Məhkəmə qərarları › İş №2-2(107)-18/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-18/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-18/2023 31.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pul tələbi” barədə ilkin iddiasına, iddiaçı Cavabdeh İddiaçınə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi” barədə qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pul tələbi” barədə ilkin iddia tələbi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi” barədə qarşılıqlı iddia tələbi üzrə Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-xx/xx- 2019 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı) İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə (Cavabdeh MMC) məxsus ərazidə atçılıq kompleksinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərin yerinə yetirilməsi ilə bağlı podratçının ümümi dəyəri ƏDV daxil 948.681 (doqquz yüz qırx səkkiz min altı yüz səksən bir) manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-70- 1/12-2019 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı) İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən sifarişçiyə (Cavabdeh MMC) məxsus ərazidə nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçının ümümi dəyəri ƏDV daxil 1.068.476 (bir milyon altmış səkkiz min dörd yüz yetmiş altı) manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-70- 2/12-2019 nömrəli podrat müqaviləsinə əsasən, podratçı(İddiaçı) Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən sifarişçiyə(Cavabdeh MMC) məxsus ərazidə som balıqlarının yetişdirilməsi üçün göllərinin layihəsini hazırlamağı və layihəyə uyğun tikinti işlərini aparmağı, sifarişçi isə görülmüş işlərin dəyərini podratçıya ilkin avansla və hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi görüləcək işlərini yerinə yetirilməsi ilə bağlı podratçının ümümi dəyəri ƏDV daxil 1.174.004 (bir milyon yüz yetmiş dörd min dörd) manat olan təklifini qəbul etmişdir. Müqavilə üzrə görüləcək işlərin təhvil verilməsi xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və “iddia tələbində dəqiqləşdirmə aparılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı, 09 dekabr 2019-cu il tarixli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.068.476 (bir milyon altmış səkkiz min dörd yüz yetmiş altı) manat, som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12- 2019 saylı, 09 dekabr 2019-cu il tarixli podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1.174.004 (bir milyon bir yüz yetmiş dörd min dörd) manat, QAR-70-1/12-2019 saylı, 09 dekabr 2019-cu il tarixli və QAR-70-2/12-2019 saylı, 09 dekabr 2019-cu il tarixli podrat müqavilələri üzrə görülmüş əlavə işlərin dəyəri olaraq 1.312.421(bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihənin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat, ümumilikdə 3.780.627 (üç milyon yeddi yüz səksən min altı yüz iyirmi yeddi) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 09 dekabr 2019-cu il tarixdə yazılı şəkildə 3 podrat müqaviləsi bağlanmışdır. Bundan başqa tərəflər arasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair şifahi podrat müqaviləsi də bağlanmışdır ki, bu müqavilə üzrə görüləcək işlərin dəyəri ƏDV daxil 225.726 (iki yüz iyirmi beş min yeddi yüz iyirmi altı) manat olmuşdur. Ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən ümumilikdə 1.274.323 (bir milyon iki yüz yetmiş dörd min üç yüz iyirmi üç) manat, 50 (əlli) qəpik ödəniş olunmuşdur. Eyni zamanda QAR-70- 1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı müqavilələr üzrə cavabdehin sifarişinə əsasən 1.312.421(bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat dəyərində əlavə işlər görülmüşdür. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-ci il tarixində bağlanmış QAR-xx/xx-2019 , QAR-70-1/12-2019 və QAR-70- 2/12-2019 saylı podrat müqaviələrindən irəli gələn öhdəliklərin lazimi qaydada yerinə yetirilməməsi, keyfiyyətsiz yerinə yetirilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 1.999.000 (bir milyon doqquz yüz doxsan doqquz min) manat birbaşa zərər və əldən çıxmış fayda, 999.500 (doqquz yüz doxsan doqquz min beş yüz) manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərər olmaqla, ümumilikdə 2.998.500 (iki milyon doqquz yüz doxsan səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 2292 (iki min iki yüz doxsan iki) manat məbləğin cavabdeh İddiaçındən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barade qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, müvafiq arayışlar, müayinə və qüsur aktları ilə müəyyən edilmişdir ki, müqavilə üzrə podratçı İddiaçı tərəfindən podrat müqavilələrində göstərilmiş və yerinə yetirilməli olan işlərdə kifayət qədər nöqsanlar (qüsurlar) vardır. Digər tərəfdən bağlanmış podrat müqavilələri üzrə üzərinə götürdüyü işləri podratçı İddiaçı tam şəkildə və müqavilə tələblərinə uyğun həyata keçirməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi məbləğlər tərəflər arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrində göstərilmiş məbləğlər ilə doğru olmamaqla, həmin müqavilələr üzrə tərəflər arasında razılaşdırılmış işlərin həcmindən əsaslı dərəcədə fərqlənir. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia etdiyi məbləğlər müvafiq podrat müqavilələri üzrə həqiqəti özündə əks etdirmir. Bu baxımdan,İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı yönəlmiş 3.780.627 manat məbləğində pul tələbinə dair iddiası əsassızdır. Bundan əlavə, məhkəməyə verilmiş iddia ərizəsində İddiaçı tərəfindən Balıq konserv zavodunun tikintisi ilə bağlı tərəflər arasında "Podrat Müqaviləsi"nin bağlandığı və həmin müqavilə üzrə görüləcək işlərin məbləğinin 225.726 manat olması qeyd olunub. Tərəflər arasında belə bir müqavilə bağlanmayıb. Tərəflər arasında belə bir müqavilənin mövcud olmadığı halda "xxxx" MMCnin İddiaçınə 225.726 manat məbləğində borcunun olması tam əsassızdır və "xxxx" MMCnin İddiaçınə belə bir məbləğdə borcu yoxdur. Başqa bir sözlə, sonuncunun "xxxx" MMCyə qarşı olan həmin iddia tələbinin heç bir hüquqi əsası yoxdur. xx.xx.2019-cu il tarixli QAR-xx/xx-2019 saylı, QAR-70-1/12-2019 saylı və QAR-70-2/12-2019 saylı podrat müqavilələrinə əsasən işlərin dəyəri cəmi 3.041.742,44 manat təşkil etmişdir. Aparılmış audit yoxlaması zamanı Mirzəhüseyinli balıqçılıqda texnoloji va elektrik avadanlıqların quraşdırılmadığı işlər üzrə 92.616,20 manat, Kəlbənddəki beton hovuzların tikintisində görülməyən işlər üzrə isə 464.723 manat olmaqla, cəmi 557.339,20 manat həcmində işlərin ümumiyyətlə görülmədiyi müəyyən edilmişdir. Digər bir tərəfdən, Mirzəhüseynli balıqçılığında İddiaçı tərəfindən işlərin görülməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə "xxxx" MMC ilə "xxxx" şirkəti müqavilə bağlamış və "xxxx" Şirkətinə xx.xx.2021-ci il tarixdə həmin işlərin görülməsinə görə "xxxx" MMC tərəfindən ümumilikdə 645.750,19 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən hesab edirlər ki, 3.041.742,44 manatdan aşağıdakı məbləğlər çıxılmalıdır: -Cavabdeh MMC tərəfindən İddiaçınə avans kimi ödənilmiş 1.792.323 manat; - İddiaçı tərəfindən görülməmiş işlər üçün hesablanmış 557.339,20 manat; - podratçı İddiaçı tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması üçün "xxxx" şirkətinə ödənilmiş 645.750,19 manat; - nohurlara (prudlara) girişdə yol və beton körpü işlərinin görülməməsinə görə hesablanmış 45.330,05 manat. Beləliklə müəyyən olunur ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə podratçı İddiaçı sifarişçi Cavabdeh MMC-yə 1.999.000 manat məbləğində borcu yaranmışdır. Podrat müqavilələri üzrə yuxarıda qeyd edilən layihələr üzrə işlərin vaxtında və tam şəkildə təhvil verilməməsi səbəbindən Cavabdeh MMC-nin işgüzar nüfuzuna 999.500 manat məbləğində ziyan vurulmuşdur. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-1018/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən tərəflər arasında bağlanmış müqavilələrin icra edilməməsi nəticəsində ödənilməmiş 953.665 (doqquz yüz əlli üç min altı yüz altmış beş) manat, 64 (altmış dörd) qəpik pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, təhvil-təslim aktlarında olan “Sifarişçinin” nümayəndəsinin qeydlərindən müəyyən edilir ki, İddiaçı həmin qeydlərə hər hansı bir münasibət bildirməmiş, işlərin qüsurlu olması ilə bağlı tərəflərin nümayəndələrinin iştirakı ilə tikintisi aparılan obyektə hər hansı bir baxış keçirməmiş, akt tərtib edilməmiş, nəticədə isə müqavilə üzrə işləri tam yerinə yetirməmiş, yerinə yetirilən işlər isə qüsurlu icra edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq hər üç Müqavilənin 3.2-ci bəndinə əsasən işlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi akt ilə rəsmiləşdirilir. İşlərin təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. Sifarişçi olan iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi işin tam görülmədiyini bildirir, konkret qeydlər edir. İddiaçı isə həmin qüsurları aradan qaldırması ilə bağlı hər hansı bir sübut təqdim etməmiş və müqavilənin bəndinə uyğun olaraq bununla bağlı rəsmiləşdirmə aparmamışdır. Cavabdeh MMC isə digər bir hüquqi şəxsə müraciəti əsasında audit yoxlaması aparılmış və görülmüş işlər üzrə qüsurlarla bağlı müvafiq akt tərtib edilmiş, bu barədə İddiaçınə məlumat vermişdir. Bundan sonra Cavabdeh MMC (təsisçisi Fərhad Əhmədov) qeyd edilən yarımçıq işlərin görülməsi üçün başqa bir hüquqi şəxs ilə “X1 Company” MMC ilə müqavilə bağlamış, müqavilənin ümumi dəyəri olan 550.171,86 manat məbləğində vəsait Cavabdeh MMC və ya onun təsisçisi tərəfindən ödənilmiş, işlərin qəbulu aktı tərtib edilmişdir. Məhkəmə ilk anda Sifarişçinin işlərin yarımçıq görülməsi, müqavilə qiymətləri ilə razılaşmaması barədə təhvil-təslim aktlarında etdiyi etiraz və qeydləri nəzərə almaya bilməz. Çünki bu hal ilk andan mövcud olduğundan, sonradan Cavabdeh MMC-nin başqa bir hüquqi şəxslə müqavilə bağlamasını və bununla bağlı ödənişlərin edilməsini inandırıcı qəbul edir. Müqavilənin bir qisminin hüquqi şəxsin şəxsən təsisçisi tərəfindən bağlanması və ödənişin təsisçinin şəxsən özü tərəfindən edilməsi qanunvericiliyin tələblərinə hər hansı bir ziddiyyət təşkil etmir. Belə ki, İddiaçı ilə 413.000 manat məbləğində atçılıq, nərə və som balıqlarının yetişdirilməsi üçün müvafiq layihələrin hazırlanması və işlərin görülməsi üçün müqavilə Cavabdeh MMC-nin təsisçisi olan X4 şəxsən bağlamış, həmçinin həmin vəsaiti də öz hesabı vasitəsilə ödəmişdir. Bundan əlavə X4 qüsurlu işlərin görülməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamış və görülmüş işlərin müqabilində həmin şirkətə 550.171,86 manat məbləğində vəsait ödəmişdir. İlkin iddiaçı tərəflər arasında bağlanmış, yuxarıda qeyd edilən 413.000 manat məbləğində müvafiq müqaviləni və edilmiş ödənişləri qəbul etmiş, həqiqiliyini bildirmişdir. Məhkəmə də həmin hallara hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxsin təsisçisi tərəfindən hüquqi şəxsin adından müqavilə bağlaması və öz hesabından həmin hüquqi şəxsin hüquq və öhdəlikləri üçün ödənişlərin edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir qadağa yoxdur. Ona görə də məhkəmə qeyd edilən sübutları iş üçün əhəmiyyət daşıdığı üçün qəbul etmişdir. Məhkəmə üç ədəd təhvil-təslim aktlarında görülmüş işlərin dəyərinə dair məbləğləri müqavilə qiymətləri ilə müqayisə etdikdə müəyyən edir ki, müqavilə qiymətləri qeyd edilən qiymətlərdən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə təhvil-təslim aktında 1.105.868,9 manat, xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə təhvil-təslim aktında 2.630.619,4 manat və xx.xx.2019-cu il tarixli QAR-70- 2/12-2019 müqavilə üzrə təhvil-təslim aktında 1.649.605 manat qeyd edilmişdir. Lakin qeyd edilən müqavilələr üzrə müqavilə qiymətləri müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tərəflərin razılaşdıqları müqavilə qiyməti artırıldığı təqdirdə ən azı həmin müqavilə ilə müəyyən edilmiş formada bağlanmış yazılı formada razılaşdırılmış müqavilə olmadığından, icraçı təqribi smeta dəyərindən kənara çıxma haqqında Sifarişçiyə məlumat vermədiyindən, təqdim edilən sənədlərdə Sifarişçi ilk dəfə ona təqdim edilən təhvil-təslim aktında qiymətin artırılmasına etiraz etdiyindən və bununla bağlı həmin təhvil-təslim aktına müvafiq qeydiyyat aparmaqla etiraz etdiyindən görülmüş işlərin dəyəri üçün əsas müqavilədə müəyyən edilən qiymət götürülməlidir. Tərəflər arasında bağlanmış qeyd edilən hər üç müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, işlərin icrası zamanı "xxxx"nin təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. Müqavilə qiyməti artırılarsa bu Sifarişçinin təşəbbüsü ilə baş verməli və müqavilə ilə eyni formada rəsmiləşdirilməli idi. Belə bir sənəd təqdim edilməmiş, təqdim edilmiş təhvil-təslim aktları isə işlərin görülməsinin qəbul aktı kimi qəbul edilsə də, müqavilə qiymətini müəyyən edən sənəd deyildir. Bundan əlavə əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi ilə bağlıdırsa, qanunvericiliyin tələbinə görə bu barədə sifarişçiyə ləngimədən məlumat verməli, ən azı Sifarişçinin məlumatı olmalıdır. Belə hallar, yəni məlumatlandırma iş materiallarında mövcud deyildir. Qiymət müqavilənin mühüm şərtidir və qanunvericiliyin tələblərinə əsasən yalnız hər iki tərəfin razılığı ilə dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflər arasında belə bir yazılı razılaşma olmamışdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İddiaçı tərəfindən Cavabdeh MMC-nin sifarişi əsasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat məbləğində vəsaiti tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəf bununla bağlı məhkəməyə müqavilə, iş həcmlərinin görülməsinə dair sənədləri, ödəniş sənədlərini, hər hansı bir razlaşma sənədlərini və ya işlərin təhvil-təslim edilməsi ilə bağlı sənədləri təqdim etməmişdir. Təqdim edilmiş təhviltəslim aktlarının məzmununda isə qeyd edilən zavodun tikintisi ilə bağlı hər hansı bir işin görülməsi qeyd edilməmişdir. Məhkəmə qeyd edilən tələbi ilkin iddiaçı tərəfindən sübut edilməmiş olaraq qəbul edir. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı İddiaçı tərəfindən "xxxx" MMC-yə vurulmuş maddi ziyanı və işgüzar nüfuzuna vurulmuş ziyanı sübuta yetirə bilməmişdir. Belə ki, Cavabdeh MMC sifarişçi olaraq bağladığı podrat müqavilələri üzrə ödənişləri müqavilədə nəzərdə tutulan qaydada etməmiş, hətta tam yerinə yetirməmişdir. Müqavilə hər iki tərəfin öhdəliyini və hüquqlarını müəyyən edir. Belə ki, işlərin dəyəri ödənilmədən, nəticədə hazır olmayan müvafiq sahibkarlıq obyektlərindən hər hansı gəlirin götürülməsi mümkün deyil, yəni Cavabdeh MMC ilkin olaraq görülmüş işlərin dəyərini tam ödəməli idi, əgər bu ödənişi tam aparmayıbsa İcraçı tərəfindən də işlərin tam görülməsi mümkün deyildir. Belə ki, bu hallar tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində ətraflı nəzərdə tutulmuşdur. Sifarişçi olaraq Cavabdeh MMC həmin bəndə uyğun öhdəliklərini yerinə yetirmədiyindən, sahibkarlıq obyektlərinin fəaliyyət göstəməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb edə bilməz. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 398.1, 398.2, 405.1, 406.1, 423.1, 752.1, 752.2, 752.3, 753.1, 753.2, 753.3, 753.4, 754.1, 754.2, 762.1, 762.2, 763.1, 763.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ilkin iddianının təmin edilməyən hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı apellyasiya şikayətinin dəlilləri Qətnamə ilkin iddianın bir hissəsinin rədd edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “ İddiaçı ilə üç müqavilə bağlamışlar. Bunlar atçılıq mərkəzinin tikintisi, som balıqlarının yetişdirilməsi və nərə balıqlarının yetişdirilməsi ilə bağlı tikinti işləri ilə bağlıdır. Birinci müqavilə üzrə iş 2020-ci ilin aprel ayında təhvil verilməli idi, lakin iş iyul ayında təhvil verildi. Nohurların yalnız 8-ni istifadə etmək mümkün olmuş, sentyabr ayında məhsul yığan zaman 40 nohurları boş qalmış və ziyana düşmüşlər. Buna dair video çəkilişlər də mövcuddur. Nərə balıqları ilə bağlı işlər də düzgün təşkil edilməmişdir. Nöqsanlar çox olmuşdur. Akta gəldikdə isə, həmin aktlar formal olaraq tərtib edilmiş aktlardır. Həmin aktların son səhifələrində icra edilən imzalar ona məxsusdur və hər bir təhvil-təslim aktında qeydlər yazmaqla həmin aktlara imzalar onun tərəfindən edilmişdir. Əgər bu aktların əsli olsaydı o, həmin aktları möhürü ilə təsdiq edərdi. Bu nöqsanlarla bağlı onlar müstəqil audit təşkil etmişdilər. Qüsurlara 600.000 manatdan yuxarı xərc çəkmişlər. Bu qüsurlarla bağlı şirkətə əvvəl şifahi müraciət etmişlər, nöqsanlar artdıqdan sonra isə pretenziya göndərmişlər.” Göründüyü kimi cavabdeh şirkətin rəhbəri izahatında etiraf edir ki, iddiaçı ilə üç müqavilə bağlanmış, müqavilədə 16 nohur nəzərdə tutulduğu halda 32 nohurun olduğunu, təhvil-təslim aktlarını özü imzaladığını etiraf etmişdir. Həmçinin bildrimişdir ki, nöqsanlarla bağlı müstəqil audit təşkil edilmiş, qüsurlara 600.000 manatdan yuxarı xərc çəkmişlər. Burada sadə sual ortaya çıxır. Əgər nöqsanlar vardırsa, bu barədə niyə təhvil-təslim aktlarında bununla bağlı qeydlər aparılmamış, bununla bağlı podratçı olan iddiaçıya irad bildirilməmiş, rəsmi yazışma aparılmamışdır. Çünki əgər nöqsanlar olmuşsa, həmin nöqsanların aradan qaldırılması podratçının vəzifəsidir. Cavabdehin təhvil-təslim aktlarını imzalayaraq görülmüş işləri təhvil aldıqdan və hər hansı nöqsan barədə irad bildirmədən sonradan müstəqil audit təşkil edərək guya nöqsanlar ortaya çıxarması inandırıcı olmadığı ilə yanaşı, cavabdehin iddiaçıya olan borcunu silməsi ilə bağlı qurduğu oyundan başqa bir şey deyil. İddiaçı (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən "xxxx" "xxxx"nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "xxxx"nin tikinti meydançasına çatdırır və xx.xx.2020-ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır. 3.2-ci bəndinə əsasən işlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. 3.6-cı bəndinə əsasən "xxxx" icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır. İddiaçı ilə Cavabdeh MMC arasında nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən "xxxx" "xxxx"nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün malmaterialı və avadanlıqları birbaşa "xxxx"nin tikinti meydançasına çatdırır və xx.xx.2020-ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır və təhvil verir. 3.2-ci bəndinə əsasən işlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. İddiaçı ilə Cavabdeh MMC arasında Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən "xxxx" "xxxx"nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "xxxx"nin tikinti meydançasına çatdırır və xx.xx.2020-ci il tarixədək müqavilədə qeyd olunan işləri tamamlayır və təhvil verir. 3.2-ci bəndinə əsasən işlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi Təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İşlərin təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. 3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar "xxxx" işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. Müqavilələrin yuxarıdan qeyd edilən bəndlərindən də göründüyü kimi, nöqsanlarla bağlı qüsur aktları tərtib olunmalı və tərəflər tərəfindən imzalanmalı idi. Qüsur aktlarına əsasən isə podratçı qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməli idi. Belə bir qüsur aktları olmadığı halda və təhvil-təslim aktları imzalanaraq görülmüş işləri təhvil aldıqdan nöqsanların olduğunu qeyd etmək məhkəmənin fikrini yayındırmaq və işin obyektiv həllinə maneçilik törətməkdir. Qətnamədə qeyd olunmuşdur ki, fiziki şəxs X4 ("xxxx") ilə “X2 Company” MMC (“İcraçı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Col002/2021 nömrəli “İşlərin görülməsi haqqında” müqaviləyə əsasən Sifarişçi tapşırır, İcraçı isə Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən Afrika Naqqa balıqların yetişdirilməsi sahəsində şlüzların yenidən bərpası, giriş su xəttlərinin yenidən qurulması, göl ətrafı yollara qırmadaşının yayılması işlərinin icrasını öz öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 515.460,58 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı İddiaçı İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, 1.105.868,9 manat dəyərində iş görülmüş, həmin akt İddiaçı rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “müqavilə dəyərinin 948.681 manat olmasını bildirmiş” və fiziki imza ilə imzalamışdır. Məhkəmə tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı İddiaçı İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində Nərə balıqlarının yetişdirilməsi sahəsinin (D=13 m olan hovuzlar) yerinə yetirilən tikintiquraşdırma işlərinin qəbul aktından görünür ki, 2.630.619,4 manat dəyərində iş görülmüş, həmin akt İddiaçı rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” və fiziki imza ilə imzalamışdır. Məhkəmə tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli QAR- 70-/12-2019 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin sifarişi, podratçı İddiaçı tərəfindən Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində Naqqa (som) balıqlarının saxlanması üçün nohurların tikintisi üzrə Yerinə yetirilmiş təmir-tikinti işlərinin qəbul aktından görünür ki, görülmüş işlərin dəyəri 1.649.605 manat dəyərində iş görülmüş, həmin akt İddiaçı rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “texnoloji avadanlıqlar quraşdırılmayıb(nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində labaratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” bildirmiş və fiziki imza ilə imzalamışdır. Qeyd olunanlardan görünür ki, cavabdeh “Forma 2” ləri qəbul etmiş: - Atçılıq kompleksi üzrə yerinə yetirilən tikinti-quraşdırma işləri ilə bağlı xx.xx.2019cu il tarixli QAR-70-/12-2019 nömrəli müqavilə üzrə müqavilə dəyərinin 948.681 manat olmasını bildirmiş və fiziki imza ilə imzalamış; - Nərə balıqlarının yetişdirilməsi sahəsinin tikinti-quraşdırma işləri ilə bağlı xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə 2.630.619,4 manat dəyərində iş görülmüş, həmin akt İddiaçı rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” və fiziki imza ilə imzalamışdır. - Naqqa (som) balıqlarının saxlanması üçün nohurların tikintisi ilə bağlı xx.xx.2019-cu il tarixli QAR-70-/12- 2019nömrəli müqavilə üzrə görülmüş işlərin dəyəri 1.649.605 manat dəyərində iş görülmüş, həmin akt İddiaçı rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmış, sonuncu həmin akta qeyd yazaraq “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində labaratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” bildirmiş və fiziki imza ilə imzalamışdır. İş materiallarına əlavə olunan bank çıxarışlarından görünür ki, “X2 Company” MMC il ərzində cəmi bir dəfə əməliyyat aparmışdır. Bu da həmin şirkətin Fərhad Əhmədovun şirkəti olduğunu göstərir və pulların nağdlaşdırılmasına xidmət edir. Bundan başqa “X2 Company” MMC ilə müqavilənin kim tərəfindən bağlandığı naməlumdur. Belə ki, “X2 Company” MMC ilə Fərhad Əhmədov arasında bağlanmış müqavilə rus dilində tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəməyə azərbaycan dilində tərtib olunmuş müqavilə təqdim olunmuşdur. Hesab edirik ki, bu müqavilələr formal xarakter daşıyır və heç bir hüquqi nəticə yaratmır. Cavabdehin təqdim etdiyi qüsur aktlarının kim tərəfindən də imzalandığı məlum deyil. İmzalayan şəxslərin vəzifələri aktda qeyd olunmamışdır. Qüsur aktları tərtib olunarkən iddiaçının nümayəndələrinin orada iştirakı təmin edilməmiş, həqiqətən qeyd olunan qüsurların olub-olmaması podratçı olaraq iddiaçı ilə aydınlaşdırılmamışdır. Həmçinin qüsur aktlarında göstərilən qüsurların aradan qaldırılması üçün görüləcək işlərə tələb olunan məbləğlər göstərilməmişdir. Məhkəmə qətnamədə bu halı qeyd etsə də, bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə guya “X2 Company” MMC tərəfindən görülmüş işi 550.171,86 manat qiymətləndirmişdir. Lakin bu məbləğin reallığı əks etdirdiyini aydınlaşdırmaq üçün qüsurlar aradan qaldırıldığı ərazilərə baxış keçirməmiş və ya bununla bağlı ekspertiza təyin etməmişdir. Əraziyə baxış keçirilməsi üçün tərəfimizdən şifahi vəsatət verilməsinə baxmayaraq, məhkəmə vəsatətimizi təmin etməmiş, ekspertizadan sonra baxış keçirilə biləcəyini qeyd edərək məsələ açıq qalmışdır. Cavabdeh şirkətin rəhbəri hər üç təhvil-təslim aktlarında cüzi qüsurların olduğu barədə qeydlər aparmış, lakin “X2 Company” MMC tərtib etdiyi qüsur aktında isə tam fərqli böyük tikinti-söküntü qüsurların olduğunu qeyd etmişdir. Balıq konserv zavodunun tikintisi ilə bağlı bildiririk ki, sözügedən zavodun tərəfimizdən tikintisini də cavabdeh etiraf etmişdir. Bundan başqa Balıq konserv zavodunun tikintisinin tərəfimizdən aparıldığını sübut edən başqa bir hal da tikintinin həyata keçirilməsi ilə bağlı bizimlə subpodratçılarla arasında bağlanmış subpodrat müqavilələridir. Məhkəmə tərəflərdən rəsmi qaydada sübutların təqdim edilməsini, yəni, işlərin layihə-smeta sənədlərinin, görülmüş işlərin həcminə dair (forma-2) təhvil-təslim aktlarının və iş üçün əhəmiyyəti olan digər sübutların təqdim edilməsini tələb etmişdir. İş materiallarından layihə-smeta sənədlərinin cavabdehdə olması müəyyən olsa da cavabdeh bilərəkdən və ya etinasızlıq edərək bu sənədləri təqdim etməmişdir. Bu səbəbdən məhkəmə işlərin görülmə həcmi, texniki göstəriciləri və keyfiyyəti ilə bağlı hər hansı bir ekspertiza təyin etməmişdir, çünki həmin sənədlər olmadan müvafiq ekspertizanın aparılması mümkün olmayacaqdır. Cavabdeh də ekspertizanın keçirilməməsi üçün bilərəkdən sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmənin ədalətli qərar qəbul etməsinə əngəllər yaratmışdır. Çünki ekspertizanın keçirilməsi halında cavabdehin sifarişi əsasında “X2 Company” MMC-nin tərtib etdiyi qüsur aktının həqiqətə uyğun olmadığı öz təsdiqini tapacaqdır. Bundan ehtiyat edərək sənədləri təqdim etməmiş və ekspertiza keçirilməsini əngəlləmişdir. Buna görə məhkəmə işlərin görülməsi, keyfiyyəti və görülməyən işlərlə bağlı işdə olan sənədlər əsasında qərar qəbul etmək qənaətinə gəlmişdir. Cavabdeh həm pretenziya məktubunda, həm də qarşılıqlı iddia ərizəsində aramızda bağlanmış müqavilələrin, layihə-smeta sənədlərinin və təhvil-təslim aktlarının onlarda olduğunu birdirmişdir. Lakin həmin sənədləri məhkəməyə təqdim etməmişlər. Halbuki sözügedən sənədlərin onlarda olduğunu etiraf etdikləri üçün sübutetmə yükü cavabdehin üzərinə düşür. Eyni zamanda bildiririk ki, əgər cavabdehdə qeyd edilən sənədlər yox idisə, onda sual olunur: Cavabdeh “X2 Company” MMC-yə sifariş verərkən hansı sənədləri təqdim etmişdir? Onda belə çıxır ki, “X2 Company” MMC əlində heç bir sənəd olmadan öz mülahizəsi əsasında havadan qüsur aktı tərtib etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “Məhkəmə qeyd edilən üç ədəd təhvil-təslim aktlarında görülmüş işlərin dəyərinə dair məbləğləri müqavilə qiymətləri ilə müqayisə etdikdə müəyyən edir ki, müqavilə qiymətləri qeyd edilən qiymətlərdən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, xx.xx.2019-cu il tarixli QAR-70-/12- 2019 nömrəli müqavilə üzrə təhvil-təslim aktında 1.105.868,9 manat, xx.xx.2019-cu il tarixli QAR-70-1/12-2019 nömrəli müqavilə üzrə təhvil-təslim aktında 2.630.619,4 manat və xx.xx.2019-cu il tarixli QAR-70-/12-2019 müqavilə üzrə təhvil-təslim aktında 1.649.605 manat qeyd edilmişdir. Lakin qeyd edilən müqavilələr üzrə müqavilə qiymətləri müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat nəzərdə tutulmuşdur.” Məhkəmənin bu qənaətindən də aydın olur ki, iddiaçı tərəfindən müqavilələr üzrə nəzərdə tutulmuş işlərdən qat-qat artıq həcmdə işlər görülmüş və bu da təhvil-təslim aktlarında öz təsdiqini tapmışdır. Məhkəmənin bu halı qeyd etməsinə baxmayaraq, cavabdehlə aramızda bağlanmış təhvil-təslim aktlarındakı işlərin dəyərlərini qəbul etməmiş, cavabdehin sifarişi əsasında kökü bilinməyən bir şirkətin verdiyi qüsur aktını daha üstün tutmuşdur. b)”Kənd” MMC-nin apellyasiya şikayətinin dəlilləri İş materiallarından da göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh MMC ilə bağladığı QAR-xx/xx-2019 saylı, 09 dekabr 2019-cuil tarixli, QAR-70- 1/12- 2019 saylı, 09 dekabr 2019-cu il tarixli və QAR-70-2/12-2019 saylı, 09 dekabr 2019cu il tarixli podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və ya lazımi şəkildə yerinə yetirməmiş, bununla yanaşı hər üç podrat müqaviləsi üzrə üzərinə götürdüyü işləri qarşılıqlı razılıqla əldə edilmiş və müqavilələrdə əksini tapmış icra müddətlərində yerinə yetirməmişdir. Bununla da qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC digər bir şirkətlə müqavilə bağlamaq məcburiyyətində qalaraq cavabdeh İddiaçı görmədiyi, eyni zamanda ciddi nöqsan və qüsurlarla görmüş olduğu işləri həmin şirkətə həvalə etmiş, bununla da cavabdehin müqavilə şərtlərini (müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini pozması) pozması nəticəsində maddi ziyana uğramışdır. Lakin bütün bu qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi bu kimi halları tam və hərtərəfli qaydada araşdırmamışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(117)-1018/2022 saylı qətnaməsi MPM-nin 217-ci maddəsinin mahiyyəti baxımından qanuni və əsaslı sayıla bilməz. Belə ki, həmin maddənin birmənalı tələbinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. məhkəmə araşdırması zamanı müəyyən edilməli olan hallara (tərəflər arasında podrat müqavilələrindən irəli gələn kommersiya mübahisəsi üzrə qanuni və ədalətli məhkəmə qərarının qəbul edilməsinə nail olmaq üçün iş üzrə müvafiq məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin vacib olduğu halda və bununla bağlı tərəfimizdən müvafiq vəsatət verilsə də, həmin vəsatətin təmin edilməməsi və hansı hüquqi əsasa görə sözügedən vəsatətin təmin edilməməsinin əsaslandırılmaması və s.) uyğun əsaslandırılmamışdır. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Tərəflər apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 təmsil etdiyi şirkətin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 təmsil etdiyi MMC-nin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, ilkin iddia üzrə iddiaçı qətnaməni ilkin iddia tələbinin təmin edilməyən, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddiaçı isə ilk iddianın təmin edilən hissəsini, qarşılıqlı iddianın isə təmin edilməməsini mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Maddə 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Maddə 1096.1. Müllki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı ilkin iddia tələbinin həll edilməsi hissəsində səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin nümayəndələrinin məhkəmələrə verdikləri məlumatlara əsasən işin halları kimi müəyyən edilir ki, Cavabdeh MMC, ("xxxx") və İddiaçı ("xxxx") arasında yazılı formada 3 ədəd “Podrat müqaviləsi” bağlanmışdır: - QAR-xx/xx-2019 saylı xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”. Müqavilənin predmeti – İsmayıllı rayonu, Kürdmaşı kəndində Cavabdeh MMC-yə məxsus ərazidə atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil 948.681 manat müəyyən edilmişdir. - QAR-70-1/12-2019 saylı xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”. Müqavilənin predmeti – İsmayıllı rayonu, Kürdmaşı kəndində Cavabdeh MMC-yə məxsus ərazidə Nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil 1.068.476 manat müəyyən edilmişdir. - QAR-70-2/12-2019 saylı xx.xx.2019-cu il tarixli “Podrat müqaviləsi”. Müqavilənin predmeti – Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən cavabdeh MMC-yə məxsus ərazidə Som (Naqqa) balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması təşkil edir. Müqavilənin ümumi dəyəri ƏDV daxil 1.174.004 manat müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış hər 3 müqavilə üzrə "xxxx" və "xxxx"nın hüquq və vəzifələri (müqavilə predmeti, müqavilə dəyəri və müqavilə müddəti istisna olmaqla) eynilik təşkil etməklə aşağıdakı kimi təsbit edilmişdir: Maddə 1.3. İşlərin icrası zamanı “Sifarişçinin” təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. Maddə 2.1."xxxx"nin (Cavabdeh MMC) vəzifələri: 2.2.1.“Podratçıya” müqavilədə nəzərdə tutulmuş məbləğin 50% məbləğini avans olaraq ödəyir. 2.1.2. Yerinə yetirilmiş işlərə görə təqdim edilmiş sənədə əsasən ödənişlər edilir. 2.1.3."xxxx" müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlərin həcminə uyğun növbəti ödəniş edilərkən əvvəlcədən ödənilmiş avans məbləğini hissə-hissə tutur. 2.1.4. "xxxx" müqavilənin ümumi dəyərinin 5%-ni "Podratçı”nın bu müqavilənin şərtlərinə uyğun olaraq işləri layihə üzrə tam icra edib "xxxx"yə təhvil verdikdən 3 ay sonra ödəyir. 2.1.5. "Sifarişçii" müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəyir. Maddə 2.2. "Podratçı”nın (İddiaçı) vəzifələri: 2.2.1. İşlərin vaxtında və keyfiyyətlə icrasını həyata keçirir. 2.2.2. Ödəniş üçün müvafiq sənədləri təqdim edir. 2.2.3. "xxxx" müqavilə üzrə nəzərdə tutulmuş işləri gecikdirdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1 faizi məbləğində cərimə ödəməsini öhdəsinə götürür. Maddə 3.1. "xxxx" "xxxx"nin ona ilkin avansı ödədikdən sonra xx.xx.2019-cu il tarixdə müqavilənin 1.1-ci bəndində əks etdirilən işlərin icrası üçün mal-materialı və avadanlıqları birbaşa "xxxx"nin tikinti meydançasına çatdırır və müqavilə müddətində müqavilədə qeyd olunan işləri tamamlayır. Maddə 3.2. İşlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi “Təhvil-təslim aktı” ilə rəsmiləşdirilir. İşlərin Təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Maddə 3.3. İşlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan “Defekt aktı”nda əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. Maddə 3.5. Görülmüş işlərin qüsurları ilə əlaqədar “Sifarşçi” işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (“Defekt cədvəli”) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. Maddə 3.6. "xxxx" icra edəcəyi iş üzrə cəlb etdiyi canlı qüvvələrin və avadanlıqların sığortalanmasına, onların texniki-təhlükəsizlik qaydalarına riayət etməsinə və iş zamanı baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti özü daşıyır. Tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli, QAR- 70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli və QAR-70-2/12-2019 saylı 09 dekabr 2019cu il tarixli “Podrat müqavilələri”nin hər birinin 2.2.1-ci maddəsində "xxxx" olan Cavabdeh MMC "xxxx" olan İddiaçınə müvafiq müqavilə dəyərinin 50% hissəsini avans olaraq ödəyir. Yuxarıda qeyd olunduğu kimi, iş üzrə tərəflər arasında bağlanmış QAR-xx/xx-2019 saylı, 09 dekabr 2019-cu il tarixli “Podrat müqaviləsi”nin dəyəri – 948.681 manat, QAR-70- 1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli “Podrat müqaviləsi”nin dəyəri – 1.068.476 manat, QAR-70-2/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli “Podrat müqaviləsi”nin dəyəri – 1.174.004 manat təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli və 255551 nömrəli ödəniş tapşırıqlarından, xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli ödəniş tapşırıqlarından, habelə xx.xx.2019-cu il tarxdə 1 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (o cümlədən MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən İddiaçınə ümumilikdə 1.687.323,5 manat (1.274.323,5 manat + 413.000 manat) məbləğində pul ödənilmişdir. İddiaçı həmin pul vəsaitini qəbul etmişdir. Onu da qeyd etmək lazımdır ki, ödənilən bu məbləğ İddiaçınə sonuncu tərəfindən işlərin görülməsinə başdadıqdan xeyli sonra ödənilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən “Podrat müqavilələri” üzrə avans şəklində İddiaçınə ödənilən vəsaitin ümumi məbləğ 1.687.323,5 manat təşkil edir. Halbuki, həmin vəsait hər bir müqavilə üzrə müqavilənin dəyərinin 50%-ni təşkil etməli idi. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh MMC müzakirə olunan hissədə hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, ödənilməsi nəzərdə tutulan vəsaiti ödəməmişdir. İlkin iddia ərizəsindən və həmin iddianın dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış QAR-70-1/12-2019 nömrəli və QAR-70-2/12-2019 müqavilələr üzrə "xxxx" qismində çıxış edən İddiaçı tələblərindən biri QAR-70-1/12-2019 nömrəli və QAR-70-2/12-2019 müqavilələrin dəyərini təşkil edən 1.068.476 manat və 1.174.004 manat məbləğində pulun, habelə həmin müqavilələr üzrə görülmüş əlavə işlərin dəyərini təşkil edən 1.312.421 manat məbləğində pulun "xxxx" Cavabdeh MMC-dən Şirkətin xeyrinə tutulması təşkil edir. Bununla bağlı Məhkəmə işdə olan təhvil-təslim aktlarına əsaslanaraq qeyd edir ki, görülmüş işlərin dəyərinə dair İddiaçı təqdim etdiyi məbləğlər müqavilə qiymətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Belə ki, İddiaçı Şirəktinin birinci instansiyası məhkəməsinə təqdm etdiyi QAR-70-/12- 2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 1.105.868,9 manat, QAR-70-1/12- 2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 2.630.619,4 manat, QAR-70-2/12- 2019 nömrəli müqavilə üzrə tərtib edilmiş “Qəbul aktı”nda 1.649.605 manat məbləğində işlərin görüldüyü qeyd olunmuşdur. Lakin iş materiallarından göründüyü kimi, tərəflər öz aralarında qeyd edilən müqavilələr üzrə müqavilə qiymətlərini müvafiq olaraq 948.681 manat, 1.068.476 manat və 1.174.004 manat məbləğində razılaşdırmışlar. İddiaçı Şirəktinin birinci instansiyası məhkəməsinə təqdm etdiyi QAR-70-/12-2019 nömrəli, 70-1/12-2019 nömrəli və70-2/12-2019 nömrəli müqavilələr üzrə tərtib edilmiş “Qəbul aktı”ndan görünür ki, həmin aktlar "xxxx" Şirkətin rəhbəri tərəfindən imzalanmış, imza hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş, habelə aktlar "xxxx" MMC-nin rəhbəri Nümayəndə3 tərəfindən imzalanmaqla görülmüş və ya görülməmiş işlərə dair hər bir aktda müvafiq qeydlər aparılmışdır. Belə ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi QAR-70-/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “müqavilə dəyəri 948.681 manatdır” məzmunlu, 70- 1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”nda “vergi və digər xərclər göstərilməyib. İlkin müqavilədə 16 ədəd beton nohurlar nəzərdə tutulmuş, faktiki olaraq 32 ədəd nohur yerində inşa edilmişdir” məzmunlu, 70-1/12-2019 nömrəli müqavilə üzrə tərtib edilmiş tarixsiz “Qəbul aktı”da isə “texnoloji avadanlıqlar quraşdırılmayıb, (nasosxana hissəsində). Forma 2 üzrə 52.540,5 manat məbləğində iş həcmi yerinə yetirilməmişdir. Xarici elektrik xəttində laboratoriya aktı təqdim edilməyib, vergi 15.983 manat və digər xərclər göstərilməyib” qeydlər etmişdir. Göstərilən qeydlərə əsaslanan Cavabdeh MMC, İddiaçı tərəfindən həyata keçirilmiş işlərin müqavilə qiymətlərinə uyğun olmadığını, razılaşdırılmamış işlərin yerinə yetirildiyini, tələb olunan işlərin isə tam həcmdə yerinə yetirilmədiyini, bir sözlə işlərin qüsurlu həyata keçirildiyini iddia edir. Cavabdeh MMC bu dəlilini həmçinin onun “X3” MMC arasında bağlanmış müqavilə əsasında yol verilmiş qusurların aradan qaldırılması və bunun müqabilində həmin MMC-yə (Cavabdeh MMC təsisiçisi F.Əhmədov tərəfindən) 645.750,19 manat məbləğində ödəniş etməsi ilə əsaslandırır. Məhkəmə Cavabdeh MMC-nin qeyd olunan bu dəlilinin, yəni İddiaçı həyata keçirdiyi işlərin layihə smeta sənədlərinə uyğun olub-olmamasının, habelə həmin işlərin müqavilə qiymətlərinə uyğun olub-olmamasının və sair halların müəyyən edilməsi məqsədilə 07 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki eksperttizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etməklə ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-70-1/12- 2019 nömrəli podrat müqaviləsi üzrə (nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması) görülmüş işlərin dəyəri nə qədərdir? - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-70-2/12- 2019 nömrəli podrat müqaviləsi üzrə(som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması) görülmüş işlərin dəyəri nə qədərdir? - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-xx/xx- 2019 nömrəli podrat müqaviləsi üzrə(atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması) görülmüş işlərin dəyəri nə qədərdir? - Yuxarıda qeyd olunan müqavilələr üzrə inşa olunmuş tikililər layihə-smeta sənədlərinə və müqavilə şərtlərinə uyğundurmu? - "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilən qüsurların aradan qaldırılması üçün bərpa və təmir işləri aparılmışdırmı? Aparılmışdırsa həmin qüsurların aradan qaldırılması üçün nə qədər xərc çəkilmişdir? Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 10/2437 nömrəli rəyinə görə, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-70-1/12-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 2.630.619,4 manat, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-70-2/12-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.581.081,5 manat, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-xx/xx-2019 nömrəli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri 1.105.868,9 manat məbləğində müəyyən olunur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QAR-xx/xx- 2019 nömrəli podrat müqaviləsi üzrə inşa olunmuş tikililərin ölçülərinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmadığından və eləcə də podrat müqaviləsinə əlavə edilmədiyindən, yuxarıda göstərilən ünvanlarda forma 2 aktlarına əsasən aparılmış tikinti işlərinin layihə smeta sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. İddiaçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, ekspert rəyi ilə İddiaçı tərəfindən aparılmış işlərin tərəflər arasında bağlanmış hər üç “Podrat müqaviləsi” üzrə razılaşdırılmış müqavilə qiymətlərinə uyğun olmadığı, bu qiymətlərin daha artıq olduğu təsdiq olunmuşdur. Lakin görüləcək tikinti işlərinə dair layihə smeta sənədləri iş materiallarında olmadığından və eləcə də podrat müqaviləsinə əlavə edilmədiyindən, aparılmış tikinti işlərinin layihə smeta sənədlərinə uyğun olubolmamasını ekspert müəyyən edə bilməmişdir. Cavabdeh MMC, “Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 10/2437 nömrəli rəyin əsassız olmasına istinad edərək, xx.xx.2023-cü il tarixli məhkəmə qərardaında qoyulmuş suallarla bağlı iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizanın aparılması barədə Məhkəməyə vəsatət təqdim etmişdir. İş materiallarından görünür ki, işin birinci instansiyası məhkəməsində baxılması zamanı məhkəmə tərəflərdən rəsmi qaydada sübutların, o cümlədən işlərin layihə-smeta sənədlərinin, görülmüş işlərin həcminə dair (forma-2), təhvil-təslim aktlarının və iş üçün əhəmiyyəti olan digər sübutların təqdim edilməsini tələb etmişdir. Məhkəmənin tələb etdiyi layihə-smeta sənədlərinin tərəflərin özündə olması müəyyən olunmuş, lakin tərəflər qəsdən və ya etinasızlıqdan bu sənədləri nə birinci instansiyası məhkəməsinə, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2437 nömrəli rəyində də görüləcək tikinti işlərinə dair layihə smeta sənədlərinin iş materiallarında olmaması və eləcə də podrat müqaviləsinə əlavə edilməməsi səbəbindən, İddiaçı apardığı tikinti işlərinin layihə smeta sənədlərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. İş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizanın aparılması barədə vəsatətlə çıxış edən Cavabdeh MMC, sözügedən layihə smeta sənədlərini vəsatətə əlavə etməmiş, məhkəməyə təqdim etməmişdir. Odur ki, göstərilənləri, habelə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2437 nömrəli rəyinin əsassızlığına, qeyri-obyektivliyinə dair hər-hansı sübut təqdim edilmədiyini nəzərə alan Məhkəmə iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspetizasının keçirilməsi barədə vəsatəti təmin etməmiş və iş üzrə verilmiş rəyi sübut kimi qəbul edərək, işdə olan digər sübutlarla yanaşı qiymətləndirmişdir. Tərəflər arasında bağlanmış hər üç Müqavilənin 3.2-ci bəndinə əsasən işlərin "xxxx"dan "xxxx"yə təhvil-təslimi “təhvil-təslim” aktı ilə rəsmiləşdirilir. İşlərin “təhvil-təslim aktı” hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilir və hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Müqavilələrin 3.3-cü bəndinə əsasən işlərin təhvil-təslimi zamanı aşkar edilmiş qüsurlar "xxxx" və "xxxx"nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan defekt aktında əks olunur. Qüsurları aradan qaldırmaq mümkün olmadıqda "xxxx" "xxxx" ilə razılaşdırılmış müddətdə qüsurlu işləri öz vəsaiti hesabına əvəz etməyə borcludur. 3.5-ci bəndinə əsasən görülmüş işlərin qüsurları ilə əlaqədar "xxxx" işlərin qəbulundan imtina etdikdə o, aşkar olunmuş qüsur və defektləri dəqiq göstərməklə (defekt cədvəli) bu barədə "xxxx"ya yazılı məlumat verməlidir. Lakin “Podrat müqavilələri”nin yuxarıda qeyd olunan şərtlərinə "xxxx" olan Cavabdeh MMC tərəfindən əməl olunması iş materialları ilə təsdiq olunmur. Belə ki, "xxxx"nın gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında “Defekt aktı”nın tərtib edilməsi, imzalanması, qüsurların (əgər var idisə) aradan qaldırılmasının "xxxx"dan rəsmi qaydada tələb olunması işdə olan sənədlərlə təsdiq olunmur. İddiaçı tərəfindən işlərin qüsurlu görülməsini bildirən Cavabdeh MMC birinci instansiya məhkəməsinə "xxxx" MMC-nin təqdim etdiyi audit rəyini və həmin qüsurların aradan qaldırırması ilə bağlı hər iki hüquqi şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləni və müqavilə üzrə işlərin görülməsinin əvəzi olaraq 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödənilməsi təsdiq edən sənədi təqdim etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin təqdim etdiyi həmin sənədlər, İddiaçı apardığı işlərin qüsurlu olmasını təsdiq edən sübut kimi qəbul edilməməlidir. Çünki görülmüş işlərin qüsurlu olub-olmaması ilə bağlı aparılmış audit yoxlanışına həmin işləri bilavasitə həyata keçirən İddiaçı nümayəndəsi cəlb edilməmiş, bu barədə Şirkətə məlumat verilməmişdir. Bu səbəbdən İddiaçı auditin nəticəsi olaraq tərtib edilmiş rəyə etirazını bildirmək imkanından məhrum olmuşdur. Digər tərəfdən tərəflər arasında bağlanmış hər üç “Podrat müqaviləsi”nin şərtlərinə görə işlərin görülməsində qüsurlara yol verildiyi halda, "xxxx"nın bu qüsurları aradan qaldırmaq vəzifəsidir və bu zaman həmin işlərə görə hər hansı əlavə haqq tələb edə bilməz. Lakin artıq qeyd olunduğu kimi, Cavabdeh MMC yerinə yetirilmiş işlərdə hər hansı qüsurların aşkar edilməsi və bu qüsurların (əgər var idisə) aradan qaldırılmasını İddiaçındən tələb etməmişdir, bu kimi sənədlər məhkəmələrə təqdim olunmamışdır. Məhkəmə həmçinin qüsurların olması barədə Cavabdeh MMC-nin bildirdiklərinə ona görə şübhə ilə yanaşır ki, tərəflər arasında bağlanmış “Podrat müqavilələri” üzrə "xxxx" tərəfindən yerinə yetirmiş işlərdə yol verilmiş qüsurların aradan qaldırılmasının əvəzsiz həyata keçirilməsi imkanı olduğu halda, Cavabdeh MMC bu qüsurların aradan qaldırılması üçün üçüncü şəxslə əvəzli müqavilə bağlamış, müqavilə üzrə həmin şəxsə 141.703,24 ABŞ dolları və 309.276,35 manat ödəmiş, çəkdiyi bu xərcin əvəzini İddiaçındən isə məhz həmin Şirkət məhkəmədə iddia qaldırdıqdan sonra tələb etmişdir. Bundan başqa, "xxxx" MMC-nin həyata keçirdiyi işlərin məhz İddiaçı gördüyü işlərdə yol verildiyi iddia edilən qüsurların aradan qaldırılması ilə birbaşa bağlı olması iş materialları ilə müəyyən olunmur. Qeyd olunan bu hal həmçinin işdə olan xx.xx.2023-cü il tarixli, 10/2437 №-li ekspert rəyi ilə də təsdiq olunur. Belə ki, sözügedən rəydə göstərilir ki, İddiaçı tərəfindən forma 2 aktları üzrə yerinə yetirilmiş tikinti işlərində hər hansı bir qüsur olmadığından "xxxx" MMC tərəfindən tərtib olunmuş “Göyçay şəhəri, Mirzəhüseynli kəndi ərazisində qurulmuş balıq yetişdirən göllərin əsaslı təmiri və bərpa olunması işlərinə dair” xx.xx.2021-ci il tarixli Qüsur aktında göstərilən qüsurların olub-olmamasını müəyyən etmək mümkün olmadı”. Cavabdeh MMC bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, işin qüsurlu görülməsini sübutetmə vəzifəsi ilk növbədə bunu iddia edən Cavabdeh MMC-nin üzərinə düşür. Lakin o, bu halları sübut edə bilmir. Belə olan halda, hesab edilməlidir ki, tərəflər arasında bağlanmış “Podrat müqavilələri” üzrə İddiaçı tərəfindən görülmüş işlər qüsurlu olmamışdır. Bundan başqa, görülmüş işlərə dair tərtib edilmiş təhvil-təslim aktlarından görünür ki, görülmüş işlərin dəyəri müqavilə qiymətlərindən əhəmiyyətli dərəcədə yuxarıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış hər üç “Podrat müqaviləsi”nin 1.3-cü bəndinə görə, işlərin icrası zamanı "xxxx"nin təşəbbüsü ilə iş həcmləri dəyişərsə Müqavilənin qiymətinə yenidən baxıla bilər. Göründüyü kimi, müqavilələrin şərtləri tərəflərin razılaşdıqları müqavilə qiymətinin artırıldığı təqdirdə bunun Cavabdeh MMC-nin təşəbbüsü ilə baş verməsini və müqavilələr ilə eyni formada (yazılı) rəsmilləşdirilməsini tələb edir. Lakin Cavabdeh MMC-nin müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini İddiaçındən tələb etməsi və ya əvvəlcədən qiyməti müəyyən edilməyən işlərin görülməsi barədə Cavabdeh MMC-nin məlumatlandırılması işdə olan sənədlərlə təsdiq olunmur. Əksinə tərəflər arasında imzalanmış “təhvil-təslim aktları”nda müqavilə qiymətlərindən kənara çıxılmasına Cavabdeh MMC etirazını bildirmişdir. Bu vəziyyətdə Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" olan Cavabdeh MMC ilə əvvəlcədən razılaşdırmadığı, məlumat vermədiyi və MMC-nin tələb etmədiyi əlavə işlərin görülməsinə görə sonuncudan muzd tələb edə bilməz. Odur ki, Məhkəmə hesab edir ki, hazırki mübahisənin həllində görülmüş işlərin dəyəri üçün əsas “Podrat müqavilələri” ilə razılaşdırılmış qiymətlər götürülməlidir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış QAR-70-/12-2019 nömrəli “Podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 948.681 manat, “QAR-70-1/12-2019 nömrəli “Podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 1.068.476 manat, QAR-70-2/12-2019 nömrəli “Podrat müqaviləsi” üzrə müqavilənin dəyəri 1.174.004 manat, ümumilikdə isə 3.191.161 manat təşkil edir. İşdə olan ödəniş tapşırıqlarına əsasən razılaşdırılmış həmin vəsaitin 1.687.323,5 manat hissəsi Cavabdeh MMC (o cümlədən MMC-nin təsisçisi Fərhad Əhmədov) tərəfindən İddiaçınə ödənilmişdir. Belə olan halda hesab edilir ki, hər üç “Podrat müqaviləsi” üzrə Cavabdeh MMC-nin İddiaçınə 1.503.837,5 (3.191.161 - 1.687.323,5) manat ödənilməmiş borcu yaranmışdr və həmin borc Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, QAR-xx/xx-2019 nömrəli, QAR-70- 1/12-2019 nömrəli və QAR-70-2/12-2019 nömrəli “Podrat müqavilələri”nə aid hissədə İddiaçı iddiası və apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İşə baxan birinci instansiyası məhkəməsi müzakirə olunan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, İddiaçı ilkin iddia üzrə irəli sürdüyü son tələb – Cavabdeh MMC-nin sifarişi əsasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair tərəflər arasında bağlanmış “Podrat müqaviləsi”nə əsasən gecikdirilmiş ƏDV daxil 225.726 manat məbləğində vəsaitin tutulması barədədir. Məhkəmə bu tələblə bağlı bildirir ki, Mülki Məcəllə podrat müqaviləsi üçün mütləq forma müəyyən etməmişdir. Belə olan halda müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsi yazılı və ya şifahi formada bağlana bilər. Hazırki iş üzrə İddiaçı iddia edir ki, onunla Cavabdeh MMC arasında Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılması barədə “Podrat müqaviləsi” bağlanmışdır. Lakin İddiaçı həmin müqaviləni, iş həcmlərinin görülməsinə dair sənədləri, ödəniş sənədlərini, hər hansı bir razlaşma sənədlərini və ya işlərin təhvil-təslim edilməsi ilə bağlı sənədləri məhkəmələrə təqdim etməmişdir. Təqdim edilmiş təhvil-təslim aktlarının məzmununda isə qeyd edilən Konserv zavodun tikintisi ilə bağlı hər hansı qeyd aparılmamışdır. İddiaçı apellyasiya şikayətində həmin Konserv zavodunun Şirkət tərəfindən inşa edilməsini Cavabdeh MMC-nin etiraf etdiyini qeyd etsə də, bu hal iş materialları ilə təsdiq olunmur. Məhkəmə bildirir ki, sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş veribvermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin hazırki halda İddiaçı tələbini (dəlilini) təsdiq edən mötəbər, güvənli sübutlar iş materiallarında yoxdur. Odur ki, Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq müzakirə olunan tələbi təmin etməmişdir. Məhkəmə həmçinin bildirir ki, birinci instansiyası məhkəməsi qarşılıqlı iddianı rədd etməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, Cavabdeh MMC sifarişçi olaraq bağladığı podrat müqavilələri üzrə ödənişləri müqavilədə nəzərdə tutulan qaydada etməmiş, hətta tam yerinə yetirməmişdir. Halbuki qeyd olunan müqavilələr hər iki tərəfin öhdəliyini və hüquqlarını müəyyən edir. Müqavilələr üzrə sifariş edilən işlərin dəyəri ödənilmədən, nəticədə hazır olmayan müvafiq sahibkarlıq obyektlərindən hər hansı gəlirin götürülməsi mümkün deyil, yəni, Cavabdeh MMC ilkin olaraq görülmüş işlərin dəyərini tam ödəməli idi, əgər bu ödənişi tam aparmayıbsa İcraçı tərəfindən də işlərin tam görülməsi mümkün deyildir. Belə ki, bu hallar tərəflər arasında bağlanmış müqavilənin 2ci maddəsində ətraflı nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alan birinci instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC onunla “Qara Çay» şirkəti arasında bağlanmış “Podrat müqavilələri”nin 2-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədiyindən, sahibkarlıq obyektlərinin fəaliyyət göstəməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini İddiaçındən tələb edə bilməz. Eyni zamanda birinci instansiyası məhkəməsi hesab etmişdir ki, maddi ziyanla yanaşı həm də işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi də əsassızdır və təmin edilməməlidir. Çünki Cavabdeh MMC həmin tələbini sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiyası məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə isə əsaslıdır. Şərh olunanlara və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, Cavabdeh MMC-nin və İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, 1.503.837,5 manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı, qətnamə qəlan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə ekspertiza xərci- 100 manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2022ci il tarixli qətnamə ilkin iddianın həll edilməsi hissəsində ləğv edilsin həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin iddiası qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən 1.503.837 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi) manat 50(əlli) qəpik məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci- 100(bir yüz) manat Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar