Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-29/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-23/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı “xxxxxxxxxxxxxxxx” X4 (bundan sonra iddiaçı və ya “xxxxxxxxxxxxxxxx” MMC) iddia ərizəsi ilə müraciət edərək Cavabdehndən (bundan sonra cavabdeh və ya Cavabdeh MMC) “xx.xx.2016-cı il tarixli SİS/xxx11/16 nömrəli müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş 26491,71 avro məbləğində zərərin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxx 2020-ci il tarixli e-2- 2(117)-23/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 26491,71 avro pul məbləği ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə tutularaq “xxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən A&T EUROPE SPA şirkətindən alınmış malların İtaliyadan Azərbaycan Respublikasına gətirilməsi məqsədilə sifarişçı “xxxxxxxxxxxxxxxx” MMC ilə ekspeditor Cavabdeh MMC arasında beynəlxalq nəqliyat yük daşınmasının təşkili haqqında xx.xx.2016-cı il tarixli SİS/xxx 11/16 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.1.11-ci bəndinə əsasən yükün itirilməsi və ya məhv olunması halında onun dəyərini (real zərər), habelə Sifarişçinin hüququnun pozulmadığı və Ekspeditorun öz öhdəliklərini yerinə yetirdiyi halda Sifarişçinin əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda), habelə bu gecikmə nəticəsində 3-cü şəxslərin Sifarişçiyə maddi tələblərini (əgər tələb olarsa) Sifarişçiyə tam həcmdə və 30 gün müddətində ödəmək, 2.1.13-cü bəndinə əsasən xidmətin göstərilməsi zamanı, habelə bu müqavilədən və ona əlavələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı Sifarişçiyə vurduğu ziyanı tam ödəmək Ekspeditorun vəzifəsidir. 4.2-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində tərəflərin hər hansı birinin ucbatından dəyən ziyanı digər tərəf, vurulmuş ziyanın müəyyən olunmuş miqdarında tam həcmdə və vaxtında ödəməlidir; həmin zərər üçüncü şəxslərin ucbatından yaranarsa, həmin şəxslə əlaqəsi olan tərəf ziyanın bu şəxs tərəfindən ödənilməsini təmin etməlidir. xx.xx.2016-cı il tarixli SİS/xxx 11/16 nömrəli beynəlxalq nəqliyat yük daşınmasının təşkili haqqında müqaviləyə xx.xx.2016-cı il tarixli əlavədə qeyd olunan və ümumi 26287,42 avro invoys dəyəri olan mallar ekspeditor tərəfindən daşınan zaman oğurlanmış və sonuncu beynəlxalq nəqliyyat xidmətlərinin yerinə yetirilməsi zamanı yükün itirilməsi haqqında xx.xx.2017-ci il tarixli məlumatla sifarişçiyə müraciət edərək bildirmişdir ki, maddi məsuliyyət Cavabdeh MMC-nin üzərinə düşməklə, malın invoys dəyəri OAO “Alfastraxovaniye” sığorta şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına ödəniləcəkdir. İcraçı Cavabdeh MMC tərəfindən İtaliyadan gətirilib sifarişçi “xxxxxxxxxxxxxxxx” na təhvil veriləcək ümumi dəyəri 26287,42 avro olan (hər birinin dəyəri 63,75 avro olan 135 ədəd perlite for defender (11,34 kq), hər birinin dəyəri 650,25 avro olan 25 ədəd detergent for defender, dəyəri 646,80 avro olan fotomet case md 200 3 in 1, dəyəri 238 avro olan 1 ədəd SD PH 0-14 PH* 194800, hər birinin dəyəri 26,6 avro olan 8 ədəd Fotom DPDİ 100 tablets, hər birinin 29,89 avro olan 8 ədəd R108 – F 100 PC. Pack. DPD 3 Photom.SP.P və hər birinin dəyəri 44,10 avro olan 2 ədəd R 175 500 PC. Pack Red PH Photom SP.P) malların xx.xx.2016-cı il tarixdə naməlum səbəblərdən oğurlanması, habelə sifarişçi tərəfindən ödənilən malların alınması üçün 26287,42 avro, bank xərcləri üçün 204,29 avro olmaqla ümumilikdə 26491,71 avro vəsaitin gələcəkdə sifarişçi tərəfindən icraçıya təqdim olunacaq rəsmi iddia məbləği olacağı barədə tərəflər razılığa gəlmiş, xx.xx.2017-ci il tarixli akt tərtib edilərək tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı malların itirilməsi ilə bağlı ona dəymiş 26491,71 avro məbləğində zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək zərəri ödəmədiyindən tərəflər arasında hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxx” MMC ilə İtaliyanın A&T Europe S.P.A. şirkəti arasında xx xxx 2016-cı il tarixində 39.972 nömrəli və xx xxxxxxx 2016-cı ildə 44.888 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən şirkətin istifadəsi üçün lazım olan məhsul və avadanlıqların alqı-satqısı razılaşdırılmışdır. Bu məhsulların ümumi dəyəri 26287.42 (iyirmi altı min iki yüz səksən yeddi avro 42 sent) təşkil etmişdir. Belə ki, xx xxxx 2016-cı il tarixində avans olaraq, “Paşa Bank” vasitəsilə (xaricə ödəniş 341) 24862.50 avro (iyirmi dörd min səkkiz yüz altmış iki avro 50 sent), bank xidməti haqqı 106.18 (yüz altı manat 18 qəpik) manat, xx xxxxxx 2016-cı il tarixində isə, qalan məbləğ 1424.92 (min dörd yüz iyirmi dörd avro 92 sent), 64.15 (altmış dörd manat 15 qəpik) manat bank xidmət haqqı (xaricə ödəniş nömrəsi 1338) ödənilmişdir. Bu məhsulların İtaliyadan satıcı şirkət olan A&T Europe SPA-nın anbarından Azərbaycana gətirilməsi üçün Cavabdeh MMC ilə “xxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli SİS/xxx 11/16 nömrəli müqavilə bağlanmışdır. Lakin xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh MMC “xxxxxxxxxxxxxxxx” MMC-yə Beynəlxalq nəqliyyat xidmətinin yerinə yetirilməsi zamanı yükün itirilməsi haqqında məlumat verərək cəmiyyətə məxsus olan yükün oğurlanmasını bildirmişdir. Beləliklə, “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin öhdəlikləri Cavabdeh MMC tərəfindən pozularaq yerinə yetirilməmişdir və “xxxxxxxxxxxxxxxx” MMC sifariş etmiş olduğu məhsullardan heç bir təqsiri olmadan məhrum olmuşdur. Eyni zamanda Cavabdeh MMC-nin müqavilədən irəli gələn öhdəlikləri icra etməməsi səbəbindən “xxxxxxxxxxxxxxxx” MMC maddi ziyana məruz qalmışdır. Məlumat məktubuna cavab olaraq, xx xxxxxx 2017-ci il tarixində 012/017 nömrəli iddia məktubu ilə cəmiyyət tərəfindən Cavabdeh MMC-yə müraciət olunmuşdur. İddia məktubuna əsasən, Cavabdeh MMC-dən dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı akt tərtib olunması tələb olunmuş, tələbdə “xxxxxxxxxxxxxxxx”na dəymiş ziyanın 26287,42 (iyirmi altı min iki yüz səksən yeddi avro 42 sent) avro, bank xərcləri üçün ödənilən 204.29 (iki yüz dörd avro 29 sent) avro Aktla qarşılıqlı olaraq təsdiqlənməsi və ən geci 3 ay müddətində xxx MMC tərəfindən “xxxxxxxxxxxxxxxx”na ödənilməsi göstərilmişdir. xx xxxxxx 2017-ci il tarixində “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2016-ci il tarixli SİS/xxx 11/16 nömrəli müqavilənin şərtlərinin pozulması və maddi ziyanın ödənilməsi haqqında qarşılıqlı akt imzalanmışdır. Bu akta əsasən razılaşdırılmışdır ki, “xxxxxxxxxxxxxxxx” MMC cəmi 26491.71 (iyirmi altı min dörd yüz doxsan bir avro 71 sent) avro məbləğində ziyana məruz qalmışdır. Cavabdeh MMC bu məbləğin gələcəkdə rəsmi iddia məbləği olacağını aktdakı imzası ilə təsdiq etmişdir. “xxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə uyğun olaraq Cavabdeh MMC yük daşıyıcısı fəaliyyəti göstərir. Bundan əlavə cavabdehə qarşı irəli sürülən iddia tələbini cavabdeh qəbul etmiş, lakin, “xxxxxxxxxxxxxxxx” MMC-yə xx xxxxxx 2017-ci il tarixli məktub ünvanlayaraq, yükün invoys dəyərinin OAO “xxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına ödəniləcəyini göstərilmişdir. Buna baxmayaraq, bu vaxta qədər həmin məbləğin ödənilməməsini görüb, cəmiyyət tərəfindən cavabdehə təkrarən müracət edilmiş və cavabdeh bu dəfə də xx xxxx 2019-cu il tarixli 03/001 saylı məktubla iddianı etiraf edərək, cəmiyyətə ödənilməli olan məbləği yalnız 36 ay müddətinə ödənilməsinin mümkün olmasını bildirmişdir. Yəni, cavabdehin borcu etiraf etməsini göstərən hərəkətləri ilə artıq iddia müddətinin axımı kəsilmişdir. Cəmiyyətə məxsus mal Cavabdeh MMC tərəfindən sığorta edilmiş və daşınan malın itirilməsindən sonra cavabdeh sığorta şirkətini məhkəməyə verərək, malın itirilməsinə görə, sığorta ödənişini almışdır. Buna baxmayaraq, cavabdeh onlara dəymiş zərəri ödəməmiş, almış olduğu sığorta məbləğini də mənimsəmişdir. Beləliklə də, xx xxxxxx 2016-cı il tarixli SİS/xxx 11/16 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən daşınan malın itirilməsində məsuliyyət daşıyıcı olaraq Cavabdeh MMC-nin üzərinə düşdüyünə görə, Cavabdeh MMC itirilmiş malın dəyərini tam ödəməlidir. Yəni, cavabdeh tərəfindən daşınan malın dəyəri olan 26491.71 avro məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq, “xxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən “xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus malların sığorta dəyərinin tutulması ilə bağlı Rusiya Federasiyasında məhkəmə çəkişmələri olmuş və cavabdeh iddiaçıya məxsus malların sığortalanmasına dair vəsaiti alsa da, iddiaçının pulunu ödəməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən xxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Cavabdeh MMC yük daşınması deyil, ekspeditor xidməti göstərmişdir. Mülki qanunvericiliyin tələbi baxımından vicdanlı olduğu halda ekspeditor malın itirilməsinə görə məsuliyyət daşımır. Cavabdeh MMC vicdanlılıq göstərərək malın itirilməsi ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bu səbəbdən tələb olunan pul vəsaiti cəmiyyətdən tutula bilməz. Cavabdehin iddiasına əsasən Rusiya Federasiyası məhkəmələrində itirilmiş malların sığorta dəyərinin alınması ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Mallar daşınan maşında olan mallar cavabdehə, “Araz Supermarket”ə və diğər şirkətə məxsus olmuşdur. Həmin malların sığorta dəyərinin alınması ilə bağlı məhkəmə mübahisəsi olmuş və təqribən 12 milyon rubldan çox vəsaitin sığorta şirkətindən tutulması qərara alınmışdır. Həmin puldan “Araz Supermarket”ə dəymiş 110.000 Avro və digər bir başqa şirkətə dəymiş ziyan ödənilmişdir. Lakin rus rublunun avroya olan məzənnəsi artdığından sığorta şirkətindən alınmış vəsait cavabdehin borcunu ödəməyə kifayət etməmiş və nəticədə cavabdehin iddiaçıya 17000 avroluq təklifi sonuncu tərəfindən qəbul edilməmişdir. Cavabdeh vicdanlı olduğuna görə malların sığortasına görə alınmış vəsaitdən iddiaçıya pul ödənilməməlidir. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-23/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Cavabdeh MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, tətbiq edilməli olmayan qanunu tətbiq etmişdir. Mübahisə predmeti olan yükün itməsi 2016-cı ilin dekabrında onlardan asılı olmayan səbəblər, üçüncü şəxslərin cinayətkar əməlləri ilə yükün oğurlanması nəticəsində baş vermişdir. Buna görə də, burada onların təqsiri olmadığı və daşıyıcını seçərkən tam vicdanlılıq nümayiş etdirdikləri üçün itmiş yükə görə məsuliyyət daşımalı deyillər. Belə ki, məhkəmə zamanı onlar əsaslı dəlillərlə sübut etmişlər ki, daşıyıcını seçərkən vicdanlılıq nümayiş etdirmişlər. Bunun sübutu olaraq, daşıyıcını məsuliyyətinin Rusiyanın aparıcı sığorta şirkətlərindən olan OAO “ALFASTRAXOVANİYE” tərəfindən sığorta edildiyi, yükün itməsindən sonra iddiaçının deyil, məhz onların Rusiyanın hüquq müqafizə orqanlarına müraciətləri, ərizələri əsasında fakt üzrə Rusiyada cinayət işinin açılmasını göstərmək olar. İddiaçı isə yükün sahibi olaraq yükün itməsindən sonra 4 il ərzində yükün axtarılmasında heç bir tədbir görməmiş, köməklik göstərməmiş, Rusiyada açılmış cinayət işi üzrə zərərşəkmiş kimi işə qoşulmamışdır. Digər tərəfdən, iddiaçıya məxsus yükün olduğu avtomobildə digər şəxslərə məxsus yüklər də olmuş və onlar da oğurlanmışdır. Lakin həmin yük sahiblərindən fərqli olaraq, nədənsə iddiaçı öz yükünün tapılmasında maraqlı olmamış, o cümlədən, yükün tapılması, sığorta ödənişi ilə bağlı məhkəmə proseslərinə onların çəkdiyi xərclərdə iştirak etməmişdir. Halbuki, iddiaçı onların çəkdiyi bütün xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852.4.-ci maddəsinə əsasən, ekspeditorun öz xidmətləri üçün muzd almaq və çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. İşə baxılan zaman onlar iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişlər və bu əsasla da iddianın rədd edilməsini xahiş etmişlər. X6 Məhkəməsi əsassız olaraq iddia müddətinin ötürülmədiyini hesab etmişdir. Məhkəmə öz qətnaməsində hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir, bu zaman tamamilə qanunsuz olaraq iddiaçının xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə iddia ərizələri ilə Şəki İnziati-İqtisadi Məhkəməsinə müraciətlərinə və tərəflərin xx.xx.2017, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə baş tutmuş yazışmalarına əsaslanmışdır. İddiaçının xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə iddia ərizələri ilə Şəki İnziati-İqtisadi Məhkəməsinə müraciətləri iddia müddətinin axımını dayandıra bilməz, çünki həmin iddia ərizələri geri qaytarılmışdır və məhkəmə icraatı başlanılmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq «xxxxxxxxxxxxxxxx” MMC və Cavabdeh MMC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə kommersiya işləri üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir: -Tərəflər arasında bağlanmış müqavilə, akt, malların itirilməsi barədə məlumat, pretenziya məktubu, məktublar və digər sənədlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “daşıyıcı Cavabdeh MMC üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçı “X7” MMC-yə məxsus ümumi dəyəri 26287,42 avro olan mallar oğurlanmış və ekspeditor həmin malların itirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyündən, habelə qanunvericliyin tələbləri və tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların dəyəri olan 26287,42 avro və bank xərci 204,29 avro olmaqla ümumilikdə 26491,71 avro məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.”. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 852.1-ci maddəsinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2-ci maddəsinə əsasən, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3-cü maddəsinə əsasən, ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.5-ci maddəsinə görə, ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir və daşıyıcıları öz məsuliyyəti ilə seçir. Eyni zamanda ekspeditor daşıyıcıların təqsiri üçün məsuliyyət daşıyır. İşin həqiqi hallarından görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən A&T EUROPE SPA şirkətindən alınmış malların İtaliyadan Azərbaycan Respublikasına gətirilməsi məqsədilə sifarişçı “xxxxxxxxxxxxxxxx” MMC ilə ekspeditor Cavabdeh MMC arasında beynəlxalq nəqliyyat yük daşınmasının təşkili haqqında xx.xx.2016-cı il tarixli SİS/xxx 11/16 nömrəli müqavilə bağlanmış, xx.xx.2016-cı il tarixli SİS/xxx 11/16 nömrəli beynəlxalq nəqliyyat yük daşınmasının təşkili haqqında müqaviləyə xx.xx.2016-cı il tarixli əlavədə qeyd olunan və ümumi 26287,42 avro invoys dəyəri olan mallar ekspeditor tərəfindən daşınan zaman oğurlanmış və sonuncu beynəlxalq nəqliyyat xidmətlərinin yerinə yetirilməsi zamanı yükün itirilməsi haqqında xx.xx.2017-ci il tarixli məlumatla sifarişçiyə müraciət edərək bildirmişdir ki, maddi məsuliyyət Cavabdeh MMC-nin üzərinə düşməklə, malın invoys dəyəri OAO “Alfastraxovaniye” sığorta şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına ödəniləcəkdir. Tərəflər arasında bağlanmış yükdaşıma müqaviləsinin 2.1.11-ci bəndinə əsasən, yükün itirilməsi və ya məhv olunması halında onun dəyərini (real zərər), habelə Sifarişçinin hüququnun pozulmadığı və Ekspeditorun öz öhdəliklərini yerinə yetirdiyi halda Sifarişçinin əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda), habelə bu gecikmə nəticəsində 3cü şəxslərin Sifarişçiyə maddi tələblərini (əgər tələb olarsa) Sifarişçiyə tam həcmdə və 30 gün müddətində ödəmək, 2.1.13-cü bəndinə əsasən xidmətin göstərilməsi zamanı, habelə bu müqavilədən və ona əlavələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı Sifarişçiyə vurduğu ziyanı tam ödəmək Ekspeditorun vəzifəsidir. 4.2-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində tərəflərin hər hansı birinin ucbatından dəyən ziyanı digər tərəf, vurulmuş ziyanın müəyyən olunmuş miqdarında tam həcmdə və vaxtında ödəməlidir; həmin zərər üçüncü şəxslərin ucbatından yaranarsa, həmin şəxslə əlaqəsi olan tərəf ziyanın bu şəxs tərəfindən ödənilməsini təmin etməlidir. Müqavilənin şərtlərindən də göründüyü kimi, yükün itirilməsi halında ekspeditor Cavabdeh MMC-nin məsuliyyəti həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş, habelə tərəflər arasında tərtib edilmiş aktda, Cavabdeh MMC mübahisə predmeti olan yükün itirilməsi ilə bağlı məsuliyyətini etiraf etmiş və bu barədə tərəflər razılığa gəlmişlər. Habelə ekspeditor Cavabdeh MMC sifarişçiyə ünvanladığı beynəlxalq nəqliyyat xidmətlərinin yerinə yetirilməsi zamanı yükün itirilməsi haqqında xx.xx.2017-ci il tarixli məlumatda maddi məsuliyyətin Cavabdeh MMC-nin üzərinə düşdüyünü və malın invoys dəyərinin OAO “Alfastraxovaniye” sığorta şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına ödəniləcəyini bildirsə də, işdən görünür ki, mübahisə predmeti olan malların dəyəri OAO “Alfastraxovaniye” sığorta şirkəti tərəfindən Cavabdeh MMC-yə ödənilsə də, sonuncu əsassız olaraq həmin məbləği “xxxxxxxxxxxxxxxx” MMC-yə ödəməmişdir. Cavabdeh MMC sığorta şirkəti tərəfindən ödənilən pul vəsaitinin sifarişçiyə ödənilməməsini ekspeditorun vicdanlı olması ilə əsaslandırır ki, kollegiya cavabdehin həmin dəlillərini əsassız hesab edir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbi baxımından ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Hazırkı iş üzrə ekspeditorun daşıyıcını seçərkən vicdanlılıq göstərməsi barədə, habelə daşıyıçı şirkətin etibar olunası bir daşıma şirkəti olması barədə sübutlar nə birinci instansiya məhkəməsinə təqdim edilməmiş, nə də apelyasiya şikayətinə əlavə edilmişdir. Bundan başqa ekspeditor tərəfindən sifarişçiyə göndərilmiş məlumatda ekspeditor malların itirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş və rəsmi qaydada bildirmişdir ki, OAO “Alfastraxovaniye” sığorta şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına malların dəyəri ödəniləcəkdir. Lakin sığorta şirkəti tərəfindən cavabdehə ödənilmiş malların sığortalanmasına görə pul vəsaitindən sonuncu malların sahibinə ödəniş etməmişdir ki, bu da cavabdehin hərəkətlərinin əsassızlığına dəlalət edir. Belə ki, itirilmiş malların sığorta pulu cavabdeh olan ekspeditora deyil, məhz malların sahibinə ödənilməlidir. Göründüyü kimi iddiaçının tələbi əsaslı, cavabdehin dəlilləri isə əsassızdır. Cavabdeh MMC-in apelyasiya şikayətinin “birinci instansiya məhkəməsi iddia müddəti tətbiq edilməsi barədə ərizəni təmin etməmişdir” dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 861.2-ci maddəsinə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə görə, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İşdən görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC ilə ekspeditor Cavabdeh MMC arasında beynəlxalq nəqliyyat yük daşınmasının təşkili haqqında müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış, ekspeditor xx.xx.2017-ci il tarixli məlumatla sifarişçiyə müraciət edərək yükün oğurlandığını, maddi məsuliyyəti öz üzərinə götürdüyünü və malın invoys dəyərinin OAO “Alfastraxovaniye” sığorta şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına ödəniləcəyini bildirmişdir. Bundan sonra sifarişçi “xxxxxxxxxxxxxxxx”na təhvil veriləcək ümumi dəyəri 26287,42 avro olan malların xx.xx.2016-cı il tarixdə naməlum səbəblərdən oğurlanması, habelə sifarişçi tərəfindən ödənilən malların alınması üçün 26287,42 avro, bank xərcləri üçün 204,29 avro olmaqla, ümumilikdə 26491,71 avro vəsaitin gələcəkdə sifarişçi tərəfindən icraçıya təqdim olunacaq rəsmi iddia məbləği olacağı barədə tərəflər razılığa gəlmiş, xx.xx.2017-ci il tarixli akt tərtib edilərək tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. 26491,71 avro pul vəsaiti ekspeditor Cavabdeh MMC tərəfindən ödənilmədiyindən “xxxxxxxxxxxxxxxx” MMC həmin məbləğin Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli 2-2(84)- 211/2017 nömrəli qərardadı ilə pretenziya qaydasına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. “xxxxxxxxxxxxxxxx” MMC xx.xx.2019-cu il tarixdə təkrar eyni cavabdehə qarşı eyni iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə təkrar müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-2(84)-164/2019 nömrəli qərardadı ilə iddia ərizəsi elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda təqdim edildiyindən və gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından geri qaytarılmışdır. İddiaçı məhkəmənin sözügedən qərardadındakı nöqsanları aradan qaldıraraq xx.xx.2019-cu il tarixdə yenidən hazırkı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan başqa cavabdeh iddiaçıya xx.xx.2017-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək borcunu etiraf edərək sığorta şirkətindən borcun alınması ilə bağlı məhkəmə araşdırmalarının davam etdiyini, xx.xx.2019-cu il tarixli məktubla müraciət edərək borcun hissə-hissə hər ay 730,20 avro məbləğində ödənilməsinə razılıq verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus malların itirilməsindən ekspeditor Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli məlumatı ilə məlumatlanmış və iddia müddətini ötürmədən xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə iddia ərizələri ilə Şəki İnziati-İqtisadi Məhkəməsinə müraciət etmiş və tərəflər arasında xx.xx.2017, xx.xx.2018 və xx.xx.2019cu il tarixlərdə baş tutmuş yazışmalar borcun etirafı olaraq iddia müddətinin axımını kəsmişdir ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Kollegiya Cavabdeh MMC-in apelyasiya şikayətinin “iddiaçının iddia ərizəsi baxılmadan saxlanılmalı idi” dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, “xxxxxxxxxxxxxxxx” MMC məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2019-ci il tarixli 067/19 nömrəli pretenziya məktubu ilə cavabdehin qeydiyyat ünvanı üzrə müraciət etmiş və sonuncunun ünvanı üzrə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu alınmışdır. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmədən əvvəl pretenziya qaydasına riayət etmişdir və bu səbəbdən də iddianın baxılmamış saxlanılması üçün əsas yoxdur. Cavabdehin qeydiyyat ünvanı üzrə isə yazışmaları alan şəxs tərəfindən cavabdehin rəhbərliyinin məlumatlandırılmamasına görə isə məhz cavabdehin özü məsuliyyət daşıyır. Göründüyü kimi apelyasiya şikayətinin qeyd olunan dəlili də əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X5 Məhkəməsi “X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X5 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. «xxx” MMCun apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdehdə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda cavabdehin bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-23/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(117)-23/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-29/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-29/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr - yük daşınması müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver