Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-15/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 30 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 34970 (otuz dörd min doqquz yüz yetmiş) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin təsisçilərindən biri olan X5 mülkiyyət hüququ üzrə ozünə məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən 1,0 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli 01 saylı icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadəsinə vermişdir. Həmin torpaq sahəsi iddiaçı "xxxx" MMC tərəfindən gələcəkdə baza və qaraj kimi istifadə etmək üçün icarəyə götürülmüşdür. İddiaçı "xxxx" MMC-nin İstehsalat bazasında metal konstruksiyadan ibarət anbar və kiçik metal konstruksiyaların istehsalı üçün müvafiq tikililərin inşa edilməsinə zərurət yarandığından, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş icraçısı Cavabdeh ilə həmin torpaq sahəsində sexin tikintisi üçün 30 sentyabr 2022-ci il tarixli 14 saylı müqavilə bağlanmış və görülən işlərin Smetası həmin müqaviləyə əlavə olunmuşdur. Müqaviləyə əsasən iddiaçıya məxsus İstehsalat bazasında sexin tikintisi və quraşdırma işlərinin yerinə yetirilməsi işlərinin dəyəri 170381 (yüz yetmiş min üç yüz səksən bir) manat məbləğində razılaşdırılmışdır. Müqavilə bağlandıqdan sonra 24 noyabr 2022-ci ilə qədər Cavabdeh 90000 (doxsan min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu məbləğ isə görüləcək işlərin 52%-nin haqqını təşkil edirdi. Lakin, qeyd olunan tarixdən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir iş görülməmişdir. İddiaçı tərəfindən yerində aparılan baxış zamanı aşkar olunmuşdur ki, az həcmdə iş olduqca keyfiyyətsiz görülmüş və köhnə yararsız materiallardan istifadə olunmuşdur. Bununla bağlı xx.xx.2022-ci tarixdə həmin ilin dekabr ayının sonuna kimi işlərin tam keyfiyyətlə başa çatdırıb təhvil verilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Daha sonra, yəni 15 mart 2023-cü il tarixində görülən işlərin qəbulu üçün iddiaçı tərəfindən komissiya yaradılaraq, yerində yoxlama aparılmış və həmin yoxlama zamanı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. X1, anbardar X6 və icraçı Cavabdeh özünün iştirakı ilə yoxlama zamanı müəyyən olunmuşdur ki, quraşdırılan dirəklər 40 il əvvəl yerin altında istifadə olunan metal boru, metal künclükdən və köhnə materiallardan ibarətdir. Aparılan qaynaq işləri heç bir norma və standartlara uyğun deyildir. İcraçı Cavabdeh heç bir sertifikatı və yüksəklikdə işlərin görülməsinə icazəsi yoxdur. Cavabdehə aparılan yoxlamalarda iştirak etməsi ilə bağlı müraciət olunsa da, o, yoxlamada iştirakdan yayınmışdır. Komissiya tərəfindən yerinə yetirilən işlər yoxlanılmış, tikinti üzrə faktiki yerinə yetirilmiş iş həcmlərinin materiallarla birlikdə dəyəri bazar qiymətinə uyğun çıxarılmışdır. Faktiki olaraq görülən işlər cavabdehin verdiyi smeta əsasında və bazar qiymətləri ilə birlikdə bütün malların dəyəri 55030 (əlli beş min otuz) manat təşkil etmişdir. Lakin, bu işlərin görülməsi üçün əvvəlcədən cavabdehin hesabına 90000 (doxsan min) manat məbləğində vəsait ödənilmişdir. Ona görə də, komissiya tərəfindən belə qərara gəlinmişdir ki, görülən işlərin müqabilində Cavabdeh artıq ödənilən 34970 (otuz dörd min doqquz yüz yetmiş) manat qiymət fərqini iddiaçı "xxxx" MMC-yə qaytarmalıdır. Lakin, dəfələrlə xəbərdarlıqlar edilsə də, cavabdeh borcu ödəməkdən imtina edir və bu günədək 34970 (otuz dörd min doqquz yüz yetmiş) manat məbləğində borc cavabdeh tərəfindən hələ də ödənilməmişdir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425, 442 və 443-cü maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Sifarişçi "xxxx" MMC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikinitisi haqqında” Podrat müqaviləsi: Həmin Müqavilənin şərtlərinə görə icraçı Bağıyev X8 rayonu Hökməli qəsəbəsində yerləşən sifarişçi "xxxx" MMC-yə məxsus İstehsalat Bazasında sexin tikintisi və quraşdırma işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüşdür və Müqavilədə həmin görüləcək işlərin dəyəri tərəflər arasında 170381 manat məbləğində müəyyən edilmişdir (Müqavilənin 1.1-ci bəndi). İcraçı - Müqavilədə nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini və yerinə yetiriləcək işlərə görə mal-materialın təchizatını öz üzərinə götürmüşdür (Müqavilənin 3.2 və 3.3-cü bəndləri). Müqavilədə 1.1-ci bəndə əsasən nəzərdə tutulan işlərin dəyərinin faktiki görüləcək işlərə uyğun müəyyən edilməsi və ödənişin forması kimi isə “Görülmüş işin miqdarına uyğun olaraq razılaşdırılmış qiymətə görə təhvil aktına uyğun yerinə yerinə yetirilməsi” nəzərdə tutulmuşdur (Müqavilənin 4.1-ci bəndi). - 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikinitisi haqqında” Podrat müqaviləsi üzrə sexin tikintisində icraçı tərəfindən görüləcək işlərin icraçı Cavabdeh tərəfindən tərtib və təsdiq edilmiş siyahısı: Həmin Siyahıda icraçı Cavabdeh tərəfindən 13 bənddən ibarət görüləcək işlər sadalanmışdır. - 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikinitisi haqqında” Podrat müqaviləsi üzrə icraçı Cavabdeh tərəfindən tərtib və təsdiq edilmiş “Sexin tikintisində istifadə olunacaq materialın va işçiliyin dəyəri” barədə cədvəl (Smeta): Həmin Smetadan görünür ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən sifarişçi "xxxx" MMC-yə məxsus İstehsalat Bazasında istifadə olunacaq material və görüləcək işçiliyin dəyəri ümumilikdə cəmi 170381 manat təşkil edir. - Sifarişçi "xxxx" MMC tərəfindən icraçı Cavabdeh ünvanlanmış “2022-ci ilin dekabr ayının sonuna kimi işlərin tam keyfiyyətlə başa çatdırıb təhvil verilməsi” barədə 24 noyabr 2022-ci il tarixli, 161 nömrəli xəbərdarlıq məktubu: Həmin Məktubun məzmunu ilə müəyyən olunur ki, icraçı Cavabdeh ilə sifarişçi "xxxx" MMC-nin İstehsalat bazasında Sexin tikintisi haqqında 14 saylı 30 sentyabr 2022-ci il tarixli Müqavilə imzalanmış və həmin Müqaviləyə əsasən İstehsalat bazasında sexin tikintisi və quraşdırma işlərinin yerinə yetirilməsi işlərinin dəyəri 170381 manat məbləğində razılaşdırılmışdır. Bu günə kimi icraçı Cavabdeh 90000 manat məbləğində vəsait ödənilmişdir. Bu isə görüləcək işlərin 52 faizini təşkil edir. İki ay müddət keçməsinə baxmayaraq, heç bir iş görülməmişdir. Yerində baxış zamanı aşkar olunmuşdur ki, az həcmdə iş çox keyfiyyətsiz yerinə yetirilmiş və köhnə yararsız materiallardan istifadə olunmuşdur. Göstərilənlər nəzərə alınaraq, İcraçıdan , cari ilin dekabr ayının sonuna kimi işlərin tam keyfıyyətlə başa çatdırılıb təhvil verilməsi tələb edilir. Əks halda İcraçı Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb olunacaqdır. - 15 mart 2023-cü il tarixli Akt: Həmin Aktdan görünür ki, 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikinitisi haqqında” Podrat müqaviləsi üzrə işlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması ilə əlaqədar sifarişçi "xxxx" MMC tərəfindən yaradılmış Komissiya həmin tikinti ərazisində yoxlama apararaq, görülmüş işlərin dəyərinin cəmi 55030 manat məbləğində olduğu müəyyən edilmişdir. Bununla əlaqədar həmin Aktda göstərilir ki, yoxlama zamanı müəyyən olunmuşdur ki, quraşdırılan dirəklər 40 il əvvəl yerin altında istifadə olunan metal boru, metal künclükdən və köhnə materiallardan ibarətdir. Aparılan qaynaq işləri heç bir norma və standartlara uyğun deyildir. İcraçı Cavabdeh heç bir sertifikatı və yüksəklikdə işlərin görülməsinə icazəsi yoxdur. Cavabdehə aparılan yoxlamalarda iştirak etməsi ilə bağlı müraciət olunsa da, o, yoxlamada iştirakdan yayınmışdır. Komissiya tərəfindən yerinə yetirilən işlər yoxlanılmış, tikinti üzrə faktiki yerinə yetirilmiş iş həcmlərinin materiallarla birlikdə dəyəri bazar qiymətinə uyğun çıxarılmışdır. Faktiki olaraq görülən işlər cavabdehin verdiyi smeta əsasında və bazar qiymətləri ilə birlikdə bütün malların dəyəri 55030 (əlli beş min otuz) manat təşkil etmişdir. Lakin, bu işlərin görülməsi üçün əvvəlcədən cavabdehin hesabına 90000 (doxsan min) manat məbləğində vəsait ödənilmişdir. İcraçı Cavabdeh yoxlama zamanı obyektdan qaçmışdır. - 30.09.2023-cü il tarixli, MŞŞ/MT018-02278 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış: Həmin Arayışdan görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən müvafiq qaydada ilkin mediasiya sessiyasının keçirilməsi təmin olunsa da, cavabdeh həmin ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - İddia ərizəsinə əlavə edilmiş “pretenziya” məktubu və digər sənədlərlə müəyyən olunur ki, iddia ərizəsində tələb olunan pulun ödənilməsi barədə cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
2. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdeh 32940 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 194,91 manat dövlət rüsumunun 11,31 manatı iddiaçı "xxxx" MMC-dən, 183,60 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 449.1 və 752.1-ci maddələri). Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış podrat müqaviləsi etibarsız olmamış, tərəflərin imzaları ilə təsdiq olunmaqla onların həqiqi hüquqi maraqlarını əks etdirmiş, avans ödənilmiş və cavabdeh tərəfindən müqavilənin icrası ilə bağlı işlər qismən icra edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikintisi” haqqında Podrat müqaviləsinə əsasən Sifarişçi işlərin yerinə yetirilməsini İcraçıya tapşırmış, sonuncu isə hazırki müqavilədə göstərilmiş şərtlərlə Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında sexin tikintisi işlərini öz üzərinə götürsə də, bu öhdəliyini qismən icra etmiş və nəticədə iddiaçı qarşısında ödənilməmiş öhdəliyi qalmışdır. Sexin tikintisində istifadə olunacaq materialların və işçiliyin dəyərinə dair smetadan görünür ki, istifadə olunacaq material və görüləcək işçiliyin dəyəri 170381 manat təşkil edir. İddiaçı görülməli işlərin dəyəri olaraq 90000 manat pulu cavabdehə vermiş, cavabdeh bu halı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında verdiyi izahatında etiraf etmiş, iddiaçı tərəfindən onun hesabına əvvəlcə 30000 manat, sonra isə 2 dəfəyə olmaqla 60000 manat pul köçürüldüyünü qəbul etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 10/1627 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57060 manat məbləğində olmuşdur. Göründüyü kimi, ekspert rəyinə əsasən Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılan işlərə sərf olunmuş vəsaitin dəyəri 57060 manat olmuşdur ki, məhkəmə rəydə müəyyən edilən həmin məbləği əsas götürüb hesab edir ki, ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 90000 manat qarşılığında cavabdeh tərəfindən 57060 manat dəyərində işlər görülmüşdür. Bu səbəbdən ödənilmiş 90000 manatdan ekspert rəyi ilə müəyyən olunmuş 57060 manat məbləğində görülmüş işlərin dəyəri çıxıldıqda (90000 – 57060 = 32940) qalan 32940 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən sifariş verilmiş iş tam yerinə yetirilmədiyindən, görülmüş işlərin dəyəri çıxıldıqdan sonra avans məbləğindən qalan 32940 manat iddiaçıya qatarılmalıdır. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 32940 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448, 752.1 və 755-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119 və 216-220-ci maddələrinə istinad etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 30 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1627 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57060 manat məbləğində olmuşdur. Bundan əlavə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf də hazırkı mübahisənin həlli üzrə məhkəmə prosesində və mübahisənin həlli üzrə aparılan məhkəmə araşdırmalarında iştirak etmiş, mübahisə ilə əlaqədar qarşılıqlı iddia (birinci instansiya məhkəməsinin qərardadı ilə geri qaytarılmışdır), etiraz və vəsatətlərlə məhkəməyə müraciət etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)- 18/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan 34970 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsi iddianı qismən təmin edərək, Cavabdeh 32940 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə xx.xx.2024-cü il tarixli, e-2-2(117)l8/2024 saylı qətnamə çıxartmışdır. Məhkəmə hesab etmişdir ki, sifariş cavabdeh tərəfindən tam yerinə yetirilmədiyinə görə görülmüş işlərin dəyəri çıxıldıqdan sonra avans məbləğindən qalan 32940 manat iddiaçıya qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixli e-2-2(117)-18/2024 saylı qətnamə əsassızdır və həqiqəti əks etdirmir. Çünki, qətnamənin təsvir hissəsində də bəzi hallar ozü-özünü təkzib edir. Qətnamədə qeyd edilir ki, tikintidə heç bir iş görülməmişdir. Növbəti cümlədə isə qeyd edilir ki, az həcmli iş görülmüşdür. xx.xx.2024-cü il tarixində tərtib edilmiş baxış aktı isə tamamilə etibarsızdır. Çünki həmin gün tikintiyə heç bir baxış keçirilməyib. Əgər baxış keçirilsəydi, o, da baxışda iştirak etməli idi. O, xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim etdiyi etirazda da Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 316/2024 saylı ekspert rəyinə öz münasibətini bildirmişdir. O, işin məhkəmə icraatında olmasına baxmayaraq mübahisə obyekt olan tikintidə digər şəxslərin onun gördüyü işlərdən yarımçıq qalmış işlərin apardıqlarını müşahidə edərək, məhkəmədən həmin kənar şəxslərin apardıqları işlərin dayandırılması üçün xx.xx.2024-cü il tarixində müvəqqəti təminat tədbirləri barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə isə bu ərizəni də rədd etmişdi. xx.xx.2024-cü il tarixdə o, məhkəməyə bu iş üzrə qarşılıqlı iddia ərizəsi təqdim etsə də, onun bu qrşılıqlı iddia ərizəsi də icraata qəbul edilməyərək, ona müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdu. O, məhkəməyə 04 iyul 2024-cü il tarixində “Əlavə ekspertizanın təyin edilməsi” barədə vəsatətlə müraciət etmiş olsa da, məhkəmə özü əlavə ekspertiza təyin etmişdir. Təyin edilmiş ekspertizanın 19 iyul 2024-cü il tarixli 3-16-16/2-10/5266 saylı cavabında isə “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat vermişdir. Ekspert öz məlumatını belə əsaslandırmışdır ki, “ekspert qarşısında qoyulmuş sualın birinci hissəsində mülki iş materiallarının 9-cu səhifəsində olan 24-cü bəndində nəzərdə tutulmuş səbət, traktor, katok kimi texnikalara çəkilmiş vəsaitin məbləğini müəyyən etmək tələb olmunmuşdur. Bununla bağlı mülki iş materiallarında hər iki tərəf tərəfindən təsdiq edilmiş “Forma 2”, qaimə, hər hansı smeta və ya təsdiq olunmuş hər hansı sənəd yoxdur". Bu ekspertin imtina məktubundan da belə nəticəyə gəlmək olar ki, ilkin ekspertizanın rəyi də qeyriobyektivdir. Onda sual yaranır? Əgər deyilən sənədlər yoxdursa, ilkin ekspertiza görülən işləri necə qiymətləndirmişdir, yaxud əlavə ekspert nə üçün görülən faktiki işləri qiymətləndirməkdən imtina etmişdir. O, məhkəmə prosesində şifahi vəsadətlə məhkəmədən həm ilkin ekspertizanı aparmış ekspertin izahat vermək üçün məhkəməyə dəvət edilməsini, həm də hər iki tərəfin iştirak edəcəyi bir işçi kommissiya yaradılmasını və bu kommissiya tərəfindən tez bir zamanda obyektə yeində baxış keçirilərək, razılaşdırılmış nəticənin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə bu vəsatətlərini də təmin etməmişdi. İddiaçı isə məhkəməyə tutarlı bir sübut təqdim etməmişdir. Belə ki, o, işə başlamazdan əvvəl iddiaçı bütün sənədlərinin qaydasında olduğunu, tikinti-quraşdırma işləri ilə bağlı lazımi icazələrin alındığını, tikinti vaxtı dövlət orqanları ilə heç bir problem yaşanmayacağını bildirmişdir. Bu müzakirədən sonra o, işə başlamışdı. İşin ilk günlərindən ona məlum olmuşdur ki, tikinti ilə bağlı Fövqəladə Hallar Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətininin Şəhərsalma və Tikinti İdarələrindən müvafiq icazələr alınmamışdır. Qeyd edilən təşkilatlar işin dayandırılmasını tələb etdikdə isə, iddiaçı sənədlərin tezliklə qaydasına düşəcəyini və buna görə də, işi dayandırmamağı xahiş etmişdir. O, 20 noyabr 2022-ci ilə qədər tikintidə üzərinə götürdüyü öhdəliyin böyük bir qismini yerinə yetirmişdir. 20 noyabr 2022-ci ildə isə iş qeyd edilən dövlət orqanları tərəfindən dayandırılmışdır. 03 dekabt 2023-cü ildə o, zəng vuraraq nə vaxt işləyə biləcəyini soruşduqda Ziya Mustafazadə telefonda bildirmişdi ki, işin müvəqqəti dayandırılmasına məcburdur, bir az gözləmək lazımdır. O, bir daha 20 dekabr 2022-ci ildə Ziyanın “vatsap”ına yazaraq bildirmişdi ki, 17 gündən çoxdur iş dayanmışdır, oksigen balonlarının kirayəsi, işçilərin günləri gedir. Bunu nəzərə almaq lazımdr.Amma iddiaçı tərəf bunu nəzərə almamışdır. Hörmətli məhkəmə, iddiaçı tərəfin ondan tələb etdikləri 34970 manat pul tam əsassızdır. Çünki o, bu günə qədər iddiaçı tərəfə ümumilikdə 145820 (yüz qırx beş min səkkiz yüz iyirmi) manatlıq iş görmüşdür. İddiaçı özlərinin komissiya yaradaraq, tikintidə təftiş apardıqlarını, görülən işlərin ümumi məbləğinin güya 55030 (əlli beş min otuz) manat olduğunu qeyd edir. İddiaçının onun iştirakı olmadan güya təftiş aparmaları tamamilə yalandır. X13 Məhkəməsi də düzgün qiymət verməmişdir. İddiaçı əvvəl qeyd edir ki, tikintidə heç bir iş görülməyib. Sonra öz dediklərini özləri də təkzib edərək qeyd edirlər ki, görülən işlər ödənilən puldan xeyli azdır və yer altında 40 il qalmış köhnə boru və üçkünclərdən istifadə olunaraq inşa edilmişdir. Əgər iş keyfiyyətsiz materiallardan istifadə edilməklə görülmürdüsə, onda nə üçün iddiaçı işlər görülən zaman öz etirazını bildirməmişdi. Hər gün onlar tikintiyə gələrək işlərin necə getdiyinə nəzarət edirdilər. İddiaçı tərəf ona 90000 (doxsan min) manat pulu hər dəfə 30000 (otuz min) manat olmaqla, üç dəfəyə ödəyiblər. Əgər iş görülmürdüsə, birinci və ya ikinci ödəmədən sonra üçüncü ödəməni ödəməzdilər. Sonuncu ödəmə 22 noyabr 2022-ci il tarixində ödənilmişdir. İş isə 20 noyabr 2022-ci ildə dayandırılmışdır. Tələb edilən pul məbləği sonuncu ödəmədən də artıqdır. Bu gün iddiaçı onun gördüyü işləri davam etdirir. Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla obyektə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16/2-10/1627 nömrəli rəyi alınmışdır. Lakin, ekspertizanın icraçısı X4 imzaladığı ekspert rəyi sanki “Azərenerji Tikinti Quraşdırma’’ MMC-nin təftiş aktının cüzi dəyişikliklə yazılmış formasıdır. Eləcə də, ekspertin rəyi kifayət qədər aydın deyildir, çox səthi aparılmışdır və tikintidə görülən işlərin həcmini tam əhatə etmir. Buna görə də, o, əlavə ekspertiza keçirilməsini məhkəmədən xahiş etmişdir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 06 mart 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına cavabdeh (apellyasiya şikayəti vermiş) Cavabdeh və onun nümayəndəsi Vəkil gəlmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və onun nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətini təmin etməyərək, Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş Cavabdeh və onun nümayəndəsi Vəkil Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2- 2(117)-18/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər. Bundan əlavə, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 12 dekabr 2024-cü ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin 12 dekabr 2024-cü il tаrixli qərаrdаdına əsasən apellyasiya şikayətini vermiş cavabdeh tərəfin vəsatəti əsasında iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 06 yanvar 2025-ci il tarixli 3-16-16/2-10/10076 nömrəli Ekspert Rəyinin “Tədqiqatın nəticəsi” hissəsində göstərilir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin 2022-ci il və 2023-cü il üzrə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57060 manat məbləğində müəyyən olunmuşdur. İşlərin həcmi (işçilik və material dəyəri) rəyin tədqiqat hissəsindəki smetada ətraflı göstərilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə mühəndis-texniki ekspertizasının 06 yanvar 2025ci il tarixli 3-16-16/2-10/10076 nömrəli Ekspert Rəyi verildikdən sonra cavabdeh tərəf yenidən vəsatətlə məhkəməyə müraciət edib, iş üzrə təkrar məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsini xahiş etsə də, Şəki Apellyasiya Məhkəməsinin 06 mart 2025-ci il tаrixli əsaslandırılmış qərаrdаdı ilə cavabdeh tərəfin həmin “təkrar məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi” barədə vəsatəti təmin edilməmişdir.
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, sifarişçi "xxxx" MMC ilə icraçı hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikinitisi haqqında” Podrat Müqaviləsi üzrə İcraçının özü tərəfindən tərtib edilərək, təsdiq olunmuş “Smeta” əsasında ümumilikdə cəmi 170381 manat (istifadə olunacaq material və görüləcək işçiliyin dəyəri) məbləğində görüləcək işlər üzrə iddiaçı (sifarişçi) "xxxx" MMC tərəfindən cavabdeh (icraçı) Cavabdeh əvvəlcədən, yəni məlum işlər yekunlaşdırılmadan 90000 manat məbləğində pul vəsaiti ödənilsə də (məhkəmə araşdırmaları zamanı cavabdeh qeyd olunan müqavilə üzrə 90000 manat məbləğində pulu almasını mübahisələndirməmiş və məhkəmə proseslərində o, bu xüsusatı etiraf edərək, iddiaçı tərəfindən onun hesabına əvvəlcə 30000 manat, sonra isə iki dəfəyə olmaqla 60000 manat, yəni cəmi 90000 manat məbləğində pulun ödənildiyini təsdiq etmişdir), sonuncu “İcraçı” olaraq həmin Müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, sifarişçi "xxxx" MMC icraçı Cavabdeh 24 noyabr 2022-ci il tarixli 161 nömrəli xəbərdarlıq məktubu göndərərək, İcraçıdan 2022-ci ilin dekabr ayının sonuna kimi işlərin tam keyfiyyətlə başa çatdırıb təhvil verilməsini tələb etmişdir. Lakin, həmin xəbərdarlıq məktubu nəticəsiz qalmışdır. Bundan sonra Sifarişçinin işçiləri tərəfindən tərtib edilmiş 15 mart 2023-cü il tarixli Aktdan görünür ki, 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikinitisi haqqında” Podrat müqaviləsi üzrə işlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması ilə əlaqədar sifarişçi "xxxx" MMC tərəfindən yaradılmış Komissiya həmin tikinti ərazisində yoxlama apararaq, görülmüş işlərin dəyərinin cəmi 55030 manat məbləğində olduğunu müəyyən etmişdir. Lakin, hazırkı iddia tələbi üzrə birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırması zamanı məhkəmə qərardadı əsasında təyin edilmiş ekspertiza tədqiqatı əsasında tərtib edilmiş 30 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1627 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikinitisi haqqında” Podrat Müqaviləsi üzrə İcraçı tərəfindən inşa edilmiş tikili üzrə aparılmış işlərə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57060 manat məbləğindədir. Ona görə də, birinci instansiya məhkəməsində həmin rəy mötəbər sübut kimi qiymətləndirilərək, iş üzrə qəbul edilən 30 sentyabr 2024-cü il tarixli e- 2-2(117)-18/2024 nömrəli məhkəmə qətnaməsində “ümumilikdə iddiaçı tərəfindən ödənilmiş 90000 manat qarşılığında cavabdeh tərəfindən 57060 manat dəyərində işlərin görülməsi” qənaətinə gəlinərək, ödənilmiş cəmi 90000 manat məbləğindən ekspert rəyi ilə müəyyən olunmuş 57060 manat məbləğində görülmüş işlərin dəyəri çıxılıb, qalan məbləğin Sifarişçiyə qaytarılması məqsədilə “32940 manat məbləğində pul vəsaitinin” cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə apellyasiya icraatında apellyasiya şikayətini vermiş cavabdeh tərəfin vəsatəti əsasında iş üzrə keçirilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 06 yanvar 2025-ci il tarixli 3-16-16/2-10/10076 nömrəli Ekspert Rəyində də müəyyən olunmuşdur ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən İstehsalat Bazasında inşa edilmiş tikili üzrə aparılmış işlərə (işçilik və material dəyəri) sərf olunmuş vəsaitin 2022-ci il və 2023-cü il üzrə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 57060 manat məbləğində olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə tərəflər arasında mövcud mübahisə sifarişçi "xxxx" MMC ilə icraçı Cavabdeh arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikintisi haqqında” Podrat Müqaviləsi üzrə yaranmış olsa da, həmin mübahisə üzrə birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində aparılan araşdırmalar zamanı apellyasiya şikayətini vermiş cavabdeh tərəf iş üzrə keçirilmiş ekspertizalar zamanı qoyulan suallar üzrə hesabatın səhv aparılmasını müəyyən edən, yəni Podrat müqaviləsinin icrası üzrə “İcraçı” tərəfin yerinə yetirdiyi işlərin həcminin və dəyərinin təsdiqi ilə əlaqədar tərtib olunan və mübahisənin araşdırılması zamanı mötəbər sübut kimi qiymətləndirilməklə, nəzərə alına biləcək hər hansı bir maliyyə-mühasibatlıq və s. sənədləri, o cümlədən də məlum işlərin görülməsində istifadə olunan materiala xərclənən vəsaiti və yaxud, işçilərə sərf olunan əmək haqqını, yəni işçilik haqqının məbləğini müəyyən edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə araşdırmaları zamanı mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olan belə bir sənədlərin mövcud olması da müəyyən edilməmişdir. Eləcə də, iş üzrə məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və işin konkret halları ilə 30 sentyabr 2022-ci il tarixli 14 nömrəli “İstehsalat bazasında sexin tikintisi haqqında” Podrat Müqaviləsi əsasında sifarişçi "xxxx" MMC tərəfindən icraçı Cavabdeh əvvəlcədən, yəni müqavilə üzrə görülən işlərin faktiki hesabatı aparılmadan ümumilikdə cəmi 90000 manat pulun ödənilməsi işin mübahisəsiz halı kimi təsdiq olunmasına baxmayaraq, “İcraçı” olaraq cavabdeh tərəf onun tərəfindən faktiki görülən işlərin dəyərini mübahisələndirərək, daha artıq məbləğdə iş gördüyünü iddia etsə də, podrat müqavilələri üzrə işlərin görülməsi üçün xarakterik olan müvafiq maliyyə-mühasibatlıq sənədlərini, o cümlədən də “Forma 2”, məhz həmin tikinti üçün mal-materialın alınması, tikintidə işləyən işçilər, işçilərə əmək haqqının ödənilməsi və s. bu kimi mötəbər sübut qismində qəbul oluna biləcək sənədləri məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, iddiaçı tərəf “Sifarişçi” olaraq, tikinti yerində aparılan yoxlama əsasında “İcraçı”nın 55030 manat dəyərində iş gördüyünü iddia etmiş, ekspertiza tədqiqatında isə görülən işlərin dəyərinin daha artıq məbləğdə, yəni 57060 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməli və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti isə apellyasiya şikayətini vermiş Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli e-2-2(117)-18/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.