Məhkəmə qərarları › İş №2-2(106)-88/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-88/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-88/2022 23.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx"ASC-nin cavabdeh "xxxx"MMC-yə qarşı iş üzrə Açar sözlər: podrat müqaviləsi üzrə borcun tutulması Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İlkin iddia üzrə İddiaçı1-nin nümayəndəsi X3, İlkin iddia üzrə Cavabdeh1-nin nümayəndəsi X6 iştirakları ilə, İlk iddia tələbi üzrə İddiaçı1-nin Cavabdeh1-nə qarşı, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1-nin cavabdeh İddiaçı1-nə qarşı "pul" tələblərinə dair iddiaları üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-17/2017 saylı 30 yanvar 2017-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı və ilkin iddia tələbi üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1 ilə Cavabdeh1 və “Enta Elektrik ve Ticaret Limited Şirketi” arasında 16 aprel 2013-cü il tarixdə bağlanmış AP414/0413 saylı subpodrat müqaviləsindən görünür ki, subpodratçı tərəfindən mühəndisin tələblərinə uyğun olaraq və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə İddiaçı1-nin təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə müvafiq Astara və Tovuz şəhərlərinin X8rğularının tikintisi layihəsi çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəsində göstərilən malların təchiz edilməsi və həmin Əlavədə göstərilən işlərin yerinə yetirilməsi, başa çatdıraraq İddiaçı1-də tam hazır vəziyyətdə təhvil verilməsi, İddiaçı1 tərəfindən isə subpodratçının təchiz etdiyi malların və gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqın ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflər arasında yaranan münasibətlər bu müqavilə və tərəflər arasında imzalanacaq Subpodrat Müqaviləsi üzrə Qaydalar ilə tənzimlənir. 16 aprel 2013-cü il tarixli, AP 414/0413 saylı subpodrat müqaviləsinə 1 saylı Əlavədən görünür ki, müqavilə üzrə tərəflər görüləcək işlərin həcmi və dəyəri, həmçinin müqavilə üzrə işlərin görülməsi üçün lazımi mal-materialların dəyəri barədə razılığa gəlmişlər. AP 414/0413 saylı müqavilə üzrə Ağstafa şəhərinin X8rğular Kompleksinin avadanlıqların təşkili və quraşdırılması üzrə 2013-cü il üçün yerinə yetirilmiş işlər haqqında arayışın (Forma 2) surətindən görünür ki, həmin arayış iddiaçı ilə cavabdeh tərəfindən imzalanıb təsdiq edilmişdir. AP 414/0413 saylı müqavilə üzrə Ağstafa şəhərinin X8rğular Kompleksinin avadanlıqların təşkili və quraşdırılması üzrə 2013-cü il üçün yerinə yetirilmiş işlər haqqında arayışın (Forma 2) surətindən görünür ki, həmin arayış iddiaçı ilə cavabdeh tərəfindən imzalanıb təsdiq edilmişdir. AP 414/0413 saylı müqavilə üzrə Ağstafa şəhərinin X8rğular Kompleksinin avadanlıqların quraşdırılması üzrə 2014-cü il noyabr ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışın (Forma 2) surətindən görünür ki, həmin arayış cavabdeh tərəfindən imzalanıb təsdiq edilsə də, iddiaçı tərəfindən möhürlə təsdiq edilməmişdir. 2014-cü il 28 noyabr tarixli “Forma 3” aktına əsasən (tərəflər arasında sonuncu rəsmi şəkildə təsdiq edilmiş) sifarişçi İddiaçı1 adından nümayəndəsi Göksel Aybek, subpodratçı Cavabdeh1nin adından X7 imzalamış və hüquqi şəxslərin möhürləri ilə təsdiq etmişlər, qalıq məbləğin 645114.60 manat məbləğində olduğu göstərilmişdir. 16 aprel 2013-cü il tarixdə tərəflər arasında bağlanan AP414/0413 saylı subpodrat müqaviləsinə əsasən, iddiaçının əldə etdiyi elektron vergi hesab-fakturaları Azərbaycan Respublikasının Vergilər Nazirliyindən sorğu edilmiş və sonuncu tərəfindən 2019-cu il 1 mart tarixli məktubla həmin məlumatlar məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-yə, üçüncü şəxs qismində “Enta Elektrik Sanayi və Ticaret Limited Şirkəti” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AP 414/0413 saylı, 16 aprel 2013-cü il tarixli subpodrat müqaviləsi üzrə yaranmış işlərin görülməsi üçün lazım olan malların alınmasına görə 307.679,19 manat, müqavilə üzrə görüləcək quraşdırma işlərinə görə 645.114,60 manat olmaqla, ümumilikdə 952.793,79 manat əsas məbləğin və 222.529,09 manat ƏDV-nin, həmin vəsaitdən faydalandığına görə 107,190 manat, həmin borca dəbbə pulu qismində hesablanmış 276.394,24 manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsi nəticəsində Azərbaycan manatının devalvasiyası üzrə dəymiş zərərin əvəzi qismində 952.793,79 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2.289.201,82 manat vəsaitin və 222.259,9 manat ƏDV-nin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin, cavabdeh iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın təmin edilməməsi və ilk iddia üzrə iddiaçı tərəfindən müqavilənin şərtlərinə riayət edilməməsinə görə ödənilməli olan 322.829,03 manat, özgənin pul vəsaitini qanunsuz saxlamaqla öhdəliyini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun borcun gecikdirildiyi 30 oktyabr 2014-cü il tarixdən qarşılıqlı iddia ərizəsinin tərtib edildiyi 21 noyabr 2016-cı il tarixədək 32.282,90 manat, gecikdirilmiş müddəti, Azərbaycan manatının devalvasiya nəticəsində dəymiş zərərin əvəzi qismində 322.829,03 manat, səyyar verginin tətbiq etdiyi 218.723,69 manat maliyyə sanksiyası, Türkiyədə avadanlıqları saxlamaq üçün əlavə ödənilmiş 87.100,0 manat olmaqla cəmi 983.764,65 manat vəsaitin ilk iddia üzrə iddiaçıdan tutularaq ilk iddia üzrə cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 16 aprel 2013-cü il tarixli, AP 414/0413 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin tələblərinə əsasən, ilk iddia üzrə cavabdeh Ağstafa və Tovuz şəhərlərinin X8rğularının tikintisi layihəsi üzrə çirkab su təmizləyici qurğusunun texnoloji avadanlıqlarının təmini, montajı, avtomatlaşdırılması işlərinin görülməsini, iddiaçı isə cavabdehin təchiz etdiyi malların və gördüyü işlərin müqabilində müqavilə ilə razılaşdırılmış haqqın ödənilməsini öhdələrinə götürmüşdürlər. Müqavilənin dəyəri 3.403.873,09 manat olaraq müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə işlərin görülməsi üçün lazım olan malların alınmasına görə ƏDV xaric 1.555.471,19 manat, avadanlıqların quraşdırılması üçün isə ƏDV xaric 1.364.313 manat və 351.984,81 manat ƏDV avans olaraq ödənilmişdir. Cavabdeh tərəfindən cəmi 1.247.792 manat dəyərində avadanlıq təchiz edilmiş, habelə 28 noyabr 2014-cü il tarixli “Subpodratçının görülmüş işlərə dair qəbul aktı”na əsasən avadanlıqların quraşdırılması üçün ödənilən avans məbləğindən ƏDV xaric 719.198,40 manat vəsait tutulmuşdur. Lakin malların alınmasına görə ödənilmiş avans vəsaitdən 307.679,19 manat dəyərindən avadanlıq cavabdeh tərəfindən təchiz olunmamış, müqavilə üzrə öhdəliklərin icrası tam təmin olunmamış və iddiaçı tərəfindən avans olaraq ödənilmiş pul vəsaitləri ona geri qaytarılmamışdır. Bununla əlaqədar dəfələrlə cavabdehə şifahi, həmçinin yazılı qaydada müraciət olunmuş və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb edilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh ödənişin aparılmasından yayınmışdır. Bundan əlavə, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, hər gecikdirilmiş gün üçün müqavilənin ümumi məbləğinin 0,01 faiz miqadarında cərimə tətbiq etməklə, 30 iyul 2014-cü il tarixdən 2016-cı il 20 oktyabr tarixinədək, yəni icranın gecikdirildiyi 812 gün üçün 276.394,24 manat (3.403.873,09 x 0,01% x 812 = 276.394,24) cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, iddiaçının haqqı çatdığı ödənişi ala bilməməsi, manatın 2015-ci il və 2016-cı ilin əvvəlində təqribən 100 faiz həcmdə devalvasiyası nəticəsində həmin ödənişdən əldə edə biləcəyi gəlirlərinə mənfi təsirini göstərmişdir. Ödənişin gecikdirilməsi ilə xarici iqtisadi əlaqələrin iştirakçısı olan iddiaçı həmin məbləği ABŞ dollarına mübadilə etmək imkanından məhrum olmuş, nəticədə ona külli miqdarda ziyan dəymişdir. Manatla ifadə olunmuş müqavilələr üzrə ödəniş öhdəliyinin əmələ gəldiyi tarixə 1 ABŞ dollarına nisbətdə manatın məzənnəsi 0,78 AZN, ilkin iddia verilən zaman isə təqribən 1,60 manat olduğu nəzərə alınarsa, manatın təqribən 2(1,60/0,78=2,05) dəfə dəyər itirdiyi məlum olur. Bu səbəbdən, iddiaçıya ödənilməli olan 952.793,79 manat məbləğdən əlavə, manatın ən azı 100 faiz həcmində dəyərsizləşməsi nəzərə alınaraq 952.793,79 manatın ödənilməsi təmin olunmalıdır. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1, 21.2, 385.1, 421.2, 425.1, 425.2, 442, 445.1, 448.1, 449, 752.1, 753.1, 769-cu maddələrinə istinad etmişdir. Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, 12 iyul 2013-cü il tarixdə tərtib olunmuş akta əsasən yerinə yetirilmiş işlərin və (Forma 2, 3) avadanlığın təchizatı 344.820 manat, avadanlığın təchizatı üzrə 12 iyul 2013-cü iltarixdə tərtib olunmuş akta əsasən 217.236,60 manat, görülmüş işlər üzrə 31 oktyabr 2013-cü il tarixdə tərtib olunmuş akta əsasən 75.000 manat, avadanlığın təchizatı üzrə 31 oktyabr 2013-cü il tarixdə tərtib olunmuş akta əsasən 581.924,79 manat, avadanlığın təchizatı üzrə 10 dekabr 2013-cü il tarixdə tərtib olunmuş akta əsasən 754.059,82 manat, 19 sentyabr 2014-cü il tarixdə tərtib olunmuş akta əsasən 534.778,01 manat, 28 noyabr 2014-cü il tarixdə tərtib olunmuş akta əsasən 149.707,13 manat, 2014-cü ilin noyabr ayı tərtib olunmuş akta əsasən 373.440,96 manat məbləğində iş yerinə yetirilmiş və avadanlıq təchiz olunmuşdur. Ümumilikdə, 3.030.967,31 manat (ƏDV-siz) iş yerinə yetirilmiş və mal-material təchiz olmuşdur və elektron qaydada ilk iddia üzrə iddiaçıya elektron vergi hesab faktura əsasında hesabfaktura verilmişdir. İddiaçı tərəfindən müqavilənin şərtlərinin pozulması nəticəsində müəssisəyə külli miqdarda ziyan dəymişdir. Bu barədə cavabdehə rəsmi qaydada yazılı məktublarla və elektron (e-mail) poçtla etirazlar bildirilmişdir. 16 aprel 2013-cü il tarixli subpodrat müqaviləsində Ağstafa şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən quraşdırılmasında elektromexaniki işlər müəssisə tərəfindən yerinə yetirilmiş, inşaat işləri cavabdeh tərəfindən gecikdirildiyindən, tikinti işlərinin gedişatı yavaş getdiyindən, inşaat işləri bitirilmədiyindən, görülən işlərin dəyəri vaxtında ödənilmədiyindən, Türkiyədən zavodda istehsal olunmuş avadanlığı vaxtında Azərbaycana gətirə bilməmiş və əlavə olaraq zavodda istehsal olunmuş avadanlıqları saxlamaq üçün həmin zavodlara əlavə 87.100 manat ödəmişdir. Subpodrat müqaviləsinin vaxtı 31 mart 2014-cü il və 30 iyul 2014-cü il tarixlərinə uzadılmaqla da müəssisəyə külli miqdarda ziyan vurulmuşdur. Cavabdehin ödənişi müqavilə üzrə həmişə gecikmələrlə olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin bundan sonra mətndə VM) 58-ci maddəsinə əsasən, müqavilə üzrə xidmət və ya iş görülürsə, müqavilənin ƏDV-siz dəyəri ödənilirsə, onun ƏDV-si də həmin tarixdə ödənilməlidir. Lakin iddiaçı heç vaxt bu şərtə əməl etməmişdir. İşin materiallarından görünür ki, müqavilə üzrə əsas məbləğ ödənilmiş və onun ƏDV-si 3 aydan sonra ödənilmişdir. İddiaçının ƏDV sub-uçot hesabının çıxarışından görünür ki, əsas məbləğlə ƏDV ödənişi arasında çox böyük fərq yaranmış və ayrı-ayrı tarixlərdə ödənişlər olmuşdur. Cavabdehin təqsiri üzündən səyyar vergi yoxlaması nəticəsində müəssisəyə ƏDV-ni gec ödədiklərinə görə 218.723,69 manat maliyyə sanksiyası tətbiq etmişdir. Yaranmış borcun və zərərin ödənilməsilə əlaqədar cavabdehə yazılı və şifahi müraciətlər olunsa da, ödənişin aparılmasından imtina edilmişdir. Noyabr 2014-cü il tarixli “Forma 2” aktında mal-materialların təchizatı və yerinə yetirilmiş işlərin qəbulunda cavabdehin layihə rəhbəri, texniki ofis işlərin qəbulunu öz imzaları ilə təsdiq etmişdir. İndiyə kimi 22.829,03 manat (ƏDV daxil) görülən işlərin dəyəri ödənilməmişdir. İddiaçı tərəfindən bugünədək pul vəsaitinin heç bir qanuni əsas olmadan ödənilməməsi nəticəsində müəssisəyə külli miqdarda zərər dəymişdir. Digər tərəfdən, Azərbaycan manatının 2015-ci ildə və 2016-cı ilin əvvəlində 100%-dən çox həcmdə devalvasiyası haqları olan ödənişi ala bilmədiklərindən müəssisəyə mənfi təsirini göstərmişdir. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-in 449.1, Azərbaycan Respublikası VM-in 58-ci maddələrinə istinad edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2-2(86)-17/2017 saylı qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir (hakim M.Həsənov). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər öz tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 442, 448.1, 448.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 iyun 2017-ci il tarixli, 2-2(106)-22/2017 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki, mühasibatlıq, əmtəəşünaslıq ekspertizası təyin edilmiş ekspert tərəfindən 7 fevral 2018-ci il tarixli, 20113 saylı rəy tərtib olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 may 2018-ci il tarixli 2-2(106)-03/2018 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Z.Zeynalov, hakimlər Q.Kərimov və İ.Əsədov). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qanuni və əsaslı hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 76.1, 76.2, 80, 106.1,385.1, 442, 448.2, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 101.3, 103.1, 103.2, 217, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən həmçinin cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2-2(102)-369/18 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev). Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən tərəflərin istinad etdikləri sübutları mülki prosessual qanunvericiliyin tələblərinə uyğun araşdırmamış, onlara tərəflərin iddia tələblərində və apellyasiya şikayətlərində istinad etdiyi hallar nəzərə alınmaqla qiymət verilməmişdir. Məsələn, qarşılıqlı iddia üzrə iddiaçının görülmüş işlərə və həmin işlərin dəyərinin qismən ödənildiyinə dair tərtib etdiyi arayışdakı məlumatların təsdiqi üçün istinad etdiyi sənədləri, habelə zərərə məruz qalmasının təsdiqi kimi təqdim etdiyi vergi orqanının məlumatlarını, vergi orqanının qərarından verdiyi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktını hansı səbəbdən mötəbər sübut kimi qəbul etmədiyini, yaxud həmin məlumatların hazırkı işə aid olmadığını qətnamədə əsaslandırmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi təyin etdiyi kompleks məhkəmə tikinti-texniki, mühasibatlıq, əmtəəşünaslıq ekspertizası üzrə tədqiqatın nəticələrinə dair ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, “Məhkəmə kollegiyası iş üzrə ekspertiza rəyini tədqiq edərək digər sübutlarla yanaşı qiymətləndirərək ilk və qarşılıqlı iddianın təmin edilməsi baxımından sübut növü kimi qəbul etməmişdir”. Nəzərə alınmalıdır ki, ekspert rəyi məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini digər hansı sübutlarla yanaşı qiymətləndirdiyini, eyni zamanda hansı səbəbdən (məsələn, ekspertizanın qanunu pozmaqla keçirilməsi və s.) onu sübut növü kimi qəbul etmədiyini qətnamədə göstərməmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi (eyni vaxtda) ekspert rəyini həm sübut növü kimi qəbul etmədiyini, həm də onu (artıq, sübut növü kimi) digər sübutlara yanaşı qiymətləndirdiyini göstərmişdir. İstinad edilən rəydə ekspert müqavilə üzrə dəyəri, faktiki görülmüş işin dəyəri, habelə görülmüş işlərin qəbulu ilə bağlı məlumatları aşkar təsdiq etdiyi halda, məhkəmə həmin nəticəni nə üçün qəbul etmədiyini də əsaslandırmamışdır. Kassasiya instansiyası məhkəməsi nəticəsini “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1, Azərbaycan Respublikası MPM-in 76.2, 88, 103.2, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsinin 4 aprel 2019-cu il tarixli, 2-2(106)-18/2019 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki, mühasibatlıq ekspertizaları təyin edilmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 24 iyul 2020-ci il tarixli ekspert rəyi verilmişdir. Rəyə əsasən, Ağstafa rayonunda yerləşən Ağstafa və Tovuz şəhərlərinin X8rğularının tikintisi layihəsi üzrə inşa olunmuş çirkab su təmizləyici qurğu sistemləri işlək vəziyyətdə olduğu üçün və “Forma 2” aktları üzrə cavabdehin təchiz etdiyi mal-materiallar və yerinə yetirdiyi işlər iddiaçı və cavabdeh tərəfindən imzalanıb və möhürlə təsdiq edildiyini nəzərə alaraq, cavabdeh tərəfindən işlər tam yerinə yetirildiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 16 aprel 2013-cü il tarixdə bağlanmış AP414/0413 saylı subpodrat müqaviləsinə əsasən layihə üzrə iddiaçının ühəndis heyəti, layihə rəhbəri tərəfindən imzalanmış 28 noyabr 2014-cü il tarixli “Forma 2” aktı üzrə elektrik işləri, daxili və xarici işıqlandırma işləri, texnoloji boru xətlərinin çəkilməsi cavabdeh tərəfindən yerinə yetirilmişdir. Cavabdeh və "Enta Elektrik Sanayi və Ticaret Limited Şirketi" ilə iddiaçı arasında bağlanmış AP414/0413 saylı, 16 aprel 2013-cü il tarixli subpodrat müqaviləsinə əlavə olunmuş “Forma 2” və “Forma 3” aktlarına əsasən, 12 iyul 2013-cü il tarixdə tərtib olunmuş akta əsasən avadanlığın quraşdırılmasına görə ƏDV-siz 344.820.0 manat, həmin işlərin ƏDV-si 62.067.60 manat, avadanlığın təchizatı üzrə tərtib olunmuş akta əsasən ƏDV-siz 217.236.60 manat, ƏDV-si 39.102.0 manat, 2013-cü il 31 oktyabr tarixdə tərtib olunmuş akta əsasən avadanlığın quraşdırılması ƏDV-siz 75000.0 manat, ƏDV-si 13.500.0 manat, avadanlığın təchizatı üzrə tərtib olunmuş akta əsasən 581.924.79 manat, 2013-cü il 10 dekabr tarixdə avadanlığın təchizatı üzrə tərtib olunmuş akta əsasən 754059.82 manat və 19 sentyabr 2014-cü il tarixdə avadanlığın quraşdırılması ƏDV-siz 535.379.57 manat, ƏDV-si 96.260.04 manat və 28 noyabr 2014-cü il tarixdə tərtib olunmuş akta əsasən avadanlığın quraşdırılması və təchizatı ƏDV-siz 150.355.13 manat, ƏDV-si 26.947.29 manat məbləğində müəyyən olunmuşdur. Vergilər Nazirliyinin Avtomatlaşdırılmış X5 (AVİS) tərəfindən qeydə alınmış 16 aprel 2013-cü il tarixdə bağlanan AP414/0413 saylı subpodrat müqaviləsinə əsasən vergi-hesab fakturalara əsasən dəyəri müəyyən edilməsi iqtisad ekspertizasının predmetinə aid olmadığı üçün bu hissədə tədqiqat aparılmamışdır. 28 noyabr 2014-cü il tarixdə tərtib olunmuş akta əsasən AP414/0413 saylı müqavilə üzrə Ağstafa şəhərinin X8rğular kompleksinin avadanlıqlar quraşdırılması üçün ayrılmış ümumi məbləğdən 611.888.62 manat qalıq borcu olduğu müəyyən olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-2(106)-02/2020 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmadığı hissədə ləğv olunmuş, ilk iddia tələbi qismən – 611.888,62 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin olunmuşdur (sədrlik edən T.Kərimov, hakimlər T.Heydərov və F.Soltanov). Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında sonuncu rəsmi şəkildə təsdiq edilmiş, iddiaçının adından onun nümayəndəsi Göksel Aybek, cavabdehin adından isə Rafiq İmanov tərəfindən imzalanmaqla müəssisələrin möhürləri ilə təsdiq edilmiş 28 noyabr 2014-cü il tarixli “Forma 3” aktı ilə cavabdehin avans ödənişi üzrə 645.114,60 manat qalığının olduğu razılaşdırılmış, cavabdehin sübut qismində təqdim etdiyi 28 noyabr 2014-cü il tarixli “Forma 2” aktı isə ilk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən deyil, böyük mütəxəssisi tərəfindən imzalanmış, lakin müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Cavabdehin istinad etdiyi 2014-cü il tarixli “Forma 2” aktı bilavasitə iddiaçıya təqdim edilməmiş, həmin sənəd tərəflər arasında bağlanmış müqavilə üzrə qaydalarda nəzərdə tutulan formada yoxlanılaraq təsdiq edilməmişdir. Bununla da, məhkəmə kollegiyası tərəflər arasında yekun təhviltəslim aktının imzalanmaması nəticəsinə gəlmiş və hesab etmişdir ki, iş üzrə əldə olunmuş ekspert rəyi özündə real vəziyyəti əks etdirdiyindən, mötəbər sübut kimi qəbul edilməli və ilk iddia tələbi ekspert rəyi ilə müəyyən olunan borc məbləği həddində təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 752.1, 759.1, 759.2, 764.1, 764.2-ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, onun ləğv, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 mart 2021-ci il tarixli 2-2(102)-94/21 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın qismən təmin olunmuş hissədə və qarşılıqlı iddianın 322.829,03 manat məbləğinin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması tələbinin təmin olunmadığı hissədə ləğv edilmiş, həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən S.Hüseynova, hakimlər A.Hüseynov və B.Məmmədli). Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş işlərin görülməsinə dair 28 noyabr 2014-cü il tarixli “Forma 2” aktı iddiaçı tərəfindən ya qəbul edilməklə təsdiq olunmalı və yaxud öz düzəlişlərini cavabdehə təqdim olunmaqla yeni “Forma 2” təqdimi tələb edilməli idi. Sonuncu şərt iddiaçı tərəfindən yerinə yetirilmədiyi təqdirdə iş qəbul olunmuş hesab edilməli idi. Apellyasiya məhkəməsi “Subpodrat müqaviləsi üzrə Qaydalar”ın 22.2-ci bəndinə əsaslansa da, həmin müqavilə şərtlərində və MM-in 770-ci maddəsinin dispozisiya şərtlərində müəyyən edilmiş hallara hüquqi qiymət verməmiş, işin müəyyən etdiyi hallarına müvafiq olaraq bilavasitə uyğun olan maddi hüquq normasını tətbiq etməmişdir. Çünki, MM-in 770-cı maddəsində müəyyən edildiyi kimi, əgər sifarişçi tərəfindən işin qəbul edilməsi xüsusi olaraq müqavilədə nəzərdə tutulmuşdursa, bu qaydaya riayət olunduğu təqdirdə ödənişlərin aparılması ilə bağlı iddiçının öhdəliyi yaranmış hesab olunmalıdır. Tərəflər arasında məhz bu qaydanın tətbiqi təsvir olunmuş müqavilədə müəyyən edildiyindən, işlərin qəbul edilməsinə dair “Forma 2” aktını ya iddiaçı tərəfindən qəbul olunmamasının əsasları müəyyən edilməli, belə əsaslar mövcud olmadığı halda isə müvafiq avans ödənişlərinin iddiaçı tərəfindən tələb olunması qanunamüvafiq hesab olunmamalıdır. Məhkəmə Kollegiyası göstərmişdir ki, apellyasiya məhkəməsinin mübahisəli “Forma 2“ aktının hansı səbəblərdən iddiaçı tərəfindən qəbul olunmadığı məsələsinə mülki qanunvericiliyin müddəalarının və müqavilə şərtlərinin tələbləri baxımından qiymət verilmədiyindən, cavabdehin dəlilinin əlavə olaraq qiymətləndirilməsi qeyri-mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərində cavabdeh yalnız 28 noyabr 2014-cü il tarixli “Forma 2” aktına dair apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirməni mübahisələndirmiş, həmin məsələ isə yalnız iddiaçının birinci tələbi və ona müvafiq verilmiş birinci qarşılıqlı iddia tələbi ilə bağlı olmuşdurlar. Digər iddia tələbləri ilə bağlı isə cavabdeh şikayətində hər hansı hüquqi əsaslandırmasını aparmadığından, kassasiya instansiya məhkəməsi tərəfindən öz təşəbbüsü ilə onlara münasibətin bildirilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası MM-in 752.1, 753.1, 762.1, 763.1, 773, 776, 769, 770, Azərbaycan Respublikası MPM-in 386, 417.1.3, 418.2, 419.2.11-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Şirvan Apellyasiya Məhkəməsinin 1 iyul 2021-ci il tarixli, 2-2(106)-130/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehin 322.829,03 manat pul tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, iddiaçıdan 322.829,03 manat məbləğində pul alınaraq cavabdehə ödənilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi qət edilmişdir (sədrlik edən N.Mirzəyev, hakimlər S.Mayılov və İ.Əhmədov). Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş üzrə verilmiş 24 iyul 2020-ci il tarixli ekspert rəyində 16 aprel 2013-cü il tarixdə bağlanmış subpodrat müqaviləsinə əsasən 28 noyabr 2014-cü il tarixli Forma 2 aktı üzrə elekrik işləri, daxili və xarici işıqlandıma işləri, texnoloji boru xətlərinin çəkilməsi Cavabdeh tərəfindən yerinə yetirilmişdir. Subpodratçı tərəfindən görülmüş işlərin sifarişçi tərəfindən hər hansı bir etiraz irəli sürülmədən qəbulu və müqavilə öhdəliyinin tam olaraq yerinə yetirilməməsinə dair subpodratçıya qarşı hər hansı bir tələbin irəli sürülmədən qəbulu müqavilə öhdəliyinin tam olaraq yerinə yetirilməməsinə dair subpodratçıya qarşı hər hansı bir tələbin irəli sürülməsi iddiaçının iddia tələbində haqlı olmaması qənaətinə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi nəticəsini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 21.2, 385.1, 386.1, 752, 753.1, 753.2, 753.3, 759.2, 769, 770, 773, 776.1, 776.2-ci maddələrinə, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.2-ci maddələrinə istinad etmişdir.Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-2(102)-76/22 saylı qərarı ilə ilkin iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2-2(106)-130/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. (sədrlik edən K.Abiyeva, hakimlər B.Qəribov və İ.Dadaşov). Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsindən ilkin iddiaçının apellyasiya şikayətini təmin etməsə də, qətnamənin həmin tələbə aid hissədə dəyişdirilmədən saxlanılıb-saxlanılmamasını qətnaməsində göstərməmiş, həmçinin həmin apellyasia şikayətinin dəlilləri üzrə hüquqi qiymətləndirmə aparmamışdır. Bununla da məhkəmə MPM-nin 392.2-ci maddəsinin tələblərini pozmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə verilmiş 24 iyul 2020-ci il tarixli ekspert rəyi natamam qiymətləndirilmiş, rəyin digər hissələri üzrə müəyyən halların nəzərə alınmamasının səbəbləri göstərilməmiş, bununla da MPM-nin sübutların, o cümlədən ekspert rəyinin qiymətləndirilməsinə dair 80, 81, 88 və 103.3-cü maddələrinin tələbləri pozulmuşdur. Qarşılıqlı iddia tələbinə gəldikdə, məhkəmə kollegiyası qenyd edilməsini zəruri hesab edir ki, qarşılıqlı iddiaçı (cavabdeh) ərizəsində ilkin iddiaçıya görülmüş işlərin dəyərindən 322.829,03 manatın ödənilməməsinə istinadla, həmin məbləğin tutulmasını xahiş etsə də, sonuncunun hazırki işə birinci dəfə kassasiya qaydasında baxılmasına əsas olmuş kassasiya şikayətində (İV cild i.v 179) görülmüş işlərin dəyərindən 178.506,07 manatın ödənilmədiyi, başqa sözlə, ilkin iddiaçının borcunun 178.506,07 manat olduğu göstərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia tələbi üzrə İddiaçı1-i apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqaviləyə əsasən Subpodratçı “Ağstafa və Tovuz şəhərlərinin X8rğularının tikinti layihəsi üzrə çirkab su təmizləyici qurğusunun texnolj avadanlıqlarının təmini, montajı, avtomatlaşdırılması” işlərinin görülməsini öz öhdəsinə götürmüşdür. Cavabdehə bu müqavilə üzrə işlərin görülməsi üçün lazım olan malların alınmasına görə xx.xx.2013-cü il tarixli, 3402 nömrəli ödəniş tapşırığı ilə - ƏDV xaric 217 236,60 (iki yüz on yeddi min iki yüz otuz altı manat, altmış qəpik) manat, xx.xx.2013-ci il tarixli, 8036 nömrəli ödəniş tapşırığı ilə - ƏDV xaric 443 178,07 (dörd yüz qırx üç min yüz yetmiş səkkiz manat, yeddi qəpik) manat, xx.xx.2013-cü il tarixli, 100172 nömrəli) tarixli ödəniş tapşırığı ilə - ƏDV xaric 450 000 (dörd yüz əlli min manat) manat, xx.xx.2014ci il tarixli, 180 nömrəli ödəniş tapşırığı ilə - ƏDV xaric 445 056.52 (dörd yüz qırx beş min əlli altı manat, əlli iki qəpik) manat, cəmi ƏDV xaric 1555 471,19 (bir milyon beş vüz əlli beş min dörd yiiz yetmiş bir manat, on doqquz qəpik) manat məbləğində avans ödənişi həyata keçirilmişdir. Lakin cavabdeh xx.xx.2013-cü il tarixli 8898,1, 925007. 925008. 889870, 925006 nömrəli gömrük bəyannamələri ilə 542 599 (beş yüz qırx iki min beş yüz doxsan doqquz) manat. xx.xx.2014-cü il tarixli 979588. 979589. 979587 nömrəli gömrük bəyannamələri ilə 166 332 (yüz altmış altı min üç yüz otuz iki manat) manat, xx.xx.2014-cü il tarixli, 917077, 933345, 917076, 933342, 933343, 933*344 nömrəli gömrük bəyannamələri ilə 341 783 (üç yüz qır bir min yeddi yüz səksən üç manat) manat, 21.01 2014-cü il tarixli, 980011 nömrəli gömrük bəyyanaməsi ilə 7000 (yetmiş min səkkiz yüz manat) manat, cəmi 1247 792 (bir milyon iki yüz qərx yeddi manat yeddi yüz doxsan iki manat) manat dəyərində avadanlıq təchiz etsədə, dəyəri qabaqcadan avans ilə ödənilən 307 679.19 (üç yüz yeddi min altı yüz yetmiş doqquz manat, on doqquz qəpik) manat dəyərində avadanlığı bu günədək hələdə təchiz etməmiş və iddiaçı tərəfindən edilən avans ödənişləri geri qaytarılmamışdır. Həmçinin cavahbdehə avadanlıqların quraşdırılması üçün 351 984,81 (üç yüz əlli bir min doqquz yüz səksən dörd manat, səksən bir qəpik) manat dəyərində ƏDV və əsəs məbləğdən xx.xx.2013-cü il tarixli, 1447 nömrəli ödəniş tapşırığı ilə - ƏDV xaric 924 313 (doqquz yüz iyirmi dörd min üç yüz on üç) manat, xx.xx.2014-cü il tarixli, 1242 nömrəli ödəniş tapşırığı ilə - ƏDV xaric 100 000 (bir yüz min manat) manat, xx.xx.2014-cü il tarixli, ******* nömrəli xəzinə məxaric orderi ilə - ƏDV xaric 20 000 (iyirmi min manat) manat, xx.xx.2014-cü il tarixli, 00019710 nömrəli xəzinə məxaric orderi ilə - ƏDV xaric 20 000 (iyirmi min manat) manat, xx.xx.2014-cü il tarixli, 1257 nömrəli ödəniş tapşırığı ilə - ƏDV xaric 300 000 (üç yüz min manat) manat, cəmi ƏDV xaric 1 364 313 (bir milyon üç yüz altmış dörd min üç yüz on üç manat) manat əsas və 351 984,81 ( üç yüz əlli bir min doqquz yüz səksən dörd manat, səksən bir qəpik) manat dəyərində ƏDV məbləğində avans ödənişləri həyata keçirilmişdir. xx.xx.2014-ci il tarixli subpodratçının görülmüş işlərə dair qəbul aktına (Forma 3) əsasən, cavahdehə avadanlıqların quraşdırılması üçün ödənilən ümumi avans məbləğindən, görülmüş işlərə görə ƏDV xaric 719 198,40 (yeddi yüz on doqquz min yüz doxsan səkkiz manat, qırx qəpik) manat vəsait tutulmuşdur. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası tam təmin edilməmiş və iddiaçı tərəfindən edilən 645114.60 (altı yüz qırx beş min yüz on dörd manat, altmış qəpik) manat dəyərində avans ödənişləri geri qaytarılmamışdır. Bununla əlaqədar dəfələrlə cavabdehə şifahi, həmçinin yazılı qaydada (pretenziya qaydasında) müraciət olunmuş və müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Lakin, bütün bunlara baxmayaraq, cavabdeh ödənişin aparılmasından yayınmışdır. Hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində Cavabdeh1 tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, lakin birinci instansiya məhkəməsi bu münasibətlərin mahiyyətini nəzərə almamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, subpodratçı mühəndisin tələblərinə uyğun olaraq smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə İddiaçı1-nin təstiq etdiyi və ya təqdim etdiyi layihəyə müvafiq Ağstafa və Tovuz şəhərlərinin X8rğularının tikintisi layihəsi çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəsində göstərilən malları təchiz etməyi və həmin əlavədə göstərilən işləri yerinə yetirməyi, başa çatmağı və İddiaçı1-ə tam hazır vəziyyətdə təhvil verməyi, İddiaçı1 isə subpodratçının təchiz etdiyi malların və gördüyü işlərin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürürlər. Qaydaların 8.2-ci bəndinə əsasən İddiaçı1 iş sahəsini protokollaşdırılmış qaydada bir dəfəyə tam, yaxud lazım gəldikdə, hissələr şəkilində subpodratçıya təhvil verməyi, subpodratçı isə iş sahəsi ona təhvil verildikdən sonra müqaviləyə 8 saylı əlavədəki işlərin icrası qrafikində gösətrilən müddət ərzində (tərəflər xx.xx.2013-cü il tarixli, AP 414/0413 saylı subpodrat müqaviləsinin 08 saylı əlavəsinin işin müddətinə dair, 28 mart 2014-cü il tarixli, 8 B saylı Əlavədə müvafiq müddəaları dəyişdirərək aşağıdakı kimi redaksiya olunmuşdur: “Subpodratçı 16 aprel 2013-cü il tarixli AP 414/0413 saylı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərini 30 iyul 2014-cü il tarixinədək gec olmayaraq başa çatdırmağı və görülmüş işləri İddiaçı1-ə 16 aprel 2013-cü il tarixli, AP 414/013 saylı müqaviləsi və subpodrat müqviləsi üzrə qaydalarla nəzərdə tutulmuş qaydada təhvil verməyi öz öhdəsinə götürür) işçi heyətini və avadanlıqları sahəsinə gətirərək işə başlamağı öhdəsinə götürmüşdür. Subpodratçı göstərilən müddətdə işə başlamadıqda, İddiaçı1 geçikdirilən müddət üçün 9-cu maddəni tətbiq edə və yaxud subpodrat müqaviləsini ləğv edə və tələblərini təminatlara yönəldə bilər. Belə olan halda iş subpodratçı hesabına İddiaçı1 tərəfindən icra edilir və ya İddiaçı1 işi üçüncü şəxsə tapşırır. Bu zaman işin müqavilədəki qiyməti ilə İddiaçı1-ə başa gəldiyi qiymət arasındakı fərq pul podratçı tərəfindən ödənilməlidir. Bununla əlaqədar subpodratçı məsuliyyətini dərk edir, bu vəziyyətin yaranması ilə bağlı heç bir etiraz və tələb irəli sürməməyi qeyd-şərtsiz öz öhdəsinə götürür. Həmin qaydaların 10.1-ci bəndi ilə müəyyən edilmişdir ki, subpodratçı işi iş proqramında göstərilən müddətlərdə başa çatdırmaqda və ya bu Qaydalarda və subpodrat müqaviləsində qeyd edilən digər müddətli işləri vaxtında yertinə yetirmədikdə, subpodratçı Akkorda müəyyənləşdirilmiş müddəti keçən hər gün 4 saylı Əlavədə göstərilən məbləğdə dəbbə pul ödəməlidir. (qaydaların 10.1 bəndində nəzərdə tutulmuş hal baş verdikdə, hər gecikdirilmiş gün üçün Müqavilənin ümumi məbləğin 0,01% miqdarında cərimə ödəyir. İddiaçı1 dəbbə pulunun məbləğini subpodratçıya ödənilməli olan haqdan (muzdan) bu kifayət etmədikdə isə, öhdəliyin icrası üsulu kimi təqdim edilmiş qarantiyadan da tutula bilər. Həmin Qaydaların 22.1 bəndi xx.xx.2013-cü il tarixli 2 saylı Əlavəsi ilə dəyişdirilib və redaksiya edilib. Həmin Əlavəyə əsasən İddiaçı1 bu Qaydaların 25.1 bəndində sözügedən təminat məktubunu aldıqdan sonra 30 gün müddətində avans kimi müqaviləninin ümumi məbləğinin 30%-nin yarısını, yəni müqavilənin ümumi məbləğinin 15% miqdarında pulu subpodratçıya mobilizasiya işlərinin aparılması üçün ödəyir və Subpodratçı dərhal işin icrasına başlayır. Həmin Qaydaların 25.2-ci bəndi xx.xx.2013-cü il tarixli 2 saylı Əlavəsi ilə dəyişdirilib və redaksiya edilib. Həmin Əlavəyə əsasən Subpodratçı bu Qaydaların 22.1 -ci maddəsində sözügedən pulu aldıqdan və işlərə başladıqdan sonra İddiaçı1-ə Subpodrat Müqaviləsi üzrə ödəniləcək ümumi məbləğinin 5% miqdarında İşlərin gedişat müddətini tam əhatə edən bank təminatı məktubunu təqdim edir və İddiaçı1 onu aldıqdan sonra ona avansın qalan ikinci yarısını yəni ödəniləcək ümumi məbləğin 15 miqdarında pulu ödəyir. İşlərin gedişatı uzandıqda Subpodratçı sözügedən təminat məktubun müddətini də həmin dövrə müvafiq uzadır. Yuxarıda qeyd olunan xüsusatlar onu deməyə əsas verir ki, məhkəmə şikayət olunan qətnamədə formal üsul və vasitə ilə öz qərəzli mövqeyini icra edərək ilkin iddianı rədd etməklə Cavabdeh1-nin maraqlarından çıxış edərək ilkin iddianı rədd etmişdir ki, bütün bunlar da Konstitusiya prinsipləri, maddi və prosessual qanun normaları, “Konstitusiya Məhkəməsi Plenumunun iş üzrə olan qərarın və analoji işə dair X1 məcburi göstərişlərinin icrasının kobud şəkildə pozulmasına gətirib çıxaran bir hərəkət kimi qiymətləndirilir. İddiaçı tələblərini tətbiq edilməli olan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. MPM-nin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqarar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. “Azərbaycan Respublikası bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İ1QD saylı Azərbaycan Respublikası Qanununn 111 hissəsinin 9-cu bəndinin və İV hissəsinin 2-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında göstərilir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aililiyi və ədalətlilik kimi ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipin mühüm əhəmiyyət kəsb edir. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrıseçkiliyə və qərəzliyə yol vermədən həyata keçirməklə, qanunda nəzərdə tutulmayan fərqlər qoymadan işdə iştirak edən bütün şəxslərə hörmət göstərməklə, tərəflərin bərabərliyi və çəkişməsinə əməl etməklə, işlərə hərtərəfli və sübutların əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməlidirlər. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Deleouıt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı: X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bıınu belə.ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair şikayətlərə baxılması normativ hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq və ya şərh edilməsi ilə bağlıdır. Konstitusiya məhkəmə icraatı zamanı nəinki Konstitusiyanın aililiyinin təmin edilməsi, ham də hüquq və azadlıqların məhdudlaşdırılmasının mövcudluğu eləcə də belə məhduddiyyətlərin mümkün hədləri ilə əlaqədar məsələlər həll olunur. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-17/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsi hüquqilik və qanunvericilik tələblərinə zidd olaraq onun pozulması təsiri altında çıxarılmış bir sənəddir. Belə vəziyyətdə hesab edirik ki, məhkəmə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə zidd olaraq icra etmişdir. Belə ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi- dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tətbiqinə lazımı şərait yaradmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətləri yarandığl zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutların əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilib-edilməməsi səbəblərinin obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarə ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bu zaman işə baxan məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırlmadan lazımı şərait yaratmamış,çəkişmə prinsipini kobud şəkildə pozmuş, sübutların qiymətləndirilməsində hüququn tətbiqində səhvə yol vermiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsi səbəblərini əlaqəli olaraq düzgün və qanunun tələbinə uyğun izah verməmişdir. Halbuki, “Məhkəmə Qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilib-edilməməsi səbəbləri orada izah edilməlidir. Birinci instansiya məhkəməsində qətnamədə qeyd olunan səhvlərin göstəricisi kimi Azərbaycan Respublikası MPM-nin 88 və 218-ci maddələrinə əsasən hər hansı mülki mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxış zamanı, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Qətnamə çıxardıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini tərəflərin hansı hüquqi münasibətdə olmalarını həmin iş üzrə hansı qanun müddəalarının tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müfəssəl şərh etməlidir. Hesab edilir ki, işin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə MPM-nin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Belə ki, MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə bir yanaşma və təhlilə əsaslanmaqla hesab edirik ki, məhkəmə şikayət olunan qətnaməni qəbul edərək MPM-nin 88-ci və 218-ci maddələrinin bir başa göstərişlərindən yayınmışdır. Sübutun birbaşa və əsas elementlərindən olan izahatları, təqdim etdikləri sübutları, tərəflər arasında bağlanmış müqaviləni, cavabdehi izahatını və cavabdehlə çəkişmə zamanı üzə çıxarılmalı olan sübut elementlərini mövcudluğunun və qəbul edilmədiyinin fəaliyyətdə olmasına baxmayaraq onun gizlin saxlanmasına qərəzli şəkildə qadağa qoymaqla həmin hüquqdan onları məhrum etmişdir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2007-ci il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarının qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Bu nöqteyi nəzərdən məhkəmə qətnamə üzrə yol verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir, qanunun tələblərinə əsaslanmır, subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və göstərir. Məhkəmə qəbul etdiyi qətnamədə, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələbini pozmaqla çıxarılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək sadalanan və göstərilən maddi və prosessual qanun tələb və göstərişlərinə saymazlıq ifadə etmiş və beləliklə də pozulmuş hüququn bərpasından bilə-bilə məqsədi şəkildə yayınmışdır. Araşdırmadan qətnamə çıxarmışdır ki, onun yanlış nəticələri ilə razılaşmaq olmaz. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericlikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər. Apellyasiya şikayəti olunan qətnamənin mövcudluğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının ədalətli məhkəmə baxışını nəzərdə tutan 6-cı maddəsinin tələblərinin pozulmasına xidmət edir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyi qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərbərliyinə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər”. Bununla yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1,4, 6 və 7 saylı protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 6.1-ci maddəsinə görə “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Bununla yanaşı, qeyd olunduğu kimi, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilərək məhkəmədə ədalətli məhkəmə baxışı Prinsipi hüququn aliliyinin və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Mülki hüquq və mübahisələr barədə mübahisələrə münasibətdə çəkişmə və tərəflərin bərabərliyinə aid olan tələblər ədalətli məhkəmə baxışına xas olan cəhətləri nümayiş etdirərək ona qarşı qoyur. Hüquq və maraqların məhkəmə müdafiə hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquqi sənədlər də, ədalətli məhkəmə araşdırması hüququ kimi öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, - yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirərkən işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir. Eyni müddəa yuxarıda qeyd olunduğu kimi insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində öz əksini tapmışdır. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamın və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən şikayət olunan qətnamə qəbul etməsi ilə göstərilən prinsiplərdən uzaqlaşmış, nəticədə qanunsuz və əsassız sənədi çıxarmaqla ölkə qanunvericiliyi və beynəlxalq hüquqla qorunan insan haqlarını pozmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)- 17/2017 saylı 30 yanvar 2017-ci il tarixli qətnaməsinin qismən, yəni ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsi üzrə İddiaçı1 ilə ilkin iddia ərizəsi üzrə Cavabdeh1 və “X12 Ticarət Limited” LTD şirkətləri birlikdə 16 aprel 2013-cü il tarixli AP 414/0413 saylı subpodrat müqavilədə Ağstafa şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən quraşdırılmasında görüləcək işlərin yerinə yetirilməsi üçün birgə müqavilə bağlamışdır. Bu müqavilə üzrə 3030967,31 manat dəyərində Cavabdeh1 və X12 Ticarət Limited LTD şirkətləri birlikdə təchiz etdiyi mal-materialları və yerinə yetirdiyi işlərini İddiaçı1-yə təhvil-təslim aktlara (forma-2) əsasən təhvil vermişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsi işin hallarını tam araşdırmadan, sübutları qiymətləndirmədən xx.xx.2017-ci il tarixli, 2-2(86)-17/2017 nömrəli iş üzrə qəbul etmiş qətnamədə qət etmiş hissəsində qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1-yə qarşı qarşılıqlı iddia tələbi üzrə 16 aprel 2013-cü il tarixli AP 414/0413 saylı subpodrat müqaviləsində Cavabdeh1-nin 2014-cü il noyabr ayı üzrə yerinə yetirilmiş işlərin dəyəri 322829,03 manat məbləğində pulu və həmin məbləğin dəyər vergisi, Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən edildiyi uçot faiz dərəcəsinə uyğun borcun gecikdirildiyi tarix, xx.xx.2014-cü ildən iddia ərizəsi tərtib edildiyi xx.xx.2016-cı il tarixədək 32282,90 manat gecikdirilmiş müddəti faizin ödənilməsi, Azərbaycan manatının devalivasiyası nəticəsində müəssisəyə dəymiş zərərin əvəızi qismində 322829,03 və ƏDV-ni gecikmələrə ödədiyinə görə Bakı Vergilər Departamentinin səyyar vergi yoxlamasının tətbiq etdiyi 218723,69 manat maliyyə sanksiyası hissələrində düzgün qərar qəbul etməmıişdir. Həmin hissələrdə qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılmalıdır. Belə ki, Cavabdeh1-nin 2014-cü ilin noyabr ayı üzrə görülmüş işlərin İddiaçı1-nin səlahiyyətli nümayəndələri Ağstafa şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən quraşdırılması lahiyəsi üzrə layihə rəhbəri Əsət Akova və texniki ofis mühəndisi İlham İsmayılov görülmüş işlərə dair (forma 2) aktını imzalamış və qəbul etmişlər. Bu işlərin dəyəri 373440,96 manat və onun ƏDV-si 67219,37 manatdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsi işin hallarını tam araşdırmadan sübutlara qiymət vermədən, işdə olan AP 414/0413 saylı subpodrat müqavilə üzrə Ağstafa şəhərində X13 urğular Kompleksini avadanlıqların quraşdırılması işləri üzrə 2014-cü il noyabr ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışın (forma2) sürətindən görünür ki, həmin arayış (forma 2) Cavabdeh1 tərəfindən imzalanıb təsdiq edilsə də, İddiaçı1 tərəfindən möhürlə təsdiq edilməmişdir sözləri ilə qeyd edərək düzgün qərar qəbul etməmişdir. Məhkəmə heç bir əsası olmadan qeyd etmişdir ki, Cavabdeh1 qaşılıqlı iddia tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki işdə olan 16 aprel AP 414/0413 saylı müqavilə üzrə Ağstafa şəhərində X8rğular Kompleksini avadanlıqların quraşdırılması işləri üzrə 2014-ci il noyabr ayı üçün görülmüş işlər haqqında iki tərəfli qaydada tərtib olunmuş aktı (forma 2) Cavabdeh1 tərəfindən imzalanıb təsdiq edilib və İddiaçı1 tərəfindən Ağstafa şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən quraşdırılması lahiyəsi üzrə lahiyə rəhbəri Əsət Akova və texniki ofis mühəndisi İlham İsmayılov görülmüş işləri qəbul edib imzalamışdırlar. İddiaçı1 imzalanmış forma 2 aktını əsassız olaraq möhürləmir və həmin görülmüş işlərin dəyərini ödəməkdən yayınır. İş materiallarına əlavə edilmiş işlərin gedişatı zamanı Cavabdeh1-nin işçi qüvvəsi tərərindən Ağstafa şəhərində iş sahəsində işlərin görülməsinə dair çəkilmiş foto şəkilləri vardır. 2014-cü il noyabr ayı üçün görülmüş işlərə dair qəbul aktından (forma 2)-dən əvvəlki görülmüş işlərə dair iki tərəfli qaydada tərtib olunmuş yeddi qəbul olunan aktlarından (forma 2) görünür ki, (1) 12 iyul 2013-cü il tarixində tərtib olunmuş akta əsasən yerinə yetirilmiş işlərin avadanlığın təchizatı, 2) görülmüş işlər üzrə 31 oktyabr 2013-cü il tarixində tərtib olunmuş akt, 3) avandanlığn təchizatı üzrə 31 oktyabr 2013-cü il tarixdində tərtib olunmuş akt, 4) avadanlığın təchizatı üzrə 10 dekabr 2013-cü il tarixdə tərtib olunmuş akt,5) 19 sentyabr 2014-cu il tarixdə tərtib olunmuş akt, 6) 28 noyabr 2014-cü il tarixdə tərtib olunmuş aktda yerinə yetirilmiş işlərin qəbulunda İddiaçı1 tərəfindən Ağstafa şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən quraşdırılması layihəsi üzrə səlahiyyət verdiyi layihə rəhbəri Əsət Akova və texniki ofis mühəndisi İlham İsmayılov (forma-2) aktlarına əsasən işləri qəbul edib imzalamışlar. Bunlar mötəbər sübutlar deyilmi? Supoddrat müqaviləsində görüləcək işləri Cavabdeh1 Ağstafa şəhərində icra edir. "xxxx" ASC-nin Ağstafa layihəsi üzrə səlahiyət verdiyi şəxslər işləriyoxlayır, qəbul edir və imzalayır. Görülən işlərin dəyərini ödəməmək üçün hər iki tərəfdən qəbul olunmuş imzalanmış forma-2 aktını əsassız olaraq Akkord ASC möhürləmir. Əgər bu işlər görülməmişdirsə Akkordun səalhiyyət verdiyi şəxslər niyə qəbul etmişlər. Müqavilənin şərtlərini Cavabdeh1 yerinə yetirir, İddiaçı1-yə forma-2 aktına əsasən təhvil verir, İddiaçı1 işi qəbul edir, sonra Cavabdeh1-yə ödəniş edir. 2013-cü ilin aprel ayından 2013-cü il dekabr ayına qədər Cavabdeh1 İddiaçı1 -yə 1973041,21 manat forma-2 aktına əsasən iş təhvil verilmişdir. İddiaçı1-nin ödənişi 2013-cü il üzrə 2033733,67 manat olmuşdur. 2014-cü il yanvar ayından 2014-cü ilin dekabr ayı üzrə təhvil verilən işlər forma-2 aktına əsasən 1057926, 1 manat olmuşdur. Akkord ASC-nin ödənişi 846056,52 manat olmuşdur. Forma-2 aktına əsasən təhvil verilmiş işlərin cəmi (1973041,21+1057926,1=3030967,31) manat İddiaçı1-nin ödənişi cəmi (2033733,67+846056,52=2879790,19) manat olmuşdur. İlkin iddia ərizəsi üzrə İddiaçı1nin ilkin iddia ərizəsi üzrə Cavabdeh1-yə qarşı iddiası əsassızdır. Belə ki, 16 aprel 2013-cü il tarixli AP 414/0413 saylı subpodrat müqavilədə malların alınmasına görə 307679,19 manat və müqavilə üzrə görüləcək quraşdırma işlərinə görə 645114,60 manat əsas məbləğ və bunun ƏDV-si 222529,09 manat pul tələbi əsassızdır. Belə ki, subpodrat müqaviləsində malların bir hissəsinin alınmasına görə 12 iyul 2013-cü il tarixində tərtib olunmuş akta əsasən (forma 2) avadanlığın təchizatı 344820,00 manat və ƏDV-si 6207,60 manat məbləğində avadanlıq İddiaçı1-yə təhvil verilmişdir. İşlərin görülməsinə görə İddiaçı1 tərəfindən əsassız pul tələbi 645114,60 manat məbləğinə gəldikdə isə bu məbləğin 273583,92 manatın müqaviləyə əlavə olunmuş əlavə işlərin dəyəridir. Bu 273583,92 manat məbləği İddiaçı1 Cavabdeh1-nin hesabına ödəməmişdir. (645114,60- 273583,92=271530,68) və yerdə qalan 371530,68 manat dəyərindəı yerinə yetirilmiş işləri Cavabdeh1 Akkord ASC təhvil vermişdir. İddiaçı1 əsassız iddia qaldırır ki, Cavabdeh1 6 aprel 2013-cü il tarixli AP 414/0413 saylı subpodrat müqavilədə görülmüş işləri tam yerinə yetirməmişdir. Lahiyə üzrə işlər təhvil verilib və qurğular tam işlək vəziyyətdədir. Sual olunur əgər Cavabdeh1 bu işləri görməmişdirsə, İddiaçı1 öhdəliyin icrasını icra və keyfiyyət bank zəmanəti və avans ödənişlərinin bank zəmanətinə nə üçün yönəltməmişdir. Odur ki, ilkin iddia ərizəsi üzrə İddiaçı1 -nin ilkin iddia ərizəsi üzrə Cavabdeh1-nə qarşı ilkin iddia tələbini təmin edilməmiş saxlamaqla, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1-nə qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı1 tərəfindən ödənilməli olan 322829,03 (üç yüz iyirmi iki min səkkiz yüz iyirmi doqquz manat iyirmi iki qəpik), özgənin pul vəsaitini qanunsuz saxlamaqla pul öhdəliyin yerinə yetirməməyə görə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən edildiyi uçot faiz dərəcəsinə uyğun borcun gecikdirdiyi tarix xx.xx.2014-cü ildən iddia ərizəsi tərtib edildiyi xx.xx.2016-ci il tarixinədək 32282,90 (otuz iki min iki yüz səksən iki manat doxsan qəpik) məbləğ gecikdirilmiş müddətin faizin ödənilməsi, Azərbaycan manatının devalvasiyası nəticəsində müəssisəyə dəymiş zərərin əvəzi qismində 322829,03 (üç yüz iyirmi iki min səkkiz yüz iyirmi doqquz manat sıfır üç qəpik) ƏDV-ni gecikmələrlə ödədiyinə görə Bakı Vergilər Departamentinin səyyar vergi yoxlamasının tətbiq etdiyi 218723,69 (iki yüz on səkkiz min yeddi yüz iyirmi üç manat altmış doqquz qəpik) maliyə sanksiyası cəmi 954773,87 (doqquz yüz əlli dörd min yeddi yüz yetmiş üç manat səksən yeddi qəpik) manat məbləğində pulun Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutularaq Cavabdeh1-nin xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilən 2-1(120)-379/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Apellyasiya məhkəməsində ilkin iddia üzrə İddiaçı1-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(86)-17/2017 saylı 30 yanvar 2017-ci il tarixli qətnaməsinin qismən, yəni ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən ilkin iddia üzrə Cavabdeh1-nin nümayəndəsi X11 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək ilkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini və qarşılıqlı iddianın tam edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 21. Zərərin əvəzinin ödənilməsi ... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445. Borclunun icranı gecikdirməsi Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752. Podrat müqaviləsi Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753. Muzd barəsində razılaşma Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.” Maddə 71. Azərbaycan Respublikası MPM-in (2020-ci il 01 oktyabr tarixinədək qüvvədə olan redaksiyası) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır». Maddə 81. Sübutların mümkünlüyü qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101. Ekspert rəyi Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1nin apelyasiya şikayəti qismən təmin olunmalı, ilk iddia üzrə İddiaçı1-nin isə təmin olunmamalıdır. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, İddiaçı1 ilə Cavabdeh1 və “Enta Elektrik ve Ticaret Limited Şirketi” arasında 16 aprel 2013-cü il tarixdə bağlanmış AP414/0413 saylı subpodrat müqaviləsindən görünür ki, subpodratçı tərəfindən mühəndisin tələblərinə uyğun olaraq və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə İddiaçı1-nin təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə müvafiq Astara və Tovuz şəhərlərinin X8rğularının tikintisi layihəsi çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəsində göstərilən malların təchiz edilməsi və həmin Əlavədə göstərilən işlərin yerinə yetirilməsi, başa çatdıraraq İddiaçı1-də tam hazır vəziyyətdə təhvil verilməsi, İddiaçı1 tərəfindən isə subpodratçının təchiz etdiyi malların və gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqın ödənilməsi müqavilənin predmetini təşkil etmişdir. Məhkəmə tərkibinin İddiaçı1-nin apellyasiya şikayətinə münasibətdə hüquqi mövqeyi aşağıdakı kimidir: İlk iddia üzrə İddiaçı1-nin apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icrası tam təmin edilməmiş və iddiaçı tərəfindən edilən 645114.60 (altı yüz qırx beş min yüz on dörd manat, altmış qəpik) manat dəyərində avans ödənişləri geri qaytarılmamışdır. Eyni zamanda məhkəmə iclasında iddiaçının nümayəndəsi 24 iyul 2020-ci il tarixli ekspert rəyinə əsaslanaraq apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə tərkibi ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, 24 iyul 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 28 noyabr 2014-cü il tarixdə tərtib olunmuş akta əsasən AP414/0413 saylı müqavilə üzrə Ağsatafa şəhərinin X8rğular kompleksinin avadanlıqlar quraşdırılması üçün ayrılmış ümumi məbləğdən 611888.62 manat qalıq borcu olduğu müəyyən olunur. Məhkəmə tərkibi qeyd olunan hissədə ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. İlk növbədə qeyd olunmalıdır ki, ekspert heç bir tədqiqat aparmadan, borc kimi müəyyən etdiyi məbləğin necə formalaşdığını əsaslandırmadan və hansı mühasibatlıq sənədlərinə istinad etdiyini rəydə göstərmədən 28 noyabr 2014-cü il tarixdə tərtib olunmuş aktdakı rəqəmləri köçürməklə hazırkı ekspert rəyini tərtib etmişdir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Məhkəmə tərkibi qeyd edir ki, istər ilkin, istərsə də əlavə ekspertiza zamanı ekspert yuxarıda qeyd olunan xüsusatla bağlı qanunvericiliyin müəyyən etdiyi qaydada tədqiqat apara bilməmişdir. Bununla belə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, yenidən əlavə və ya təkrar ekspertiza təyin edilməsinə zərurət yoxdur. Belə ki, 611.888,62 manat tərəflər arasında olanborc münasibəti kimi deyil, işin başa çatmasına tələb olunan pul vəsaiti kimi qiymətləndirilməlidir.Eyni zamanda, nəzərə alınmalıdır ki, həm ekspert rəyindən, həm də ilkin iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan müəyyən olunur ki, müqavilədə nəzərdə tutulmuş işlər tam yerinə yetirilmişdir. Ancaq iddiaçının nümayəndəsi görülmüş işlərin məhz İddiaçı1-nin öz qüvvə və vəsaiti hesabına yerinə yetirməsinə (tamamlamasına) dair heç bir sübut təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında müqavilə hüquq münasibətləri mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflər arasında yaranan münasibətlər bu müqavilə və tərəflər arasında imzalanacaq subpodrat müqaviləsi üzrə “Qaydalar” ilə tənzimlənir. Həmin “Qaydalar”ın 22.2-ci bəndinə əsasən, iş proqramı üzrə hər təqvim ayı görülmüş işlərin həcmini və qiymətini əks etdirən “Forma 2” tərtib edərək, növbəti ayın ilk beş təqvim günü ərzində xxxxa həm imzalanmış möhürlənmiş qaydada, təqdim edir. xxxx “Forma 2”-nialdıqdan sonra növbəti ayın 15-ci təqvim gününədək “Forma 2”-ni ya təsdiq etməklə bir təsdiq olunmuş nüsxəsini qaytarır subpodratçıya və ya “Forma 2”-yə olan düzəlişlərini subpodratçıya təqdim edir və subpodratçı 1 gün ərzində həmin düzəlişləri əks etdirməklə yeni “Forma 2” təqdim edir. Müqavilə şərtləri o nəticəyə gəlmək üçün əsas yaradır ki, ilk iddia üzrə cavabdeh tərəfindən görülmüş işlərə dair təqdim etdiyi işlərin görülməsi barədə 28 noyabr 2014-cü il tarixli “Forma 2” aktı ilk iddia üzrə iddiaçı tərəfindən ya qəbul edilməklə təsdiq olunmalı və yaxud öz düzəlişlərini cavabdehə təqdim olunmaqla yeni “Forma 2” təqdimi tələb edilməli idi. Ancaq qeyd olunmalıdır ki, iş materiallarından olan sübutlardan iddiaçının “Qaydalar”ın 22.2-ci bəndində nəzərdə tutulmuş şərtə əməl etməsi müəyyən olunmur. Eyni zamanda nəzərə almaq lazımdır ki, 6 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də “Qaydalar”ın 22.2-ci bəndinə riayət etmədiklərini etiraf etmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki,müvafiq şərt ilk iddia üzrə iddiaçı tərəfindən yerinə yetirilmədiyindən iş qəbul olunmuş hesab edilməlidir. Bu qayda həm də Mülki Məcəllənin 770-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, cavabdehin sübut qismində təqdim etdiyi 28 noyabr 2014-cü il tarixli, “Forma 2” aktı isə ilk iddia üzrə İddiaçı1-nin böyük mütəxəssisi tərəfindən imzalansa da, lakin müəssisənin möhürü ilə təsdiq edilməmişdir. İddiaçı sözügedən “Forma 2” aktını sübut kimi qəbul etməyərək, həmin aktın iddiaçının nümayəndəsi tərəfindən deyil, böyük mütəxəssisi tərəfindən imzalandığını və tərəflər arasında yekun təhvil-təslim aktının imzalanmamasını bildirir. Bununla bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 359-cu maddəsinin tələbləri baxımından səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də bəlli ola bildiyindən “Forma 2” aktının böyük mütəxəssisi tərəfindən imzalanması onun hüquqi qüvvəsinin olmaması anlamına gəlmir. Eyni zamanda məhkəmə tərkibi “Forma 2” aktının "xxxx"nın möhürü ilə təsdiq edilməməsini iddiaçının hüquqdan sui-istifadəyə yol verməsi kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir(maddə 560.1). Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (560.2.). Həmçinin, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, ilk iddia üzrə İddiaçı1-nin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tərkibinin Cavabdeh1-nin apellyasiya şikayətinə münasibətdə hüquqi mövqeyi aşağıdakı kimidir: İlk növbədə nəzərə alınmalıdır ki, 24 iyul, 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Ağstafa rayonunda yerləşən "Ağstafa və Tovuz şəhərlərinin X8rğularının tikintisi layihəsi üzrə inşa olunmuş çirkab su təmizləyici qurğu sistemləri işlək vəziyyətdə olduğu üçün və forma 2 aktları üzrə "xxxx"MMC-nin təchiz etdiyi mal-materiallar və yerinə yetirdiyi işlər "xxxx"ASC və Cavabdeh1 tərəfindən imzalanıb və möhürlə təsdiq edildiyini nəzərə alaraq, “İmars" MMC tərəfindən işlərin tam yerinə yetirildiyi müəyyən olunur. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, istər Mülki Məcəllənin 770-ci maddəsinin, istərsə də “Qaydalar”ın 22.2-ci bəndinin şərtləri baxımından müqavilədə nəzərdə tutulmuş işlərin Cavabdeh1 tərəfindən yerinə yetirildiyi təsdiq olunur. Bu baxımdan məhkəmə tərkibi qeyd olunan hissədə 24 iyul, 2020-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, müqavilədə nəzərdə tutulmuş mallar “İmars" MMC tərəfindən təchiz edilməmiş və işlər yerinə yetirilməmiş olsaydı, iddiaçı tərəfindən müqavilə müddəti başa çatdıqdan sonra (30 iyul, 2014-cü il) “İmars" MMC-nin hesabına müvafiq ödənişlər həyata keçirilməzdi. Belə ki, iş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra İmars MMC-nin hesabına Akkord ASC tərəfindən müxtəlif vaxtarda, yəni xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə müxtəlif məbləğlərdə pul vəsaiti (avans və ƏDV ödənişi) mədaxil olmuşdur. Cavabdeh1-nin apellyasiya şikayətində 322829,03 (üç yüz iyirmi iki min səkkiz yüz iyirmi doqquz manat iyirmi iki qəpik), özgənin pul vəsaitini qanunsuz saxlamaqla pul öhdəliyin yerinə yetirməməyə görə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən edildiyi uçot faiz dərəcəsinə uyğun borcun gecikdirdiyi tarix xx.xx.2014-cü ildən iddia ərizəsi tərtib edildiyi xx.xx.2016-ci il tarixinədək 32282,90 (otuz iki min iki yüz səksən iki manat doxsan qəpik) məbləğ gecikdirilmiş müddətin faizin ödənilməsi, Azərbaycan manatının devalvasiyası nəticəsində müəssisəyə dəymiş zərərin əvəzi qismində 322829,03 (üç yüz iyirmi iki min səkkiz yüz iyirmi doqquz manat sıfır üç qəpik) ƏDV-ni gecikmələrlə ödədiyinə görə Bakı Vergilər Departamentinin səyyar vergi yoxlamasının tətbiq etdiyi 218723,69 (iki yüz on səkkiz min yeddi yüz iyirmi üç manat altmış doqquz qəpik) maliyə sanksiyası cəmi 954773,87 (doqquz yüz əlli dörd min yeddi yüz yetmiş üç manat səksən yeddi qəpik) manat məbləğində pulun Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutularaq Cavabdeh1-nin xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibinin qənaətinə görə Cavabdeh1-nin apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, iş materiallarında olan sübutlardan, eləcə də 07 fevral, 2018-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, görülmüş işlərin ümumi dəyəri 3032216,87 manatdır. Eyni zamanda iş materiallarında olan Cavabdeh1-yə məxsus hesabdan çıxarışdan müəyyən olunur ki, Akkord ASC tərəfindən İmars MMC-nin hesabına 2879790,19 manat mədaxil olmuşdur. Müvafiq hesablama nəticəsində (3032216,87- 2879790,19=152426,68+18% ƏDV=179.863,48) müəyyən edilir ki, Akkord ASC tərəfindən ödənilməli məbləğ 179863,48 manatdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Cavabdeh1-nin apellyasiya şikayəti 179863,48 manat hissəsində təmin edilməli, məhz həmin məbləğ “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən tutularaq Cavabdeh1-yə ödənilməli, apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmən kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1nin apelyasiya şikayəti qismən təmin olunmalı, ilk iddia üzrə İddiaçı1-nin isə apellyasiya şikayəti təmin olunmamalı, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-17/2017 saylı 30 yanvar 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı "xxxx"MMC-nin iddiasının təmin olunmayan hissəsində ləğv olunmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin ilk iddia üzrə İddiaçı1-nə qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilməli, ilk iddia üzrə İddiaçı1-dən 179863,48 manat (bir yüz yetmiş doqquz min səkkiz yüz altımış üç manat qırx səkkiz qəpik) pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh1-yə ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalı və qətnamə qalan hissədə dəyişdirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin apellyasiya şikayəti qismən təmin edilsin. İlk iddia üzrə İddiaçı1-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-17/2017 saylı 30 yanvar 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı "xxxx"MMC-nin iddiasının təmin olunmayan hissəsində ləğv olunsun. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin ilk iddia üzrə İddiaçı1-nə qarşı "pul" tələbinə dair iddiası qismən təmin edilsin. İlk iddia üzrə İddiaçı1-dən 179863,48 manat (bir yüz yetmiş doqquz min səkkiz yüz altımış üç manat qırx səkkiz qəpik) pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Cavabdeh1 -nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat ekspertiza xərci iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən tutularaq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar