il tarixdə saat 6:43-də mailto:aga.aliyev.amalgroup@gmail.comElektron ünvan 2 emailindən mahammadali.hüElektron ünvan 3 emailinə göndərilən cavab məktubunda bildirilir: Salam Məhəmmədəli bəy. Forma 2 sənədi incələndi. Sahədəki mövcud vəziyyətə uyğun olmayan işlər aşkarlandı. Sgzügedən həcmləri qırmızı işarələyərək qoşmaya əlavə etdik. Zəhmət olmasa işarələnmiş həcmləri duzəliş edib göndərəsiniz (3-cü cild iş vərəqi 140). xx.xx.2024-cü il tarixdə saat 4:00-da mahammadali.hüElektron ünvan 3 emailindən mailto:aga.aliyev.amalgroup@gmail.comElektron ünvan 2 emailinə göndərilən məktubda bildirilir : Salam Ağa bəy. İş həcmləri mövcud vəziyyətə uyğun yeniləndi əlavədə sizə göndərirəm. Cədvəldə qırmızı rənglə işarələnmiş həcmlərdə armatur və qəlib işləri görülmüş, amma beton verilməmiş (3-cü cild iş vərəqi 140). xx.xx.2024-cü il tarixdə saat 6:51-də mailto:aga.aliyev.amalgroup@gmail.comElektron ünvan 2 emailindən mahammadali.hüElektron ünvan 3 emailinə göndərilən cavab məktubunda bildirilir: Məhəmmədəli bəy salam. İş həcmləri mövcud vəziyyətə uyğun yeniləndi əlavədə sizə göndərirəm. – Göndərmiş olduğunuz Forma 2 incələndi. Təəssüflər olsun ki, sahədəki mövcud vəziyyətdə olmayan iş həcmləri qeyd edilmişdir. Exell faylı mövcud vəziyyətə uyğun revizə edərək qoşmaya əlavə edirəm (UPL-AML-ZLN-İPC-01- R1-2024xxxx-rv son). Göndərmiş olduğunuz son Forma 2 sənədində 662828,00AZN. Mövcud sahədəki iş həcmlərinə revizə edildiyi zaman 449942.94 AZN. 19 mart 2025-ci il tarixli ödəniş tapşırıqlarına əsasən AG-SPQ-Z-03/24 saylı xx.xx.2024cü il tarixli subpodrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən 65000 manat və 60000 manat məbləğlərində olmaqla ümumilikdə 125000 manat məbləğində pul vəsaiti CavabdehMMCnin bank hesabına köçürülmüşdür. İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunda cavabdeh tərəfindən subpodrat müqaviləsinin şərtlərinə əməl edilməyərək öhdəliyinə götürülən işlərin görülmədiyi, 2024-cü ilin avqust ayından tikinti meydançasından çıxdığı və həmin tarixdən hər hansı bir iş görülmədiyi bildirilərək, 3 gün ərzində bağlanmış müqavilənin qarşılıqlı razılıq əsasında ləğv etmək, ödənilmiş 400404 manat, materiallara görə ödənilməli olan 450556 manat məbləğində pulun ödənilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 421.1.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2.-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3.-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 430.2.-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir; 752.1-ci maddəsinə əsasən, Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1.-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin predmetini tərəflər arasında bağlanmış subpodrat müqaviləsi üzrə podratın qüsurlu icra edilməsi nəticəsində qüsurların aradan qaldırılması üçün zərərin ödənilməsi ilə bağlı deyil, podratın ümumiyyətilə icra edilməməsi səbəbindən müqavilədən sifarişçinin birtərəfli qaydada imtinası və ödənilmiş pul vəsaitlərinin və verilmiş materialların dəyərinin ödənilməsi ilə bağlıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış subpodrat müqaviləsindən irə gəlir, müqavilədə tərəflər podratçı və subpodratçı adlandırılırlar, subpodratçıya münasibətdə podratçı sifarişçi hüquqlarından çıxış edir. Podrat müqaviləsinin ləğv edilməsi ilə bağlı mübahisələr Mülki Məcəllənin ümumi normaları olan 421-424-cü maddələri ilə deyil, xüsusi normaları olan 759-760-cı maddələrinə uyğun həll olunmalıdır. Mülki Məcəllənin 759-cu maddəsi sifarişçinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi, 760-cı maddəsi isə podratçı tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyir. Sifarişçinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur. Birinci əsas hər hansı hallarla şərtləndirilməyib və sifarişçi istənilən vaxt müqavilədən imtina edə bilər. Bununla bağlı qeyd edilir ki, müqavilədən birtərəfli qaydada imtina hüququ Mülki Məcəllənin 421.3-cü maddəsində də müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin, Mülki Məcəllənin 430-cu maddəsində müəyyən edilir ki, Mülki Məcəlləyə və ya müqaviləyə əsasən öhdəliyin icrasından birtərəfli imtinaya yol verilir. Odur ki, sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Müqavilənin ləğv edilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəblə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol verib-verməməsinə isə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Eyni zamanda, sifarişçi belə hallara istinad edərək müqaviləni ləğv etdikdə həmin halların sübutetmə vəzifəsi onun üzərinə düşür. İşin faktiki halları ilə müəyyən olunur ki, subpodrat müqaviləsinin icrasından sifarişçi olaraq İddiaçı MMC xx.xx.2024-cü il tarixindən birtərəfli qaydada imtina edərək müqaviləyə xitam vermiş və bu barədə subpodratçıya xx.xx.2024-cü il tarixli xitam bildirişi göndərmişdir. Müqaviləyə birtərəfli qaydada xitam verilməsinin əsası kimi müqavilə tələblərinə subpodratçı tərəfindən riayət edilməməsi, müqavilənin vaxtında və lazımi şəkildə icra etməməsi göstərilmişdir. Qeyd edilməlidir ki, subpodratçı tərəfindən müqavilə tələblərinə riayət edilməməsi, müqavilənin vaxtında və lazımi şəkildə icra etməməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut verilməmişdir. Əksinə müqavilə münasibətlərinə birtərəfli qaydada iddiaçı tərəfindən xitam verildiyi xx.xx.2024-cü il tarixindən sonra, tərəflər arasında email üzərindən aparılan yazışmalarla işlərin təhvil-təsliminə dair Forma 2 sənədlərinin incələnməsi aparılmış, aparılan yazışmalar yekun Forma 2 sənədinin təsdiqlənməsi ilə nəticələnməsə də, xx.xx.2025-ci il tarixində rəsmi ödəniş tapşırığı ilə iddiaçı tərəfindən həmin müqavilə üzrə subpodratçıya 65000 manat və 60000 manat olmaqla 125000 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, işlər üzrə hesablaşmanın işlərin hər mərhələsinin qəbulundan sonra bir ay müddətində podratçı tərəfindən subpodratçının bank hesabına köçürülməklə aparılmalı olmasına baxmayaraq, hazırda iddiaçı bilavasitə cavabdeh təşkilata aidiyyətinin olmasını sübuta yetirə bilmədiyi, müqaviyəyə birtərəfli qaydada xitam verdiyi xx.xx.2024-cü il tarixindən sonrakı dövrlərə aid imzalı və imzasız kassa məxaric orderlərinə əsasən nəğd ödədiyi, fiziki şəxslərəə aid bank hesablarınaına köçürdüyü pul vəsaitini cavabdehdən tələb edir. Hətta həmin ödənişlərin dolayısı ilə cavabdehə aid olduğu sübuta yetirilmiş olsa belə, iddiaçının bildirdiyi kimi müqavilə üzrə hər hansı bir iş görülməmişdirsə, yaxud keyfiyyətli görülməmişdirsə, davamlı ödənişlərin edilməsi məntiqə sığmır. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı podratın nəticəsinin qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad şəkildə icra etmək vəzifəsini daşıyır. Podratın nəticəsinin qüsurlu olması dedikdə, işin nəticələrini pisləşdirən müqaviləyə uyğunsuzluqların və ya digər çatışmazlıqların olması, işin nəticəsinin müqavilədə nəzərdə tutulmuş istifadə və ya adi istifadə üçün tam və yaxud qismən yararsız olması, işin nəticəsinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydalara uyğun olmaması və podratın nəticəsindən təyinatı üzrə istifadəyə maneə törədən digər hallar başa düşülür. Podratın nəticəsi qüsurlu hesab edildiyi halda Mülki Məcəllənin 763-766-cı maddələrində sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Həmin maddələrin tələbləri baxımından, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi ilə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun. Bu baxımdan, qeyd edilir ki, sifarişçi qüsurların aradan qaldırılması ilə bağlı podratçıya əlavə vaxt verməyərək qüsuru özü aradan qaldırdığı hallarda çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək və ya müqavilədən imtina etmək və yaxud muzdun miqdarının azaldılmasını tələb etmək hüquqlarını itirmiş olur. Yuxarıda qeyd edildiyi kimi podratın nəticələrinin qüsurlu olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hətta təqdim edilmiş olsa belə, iş materialları ilə sifarişçinin podratçıdan əlavə icranı tələb etməsi və podratçı tərəfindən əlavə icranın yerinə yetirilməməsinə dair hər hansı bir hal müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia bütövlüklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 28 avqust 2025-ci il tarixli e-2-2(121)-2000/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-264/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-264/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver