Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-122/2025 03.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə üzrə (Açar sözlər: baxışdan çıxarılma, işin geri istənilməsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e- 2-2(117)-489/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 21/09-23 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 20 000 manat pul vəsaiti və ödənilmiş 151 manat rüsum olmaqla, ümumilikdə 20151 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(117)-489/2025 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə 30 iyun 2024-cü il tarixdən ləğv olunmuş hesab edilməsi, Cavabdeh 14833,3 manat məbləğində pul vəsaiti və 111.25 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Аpellyаsiyа Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-2(107)-122/2025 nömrəli qərardadı ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Daha sonra, İddiaçı MMC Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(117)-489/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, işə baxan birinci instansiya məhkəməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün işin Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işin məhkəmə baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(117)- 489/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və işə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinə Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün işin geri qaytarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, hazırki halda, digər şəxslər apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etdiyindən iş həmin şikayətə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kоllegiyаsı hesаb edir ki, Şəki Аpellyаsiyа Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-2(107)-122/2025 nömrəli (mümkünlük barədə) qərardadı ləğv edilməklə, iş apellyasiya baxışından çıxarılmalı və Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(117)-489/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün iş Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 363, 364, 384, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Şəki Аpellyаsiyа Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 2-2(107)-122/2025 nömrəli nömrəli (mümkünlük barədə) qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın. Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(117)-489/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş şikayətə Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğunluğu məsələsinə baxılması məqsədilə iş Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, e-2-2(117)-489/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş şikayətə hüquqi qiymət verildikdən və iş üzrə digər prosessual hərəkətlər edildikdən sonra Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-122/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-122/2025
03.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver