Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-22/2023 11.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə verilmiş 157000 manat vəsaitin 126031 manat məbləğin, mediasiya xərci ilə birlikdə ödənilmiş 417 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair” ilk iddiası və Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə 42000 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(117)-28/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Tərəflər arasında bağlanmış “Tütün ştilinin yetişdirilməsinə dair” xx.xx.2022-ci il tarixli podrat müqaviləsinə əsasən, podratçı smeta xərcləri özünə aid olmaqla, üçüncü şəxslərin bütün tələblərindən azad və müstəqil şəkildə öz istixana təsərrüfatı daxilində sifarişçinin müəyyən etdiyi aqrotexniki şərtlərə müvafiq şəkildə “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarını yetişdirməyi və dəyəri ödənilməklə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə tütünçülük təsərrüfatının inkişafı məqsədilə podratçını toxumla təmin etməyi və “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarının bu müqavilə ilə müəyyən edilmiş miqdarı üzrə aqrotexniki tələblərə uyğun istixanalarda yetişdirilməsi müqabilində muzd ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 3.1.1-ci bəndinə əsasən podratçı tərəfindən işlərin yerinə yetirilməsi 2022-ci ilin aprel ayının sonunadək yekunlaşmalıdır.
3. Müqavilənin 3.1.5-ci bəndinə əsasən podratçı “Təhvil-təslim” aktlarının əsasında təqdim edilmiş tütün ştillərinin partiyalarına müvafiq olaraq “Sifarişçi” yə rəsmi şəkildə elektron qaimə təqdim edir.
4. Müqavilənin 3.1.6-cı bəndinə əsasən podratçının sifarişçinin mülkiyyətinə verəcəyi tütün ştillərinin boyu 18 sm-dən aşağı olmamaqla, kök hissəsindən 3 sm hündürlüyünün en kəsiyi 4 mm olmalıdır.
5. Müqavilənin 3.1.7-ci bəndinə əsasən bu müqavilə əsasında podrat sifarişləri ümumilikdə 660 hektar üzrə 198 000 AZN dəyərində müəyyən edilmişdir.
6. Müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir.
7. Müqavilənin 4.3-cü bəndinə əsasən işlərin görülməsi zamanı istixana təsərrüfatını korlanmasına və zədələnməsinə görə bu müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Podratçı” birbaşa məsuliyyət daşıyır.
8. Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2022-ci il tarixədək qüvvədədir.
9. İş materialında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 9000 manat, xx.xx.2022-ci il tarixdə 40000 manat, xx.xx.2022-ci il tarixdə 18000 manat, xx.xx.2022-ci il tarixdə 90000 manat olmaqla, ümumilikdə 157 000 manat yaşıl tütün ştillərinin əkilməsi üçün müqavilə əsasında avans ödənişləri edilmişdir.
10. İş materialında olan “Malların təhvil-təslim akt”larından görünür ki, xx.xx.2022-ci il bunun nəticəsində hektara 22000 ədəd ştil hesablandığından 103,24 hetar, hər hetar üçün isə 300 manat məbləğində vəsait nəzərdə tutulduğundan 30969 manat məbləğində öhdəlik cavabdeh tərəfindən icra edildiyi məlum olur.
11. İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və nəticədə onun 126 031 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmamışdır.
12. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şəki kommersiya Məhkəməsinə müraciət edərək “xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə verilmiş 157 000 manat məsaitin 126 031 manat məbləğin və mediasiya xəri ilə birlikdə ödənilmiş 417 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Eyni zamanda, Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyan məbləği olan 42000 manat pulun İddiaçı MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia tələblərini §§ 1-11-də qeyd olunanlara istinad edərək əsaslandırmış, əlavə olaraq göstərilmişdir ki, podratçı şitillə təminat üzrə üzərinə götürdüyü (660 ha) öhdəliyi pozaraq nəzərdə tutulmuş təminatı 103,23 ha həcmində 30968 manatdəyərində icra etmişdir. Podratçı bu vəziyəti hava şərtləri ilə əlaqələndirsə də iddiaçı tərəfindən yaranmış texniki vasitələrlə bərpası üçün şitil təqdim etmədən əlavə vəsaitin verilməsi nəticəsində şitillərin vaxtında çatdırılacağına dair vəd verilmişdir. Bunun nəticəsində də podratçıya icra öncəsi 157.000 manat dəyərində müqavilə əsasında vəsait köçürülmüşdür. Lakin sifarişçi tərəfindən bütün tədbirlərin görülməsinə baxmayaraq podratçı öhdəliklərini icra edə bilməmiş,bunun nəticəsində sifarişçi tütün şitili ilə təmin ediləcək hazır sahələri olan fermerlərin şitil təminatını təchiz edə bilməmişdir. Podratçı müqavilə öhdəliklərini pozaraq, şitil yetişdirilməsini 2022-ci ilin iyun ayının ortalarına təşkil edə bilmişdir ki, bu da şitilin əkin sahələrinə köçürülməsi üçün münasib vaxt deyil. Şitilin sahələrə köçürülməsinin, podrat işlərinin yekunlaşdırılmasının vaxtının bitməsi ilə bağlı edilən bildiriş və rəsmi xəbərdarlıqlara baxmayaraq, podratçı aldığı vəsaitləri təyinatı üzrə xərcləməmiş, sifarişçinin maddi-mülki və iqtisadi maraqlarına ziyan vurmuşdur. Podratçının öhdəliyini icra etməməsi sifarişçiyə, onunla müqavilə münasibətlərində olan fermerlərə, xarici investisiyaya və dövlət öhdəliklərinə külli miqdarda zərər vurmuşdur. Podratçı müqavilə üzrə aldığı vəsaiti mənimsəyərək, sifarişçiyə 126 031 manat dəyərində maddi ziyan vurmuşdur.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 13, 389.1, 442, 443, 448, 752, 753. 759. 762, 772 və 776-cı maddələrinə istinad edilmişdir.
16. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinin pozulması iddiaçının hərəkətsizliyindən baş vermiş, nəticədə iddiaçının cavabdehə qaimə borcu qalmışdır. Müqavilə bağlandıqdan sonra Cavabdeh MMC müqavilə üzrə “Virciniya” botanik tütün növünün NC 291, CC 143 növünün şitillərinin yetişdirilməsinə başlamış və 198000 manatlıq tütün şitilinin ödənilməsi üçün elektron qaimə tərtib edərək "xxxx" MMC-yə göndərmişdir. Qaimə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 157.000 manat köçürülmüş, geri qalan 42000 manat köçürülməmiş qalmaqdadır. Cavabdeh müqavilə üzrə 660 hektar üçün hər hektara 22000 hesabı ilə tütün şitili yetişdirmişdir. Lakin "xxxx" MMC tütün şitillərini heç bir əsas olmadan götürməkdən imtina etmişdir. Nəticədə Cavabdeh MMC-yə maddi ziyan dəymişdir. “Aqro İndustry" MMC öz tələbində tütün şitillərinin Cavabdeh MMC tərəfindən deyilən vaxta çatdırılmamasını göstərsə də ,işə əlavə etdikləri aktdan göründüyü kimi, "xxxx" MMC-nin şitilləri qəbul etməməsi nəticəsində tütün şitilləri məhv olmuşdur.
17. Göründüyü kimi, müqavilə üzrə "Agro Tütün” MMC-nin öhdəliyi hər hektar üçün 22000 ədəd olmaqla tütün şitilinin yetişdirilməsi olmuşdur. ‘'Agro Tütün” MMC müqavilə üzrə öhdəliyini yerinə yetirərək lazım olan tütün şitillərini yetişdirmişdir. Lakin "xxxx" MMCnin yetişdirilmiş tütün şitillərinin vaxtında qəbul etməməsi nəticəsində yetişdirilmiş şitillər məhv olmuşdur. Bununla da Cavabdeh MMC maddi zərər çəkmişdir. Məhz buna görə də iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə dəymiş ziyan məbləği olan 42000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
18. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 442, 443.1, 443.2, 21.1 və 446.1, 446.2, 446.5 və 446.5.2-cü maddələrinə istinad edilmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, cavabdehlər aralarında olan podrat müqaviləsinin ümumi dəyəri 198 000 manat olmuşdur. Qarşı tərəfə 157000 manat ödənilmiş, lakin qarşı tərəf öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, Kənd təsərrüfatı Nazirliyinin laboratoriyalarında yoxlanılmış keyfiyyətli toxum verilmiş, lakin müqavilə üzrə məhsulun təhvil verilməsinin son tarixi aprel ayının sonu olsa da, 660 ha torpaq sahəsinin cəmi 103,23 ha torpaq sahəsinin məhsulu təhvil verilmişdir. 11 iyun 2022-ci il tarixdə keçirilmiş iclasda bununla bağlı məsələ müzakirə olunmuş, gec təhvil verilmiş ştillər quruduğundan fermerlər tərəfindən almaqdan imtina edilmişdir. Tərəflər arasında olan yazışmalar isə iş prosesi ilə bağlı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə 198000 manat ödənilməli olduğu halda 157 000 manat pul ödənilmişdir. Onlar tərəfindən tütün vaxtında yetişdirilmiş və təhvil verilmək üçün hazırlanmışdır. Lakin iddiaçı onları qəbul etməkdən imtina etdiyinə görə məhsul zay olmuşdur. Odur ki, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
21. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 12 yanvar 2023-cü il tarixli, e-2-2(117)-28/2023 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Cavabdeh MMCdən 126031 manat pul, 400 manat mediasiya xərci və ödənilmiş 17 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, 400 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı xx.xx.2022-ci il tarixdə bağlanmış AD-xx/xx-2022 saylı podrat müqaviləsi üzrə 42000 manat dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, podratçı tərəfindən işlərin yerinə yetirilməsi 2022-ci ilin aprel ayının sonunadək yekunlaşmalıdır. Lakin iş materiallarından görünür ki, 2022-ci ilin iyun ayında da iddiaçı tərəfindən məhsul təhvil alınmışdır. Deməli, iyunun sonuna cavabdeh tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Cavabdeh isə bunu təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22 000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. 227 100 ədəd ştil / 22000 ədəd=103,24 ha. Hər hektarın hesabına görə 300 manat muzd ödənilməli olduğundan 103,24 x 300 manat = 30969 manat ödənilmişdir. 157 000-30 969 = 126 031 manat ödənilməlidir.
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbində haqlı olduğundan və iş materialları ilə tam sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilk iddia üzrə cavabdehə hər hansı zərər dəydiyi sübuta yetirilmədiyindən onun qarşılıqlı iddia tələbi rədd edilməlidir.
24. Birinci instansiya məhkəsi mövqeyini Mülki Məcəllənin 752.1, 752.2, 752.3, 753.1, 21, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
25. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Şəki Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(117)-28/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, AD-xx/xx-2022 saylı “Tütün şitillərinin yetişdirilməsinə dair Podrat müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC 660 hektar sahə üçün tütün şitilləri yetişdirərək (boyu 18 sm-dən aşağı olmamaqla) təhvil verməyi öhdəsinə götürmüşdür. Hər hektar üçün 22000 ədəd olmaqla şitil hesablanmış və hər hektar üçün 300 manat olmaqla muzd ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə bağlandıqdan sonra Cavabdeh MMC müqavilə üzrə “Virciniya” botanik tütün növünün NC 291, CC 143 növünü şitillərinin yetişdirilməsinə başlamış və 198000 manatlıq tütün şitilin ödənilməsi üçün elektron qaimə tərtib edərək "xxxx" MMC-yə göndərmişdir. Qaimə əsasında "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 157 000 manat köçürülmüş geri qalan 42000 manat köçürülməmiş qalmaqdadır. İddiaçı Cavabdeh MMC müqavilə üzrə 660 hektar üçün hər hektara 22000 hesabı ilə tütün şitili yetyişdirmişdir. Lakin cavabdeh "xxxx" M M C tütün şitillərini heç bir əsas olmadan götürməkdən imtina etmişdir. Nəticədə iddiaçı Cavabdeh MMC-yə maddi ziyan dəymişdir. "xxxx" MMC öz tələbində tütün şitillərinin Cavabdeh MMC tərəfindən deyilən vaxta çatdırılmamasını göstərsə də işə əlavə edilmiş aktdan göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin şitilləri qəbul etməməsi nəticəsində tütün şitilləri məhv olmuşdur. Göründüyü kimi, müqavilə üzrə Cavabdeh MMC-nin öhdəliyi hər hektar üçün 22000 ədəd olmaqla tütün şitilinin yetişdirilməsi olmuşdur. Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirərək lazım olan tütün şitillərini yetişdirmişdir. Lakin cavabdeh "xxxx" MMC-nin yetişdirilmiş tütün şitillərinin vaxtında qəbul etməməsi nəticəsində yetişdirilmiş şitillər məhv olmuşdur. Bununlada iddiaçı Cavabdeh MMC maddi zərər çəkmişdir. Məhz buna görədə cavabdeh "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə dəymiş ziyan məbləği olan 42000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa iş materialllarına əlavə etdiyikləri email yazışmalarından göründüyü kimi, Cavabdeh MMC şitillərin vaxtında götürülməsini tələb edir. Belə ki, iş materiallarında olan xx.xx.2022 - xx.xx.2022-ci il tarixli email yazışmalarından görünür ki, Cavabdeh MMC iddiaçıya müraciət edərək tütün şitillərinin alınması, əvvəlki tarixlərdə alınmış ştillərin dəyərinin ödənilməsi, qarşı tərəf isə ştillərin yığılmasının surətləndirilməsini, yığılacaq ştillərə aqrotexniki qulluq edilməsi xahiş edilir. Bütün bunlar bir daha əsas verir ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş lakin "xxxx" MMC-nin sturukturunda olan dəyişiklikləri və onların müqaviləyə biganəliyi nəticəsində Cavabdeh MMC-nin yetişdirdiyi tütün şitilləri məhv olmuşdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(117)-28/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı tələbinin rədd edilməsi və Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
33. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Mülki Məcəllə:
34. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
38. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
39. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
40. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
41. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Mülki Prosessual Məcəllə:
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(117)-28/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
58. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
59. Yuxarıda qeyd edilən müqavilənin məzmunundan göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır.
60. İşdə olan X5, X3 və X2 tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC ilə podrat müqaviləsi üzrə tütün ştilinin yetişdirilməsi üzrə öhdəlik götürmüş podratçı X1 cəmiyyətin tütün ştili ilə təmin etmə öhdəliklərini yerinə yetirmədiyinə görə ona məxsus sahədəki şitilxanalara baxış keçirilmiş və şitilxanalara tətbiq edilən xüsusi maddələrin-torfun keyfiyyətsiz olması nəticəsində, eləcə də şitilxanalara düzgün qulluq olunmadığından gübrələnmə, suvarma işlərinin düzgün aparılmaması səbəbi ilə şitillərin müqavilə standartlarına uyğun olmadığı müəyyə olunmuşdur. Şitilxanaların ümumi vəziyyətinə görə xx.xx.2022-ci il tarixindən sonra podratçı Altay Məmmədov şitilxanalarında təxmini 50 hektar torpaq sahəsini tütün şitili ilə təmin edəcək şitilin olması ehtimal olunur.
61. İşdə olan İddiaçı MMC və Cavabdeh MMC-nin direktoru X1 iştirakı ilə keçiriləcək xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixə rəsmi qaimələr üzərindən 103,23 ha tütün sahəsi üçün tütün ştili verə bilmişdir. Şitilxanalara baxış zamanı müəyyən olundu ki, ərazidə olan 1270 ədəd şitilxanadan, 924 şitilxana polietilen örtük altında, 346 ədəd şitilxana isə açıq şəraitdə becərilmişdir. Faktiki vəziyyət üçün hazırda 70 ədəd şitilxanada şitil var, qalan şitilxanalarda ya tamamilə şitil yoxdur, ya da pərakəndə şəkildə şitilxanaların müxtəlif hissələrində təxmini 10 ədəddən 100 ədədədək “təkə seyrək” şitillər mövcuddur. Mövcud vəziyyət göstərir li, podratçı öz öhdəliklərini lazımınca yerinə yetirə bilməmişdir. Həmin akt podratçı şirkətin direktoru tərəfindən imzalanmaqdan imtina edilmişdir.
62. İşdə olan İddiaçı MMC-nin arayışından görünür ki, cavabdeh tərəfindən təqdim edilən elektron yazışmalar araşdırılmış və belə hesab edilmişdir ki, cavabdeh tərəf icra edilməmiş öhdəlikləri əsassız dəlillər vasitəsi ilə icra edilmiş öhdəlik kimi təqdim etməyə çalışır. Qeyd edilən kommersiya işi üzrə podratçı ilə aralarında qəbul edilmiş tütün şitillərinin rəsmiləşdirilməsi rəsmi təhvil-təslim aktlarından başqa podrat müqaviləsi əsasında e-kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişlər. Həmin aktlardan başqa podrat müqaviləsi əsasında cavabdeh tərəf cəmiyyət qarşısında heç bir öhdəliyi icra etməmişdir.
63. İşdə olan xx.xx.2022-xx.xx.2022-ci il tarixli email yazışmalarından görünür ki, Cavabdeh MMC iddiaçıya müraciət edərək tütün şitillərinin alınması və yeni ştillərin əkilməsinə şəraitin yaradılması ilə bağlı müraciətlər edilmiş, eyni zamanda TET Şirkəti Namiq Əlsgərov (iddiaçının əvvəlki adı) cavab e-mailə göndərilən yazışmalarda ştillərin yığılmasının surətləndirilməsini, qulluq və suvarmanın təşkil edilməsi xahiş edilir. Əvvəlki 2022-ci ilin aprel ayında elektron yazışmalarda vəsaitin ödənilməsi ilə bağlı cavabdehin iddiaçıya olan müraciətləri mövcuddur.
64. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış “Tütün ştilinin yetişdirilməsinə dair” xx.xx.2022-ci il il tarixli podrat müqaviləsinə əsasən, podratçı smeta xərcləri özünə aid olmaqla, üçüncü şəxslərin bütün tələblərindən azad və müstəqil şəkildə öz istixana təsərrüfatı daxilində sifarişçinin müəyyən etdiyi aqrotexniki şərtlərə müvafiq şəkildə “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarını yetişdirməyi və dəyəri ödənilməklə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə tütünçülük təsərrüfatının inkişafı məqsədilə podratçını toxumla təmin etməyi və “Virciniya” botanik tütün növünün NC 291 və CC 143 sortlarının bu müqavilə ilə müəyyən edilmiş miqdarı üzrə aqrotexniki tələblərə uyğun istixanalarda yetişdirilməsi müqabilində muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənn bəndlərinə əsasən, podratçı tərəfindən işlərin yerinə yetirilməsi 2022-ci ilin aprel ayının sonunadək yekunlaşmalı və podratçının sifarişçinin mülkiyyətinə verəcəyi tütün ştillərinin boyu 18 smdən aşağı olmamaqla, kök hissəsindən 3 sm hündürlüyünün en kəsiyi 4 mm olmalıdır. Müqavilə üzrə podrat sifarişləri ümumilikdə 660 hektar üzrə 198 000 manat dəyərində müəyyən edilmiş və podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. İşlərin görülməsi zamanı istixana təsərrüfatını korlanmasına və zədələnməsinə görə bu müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Podratçı” birbaşa məsuliyyət daşıyır.
65. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdehə müqavilə üzrə ödənişin bir hissəsini, yəni, 157 000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh isə həmin pul vəsaitini qəbul etsə də, tərəflərin müəyyənləşdirdikləri vaxtda öhdəliyini icra edə bilməmişdir. Belə ki, iş materiallarında olan “malların təhvil-təslim akt” larından da aydın olur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 2 271 100 ədəd müxtəlif növ ştil iddiaçıya təhvil verilmişdir.
66. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, podratçı tərəfindən işlərin yerinə yetirilməsi 2022-ci ilin aprel ayının sonunadək yekunlaşmalıdır. Lakin iş materiallarından görünür ki, 2022-ci ilin iyun ayında da iddiaçı tərəfindən məhsul təhvil alınmışdır. Deməli, iyunun sonuna cavabdeh tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Cavabdeh isə bunu təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
67. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.8-ci bəndinə əsasən podratçı tərəfindən istehsal olunmuş və qarşı tərəfə təqdim edilən tütün ştilinin qiymətinə bir hektar üzrə əkin əkin sxeminə müvafiq 22 000 ədəd müəyyən olunmuş və sifarişçi hər hektar hesabı ilə podratçıya 300 manat muzd ödəməlidir. 227 100 ədəd ştil / 22000 ədəd=103,24 ha. Hər hektarın hesabına görə 300 manat muzd ödənilməli olduğundan 103,24 x 300 manat = 30969 manat ödənilmişdir. 157 000-30 969 = 126 031 manat ödənilməlidir.
68. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
69. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iddiaçının nümayəndələri tərəfindən şitilxanalara baxış keçirilmiş, cavabdehin nümayəndəsi iştirak etsə də aktı imzalamaqdan imtina etmiş və aktlar tərtib olunmuşdur. X5, X3 və X2 tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə podrat müqaviləsi üzrə tütün ştilinin yetişdirilməsi üzrə öhdəlik götürmüş podratçı X1 cəmiyyətin tütün ştili ilə təmin etmə öhdəliklərini yerinə yetirmədiyinə görə ona məxsus sahədəki şitilxanalara baxış keçirilmiş və şitilxanalara tətbiq edilən xüsusi maddələrintorfun keyfiyyətsiz olması nəticəsində, eləcə də şitilxanalara düzgün qulluq olunmadığından gübrələnmə, suvarma işlərinin düzgün aparılmaması səbəbi ilə şitillərin müqavilə standartlarına uyğun olmadığı müəyyə olunmuşdur. Şitilxanaların ümumi vəziyyətinə görə xx.xx.2022-ci il tarixindən sonra podratçı Altay Məmmədov şitilxanalarında təxmini 50 hektar torpaq sahəsini tütün şitili ilə təmin edəcək şitilin olması ehtimal olunur.
70. İddiaçı MMC-nin nümayəndələrinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, həmin tarixə rəsmi qaimələr üzərindən 103,23 ha tütün sahəsi üçün tütün ştili verə bilmişdir. Şitilxanalara baxış zamanı müəyyən olundu ki, ərazidə olan 1270 ədəd şitilxanadan, 924 şitilxana polietilen örtük altında, 346 ədəd şitilxana isə açıq şəraitdə becərilmişdir. Faktiki vəziyyət üçün hazırda 70 ədəd şitilxanada şitil var, qalan şitilxanalarda ya tamamilə şitil yoxdur, ya da pərakəndə şəkildə şitilxanaların müxtəlif hissələrində təxmini 10 ədəddən 100 ədədədək “təkə seyrək” şitillər mövcuddur. Mövcud vəziyyət göstərir li, podratçı öz öhdəliklərini lazımınca yerinə yetirə bilməmişdir. Həmin akt podratçı şirkətin direktoru tərəfindən imzalanmaqdan imtina edilmişdir.
71. Həmin aktların məzmunundan da göründüyü kimi, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh tərəf iddiaçı ilə emal yazışmalarına istinad edərək qarşılıqlı iddia ərizəsini onunla əsaslandırır ki, dəfələrlə şitilin yığılması ilə bağlı iddiaçıya müraciətlər olunmuş, lakin şitillər vaxtında təhvil alınmadığından tələf olunmuşdur. İş materiallarında olan xx.xx.2022-xx.xx.2022-ci il tarixli email yazışmalarından görünür ki, Cavabdeh MMC iddiaçıya müraciət edərək tütün şitillərinin alınması, əvvəlki tarixlərdə alınmış ştillərin dəyərinin ödənilməsi, qarşı tərəf isə ştillərin yığılmasının surətləndirilməsini, yığılacaq ştillərə aqrotexniki qulluq edilməsi xahiş edilir. Ştillərin alınmasından imtina olunmasına dair hər hansı bir elektron poçt yazışması müəyyən olunmur. İddiaçı tərəf cavabdehdən e-mail yazışmaları aparıldığı dövrdə yəni xx.xx.2022ci il tarixdə 6000 ədəd, xx.xx.2022-ci il tarixdə 7000 ədəd bir, 44000 ədəd bir, 12000 ədəd isə bir dəfə, xx.xx.2022-ci il tarixdə 44000 ədəd, xx.xx.2022-ci il tarixdə 24000 ədəd bir, 18000 ədəd bir dəfə və xx.xx.2022-ci il tarixdə 2000 ədəd tütün ştillərini qəbul etmişdir (təhviltəslim aktların iş materiallarına əlavə edilib).
72. Bütün bunlar cavabdehin irəli sürdüyü arqument olan onun yetişdirdiyi tütün şitillərinin iddiaçı tərəfindən təhvil alınmaması faktını inkar edir. Cavabdeh bununla bağlı bitərəf şəxslərin iştirakı ilə tərtib edilmiş aktlar və ya digər sübutlar təqdim etməmişdir. Yalnız mütəxəssis rəyinə və elekton poçt yazışmalarına əsaslanmışdır.
73. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
74. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
75. Qanunvericilik maddi və mənəvi ziyanın mövcudluğunu sübut etmək vəzifəsi müəyyənləşdirir ki, hazırkı iş üzrə qarşılıqlı iddiaçı olan "xxxx" MMC tərəfindən qarşılıqlı iddia tələbi irəli sürülsə də 42000 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı hər hansı bir dəlil və ya mötəbər arqument təqdim edilməmişdir. Əksinə, müəyyən edilir ki, qarşılıqlı iddiaçı tələb etdiyi məbləğlərin əsası yoxdur, qarşılqılı iddiaçının özü müqavilə öhdəliklərini vaxtında icra etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 3.1.5-ci bəndinə əsasən podratçı “Təhvil-təslim” aktlarının əsasında təqdim edilmiş tütün şitillərinin partiyalarına müvafiq olaraq “Sifarişçi” yə rəsmi şəkildə elektron qaimə təqdim edir. İş materiallarından müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə 180000 manat, xx.xx.2022-ci il tarixdə 18000 manat məbləğ barədə xx.xx.2022-ci il tarixli müqavilənin icrası üçün elektron qaimə təqdim etmişdir. Halbu ki, bu elektron qaimə təhvil-təslim aktına əsasən təhvil alınmış konkret tütün şitillərinin sayına görə ödənilməli idi. İddiaçı isə təqdim edilən tütün ştillərindən dəfələrlə artıq 126031 manat məbləğində vəsaiti cavabdehin bank hesabına köçürmüşdür.
76. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
77. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən, yalnız mütəxəssis rəyinə və elekton poçt yazışmalarına əsaslanmışdır. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar əsaslı hesab edilə bilməz.
78. Müqavilə üzrə məhsulun təhvil verilməsinin son tarixi aprel ayının sonu olsa da, iş materiallarından da göründüyü kimi tərəflər arasında e-mail yazışmaları aparıldığı dövrdə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı cavabdehdən bir neçə dəfə müxtəlif sayda tütün şitillərini qəbul etmişdir. Halbuki, cavabdeh həmin ilin aprel ayının sonunadək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etməli idi.
79. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
80. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
81. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
82. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
83. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
84. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
85. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(117)-28/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(117)-28/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov