Məhkəmə qərarları › İş №2-2(107)-68/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-68/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-68/2022 04.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2022-ci il tarixli e-2-2(117)- 1018/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC ilə iddiaçı "xxxx" şirkəti arasında atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-xx/xx-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 891 588,88 (səkkiz yüz doxsan bir min beş yüz səksən səkkiz manat, səksən səkkiz qəpik) manat, nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 2 610 906,59 (iki milyon altı yüz on min doqquz yüz altı manat, əlli doqquz qəpik) manat, Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12- 2019 saylı 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1 649 604,95 (bir milyon altı yüz qırx doqquz min altı yüz dörd manat, doxsan beş qəpik) manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225 726 manat, ümumilikdə 3 780 627 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə həmin qərardaddan şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və qərardad ləğv edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciə etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadından Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kommersiya mübahisəsinə baxılması Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğluna həvalə edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyünə baxılmazdan öncə Şəki Kommersiya Məhkəməsinin sədri Mübariz Hüseynovun məktubu Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, məktubda göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(117)-1018/2022 nömrəli qərardadında yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün 2-2(117)-1018/2022 nömrəli kommersiya işinin Şəki Kommersiya Məhkəməsinə qaytarılmasını xahiş edir. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(117)- 1018/2022 nömrəli qərardadında yol verilmiş yanlışlıqların aradan qaldırılması məqsədilə kommerisya işi Şəki Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırki iş üzrə şikayət icraata qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, prosessual qənaət prinsipi baxımından işin icraata qəbul edilmədən Şəki Kommersiya Məhkəməsinə qaytarılması daha məqsədəuyğundur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 361, 364, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan 2-2(107)- 68/2022 nömrəli kommersiya işi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 2(117)-1018/2022 nömrəli qərardadında yol verilmiş yanlışlıqların aradan qaldırılması məqsədilə icraata qəbul edilmədən Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar