Məhkəmə qərarları › İş №2-2(107)-75/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-75/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-75/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)- 1018/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC ilə iddiaçı "xxxx" Şirkəti arasında atçılıq kompleksi layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-xx/xx-2019 saylı, 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 891 588,88 (səkkiz yüz doxsan bir min beş yüz səksən səkkiz manat, səksən səkkiz qəpik) manat, nərə balıqlarının yetişdirilməsi üçün vətəgənin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-1/12-2019 saylı, 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 2 610 906,59 (iki milyon altı yüz on min doqquz yüz altı manat, əlli doqquz qəpik) manat, Som balıqlarının yetişdirilməsi üçün göllərin layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış QAR-70-2/12- 2019 saylı, 09 dekabr 2019-cu il tarixli Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 1 649 604,95 (bir milyon altı yüz qırx doqquz min altı yüz dörd manat, doxsan beş qəpik) manat və Balıq konserv zavodunun inşa edilməsi üçün layihəsinin hazırlanması və layihəyə uyğun tikinti işlərinin aparılmasına dair bağlanmış Podrat müqaviləsinə əsasən gecikdirilmiş ƏDV daxil 225 726 manat, ümumilikdə 3 780 627 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" şirkətinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə həmin qərardaddan şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş və qərardad ləğv edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciə etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadından Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(107)-68/2022 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(117)-1018/2022 nömrəli qərardadında yol verilmiş yanlışlıqların aradan qaldırılması məqsədilə icraata qəbul edilmədən Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qərardadı ilə məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadının nəticə hissəsində “qərara aldı” hissəsindən sonra qərardadın tarixində “15 iyul 2022-ci il” sözlərinin “18 iyul 2022-ci il” sözləri kimi, sonuncu abzasında isə “Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.” sözlərinin “Qərardaddan şikayət verilə bilməz” sözləri kimi oxunması, məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh MMC məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Şirkəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş imperativ normaların tələblərinə riayət etmədən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədləri, eləcə də pretenziya məktubunu cavabdehə elektron qaydada (cavabdehin elektron kabinetinə) göndərmədən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı MPM-in müəyyən etdiyi normaların tələblərinə riayət etməklə yuxarıda qeyd edilən sənədləri Cavabdeh MMC-yə elektron qaydada (cavabdehin elektron məhkəmə sistemində olan elektron kabinetinə) göndərməli idi və bu halları təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməli idi. Yuxarıda qeyd edilən halların hər biri ayrı ayrılıqda iddiaçı "xxxx" Şirkəti tərəfindən məhkəməyə verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün prosessual əsaslardır və MPM-də bununla bağlı əsaslar konkert olaraq öz əksini tapmışdır. İddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilən zaman həmin iddia ərizəsinin məhkəmə icraatına qəbul edilə bilməsi üçün əhəmiyyətli prosessual əsaslar məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 saylı qərardad qəbul edilən zaman araşdırılmamış və MPM-nin qeyd edilən normalarının əsaslı şəkildə pozulması nəticəsində iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Cavabdeh MMC məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayətin təmin edilməsini, məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022, e-2-2(117)-1018/2022 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra-məhkəmə kollegiyası) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə mövzusu məhkəmə qərardadının müəyyən etdi hissəsindən göründüyü kimi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından qanunvericilikdə şikayət nəzərdə tutulmasa da, qərardadın sonuncu abzasında texniki səhv olaraq qərardaddan şikayət verilməsi müddəti və qaydası tərəflərə izah edilmişdir. Qeyd olunan yanlışlıq məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə aradan qaldırılmışdır. Cavabdehin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardaddan şikayət dəlillərinə münasibətdə isə Məhkəmə qeyd edir ki, cavabdehin hazırki şikayətlə müraciət etməkdə hüquqi marağı İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair hazırki iddia ərizəsinin icraata qəbul edilməməsi və qaytarılmasından ibarətdir. Cavabdehin şikayət dəlillərinə münasibətdə Məhkəmə təkrar qeyd edir ki, iddiaçı qanunvericliklə ona verilmiş məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması, iddiaçı tərəfindən prosessual normalara riayət edilib-edilməməsinə hüquqi qiymət verilməsi, habelə iddianın icraata götürülməsi və qaytarılması birbaşa məhkəmənin xidməti vəzifələrinə aiddir. Bu isə tərəflərin bununla bağlı vəsatət və şikayətlərinin verilməsini istisna edir. Bu hallar barədə dəlil və mülahizələr məhkəməyə təqdim ediləcəyi təqdirdə işə baxan və ya yuxarı instansiya məhkəmələri tərəfindən hüquqi qiymətin verilməsi mümkündür. Bundan başqa məhkəmə kollegiyası cavabdehin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, habelə pretenziya məktubunun ona elektron kabinet vasitəsilə çatdırılmalı olması və bu barədə sənədi məhkəməyə təqdim etməsi ilə bağlı qeyd edir ki, hazırki vəziyyətdə Elektron Məhkəmə İnformasiya Sistemində məhkəməyə müraciət etməzdən öncə elektron kabinetə sənədin göndərilməsi Elektoron Məhkəmə İnformasiya Sisteminin imkanlarına bağlıdır. Cavabdehin elektron kabinetinin mövcudluğu ona qarşı irəli sürülmüş iddiadan məlumat dərhal Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə ona çatdırılır və məhkəmə hesab edir ki, cavabdeh artıq barəsində olan məhkəmə mübahisəsindən məlumatlı olaraq iddia ərizəsinin surətini əldə etmək imkanı yaranır. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin qərardadda yanlışlığın aradan qaldırılması məsələsinə məhkəmə iclasına baxılmalı olması, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi ilə bağlı şikayət dəlilinə münasibətdə qeyd edir ki, iş materialları Şəki Apelyasiya Məhkəməsindən daxil olduqdan sonra Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadındakı yalnışlıqlara baxılmasına dair məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 16:00-a təyin edilərək məhkəmə bildirişi Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilərək imzalanmış və elektron kabinet vasitəsilə tərəflərə məlumat verilmişdir ki, sözü gedən bildiriş həm kağız, həm də elektron iş materiallarında mövcuddur. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadının nəticə hissəsində “qərara aldı” hissəsindən sonra qərardadın tarixi “15 iyul 2022-ci il” sözləri “18 iyul 2022-ci il” sözləri kimi, sonuncu abzası isə “Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.” sözlərinin “Qərardaddan şikayət verilə bilməz” sözləri kimi oxunması, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1018/2022 nömrəli qərardadın Cavabdeh MMC tərəfindən verilmiş şikayət geri qaytarılması qərarına gəlməkdə haqlı olmuşdur. Ona görə də şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1018/2022 saylı qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar