Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-153/2025 27.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh (VÖEN: **********) qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 21 avqust 2024-cü ildə Cavabdeh (VÖEN: **********) qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ilə cavabdeh Rəsulova (Məmmədova) Sehrin Ənvər qızı arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli, 21/09-23 saylı müqavilənin ləğv edilməsi, cavabdeh Rəsulova (Məmmədova) Sehrin Ənvər qızından 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və ödənilmiş 151 (yüz əli bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 20151 (iyirmi min yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədova (Rəsulova) Sehrin Ənvər qızı "Labella" gözəllik salonuna bir neçə gün müştəri kimi gəlmiş, daha sonra aralarında (iddiaçı MMC-nin direktoru ilə) dostluq yaranmış və bir neçə gündən sonra cavabdeh başqa gözəllik salonunda çalışdığını bildirmişdir. Bundan sonra cavabdehlə bir neçə ay aralarında mehribançılıq və ailəvi gedişgəlişləri olmuşdur və ailəvi dost olmuşlar (iddiaçı MMC-nin direktoru ilə). Bundan bir neçə ay sonra, yəni 2023-cü ildə cavabdeh onu inandıraraq, yaxşı və bol müştəriləri olduğunu bildirmişdir. Cavabdeh bildirmişdir ki, onunla qanuni müqavilə bağlansa, o, salonda işləyər və müqaviləyə əsasən ona 20000 (iyirmi min) manat pul vəsaiti verilsə, o, salona yaxşı xeyir verəcəkdir. Onlar razılaşmışlar və 2023-cü ilin sentyabr ayının əvvələrində "xxxx" MMC-nin gözəllik salonunda “vizajist” kimi işləmək, üçün cavabdeh ilə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə Sehran Rəsulovanın fəaliyyəti üçün MMC tərəfindən 20000 (iyirmi min) manat pul verilməklə, 3 il ərzində cavabdeh 40000 (qırx min) manat məbləğində "Labella" gözəllik salonuna xeyir gətirməli idi. Cavabdeh 40000 manat "Labella" gözəllik salonuna xeyir gətirmədiyi təqdirdə, 20000 manatı geri qaytarmasını öhdəsinə götürmüşdür. Lakin, cavabdeh 20000 manat pul vəsaitini aldıqdan sonra bir neçə gün salonda işləmiş və salona aid olan və özünə aid olan avadanlıqları onun xəbəri olmadan aparmışdır. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı MMC-dən alınan 20000 manatla yanaşı, xəbərləri olmadan gözəllik salonundan əşyaları da, özü ilə birlikdə aparmışdır. Hesab edir ki, müqaviİə ləğv edilərək, iddiaçıya olan 20000 manat borcu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, cavabdehə dəfələrlə zəng olunsa da, cavabdeh mobil nömrəsini söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra məcbur qalaraq DİN-ə şikayət edilmişdir. Lakin, şikayət ərizəsində göstərilən tələblər mülki xarakterli mübahisə olduğundan, məhkəməyə müraciət olunması qərara alınmışdır. İş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdeh Məmmədova (Rəsulova) Sehrin Ənvər qızının nümayəndəsi 10 iyun 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edərək, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və həmin Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "Labella Group” MMC ilə Cavabdeh arasında "Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 21/09- 23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, "Labella Group” MMC (transfer edən) tərəfindən Cavabdeh (transfer edilən) 20.000 (iyirmi min) AZN məbləğində transfer haqqı ödənilmiş və həmin ödənişin qarşılığında isə sonuncu 3 il ərzində “ünvan 1 ünvanında qeydiyyatda olan "X8” adlı gözəllik salonunda vizajist olaraq fəaliyyət göstərərək, vizaj və digər xidmətlərin göstərilməsi ilə "Labella Group” MMC-yə 40.000 (qırx min) AZN məbləğində pul qazandırmağı öhdəsinə götürmüşdür. Həmçinin müqavilədə qeyd olunur ki, Cavabdeh 3 il ərzində transfer edənə 40.000 AZN qazandırmadığı halda, müqavilənin müddəti transfer edən tərəfindən uzadıla bilər. Buna baxmayaraq, Cavabdeh adıçəkilən gözəllik salonunda sadəcə xx.xx.2024-cü il tarixə qədər fəaliyyət göstərə bilmişdir. Həmin tarixə qədər 2-3 ay ərzində obyektdə işləyən digər işçilər işdən çıxarılmış və Cavabdeh tək işləmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü ildə isə "Labella Group” MMC tərəfindən cavabdehdən gözəllik salonunun açarları alınmış və Cavabdeh da fəaliyyətinə son qoyulmuşdur. Bundan sonra “X6” adlı gözəllik salonu bağlanılmış və cavabdehdən əsassız olaraq müqavilədə qeyd olunan 20.000 AZN tələb olunmuşdur. Aşağıda qeyd etdiyi hallar iddiaçının tələbinin tamamilə əsassız olmasını və iddia tələbinin rədd edilməli olduğunu təsdiq edir: 1). Əvvəla qeyd etmək lazımdır ki, İddiaçı MMC tərəfindən tərəflər arasında bağlanan "Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 21/09-23 nömrəli müqavilənin 3.1.1-ci bəndi pozulmuşdur. Həmin bəndə əsasən, transfer edən, yəni İddiaçı MMC xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq vəzifəsi daşıyır. Tərəflər arasında müqavilənin bağlanmasından sonra bir müddət iddiaçı bu şərtə əməl etsə də, sonradan Cavabdeh üçün qeyd olunan şəraiti yaratmamaqla yanaşı, həmçinin onun öz fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixinə qədər gözəllik salonunda fəaliyyət göstərən digər işçilərin fəaliyyətinə son qoyulmuş, bunun nəticəsində də Cavabdeh bütün işləri təkbaşına görmək məcburiyyətində qalmışdır. Həmçinin, İddiaçı MMC tərəfindən qərəzli şəkildə obyektin işıqları söndürülmüş, Cavabdeh dəfələrlə qaranlıqda işləmək məcburiyyətində qalmışdır. Digər tərəfdən də qeyd olunduğu kimi Cavabdeh sonradan tək qaldığı üçün digər işləri də (təmizlik, müştərilərə çay, qəhvə servis olunması və s.) görmüşdür. Buna baxmayaraq, İddiaçı MMC-nin müqavilənin şərtlərinin Cavabdeh tərəfindən pozulması istəkləri baş tutmamış, sonuncu bütün çətinliklərə rəğmən fəaliyyətinə davam etmişdir. Bu kimi hallar İddiaçı MMC tərəfindən müqavilənin sözügedən bəndinə əməl olunmadığına əsas verir. 2). Digər məsələ ondan ibarətdir ki, “X8” adlı gözəllik salonu İddiaçı MMC tərəfindən bağlanıldığı halda, Cavabdeh 20.000 AZN transfer haqqının əsassız olaraq geri qaytarılması tələb olunmuşdur. Sözügedən gözəllik salonu isə İddiaçı MMC-nin öz məsuliyyətsizliyinə görə bağlanmışdır. Yəni, İddiaçı MMC gözəllik salonunun fəaliyyətini saxlaya bilməmiş, bunun nəticəsində də qeyd olunan gözəllik salonu fəaliyyətini dayandırmışdır və cavabdehin isə Mülki Məcəllənin 430.1-ci maddəsi (Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir) pozulmaqla fəaliyyətinə son qoyulmuşdur. Cavabdeh gözəllik salonunun bağlanmasında heç bir təqsiri olmamasına baxmayaraq, ondan 20.000 AZN tələb olunmuşdur. Halbuki, tərəflər arasında bağlanan müqavilənin 6.1-ci bəndində qeyd olunur ki, transfer edilən tərəf (Cavabdeh) müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina edərsə və ya müqaviləni dayandırmaq istərsə, ödənilmiş məbləği (20.000 AZN) 100% nisbətində geri ödəniş etməlidir. Mülki Məcəllənin 556.2-ci maddəsinə əsasən, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Cavabdehdən qeyd olunan məbləğin tələb olunması o halda əsaslı olardı ki, Cavabdeh müqavilənin 6.1-ci bəndində nəzərdə tutulan hallardan hər hansı birinə əməl etməsin. Lakin, qeyd olunduğu kimi belə bir hal baş verməmiş, Cavabdeh öhdəliklərin icrasından imtina etməmiş, həmçinin sözügedən obyekt (gözəllik salonu) birbaşa "Labella Group” MMC tərəfindən bağlanılmışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsində aparılan araşdırma zamanı da Cavabdeh bu halları təsdiq edən faktları təqdim etmiş və öz izahatında bunları qeyd etmişdir. Cavabdeh ilə "Labella Group” MMC-nin direktoru arasında olan "WhatsApp” yazışmaları, səs yazıları və videogörüntülər də göstərir ki, bu imtina birmənalı şəkildə "Labella Group” MMC tərəfindən olunmuşdur. 3). Bundan başqa, iddiaçının hüquqi şəxs olmasına baxmayaraq, iddiaçının nümayəndəsi və vəkilinin verdikləri izahatlardan görünür ki, Cavabdeh ödəniş "Labella Group” MMC hüquqi şəxsi tərəfindən deyil, Nümayəndə2 tərəfindən olunmuşdur. Əgər həmin ödəniş (20.000 AZN) hüquqi şəxs tərəfindən ödənilsəydi, bununla bağlı hər hansısa bir mədaxil və yaxud, məxaric sənədi olardı. Halbuki iş materiallarında da qeyd olunan ödənişin hüquqi şəxsə daxil olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur. Bu halda da iddiaçı "Labella Group” MMC-nin iddia tələbi rədd olunmalıdır. Bununla yanaşı Cavabdeh işlədiyi "X8” gözəllik salonu "Labella Group” MMC-nin təsisçisinin mülkiyyətində olsa da, onlar arasında icarə müqaviləsi olmamışdır. Bu səbəbdən də "Labella Group” MMC tərəfindən Cavabdeh müqavilədə qeyd olunan 20.000 AZN məbləğin tələb olunması tamamilə əsassızdır. 4). "Labella Group” MMC Cavabdeh ilə vicdanlılıq prinsiplərinə zidd müqavilə bağlamışdır. Belə ki, Mülki Məcəllənin 420.3.7-ci maddəsinə əsasən, təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə (təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar) zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində etibarsız sayılır. Müqavilənin məzmununda sadəcə Cavabdeh məsuliyyətini nəzərdə tutan bəndlər mövcuddur. Halbuki, digər tərəfin də öz öhdəliklərini icra etmədiyi halda məsuliyyətini nəzərdə tutan bəndlər olmalı idi. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Göründüyü kimi, "Labella Group” MMC cavabdehlə Mülki Məcəllənin sözügedən normasına zidd müqavilə bağlamışdır. Bunlarla yanaşı diqqətə çatdırır ki, Cavabdeh müqavilənin şərtlərinə əməl edərək "Labella Group” MMC-yə 10.000 manatdan artıq pul qazandırmışdır. "Labella Group” MMC-nin müqavilənin 3.1-ci bəndinə əməl etməməsi, eləcə də sonradan cavabdehin fəaliyyətinə son qoyması nəticəsində Cavabdeh maddi, mənəvi, psixoloji sıxıntılar keçirmişdir. Xüsusən də xx.xx.2024-cü il tarixdən (fəaliyyətinə son qoyulmasından) sonra bir sıra maddi problemlərlə üzləşmişdir və hələ də həmin problemlər davam etməkdədir.
2. Birinci instansiya məhkəməsində icraat
İş üzrə Mingəçevir Şəhər Məhkəməsində məhkəmə prosesi başlanaraq, mübahisənin araşdırılması ilə əlaqədar müəyyən prosessual hərəkətlər edildikdən və bir neçə məhkəmə iclası keçirildikdən sonra Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 17 fevral 2025-ci il il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş kommersiya mübahisəsi hesab edilərək, məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmiş (i/v: 1-ci cild, səhifə 105-107) və həmin iş 02 aprel 2025-ci ildə Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur (i/v: 1-ci cild, səhifə 112, 117). Birinci instansiya məhkəməsində (Şəki Kommersiya Məhkəməsində) aparılan icraat zamanı kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli, 21/09-23 nömrəli “Gözəllik salonunda xidmətlərin göstərilməsi” haqqında müqavilənin 30 iyun 2024-cü il tarixdən ləğv olunmuş hesab edilməsi və Cavabdeh 14833,3 manat məbləğində pul vəsaitinin və 111,25 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı (transfer edən) ilə Cavabdeh (transfer edilən) arasında 21 sentyabr 2023-cü il tarixli, 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır: 1.1. Transfer edən müqavilə imzalanan tarixdə qarşı tərəfə razılaşdırılmış transfer haqqını ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürür; 1.2. Transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ 20 000 manat olaraq qəbul edilmişdir; 2.1. Transfer edilən tərəf Ülvi Bünyadzadə 2 ünvanında qeydiyyatda olan X8 adlı gözəllik salonunda vizajist olaraq fəaliyyətə başlayır, vizaj və buna aid digər xidmətlərin göstərilməsini həyata keçirir; 2.2. Hər iki tərəf razılıq əsasında bundan sonra xidmətlərin göstərilməsindən əldə olunan gəlirin 60% transfer edilən, 40% transfer edən nisbətində bölüşdürülməsinə qərar vermişdir; 3.1.1. Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq transfer edənin vəzifələrinə aid edilmişdir; 3.2. Müqavilədə nəzərdə tutulan qaydada xidmətləri tam həyata keçirmək, müqavilə vaxtı bitənədək xidmətlərin göstərilməsinə davam etmək, müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-ni, yəni 40 000 manat məbləği transfer edənin xeyrinə qazandırmış olmaq transfer olunanın vəzifələrinə aid edilmişdir; 5.2. Bu müqavilədə nəzərdə tutulan xidmətlər 3 il müddətində salonun fəaliyyətdə olduğu müddətdə həyata keçirilməlidir; 5.4. Müqavilənin vaxtı bitən tarixdə alınmış transfer məbləğinin 200%-i, yəni 40 000 manat məbləği transfer edənin xeyrinə qazandırmadığı halda müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər; 6.3. Transfer edilən tərəf müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina edərsə və ya müqaviləni dayandırmaq istərsə, ödənilmiş məbləği 100% nisbətində geri ödəmə etməlidir. İşdə olan 21 sentyabr 2023-cü il tarixli ödənişin qəbulu aktından (müqaviləyə əlavə) görünür ki, İddiaçı MMC tərəfindən 20 000 manat X2 ödənilmişdir. 16 fevral 2024-cü il, 11 iyul 2024-cü il və 12 iyul 2024-cü il tarixli whatsapp yazışmaları, 07 mart və xx.xx.2024-cü il tarixli whatsapp yazışmalarını, video görüntüləri özündə əks etdirən disk iş materiallarına əlavə edilmişdir. İşdə olan ƏMDX DƏDKR-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********88-05301-083007 reyestr nömrəli çıxarışdan göründüyü kimi ümumi sahəsi 198 kv.m olan və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Nümayəndə2 tam mülkiyyətindədir. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, tərəflərin izahatını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halı İddiaçı MMC və Cavabdeh arasında 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanmasından, həmin müqavilə əsasında cavabdehə 20 000 manat məbləğində pul vəsaitinin verilməsindən, bundan sonra cavabdehin bir müddət iddiaçıya məxsus gözəllik salonunda fəaliyyət göstərməsindən ibarətdir. İşin mübahisələndirilən hallarına isə müqavilənin ləğv edilməsi, bu halda cavabdehə verilmiş 20 000 manat pulun iddiaçıya geri qaytarılmalı olub-olmaması, eyni zamanda cavabdehin gözəllik salonunda hansı dövr ərzində işləməsi halları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 21 sentyabr 2023cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilədən göründüyü kimi İddiaçı MMC (transfer edən) müqavilə imzalanan tarixdə Cavabdeh (transfer edilənə) razılaşdırılmış transfer haqqını (20 000 manat) ödəməyi, transfer olunan isə ödəməni aldıqdan sonra müqavilənin müddəti və şərtləri əsasında xidmətləri göstərməyi öhdəsinə götürmüş, bundan sonra eyni tarixli ödəniş qəbulu aktından göründüyü kimi 20 000 manat məbləğində ödəniş cavabdehə ödənilmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin birinci hissəsinə, yəni xx.xx.2023-cü il tarixli, 21/09-23 saylı müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarından və tərəflərin izahatından müəyyənləşdirmək mümkündür ki, cavabdeh tərəf gözəllik salonunda müəyyən müddət işlədikdən sonra tərəflər arasında müəyyən anlaşılmazlıqlar olmuş, cavabdeh salonda müəyyən müddət işlədikdən sonra tərəflər arasında yaranmış narazılıqlara əsasən işləməmiş, eyni zamanda cavabdeh tərəf son iş gününün 06 iyul 2024-cü il tarixi, iddiaçı isə 30 iyun 2024-cü il tarixi olduğunu iddia etmişdir. İddiaçı tərəf müqavilənin ləğv edilməsinə əsas olaraq, cavabdehin öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini göstərmiş, cavabdeh tərəf isə müqavilənin ləğv edilməsi ilə bağlı tələbin əsassız olduğunu, iddiaçının müqavilənin 3.1-ci bəndində qeyd olunan şəraiti yaratmamaqla yanaşı, cavabdehin fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etdiyini qeyd etmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı tərəflə olan 16 fevral 2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi (şəxsi yazışmalar tərəflərin və nümayəndlərin razılığı ilə məhkəmə iclasında dinlənilmiş və yazılar oxunmuş) müştərinin az olması, iş saatları və bu səbəbdən aralarındakı razılaşmanın sonlandırılması ilə bağlı tərəflər arasında mübahisə olmuş, bundan sonra 07 mart və xx.xx.2024-cü il tarixli whatsapp yazışmalarından göründüyü kimi həmin müddətə kimi tərəflər arasında müvafiq münasibətlər davam etdirilmiş, bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş 11 iyul 2024-cü il və 12 iyul 2024-cü il tarixli whatsapp yazışmalarının məzmunundan göründüyü kimi iyul ayı ilə əlaqəli yazışmalar iddiaçı tərəflə deyil, başqa şəxslə olan yazışmalardır. Məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin anlaşmazlığı səbəbindən pozulmuş və cavabdeh tərəfindən 06 iyul 2024-cü il tarixinin son iş günü olduğu iddia edilsə də, bu təqdim edilən sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında olan whatsapp yazışmaları ilə ən son xx.xx.2024-cü il tarixdə onlar arasında münasibətin mövcudluğu öz təsdiqini tapır, iddiaçı tərəf isə cavabdehin son iş gününün xx.xx.2024-cü il tarixi olduğunu qəbul edir. Məhkəmə yekun olaraq hər iki tərəf arasında müqavilənin yerinə yetirilməsi ilə əlaqəli mübahisə olduğundan xx.xx.2024-cü il tarixində cavabdehin son iş günü olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli müqavilə xx.xx.2024-cü il tarixindən ləğv edilmiş hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin sonlandırılması ilə bağlı 2024cü ilin fevral ayından başlayaraq danışıqlar getsə də, cavabdeh qeyd edilən salonda fəaliyyətini 2024-cü ilin 30 iyun tarixinədək davam etdirmişdir. Yəni müqaviləni vaxtından əvvəl ləğv etmək barədə ilkin olaraq iddiaçı tərəfin təklifi olmuş, buna baxmayaraq cavabdeh qeyd edilən salonda fəaliyyətini davam etdirmiş, nəhayət xx.xx.2024-cü il tarixdən sonra həmin salona gəlməmişdir. Ona görə də tərəflərin təşəbbüsü ilə aralarında bağlanmış müqavilənin ləğv edilmə tarixini məhkəmə xx.xx.2024-cü il tarix qəbul edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarili Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Bundan başqa iddia tələbinin ikinci hissəsinə, yəni cavabdehdən 20 000 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə münasibətdə o qənaətə gəlmişdir ki, iddiaçı bu hissədə qismən haqlıdır. Belə ki, iddiaçı tərəf bu hissəyə münasibətdə bildirmişdir ki, cavabdeh çoxlu müştəriləri olduğunu, işləyəcəyi təqdirdə çoxlu gəlir əldə edəcəyini və iddiaçıya xeyir verəcəyini bildirərək iddiaçını inandırmış, 20 000 manat pul alaraq öz şəxsi ehtiyaclarına xərcləmiş, daha sonra iddiaçı artıq cavabdehin dediyi kimi müştəri bazasının olmadığını görmüş, cavabdehi bu barədə xəbərdar etmiş, cavabdeh də artıq münasibətlərin pisləşdiyini görmüş və beləcə hər iki tərəf də müqavilə münasibətlərinin artıq davam etdirə bilməyəcəklərini anlamışlar. Məhkəmə bu hala münasibətdə bildirir ki, müqavilənin şərtlərindən göründüyü kimi cavabdehə verilmiş 20 000 manatın gözəllik salonunun fəaliyyətinin yaxşılaşdırılması məqsədilə verilməsi halı öz təsdiqini tapmamış, müqavilənin 1.2-ci bəndində 20 000 manatın transfer olaraq xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış məbləğ olduğu qeyd edilmişdir ki, burdan həmin məbləğin cavabdehə 3 il ərzində göstəriləcək xidmətə görə verildiyini nəticəsinə gəlinir. Bundan başqa, müqavilənin 6.3-cü bəndinin tələbindən görünür ki, cavabdeh (transfer edilən) tərəfin müqavilənin müddəti bitmədən xidmətlərin göstərilməsindən imtina etməsi və ya müqaviləni dayandırmaq istəməsi halında ödənilmiş məbləğin tam şəkildə qaytarılması barədə tərəflər razılaşmışlar, lakin hazırkı vəziyyətdə müqavilənin ləğv edilməsinin səbəbi birbaşa cavabdeh tərəfindən deyil, hər iki tərəfin anlaşmazlığı səbəbindən olduğundan qeyd edilən halda ödənilmiş məbləğin cavabdeh tərəfindən tam şəkildə qaytarılmasının tələb edilməsi əsaslı deyil. Cavabdeh tərəf isə cavabdehin öhdəliklərinin icrasından imtina etmədiyini, gözəllik salonunun birbaşa iddiaçı tərəfindən bağlanmasını, eyni zamanda cavabdehə ödənilən 20 000 manat ödənişin iddiaçı hüquqi şəxs deyil, Nümayəndə2 tərəfindən edildiyini, hüquqi şəxs tərəfindən edilsəydi, bununla bağlı hər hansısa bir mədaxil və ya məxaric sənədi verilməli olduğunu, bundan başqa cavabdehin müqavilənin şərtlərinə əməl edərək iddiaçıya 10 000 manatdan artıq pul qazandırdığını qeyd edərək, həmin məbləğin tələb edilməsinin əsassız olduğunu bildirmişdir. Məhkəmə cavabdeh tərəfin mövqeyinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş whatsapp yazışmalarından göründüyü kimi tərəflər arasında münasibətlər hər iki tərəfin narazılığı ilə davam etdirilə bilməmiş, eyni zamanda cavabdeh tərəf 10 000 manatdan artıq salona gəlir qazandırdığını bildirsə də, bunu təsdiq edəcək qəbzləri məhkəməyə təqdim etməmiş, eyni zamanda ödəniş qəbulu aktından göründüyü kimi 20 000 manat ödəniş İddiaçı MMC, Nümayəndə2” tərəfindən 21/09-23 nömrəli müqavilənin şərtlərinə əsasən, cavabdehə ödənilmişdir. Bundan başqa, Mülki Məcəllənin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, cavabdehin ilkin olaraq 20 000 manat məbləği əldə etməsinin müqavilə əsası olmuş, belə ki, iddiaçının cavabdehə razılaşdırılmış transfer haqqını (20 000 manat) ödəməsi, bundan sonra cavabdehin gözəllik salonunda 3 il müddətinə xidmət göstərməsi, 3 ilin sonunda (müqavilənin vaxtı transfer edənin müəyyən etdiyi vaxta qədər uzadıla bilər) iddiaçının xeyrinə 40 000 manat qazandırması barədə razılaşmışlar. Lakin bundan sonra tərəflər arasında olan narazılıq səbəbindən müqavilə münasibətləri davam etməmiş, buna baxmayaraq iş materialları və tərəflərin izahatları qarşılıqlı təhlil edildikdə aydın olur ki, cavabdeh tərəf xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, yəni 9 ay 9 gün müddətində müqavilə əsasında gözəllik salonunda fəaliyyət göstərmişdir. Eyni zamanda, cavabdehin bu müddət ərzində tam olaraq nə qədər qazanc əldə etdiyini hər iki tərəf sübut edə bilməsə də, onların izahatından müəyyən olunduğu kimi cavabdeh həmin dövr ərzində müəyyən məbləğ qazanc əldə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, transfer haqqı olan 20 000 manat pul 3 illik xidmət üçün nəzərdə tutulduğu halda, cavabdeh tərəf 9 ay 9 gün müddətində işləmiş, razılaşdırılmış şərt tamamlanmamışdır, bu səbəbdən həmin məbləğin tam şəkildə cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olur. Eyni zamanda əks halda, yəni həmin məbləğin cavabdehdən tam şəkildə tutularaq iddiaçıya verilməsi də, cavabdehin faktiki olaraq həmin salonda müəyyən müddət işləməsi, müəyyən məbləğdə qazanc gətirməsi, müqavilənin hər iki tərəfin narazılığı səbəbindən davam etməməsi hallarını nəzərə aldıqda cavabdehin hüquqlarını pozur ki, qeyd edilən tələb əsaslı və ədalətli deyil. Qeyd edilən hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, 3 il ərzində göstəriləcək xidmət üçün cavabdehə ödənilmiş 20 000 manat pul cavabdehin gözəllik salonunda fəaliyyət göstərdiyi müddətə (9 ay 9 gün) mütənasib hesablanaraq, tərəflər arasında bölünməlidir. Belə ki, məhkəmə nəticədə hesab edir ki, Cavabdeh 14833,3 manat məbləğində pul vəsaiti (20 000 manat / 36 ay (3 il) = 555.6 manat – 1 ay; 555.6 manat / 30 gün = 18.52 manat- 1 gün; 555.6x9 ay=5000, 18.52x9 gün =166.7; 20 000 manat - 5166.7 manat = 14833.3 manat) tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, yekun olaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli 21/09-23 nömrəli Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında müqavilə 30 iyun 2024-cü il tarixdən ləğv olunmuş hesab edilməli və cavabdehdən 14833,3 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 150 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən, iddianın təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 111,25 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə 38,75 manat hissəsi iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsində gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 423.2 , 424.2, 424.3, 424.4, 447.1, 447.2, 447.3, 447.7 və 1091-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(117)-489/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış 21/09-23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin 5.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlər 3 il müddətində salonun fəaliyyətdə olduğu müddətdə həyata keçirilməlidir. Göründüyü kimi, xidmət müqaviləsində müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Belə olan halda transfer edən müqavilyə vaxtından əvvəl xitam verə bilməzdi, əgər bunu birtərəfli qaydada özü icra etmişdirsə, o zaman transfer məbləğini cavabdehdən tələb edə bilməzdi, çünki iddiaçı cavabdehi işsiz qoymaqla ona əsaslı ziyan vurmuşdur. Belə ki, cavabdehi salondan zorla çıxararaq, iddiaçı özü salonu bağlamış və hal-hazıradək salonun icarəyə verilməsi üçün sosial şəbəkələrdə elanlar yerləşdirilməkdədir. Cavabdehin transfer edənə qazandıracağı məbləğlə bağlı hissəyə gəlincə, tərəflər arasında bağlanılmış müqavilənin 3.2.3 bəndinə əsasən müqavilənin vaxtı bitən tarixdə transfer məbləğinin 200%-ni, yəni 40.000 manatı transfer edənin xeyrinə qazandırmaq öhdəliyi qarşılqlı olaraq qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, öz öhədiliyini davam etdirmək niyyətində olduğunu iddaçıya hər zaman bildirmiş və o, bu öhdəlikdən yayınmamışdır. Bundan əlavəı, tərəflər arasında bağlanılmış müqavilənin vaxtı 21 sentybr 2026-cı il tarixdə bitəcəyindən, bu tarixədək ondan tarnsfer məbləğinin tutulması əsassızdır. Mülki Məcəllənin 556.2-ci maddəsinə əsasən, borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Cavabdehdən qeyd olunan məbləğin tələb olunması o halda əsaslı olardı ki, Cavabdeh 6.1-ci bənddə nəzərdə tutulan hallardan hər hansı birini icra etsin. Lakin, qeyd olunduğu kimi belə bir hal baş verməmiş, cavabdeh öhdəliklərin icrasından imtina etməmiş, həmçinin sözügedən obyekt (gözəllik salonu) birbaşa "xxxx" MMC tərəfindən bağlanılmışdır. Aparılan polis araşdırması zamanı da Cavabdeh bu halları təsdiq edən faktları təqdim etmiş və öz izahatında bunları qeyd etmişdir. Cavabdeh ilə "xxxx" MMC-nin nümayəndəsi arasında olan "WhatsApp" yazışmaları, səs yazıları və videogörüntüləri də göstərir ki, bu imtina birmənalı şəkildə "xxxx" MMC tərəfindən olunmuşdur. Bütün bunlardan əlavə "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanan "Gözəllik salonunda xidmətlərin göstərilməsi haqqında" 21/09-23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 3.1.1-ci bəndi pozulmuşdur. Həmin bəndə əsasən, transfer edən, yəni "xxxx" MMC xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq və bununla bağlı digər məsələlərdə dəstək olmaq vəzifəsi daşıyır. Tərəflər arasında müqavilənin bağlanmasından sonra bir müddət iddiaçı bu şərtə əməl etsə də, sonradan Cavabdeh üçün qeyd olunan şəraiti yaratmamaqla yanaşı, həmçinin onun öz fəaliyyətini həyata keçirməsinə çətinlik törədəcək hərəkətlər etmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixinə qədər gözəllik salonunda fəaliyyət göstərən digər işçilər işdən çıxarılmış, bunun nəticəsində də Cavabdeh bütün işləri təkbaşına görmək məcburiyyətində qalmışdır. Bu kimi hallar iddiaçı "xxxx" MMC tərəfindən müqavilənin sözügedən bəndinə əməl olunmadığına əsas verir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-489/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. 447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələblərinin dəlillərinə və cavabdehin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, apellyasiya şikayətinin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh (VÖEN: **********) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2025-ci il tаrixli, 2-2(117)-489/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.