Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-281/2025 27.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X10 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndələri X13 və Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzinin Cavabdeh qarşı icarə müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Lənkəran X11 Mərkəzi (hazırda 1 saylı X11 Mərkəzi) ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli, 10 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” Müqaviləyə əsasən Cavabdeh icarəsinə 70 ha torpaq sahəsi, 10 oktyabr 2020-ci il tarixli, 8 nömrəli Müqaviləyə əsasən onun icarəsinə 30 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzi iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10 nömrəli və xx.xx.2020-ci il tarixli 08 nömrəli icarə müqavilələrinin ləğv edilməsi, icarə müqavilələri əsasında Cavabdeh istifadəsinə verilmiş 100 ha torpaq sahəsindən 89 ha ərazidə 5 x 3 sxemində əkilmiş 2000 şaftalı, 2000 nektarin və 2000 gilas, ümumilikdə 6000 tingin onun hesabına çıxarılması, cavabdehin istifadəsinə verilmiş Haftoni meşəbəyliyinin 4-cü kvartalının 8, 10, 11, 15 və 16-cı bölmələrindən ümumilikdə verilmiş 100 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X11 Mərkəzinə təhvil verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin Lənkəran X11 Mərkəzi (hazırda 1 saylı X11 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na əsasən Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə 10 nömrəli və xx.xx.2020-ci il tarixdə 08 nömrəli icarə müqavilələri bağlamışdır. Belə ki, Cavabdeh xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müraciətlərini nəzərə alaraq, Lənkəran X11 Mərkəzi ilə onun arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 10 nömrəli müqaviləyə əsasən Haftoni meşəbəyliyinin 4-cü kvartalının 8, 10, 11, 15 və 16-cı bölmələrindən 70 ha, xx.xx.2020-ci il tarixli 08 nömrəli müqaviləyə əsasən isə həmin meşəbəyliyinin 4-cü kvartalının eyni bölmələrindən daha 30 ha, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş, meşə bitkiləri ilə örtülü olmayan ümumilikdə 100 ha torpaq sahəsi 15 (on beş) il müddətinə Cavabdeh icarəyə verilmişdir. Meşələrin İnkişafı Xidmətinin və 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahələrinə xx.xx.2024-cü il tarixdə baxış keçirilərkən 100 ha ərazidən 89 ha ərazidə 5 x 3 sxemində 2000 ədəd şaftalı, 2000 ədəd nektarin və 2000 ədəd gilas, ümumilikdə 6000 ədəd ting əkilməsi faktı müəyyən edilmişdir. Aşkar edilmiş fakt barədə xx.xx.2024-cü il tarixdə 003004 saylı akt tərtib edilmiş, dövlət meşə fondu torpaqlarından təyinatı üzrə istifadə edilmədiyinə görə əkilmiş meyvə ağaclarını 10 gün müddətinə meşə cinsli ağaclarla əvəz olunması barədə icarəçi Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu, eyni tarixdə də məcburi göstəriş göndərilmişdir. Rəsmi şəkildə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh dövlət orqanlarının qanuni tələblərini yerinə yetirməmişdir. Cavabdeh icarəyə götürdüyü torpaq sahələrini təyinatı üzrə istifadə etməməklə icarə müqavilələrinin şərtlərini və qanunvericiliyin tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, dövlət meşə fondu torpaqlarından meyvə bağları salınmaq məqsədilə icarəyə verilməsi Meşə Məcəlləsində, habelə digər qanunvericilik aktlarında nəzərdə tutulmadığından, o cümlədən Mərkəz tərəfindən həmin ərazidə meşəbərpa tədbirləri nəzərdə tutulduğundan Cavabdeh ilə icarə müqavilələri bağlanıldığı anda meşəbərpa tədbirlərinin aparılması məqsədilə meşə bitkiləri ilə örtülü olmayan torpaq sahəsinin icarəyə verilməsi barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edilmişdir. Sözügedən müqavilələrin 2.1, 2.12 və 2.15-ci bəndlərinə əsasən icarəçi Cavabdeh vəzifələrinə - meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə uyğun müvafiq ağac və kol bitkilərini əkmək və onlara xidməti təmin etmək, meşə fondu sahəsində meşəlik faizini təmin etmək, meşə qanunvericiliyinin pozulmasına yol verməmək aid edilmişdir. Cavabdeh ilə bağlanılan müqavilələrin 2.1, 2.12 və 2.15-ci bəndlərini pozulması əlaqədar bağlanmış icarə müqavilələrinə xitam verilməsi ilə bağlı 09 aprel 2024-cü il tarixində xəbərdarlıq ünvanlanmış və rəsmi şəkildə məktubun ona çatdığı 10 gün ərzində münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixində Mərkəzin onunla bağlanmış icarə müqavilələrinin xitam verilməsi barədə təklifini rədd etmişdir. Lakin Cavabdeh icarə müqavilələrini bağladıqdan sonra icarəyə götürdüyü torpaq sahəsində meşələrin bərpası məqsədilə baş cins qorunmaqla (adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş şabalıdyarpaq palıd və dəmirağacı) meşə cinsli ağaclar əkmək əvəzinə, meşə bitkiləri ilə örtülü olmayan torpaq sahəsini təyinatı üzrə deyil, məhz meyvə bağı kimi, yəni digər məqsədlər üçün istifadə etməklə icarə müqavilələrinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya qarşı yazılı etirazında iddianı əsassız sayaraq bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə sahibkarlıq subyektlərini meyvə bağlarının salınmasına istər KİV-də istərsə də digər bəyanatlar ilə təşviq etmişdirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi veb saytında da meşə fondu torpaqlarının meyvə bağlarının salınması üçün icarəyə verilməsi barədə məlumatlar qeyd edilmişdir. Sözügedən veb saytları aşağıdakılardır:
1. https://report.az/ekologiya/yeni-aqrobaglarin-salinmasi-ucun-teklifler-paketi hazirlanib/ 2.https://az.trend.az/azerbaijan/society/3023651.html 3.https://www.xezerxeber.az/news/vebtv/238259/javascript 4.https://fed.az/az/ekologiya/direktor-etsn-bezi-rayonlarda-aciq-mese-sahelerini- icareye verib-67547 5. https://eco.gov.az/az/melumat-merkezi/faq Bunun nəticəsidir ki, sahibkarlıq subyektləri dövlətin inzibati orqanının bəyanat və vədlərinə etimad göstərərək sözügedən aqrobağlara investisiya qoymuşlar. Onlardan biri də cavabdehdir. İnzibati orqanın bəyanat və vədlərinə etimad göstərərək, tərəflərindən rəsmi qaydada aidiyyati orqana müraciət edilərək meyvə bağı (aqrobağ) salmaqdan ötrü torpaq sahəsi ayrılması xahiş edilmişdir. Müraciətləri nəticəsində müsbət qərar qəbul edilmiş, meşə fondu torpaqlarının icarəyə verilməsi barədə müqavilə bağlanılmış və həmin müqavilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidməti tərəfindən qeydiyyata alınaraq təsdiq edilmişdir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi prinsiplərdən biri də, etimad hüququnun qorunması prinsipidir. Qanunun 13-cü maddəsində qeyd edilir ki, inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur. Bununla yanaşı “Azərbaycan Respublikasında ekologiyaya dair milli proqlamların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının mərhum Prezidenti, Ümummilli Lider Heydər Əliyevin 18 fevral 2003-cü il tarixli, № 1152 saylı sərəncamında da meşə-bağların salınması öz əksini tapmışdır. Belə ki, həmin sərəncamın 3-cü bölməsi Yeni meşə-bağların salınması (o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə) ilə əlaqədardır. Həmin bölmədə qeyd edilmişdir ki, ölkənin iqlim, torpaq şəraiti üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması və orada zeytun, qozmeyvəli və digər ağacların becərilməsi üçün olduqca əlverişlidir. Belə meşə-bağların salınması qida və sənayə əhəmiyyətli məhsulların istehsalı, yeni iş yerlərinin yaradılması üçün əlverişli ola bilər. Həmin bölmədə də Lənkəran-Astara zonası öz əksini tapmışdır və əkiləcək ağac cinslərinin də növləri müəyyən edilmişdir. (https://eqanun.az/framework/1975). Cavabdeh sözügedən ərazidə baş cins qorunmaqla adı qırmızı kitaba düşmüş ağacları əkmək öhdəliyi olmamışdır. Belə ki, aidiyyati qurum ilə meyvəbağı (aqrobağ) salınması üçün torpaqların icarəyə götürülməsi müqaviləsi bağlanılmışdır. Məgər icarə müqaviləsinin mənası icarəçi tərəfindən faydalanmaq və bəhər götürmək deyilmi? Yoxsa heç bir gəlir və ya bəhər götürülməyəcəksə icarə müqaviləsinin mənası və faydası nədir? Bu müddət ərzində tərəflərindən böyük əmək və sərmayə sərf edilərək sözügedən ərazinin bu vəziyyətə çatdırılmasına nail olunmuşdur. Bu zaman ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarə aparatı və digər məsul şəxsləri tərəfindən əraziyə baxış keçirilmiş və görülən işlər müsbət qiymətləndirilmişdir. Bununla bağlı aidiyyatı icra hakimiyyəti orqanının rəsmi veb saytlarında da məqalələr dərc olunmuşdur. Sözügedən məqalalər bunlardır:
1. https://eco.gov.az/az/nazirlik/xeber?newsİD=11325
2. https://eco.gov.az/az/nazirlik/xeber?newsİD=11354. Cavabdehin etirazına görə, bütün yuxarıda qeyd edilənlər onu göstərir ki, Cavabdeh tərəfindən heç bir qayda və qanun pozuntusu olmamışdır və iddiaçının əsasları tamamilə əsassız və qərəzlidir. Şirvan Kommersiya Məhkəməsinin (hakim Z.Abbasov) 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzinin Cavabdeh qarşı iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər C.İmanov, T.Kərimov və Q.Əliyev) 17 aprel 2025-ci il tarixli 2-2(106)-86/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər C.İmanov, Q.Əliyev və T.Kərimov). İşə iddiaçının kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər B.Qəribov, B.Məmmədli və E.Şamayev) 10 sentyabr 2025-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 2-2(106)-86/2025 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzinin apellyasiya şikayəti əsasında yenidən baxılır.
Apellyasiyaşikayətinindəlilləri İddiaçı Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzi apellyasiya şikayətində Şirvan Kommerisiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, Cavabdeh tərəfindən ərazinin meşə bərpa məqsədilə istifadə edilmədiyi bəlli olunmuşdur. Məhkəmə yalnız “davamlı aqrotexniki qulluğun göstərilməsini, torpaq qatının təbii mineral gübrələrlə zənginləşdirilməsini, yeni yaşıllıqların salınmasını meşə bərpa olaraq qəbul etmişdir. Halbuki, meşə bərpanın aparılmasını müəyyənləşdirmək üçün aqrotexniki qulluğun hansı formada aparılması, hansı növ ağacların əkilməsi, hansı növ gübrələrdən istifadə edilməsi məlumatlarını araşdırmaq vacibdir. Məhkəmə səthi yanaşaraq, araşdırmadan bu tədbirlərin meşələrin bərpa edilməsini şərtləndirdiyini qeyd etmişdir. Şikayətə görə, məhkəmə yalnız cavabdeh tərəfindən görülmüş aqrotexniki və suvarma işlər nəticəsində ərazinin abadlaşdığını və bununla da müqavilənin 2.15-ci bəndlərində nəzərdə tutulan torpaqların şoranlaşmasına yol verilməməsi öhdəliyinə əməl edildiyini qeyd edir. Halbuki ərazinin şoranlaşmasının qarşısının alınması faktını yalnız bu sahədə xüsusi biliyi olan mütəxəssis təyin edə bilərdi, bunun üçün torpaqdan nümunələr götürülməli və torpağın kimyəvi tərkibinin hansı qaydada dəyişməsi müəyyənləşdirilməli idi. Torpağın suvarılması və ya ona aqrotexniki qulluq edilməsi halı ərazinin görüntü olaraq abadlaşdırılmasına rəvac verə bilər, lakin torpağın şoranlanmasına təsirini müəyyən etmək üçün bununla bağlı mütəxəssis rəyi alınmalıdır. Həmçinin icarəçinin həyata keçirdiyi aqrotexniki qulluq və təmizləmə sahədə olan təbii bərpanın məhv edilməsinə gətirib çıxarır. Belə ki, intensiv bağçılıq zamanı mütəmadi olaraq ağacların arası müxtəlif texnika ilə işlənir, yəni texnika torpaqda olan hər bir şeyi doğrayaraq torpağa qarışdırır, beləliklə yaranan təbii bərpalar məhv edilir və yaranmasına maneə törədilir. Məhkəmənin mübahisəsiz hal hesab etdiyi ərazinin icarəyə verilməmişdən əvvəl kolluqlardan ibarət olması, lakin sonradan həmin kolların təmizlənməsi də bunun sübutudur. Belə ki, sözügedən kollar təbii bərpa olmaqla, ekoloji sistemdə mühüm rol oynayır. Aparılan meşəbərpa tədbirləri zamanı həmin kollar çıxarılmamalı idi. Bundan başqa, ağacların şəkilləndirilməsi, suvarma sistemləri, torpaq işləmələri kimi aqrotexniki üsullar meyvə bağlarında və əkin sahələrində istifadə edilir. Bu üsullar meyvə ağaclarının inkişafını stimullaşdırır, lakin təbii meşə ekosistemləri üçün mənfi nəticələr verə bilər. Belə ki, torpağın aqrotexniki yollarla işlənməsi, xüsusilə ağır maşınlar və ya əkinlə bağlı əməliyyatlar torpağın strukturlarını zədələyə bilər. Meşə sahələrinin təbii bərpası üçün bu, uyğun olmayan şərait yaradır. Aqrotexniki tədbirlər, məsələn, monokültür becərilməsi və ya intensiv suvarma sistemləri, yerli növlərdən olan bitkilərin inkişafını əngəlləyərək, biomüxtəlifliyi azaldır. Eyni zamanda, meyvə bağlarında və digər aqrotexniki sahələrdə pestisidlər, herbisidlər və fungisidlər istifadə edilir. Bu maddələr bitkiləri qorumaq məqsədilə tətbiq olunur, lakin onlar yerli ekosistemlər üçün ciddi təhlükə yaradır. Pestisidlər və herbisidlər torpağa və su resurslarına sızdıqda, bu maddələr torpağın kimyəvi tərkibini dəyişdirir. Məsələn, insekisidlər və fungisidlər torpaqdakı faydalı mikro orqanizmləri öldürür ki, bu da torpağın məhsuldarlığını azaldır. Herbisidlərin təsiri altında, yerli bitki növləri məhv olur, bu da ərazidəki flora və faunanın müxtəlifliyini azaldır. Meyvə bağlarında kimyəvi gübrələr istifadə olunur ki, bunlar torpaqda azot, fosfor və kalium kimi qida maddələrinin səviyyəsini artırmaq məqsədini güdür. Kimyəvi gübrələrin istifadə edilməsi nəticəsində torpaqların strukturu dəyişir. Həmçinin, bu gübrələr yağış suları ilə su hövzələrinə axaraq, ətraf mühitə əlavə çirklənmə mənbəyi olur. Bu da meşə bərpası üçün istifadə edilən sahələrin su balansını pozur.
İzahatlar Apellyasiya baxışında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzinin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq edərək bildirmişdir ki, iddiaçı ilə 04 noyabr 2019-cu ildə 70 hektar, 10 oktyabr 2020-ci ildə isə 30 hektar ümumilikdə 100 hektar meşə torpağının əkilməsi ilə bağlı müqavilə bağlanmışdır. Aparılan araşdırma zamanı sözügedən meşə torpağında cavabdeh tərəfindən meyvə ağaclarının əkilib becərilməsi aşkarlanmışdır. Müqaviləyə əsasən cavabdeh tərəfindən həmin torpaq sahəsində meşə cinsli ağacların əkilməsi yəni qoz, fındıq, zoğal və s. nəzərdə tululmuşdur. Bununla əlaqədar cavabdehə rəsmi qaydada məktub göndərilmişdir. İddiaçı Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, əvvəlki izahatını təsdiq edərək bildirmişdir ki, meşə torpaqları iki istiqamətdə icarəyə verilir, birincisi turizm, ikincisi isə meşələrin bərpası məqsədilə. Lakin turizm məqsədilə verilmiş torpaq sahələrində əsaslı tikinti işləri aparılmasına yol verilmir. Qeyd olunan ərazidə meşə cinsli ağaclar əkilməli idi. Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əvvəlki izahatını təsdiq edərək bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinə iddiaçı tərəfindən əkin işlərinin aparılması barədə qərarı ləğv olunmuşdur. Sonra isə iddiaçı həmin ərazidə əkin işlərinin aparılmaması barədə məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə, cavabdehə hər hansı bir layihə yəni meşə cinsli ağacların əkilməsi (yəni meşə əkin layihəsi) təqdim olunmamışdır. Meşə qanunvericiliyində meyvə ağaclarının əkilməsini qadağan edilməsi barədə qanun yoxdur. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini və izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı qətnaməni bütövlükdə mübahisələndirmişdir. İşin halları Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək X16 X2 rayon Havzova kəndi yaxınlığında meşəylə örtülü olmayan açıq sahədən aqrobağ salmaqdan ötrü 70 hektar torpaq sahəsinin uzun müddətli icarəyə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Surəti iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti Lənkəran X11 Mərkəzi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə ünvanlanmış 2019-cu il 4 noyabr tarixli, 867 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh aqrobağ salmaq məqsədi ilə icarəyə götürmək istədiyi ərazi X16 X3 meşəbəyliyinin 4 saylı kvartalının 16; 15; 10; 11 və 8-ci bölmələrində olmaqla, əvvəllər açıq tala olmuş, sonradan baxımsızlıq nəticəsində kollaşmış ərazidən ibarət olduğu, həmin ərazidə hal-hazırda heç bir meşəbərpa tədbirlərinin nəzərdə tutulmadığı, 70,0 ha sahənin Lənkəran şəhər sakini Cavabdeh aqrobağ salmaq məqsədi ilə icarəyə verilməsinə Lənkəran X11 Mərkəzi tərəfindən məqsədə müvafiq hesab edildiyi bildirilmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərdən görünür ki, Lənkəran rayon Osaküçə kənd sakini X9 3 ha, ünvan 2 ünvanında yaşayan Cavabdeh isə 30 ha meşə fondu ərazisində meyvə bağı salınması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək torpaq sahəsinin icarəyə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Surəti iş materiallarına əlavə edilmiş, Azərbaycan Respubliksının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X11 Mərkəzi tərəfindən Meşələrin İnkişafı Xidmətinə ünvanlanmış 2021-ci il 12 yanvar tarixli, 9 nömrəli məktubundan görünür ki, Cavabdeh aqrobağ satmaq məqsədi ilə 2019-cu ildə icarəyə götürdüyü ərazi Mərkəzin Haftonu meşəbəyliyinin 4 saylı kvartalının 8, 10, 11, 15 və 16-cı bölmələrində yerləşir. Hazırda onun əlavə olaraq götürmək istədiyi 30,0 hektar torpaq sahəsi də 4-cü kvartalın həmin bölmələrində yerləşməklə kollaşmış ərazidən ibarətdir. Həmin ərazidə halhazırda heç bir meşəbərpa tədbirləri nəzərdə tutulmur. Ona görə də 30,0 hektar sahənin Lənkəran şəhər sakini Cavabdeh 2019-сu il 30 dekabr tarixli B5 müqavilə əsasında verilmiş əraziyə əlavə olunaraq icarəyə verilməsinə Lənkəran X11 Mərkəzi etiraz etmir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Lənkəran X11 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli, 10 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” Müqaviləyə əsasən Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na uyğun icarəçinin 2019-cu il 25 oktyabr tarixli müraciətini nəzərə alaraq qeyd edilən sahə 15 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin müvafiq şərtləri: -1.1-ci bəndinə əsasən X16 X4 meşəbəyliyinin 4 kvartalının 15; 16; 10; 11; 8 bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş 70,0 hektar meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri meşə torpaqlarından sahə ayırmaq – icarədarın öhdəliyi kimi qeyd edilmişdir. -2.1-ci bəndinə əsasən meşəsalma tədbirləri sifarişinə uyğun olaraq öz vəsaiti hesabına meşə əkin layihəsi əsasında icarəyə verilmiş sahədə aqrotexniki tələblərə müvafiq ağac və kol bitkilərini əkmək və onlara xidməti təmin etmək; -2.2-ci bəndinə əsasən meşə fondu ərazisində və onun ətrafındakı sahədə torpağın şoranlaşmasına, münbitliyinin korlanmasına, ağacların kəsilməsinə yol verməmək, təbii landşaftın saxlanılmasına mane olmamaq, sanitar-gigiyena qaydalarına riayət etmək; -2.3-cü bəndinə əsasən icarəyə verilmiş sahədə heç bir əsaslı tikintiyə yol verməmək; -2.5-ci bəndinə əsasən icarəyə götürülmüş ərazidə və onun ətrafındakı sahədə torpağın münbitliyinin artırılması, lazımı rütubət mühitinin yaradılması su və kulək eroziyasından qorunmasını təmin etmək və bu barədə müvafiq təkliflər vermək; -2.7-ci bəndinə əsasən icarə haqqını müəyyən olunmuş müddətdə ödəmək; -2.12-ci bəndinə əsasən meşə fondu sahəsində meşəlik faizini təmin etmək; -2.15-ci bəndinə əsasən meşə fondu torpağında və onun ətrafında meşə qanunvericiliyinin və yanğından mühafizə qaydalarının pozulmasına, meşə əkinlərinin və təbii bərpanın məhv edilməsinə və torpaqların şoranlaşmasına yol verilməməsinə və digər təhlükəsizlik qaydalarına riayət etmək; -2.16-cı bəndinə əsasən meşə fondu sahəsində torpağın aqrokimyəvi xüsusiyyətini, münbitliyini yaxşılaşdırmaq, zənginləşdirmək məqsədilə üzvi və mineral gübrələrdən qanunvericiliyə və normativlərə uyğun istifadə etmək - icarəçinin öhdəliyi kimi nəzərdə tutulmuşdur. -3.1-ci bəndinə əsasən icarə haqqının məbləği icarəyə götürülmüş hər hektar üçün kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə torpaqların coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, 70 ha üçün 1.820,0 manat hesabı ilə aylıq, rüblük və illik müəyyənləşdirilir və müvafiq olaraq dövlət büdcəsinə ödənilir. -4.1-ci bəndinə əsasən bu müqaviləyə aşağıdakı hallarda xitam verilir: -4.1.1-ci yarımbəndinə əsasən İcarəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda. -4.1.2-ci yarımbəndinə əsasən İcarəçi tərəfindən müəyyən olunmuş müddətdə və sahədə müvafiq əkin salınmadıqda, habelə icarə haqqı müəyyən olunmuş müddətdə ödənilmədikdə. -4.1.3-ci yarımbəndinə əsasən İcarəçi tərəfindən sahədə qanunvericiliklə əkilməsi qadağan edilmiş bitkilər əkildikdə. -4.1.9-cu yarımbəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqda. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Lənkəran X11 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 10 dekabr tarixli, 8 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” Müqaviləyə əsasən, bir tərəfdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Lənkəran X11 Mərkəzi, digər tərəfdən İcarəçi Cavabdeh Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na uyğun olaraq, Lənkəran X11 Mərkəzinin meşəbəyliyinin 4-cü kvartalının 8, 10, 11, 15 və 16-cı bölmələrindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri meşə torpaqlarından 30 hektar sahəni İcarəçiyə ayırmağı, bu məqsədlə İcarəçini "Meşə əkini layihəsi" ilə təmin etməyi, İcarəçi ilə icarə haqqı ödməklə bərabər müqavilədə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirməyi öhdələrinə götürürlər. Müqavilənin digər şərtləri tərəflər arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli, 10 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” Müqavilənin şərtləri ilə eyni olmuşdur. Lənkəran rayonu, Haftoni qəsəbəsində meşə fondu torpaqlarından 70 ha torpaq sahəsinin icarə hüququ 2021-ci il 11 mart tarixində Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. 2020-ci il 10 oktyabr tarixli 8 saylı “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən Lənkəran rayonu, Haftoni qəsəbəsində meşə fondu torpaqlarından 30 ha torpaq sahəsi üzrə icarə hüququ 2021-ci il 11 mart tarixində Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Tərəflər arasında əvvəllər başqa məhkəmə mübahisələri olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2022-ci il 5 iyul tarixli 2-1(120)-1130/2022 nömrəli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X1rşı “2019-cu il 4 noyabr tarixli, 10 nömrəli və 2020-ci il 16 oktyabr tarixli 8 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrin ləğv edilməsinə dair 2022-ci il 5 yanvar tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, 2019-cu il xx.xx.2019-cu il tarixli, 10 nömrəli və 2020-ci il 16 oktyabr tarixli, 8 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilələrin ləğv edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran X11 Mərkəzinin 2022-ci il 5 yanvar tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli 2- 1(106)-228/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2022-ci il 5 iyul tarixli 2-1(120)-1130/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş 003004 nömrəli, 2024-cü il 21 fevral tarixli akta görə, Cavabdeh icarəyə verilmiş X16 X4 meşəbəyliyinin ərazisində yerləşən torpaq sahəsində meyvə ağaclarının əkilməsi müəyyən edilmişdir. Ç-MG/4024-013 nömrəli, 2024-cü il 21 fevral tarixli “məcburi göstəriş”ə görə, Cavabdeh X16 X4 meşəbəyliyinin ərazisində yerləşən torpaq sahəsində onun tərəfindən əkilmiş meyvə ağaclarının çıxarılaraq yerində meşə cinsli ağaclarının əkilməsi tapşırılmışdır. Məcburi göstərişin icrası üçün 10 gün müddət müəyyən edilmişdir. İddiaçının cavabdehə ünvanladığı 2024-cü il 21 fevral tarixli pretenziya məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 2019-cu il 30 dekabr tarixli 85 nömrəli qeydiyyatla 70 ha Meşələrin İnkişafı Xidmətinin 2020-ci il 6 noyabr tarixli 38 nömrəli qeydiyyatla 30 ha olmaqla ümumilikdə 100 ha ərazi 15 il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası”na uyğun icarəyə verilmişdir. İcarəyə verilmiş ərazidə meyvə cinsli ağaclar əkilmişdir. Sahədə əkilmiş meyvə cinsli ağacların meşə cinsli ağaclarla 10 gün ərzində əvəz edilməsinin təmin edilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, № 3(049)-633/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 2024-cü il 14 may tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2024-cü il 18 sentyabr tarixli 3(106)-425/2024 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 2024-cü il 23 iyul tarixli 3(049)-633/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli 3(049)-1004/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 2024-cü il 22 oktyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 2024-cü il 22 oktyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı cavabdehə ünvanladığı 2024-cü il 29 avqust tarixli pretenziya məktubunda qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Lənkəran X11 Mərkəzi (hazırda 1 saylı X11 Mərkəzi) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 4 noyabr tarixli 10 nömrəli və 2020-ci il 10 oktyabr tarixli, 8 nömrəli “Meşə fondu torpaqlarının icarəyə verilməsi” barədə müqavilələr üzrə Meşələrin İnkişafı Xidmətinin və 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahələrinə 2024-cü il 21 fevral tarixində baxış keçirilərkən 100 ha ərazidən 89 ha ərazidə 5 x 3 sxemində 2.000 ədəd şaftalı, 2.000 ədəd nektarin və 2.000 ədəd gilas, ümumilikdə 6.000 ədəd ting əkilməsi faktı müəyyən edilmişdir. Odur ki, sözügedən müqavilələrin 2.1, 2.12 və 2.15-ci bəndlərini pozduğunuzdan bağlanmış icarə müqavilələrinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı meşə fondu torpaqlarının icarəyə verilməsinə dair icarə müqavilələrinin ləğv edilməsi, 6000 tingin cavabdehin hesabına çıxarılması, cavabdehin istifadəsinə verilmiş ümumilikdə 100 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X11 Mərkəzinə təhvil verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi … Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. ... Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. ... Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir: icarəyə verilən sahənin sərhədləri; işin həcmi (ölçüləri); icarənin müddəti; icarə haqqının miqdarı və onun ödənmə qaydası; icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri; Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər. Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət proqramları hazırlanır. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir. ... Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin hüquqları Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər: onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq; müəyyən edilmiş həddə meşə fondundan istifadə; meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək; Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar.
Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. Maddə 55. Meşəbərpa qaydası Meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir. Maddə 63. Meşə fondunun səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpasının təmin olunmasında fiziki və hüquqi şəxslərin, ictimai birliklərin iştirakı Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin olunmasında iştirak edə bilərlər. “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli, 214 saylı qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: ...
3. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. ...
11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu torpaqlarından icarə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə; icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda; icarəçi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə; Meşə fondu torpaqlarından icarə hüququna xitam verilməsi barədə icarəçiyə rəsmi xəbər verilir.
Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. İddiaçı tələbində icarəçi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduğunu, cavabdehin icarə müqaviləsinin şərtlərini pozaraq torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyini, cavabdeh isə müqavilə pozuntusuna yol vermədiyini və sahədən razılaşdırılmış şərtlərə uyğun yararlandığını bildirir. İşin hallarından göründüyü kimi cavabdehin icarəsinə verilmiş torpaq sahəsi meşə fondu torpaqlarına aiddir. Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduğu barədə cavabdehə məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 14-cü maddəsində deyilir ki, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Konstitusiyanın 39-cu maddəsinə əsasən, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Ətraf mühitin qorunması hər bir şəxsin borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsi). Qanunun tələbinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Meşə Məcəlləsinin 11-ci maddəsinə görə Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Qanunda həmin torpaqların icarəsi zamanı onun müqavilə əsasında, Meşə Məcəlləsinin müəyyənləşdirdiyi və yalnız meşələrin bərpası məqsədilə törəməsi imperativ şərt kimi nəzərdə tutulmuşdur (Meşə Məcəlləsinin 14-cü maddəsinin 2-ci abzası). Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir. İş üzrə tərəflər arasında bağlanmış və yuxarıda göstərilən hər iki icarə müqaviləsinin 1.1-ci bəndindən görünür ki, icarəyə verilmiş meşə fondu sahəsində məqsəd ağac və kol bitkilərindən istifadə etməklə gələcəkdə meşəbərpa tədbirlərinin aparılmasıdır. Mübahisəsiz haldır ki, icarəyə götürülən sahələrdə faktiki olaraq meyvə bağları salınmışdır. Meşə Məcəlləsinə görə meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəkliklər olan meşələrin, meşə-bağların, bağların və həmin cinslərin plantasiyasılarının yaradılması mümkünlüyü də istisna olunmamışdır. Lakin onlar yabanı meyvə meşələri kateqoriyası kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli Qərarı ilə “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları” təsdiq olunmuşdur. Bu Qaydaların “Meşələrin bərpası” adlı İİİ bölməsinin 3.3-cü bəndinə görə meşələrin bərpası meşə tiplərindən, ərazilərin meşəbitmə şəraitindən, ağac və kol cinslərinin meşəçilik xüsusiyyətlərindən və meşə yetişdirilməsinin məqsədindən asılı olaraq aşağıdakı şərtləri təmin etməlidir: meşə sərvətlərinin meşəçilik, ekoloji və iqtisadi cəhətdən ən qısa müddətdə daha səmərəli üsullarla bərpa olunmasını; meşə fondu torpaqlarından səmərəli istifadə edilməsini; meşələrin məhsuldarlığının və ağaclarının keyfiyyətinin yaxşılaşdırılmasını; ərazinin optimal meşəlik faizinin təmin edilməsini; meşələrin suqoruyucu, sanitar-gigiyena, mühit əmələ gətirən və sair qoruyucu funksiyalarının artırılmasını. Meşə Məcəlləsinin 17-ci maddəsinin 2-ci hissəsində müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. İşin hallarından göründüyü kimi, sözügedən icarə müqavilələrinin şərtlərinə uyğun olaraq meşə fondu torpaqları meşə bərpa tədbirlərinin aparılması məqsədilə icarəyə verilsə də, orada kənd təsərrüfatında aparılan bağçılıqda istifadə olunan ağaclar əkilmişdir. Bu isə ona dəlalət edir ki, meşə fondu torpaqları, kənd təsərrüfatı təyinatlı torpaq kimi istifadə edilir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli 201 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları”nın 1.4-cü bəndinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Sözügedən icarə müqaviləsinin 1.2-ci bəndində “Meşə əkini layihəsi”nin icarəyə verənin vəzifəsi olması göstərilsə də, iddiaçı öz öhdəliyini icra etməmişdir. Bununla belə, həmin öhdəliyin icra olunmaması cavabdehə yuxarıda sadalanan meşə qanunvericiliyinə aid normaların tələblərini pozan hərəkətlərə yol vermək hüququ vermir və bu cür hərəkətlərin qanuniləşdirilməsi üçün əsas yarada bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə maddi və prosessual hüqu normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Apellyasiya şikayəti və iddia təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində 150 manat cavabdehdən tutulub Dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi:
İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X11 Mərkəzinin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-2(121)-139/2025 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X7 ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 10 nömrəli və xx.xx.2020-ci il tarixli 08 nömrəli icarə müqavilələri ləğv edilsin. xx.xx.2019-cu il tarixli 10 nömrəli və xx.xx.2020-ci il tarixli 08 nömrəli müqavilələr əsasında Cavabdeh icarəsinə verilmiş 100 ha torpaq sahəsinin 89 ha hissəsində əkilmiş 2000 şaftalı, 2000 nektarin və 2000 gilas, ümumilikdə 6000 ting onun hesabına çıxarılsın. Torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X11 Mərkəzinə təhvil verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq Cavabdeh 150 manat tutulub Dövlt büdcəsinə köçürülsün. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.