Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-67/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Ağdaş rayon Mərkəzi X1rşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Ağdaş rayon Mərkəzi X1rşı “28716,48 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e- 2-2(117)-483/2023 saylı qətnaməsindən cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Ağdaş rayon X3 hüquqi şəxsi arasında xx.xx.2021ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 01/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 1503 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 10641,24 manat təşkil edir.
2. İcraçı İddiaçı MMC ilə sifarişçi Ağdaş rayon X3 hüquqi şəxsi arasında 01.02..2021ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 04/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 626 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 4432,08 manat təşkil edir.
3. İcraçı İddiaçı MMC ilə sifarişçi Ağdaş rayon X3 hüquqi şəxsi arasında xx.xx.2021ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 07/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 385 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 2725,80 manat təşkil edir.
4. İcraçı İddiaçı MMC ilə sifarişçi Ağdaş rayon X3 hüquqi şəxsi arasında xx.xx.2021ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 10/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 378 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 2676,24 manat təşkil edir.
5. İcraçı İddiaçı MMC ilə sifarişçi Ağdaş rayon X3 hüquqi şəxsi arasında xx.xx.2021ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 13/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 468 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 3313,44 manat təşkil edir.
6. İcraçı İddiaçı MMC ilə sifarişçi Ağdaş rayon X3 hüquqi şəxsi arasında xx.xx.2021ci il tarixdə tərtib və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş 16/21 nömrəli akt və ona əlavə edilmiş xəstələrin sayı ilə bağlı siyahı ilə müəyyən edilir ki, icraçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi Ağdaş rayon Mərkəzi Xəstəxanasında olan 696 xəstəyə keytrinq (yemək) xidmətləri vasitəsilə yemək verilmişdir. Xidmətlərin dəyəri hər bir xəstə üçün ƏDV daxil 7,08 manat hesabı ilə ümumilikdə 4927,68 manat təşkil edir.
7. İcraçı öhdəliklərini yerinə yetirərək sifarişçiyə yemək xidmətlərini göstərsə də, sifarişçi öhdəliklərini yerinə yetirməmiş və nəticədə 28716,48 manat məbləğində borcu yaranmışdır.
8. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmamışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC cavabdeh Ağdaş rayon Mərkəzi X1rşı iddia ərizəsi il, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 28716,48 manat məbləğind borcun və ödənilmiş 200 manat mediasiya xərcinin alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, onların əvvəllər də iddiaçı ilə ərzaq təminatı ilə bağlı münasibətləri olmuşdur. 2021-ci ilin yanvar-mart ayları üçün keçirdikləri tenderin nəticəsi ləğv edildiyindən iddiaçı ilə müqavilə bağlamamış, lakin həmin müddət ərzində iddiaçı onları qida ilə təmin etmişdir. Onların 3 ay ərzində iddiaçıya 28716,48 manat borcu yaranmışdır. İddiaçı ilə aprel ayından müqavilə bağlandığından əvvəlki 3 ayın borcunu ödəməmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 11 iyul 2023-cü il tarixli, e-2-2(117)-483/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsindən 28716,48 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 176,15 manat dövlət rüsumu cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1 və 752.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavbadeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, aktlar, siyahılar, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(117)-483/2023 saylı qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin hakimi hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları düzgün araşdırmamış, qeyd etdiyim xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Bildirir ki, Ağdaş Rayon X3 Hüquqi Şəxsi ilə İddiaçı MMC arasında hələ xx.xx.2019-cu il tarixdə müqavilə bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Tais İkf’ MMC tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasında stasionar şəkildə müalicə alan xəstələrə keyterinq (yemək) xidmətləri vasitəsi ilə yemək verilmiş, Ağdaş RMX PHŞ-də öz növbəsində “Tais İkf’ MMC tərəfindən göstərilmiş xidmətlərin qarşılığı olan pulu İddiaçı MMC-nin hesabına ödəmişdir. Daha sonra yenidən xx.xx.2021-ci il tarixdə Ağdaş RMX PHŞ ilə İddiaçı MMC arasında eyni məzmunlu yeni bir müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Lakin 2021-ci ilin ilk üç ayı (yanvar, fevral, mart) ərzində Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ ilə İddiaçı MMC arasında heç bir müqavilə bağlanmamışdır. 2021-ci ilin ilk üç ayı ərzində Ağdaş RMX PHŞ ilə İddiaçı MMC arasında müqavilə olmadığı halda İddiaçı MMC tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının PHŞ-yə müəyyən xidmətlər göstərilmişdir. Lakin İddiaçı MMC ilə Ağdaş RMX PHŞ arasında müqavilə olmadığı üçün həmin müddət ərzində Ağdaş RMX PHŞ həmin şirkət tərəfindən göstərilən xidmətin qarşılığı olan pul vəsaitini ödəyə bilməmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən İddiaçı MMC-yə olan borcunu ödəyə bilməməsinin səbəbi həmin müddət ərzində tərəflər arasında müqavilə olmadığı üçün Ağdaş RMX PHŞ-nin büdcəsindən həmin borcun ödənilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmamasıdır. Lakin Ağdaş Rayon X3 Hüquqi Şəxsin İddiaçı MMC-yə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(117)-483/2023 saylı qətnaməsində göstərilən məbləğdə borcu yoxdur. Həmin məbləğ İddiaçı MMC tərəfindən tamamilə şişirdilmiş bir məbləğdir. İddiaçı MMC Ağdaş RMX PHŞ tərəfindən onlara göstərilən etibar və etimaddan, həmçinin Ağdaş RMX PHŞ-nin ona olan borcundan sui-istifadə edərək Ağdaş RMX PHŞ barəsində əsassız borc hesablamış və bununla bağlı İddiaçı MMC tərəfindən qeyri-qanuni aktlar da tərtib edilərək Ağdaş RMX PHŞ adından imzalamışdır. Sözügedən iş Şəki Kommersiya Məhkəməsində olan zamanı həmin aktların doğruluğunun yoxlanılması üçün tərəflərindən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilsə də birinci instansiya məhkəməsi tərəfindən qərəzli olaraq həmin vəsatət təmin olunmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(117)-483/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddi tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
27. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2- 2(117)-483/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, icraçı İddiaçı MMC tərəfindən sifarişçi Ağdaş rayon X3 Hüquqi Şəxsinin sifarişi əsasında 2021-ci ilin yanvar-mart ayları ərzində keytrinq (yemək) xidmətləri göstərilmişdir ki, sifarişçi tərəfindən xidmətlərin dəyəri olan ümumilikdə 28716,48 manat borc ödənilməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması işdə olan hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin imzaları və möhürləri ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 01/21 nömrəli, xx.xx.2021-ci il tarixli 04/21 nömrəli, xx.xx.2021-ci il tarixli 07/21 nömrəli, xx.xx.2021-ci il tarixli 10/21 nömrəli, xx.xx.2021-ci il tarixli 13/21 nömrəli və xx.xx.2021-ci il tarixli 16/21 nömrəli aktlar və aktlara əlavə edilmiş siyahılarla və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır.
42. Kollegiya apellyasiya şikayətinin iddia məbləğinin İddiaçı MMC tərəfindən tamamilə şişirdilməsi, sonuncunun Ağdaş RMX PHŞ tərəfindən onlara göstərilən etibar və etimaddan, həmçinin Ağdaş RMX PHŞ-nin ona olan borcundan sui-istifadə edərək əsassız borc hesablaması və bununla bağlı İddiaçı MMC tərəfindən qeyri-qanuni aktlar da tərtib edilərək Ağdaş RMX PHŞ adından imzalaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi tələb olunan borcun yarandığını etiraf edərək həmin dəlilləri göstərməmişdir.
43. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində işə baxılarkən tərəflər arasında tərtib olunmuş aktların doğruluğunun yoxlanılması üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verdiklərini göstərsə də, iş materiallarında bu barədə yazılı vəsatət yoxdur. Məhkəmə iclas protokolundan da belə vəsatətin verilməsi və müzakirəsi görünmür. Cavabdeh məhkəmə iclas protokoluna dair qeydlər də verməmişdir.
44. Apellyasiya instansiyası tərəfindən apellyasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışı təyin edilmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Bu səbəbdən məhkəmə kollegiyasının iclası təxirə salınaraq bu barədə tərəflər lazımi qaydada məlumatlandırılmışlar. Lakin cavabdehin nümayəndəsi təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir.
45. Halbuki, cavabdeh şikayətin hazırkı iş üzrə nə üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə dəlillərini əsaslandırmalı idi.
46. Apellyasiya şikayətinin məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş aktlara nəzər salınarkən müəyyən edilir ki, həmin aktlar nəinki hüquqi şəxs olan tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə, eyni zamanda həmin hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. İşin müəyyən edilmiş bu halı apellyasiya şikayətinin İddiaçı MMC tərəfindən qeyri-qanuni aktlar tərtib edilərək Ağdaş RMX PHŞ adından imzalaması barədə dəlillinin əsassızlığına dəlalət edir.
47. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsindən 28716,48 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 176,15 manat dövlət rüsumu cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır.
49. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir.
50. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsindən 28716,48 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 176,15 manat dövlət rüsumu cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsindən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2- 2(117)-483/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Ağdaş rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, e-2-2(117)- 483/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov