Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-40/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı – subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barəsində iddiasına dair kommersiya iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2- 2(121)-2124/2024 saylı (hakim N.Misirzadə) qərardadının ləğv edilməsinə dair cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı – subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barəsində iddiası Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2124/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 23.760 manat məbləğində borc və 161,28 manat məbləğində dövlət rüsumunun Cavabdeh1ndən alınaraq "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə, Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2124/2024 saylı qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmə iclasında araşdırılmış və məhkəmə hesab etmişdir ki, cavabdeh apellyasiya şikayəti vermə müddətini ötürdüyündən Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2124/2024 saylı qərardadına əsasən onun apellyasiya şikayəti özünə geri qaytarılmışdır. Hazırda cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2124/2024 saylı qərardadından məhkəməyə şikayət vermişlər. Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil şikayətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-2124/2024 saylı qərardadından narazıdır və bu məqsədlə də həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş edir. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə qəbul edilən qətnamə Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya və həmin Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməklə tərtib edilərək xx.xx.2024-cü il tarixdə "xxxx" informasiya sisteminə, habelə Cavabdeh1 elektron kabinetinə yerləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh apellyasiya şikayəti vermə müddətini ötürdüyündən, qeyd edilən qətnamədən apellyasiya şikayəti vermək hüququ keçmişdir. Qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmədiyindən, verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, avabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(121)-2124/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikasının MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Belə ki, müəyyən edilir ki, iş üzrə çıxarılmış qətnamə xx.xx.2024-cü il tarixdə "xxxx" informasiya sisteminə, habelə Cavabdeh1 elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə apellyasiya şikayətini xx.xx.2024-cü ildə vermişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini xx.xx.2024-cü il tarixinədək verməli olduğu halda bunu etməmiş və apellyasiya şikayətini 8 gün keçdikdən sonra vermişdir. Həmçinin cavabdeh şikayətinə müddətin bərpası barədə ərizəsini əlavə etməmişdir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2-2(121)-2124/2024 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-40/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-40/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver