Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-58/2024 25.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi ) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1157/2023 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları “X3 məxsus maye qaz doldurma və satışı məntəqəsinin köçürülməsi və Cavabdeh adına rəsmiləşdirilməsi haqqında” Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli 6036 saylı sərəncamından görünür ki, şəhər əhalisinin və nəqliyyat vasitələrinin tələbatını təmin etmək məqsədilə maye qaz doldurma və satışı məntəqəsi təşkili və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Dəmiryolu xəstəxanasının cənub hissəsindəki boş ərazidə torpaq sahəsinin ayrılması və Cavabdeh adına rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdeh ilə İddiaçı arasında aşağıdakı şərtlərlə 2009-cu il 29 iyul tarixli barışıq sazişi bağlanmışdır: - İddiaçı maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140.000 ABŞ dolları məbləğində pul verməyi; - Cavabdeh maye qaz doldurma məntəqəsinin və həmin məntəqənin yerləşdiyi ərazinin (1998-ci il 30 dekabr tarixli sərəncamla ayrılmış sahənin) İddiaçı adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə (etibarnamə, arayış və s.) təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. X9 Məhkəməsinin 2009-cu il 31 iyul tarixli 2-1(84)-221/2009 saylı qərardadı ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 2009-cu il 29 iyul tarixli barışıq sazişi yuxarıda qeyd edilən şərtlərlə təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir (hakim – Z.Zərbəliyev). Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı 2010-cu il 2 fevral tarixində ********** qeydiyyat nömrəsi ilə 02 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyatın, həmin qeydiyyata dair MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin əmlaka dair texniki pasportun ləğv olunması, məhkəmə xərclərinin İddiaçı aid olunması qət edilmiş, qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2020-ci il 13 fevral tarixli 2(104)-1209/2020 saylı qətnaməsi ilə, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2(102)- 4567/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41500 ABŞ dollarının ödəniş anına manatla məzənnəsi və ödənilmiş 400 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-2(115)-411/2021 saylı qətnaməsi ilə 60000 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli 2-2(104)- 70/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 4 noyabr tarixli, 2-2(115)-411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 614/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2022-ci il 04 may tarixli, 2-2(104)-70/2022 saylı qətnaməsinin qismən, Cavabdeh iddiasının təmin olunmadığı hissədə ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Məhkəmə qərarı 60000 ABŞ dolların Cavabdeh alınıb ona verilməsi hissəsində qanuni qüvvəsini almışdır. İşin faktiki hallarından görünür ki, onun 60000 ABŞ dollar pul 29 iyul 2009-cu il tarixli barışıq sazişinə əsasən 13 il 10 ay müddətdir əsassız yerə cavabdehdədir. Cavabdeh 29 iyul 2009-cu il tarixindən hazırki tarixədək olan dövr üçün 60000 ABŞ dollarının 5%-i məbləğində pul ödəməlidir. Ona görə də cavabdeh ona 60000 ABŞ dollarının 1 illik faizi 3000 ABŞ dolları olmaqla, cəmi 41500 ABŞ dolları (13 il 6 ay x3000=41500 ABŞ dolları) pul ödəməlidir. Gəncə Kommersiya Məhkəmənin 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 41500 (qırx bir min beş yüz) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı, Cavabdeh 301 (üç yüz bir) manat 65 (altmış beş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə barışıq sazişi bağlanmış, İddiaçı maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140000 ABŞ dolları məbləğində pul verməyi, Cavabdeh isə maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi ərazinin İddiaçı adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli barışıq sazişindən 2-3 gün sonra 60000 ABŞ dolları məbləğində vəsait Cavabdeh verilmişdir. Sonradan tərəflər arasında mübahisə yaranmış, məhkəmənin qanuni qüvvəyə minmiş akları ilə Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüquqlarına dair qeydiyyat, həmin qeydiyyata hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin əmlaka dair texniki pasport ləğv edilmiş, maye-qaz doldurma məntəqəsinin Cavabdeh sahiblik və istifadəsinə verilməsi və 60000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair (maddi və mənəvi zərər) iddiası üzrə məhkəmə mübahisəsi isə başa çatmamışdır. Odur ki, cavabdehdən 41500 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 445.7-ci maddələrinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.1, 217.3, 218.1ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı 60000 ABŞ dollarının əsassız olaraq cavabdehdə olmasını iddia etsə də, həmin məbləğin Cavabdeh olmasının əsassızlığı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəməyə təqdim edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarından da aşkar müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh 60000 ABŞ dolları, onlar arasında bağlanılmış barışıq sazişinin şərtinə görə verilmişdir. Məhz bu səbəbdən, qeyd edilən məbləğin Cavabdeh əsassız olmasını iddia etmək mümkün deyildir. Digər tərəfdən, işdə olan məhkəmə aktlarına əsasən məhz İddiaçı tərəfindən barışıq sazişinin şərtlərinin pozulması, yəni pul məbləğinin qalan hissəsinin, yəni 80.000 ABŞ dollarının sonuncutərəfindən Cavabdeh ödənilməməsi səbəbindən maye-qaz doldurma məntəqəsinin Cavabdeh qaytarılması, 60000 ABŞ dollarının isə İddiaçı qaytarılması qət edilmişdir. AR MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən, “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir". Belə vəziyyətdə, 60.000 ABŞ dollarının Cavabdeh olmasının əsassızlığı və sonuncunun bu məbləğlə bağlı iddiaçı qarşısında hər hansı öhdəliyi istisnalıq təşkil edir. Bu fakt, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 577/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə də müəyyən edilmişdir. Ali Məhkəmənin qeyd edilən Qərarımn 78-80 bəndlərində aşağıdakılar müəyyən edilmişdir: “Mübahisələndirilən qətnamədə müəyyən edilən hadisələrin xronoloji ardıcıllığına nəzər saldıqda məlum olur ki, barışıq sazişinin bağlandığı 2009-cu ilədək tərəflər arasında uzun müddət (1999- 2009-cu illərdə) icarə münasibətləri mövcud olmuşdur. Həmçinin İddiaçı barışıq sazişinin bağlandığı 2009-cu ildən Cavabdeh məxsus maye qaz doldurma məntəqəsindən tam hüquqlu mülkiyyətçi qismində maneəsiz faydalanmış (gəlir götürmüş), 2015-ci ilin əvvəlindən tərəflər arasında yenidən məhkəmə mübahisələri yaranmış, Cavabdeh İddiaçı ya obyektin razılaşdıqları pulunun ödənilməsini, ya da obyektin özünün geri qaytarılmasını tələb etməyə başlamış, lakin İddiaçı Cavabdeh tələblərinə məhəl qoymamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 2015-ci ildən başlayaraq İddiaçı üzərinə mübahisəli obyektdən (maye qaz doldurma məntəqəsindən) qanuni mülkiyyətçinin iradəsi ziddinə istifadə etdiyi (faydalandığı) müddət üçün icarə haqqı hesablanmalı və hesablanan icarə haqqı Cavabdeh əldən çıxmış gəlirin əvəzi olaraq ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab edərək bildirir ki, əldən çıxmış zərərin hesablanması üçün mübahisəli dövr üçün mübahisəli obyekt üzrə icarə haqqının məbləği əsas götürüldüyündən, həmin dövrdə İddiaçı faktiki fəaliyyət göstərib-göstərməməsi hazırkı mübahisənin həlli baxımından heç bir rol oynamır Belə ki, Cavabdeh mübahisəli obyekti faktiki fəaliyyət göstərən digər sahibkarlıq subyektinin icarə versə idi, bundan gəlir götürə bilərdi. Lakin İddiaçı faktiki fəaliyyət göstəribgöstərməməyindən asılı olmayaraq həmin obyekti özündə saxlamaqla və Cavabdeh hər hansı haqqı ödəməməklə sonuncuya əldən çıxmış fayda formasında zərər vurmuşdur ki, onun da məbləğini məhkəmə haqlı olaraq icarə haqqının mümkün məbləğinə uyğun olaraq müəyyən etmişdir. Məhkəmə, hazırkı iş üzrə preyudisial xarakter daşıyacaq, iş üzrə eyni tərəflər arasında Ali Məhkəmənin icraatında pul tələbi ilə bağlı başqa məhkəmə işinin olması və bununla əlaqədar iş üzrə icraatın dayandırılmasına dair cavabdehin nümayəndəsinin vəsatətinə münasibət bildirməmiş və nəticə etibarı ilə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İddiaçı 60000 ABŞ dollarının əsassız olaraq cavabdehdə olmasım iddia etsə də, həmin məbləğin Cavabdeh olmasının əsassızlığı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəməyə təqdim edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarından da aşkar müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh 60000 ABŞ dolları, onlar arasında bağlanılmış barışıq sazişinin şərtinə görə verilmişdir. Məhz bu səbəbdən, qeyd edilən məbləğin Cavabdeh əsassız olmasını iddia etmək münkün deyildir. Digər tərəfdən, işdə olan preyudisial xarakter daşıyan məhkəmə aktlarına əsasən məhz İddiaçı tərəfindən barışıq sazişinin şərtlərinin pozulması, yəni pul məbləğinin qalan hissəsinin, yəni 80.000 ABŞ dollarının sonuncu tərəfindən Cavabdeh ödənilməməsi səbəbindən maye-qaz doldurma məntəqəsinin Cavabdeh qaytarılması, 60000 ABŞ dollarının isə İddiaçı qaytarılması qət edilmişdir. Belə vəziyyətdə, məhkəmə, 60000 ABŞ dollarının Cavabdeh olmasının əsassızlığı və sonuncunun bu məbləğlə bağlı iddiaçı qarşısında hər hansı öhdəliyi istisnalıq təşkil etdiyini nəzərə almamş və bu hissədə heç bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi işdə olan məhkəmə aktlarına əsasən məhz İddiaçı tərəfindən barışıq sazişinin şərtlərinin pozulması, yəni pul məbləğinin qalan hissəsinin, yəni 80000 ABŞ dollarının sonuncu tərəfindən Cavabdeh ödənilməməsi səbəbindən maye-qaz doldurma məntəqəsinin Cavabdeh qaytarılması, 60.000 ABŞ dollarının isə İddiaçı qaytarılması hissəsinə diqqət yetirməmiş və bu səbəbdən də, Cavabdeh tərəfindən mübahisə predmetinə aid olan 60000 ABŞ dollarının əsassız saxlanılması və bu məbləğlə bağlı sonuncunun öhdəlik daşıdığı barədə səhv nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Birinci instansiya məhkəməsində işə baxılan zaman iş materiallarının bir çoxu nəzərə alınmayıb. İddiaçı və müvəkilli olduğu cavabdeh arasında yanacaqdoldurma mübahisəsi ilə bağlı məhkəmə işləri 10 ildən artıqdır ki, davam edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi 6 dəfə bu işə baxıb. Hər birisində cavabdehin xeyrinə qərar çıxarılıb. 2009-cu ildə iddiaçı ilə cavabdeh arasında barışıq sazişi olmuşdur. Barışıq sazişinə görə cavabdeh yanacaqdoldurma məntəqəsinin sənədlərini iddiaçıya verməli, iddiaçı isə bunun qarşılığında 140000 (yüz qırx min) dollar pul verməli idi. Lakin hazırki iş üzrə iddiaçı bu məbləğin 60000 ABŞ (altmış min) dollarını vermiş, qalan məbləği isə verməmişdir. Buna baxmayaraq iddiaçı onların razılığı olmadan çıxarış almışdır. Məhkəmə prosesinin nəticəsinə əsasən çıxarış və texniki pasport ləğv edilmiş və geri qalan 80000 (səksən min) dolların ödənilmədiyi sübut olunmuşdur. İddia tələbi tamamilə əsassızdır. Belə ki, bu gün də iddiaçı əmlakı tam olaraq qaytarmamışdır. Birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti qəbul etməyərək izahatında bildirdi ki, vəkilimin dediklərinə qatılır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni və əsaslıdır. Cavabdeh bugünədək ona olan borcunu qaytarmamışdır. Halbuki artıq onun adına olan çıxarış və digər sənədlər ləğv edilmişdir. Cavabdeh pulu 2009-cu ildən almışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti qəbul etməyərək bildirdi ki, apellyasiya şikayəti tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edilmişdir. Cavabdeh 2009-cu ildən bugünədək iddiaçıya məxsus 60000 ABŞ dolları özündə saxlayıb qaytarmamışdır. Halbuki artıq iddiaçının adına olan çıxarış və digər sənədlər ləğv edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, cavabdehin vəkili heç vaxt məhkəmə iclaslarına gəlmir və iclasları pozur. İddiaçı tərəf olaraq onlar da Gəncə şəhərindən uzaq yoldan gəlirlər. Lakin, cavabdehin vəkili hər zaman onları nəzərə almadan iclasın başlamasına bir saat qalmış təxirlə bağlı ərizə verir. Məhkəmədən işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edilməsini xahiş edir. Cavabdehə və onun nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək işin başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işin baxılma müddətinin qurtarmasına az müddət qalmışdır. Bundan başqa, kollegiya əvvəlki məhkəmə iclasında Vəkil2 apellyasiya şikayəti ilə bağlı izahatını dinləmişdir. Eyni zamanda da, hazırki məhkəmə iclası 20 gün əvvəldən təyin edilmiş və tərəf ancaq məhkəmə iclasına bir neçə saat qalmış işin təxirə salınmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı tərəf də işin təxirə salınmasına qəti olaraq etiraz etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdeh və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016- ci il 23 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, iddiaçı 2009-cu ilin iyul ayından etibarən 13 il 10 ay müddət ərzində 60000 ABŞ dollarının əsassız olaraq cavabdehdə olmasını qeyd edərək, keçən dövr üçün 60000 ABŞ dollarının 5%-i məbləğində (yəni, 41500 ABŞ dolları) pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Göründüyü kimi, tərəflər arasında mübahisə cavabdehin 60000 ABŞ dollarından əsasız olaraq faydalanma ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2009-cu il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmış və həmin sazişə əsasən İddiaçı maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində Cavabdeh 140000 ABŞ dolları məbləğində pul verməyi, Cavabdeh isə maye qaz doldurma məntəqəsi və həmin məntəqənin yerləşdiyi ərazinin İddiaçı adına sənədləşdirilməsi və özəlləşdirilməsi üçün lazım olan sənədlərlə təmin etməyi və ondan asılı olan bütün hüquqi hərəkətləri etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli barışıq sazişindən 2-3 gün sonra 60000 ABŞ dolları məbləğində vəsait Cavabdeh verilmişdir. Sonradan tərəflər arasında mübahisə yaranmış, məhkəmənin qanuni qüvvəyə minmiş akları ilə Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüquqlarına dair qeydiyyat, həmin qeydiyyata hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin əmlaka dair texniki pasport ləğv edilmiş, maye-qaz doldurma məntəqəsinin Cavabdeh sahiblik və istifadəsinə verilməsi və 60000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində pulun qaytarılmasının gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada gecikdirmə zamanı faizlərin ödənilməsi imkanını tələbkarın digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda tələbkara verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə kollegiyası hesab edir ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilibtörədilməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olubolmamasının və ən əsası ləngitmə olmuşsa hansı vaxtdan ləngitməsi ilə bağlı düzgün müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014- cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 62) görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə tələbkara qaytarılanadək borclu tələbkar qarşısında məsuliyyət daşıyır və tələbkar hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, borclu öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini tələbkara ödəmədikcə, eləcə də tələbkarla həmin borclu arasında yaranan mübahisə üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, tələbkar həmin vəsaitdən gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə tələbkara əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində tələbkara vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. İş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-411/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, 60000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı pul və maye qaz doldurma məntəqəsinin sahiblik və istifadəsinə qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz rayonu Dəmiryol xəstəxanasının cənub hissəsində (Dəmiryol vağzalının yaxınlığında) yerləşən maye-qaz doldurma məntəqəsinin iddiaçı Cavabdeh sahiblik və istifadəsinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(104)-70/2022 saylı qətnaməsinə əsasən, İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-411/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-614/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(104)- 70/2022 saylı qətnaməsi qismən, Cavabdeh iddiasının təmin olunmadığı hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(104)-71/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı qarşı iddiasının pul tələbinə dair hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 144000 manat pul vəsaiti əldən çıxmış gəlirin əvəzi qismində alınıb iddiaçı Cavabdeh verilməsi, pul tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh apellyasiya şikayətinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)- 577/2023 nömrəli qərarı ilə, Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(104)-71/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırki iş üzrə Cavabdeh mübahisəli yanacaq doldurma məntəqəsi üzərində mülkiyyət və sahiblik hüquqları bərpa edildiyindən, onun öz mülkyyətindəki hər hansı obyektə istisnasız sahiblik və istifadə hüququ realizə olunmalı idi. Lakin, İddiaçı mübahisəli yanacaq doldurma məntəqəsini hazırki iş üzrə cavabdehə qaytarmamış və onun həmin əmlak üzərində sahiblik və istifadə hüququ əldə etməsinə imkan verməmişdir. Bundan başqa, İddiaçı 10 ildən artıq müddətdə mübahisə əmlakı əvəzsiz istifadə edərək təkbaşına faydalanmış, cavabdeh isə həmin müddətdə öz obyektindən heç bir fayda (qazanc, gəlir) əldə edə bilməmişdir. Bundan başqa, cavabdeh tərəf apellyasiya şikayətində haqlı olaraq qeyd etmişdir ki, 60000 ABŞ dolları məbləğində pul Cavabdeh 2009-cu ildə tərəflər arasında bağlanmış barışıq sazişi əsasında verilmişdir. Yəni, 2009-cu ildə cavabdeh 60000 ABŞ dolları məbləğində pulu qanuni əsaslarla əldə etmişdir. Xüsusilə qeyd edilməlidir ki, mübahisəli əmlakın İddiaçı adına olan sənədlərinin ləğv edilməsi və həmin əmlakın cavabdehə qaytarılmasına əsas, iddiaçının üzərinə düşən öhdəlikləri tam yerinə yetirməməsi və ödəməli olan pulu cavabdehə tam şəkildə ödəməməsi olmuşdur. Yəni, İddiaçı başqa bir əsasla deyil özünün qanunazidd davranışı nəticəsində mübahisəli əmlakdan məhrum olmuşdur. Belə olan halda isə, İddiaçı yenidən 2009-cu ildən 20 oktyabr 2020-ci il tarixədək ona dəymiş hansısa zərərin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Odur ki, yuxarıda qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin etməkdə yəni, pulun tutulmasının 2009-cu ildən hesablamaqda haqlı olmamış və apellyasiya şikayəti də həmin hissədə qismən əsaslı olmuşdur. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda başa düşülür. Məhkəmə kollegiyası yuxarıda sadalanan əsaslara istinadən bildirir ki, 20 oktyabr 2020-ci ilədək yəni, mübahisəli əmlaka dair hazırki iş üzrə İddiaçı adına olan sənədlərin ləğvi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi günədək cavabdeh 60000 ABŞ dolları məbləğində pulu özündə qanuni əsaslarla saxlamışdır. Belə olan halda isə cavabdehdən tələb edilən pul 2009-cu ildən deyil, 20 oktyabr 2020-ci il tarixdən tutulmalı idi. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası xüsusən qeyd edir ki, hazırki iş üzrə Cavabdeh 20 oktyabr 2020-ci ildən sonra iddiaçıya məxsus 60000 ABŞ dolları məbləğində pulu özündə saxlaması üçün heç bir qanuni əsası olmamışdır. Belə ki, hazırda qanuni qüvvəsini almış və iş üzrə preyudisiallıq daşıyan qətnamələrdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı qeydiyyatın və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı 2010-cu il 2 fevral tarixində ********** qeydiyyat nömrəsi ilə 02 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyatın, həmin qeydiyyata dair MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin əmlaka dair texniki pasportun ləğv olunması, məhkəmə xərclərinin İddiaçı aid olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli, 2(104)- 1209/2020 saylı qətnaməsi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2017-ci il 16 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2(102)-4567/2020 saylı qərarı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2020-ci il 13 fevral tarixli 2(104)-1209/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 16.1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, 20 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəsini almış qətnamələr ilə, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryolu xəstəxanasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasından (yanacaq doldurma məntəqəsi) ibarət daşınmaz əmlakla bağlı 2010-cu il 2 fevral tarixində ********** qeydiyyat nömrəsi ilə 02 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində hazırki iş üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xüsusi mülkiyyət hüququna dair qeydiyyat, həmin qeydiyyata dair MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin əmlaka dair texniki pasportun ləğv olunmuşdur. Göründüyü kimi, Cavabdeh iddiası əsasında İddiaçı adına olan Çıxarış, qeydiyyat və texniki pasport ləğv edilmişdir. Belə olan halda, Cavabdeh da öz növbəsində 20 oktyabr 2020-ci ildən sonra yəni, mübahisəli əmlaka dair hazırki iş üzrə iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı aldığı 60000 ABŞ dolları pulu ona qaytarmalı idi. Belə ki, Cavabdeh bilməliydiki artıq iddiaçının adına olan sənədlər ləğv edilmişdir və belə olan halda o, da öz növbəsində iddiaçıdan aldığı pulu geri qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 20 oktyabr 2020-ci ildən sonra İddiaçı məxsus 60000 ABŞ dolları pulu heç bir qanuni əsas olmadan özündə saxlamaqda haqlı olmamış və iddiaçını adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin pulu qaytarmaq istəməsini lakin, iddiaçının pulu qəbul etməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iş üzrə cavabdeh doğrudan da pulu iddiaçıya qaytarmaq istəyirdisə onda iddiaçı pulu qəbul etməsə də, həmin pulu icra şöbəsinin (və/vəya başqa orqanın) depozit hesabına qoya bilərdi. Bundan başqa, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 21 may 2024-cü il tarixli, 315867/23 nömrəli məktubundan görünür ki, “....... 60000 ABŞ dolları pulun tutulması ilə bağlı icra vərəqi Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatındadır və icra işi üzrə icra hərəkətləri davam etdirilir”. Göründüyü kimi, 21 may 2024-cü il tarixə kimi də, 60000 ABŞ dolları pul hazırki iş üzrə iddiaçıya qaytarılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddianın tam rədd edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, 60000 ABŞ dolları məbləğində pul Cavabdeh 2009-cu ildə tərəflər arasında bağlanmış barışıq sazişi əsasında verilsə də, 20 oktyabr 2020-ci ildən sonra yəni, mübahisəli əmlaka dair hazırki iş üzrə iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh həmin pulu iddiaçıya qaytarmalı idi. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 445.7-ci maddəsində pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmiş, yalnız digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarında pulun gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Ali Məhkəmənin icraatında olan pul tələbinə dair işə baxılanadək hazırki iş üzrə icraatın dayandırılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsində həmin mübahisəyə baxılaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(102)-577/2023 nömrəli qərarı ilə, Gəncə Apellaysiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(104)-71/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2024-cü il tarixli, 9/5136 nömrəli ekspert rəyindən görünür ki, 60.000 (altmış min) ABŞ dollarına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 20 oktyabr 2020-ci il tarixdən 24 iyul 2023-cü il tarixədək yəni, mübahisəli əmlaka dair iddiaçının adına olan sənədlərin ləğvi ilə bağlı qətnamə qanuni qüvvəyə mindiyi gündən hazırki iş üzrə iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixədək hesablanmaqla gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği cəmi 8.283,33 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 41500 ABŞ dolları yox, 8.283,33 ABŞ dolları məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə İddiaçı xeyrinə tutulmalı idi. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 132.24 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1157/2023 nömrəli qətnaməsi qismən yəni, 33216.67 (otuz üç min iki yüz on altı dollar altmış yeddi sent) ABŞ dollarına aid hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Cavabdeh 132.24 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.