Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1076/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Abdullayev Elşən Uğur oğlu və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı MMC (əvvəlki adı “xxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 20.400 (iyirmi min dörd yüz) manat məbləğində pulun, eləcə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 152 (yüz əli iki) manat məbləğin, həmçinin hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğin tutulub Iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ## #### 2025-ci il tarixli, XM****/** nömrəli Daşıma Müqaviləsi üzrə cavabdeh “xxxx" MMC-dən 1.000 (min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 325 (üç yüz iyirmi beş) manat, həmçinin 37(otuz yeddi) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
3. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
74.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 361.2-ci maddənin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.
Məhkəmənin mövqeyi
7. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən şikayətin geri qaytarılması əsaslarından biri şikayətin imzalanmaması və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmasıdır.
9. “AZEMIS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş şikayətdən görünür ki, iddiaçı tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır.
10. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini elektron qaydada Aygün Tağıyeva imzalamışdır. Lakin lakin şikayətə iddiaçının adından həmin şəxsin adına verilmiş etibarnamə əlavə edilməmişdir.
11. Hazırki şikayət isə ##.##.2026-cı il tarixdə AZEMIS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
12. Bununla yanaşı iş materiallarından görünür ki, hazırki iş üzrə iddianın qiyməti 20.400 (iyirmi min dörd yüz) manat təşkil edir.
13. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 75,60 (yetmiş beş manat altmış qəpik) manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir.
14. “AZEMIS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: ******** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 73,00 manat dövlət rüsumu ödənilmişdir.
15. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.
16. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
17. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.